Ardını oxu...
Səhifələrimdə həmişə ictimai yerlərdə gördüklərimiz mədəniyyətsizliyə, tərbiyəsizliyə göz yummamağa çağırmışam və bildirmişəm ki, bu bizim gələcəyimiz üçün ən böyük problemdir. Bu gün cəmiyyətimizin ciddi mədəniyyət, əxlaq problemləri var. Mədəni cəmiyyətdə bizdə olan korrupsiya, rüşvət, yeyinti, insanların addımbaşı bir-birilərinin haqqını yemək problemi bu həddə olmaz. Mədəni insan hakimiyyət pilləsində tutduğu vəzifəsini dədə malı hesab edib qohum-əqrəbasını ora öz şəxsi evinə toplayan kimi yığmaz. Bu gün mən də sizin kimi o qədər yalan eşidirəm ki, gözümlə görüb, qulağımla eşitmədiyim heç nəyə və heç kimə inanmıram. Ona görə də bu səhifələrimdə də ancaq gözümlə görüb, qulağımla eşitdiklərimi paylaşmağa üstünlük verirəm. Dəfələrlə ictimai yerlərdə, o cümlədən idman zallarında qarşılaşdığım çatışmazlıqlarla, insanların rəftarlarında yol verdikləri mədəniyyətsizlik, tərbiyəsizlik barədə yazmışam. Heç tanımadığım şəxslərin hazırladıqları faydalı sosial yönlü çarxlarını bir çox hallarda pullu reklam verməklə paylaşmışam. Bəzilərinin fikirləşdiyi kimi bu işlər faydasız deyil və cəmiyyətdə bu istiqamətdə kifayət qədər olmasa da irəliləyiş var. Ona görə əgər Azərbaycanı özümüzə Vətən sayıb özümümzün və gələcək nəsillərimizin burada yaşamasını düşünürüksə bu fəaliyyəti bu gün hamımız üçün çox vacib sayıram.
Bir müddət bundan əvvəl Bakıda ciddi bir əməliyyat keçirib xəstəxanada yatası oldum. Düzünü deyim ki, ona qədər özəl xəstəxanalarda olan bu acınacaqlı vəziyyətdən xəbərim yox idi. Xəstəxanadan çıxandan sonra apardığım araşdırmamda gördüm ki, indi təsvir edəcəyim biabırçılıq bu və ya digər formada tək Liv Bona Dea xəstəxanasında yox, bütün özəl klinikalarda mövcuddur. Əvvəlcə bəzi qiymətlərə diqqət yetirəndə belə təəssürat yaranır ki, bu ölkədə nə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, nə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yoxdur. Əgər bu qurumlar fəaliyyət göstərsə özəl xəstəxanalardakı qiymətlər belə ola bilməzdi. Bu qiymətlər insanlara göstərilən xidmətin qiyməti deyil, bu, soyğunçuluqdur. Özəl xəstəxanalardakı vəziyyəti araşdıranda eşitdiklərim, gördüklərim sözün əsl mənasında insanların faciəsi üzərində qurulmuş bir soyğunçuluq şəbəkəsi idi. Məcburən xəstələrini özəl klinikalara yerləşdirən şəxslərin doğmasını xilas etmək üçün sözün əsl mənasında evlərini satmalarının, necə alçalaraq diləndiklərinin şahidi oldum. Ona görə də hər birinizdən xahiş edirəm ki, özünüzün, qohumlarınızın yatdıqları klinikalarda rastlaşdığınız çatışmazlıqları, özbaşnalıqları, soyğunçuluğu ictimailəşdirməkdən çəkinməyin, çünki bu hala dözmək artıq insan olmamaq deməkdir.
Necə ola bilər ki, Bakı şəhərinin mərkəzindəki mehmanxanalarda təxminən mən yatdığım xəstəxanadakı kimi otaqların qiyməti 100 (yüz) manat, Liv Bona Deada isə 300 manatdır. Əgər elə həmin otaqda xəstənin yanında qalan olarsa (demək olar ki, hər əməliyyat keçirmiş 2 xəstədən birinin yanında yaxın qohumun qalması vacib olur) həmin otaqda yerləşdirilmiş stulabənzər divana görə əlavə 70 manat ödəmək lazımdır. Xəstəxanada bütün qiymətlər Avropa qiymətlərinə bərabər olsa da göstərilən xidmətin keyfiyyəti heç onun yarısı da deyil. Əməliyyatdan sonra hər xəstənin hərəkət etməsi üçün tutub gəzməyə ştativ lazımdır. Mən qaldığım müddətdə 15 xəstə otağı üçün cəmi 3 ştativ var idi. Onun da biri tam yararsız idi, çünki onunla dəhlizdə hərəkət zamanı sanki otağın yanından təkəri qırıq araba keçirdi. Əməliyyat keçirmiş xəstələr hökmən hərəkət etməlidirlər, lakin yetərli sayda ştativ olmadığına görə onlar məcburən bütün gecəni də həmin cırıldayan ştativlə gəzdiklərinə görə cır-cır səsindən yatmaq mümkün deyildi. Mən hələ xəstələrin bu ştativ uğrunda dalaşmalarını demirəm. Bir gün elə mənim də otağıma qulluq edən tibb bacısı gəlib ştativ üstündə xəstənin onu təhqir etdiyini və ştativdən istifadə etməsə də başqalarının istifadəsinə vermədiyini dedi. Mən xəstənin təhqir etməsində haqsız, ştativi verməməkdə isə haqlı olduğunu bildirdim, çünki xəstə yatan hər otaqda ştativ olmalıdır. Təzyiqi ölçmək üçün olan aparatların manjeti isə çoxdan sıradan çıxdığından təzyiq ölçən zaman qolun tam sıxılması üçün bir əlinlə manjeti tutmalısan ki, açılmasın. Otaqda duş qəbul ediləndə duşun düz qurulmadığından suyu otağa qədər axırdı. Xəstə geyimlərinin keyfiyyətini isə heç dilə də gətirmirəm, həddindən artıq işləndiyindən artıq yararsız vəziyyətdə idilər. Bu sıranı artırmaq da olar. Burada gördüyüm ən təəccüblü hal isə, həkim olmasam da məntiqə sığmayan yemək menyusu idi. Əməliyyat keçirmiş xəstələr yatılı vəziyyətdə çox olduqlarından, hərəkətsiz qaldıqlarından onlarda qəbizlik yaranmaması üçün yemək rasionunda meyvə, tərəvəzə üstünlük verilməlidir. Mən qaldığım müddətdə isə demək olar ki, hər gün aş verildi. Dəfələrlə soruşsam da bu məntiqsizliyin cavabını heç cür tapa bilmədim. Mədəmdə problem olduğundan yeməyin tomatsız olmasını dəfələrlə xahiş etsəm də buna reaksiya verən olmadı. Sonuncu dəfə yeməyin tomatı olmayana dəyişdirilməsini tələb edəndə isə bildirildi ki, yeni gətirəcəyimiz yemək üçün əlavə ödəniş etməlisiniz. Şəhərin mərkəzində yerləşən istənilən mehmanxananın otağında çay içmək üçün su, dəm çayı və çay hazırlamaq üçün çaynik mövcuddur. Burada isə belə bir şey olmadığından otağa bir stəkan çay istəyəndə 3 manat ödəməlisən.
Sadaladığım çatışmazlıqlar tibbi personalın yox, klinika sahiblərinin də yox, klinikanı idarə edənlərin səhvi idi, çünki bu çatışmazlıqlar barədə tibb personalı tərəfindən dəfələrlə onlara deyilsə də tədbir görülməmişdi, ona görə ki, məqsədləri imkan olduğu qədər çox qazanc əldə etməkdir. Həqiqətən bu xəstəxanada olan həkimlərdən bir çoxu dünya miqyasında tanınmış həkimlərdən heç də geri qalmırlar.
Yekunda bir faktı da deyim ki, məndə olan məlumata görə Liv Bona Dea sahibkar tərəfindən icarə verildiyindən oranı Türkiyədən olan iş adamları idarə edirlər. Həmin iş adamlarının klinikadakı nümayəndəsi isə elə mənimlə danışanda sanki dünyadan xəbəri olmayan birisi ilə danışırdı.
Aslan Ismayilov
TEREF
Ardını oxu...
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin keçmiş rəisi Rəfail Mehdiyevin yeni vəzifəyə təyinatı ilə bağlı müəmma davam edir.

Qaynarinfo xatırladır ki, cari ilin iyul ayında Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilən general-mayor Rəfail Mehdiyev bu günlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini vəzifəsinə təyinat edilib. Bununla bağlı fövqəladə hallar naziri Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Bəs bu təyinatdakı müəmma nədən ibarətdir?

Məsələ burasındadır ki, Rəfail Mehdiyev əvvəlki vəzifəsindən azad edildikdən sonra onun fəaliyyəti ilə bağlı yoxlamaların başlaması barədə məlumatlar yayılıb. Həmin məlumatlarda iddia edilir ki, Rəfail Mehdiyevin idarə rəisi olduğu bir neçə il ərzində təcridxana və cəzaçəkmə müəssisələrindəki məhbusların tibbi təminatı ilə bağlı milyonlarla manatlıq vəsait yoxa çıxıb. Xüsusilə, məhkumların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının böyük bir hissəsi Bakıda müxtəlif apteklərdə satılıb.

Bundan başqa, cəzaçəkmə müəssisələrindəki tibb məntəqələrinin avadanlıqlarının yenilənməsi üçün ayrılan vəsaitlər də yalnız sənədlərdə əks olunub. Eyni zamanda, məlum olub ki, cəzaçəkmə müəssisələrinə sağlam vəziyyətdə daxil olan bəzi şəxslər sonrakı illərdə hepatit və vərəm xəstəliklərinə yoluxublar.

Bu məlumatları yayan media subyektləri kifayət qədər ciddi reputasiyaları ilə tanınır. Digər tərəfdən, həmin vaxt məlumatlar nə Ədliyyə Nazirliyi, nə də Rəfail Mehdiyev tərəfindən təkzib edilib.

Bununla belə, Qaynarinfo Rəfail Mehdiyevlə əlaqə saxlayaraq, Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəisi vəzifəsindən azad edilməsinin səbəbləri ilə maraqlanıb. Rəfail Mehdiyev bu barədə həvəssiz danışıb. O, əvvəlcə "Mənimlə niyə maraqlanırsınız? Bunun səbəbi nədir?" kimi suallarla əməkdaşımızın konkret soruğusuna cavab verməkdən yayınmağa çalışıb. Lakin sonradan əvvəlki işindən könüllü çıxdığını və öz istəyi ilə FHN-ə getdiyini bildirib.

Mehdiyevin bu açıqlaması səmimi görünmür. Əvvəla, Azərbaycanda vəzifə təyinatları istək və arzularla reallaşmır. İkincisi, Rəfail Mehdiyevin rəis vəzifəsindən çıxıb öz istəyilə aşağı vəzifəyə getmək istəməsi inandırıcı görünmür.

Bəzi iddialara görə, Kəmaləddin Heydrovun bu təyinatı əslində Rəfail Mehdiyevi qorumaq məqsədi daşıyır. Fövəqladə hallar nazirinin təcrübəsində belə hallar əvvəl də olub. Məsələn, hazırda həbsdə olan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov 90-cı illərdə 26 milyonluq maxinasiyaya görə həbs edilib, qısa müddətə azadlığa buraxıldıqdan sonra mediada onu həbsdən Kəmaləddin Heydərovun çıxardığı barədə məlumatlar yayılmışdı. Səlim Müslümov azadlığa buraxıldıqdan sonra Dövlət Sosial Müdafə Fondunun sədri vəzifəsindən əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə qədər yüksəlmişdi. Onun "uğurlu karyerası" isə Kəmaləddin Heydərov faktoru ilə əlaqələndirilirdi. Lakin naziri Səlim Müslümovu sona qədər qoruya bilmədi. Səlim Müslümov ikinci dəfə dəmir barmaqlıqlar arasına salındı.

Rəfail Mehdiyev də oxşar taleni yaşaya bilərmi? Bunu zaman göstərərəcək...
 
Ardını oxu...
"Deyib ki, sənəd göstərəydilər ki, mənim adımadır. Əlbəttə ki, rəsmi olaraq öz adını qeyd etdirməyib, bacısının və onun həyat yoldaşının adına rəsmiləşdirib.
Sənədlər məndə..."
TEREF yazır ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli yazır. Jurnalist daha sonra vaxtının az olduğundan olduğundan şikayətlənərək yazır:
"Vaxt məhdudiyyəti ilə bağlı ətraflı yaza bilməmişəm. Amma xamım deputatımızı da çox intizarda saxlamayacağam. Toplu halında, küliyyat şəklində dərc edəcəyəm. Hələlik isə aşağıda bir vərəqini təqdim edirəm. Orada Fransada Alp dağları ilə əhatə olunan Mələklər buxtasının sahilində Kamranovnalara aid sökülən villanın ümumi dəyəri təxminən 6 milyon avro qiymətləndirilir. Mən isə xətaya yol verərək 5 milyon olduğunu qeyd etmişdim. İmza xanım Kamranovnaya aiddir."
Ardını oxu...
 
 
 
Ardını oxu...
“Dəyərli media əhli Anam müalicəsi üçün bankdan kredit götürmüşdü. Neçə illər idi pensiyalar ayın 15-ə qədər ödənilirdi. Bank da avtomatik olaraq pensiya köçən kimi pulunu tuturdu. Qrafik dəyişib, pensiyalar gecikir”.

Bu sözləri jurnalist Razi Abbasbəyli bildirib.

O daha sonra fikirlərini belə davam etdirib:
“Hər günə 1.20 AZN faiz cərimə hesablanır.

Pensiyaların ödəniş qrafikinin dəyişməsi (hər halda son bir neçə aydır belədir) əlavə cərimələrin yaranmasına səbəb olur.

Ya rəsmi qurumlar banklara onsuz da çətin durumda olan təqaüdçülərlə bağlı gecikmə faizi hesablanmaması barədə müzakirə aparsın, ya da banklar yeni qrafik tətbiq etsin.

Onsuz da pensiyasının yarıdan çoxunu müalicəsi üçün kreditə ödəyən ata, analarımız bir də gecikməyə görə faiz cəriməsi ödəməsin.

Bu mövzunu diqqətdə saxlayaq. Bütün ölkə boyu narahatlıq var”.
 
Ardını oxu...
Son vaxtlar COP29-la bağlı müxtəlif məlumatlar yayılırdı. Həmin qeyri rəsmi məlumatlarda bildirilirdi ki, COP29 dövründə sms icazə ilə evdən çıxılacaq, aparıcı küçələrdə hərəkət tamamilə dayandırılacaq. İdarə və müəssisələrdə, hökumət və özəl təşkilatlarda əməkdaşlar məsafədən işləyəcəklər. O cümlədən müxtəlif tədbirlər ləğv olunacaq.

Publika.az xəbər verir ki, bu gün bir qrup media nümayəndəsi ilə görüşdə prezidentin köməkçisi Anar Ələkbərov isə yeni məlumatlar açıqlayıb.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qəti şəkildə bu təşəbbüslərə qarşı çıxıb.

“Bəli, mərkəzi küçələrin bağlanması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması təklifləri var idi. Lakin cənab Prezident qəti şəkildə bu təşəbbüslərə qarşı çıxdı. Bakıda hər şey əvvəlki kimi olacaq. Yalnız bir çox dövlət və hökumət başçılarının qatılacağı liderlər sammiti günü təhlükəsizlik baxımından nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq”, – A.Ələkbərov bildirib.

Onun sözlərinə görə, konfransa hazırlıqla bağlı müzakirələr zamanı kütləvi tədbirlərin, eləcə də toy şənliklərinin, restoran və mağazaların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı təkliflər səsləndirilib və bu məsələ ilə bağlı İlham Əliyev çıxış edərək Azərbaycan paytaxtının həyatının pozulmasına qarşı olduğunu bildirib.

 
Ardını oxu...
"Uzun müddətdir "Atena"nın İsmayıllı pendirin istifadə edirəm, amma bu dəfə..." Dia-az.Media xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında İlkin Aslan adlı istifadəçi giley edir.
Ardını oxu...
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Demək olar həftədə ən azı 4-5 dəfə istifadə olunur.

Son aldığım pendirin istehsal tarixi yerində olsa da, pendir həmişəki deyil... Həm ovxalanır, həm içində demək olar suyu yox idi, həm də yağı yoxdur.

Qablaşdırma... falan.. hamısı qaydasındadır, hava da çəkmir..."

Qeyd edək ki, narazı vətəndaş iddiasını sübutlayan fotoları da təqdim edib...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Onlardan biri Füzulu rayon Mərkəzi Xəstəxanasıdır.

Bu qurum müxtəlif çeşiddə mal-material və inventarların satın alınması üçün "VEST SUPPLY” MMC ilə 37.819 manatlıq satınalma müqaviləsi bağlayıb.

İkinci tender isə Masallı Mərkəzi Xəstəxanası tərəfindən reallaşdırılıb. Belə ki, TƏBİB-in tabeliyində olan səhiyyə ocağı yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması məqsədi ilə eyni şirkətlə, yəni "VEST SUPPLY” MMC ilə 24.349,3 manatlıq müqavilə imzalayıb.

"VEST SUPPLY” MMC TƏBİB-lə yanaşı, Səhiyyə Nazirliyinin də sevimli şirkətlərindədir. Bunu sözügedən şirkətin TƏBİB-in tabeliyində olan xəstəxanaların keçirdiyi tenderlərin siyahılsından da aydın görmək olar.

MMC 2021-ci ildən 2023-cü ilə qədər TƏBİB-in keçirdiyi 30 tenderin qalibi olub ki, bu zaman 1.5 milyon manatlıq satınalma müqaviləsi imzalayıb. Həmin tenderlərdən biri ötən ilin sonlarında reallaşıb.

Sözügedən şirkət Bakı Baş Səhiyyə Mərkəzinin tenderinin də qalibi olub. Həmin vaxt MMC Bakı Baş Səhiyyə Mərkəzinə 699 min 985 manat 44 qəpiklik yumşaq inventarlar (döşək ağı, balış üzü ağ, kişi xəstə kastyumu, qadın xəstə kastyumu, balış, döşək qoruyucu və s.) satıb.

"Tribunainfo.az"ın araşdırmalarına görə, "Vest Supply” MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov, ev 2, m. 115-də yerləşir.

Bir çox mənbələrdə aparılan dəqiqləşdirmələr nəticəsində məlum olub ki, bu şirkətə bir yox, bir neçə nəfər rəhbərlik edib. Belə ki, ilk olaraq "Azmed Tekstil” MMC kimi qeydiyata alınan şirkət sonradan "Vest Suply” adını alıb. Bu zaman zaman qanuni təmsilçisi Qurbanov Şahmurad Səfər oğlu olub.

Daha sonra şirkətə Eyvazlı Hatəm Pərviz oğlu, Hacıyev Sahib Xamid oğlu, Adışirinli Aslan Xəqani oğlu, Ramazanov Murad Məhəmmədrəsuloviç rəhbərlik ediblər.

Hazırda isə "Vest Supply” MMC-nin qanuni təmsilçisi Laçın Xabibullayeva Fətulla qızıdır.

Şirkətə rəhbərlik etmiş şəxslərdən yalnız Eyvazlı Hatəm Pərviz oğlu barədə məlumat mövcuddur. Hatəm Eyvazlının şəxsi hesabında paylaşdığı məlumatdan belə görünür ki, "Vest Suplly” MMC-yə rəhbərlik etmiş bu şəxsin böyük iş təcrübəsi yoxdur.

2018-ci ildə universitetdən məzun olan Hatəm Eyvazlı cəmi 3 il sonra "Azmed Tekstil” MMC-yə rəhbərlik etməyə başlayıb.

Şirkət dövlət qurumlarının keçirdiyi tender müsabiqələrini də əsasən Hatəm Eyvazlının rəhbərliyi dövründə udub.
Ardını oxu...
 
Ardını oxu...
Bir qrup vətəndaşı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Adlarının açıqlamasını istəməyən vətəndaşlar şəhid qəbirlərinin baxımsız olmasından şikayət edirlər. Onlar bununla bağlı redaksiyamıza fotolar da göndəriblər:

“Bildirək ki, şəhid Zöhrab Vəliyev Qax rayonunun Zərnə kəndində dəfn olunub. Adına Xəzər dənizində gəmi də var.

Xəzər rayonu, Pirallahı qəsəbəsində dəfn olunan Yefremov Aleksandr Gennadyevicin məzarı isə elə yerdədir ki, heç kim onun şəhid olmasına inanmaz. Məzarında şəhidliyə aid heç nə yoxdur.

İcra nümayəndələri ilə əlaqə saxlamışıq. Bizə bildirdilər ki, büdcədə pul yoxdur. Eyni sözü Qax İcra nümayəndəliyindən də bildirdilər. Həmin şəxslər Xəzər Dəniz Donanmasında işləyib, ordan da döyüşə gediblər. İdarənin koridorunda lövhə vurulub. Amma şəhidlər ziyarət olunmur.

Şəhid Ağayev Natiq Tağı oğlu isə Lənkəran rayonunun Liman qəsəbəsində dəfn olunub. Qeyd edim ki, sinə daşı belə yoxdur. Kasıb bacısı var. Yaşadığı ev 1920-ci ildə çiy kərpicdən tikilib.

Aynurə İSMAYIL

Hurriyyet.az

Qeyd: Redaksiyamıza göndərilən fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Süni intellekt elektrik istehlakını sürətlənməsinə səbəb olur.

“Goldman Sachs” tərəfindən dərc edilən hesabata görə, məlumat mərkəzlərinin enerji istehlakı, süni intellekt alətlərinin sürətlə artması ilə 2030-cu ilə qədər 160% artacaq.

Hesabata görə, hazırda dünya üzrə məlumat mərkəzləri ümumi enerjinin təxminən 2%-ni istehlak edir.
 
Ardını oxu...
Bu ilin ilk 9 ayı ərzində Azərbaycana xarici ölkələrdən 22 min 204,7 ton kərə yağı idxal olunub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,6 dollar (9,5 manat) olub.

Qeyd edək ki, bu ilin sentyabr ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 20,9 manat olub.

Məlumat üçün bildirək ki, ötən ilin eyni dövrü ilə müqayisədə xaricdən gətirilən kərə yağının gömrük dəyərində ciddi dəyişiklik olmayıb.

Ötən ilin ilk 9 ayında idxal olunan kərə yağının 1 kiloqramının orta gömrük dəyəri 5,5 dollar (9,4 manat) olub.

Açıqlanan məlumatlardan da göründüyü kimi, son bir ildə idxal olunan kərə yaxının gömrük dəyərində cəmi 1% artım olub.

Lakin, onu da qeyd edək ki, son bir ildə idxal olunan kərə yağlarının pərakəndə ticarət şəbəkələrindəki orta satış qiyməti 6,2% artıb.

Belə ki, ötən ilin sentyabr ayında idxal olunan kərə yağlarının 1 kiloqramının orta qiyməti ölkənin pərakəndə ticarət şəbəkələrində 19,7 manat olub.
 

Dünyapress TV

Xəbər lenti