Ardını oxu...
Abşeron rayonu, Xırdalan qəsəbəsində yerləşən Abşeron Gənclər Şəhərciyində hər an partlayış ola bilər. Bu haqda “Akkord” rəhbərliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə, Abşeron İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevə məktubla müraciət edən Ruhiyyə Novruz qızı Sarıyeva yazır. Surəti KİV-lərə ünvanlanan müraciətində şikayətçi bildirir ki, 2011-ci ildə “Akkord”la müqavilə bağlayaraq Gənclər Şəhərciyində 1 saylı binanın, 64-cü blokundakı 37 saylı mənzili alıb və orada ailəsi ilə birgə yaşamağa başlayıb.

“Təxminən 2018-ci ilin əvvəlində sözügedən şəhərcikdə “Azəriqaz” tərəfindən ödənişsiz qazlaşdırılma aparıldı. Bütün mənzillərə sayğaclar quraşdırıldı və mənzillərə qaz verildi. Lakin mənim mənzilimə sayğac quraşdırılmadı. Maddi vəziyyətim çətin olduğuna görə qışda elektrik enerjisi ilə mənzilimi normal qızdıra bilmirəm, məcbur olub çox təhlükəli olan kustar üsulla düzələn qaz balonundan istifadə edirəm. Mənim və ailə üzvlərimin həyatı daim təhlükə altındadır. Qaz balonundan istifadə zamanı mənzildə hər an partlayış baş verə bilər” – deyə şikayətçi bildirir.
Ruhiyyə Sarıyeva şikayətində sual edir ki, mənzildə partlayiş baş verərsə, bunun məsuliyyətini kim daşıyacaq: “Tez-tez respublikanın müxtəlif yerlərində qaz balonlarının partlaması xəbərlərini eşidib həyəcan keçiririk. Ötən 4 il ərzində mən “Akkord” şirkətinə dəfələrlə qaz sayğacının quraşdırılması barədə yazılı və şifahi müraciət etmişəm. Hər dəfə şirkətə müraciət edəndə “Akkord” şirkəti mənə bildirirdi ki, maddi çətinliyimiz var və hazırda qaz sayğacımız yoxdur, nə vaxt olacağıda bilinmir. Bizim yaşadığımız binanın bütün mənzillərinə sayğac quraşdırılıb və qaz verilib. Bizim mənzildə su və işıq sayğacları quraşdırılıb, hər ay vaxtı vaxtında su və elektrikə görə odəniş edirəm. Hər ay vaxtı vaxtında “Akkord” şirkətinin bizim kompleksdə yerləşən ofisinə onlar tərəfindən təyin edilmiş məbləği (JEK pulunu) ödəyirəm. Buna baxmayaraq “Akkord” şirkəti bizə qarşı qanunsuzluq edir, bizi və qonşularımızı ölüm təhlükəsi ilə üz-üzə qoyur”.

Şikayətçi mənzilinin tez bir zamanda qaz sayğacı ilə təmin olunmasını xahiş edir.
sitat.info
 
 
 
Ardını oxu...
BƏƏ-də yaşayan 30 yaşlı qadın intihara cəhd etdiyi üçün Dubay məhkəməsi tərəfindən cərimələnib.

Məlumata görə, xanım 2021-ci ilin iyulunda intihara cəhd edib.

Bunu hüquq-mühafizə orqanlarına onunla birlikdə yaşayan rəfiqəsi deyib. Şikayətçinin sözlərinə görə, qız sevgilisi ilə xoşagəlməz söhbət etdikdən sonra intihara cəhd edib. Qadın sevgilisinin onu aldatmasından şübhələnib.

Dubay Kiçik Cinayətlər Məhkəməsi xanımı təqsirli bilib və ona 1000 dirhəm (təxminən 463 manat) cərimə kəsib.

Mənbə: gazeta.ru
 
 
 
Ardını oxu...
Bir çox layihə inistitututları bağlanmaq təhlükəsi ilə üz-üzə qalıb.Buna səbəb İnistitutların əsl gücü ilə işləyə bilməməsidir.
Bunu şərtləndirən başlıca amillərdən biri rəqabət haqqında qanunvericilik və normativ-hüquqi aktlarda olan boşluqlardır.

TEREF-ın xəbərinə görə, Faktinfo.az saytını məlumatlandıran mənbə bildirir ki, belə gedərsə dövlət layihə inistitutlarında işləyən minlərlə kanstruktor,memar işsiz qala bilər.Sayta məlumat verən mənbə onu da bildirir ki, hazırda Azərbaycanda 200-dən çox özəl şirkətlər layihə işi ilə məşğul olur.Layihə İnstitututlarının bağlanmaq təhlükəsi ilə üz-üzə qalma səbəbinə gəlincə, digər səbəb layihələndirmə işi ilə məşğul olan 200-dən çox özəl şirkətə ömürlük lisenziyanın verilməsidir.Bu isə rəqabət mühitinin pozulması ilə bərabər,həm də xətaya yol verən özəl layihə şirkətinə verilən lisenziyanın müddətinin dayandırılmayacağından qaynaqlanan arxayınçılıqdır.

Sayt onu da bildirir ki,hazırda tam gücü ilə işləyə bilməyən,kanstruktor,memar və digər işçilərini öz hesabına tez-tez məzuniyyətə göndərən, Azərbaycan Respublikası Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitututunda da vəziyyət qənatbəxş deyil.

Qeyd edək ki,son bir neçə ilə qədər “AzərİnşaatLayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu"nun 230 işçisi olub.İxtisarlar nəticəsində İnstitutun 170 işçisi qalıb.Hazırda onların da böyük qismi öz hesabına məzuniyyətə buraxılıb.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Bakı-Quba-Rusiya avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinə asfalt-beton örtüyünün döşənməsinə start verilib. Söhbət bir neçə ay sosial şəbəkələrdə müzakirələrə səbəb olan yoldan gedir. Belə ki, bu ilin iyun ayında iqtisadçı-ekspert Samir Əliyev sözügedən yolun dağıdılma prosesindən fotolar paylaşaraq, ümumilikdə 641 milyon manata yaxın vəsaitin xərcləndiyi Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun dağıdıldığını bildirmiş və bu hal geniş müzakirələrə səbəb olmuşdu.

"DogruXeber.az" yeniavaz.com-a istinadla xəbər verir ki, proses daha əvvəl də Azərbaycanda avtomobil yollarının təmirinə sərf olunan milyonlarla vəsaiti xatırladıb.
Belə ki, bir neçə il əvvəl ABŞ-ın “MSNBC” telekanalının sabiq nəqliyyat naziri Ziya Məmmədovun fəaliyyətindən bəhs etməsi də ölkədə gündəmə çevrilmişdi.
Kanalın aparıcısı Reyçel Meddeu təqdim etdiyi verilişdə Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədovun yol təmiri ilə bağlı özbaşınalığını belə gündəmə gətirmişdi:

“Nəhəng “Bechtel” şirkətinin başına gələn hadisə videoda gördüyünüz sarı ölkədə baş verdi. Bura nəhəng Rusiya ilə nəhəng İran arasında olan Azərbaycandır. Azərbaycan balaca ölkədir, təqribən İrlandiya boydadır, keçmiş sovet respublikasıdır. İndi onların neft pulu var. Azərbaycanda neft pulu orada yeni tikililərə səbəb oldu.

2007-ci ilin aprelində Azərbaycanın nəqliyyat naziri ölkənin gələcəyi üçün çox əhəmiyyətli ola biləcək bir görüş keçirdi - o, yollar barədə danışmaq üçün “Bechtel” şirkəti ilə görüşdü. Bu nəhəng Amerika şirkəti bütün dünyada yollar, körpülər, atom stansiyaları, kəmərlər tikir. Əlində neft pulu olan nəqliyyat naziri “Bechtel” rəhbərinin müavini ilə görüşdü ki, şirkət Azərbaycana gəlsin və ölkənin yollarını yenidən salsın. Bu çox böyük layihə idi və onların bunu ödəmək üçün pulları da var idi. “Bechtel” bunu çox gözəl edə bilərdi, dediyim kimi, onlar bunu bütün dünyada ediblər. Lakin onlar heç bir razılığa gəlmədilər.
Bunun səbəblərindən biri barədə biz “Wikileaks”in yaydığı sənəddən öyrənirik. O zaman Amerikanın bu ölkədəki səfiri ABŞ Dövlət Departamentinə teleqram göndərmişdi. O teleqramda yazır ki, Azərbaycan tərəfi “Bechtel”dən tipik yol inşaatı layihəsində qiymət deməsini xahiş edir. “Bechtel” rəhbəri də deyir ki, bu, sıfırdan başlayan tipik yol salınması layihəsidir və hər kilometri təqribən 5-7 milyon dollara başa gələcək. Yenə də teleqramdan oxuyuruq ki, bu qiymət Azərbaycan nəqliyyat naziri Ziya Məmmədova çox baha göründü. Nazir fikirləşdi ki, bu, çox puldur. Və onlar işi görmək üçün başqa şirkətlə müqavilə bağladılar - hər kilometrinə görə 5-7 milyon dollar əvəzinə, hər kilometrinə 18 milyon dollar verdilər.

Bunu edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovun illik maaşı, xəbər verildiyinə görə, 12 min dollardır. Amma necə olursa, ildə 12 min alan nazir milyarder olub?"

Ardını oxu...
Abşeron rayon İcra Hakimiyyəti strukturunda iki müavin postuna təyinat yoxdur.

Tia.az xəbər verir ki, icra başçısı Abdin Fərzəliyev hələ də 1-ci müavin və müavin vəzifələrinə kadrlar təqdim etməyib.

Hazırda başçının bir müavini var, o da Gülnar Rəhimovadır. İndiyədək başçının 1-ci müavini və müavin kreslolarının boş qalmasının səbəbi məlum deyil. Keçmiş başçı İradə Gülməmmədovanın komandası dağıldıqdan sonra Abşeron İH-də vakansiyalar var. Görünür ki, Fərzəliyev Nərimanov İH rəhbəri olduğu dövrdə 1-ci müavini Şahmar İbadovdan gördüyünü görüb, çəkdiyini çəkib, ona görə indi tək işləməyə üstünlük verir. Bildirilir ki, Abşeronda heç nə dəyişməyib, dəyişən ev tikintisi üçün tələb olunan rüşvətin qiymətinin qalmasıdır. Fərzəliyev gəldikdən sonra bu rəqəm əvvəl 2000-3000 idisə, hazırda 4000-5000 olub.
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Artıq 1 ildən çoxdur ki, Bərdə rayonunda kompüter tomoqraf (KT) cihazı və rayon poliklinikasında rentgen aparatı işləmir, digər 1 rentgen aparatı qismən işləyir. Qısası, o boyda rayon 1 rentgen aparatının ümidinə qalıb”.

Bu barədə ictimai fəal, infeksionist Aydın Əliyev "Feysbuk” hesabında yazıb.

O bildirib ki, tibbi texnika olmadığından əhali rentgen və KT xidmətindən məhrum olub: "Səhiyyəyə ayrılan bu qədər pullar, əhalidən və müəssisələrdən yığılan bu qədər tibbi sığorta pulları hara gedir?”

"Toplum TV” sözügedən məsələni dəqiqləşdirmək üçün Bərdə şəhər poliklinikası ilə əlaqə saxlayıb.

Bərdə rayon poliklinikasının işçiləri kompüter tomoqrafiya apartının işləmədiyini təsdiqləyiblər.

Bildiriblər ki, aparat bir müddətdir işləmir. Nə zaman işləyəcəyini isə bilmirlər.

Bərdə Rayon Mərkəzi Xəstəxanasından da oxşar cavab verilib: "Aparatın işləməməsi barədə müvafiq orqanlara müraciət etmişik. Ancaq tomoqrafiya cihazının hissələri tapılmır”.

Poliklinikanın həkimləri aparatın olmaması səbəbindən xəstələri rayondakı "Ömürdən Pay” klinikasına yönləndirir.

Bu xəstənada isə kompüter tomoqrafiyasının qiyməti 60 manatdan başlayır.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Zamirə Ədilovanın açıqlamasına görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasında mövcud olan kompüter tomoqrafiya cihazı 2009-cu ildən fəaliyyətdədir və köhnə versiya diaqnostika cihazı olduğu üçün onun ehtiyat hissəslərinin alınması, eləcə də təmiri çətinlik yaradır.

"Bu baxımdan yeni cihazın alınması üçün təkliflər hazırlanıb və tender yolu ilə alınması nəzərdə tutulub. Rentgen aparatının da alınması və yenilənməsi ilə bağlı müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulub”, - deyə Z.Ədilova bildirib.
 
Ardını oxu...
Kənd təsərrüfatı naziri İnam Kərimov müsahibəsində bildimişdi ki, bu ilin yanvar-fevral aylarında Azərbaycanda müşahidə edilmiş kəskin quraqlığa görə, təqribən 100 min hektar ərazidə taxıl əkinləri məhv olub.

Nazir məlum səbəblərdən məhv olmuş taxıl əkininə görə büdcədən ayrılan subsidiyadan və 50 faizini dövlətin qarşıladığı aqrar sığortadan danışmayıb.

Maraqlıdır ki, İnam Kərimov yaranmış böhranlı vəziyyətin səbəbindən bəhs etmir.

Burada təkcə biçinə qədər məhv olmuş tonlarla buğdadan getmir. 100 hektardan toplanması mümkün olan, hətta ən aşağı tədarük göstəiricisi ilə hesablasaq ciddi bir rəqəm ortaya çıxar.

Bununla belə, məhv olmuş 100 min hektar ərazidə həm də milyonlarla manat büdcə vəsaiti məhv edilib.

Məsələn, 1 hektar taxıl əkininə görə dövlət büdcəsindən fermerlərə 220 manat subsidiya verilir. 100 min hektar üçün subsidiya məbləği 22 milyon manat edir ki, onun da 25 faizini nağdlaşdırmaq, 75 faizini isə xüsusi dükanlardan gübrə alınmasına xərcləmək mümkündür.

Göründüyü kimi, dövlətin itkiləri 22 milyon manatdır. Bəs, bunun hesabını kim verəcək, cənab nazir?

Digər tərəfdən də Qarabağ, Şərqi Zəngəzur, Gəncə-Qazax və Şəki-Zaqatala iqtisadi rayonlarının ərazisində yetirişdirilən taxılın hər 1 tonunun satışından əldə edilən gəlirin 4 faizi, digər ərazilərdə isə 1,2-2,5 faizi qədər sığorta haqqı nəzərdə tutulur. Bu isə o deməkdir ki, riski yüksək olan ərazilərdə hər tondan 1000 manat gəlir əldə edildiyi halda onun 40 manat sığortaya gedir. Əgər sığorta hadisəsi baş verərsə, onda həmin gəlirin 90 faizini, yəni 900 manatını sığorta şirkəti fermerə ödəməlidir. Düzdür, Azərbaycanda quraqlığa görə sığorta ödənişi nəzərdə tutulmur, həmçinin məhv olmuş taxın sahələrinin sığortalanmasına dair məlumatlar da yoxdur.

İstənilən halda 100 min hektar taxıl əkinləri məhv olubsa, onun hansı fermerlərə məxsus olması və haralarda əkilməsinə dair məlumatlar da açıqlanmalıdır. Azərbaycanda orta məhsuldarlığın 32 sentiner olduğunu nəzərə alanda quraqlığa görə məhv olmuş 100 min hektar ərazidə taxıl əkindən itkilərimiz 320 min ton olub, bu da buğdanın indiki qiymətilə 320 milyon manat deməkdir.

Hesab edirəm ki, baş verənlər aqrar, su və meliorasiya təsərrüfatı sahələrində pis idarəçiliyin göstəricisidir. Xüsusilə də taxıl qıtlığının mövcud olduğu indiki şəraitdə bunun üzərindən ötüb keçmək olmaz. Kənd Təsərrüfatı Nazirliyi dövlətə dəyən ziyana görə əlavə məlumatlar açıqlamalıdır.

“Hürriyyət”in apardığı araşdırmalar zamanı məlum olub ki, İnam Kərimovun qeyd etdiyi quraqlıqdan məhv olan 100 min hektar taxıl sahəsi məhz susuzluqdan, daha doğrusu təsərrüfat suyu verilmədiyindən məhv olub. Taxıl sahələrinə verilməli olan su isə pambıq əkilən təsərrüfatlara verilib. Bununla da hazırda bütün dünyanı narahat edən ərzaq buğdası təminatı, əsas qida məhsulu olan taxıl tədarükü 320 min ton aşağı düşüb.

Nəhayət, Azərbaycan hazırda ərzaq buğdasına olan təlabatını ödəmək üçün idxalatla bağlı problemlərlə üzləşir. Rusiya, Qazaxıstan, Ukrayna kimi əsas buğda ixracatçıları Azərbaycana taxıl satmağı ertələyiblər. Bu isə o deməkdir ki, Kənd Təsərrüfatı Nazirliyi, nazir İnam Kərimov zamanında əsas strateji ərzaq məhsulları sayılan sahələrə xüsusi diqqət ayırmalı idi. Bununla bağlı zəruri olan inzibati addımlar atılmalı idi. Lakin ortada yalnız 100 min hektar məhv olmuş taxıl sahəsi haqqında informasiya var. Bunun da məsuliyyəti əlbəttə ki, İnam Kərimovun üzərinə düşür.

Hurriyyet.az
 
 
 

Ardını oxu...
Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri aşkar olunub.

Kiçik araşdırmamız nəticəsində məlum olub ki, Səfər Mehdiyev hələ Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sonradan isə sədr vəzifəsində çalışarkən Balkan yarımadası və Alp dağları ətəklərindəki kurort ərazilərdə onlarla daşınmaz əmlak biznesinə milyonlarla sərmayə yatırıb.

Həmin illərdə Səfər Mehdiyev xüsusilə Avstriya, Sloveniya və Xorvatiyanın turizm bölgələrində otellər və istirahət mərkəzləri satın alıb.

 Səfər Mehdiyevin 2018-2019-cu illərdə Avropa ölkələrində aldığı əmlakların bir neçəsinin adlarını oxuculara təqdim edirik:

Ardını oxu...

Avstriyada göl kənarında “Feriendorf 1, 9181 Feistritz im Rosental” ünvanında yerləşən “Euro Parcs Rosental” adlı istirahət mərkəzi;

Sloveniyada “Triglavska cesta 17, Bohinjska Bistrica, 4264 Bohinj” ünvanında yerləşən dörd ulduzlu “Bohinj Eco Hotel” adlı otel.

Səfər Mehdiyev yuxarıda adları qeyd olunan otellərə 2018-2019-cu illərdə sahib olub.

Sabiq komitə rəisinin “Euro Parcs Rosental” otelini 8 milyon avroya, “Bohinj Eco Hotel” otelini isə 12 milyon avroya aldığı deyilir.

Ardını oxu...

Səfər Mehdiyevin Avropada aldığı əmlakları təkcə Avstriya və Sloveniya ilə bitmir, onun İtaliya və Xorvatiyada da daşınmaz əmlaklara sahib olduğu barədə araşdırmalar aparırıq. Bununla bağlı növbəti materialımızda oxuculara məlumat veriləcək.

Məsələ ilə bağlı Səfər Mehdiyev informasiya sorğumuzu cavabsız qoyub. //demokrat.az// 

Ardını oxu...
 
 
Ardını oxu...
Ölkə gündəmini diqqətlə izləyən vətəndaşlar bəlkə də xatırlayarlar, Baba Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin olunandan sonra fəaliyyətə başlar-başlamaz dövri mətbuatda “Azərişıq” işçılərinin “Azərenerji”yə kütləvi şəkildə axacağı barədə məlumatlar yayıldı. Bildirilirdi ki, bu dəyişiklik təkcə strtuktur və mövcud idarəetmə sistemində deyil, həm də kadrlarda özünü göstərir. Qeyd olunurdu ki, “Azərişıq”da artıq çemodanlarını hazırlayıb daha da böyük vəzifəyə getmək istəyənlərin sayı heç də az deyil. Onlardan biri kimi iyirmi ildən çox “Azərişıq” Səhmdar Cəmiyyətinin Avtonəqliyyat İdarəsinin rəisi vəzifəsində işləmiş Səxavət Səlimov göstərilirdi. Proqnozlar doğru çıxdı.

Belə ki, son vaxtlar Səxavət Səlimov ona bu və ya digər sualları vermək üçün telefon açan jurnalistlərə “mən artıq işdən çıxmışam” – cavabını verir. Halbuki, o, daha yüksək vəzifəyə — “Azərenerji” ASC-nin Avtonəqliyyat İdarəsinin rəisi vəzifəsinə irəli çəkilib. Çoxdan göz dikdiyi kresloda yayxanan kimi əvvəl rəhbərlik etdiyi qarajda ətrafına yığdığı İsmayıllı rayonundan olan həmyerlilərini də yanına çəkib. Onların boşalan yerlərinə yenə də İsmayıllıdan adamlar gətirib. Xidməti maşınla təmin etdiyi sürücüsünə isə külli – ixtiyar verib. O zalım da işçilərə necə deyərlər, qan uddurur.

Səxavət Səlimov “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Avtonəqliyyat İdarəsini çapıb-talamaq hesabına özünə nəhayətsiz haram kapital toplayıb. Qəribədir ki, Baba Rzayev bütün bunları bilə-bilə Səlimova necə daha yüksək vəzifəni etibar edib. Görünür, Səlimovda Rzayevi qane edən başqa vacib məziyyətlər vardır. Yəqin, Səlimov idarəyə ayrılan yanacaq, sürtgü yağları, şin və başqa ehtiyat hissələrini “səmərəli və təyinatı üzrə silməkdə” pərgardır və tabe olduğu şəxslərə münasibətdə öz adına uyğun olaraq səxavətlidir.Səxavət Səlimovun suallardan yayınmaq üçün tez-tez istifadə etdiyi bir fənd də şəkər xəstəsi olduğunu, ürəyi ağrıdığını deyib jurnalistləri özü ilə təmasdan çəkindirməsidir. Belə olan halda o, cəmi bircə suala cavab versə, yetərlidir?

“Xəstəsənsə, niyə vəzifədən əl çəkmirsən?”Redaksiya olaraq hazırda Səxavət Səlimovun “Azərenerji”nin tender və kotirovkalarından bir qayda olaraq “qalib” çıxan “Marketinq və Servis Müəssisəsi” MMC ilə və həmin MMC-nin qanuni təmsilçisi Fikrət Səlimov ilə mübhəm əlaqələrini araşdırırıq.

Mövzunu davam etdirəcəyik

"Azərbaycan Reallığı"
 

Ardını oxu...
 
 

 
“Veysəloğlu” şirkətinin tabeliyində olan “Araz” marketlər şəbəkəsində istehlakçıları aldadırlar. TİA.Az bildirir ki, Araz Məmmədov bu haqda fakt təqdim edib. Müştəri deyir ki, bu mağazadan alış-veriş edərkən diqqətli olun: “Babək prospektində yerləşən mağazadan “Uludağ” adlı içki götürdüm, deməli vitrində 2.49 silinib endirimlə 1.89 göstərilib, çekdə isə məhsulun qiyməti 2.29 azn çıxdı. Bunu görüb qayıdıb etiraz etdikdən sonra məbləği geri qaytardılar.

 
Belə başa düşmək olur ki, əslində məhsulun qiyməti 2.29 manatdır, vitrində qiymətdən baha 2.49 göstərib üstündən xətt çəkib 1.89 qoyurlar ki guya böyük endirim olub. Məhsulun öz qiymətindən baha yazıb endirimli göstərməyi bir yana qalsın, kassada heç endirimli qiyməti də çıxmır, öz qiymətini vururlar”.
Ardını oxu...

Şikayətçi qeyd edir ki, endirimli göstərilən məhsulları gün ərzində nə qədər alıcı görüb inanıb alır, bəlkə çoxu heç fikir də vermir və aldanır: “Gərək aldığın məhsulların bütün qiymətlərini və çeki analiz edəsən, yoxsa mağaza tərəfdən aldanmağından heç xəbərin olmayacaq” .

TİA.Az
Ardını oxu...
Ardını oxu...

 

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti