Ardını oxu...
Bu gündən Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayır.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in dekabrın 11-də keçirilən plenar iclasında verilib.

Beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində böyük təcrübəyə malik olan Azərbaycanda Tərəflər Konfransının builki tədbirləri 11-22 noyabr tarixlərində baş tutacaq.

COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.

Tədbirin ilk günü, yəni noyabrın 11-də COP29-un rəsmi açılış mərasimi olacaq. Noyabrın 12-13-də Dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutacaq.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksəksəviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.

Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edəcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
 
Ardını oxu...
"Top Supermarket" MMC-nin vergi borcu artıb.

Pravda.az-ın xəbərinə görə, MMC-nin hazırki dövrədək dövlətə olan borcu 886 663 manatdır.

İki ay əvvəl açıqlanan rəqəm isə 853 540 manat olub. Yəni mağazalar şəbəkəsinin vergi borcu 33 min manat artıb.

Qeyd: MMC-nin qanuni təmsilçisi Vəli Əkbərov Kazım oğludur. Təcrübə göstərir ki, vergi borcu kəskin artan şirkətlərin direktorlarının ölkədən çıxışına "stop" qoyulur. Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilir.
 
 
 
Ardını oxu...
Zaqatalada daha bir yeni doğulan körpə ölümü qeydə alınıb.

Zaqatala şəhərində anadan olan və rayonun Cimcımax kəndinə gəlin köçən 19 yaşlı Cəmilə Elman qızı Əliyeva bu gün dünyaya uşaq gətirmək üçün axşam saat 18 radələrində Zaqatala rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.

C. Əliyeva doğum şöbəsinə daxil olduqdan iki saat sonra həkim mama-ginekoloq Yeganə Bayraməliyeva iştirakı ilə təbbi doğuş baş tutub.

Doğuş zamanı ölü qız uşağı doğulub.

C. Əliyevanın valideynlərinin verdiyi məlumata görə, qızı C. Əliyevanın hamiləlik dövründə həkimi mama-ginekoloq Rəna Sultanova olub.

Doğuşa kimi yoxlamalar zamanı R. Sultanova həmiləliyin normal keçməsi bərədə məlumat verib.

Hətta dünən axşam saatlarında C. Əliyeva doğum şöbəsinə qəbul edilən zaman yoxlanışda ana bətnində uşağın ürək döyüntülərinin zəif olması barədə valideyinlərə məlumat verilib.

Lakin doğuşdan sonra valideynlərə uşağın ana bətnində bir neçə gün əvvəl öldüyü bildirilib.

C. Əliyevanın oktyabrın sonunda ultrasəs müayinəsindən keçdiyi və müayinə zamanı həmiləliyin normal olması barədə rəy verilib.

Qeyd edək ki, son 10 gün ərazində Zaqatala rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində bu faktda daxil olmaqla üçüncü yeni doğulan körpə ölümüdür.

Hər üç faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
 
Ardını oxu...
Son günlər yenidən bir sıra internet portallarında broyler toyuğu və yumurtasının insan orqanizminə zərərləri mövzusunda yazılar yer almağa başlayıb. Həmin yazılarda qidalanma mütəxəssisi kimi təqdim edilən Məhsəti Hüseynova quşçuluq təsərrüfatlarının fəaliyyəti, müəssisələrdə toyuqların yetişdirilməsi, yumurta istehsalına dair fikirləri yer alıb. Bu faktlar təqdim edilməlidir!
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası sözügedən iddialara cavab verib.
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənli Sputnik Azərbaycan-a bildirib ki, Azərbaycan quşçuluq təsərrüfatlarının sahə birliyi olaraq M.Hüseynovadan əlində olan və broyler toyuğunun, yumurtasının insan orqanizminə zərərləri ilə bağlı dediklərini sübut edən faktları təqdim etməsini tələb edirlər:
"Bu zaman aşağıdakıların da açıqlanmasında təkid edirik: Broyler toyuqlarında zərərli maddələr, o cümlədən antibiotik və hormonal maddələrin olduğunu hansı laboratoriyada, nə zaman yoxlanma nəticəsində müəyyən edib? Broyler yumurtasının tərkibini hansı laboratoriyada və nə zaman yoxlayıb? Hər iki məhsulun insan orqanizminə iddia etdiyi zərərləri hansı tədqiqat nəticəsində üzə çıxıb? Bu tədqiqat hansı elmi institut tərəfindən aparılıb?".
"Bu açıqlamalar quşçuluq təsərrüfatları biznes reputasiyasına zərər vurur"
M.Həsənli onu da bildirib ki, quşçuluq təsərrüfatları biznes reputasiyasına zərər vurması, antireklam təbliğatı aparmasına görə M.Hüseynova barədə məhkəmə iddiası qaldıracaqlar.
"Çünki o xanım heç bir elmi tədqiqat, laborator analiz nəticələri təqdim etmədən broyler toyuğu və yumurtasında antibiotiklərin, hormonal dərmanların olduğunu iddia edib. Bu məhsulların insan orqanizminə zərərini müəyyən etmək üçün onilliklər boyu elmi tədqiqatlar, çoxsaylı insanların xəstəlikləri üzrə müşahidələr, analizlər aparılmalıdır. Dünyada indiyədək bu istiqamətdə hansısa zərəri sübut edən tədqiqat nəticəsi açıqlanmayıb. Bu halda M.Hüseynova iddia etdiyi məlumatları haradan alıb? Hansı tədqiqatlara istinadən Azərbaycan quşçuluq təsərrüfatlarının biznes imicinə, istehsal prosesinə zərbə vuran iddialarla çıxış edir? Axı bu sahədə on minlərlə insan çalışır və aldığı əmək haqqı ilə ailəsini saxlayır. Bu qədər insanın rifahını heç bir elmi tədqiqata, konkret fakta əsaslanmayan iddialarla təhlükəyə atmaq nə qədər məntiqlidir?", - deyə Mürvət Həsənli bildirib.
Broyler yumurtalarıın tərkibində hormonal dərmanlar varsa niyə ixrac zamanı üzə çıxmır?
M.Həsənli onu da deyib ki, quşçuluq sahəsi müxtəlif xəstəliklərə qarşı ən həssas sahələrdən biridir. Buna görə də bu sahədə müxtəlif dərman preparatlarından istifadə olunması bütün dünyada tətbiq olunan praktikadır:
"Bütün canlılarda qəbul edilən dərmanların orqanizmdən xaric olunması müddəti var. Tam məsuliyyətimlə bəyan edirəm ki, quşçuluq təsərrüfatlarında tətbiq olunan preparatların orqanizmdən xaric olunması müddətinə dair tələblərə tam əməl edilir, o müddət bitmədən heç bir toyuq kəsimə göndərilmir. Əks halda, Azərbaycan Qida Təsərrüfatı üzrə Dövlət Agentliyinin mütəmadi analizlərində qalıq maddələr dərhal üzə çıxar. Yumurtaya gəlincə, biz Azərbaycanın daxili bazarı ilə yanaşı, dünyanın 10-a yaxın ölkəsinə həm damazlıq, həm də süfrə yumurtası ixrac edirik. Bizim nəzarət edən qurumlarımızın fəaliyyətini heç sayırlarsa, bəs həmin ölkələrə nə olub? Yumurtada antibiotik, hormonal dərman olsun, həmin ölkələrin müvafiq qurumları bunu aşkarlamasın? Bu, absurddur axı. Belə absurd iddialarla çıxış edən özünü qidalanma mütəxəssisi adlandıran şəxs onları sübuta yetirən faktları, dəlilləri də təqdim etməlidir".

Broyler toyuqlar necə sürətlə böyüyür?
Qeyd edək ki, qidalanma mütəxəssisi Məhsəti Hüseynova bu günlərdə mətbuata açıqlamasında bildirib ki, broyler toyuqlarının yetişdirilməsində, tez çəki almasında bir çox zərərli dərmanlardan istifadə olunur:
"Sənaye üsulu saxlanılan broyler toyuqları var ki, bu broyler toyuqlarının az bir zamanda tez çəkiyə sahib olması, eyni zamanda, xəstəliklərdən qorunması, hərəkətsiz şəkildə saxlanılmasına görə bir çox kimyəvi, hormonlu dərmanlardan, antibiotiklərdən istifadə olunur. Onların daha tez çox çəkiyə sahib olması, hərəkət etməməsi üçün onları bir-birinə yaxın yerdə, kiçik sahədə saxlayırlar. Belə olan halda toyuq normal inkişaf etmir və normalda 3-4 ayda əldə edəcəyi çəkiyə həmin toyuqlar 28, ən yaxşı halda 56 gündə çatırlar. Onların yetişdirilməsində istifadə edilən antibiotiklər var ki, bu antibiotiklər daha çox xəstəliklərdən qorunmaq üçün istifadə olunsa da, eyni zamanda, orqanizmdə faydalı bakteriyaların da məhv olmasına gətirib çıxarır. Bu səbəbdən qəbul etdiyimiz həmin toyuğa verilən antibiotiklər, insan orqanizminə eyni təsiri göstərir".
"Cinsi yetişkənliyə mənfi təsir edir"
Mütəxəssis qeyd edib ki, broyler toyuqlarına verilən hormonlu dərmanlar yetkinlik yaşına çatmış qız və oğlanlara mənfi təsir edir:
"Digər məqam isə toyuqların yetişdirilməsində istifadə olunan hormonlu dərmanlar toyuq, yumurta vasitəsilə insan orqanizminə keçir ki, bu da qızlarda cinsi yetişkənlik dövrünün daha erkən başlamasına və oğlanlarda cinsi yetişkənlik dövrünün pozulmasına gətirib çıxarır".

Süni işıqlarla yumurtlama sayı artırılır
Ekspert hesab edir ki, broyler yumurtaları keyfiyyətcə çox aşağıdır:
"Həmin toyuqların yumurtlaması üçüm süni gur işıqlar verilir. Yəni bir gün ərzində süni şəkildə gecə-gündüz effekti yaradıb, onları aldadaraq daha çox yumurtlamasına səbəb olurlar. Say etibarı ilə artırsalar da, təbii yetişmədiyinə, təbii prosesdən keçmədiyinə görə, yumurtanın tərkibindəki makro və mikro elementlər kənd yumurtasına görə daha aşağı olur. Təhlükəsizlik baxımından faydalı olsa da, amma keyfiyyət, sağlamlıq baxımından heç də sənaye üsulu ilə yetişdirilən yumurta kənd yumurtasını əvəz edə bilməz. Ona görə də yaxşı olar ki, quş əti, toyuq əti məhsullarını mənşəyi bəlli olan yerdən, təbiisini alsınlar".
 
Ardını oxu...
"Baxın, həkim səhlənkarlığı nəyə gətirib çıxartdı. Pasiyenti müayinə etmədən gözünə dərman tökür, bilə- bilə ki, təzyiq xəstəsidir. İndi də vəziyyət pik həddədir. Gözünə vurulan dərmanın fəsadı anamı insultla üz-üzə qoyub. Birbaşa günahkarlarda Xətai Tibb Mərkəzinin baş həkimi İmmi xanım və orada göz həkimi işləyən, soyadını bilmədiyim Təranə adlı həkimdir..." "DİA-AZ" xəbər verir ki, bunu öz etirazında jurnalist Azər İsrafilov ifadə edib.

Adlarını çəkdiyi tibb işçiləri ilə bağlı gərəkən addımları atacağını bildirən jurnalist daha sonra əlavə edib:

"Belə analoji hadisələr hamımızın başına gəlib. Mən şəxsən bu barədə aidiyyatlı hüquq-mühafizə orqanlarını rəsmi müraciət edəcəm.

Artıq yetər savadsız həkimlərin səhvindən əzizlərimizi itirməyimiz.

İndi gözünü İstanbul NS-də tomoqrafiya elətdirdim, dərman vurub tamam dağıdıb bir gözünü.

Sən Xətai Tibb Mərkəzi rəhbərliyin qarışıq cavab verəcəksən bu səhlənkarlığı da görə, əsasəndə İmmi ilə Təranə. Sizə həkim deməyə dilim gəlmir, Hipokratın andı haramınız olsun sizin..."
 

 
Ardını oxu...
Azərbaycanda Prezident İlham Əliyevin noyabrın 7-də imzaladığı fərmanla yeni publik hüquqi şəxs – Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) yaradılıb. Bu holdinqi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) idarə edəcək.

Yeni yaradılan holdinqə RİNN tabeliyində olan, eləcə də nazirlik tərəfindən “kurasiya” edilən şirkət və təşkilatlar daxildir. AZCON yaradılana qədər RİNN çoxlu sayda dövlət şirkətlərini idarə edirdi. Nazirlik fəaliyyət istiqamətinə uyğun olaraq nəqliyyat, telekommunikasiya, poçt sahələri üzrə əksər dövlət şirkətlərini birbaşa idarə etmək səlahiyyətinə sahib idi.

RİNN-in tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Azərbaycan Kosmik Agentliyi (Azərkosmos), Dövlət Dəniz və Liman Agentliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Azərpoçt” MMC, “AzIntelecom” MMC, “Aztelekom” MMC, “Bakı Taksi Xidməti” MMC, “Bakı Telefon Rabitəsi” MMC, “Hərbləşdirilmiş Mühafizə İdarəsi” MMC, “Radio-Televiziya Yayımı və Peyk Kommunikasiyasi” İstehsalat Birliyi, “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC mövcud olub. Bu qurumlardan başqa nəqliyyat və telekommunikasiya sahələrində fəaliyyət göstərən və dövlətə məxsus olan təşkilatlara isə RİNN dövlət nəzarətini təmin edirdi.

Yeni holdinqin yaradılması ilə adıçəkilən əksər dövlət şirkətləri, həmçinin RİNN nəzarətində olan dövlət şirkətləri AZCON-un çətiri altında birləşdirilib. AZCON-a RİNN tabeliyində olan şirkətlərdən başqa Azərbaycan Hava Yolları (AZAL), Azərbaycan Dəmir Yolları, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı Metropoliteni, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı Gəmiqayırma Zavodu QSC-ləri və “BakuBus” MMC də daxil olunub. Beləliklə, AZCON-un yaradılması ilə RİNN timsalında yeni “super nazirlik” yaranmış oldu. RİNN AZCON-un vasitəsilə olduqca böyük spektrda dövlət şirkətlərini idarə edərək, xidmətlərin təşkilinə və qiymətlərin formalaşmasına təsir edə biləcək.

Onu da bildirək ki, AZCON Azərbaycanda yaradılan ilk böyük dövlət şirkəti deyil. Bundan öncə, 2020-ci ilin avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqi yaradılıb. Həmin holdinq də publik hüquqi şəxs statusuna sahibdir və tabeliyində bir çox dövlət şirkəti var. Lakin AZCON-nun yaradılması ilə İnvestisiya Holdinqinin gücü zəifləyəcək. Çünki İnvestisiya Hondinqinin tabeliyində olmuş və ya olan bəzi şirkətlər AZCON-a verilib.

2021-ci il fevralın 12-dən Azərbaycan Hava Yolları, Azərbaycan Dəmir Yolları, Bakı Metropoliteni QSC-lər və “BakuBus” MMC Azərbaycan İnvestisiya Holdinqinin tabeliyində idi. Amma 2021-ci ilin aprelindən İnvestisiya Holdinqi kiçilməyə başlayıb və onun tabeliyindən Azərkosmos, Aztelekom və Bakı Telefon Rabitəsi çıxarılıb. İndi bu qurumların hamısı AZCON-un tabeliyindədir. Hazırda İnvestisiya Holdinqinin tabeliyində yalnız SOCAR, “AzerGold” QSC, “Təmiz Şəhər” ASC, “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Azər Türk Bank” ASC qalır.

Xatırladaq ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir. O, son illər ulduzu parlayan kadrlardandır. Ölkə prezidentinin etimad göstərdiyi nazirlər sırasında R.Nəbiyev öndə gələnlər sırasındadır. Rəşad Nəbiyev bundan əvvəl 10 il (2011–2021-ci illərdə) Azərkosmos ASC-nin sədri vəzifəsində çalışıb. Görünür, R.Nəbiyevin fəaliyyəti dövlət rəhbərliyi tərəfindən bəyənildiyi üçün ona böyük səlahiyyətlər verilir. Rəşad Nəbiyev Azərbaycanın yeni “super naziri”nə çevrilməkdədir.

Globalinfo.az
 
 
 

FOTO

Ardını oxu...
 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram hesabında 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.

Musavat.com paylaşımı təqdim edir:

Ardını oxu...
 
 
 

Ardını oxu...
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Gundeminfo.az "Yeniavaz"-a istinadən xəbər verir ki, açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərişıq” ASC tərəfindən keçirilən 5 milyon 250 min 804 manat 33 qəpik dəyərindəki tenderin qalibi “Smart Energy Services” MMC olub.

“Smart Energy Services” MMC Laçın şəhəri ərazisində yeni 35/0,4 kV-luq yarımstansiya və İdarəetmə Mərkəzinin tikintisi, avadanlıqların quraşdırılması işlərini həyata keçirəcək.
Məlumat üçün bildirək ki, daha əvvəl “Smart Energy Services” MMC (VÖEN-1504953841) “Azərenerji” ASC və “Azərişıq” ASC-nin keçirdiyi dəyəri milyonlarla manat olan onlarla analoji tender müsabiqələrində qalib olub.

Qeyd edək ki, təkcə bu ilin əvvəlindən ötən 10 ay ərzində “Azərişıq” ASC-nin 100 milyon manatlıq tender müsabiqələrində qalib olan “Smart Energy Services” MMC barəsində açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin nə veb saytı, nə də sosial şəbəkə hesabları mövcuddur.

“Smart Energy Services” MMC 29 yanvar 2020-ci ildə 10 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Tiniyev Anar Nemət oğlu olan şirkətin hüquqi ünvanı “Binəqədi r. Həsrət Ağamalıyev, ev 10, m. 25”də yerləşib.

“Smart Energy Services” MMC dövlət qeydiyyatına alınan zaman adı, hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olub. Belə ki, qeydiyyata alınan zaman şirkətin adı “RX İnvest Layihə” MMC olub. Hüquqi ünvanı “Nərimanov r. Məmməd Arif ev 27, m. 195”də olan MMC-nin qanuni təmsilçisi Şıxıyev Rəşad İsa oğlu olub. Şıxıyev Rəşad İsa oğlu “R and X” adlı MMC-nin də qanuni təmsliçisi olub
Ardını oxu...
Sahibkarın xəbəri olmadan onun hesabındakı pul vəsaiti saxta sənədlərlə necə ələ keçirilib?- İstintaq bu cinayəti araşdırır…

«Bank of Baku» ASC tərəfindən iş adamı Məmmədhəsənov Naiq Əli oğlunun başına gətirilən müsibət və fırıldaqçılığın bəlkə də dünyada anoloqu yoxdur. Təsəvvür edin, sahibkar banka inanıb-etibar edərək fəaliyyətini daha genişləndirmək, Azərbaycan iqtisadiyyatına xeyir vermək niyyəti ilə kredit götürür, bank rəsmiləri isə bu etibara xəyanət edərək sahibkarı müflis vəziyyətinə gətirir. Əslində, bunun adı təkcə kredit-pul oğurluğu deil, həm də əmanətə xəyanət, ölkənin bank institutlarına olan inam və etibarın oğurlanmasıdır!

Bəs «Bank of Baku»da baş verən cinayətlərin başında kim duru rvə bank rəhbərliyi niyə belə yollara əl atıb?

Gəlirik mətləbə: «Təzadlar»a daxil olan müraciət və şikayət ərizəsi əsasında araşdırmalara başladıq. Məlum olur ki, sahibkar Məmmədhəsənov Naiq Əli oğlu «Bank of Baku»da başına gətirilənlərlə bağlı Azərbaycanın Baş Prokuroru cənab Kamran Əliyevin qəbulunda da olub, bütün rəsmi sənədləri təqdim edib... Baş Prokuror K.Əliyev aidiyyəti üzrə göstəriş verib və hazırda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilən «2-1(103)08/17» saylı iş əsasında araşdırmalar davam edir. Amma maraqlıdır ki, bank rəsmiyyəti hələ də günahını etiraf edib sahibkarın oğurlanmış kredit vəsaitini geri qaytarmaq barədə düşünmür. Niyə? Görəsən, «Bank of Baku» rəhbərliyi kimə arxayındır, yaxud bu susqunluğu ilə nə demək istəyir? Axı belə problemlərin, daha dəqiq desək, qanunsuzluqların ictimailəşdirilməsi görün nə qədər bank müştərisinin yolunu fərqli məkana salmalı olacaq. Və sahibkar Məmmədhəsənov Naiq Əli oğlunun başına «Bank of Baku»da gətirilənlərdən xəbər tutanlar bu banka etibar edə bilərmi???

nazim-recebov

Beləliklə, sahibkar Məmmədhəsənov Naiq Əli oğlunu redaksiyamıza dəvət etdik. O, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Nazim Rəcəbova ünvanlı (İstintaq işi Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük müstəntiqi Ziyafət Quliyevin icraatındadır) müraciətini təqdim etdi. Həmin müraciəti təqdim edirik:

- Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Nazim Rəcəbova!

Çox Hörmətli Nazim müəllim.
Mən iş adamıyam və fəaliyyətimizi genişləndirmək üçün «Bank of Baku» ASC-dən kredit götürmüşəm. Adətən kredit verən bank sahibkarın səmərəli fəaliyyətində maraqlı olur ki, həmin kredit tezliklə geri qaytarılsın, sahibkar da öz fəaliyyətini Azərbaycanın iqtisadiyyatı naminə uğurla davam etdirsin. Lakin adı çəkilən bank nəinki mənə bir sahibkar kimi arxa oldu/, əksinə, şəxsi hesabımdakı külli miqdarda pul vəsaitinin bankın öz işçiləri tərəfindən oğurlanmasına şərait yaradaraq məni müflis vəziyyətinə gətirmişdir.
Məlumat üçün onu deyim ki, çox təəssüflər olsun, Azərbaycanda ölkə tqtisadiyyatına töhfə verən sahibkarların işinə əngəl törədən, onların irəliləməsinə deyil, düşmən kəsilərək sahikarlıq fəaliyyətinə ciddi şəkildə mane olan, onları bu fəaliyyətdən çəkindirən, kənarlaşdıran banklar da var və hesab edirəm, onların ən tipik nümunəsi «Bank of Baku» ASC-dir. Xatırlayırsınızsa, bir neçə il əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlən Kabinetində keçirilən müşavirədə dedi: « …Bank sektoru bizdə iqtisadiyyatın artımına, iqtisadiyyatın real sektorunun artımına o qədər də kömək göstərmir və son illərdə yenə də istehlak kreditlərinin həcmi artıb. Mən əvvəlki illərdə bunu demişəm ki, bizim portfelimizdə istehlak kreditləri üstünlük təşkil edir və bank sektorunun böhranının səbəblərindən biri də məhz o idi. İndi də mənə məlumat verilir ki, yenə də bu meyillər artır, iqtisadiyyatın real sektoruna yox, yenə də istehlaka, yəni, istehlak mallarının alınmasına kreditlər verilir. Əgər bu davam edərsə, yenə də bir neçə ildən sonra xoşagəlməz problemlərlə üzləşə bilərik. Ona görə bütün bu məsələləri gərək ümumiləşdirib, təhlil edib və bir qərara gələsiniz ki, bütün alətlər - bank sektoru, Sahibkarlığın İnkişafı Fondu, dövlət investisiya xərcləri bir məqsədi güdməlidir – məşğulluğun artırılması və qeyri-neft sektorunun artımı".
Təsəvvür edin, «Bank of Baku»nun bütün fəaliyyəti dövründə üstünlük istehlak kreditlərinə verilib və ictimaiyyət arasında da reklamı ilə məşğuldurlar, lakin bank rəhbərliyi sanki məqsədli şəkildə sahibkarlığın fəaliyyətində, iqtisadi kreditləşmədə maraqlı görünmür. Mənim başıma gətirilənlər bunun sübutudur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 11 sentyabr 2017-ci il tarixli (iş № 2-1(103)-08/17 saylı) Xüsusi Qərardadı ilə ,,Bank of Baku“ ASC ilə ,,Azər–Aqro“ MMC arasında bağlanmış AK/141/2011 saylı kredit müqaviləsinin icrası zamanı bankın əməlində aşkar edilmiş qanunsuz əməllərə qiymət verilmişdir. Məhkəmə bui şin istintaq orqanında araşdırılmasını qərara almışdır. Çünki ortada bankın ayrılmış kredit vəsaitini necə oğurlaması rəsmi sənəd və mötəbər sübutlarla təsdiqnəirdi.

Hazırda həmin iş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq idarəsində araşıdırılır və bununla əlaqədar bank qarşısında aşağıdakı sualların qoyulmasını zəruri olduğunu hesab edərək Sizə təqdim edirəm:

Sual-1. “Azər-Aqro“ MMC ilə “Bank of Baku“ ASC arasında bağlanmış 14 iyun 2011-ci il tarixli, AK 141/2011 saylı kredit müqaviləsi ilə 500.000 AZN kredit ayrılmışdır. Həmin Kreditin təminatı 14 iyun 2011-ci il tarixli, AK/ 144/2011 saylı bankın əmanət hesabında mənə məxsus 550.000 manat və ona hər ay hesablanılan 7791,67 AZN faiz gəlirlərinin “Pul vəsaitinin girovu müqaviləsi” olmuşdur. “Pul vəsaitinin girovu müqaviləsinin” 3.1,4.3,9.2 maddələrində “Razılaşmışdıq” ki, kredit borcunun ödənilməsi 20 (iyirmi) gündən artıq müddətə gecikdirildiyi təqdirdə Bank göstərilən əmanət hesabından vəsaitləri akseptsiz qaydada silməklə, nəticədə bu kreditin öhdəlikləri tam icra edilənədək əmanət və ona hesablanmış faizlər hec bir yerə ödənilməyəcək. Bank isə kredit müqaviləsinin 5.2.4 - maddəsini kobud surətdə pozaraq kreditin ayrıldığı 16.06.2011-ci il tarixindən 20.10.2011-ci il tarixinədək, yəni kreditin 2-ci tranşı ayrılanadək ötən 124 gün və ya 4 aydan cox müddət ərzində bu əmanətdən daxil olan 7791.67 manat faiz gəlirlərindən 1 manat da olsun kreditin göstərilən faiz borcunan razılaşmalara əsasən hec bir silinmə aparmamağınını səbəbi nə olmuşdur?

Sual-2. Kredit müqaviləsinin 6.1.4,6.1.14,6.2 maddəsində yazılır: “Ödəniş cədvəli“ ilə müəyyən edilən müddətlər üzrə “Kreditalan” tətəfindən 2 aydan artıq müddətə gecikdirmə və ya 2 dəfə ödəniş cədvəli ardıcıl pozulduqda, kreditin “ümidsiz kreditə” çevrilməsi riski ilə bağlı ehtimallar yarandıqda “Bank” pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı “Kreditalana” pritenziya (bildiriş) göndəriləcəyini, “Kreditalan” isə həmin pritenziyada göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəyəcəyinə “Razılaşmışdır”! Lakin ödəniş cədvəli nəinki iki ay, hətta 124 gün, dörd dəfədən artıq ardıcıl olaraq heç bir ödəniş və silinmə, köçürülmə aparılmadığını göstərdiyiniz halda, eləcə də AR. Mərkəzi Bankının 18 dekabr 2013-cü il tarixli «Aktivlərin təsnifatlaşdırılması və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması haqqında» 25/1 saylı Qərarı vardır. Həmin qərara uyğun olaraq, Qaydaların 3.11 maddəsində kreditin 91-180 gün gecikdirildiyi halda aktivlərin (kreditin) təsnifat kateqoriyası ”Təhlükəli“ və “Ümidsiz kreditlər” kateqoriyasına düşdüyü bir halda, bankın marağı nə olmuşdur ki, “Vaxtından əvvəl tələb etmə” ilə bağlı hec bir xəbərdarlıq, pritenziya verməmişdir?

Sual-3. Kredit müqaviləsinin 2.3 maddəsində, kreditin 2 tranş üzrə ayrılacağı, 2-ci tranşının isə verilməsi yalnız “Bankın“ Kredit Komitəsinin müsbət qərarı qəbul edildikdən sonra veriləcəyi razılaşdırılmışdır. Əgər “Kreditalan“ birinci tranş üzrə ayrılmış 200.000 azn Kredit borcu ilə bağlı kredit müqaviləsinin 5.4, 6.1.4,6.1.14,6.2,9.1 maddələrini pozduğu, kreditin “Təhlükəli“ və ”Ümüdsüz“ kredit kateqoriyasına düşdüyü bir halda, Bankın Kredir Komitəsinin marağı nə idi ki, hətta 2-ci tranşın ümumi kreditin 60%-i 300.000 azn ayrılmasına müsbət Qərar vermişdir? Bu barədə Kredit Komitəsinin Qərarını istintaqa təqdim edə bilərsinizmi?

Sual-4. Tərəflər arasında bağlanmış 14.06.2011-ci il tarixli, AK/ 141/2011 saylı kredit müqaviləsinin 2.5 maddəsində razılaşaraq göstərilmişdir ki, kreditin verilməsi, hesablanılması, gecikmələrlə bağlı cərimə və digər pul tələblərinin uçotu, kreditin uçotunun aparıldığı bankın ilkin mühasibatlıq sənədi sayılan- yeganə hüquqi qüvvəyə malik “Kreditalanın” Müvafiq Ssuda hesablarında aparıldığı göstərilmişdir. Bank isə “Kreditalana“ 1-ci tranşı verərkən “Borcalananın“ banka heç bir ödəniş aparmadığı halda, “Kreditalana“ 2 ədəd bank mədaxil qəbzlərinin surətlərini vermisiniz. Həmin mədaxil qəbzlərinin üzərində Mərkəzi Bankın normativ xarakterli aktları pozularaq vəsaiti qəbul edən bankın kassir operatorunun adı, soyadı göstərilməmişdir. Bundan əlavə, Bankın Baş ofisinə məxsus 506924 saylı bank kodu dəyişdirilərək, yalnız banka məlum olan 506567 saylı kodla, eləcə də qəbzlərin №- si eyni təkrarlanan 437 №- ləri ilə sıralanmışdır. (Qəbz № 437, 16.06.2011, məbləğ 350 azn, Qəbz № 437, 16.06.2011, məbləğ 1000 azn). Həmin məbləğlərin hec biri nə təsisçi Naiq Məmmədhəsənov və Məmmədov İlqar Rüfət oğlu tərəfindən bankın xəzinəsinə verilmədiyi halda, necə olmuşdur ki, təsisçi adından banka kredit alınan günü “Cari hesabına (38-ci) nağdlaşmaya görə guya 350 azn sənədləşmə xidmətinə, 1000 azn isə komissiya haqqı ödənilmiş kimi“ sənədləşdirilmişdir. Bu hal isə mümkün deyildir. Çünki müqavilənin heç bir bəndində sənədləşmə adı ilə 1000 azn komissiya haqqı tutulması barədə hansısa rəsmi razılaşma olmamışdır, nağdlaşma və sənədləşmə adı ilə tərtib edilmiş 1350 azn-lik 2 ədəd qəbzlər bank əməkdaşları tərəfindən bu cür icra olunmaqla «borcalana» təqdim etməkdə məqsəd nə olmuşdur? Çünki bank 1350 azn-ni birbaşa ayrılmış kreditin ümumi məbləğindən sildiyi halda, 350 azn və 1000 azn məbləğləri üçün bank mədaxil qəbzlərini tərtib etmişdir, bunda məqsəd nə olmuşdur?

Sual-5. Bank 24.06.2011-ci il tarixində 1-ci tranş üzrə 200.000 azn kredit ayırarkən 138.947 azn məbləğdən 28.000 azn vəsait bankda saxlanılmış və Məmmədov İlqar Rüfət oğlunun adından “Azər-Kuban” MMC-yə mədaxil edilmiş kimi 593 saylı saxta mədaxil qəbzi tərtib edilmişdir ki, guya “Azər-Kuban” MMC-nin kredit borcuna ödənmişdir. Lakin adı çəkilən şəxslər tərəfindən heç bir nəğd ödəniş aparılmadığı halda, “Azər-Kuban” MMC-nin 1-ci tranşı üzrə ayrılmış 200.000 manat kredit vəsaitindən 16.06.2011-cı ildə nağdlaşma adı ilə 350 azn, sənədləşmə xidməti adı ilə 1000 azn, 24.06.2011-ci il tarixində isə 28.000 azn- cəmi 29.350 azn kredit vəsaitinin təyinatından kənarlaşdırılaraq saxta kodla 3 ədəd saxta bank mədaxil qəbzləri tərtib edilməklə “borcalana” verilməsində məqsəd nə olmuşdur? Bunları nə ilə izah edə bilərsiniz?

Sual-6. Bank «Pul vəsaitinin girov müqaviləsi»nin 4.3 maddəsinə görə, hər ay əmanətdən daxil olan 7791,67 azn vəsaitdən akseptsiz olaraq ödəniş cədvəlində 24 ay müddətində təkcə hər ay orta hesabla 2241 azn faiz borcu silinəcəyi göstərildiyi halda, bir manat da belə silmədiyi bir şəraitdə, 1-ci və 2-ci tranş üzrə kreditin təyinatı dəyişdirilərək sənədləşdirmə xidməti adı ilə əsassız silinən 2500 azn və nağdlaşma adı ilə silinən 2450 azn və “Azər-Aqro” MMC-nin kredit hesabına “Azər-Kuban” MMC-yə silinən, sonradan da təyinatı 2-ci dəfə dəyişdirilərək hec bir vaxt mübahisələndirilməyən, öhdəliyi çoxdan bağlanmış, Mərkəzi Bankın hesabatlarında öz əksini tapmayan kreditlərə silinən 236.666 azn-dən nə səbəbə “Azər-Aqro” MMC-nin heç olmasa kredit faizlərindən silmək məqsədi, maraq belə olmamışdır? Bank bunu nə ilə izah edə bilər?

Sual-7. Bank “Azər-Aqro” MMC-yə ayrılmış 500.000 azn kreditin 16.04.2011-ci ildən 17.10.2011-ci il tarixinədək cəmi ödəniləcək 4033 azn faiz borcunu mübahisələndirilən hər üç kreditin təminatı olan əmanətdən daxil olan 7791,67 azn və mübahisələndirilən digər “Azər-Kuban” MMC-nin AK/M/038/2009 və AK/M/020/2010 saylı kreditlərinin faiz borcunun ödəniş qrafikinə əsasən 17.10.2011-ci il tarixinə olan 108945 azn faiz borcuna qarşı 149749 azn ödəniş, silinmə və koçürmə aparılsa da, ödəniş cədvəlindən 17.10.2021-cü il tarixinə ödəniləcək 108.945 azn-ə qarşı (149749-108945)=40804 azn artıq faiz borcu ödənilmişdir. Eləcə də əsas borca verilən güzəşt müddətinin tamam olmasına hələ 3 ay qalmış, eləcə də AK/M/020/2010 tarixli mübahisələndirilən kredit uzrə 14.10.2011-ci il tarixinə ödəniş cədvəlinə əsasən 90.000 manat ödəniləcək faiz borcuna qarşı 100409 azn, yəni 10409 azn artıq faiz ödənildiyi və əsas borcun ödənilməsinə verilən güzəşt müddətinin tamam olamsına hələ 7 ay qalmasına baxmayaraq Bank “Azər-Aqro” MMC-nin 1-ci və 2-ci tranşı ayrılarkən 24.05.2011-ci il tarixində 28.000 azn, 20.10.2011-ci il tarixində 207316 azn, cəmi 235.316 azn kredit vəsaitinin təyinatını dəyişərək “Azər-Kuban” MMC-nin mübahisələndirilən 2 kredit müqaviləsinə yonəldilsə də, sonradan həmin vəsaitin təyinatı dəyişdirilərək “Azər-Kuban” MMC-yə iki qəbzlə, saxta kodla, saxta təyinatla silinmiş cəmi 235.316 azn kredit vəsaitindən yalnız (27.26+20.05)=47.31 azn cəriməyə, 11735.08azn faiz borcuna (hansı ki, həmin tarixlərə hər iki kreditlə AK/M/038/2009 saylı kreditin 40804 azn, AK/M/020/2010 saylı mübahisələndirilən kreditin isə 10804 azn (hər iki kredit üzrə 51608 azn artıq ödəniş olunmaqla), yerdə qalan 235316 azn məbləqdən 4731+11735.08)=217533,61 azn məbləğində kredit vəsaitin təyinatı dəyişdirilərək yenə də heç bir vaxt mübahisələndirilməyən, öhdəlikiləri çoxdan bağlanmış, Mərkəzi Bankın hesabatlarında öz əksini tapmayan kreditlərə silinmişdir. Bu cür artıq ödənişlərdən ,,Azər-Aqro” MMC-nin kredit borcuna ən azından faiz borcuna silinmə aparmamaqda Bankın məqsədi nə olmuşdur?
Ardını oxu...
("Bank of Baku" ASC-nin İdarə Heyətinin sədri Həsən Quliyev)

Sual-8. ”Azər-Aqro“ MMC-nin «Pul vəsaitinin girov müqaviləsin“də nəzərdə tutulsa da, girov təminatı üzrə daxil olan hər aylıq 7791,67 azn faiz gəlirlərindən bu kreditin faiz və əsas borcundan heç bir silinmə aparılmamışdır. Əksinə, «Pul vəsaitinin girov müqaviləsi» üzrə hər ay hər üç mübahisələndirilən kreditlərin təminatı olaraq əmanətdən daxil olan 7791,67 azn vəsaitdən 18.07.2011-ci il tarixindən 17.10.2011-ci il tarixinədək “Azər -Aqro” MMC-yə ödəniş qrafikinə görə 4 ay ərzində ödənilməyən cəmi 4033 azn faiz borcundan (hətta əsas borcdan da xeyli ödənişlər üçün silinmələrə imkanı olduğu halda) 20.10.2011-ci il tarixində ,,Azər-Aqro“ MMC-yə 2-ci tranş üzrə ayrılmış 300.000 manat vəsaitdən guya nəğd ödənilmiş kimi saxta qəbzlə 4134 azn kreditin təyinatını dəyişdirərək kreditin hesabına silinmə aparmaqda Bankın məqsədi nə olmuşdur?

Sual-9. Mübahisələndirilən hər üc kredit müqaviləsi üzrə girov təminatı olan “Pul vəsaitinin girov“ müqaviləsi üzrə də «Azər-Kuban» MMC üzrə hər iki mübahisələndirilən kreditlər üzrə iddianın qaldırıldığı tarixə ödəniş cədvəlinə əsasən, artıq silinmələr, köçürmələr aparıldığı halda, «Azər-Aqro» MMC-nin «Pul vəsaitinin girov» müqaviləsinə əsasən, akseprtsiz silinəcək əmanətdən daxil olan 7791,67 manat faiz gəlirlərindən heç bir silinmə aparmamaqda Bankın məqsədi nə olmuşdur, bunu nə ilə izah edə bilərsiniz?

Sual-10. «Bank of Baku» ASC-nin əməkdaşı Fərid Hüseynovun imzası ilə Naiq Əli oğlu Məmmədhəsənovun adına 31.10.2013-cü il tarixində 4629 saylı ilk bildiriş məktubunda «Azər-Aqro» MMC şirkətinin borc öhdəliyini 714 gün gecikdirməsi, heç bir faiz və əsas borcdan ödəniş aparılmadığı, bildirişin yazıldığı 31.10.2013-cü il tarixinə 500.000 əsas, 60.931 azn faiz, 623 azn cərimə borcunun olması qeyd olunmuşdur. İlk dəfə kredit borcunun «Kreditalan» tərəfindən 714 gün gecikdirildiyi tarixin (714÷ 30 gün)= 24 ay müddətin gecikmənin axımının başladığı tarixi dəqiqləşdirsək gecikmə tarixinin başlanma tarixi 20.10.2011-ci il tarixinə duşur ki, Bank həmin tarixdə kredit hesabına 20.10.2011-ci il tarixində 4134 manat bütün 4 aylıq faiz borclarını silmişdir, 20.10.2011-ci il tarixindən sonrakı 16.11.2011, 16.12.2011, 16.01.2012, 16.02.2012 və sair tarixlərdə isə əmanətdən daxil olan 7791,67 manat faiz gəlirlərindən akseptsiz olaraq bu kreditin faiz və digər borc öhdəliklərinə siləcəyiniz bir halda, əmanətdən daxil olan vəsaitlərin faiz gəlirlərindən bu kreditlərə deyil, hec bir vaxt mübahisələndirilməyən, MKR hesabatlarında öz əksini tapmayan, öhdəlikləri çoxdan bağlanmış kreditlərə silinməsini necə izah edə bilərsiniz?

Sual-11. Həmçinin 31.10.2013-cü il tarixində Bankın yazdığı bildirişdə göstərilmişdir ki, 05.11. 2013-cü il tarixinədək «Azər-Aqro“ MMC-nin 60.931,75 azn məbləğdə borcu ödənilmədiyi halda, «Pul vəsaitinin girov» müqaviləsinin 4.3 maddəsinə əsasən, girov qoyulmuş pul vəsaitini gecikmədə olan kreditin ödənilməsi məqsədi ilə akseptsiz qaydada müştərinin hesabından silinəcəyi qeyd olunmuşdur. Əgər elədirsə, bəs «Pul vəsaitinin girov müqaviləsi»nin 4.3 maddəsində borc öhdəliyinin 20 gündən artıq gecikdirildiyi təqdirdə əmanətin və ona hesablanan faizlərin borc öhdəliyinə aksepsiz silinəcəyi razılaşdırıldığı və silinəcəyi bir halda, 20 gün ərzində deyil, 714 gündən sonra niyə Bankın yadına düşməmişdir, yaxud nədən bu 61-ci gündə deyil, 714-cü gündən sonra yada düşmüşdür, nəticədə bildiriş göndərilmişdir. Bunda bankın məqsədi nə olmuşdur?

Sual-12. «Bank of Baku»nun Mərkəzi Bankın kredit reyestri mərkəzinə verdiyi hesabatlarına görə, müştərinin faiz borcunun olmadığı, əsas borcunun isə 500.000 manat olmaqla heç bir ödəniş aparılmadığını göstərilmişdir. Yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsinin 2.5-ci maddəsində göstərilir ki, kreditin uçotunun aparıldığı ssuda hesabından cıxarış sənədində 388892 azn-nin 11.11.2015-ci il tarixində silindiyi və ödəniş cədvəlinə görə də həmin tarixdən əvvəlki 16.10.2015-ci il tarixinə olan 111108 azn əlavə borcun qaldığı təsdiq edildiyi halda, Bank «Azər-Aqro» MMC-nin heç bir ödəniş və köçürmə aparmadığını nə ilə izah edə bilər?

Sual-13. Bank əməkdaşları MKR-ə verilən hesabatlarda kreditin təminatı kimi gah daşınmaz əmlak, gah da zaminlik müqaviləsinin olduğunu göstərmişlər. Bank «Pul vəsaitinin girov müqaviləsi»ndəki kreditin girov təminatının olduğunu gizlədərək (bu kredit üzrə isə heç bir zaminlik müqaviləsi olmadığı bir halda), həmçinin kreditin girov təminatının 550.000 azn məbləğində olduğu halda, hesabatlarda isə zaminlik müqaviləsi olduğunu göstərmişdir. Eyni zamanda, «Bank of Baku» Mərkəzi Bankın Kredit Reyestri Mərkəzinə hər ayın 1-dən 3-dək məlumat təchizatçısı olaraq verdiyi icbari hesabatlarında sonuncu ödəniş tarixinin 2020-ci ildə aparıldığını göstərmişdir. Amma Bank məhkəmələrə təqdim etdiyi iddia ərizəsində, vəsatətlərində «borcalan» tərəfindən heç bir ödənişin aparılmadığını göstərir. Qeyd edilən bu ziddiyyətləri girov təminatının «Pul vəsaitinin girov» Müqaviləsinin əvəzində, heç bir qarşılıqlı müqaviləsi bağlanmamış «zaminlik» müqaviləsinin olduğu, sonuncu ödəniş tarixinin isə 2020-ci ildə aparıldığı halda, Bankın sonuncu illərdə müxtəlif məbləğlərdə ödənişlərin aparılmamasını göstərməməkdə məqsədi nə olmuşdur? Bank rəhbərliyi bu ziddiyyətləri nə ilə izah edə bilər?

Çox hörmətli Nazim müəllim! Bank əməkdaşları təkcə mənim iş adamı kimi maddi müflisləşməyimə bais olmayıb, Cənab Prezident İlham Əliyevin daim diqqət verdiyi bank sektoruna olan biz sahibkarların inamını öldürüb.

Biz Sizin peşəkarlığınıza və ədalətliliyinizə güvənərək inanırıq ki, «Bank of Baku» ASC-də baş vermiş bu kredit özbaşınalığına, qanunsuz əməllərə tezliklə hüquqi qiymət veriləcək, pozulmuş hüquqlarımız bərpa ediləcək. Odur ki, bu istintaq araşdırmasını şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm.

Dərin hörmətlə:

Məmmədhəsənov Naiq Əli oğlu,

sahibkar

***

Medi olaraq biz də inanırıq ki, ölkəmizin bank sektorunda baş verən belə qanunsuz fəaliyyətlərə son qoyulmalı, günahkarlar ciddi şəkildə cəzalandırılmalıdır.

Mövzu diqqətimizdədir, əlavə məlumat veriləcək.

Qarşı tərəfin mövqeyinə hörmətlə yanaşırıq, əsaslandırılmış mövqeyini dinləməyə hazırıq.

«Təzadlar»ın Araşdırma Qrupu
 

Dünyapress TV

Xəbər lenti