Ardını oxu...
“Gədəbəy Mineral Suları” MMC-nin dövlətə külli miqdarda vergi borcu üzə çıxıb.

32gun.az-ın əldə etdiyi məlumata görə sözügedən MMC-nin hazırki vergi borcu 7.6 milyon manatdan çoxdur (7663266.39 AZN).
Ardını oxu...
Bildirək ki, nizamnamə kapitalı 100 AZN olan “Gədəbəy Mineral Suları” MMC-nin qanuni təmsilçisi Ramil Fərzəliyev Calal Oğludur.
Ardını oxu...
Gədəbəy Mineral Suları MMC-nin baş direktoru Adil Haqverdiyevdir.

Qeyd edək ki, şirkətlə bağlı məlumatda “2004-cu ildə təsis edilmiş “Gədəbəy Mineral Suları” şirkəti Gədəbəy dağlarının təbii bulaqlarından əldə olunan suyun istehsalı və satışı ilə məşğul olur. İlk dəfə Slavyanka kəndində yerləşən “Novlu” bulağın suyu “Gədəbəy” və “Slavyanka” markaları ilə istehlakçılara təqdim olunub, daha sonra digər bulaqlardan istifadə edilməyə başlanılıb” deyə bildirilib.
 
Ardını oxu...
Metronun Qara Qarayev stansiyasının yaxınlığında sakinlər ilə MTK razılığa gələ bilmirlər.

Tribunainfo.az xəbər verr ki, söhbət paytaxtın Nizami rayonu, Kamil Balakişiyev küçəsindən gedir.

Ümumilikdə binada 100-dən artıq ailə yaşayır. Onların əksəriyyəti ilə razılıq əldə edilsə də, 15-ə yaxın əmlak sahibi istəklərinin təmin edilmədiyini bildirir.

Məlum olduki, həmin ərazidə 4 küçənin kəsişməsində “Orbita” MTK, 7 ədəd, 15 mərtəbəli yaşayış binasını tikilir.

Şirkətin tikinti direktoru Qulu Cəfərov bildirdi i, artıq 32 ailə köçürülüb, 80-a yaxın ailə ilə razılıq əldə edilsə də, 15 ailəni razı sala bilmirlər. O hazırda bu istiqamətdə işin getdiyini bildirdi.

Qulu Cəfərov sakinlər ola-ola binanın sökülməsi məsələsinə də aydınlıq gətirdi.

 
Ardını oxu...
"Elm və təhsil naziri Emin Əmrullayevin təhsillə heç bir əlaqəsi olmayan adamlara yüksək vəzifələr paylaması barədə yazım geniş rezonansa səbəb oldu. İki faktı yazmışdım: E. Əmrullayev Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində ümumtəhsil şöbəsinin müdiri vəzifəsinə (sonra Agentliyin rəhbərinin müavini oldu) "Azərşəkər" MMC də satış meneceri işləmiş Arslan Hacıyevi, Ümumtəhsil siyasəti şöbəsinə isə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əməkdaşı olmuş Çapay Məmmədovu təyin edib".

Mia.az-ın məlumatlına görə, bu sözləri sabiq deputat, tanınmış ekspert Etibar Əliyev sosial media səhifəsində yazıb.

Sabiq deputat deyir ki, bu, hələ harasıdır:

"Təyinat məsələlərində şəkər varsa, onda araq və çay niyə olmasın? Emin Əmrullayev Elm və təhsil nazirliyində təhsilin iqtisadiyyatı şöbəsinə müdir vəzifəsinə təyin etdiyi İlqar Bayramlı Ağsu rayonunda "Azgranata" MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində işləyib. Bəs bunlar ağzıdolusu təhsilin iqtisadiyyatından danışanda inanmırdınız ki, "Azgranata” nəzərdə tutulur?

Təhsil institutuna direktor müavini təyin olunan Kənan Kərimli "Astaraçay" MMC-də şöbə müdiri vəzifəsində işləyib.

Təhsil İnstitunda Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinə dirktor təyin olunan İbrahim Baxışlı "Azgranata" MMC-də Proqnozlaşdırma və təhlil şöbəsinin müdiri vəzifəsindən təhsil sisteminə adlayıb.

Riyaziyyatçı - alim, mərhum Bayram Heydərov min bir əziyyətlə, sağlamlığını qurban verərək mükəmməl təhsil müəssisəsi olan “Zəngi” liseyini yaratmışdı. Bayram Heydərov vəfat etdikdən sonra Əmrullayev bilərəkdən həmin liseydə təhsil mühitini dağıtmaq üçün ora qrant layihələrində ortağı olan Almaz adlı bir qadını təyin etdirdi. Və məqsədlərinə çatdılar. İndi həmin liseyin adı heç yerdə çəkilmir…".

Sabiq deputatın bu iddialarına Elm və Təhsil Nazirliyinin mövqeyni əlavə etməyə hazırıq .
 
 
 
Ardını oxu...
Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Reaksiya TV-də çıxışında olduqca maraqlı və sensasion sayıla bilən iddialarla çıxış edib.
O, Bakıda fəaliyyət göstərən “Rus evi”nin bu yaxınlarda bağlanması məsələsinə toxunub. O cümlədən, rus dilində təhsilin Azərbaycana ciddi təhlükə yaratdığını bildirib.

Sərdar Cəlaloğlu aktyor Bəhram Bağırzadə barədə də danışıb. Onun sözlərinə görə, Bəhram Bağırzadə Azərbaycanda rus dilində təhsilin müdafiəçisi kimi çıxış edir. Sərdar Cəlaloğlu aktyorun bu mövqeyini sərt dillə tənqid etməklə yanaşı, Bəhram Bağırzadəni Rusiyanın “təsir agenti” adlandırıb.

Daha ətraflı videoda:

 
Ardını oxu...
Ölkədə bələdiyyələrin fəaliyyəti elə də ürəkaçan deyil. Zaman-zaman bu orqanların təsir mexanizmlərinin sıfıra bərabər olduğu bildirilir, hətta ləğv edilməsi istiqamətində fikirlər səsləndirilir. Qeyd olunur ki, bu gün bələdiyyələr icra başçısının icazəsi olmadan heç nə etmirlər.

Digər tərəfdən dünən Mərkəzi Seçki Komissiyası (MSK) bələdiyyə seçkilərinin yekunları ilə bağlı qərar qəbul edib. Yeni dövrə ümid edənlər də var, vəziyyətin dəyişməyəcəyini düşünənlər də…

Bələdiyyələrlə bağlı hansı dəyişikliklər edilməlidir? Növbəti mərhələ necə olacaq?

Globalinfo.az-a danışan REAL partiyasının sədri Natiq Cəfərli deyib ki, yerli özünüidarəetmə oqranlarının, bələdiyyələrin səlahiyyətləri və məsuliyyəti artırılmalıdır:

“Bunun yeganə yolu icra hakimiyyəti institutunun ləğvi, bütün səaliyyətlərin bələdiyyələrə ötürülməsidir. Bu baş verməsə, bələdiyyə arabanın beşinci təkəri kimi qalacaq. Ona görə də ümid edirik ki, yaxın zamanlarda Konstitusiya dəyişiklikləri yolu ilə Azərbaycanda yerli özünüidarətmə orqanlarının güclənməsinin şahidi olacağıq”.

Deputat Naqif Həmzəyev isə bildirib ki, xarici dövlətlərlə müqayisədə ölkəmizdə bələdiyyələrin sayı çoxdur:

“Sonuncu seçkilərdə əldə edilmiş say onu deməyə imkan verir ki, növbəti dönəm üçün bələdiyyələrin fəaliyyətində böyük dönüşün şahidi olacağıq. Bilirsiniz, bələdiyyə üzvləri də təsdiqləndi, yəqin yaxın günlərdə sədr və müavinlərin seçimlərini, həm gənclərin, həm də xanımların rəhbər vəzifədə təmsil olunmasını görəcəyik. Bələdiyyələrin qarşısında duran bir çox problemli məsələlər var. Ümid edirəm, onların həllinə bu dönəmdə nail ola biləcəyik. Xüsusilə növbəti illərdə bələdiyyələrə verilən səlahiyyətlərin düzgün istifadəsi mümkün olacaq. Həmçinin inanırıq ki, mövcud boşluqların dolması, vətəndaşlar və bələdiyyələr arasında koordinasiyalı fəaliyyət mümkün olacaq. Bələdiyyə universitetləri, avtobusları kimi bir çox məsələlərin hələ də həyata keçirilmədiyini görürük. Bu sahədə yeni yanaşmalar vacibdir”.
 
Ardını oxu...
Vətəndaşların əmək hüquqlarının pozulması halları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı “Medera Hospital” MMC, “Abbasoğlu İnşaat” MMC, “Yol Tikintiservis” MMC, “Dream Construction” MMC, “Lock Service” MMC və “Apaydın Tatil” MMC-nin vəzifəli şəxsləri, həmçinin fiziki şəxs T.F.Teymurov tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Bundan başqa, “İlkin-E” şirkəti, “Kerama Trade” MMC və “KNN-Construction LTD” MMC-nin vəzifəli şəxsləri tərəfindən işçilərə əmək haqqı və son haqq-hesabın ödənilməməsi nəticəsində qanunvericiliklə nəzərdə tutulmuş əmək hüquqlarının kobud şəkildə pozulması müəyyən edilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 192.4-cü (işçinin əmək haqqının ödənilməsində qanun pozuntularına yol verilməsi) maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəmələrə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərilib.
 
Ardını oxu...
Agentlik əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Yaşıl bazarda fəaliyyət göstərən fiziki şəxslər − Səmədzadə Emina Sabir qızı, Novruzov İlkin Feyruz oğlu və Süleymanov Elçin Qənimət oğluna məxsus 3 balıq satışı məntəqəsində istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən olunub.

Ümumi çəkisi 73 kq olan müxtəlif çəkili böyük qablaşdırmalarda Çin və Rusiyadan idxal edilmiş kürülərin kustar üsulla 100-150 qramlıq qablarda qablaşdırılmaqla qanunazidd olaraq “Azerbaijan Caviar” adı ilə etiketlənib satışının həyata keçirildiyi məlum olub. Yoxlama zamanı 655 ədəd “Azerbaijan Caviar” yazılı qutular və etiketlər də aşkarlanıb.

Məhsullarda qida təhlükəsizliyi baxımından hər hansı uyğunsuzluq aşkarlanmasa da, mənşəyi barədə yanlış təsəvvür yaratmaqla istehlakçının aldadılması ilə bağlı sahibkarlar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülüb, saxtalaşdırma yolu ilə satışa çıxarılan məhsullar dövriyyədən çıxarılıb.

Fakt üzrə araşdırmalar davam etdirilir.
 
Ardını oxu...
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) külli miqdarda vergi borcu var.

Qaynarinfo-nun məlumatına görə, QSC-nin sədri Vüsal Aslanov Yusif oğlunun İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1721212.03 manat vergi borcu yaranıb.

Dövlət Vergi Xidməti tərəfindən sözügedən qurumda aparılan səyyar vergi yoxlamaları zamanı "Bakı Metropoliteni" QSC barəsində 3985391.5 manat maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, 20.12.2024-cü il tarixində "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov vəzifəsindən azad edilib, yerinə Vüsal Yusif oğlu Aslanov təyin olunub. Yoxlamalar Zaur Hüseynovun vəzifədə olduğu dövrü əhatə edib.
 

Ardını oxu...

Azərbaycanda turizmin inkişafı ilə bağlı bir sıra dövlət proqramları həyata keçirilir. Qeyri-neft sektorunun əsas sahələrindən biri olan turizmin inkişafına ölkə rəhbərliyi də xüsusi diqqət göstərir.

Ölkənin turizm potensialı yüksək olan rayonlarından biri də cənub mirvarisi adlandırılan Lənkərandır. Təsadüfi deyil ki, bu istiqamətdə son illər həm yerli, həm də xarici turistlərin böyük axını var. Qaynarinfo-nun verdiyi xəbərə görə, rayona gələn qonaqların ən çox üz tutduğu məkanlardan biri də Lənkəranın girişində - məşhur Ləvəngi küçəsində yer alan "Xan Lənkəran" hotel-muzeyidir.

Həm memarlığı, həm də mətbəxi etno çalarlarla zəngin olan "Xan Lənkəran" böyük zəhmət və vəsait hesabına toplanan tarixi eksponatları ilə də turistlərin böyük marağına səbəb olur.

Bəs rayonun turizm həyatında bu qədər vacib rol oynayan bir məkanın fəaliyyətinə Lənkəranın aidiyyatı qurumları necə dəstək verir?

Bu suala cavab tapmaq üçün aşağıdakı şəkilə diqqətlə baxmağınızı xahiş edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...


İlk baxışdan belə təəssürat yarana bilər ki, Lənkəran Şəhər Bələdiyyəsi və ya İcra Hakimiyyətinin tapşırığı ilə yaradılan xüsusi briqada "Xan Lənkəran"a doğru uzanan yolu abadlaşdırır, səliqəyə salır, gələn qonaqlara Lənkəranın tuzim imkanlarını təbliğ etmək üçün xüsusi löhvələr qurur...

Amma, yox, tələsməyin. Aydınlaşdıranda məlum oldu ki, həmişə olduğu kimi, yenə də gözəl şeylər cəzasız qalmayıb. Belə ki, kimsə günün günorta cağı, turizmə "dəstək verən" aidiyyatı qurumların "xeyir-duası" ilə "Xan Lənkəran” hotel-muzeyinin girişini kəsib obyekt tikir.

Araşdırmalarımız zamanı məlum oldu ki, həmin torpaq sahəsi 2021-ci ildə İsayev Arif Mahmud oğlunun adına xüsusi mülkiyyət formasında rəsmiləşdirilib, həm də yaşayış sahəsi kimi (!).

Bələdiyyə mülkiyyətində olan və xəritələrdə də yol kimi göstərilən, "Xan Lənkəran"ın və ərazidə yerləşən daha bir neçə obyektin girişini yaşayış sahəsi kimi satmaq nə qədər qanunidir?

Yəqin ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Lənkəran üzrə nümayəndələrinin bundan xəbəri yoxdur!

Sənədin verildiyi tarixə diqqət edək: 2021-ci il. Çıxarışın verildiyi tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti Memarlıq və Tikinti Şöbəsinin müdiri Elgün Abdullayev olub. O, 2022-ci ildə həbs edilib. Elgün Abdullayev məhz qanunsuz torpaq sahələri ayırmağa, qanunsuz tikintilərə icazə verməyə görə dəmir barmaqlıqlar arasına salınıb. 50 səhifədən artıq məhkəmə materialları ilə tanış olduqca, rayonda o vaxtlar "torpaq və tikinti alver"inin hansı səviyyədə getdiyini və kimlərin adlarının çəkildiyini görüb heyrətlənməmək mümkün deyil. Ona görə də, yaxşı olardı ki, aidiyyatı qurumlar haqqında bəhs etdiyimiz sənədi də diqqətlə araşdırsınlar.

Digər tərəfdən artıq tikintiyə start verilibsə, deməli, buna icazə verən və ya göz yuman aidiyyatı qurumlar bu suala da cavab verməlidir: sabah, Allah eləməsin, hansısa zərurət yaransa, "Xan Lənkəran"a hansısa yanğınsöndürən maşın necə yaxınlaşacaq? Bunun məsuliyyətini kimsə anlayırmı?

Ümid edirik ki, Lənkəran şəhər İcra Hakimiyyəti, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, habelə digər aidiyyatı qurumlar məsləni qısa zamanda nəzarətə götürəcək və lazımi addımlar atacaq.

Mövzunu diqqətdə saxlayacağıq.

Ardını oxu...
  

Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbdə lisey yaradılması xəbəri valideynlərin etirazına səbəb olub.

Musavat.com-un Baku TV-yə istinadla xəbərinə görə, onlar bildiriblər ki, övladları digər təhsil ocaqlarına köçürüləcəyi təqdirdə ciddi problemlə üz-üzə qalacaqlar.

"Şəhərin mərkəzində olan məktəbdir, mindən çox şagird təhsil alır. Buranı pullu məktəb etmək istəyirlər. Bəs kasıb-kusubun uşağı hara gedəcək?", - deyə valideynlərdən biri narazılığını dilə gətirib.

Məktəbin direktoru Vüqar Nəsirov bildirib ki, lisey layihəsi ilə bağlı müzakirələr aparılıb:

"Rayonumuz üçün vacib layihələrdən hesab olunur. Valideynləri də başa düşmək olar, yerdəyişmə ilə əlaqədar narahatdırlar. Ona görə də sözügedən layihə başqa bir yerdə həyata keçiriləcək. Artıq bu barədə Regional Təhsil İdarəsindən və Rayon Təhsil Sektorundan mənə məlumat verilib".

 
 
 

Dünyapress TV

Xəbər lenti