Ardını oxu...
Metronun “20 Yanvar” stansiyasının keçidində ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar etiraz edirlər.
“LAF TV” məsələni araşdırmaq üçün sözügedən ərazidə çəkiliş aparıb. Sahibkarlar bir aydan çoxdur ki, evlərinə çörək apara bilmirlər, aidiyyəti qurumlara müraciət etsələr də şikayətlərinə baxılmır. Ticarət obyektlərinin bağlanmasının səbəbi, nə vaxt açılacağı isə bilinmir. Bir aydan çoxdur ki, aidiyyəti qurumlardan məlumat ala bilməyən sahibkarlar şikayətlərini kamera önündə dilə gətiriblər.
Ətraflı süjetdə:

 
Ardını oxu...
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “ABC-TELECOM” MMC-yə (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) qarşı qanunvericiliyinin tələblərinin pozulması əlaməti üzrə iş qaldırıb.

TEREF İqtisadiyyat.az-a istinadən xəbər verir ki, “Kontakt Home” satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarını pozmaqda, eləcə də malın istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçını az miqdarda aldatmaqda ittiham olunur.

Belə ki, “ABC-TELECOM” MMC “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 7-ci maddələrinin tələblərini pozduğu üçün Dövlət Xidməti tərəfindən ötən ay barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 444.2-ci və 447.0.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Qeyd edək ki, İXM-in 447.0.1-ci maddəsində deyilir ki, mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Burada “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. 444.2-ci maddədə isə deyilir ki, satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulmasına görə altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Xatırladaq ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bundan əvvəllər də “Kontakt Home” barəsində qanunvericiliyin pozulması əlamətləri üzrə iş qaldırıb.
Ardını oxu...
Polad Bülbüloğlunun Rusiya Federasiyasındakı səfir postundan Milli Məclisə təyin edilməsi və Rəhman Mustafayevin onu bu postda əvəzləməsi Rusiyada hüququ pozulan şəxs kimi yenidən elçimizə üz tutmağa nədən olub. Qısaca hüquq pozuntusunu bir daha diqqətə çatdırıb, konsulluq xidmətinin XİN araçılığı və birbaşa çoxsaylı elektron müraciətlərə susqunluq sərgiləməsinə susmamağınıza ümidliyik.
Bu ilin 23 iyulunda 1-ci dərəcəli Qarabağ əlili kimi qulluğumda olan həyat yoldaşımla müalicəyə getdiyimiz Soçidən J28632 Soçi-Bakı reysi ilə doğma yurda dönməyimizə aeroportda imkan verilmədi və biz tam maddi və hüquqi yardımsız durumda qaldıq. Biz səhər saat 7-də uçacaq reysə saat 4-40-da qeydiyyatdan keçdik və miniyin elan edilməsini gözlədik. Bizə qarşı birinci pozuntu yerlərin verilməsində üzə çıxdı. Kassir xanım yanaşı yerlərin ayrılmasına rüşvət tələb etdi, imtina etdiyimizdən yaşlı, əlil cütlüyə 31A və 38C yerlərini verdi. Bu faktı Soçi nəqliyyat prokurorluğu kassirin AZAL nümayəndəliyinə aid olması ilə izah edib. AZAL isə , konsulluq xidməti kimi , hələ də susur.
Saat 6-27 radələrində gömrük, pasport və s. Yoxlamasından keçib, saat 6-40-da 2-ci qata minik bölümünə qalxdıq. Heç yerdə “Bakı” işarəsi olmadığından, 1-2 dəqiqə oturacaqda gözləyəndən sonra açıq qapıya ( ingiliscə gate- “qeyt”) yaxınlaşıb Bakıya miniyin hansı olduğunu soruşduq. Özbək, ya qazax və s. Orta Asiya görünüşlü xanım öncə biletimizi istədi, sonra özbək, qazax ... və rus kişi həmkarları ilə göz-qaşla sözləşib gecikdiyimizi bildirdi. Biz saatı göstərib, hələ 17-18 dəqiqə qaldığını desək də, ən geci 20 dəqiqə qalmış qapıda olmalı olduğumuz vurğulandı. Halbuki Soçidə verilən biletdə azərbaycan və ingiliscə bu müddətin 15 dəqiqə olması göstərilib. Beləcə gecikmədiyimiz halda miniyə gecikmək adı altında uçuşdan məhrum edildik. Bizə nə biletin dəyəri qaytarıldı, nə başqa reyslə yola salındıq. Elə çıxılmaz durumda qaldıq ki, Bakıdan “Aeroflot”un Soçi- Moskva- Bakı” reysinə dördqat baha qiymətə bilet aldırdıq. Həmin reyslə səfirimiz , indiki deputat Polad Bülbüloğlu ilə bir yerdə gəlməyimizdən ( “nə böyük xoşbəxtlik!”-M. B.) media bilgi yayıb. Onu da vurğulamaq tam yerinə düşər ki, Soçi-Moskva reysinə qeydiyyatdan keçəndə heç bir ödəniş tələb edilmədən yanaşı yerlər verildi. Bu isə Rusiya prokurorluğunun Soçi-Bakı reysinə rüşvətlə xidmət edən, birimizə 31A, o birimizə 38C yerlərini ayıran kassanın AZAL nümayəndəliyinə aid olması barədə fikirlərinin doğru olduğunu göstərir.
Bakıya gələndən sonra hər iki ölkənin səfirliklərinə, ombudsmanına, prokurorluqlarına Soçi aeroportunun özbaşınalıqla vurduğu maddi-mənəvi ziyanın ödənilməsi tələbi ilə şikayət etdik. RF-nin Bakıdakı səfirliyi anında cavab verdi ki, ilk növbədə daşıyıcı AZAL-a qarşı iddia sürülməli və Azərbaycanın RF-dəki səfirliyinin konsulluq xidməti öz vətəndaşlarının hüquqlarını qorumağa girişməlidir. AZAL “təəssüflənməklə” bildirdi ki, reysə gecikmişik, RF-dəki konsulluqdan isə hələ də xəbər yoxdur. Azərbaycan XİN-in konsulluq xidməti AZAL-ın saxta cavabını bir aydan sonra sırımaqla vətəndaşlarının xaricdə müdafiəsindən imtina etdiyini ortaya qoydu. XİN niyə xaricdəki konsulluğa yox, daxildəki AZAL-a göndərir şikayəti?
Prokurorluğa gəldikdə, Azərbaycan prokurorluğu hələ də susur, RF prokurorluğu hələ də araşdırma aparır. Soçi nəqliyyat prokurorluğunun razılaşmadığımız cavabından ( guya aeroportun kamera görüntülərinə əsasən , biz 6-48-də “qeyt”də olmuşuq, yəni nəzərdə tutulduğundan 3 dəqiqə gec- M. B.) yuxarı - Cənub nəqliyyat prokurorluğuna şikayətə cavabdan da razı deyilik və yuxarı prokurora şikayət verilib. Cənub nəqliyyat prokurorluğu aeroportun kamera görüntülərinə əsasən, “qeyt”də 6-46-da , olduğumuzu, cəmi yarım dəqiqə gecikdiyimizi bildirib. Bu cavablar cinayətkar saxtalıqla reysdən məhrum edilməyinizi tam çılpaqlığı ilə ortaya qoyur. Axı eyni kamera görüntüsü gah 6-48, gah 6-46-nı necə doğrulaya bilər? AZAL-ın Soçi nümayəndəliyinin vicdanını rüşvətə dəyişməsini bir yana qoyaq, bəs RF-dəki konsulluq xidməti niyə şikayəti araşdırmır, kamera görüntülərini tələb etmir və bizə hüquqi yardım göstərmir? Axı yarım-bir dəqiqə gecikməyə görə reysdən məhrum edilmənin özü cinayətdir.
Bizim gecikmədiyimizi obyektiv kamera görüntülərindən başqa sərnişinlərin siyahısı da sübut edir. Daşıyıcı AZAL hələ də siyahını verməkdən imtina edir. Rusiya prokurorluğu isə 106 yerlik uçaqda 105 sərnişinin uçduğunu , konkret 31A və 38C yerləri haqqında bilgi verməsə də, yerlərimizin satılmadığını, biz gecikdiyimizdən RF-dən deportasiya olunmuş şəxsin mindirildiyini (?) bildirib. Cinayət tam sübut olunur: BİR DƏQİQƏ GECİKMƏ MÜDDƏTİNDƏ KİMİSƏ başqasını YERLƏŞDİRMƏK MÜMKÜNSÜZDÜR! Eyni zamanda bəyəm deportasiya əlil-qazinin hesabına olur?
Rusiya tərəfi , AZAL kimi, aviadaşımaçılıq haqqında yerli qaydalara əsaslanıb. Halbuki beynəlxalq daşımaçılıqda əsas qayda 12 oktyabr 1929-cu il tarixli Varşava Konvensiyasıdır. 1955-ci ildə Haaqada, 1975-ci ildə Monrealda yenilən bu Konvensiyaya Azərbaycan da qoşulub, Rusiya da. Konvensiyanın , elə yerli qanunvericiliyin də, tələbi belədir ki, sərnişin reysə buraxılmadıqda mütləq akt tərtib edilməlidir. Soçidə bu qayda pozulub, Azərbaycan vətəndaşları “lotuluq”la reysdən məhrum edilib. Konvensiyaya görə, hətta bilet pulsuz əldə edildikdə belə dəyəri beynəlxalq normaya uyğun qaytarılmalıdır. RF prokurorluğu isə AZAL-a istinadla biletin dəyərinin “qaytarılmayan” kateqoriyaya aid olduğunu bildirib.
RF-dəki səfirliyimizin konsulluq xidmətinin işə qarışmasını, daha düzü, işini görməsini , bizə hüquqi yardım edilməsini , məhkəmə ilə , arbitrajla hüququmuzu təmin etməsini diləməkdə haqlı deyilikmi?
Məğrur Bədəlsoy
TEREF
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Bakı şəhərinin Mirzağa Əliyev küçəsində piyada səkisini zəbt edərək skuter və velosiped üçün parkinq, kirayəlik yer yaradılıb. Bu, digər hərəkət iştirakçılarına mane olur. Əlilliyi olan şəxslərin, xüsusən də əlil arabasında hərəkət edən şəxslərin bu süni baryeri aşması ümumiyyətlə qeyri-mümkündür. Piyadalar isə ya velosiped təkərinə və yol nişanının dirəyinə üst-başını, paltarını sürtərək oradan keçməli, yaxud da avtomobil yolu ilə hərəkətə davam etməlidirlər. Bu halda da həm piyadaların həyatı təhlükəyə atılır, həm də sürücülər üçün problem yaranır.

Paytaxt ərazisində velosiped və skuterlərin hərəkəti üçün ayrıca yolların, zolaqların yaradılmasını, parkinq və kirayə yerlərin ayrılmasını alıqışlayır, qabaqcıl ölkələrdəki nümunənin şəhərimizdə də tətbiqindən məmnunluq hissi keçiririk.

Bu siyasətin, islahatın Bakının nəqliyyat sıxlığının aradan qaldırılması istiqamətində növbəti addım olduğunu da yaxşı dərk edirik. Amma islahat dediyin belə olmalıdırmı? Bir hərəkət iştirakçısının rahatlığını təmin etmək üçün digər hərəkət iştirakçısının hüququnu pozmalı, sərbəst hərəkətini məhdudlaşdırmalıyıqmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev dedi ki, paytaxt Bakı oturuşmuş, hərəkət sıxlığı olan şəhərdir. Onun sözlərinə görə, belə yaşayış məntəqələrində velosiped parkinqi üçün piyadaların səkisindən istifadə etmək, onu kiçiltmək, digər hərəkət iştirakçılarına süni maneə yaratmaq yolverilməzdir: “Təbii ki, velosiped və skuterlər üçün kirayəlik yerlərə, parkinqlərə, dayanacaqlara ehtiyac var. Amma səkiləri zəbt edərək belə yerlər yaratmaq doğru deyil. Həmin vasitələr üçün müəyyən yerlər ayrılmalıdır. Şərt deyil ki, bu, düz yolun kənarında, yaxud piyada səkisinin üzərində olsun. Məsələn, şəhərimizdə çoxlu parklar və meydanlar var. Onların içərsində də belə parkinq yerləri yaratmaq olar. Bu işləri həyata keçirərkən diqqətlə araşdırmaq, digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə mane olmamaq şərtilə müvafiq tədbirlər görmək lazımdır”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Təbliğat və İctimai İşlər üzrə rəisi Toğrul Nəsirli isə Medianews.az-a söylədi ki, piyadalar yol hərəkətinin ən müdafiəsiz iştirakçıları sayılırlar. Rəisin sözlərinə görə, piyadaların iştirakı ilə baş verən qəzaların qarşısının alınması, onların mənzil başına rahat və təhlükəsiz çatması istiqamətində Bakı Şəhər Dövlət Yol Polisi tərəfindən mütəmadi olaraq nəzarət profilaktik tədbirlər həyata keçirilir: “Bəzən piyadalar yolun hərəkət hissəsinə düşmək məcburiyyətində qalırlar. Bu da ümumilikdə onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır. Hər bir halda piyadalar, eləcə də nəqliyyat vastələrinin sürücüləri diqqətli olmalıdırlar, qaydalara ciddi şəkildə riayət etməlidirlər. Unutmaq olmaz ki, ani diqqətsizlik böyük qəzaların baş verməsinə səbəb ola bilər”.

Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) də mövqeyini öyrəndik. Qurumun mətbuat katibi Tural Orucov Medianews.az-a bildirdi ki, sözügedən əraziyə baxış keçiriləcək, piyadaların rahat və maneəsiz hərəkəti üçün AYNA tərəfindən müvafiq şərait yaradılacaq.
 
Ardını oxu...
Hər il Azərbaycanda oktyabrın 5-də Müəllimlər günü kimi qeyd edilir. Bu təqvim bir sıra məsələləri yenidən gündəmə gətirir. Bunlardan biri də müəllimə hədiyyə almaq və ya bunun üçün valideynlər arasında pul toplamaq mövzusudur.

Artıq uzun illərdir ki, məsələ öz həllini tapmır. Məktəblərdə qeyri-rəsmi şəkildə pul yığımlarının ləğv edildiyi deyilsə də, bunun qarşısı alınmır.

Sual yaranır: Elm və Təhsil Nazirliyi niyə bu prosesin qarşısını almır? Gücü çatmır, ya istəmir? Bu qədər yığılan vəsait hara və kimin cibinə gedir?
TEREF xəbər verir ki, hüquqşünas Əkrəm Həsənov Globalinfo.az-a bildirib ki, müəllimlər günündə pul yığılması ilə bağlı mütləq sübut lazımdır.

Onun sözlərinə görə, nazirlik pul yığıldığını eşitsə belə, ortada şikayət olmalıdır:

“Məsələn, valideynlər pul yığır. Gəl, indi sübut et ki, onlara məktəbdən müəllim, rəhbərlik və ya başqa kimsə bu cür tapşırıq verib. Qarşı tərəf deyəcək ki, heç nədən xəbərimiz yoxdur, valideynlər özləri pul yığır və s. Nazirliyin xəbəri oldu-olmadı, bu məsələ cəmiyyətimizdə olan köklü problemdir. İnsanların çoxu buna adi hal kimi baxır. Əksəriyyət deyir ki, hə, nə olsun, pul vermək lazımdır da. Ona görə də, məsələlər üzə çıxmır”.

Qeyd edək ki, ümumtəhsil məktəblərində yalnız Müəllimlər günü üçün pul yığılmır. 8 mart, Yeni il, Novruz bayramı, direktorların doğum günləri, məktəbin təmiri, təhsil müəssisələrinə qonaqların gəlməsi, hətta yerli icra hakimiyyətlərinin hansısa tədbiri adı altında hələ də pullar yığılır. Hər dəfə mediada bu məsələ gündəmə gətirildikdə Elm və Təhsil Nazirliyindən “xəbərimiz yoxdir” tipli açıqlamalar verilir. Bu isə o deməkdir ki, ETN tabeliyindəki qurumlardakı qanunsuz fəaliyyətə ya göz yumur, ya da üzərinə düşən işin öhdəsindən gələ bilmir.

Nazir Emin Əmurullayev də jurnalistlərin aidiyyəti suallarına qeyri-müəyyən cavablar verməklə, mövzudan yayınır. Əksər rəylər isə belədir ki, nazir də, nazirlik də istəsə bu qeyri-qanuni fəaliyyətin qarşısını alar.
 

Ardını oxu...

Fövqəladə Hallar Nazirliyinin (FHN) Maddi Texniki-Təchizat İdarəsi "Qafqaznet" MMC-dən 311 179,66 manatlıq katric alacaq. 

Qaynarinfo məlumat verir ki, şirkət idarənin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. 

Ümumiyyətlə, "Qafqaznet" şirkəti bir qayda olaraq FHN-nin Maddi Texniki-Təchizat İdarəsinin keçirdiyi satınalma müsabiqələrinin qalibi olur. Dövlət satınalmalarınin vahid internet portalı üzərindən apardığımız araşdırma zamanı məlum olub ki, "Qafqaznet" şirkəti 2023-2024-cü illərdə FHN-nin Maddi Texniki-Təchizat İdarəsinin keçirdiyi haqqında bəhs etdiyimiz tender də daxil olmaqla 14 satınalma müsabiqəsinin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 9 801 490,98 manatdır. 

"Qafqaznet" MMC-nin FHN-nə tabeli qurumun keçirdiyi tenderlərin qalibi seçilməsinin sirri şirkətin fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olmasındadır. 

"Qafqaznet" MMC 11 dekabr 2015-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, "Çinar Park Biznes Mərkəzi"ndə yerləşir. MMC-nin qanuni təmsilçisi Əhmədov Xəyal Əkbər oğludur. 

Şirkətin hüquqi ünvanı iki dəfə dəyişib. Bundan əvvəl "Qafqaznet" MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da yeləşib. Şirkət təsis ediləndə isə Yasamal rayonu, Nəriman Nərimanov prospekti, ev 206, məhəllə 466-da qeydiyyatda olub. Bu ünvanda Kəmaləddin Heydərova məxsus olduğu bildirilən bir neçə şirkətin, o cümlədən "Gilan Holdinq"ə daxil olan şirkətlər qeydiyyatdadır.

"Qafqaznet"in qanuni təmsilçisi də cari ildə dəyişib. Xəyal Əhmədov Cəfərov Adil Ələddin oğlunu əvəzləyib. Adil Cəfərov həm də "Qtech" MMC-nin qanuni təmsilçisidir. Bu şirkət də Binəqədi rayonu, Ziya Bünyadov küçəsi, ev 43A-da, yəni, "Qafqaznet"in bundan əvvəlki hüquqi ünvanında qeydiyyatdadır. 

Beləliklə, aydın olur ki, 1 il ərzində FHN-nin Maddi Texniki-Təchizat İdarəsindən "Qafqaznet" şirkətin 10 milyon manata yaxın pul axıb. 

Ardını oxu...
Biləsuvar rayonu, Xırmandalı kənd sakini Əliyev Aqil Tofiq oğlu tərəfindən Hurriyyət.az saytının redaksiyasına şikayət məktubu daxil edib. Şikayətçi iddia edir ki, 2021-ci ildə Dövlət Məşğulluq Agentliyində qetdiyyata düşsə də, hələ də müraciətinə cavab verilmir:

“Mən, Əliyev Aqil Tofiq oğlu, bildirirəm ki, 2021-ci ildə qoyun təssərrüfatı ilə bağlı Biləsuvar rayon Məşğulluq İdarəsinə müraciət etmişəm. Adımı qeydiyyata alsalar da, hələ də heç bir xəbər yoxdur. Nə iş, nə də qoyun verirlər.

Hazırda ünvanlı sosial yardım da almıram. Kasıbçılıqdan yaşamaq mümkün deyil. Məşğulluq İdarasinə gedirəm, deyirlər ki, nə vaxt verilsə, sizinlə əlaqə saxlayacağıq. Gedirəm deyirlər ki, sənin 59 balın var, 100 bal olanda çəkiliş gələcək”.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, vətəndaş 2021-ci ildə deyil, 2024-cü il avqustun 19-da fərdi məşğulluq proqramına müraciət edib: “Fərdi məşğulluq proqramı o deməkdir ki, vətəndaş məşğulluq filialına müraciət edir, onun məşğulluq imkanları qiymətləndirilir. Bu qiymətləndirilmənin nəticəsinə uyğun olaraq müəəyyən edilir ki, özünü məşğulluq proqramı onun üçün uyğun tədbirdir, yoxsa yox. Uyğun tədbir olaraq müəyyənləşdiyi üçün özünü məşğulluq proqramı vətəndaşın məlumatları qroqram üzrə növbəli reyestr ilə əlavə olunur.

Vətəndaşın adı qeydiyyatdadır. Bizə qoyunçuluq təsərrüfat zərfi ilə bağlı müraciət edib. Hal-hazırda növbədədir. Çünki çox qısa müddətdir, vətəndaş müraciət edib, onun növbəsi çatanda gəlib şəraitinə baxacaqlar ki, qoyunçuluq təsərrüfatı zərfi üzrə özünün məşğulluğunun təşkili üçün şəraiti varmı? Şəraiti də olarsa, artıq növbəti mərhələlərə cəlb olunacaq. Yəni 2021-ci il məsələsi yoxdur, ola bilər ki, vətəndaş qarışdırıb. Ola bilər, 2021-ci ildə məşğulluq filialına gedib, proqlamla maraqlanıb, qeydiyyata düşməyib”.

P.S. Bəs, bal sistemi nədən ibarətdir? Hər bir vətəndaş müraciət edəndə onun sosial vəziyyətinə uyğun skorinq balı müəyyən edilir. Yəni müəyyən meyarlar olur. Vətəndaş hansı həssas kateqoriyaya aiddir, əlilliyi varmı, aztəminatlı meyarına uyğundurmu? Belə bir neçə kateqoriya üzrə müəyyənləşir. Ona uyğun skorinq balı olur.

Hazırda barəsində bəhs etdiyimiz vətəndaşın skorinq balı 59-dur. Amma o demək deyil ki, 100 bal olanda çəkiliş olacaq. Ola bilər vətəndaşın 70 və ya 80 balla da növbəsi çata bilər. Yəni orda skorinq balı vətəndaşın sadəcə növbə sırasını müəəyyən edən bir meyardır. Yəni vətəndaşın 59 balı varsa, 80 balı olan vətəndaş ondan növbə olaraq daha qabaqdadır. 80 balı olan vətəndaş daha həssas kateqoriyaya aiddir. Yəni vətəndaşın olduğu sosial vəziyyətə uyğun onun skorinq balı müəyyənləşir. Skorinq balın əsasında da növbə sırası olur. Yəni 100 bal olanda çəkiliş olacaq deyə bir şey yoxdur. Sadəcə hər bir şəxsin növbəsi çatanda monitorinq aparılır.

Aynurə İSMAYIL
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında, Dilarə Əliyeva küçəsində səkiyə zibil konteynerləri yerləşdirilib.

Sakinlər deyirlər ki, bu həm antisanitariyaya, həm də səki ilə hərəkət edən piyadaların gediş-gəlişinə mane olur.

"Yalandan deyirlər ki, zibil qutularını aparacağıq. Amma hamısının içi tullantı ilə doludur", - deyə sakin narazılıq bildirib.

Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyindən məsələ ilə bağlı açıqlama verilib.

"Nəsimi rayonu ərazisində məişət tullantılarının müvəqqəti toplanması üçün yaradılmış konteyner meydançalarında mövcud konteynerlərin yeniləri ilə əvəzlənməsi prosesi aparılır. Hazırda bu işlər Dilarə Əliyeva küçəsində yerinə yetirilir. Həmin konteynerlərin səkiyə qoyulması müvəqqəti xarakter daşıyır və yaxın saatlarda onlar yeniləri ilə əvəz olunaraq ərazidən çıxarılacaq", - deyə qurumun məlumatında deyilir.

Daha ətraflı Baku TV-nin süjetində:

 
Ardını oxu...
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi fiziki şəxs “Zoomagazın.az” MMC (VÖEN- 1405352961) olub.
Müsabiqənin şərtinə görə “Zoomagazın.az” MMC “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə mal-qara yemləri satacaq.
Satın alınacaq 2 524 ədəd yonca presinin hər biri 18 kq. olacaq. Bundan başqa, 2 639 kq. arpa, 4 103 kq. kəpək və heyvanlar üçün 332 kq. duz alınacaq. Qeyd olunan heyvan yemləri üçün Qoruq İdarəsi “Zoomagazın.az” MMC-yə 17 min 962 manat 65 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 2022-və 2023-cü illərdə “İçərişəhər” Muzey Mərkəzinin keçirdiyi analoji tender müsabiqələrinin qalibi də “Zoomagazın.az” MMC olub. Nizamnamə kapitalı 50 manat olan MMC- nin qanuni təmsilçisi Mursakulov Ceyhun Bəxtiyar oğludur.
 
Ardını oxu...
Ramin Əliyev kimdir? Ramin Əliyev Bakının düz mərkəzini – "Tarqovı" deyilən ərazini insanların kabusuna çevirən AYNA-nın işçisidir.

Özünü Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevin yaxın adamı kimi qələmə verən Ramin Əliyev etdiyi qanunsuz əməllərlə "Tarqovı"da “at oynadır”.

Ramin Əliyev dövlət qurumunu, yəni AYNA-nı xalqla üz-üzə qoyan pulgir şəxsdir.

AYNA-nın adından sui-istifadə edərək insanların qanını soran, cibini soyan bu bələdçi AYNA-nı insanların gözündən salır və nifrət oyadır.

Necə deyərlər, əlinə alıb AYNA-nın qılıncını, o tərəfə çapır, bu tərəfə çapır.

"Tarqovı"nın parklanma yerlərini özünün pul dağarcığı hesab edən Ramin Əliyev sürücülərə qənim kəsilib.
O, bu ərazidə maşın saxlayan hər bir kəsə (sakinlər istisna olmaqla) – obyekt, ofis, mağaza, restoran, kafe və s. iş yerlərinin sahiblərinə “tas” qoyub.
“Tas” nə az, nə çox, Ramin Əliyevin komfortunu təmin edəcək qədərdir – 300 manat!!!

Qılıncı ilə at oynadan bu şəxs deyir ki, bu pul yuxarıya çatır, yəni AYNA-ya. Bunun nə dərəcədə düzgün olduğunu yəqin ki, AYNA özü bilər.

Bizi isə onsuz da yerləşdiyi məkana görə yüksək arenda ödəyən iş adamlarının qanını zəli kimi soran və insanların kabusuna çevrilən Ramin Əliyev maraqlandırır.

Qılıncının dalı da, qabağı da kəsən Ramin Əliyevin quldurluğuna, özbaşınalıqlarına “dur”deyən yoxdur!

Vay parklanma yerinə görə 300 manatı verməyən, yaxud verə bilməyən, çıxışdırmayan avtomobil sahiblərinin halına… Həmin dəqiqə Ramin Əliyevin kameraları işə düşür, həmin avtomobilin şəklini, videosunu çəkib “yuxarılara” ötürür.

Bir sözlə, öl, canın çıxsın, Ramin Əliyevi dolandır, hər şeydən kəs, Ramin Əliyevə komfort həyat yaşat.

AYNA Ramin Əliyevə səlahiyyət verəndə məgər onu belə təlimatlandırıb ki, get, nə istəyirsən elə, sənə “yaşıl işıqdır”..?

Sürücüləri “tas”a otuzduran bu şəxsi AYNA-nın reketi kimi tanıyırlar. Çünki pulu AYNA-nın adından tələb edir, yəni özünü sudan quru çıxarıb AYNA-nı güdaza verir.

Yəni bəlkə də düz deyir, biz AYNA-nın Ramin Əliyev adlı bu quldur, yolkəsən, cibə girənlə bağlı görəcəyi tədbirdən sonra hər şeyi biləcəyik. Hələ ki AYNA Ramin Əliyevə “volya” verib, o da insanlara qənim kəsilib.

Ramin Əliyevin qılıncının altından 300 manatla keçməyən, keçməyə imkanı olamayanların bir gün ayağa qalxıb Prezident Aparatına şikayət edəcəyi gün isə elə də uzaq deyil.

Bu acınacaqlı vəziyyətdən, Ramin Əliyevin qanunsuz hərəkətlərindən bezən avtomobil sahibləri şikayət etməyə hazırlaşırlar.

Mövzunu davam etdirəcəyik.

İnterpress.az
 

Dünyapress TV

Xəbər lenti