Ardını oxu...
Dövlət Sərhəd Xidməti tərəfindən keçirilən satınalmalarda ciddi qanun pozuntularına yol verilməsi, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsi barədə elektron mediada kifayət qədər geniş məlumatlar var. Bu məlumatlarda Dövlət Xidmətinin satınalma müqaviləsi bağladığı şirkətlərin əksəriyyətinin fəaliyyəti şübhəli məqamlarla doludur.

Aktualinfo.org elə Dövlət Sərhəd Xidməti tərəfindən son aylarda keçirilmiş satınalmalarda yol verilən bəzi belə şübhəli məqamları araşdırıb.

Dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada Dövlət Sərhəd Xidməti tərəfindən minik avtomobilləri üçün avtoşinlərin satın alınması üzrə “DC GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 246.864,45 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 25.05.2024-cü il tarixdə dərc edilib. Qeyd edək ki, Dövlət Sərhəd Xidməti tərəfindən minik avtomobilləri üçün avtoşinlərin satın alınması üzrə keçirilmiş açıq tenderdə ehtimal olunan qiyməti 475.256,80 manat müəyyən edilib.

Bundan əlavə Dövlət Sərhəd Xidməti “DC GROUP” MMC ilə 626.999,89 manat məbləğində bir satınalma müqaviləsi də Maz-531605 (631708) markalı yük avtomobilləri və ZTR markalı döyüş texnikaları üçün avtoşinlərin alınması üzrə bağlayıb. Bu məlumat da dövlət satınalmalarının vahid internet portalında 25.05.2024-cü il tarixdə dərc edilib.Dövlət Sərhəd Xidməti tərəfindən yük avtomobilləri və döyüş texnikaları üçün avtoşinlərin satın alınması üzrə keçirilmiş bu açıq tenderdə isə ehtimal olunan qiyməti 972.320,00 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatlardanda görsəndiyi kimi satınalan təşkilatın müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçının təklif etdiyi qiymətlər arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi Dövlət Sərhəd Xidməti hər iki açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “DC GROUP” MMC ilə ümumi dəyəri 873 863 manat olan iki satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin pozulması deməkdir.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “DC GROUP” (VÖEN:3100167861) Məhdud Məsuliyyətli Cəmiyyətinin 04.05.2005-ci il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının ABŞERON RAYONU, MASAZIR, MASAZIR KƏNDİ, qanuni təmsilçisi kimi isə Fərzəliyev Oleq Təvəkkül oğlu qeyd olunub. Adı 2017-ci ilə qədər “Cavad ” MMC olub.

Göründüyü kimi Dövlət Sərhəd Xidməti ilə “DC GROUP” MMC arasında bağlanmış satınalma müqavilələrində satın alınan malların qiyməti Qanunun tələb etdiyi ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağıdır. Bu da keçirilmiş tender prosedurunda saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaratmaqla bərabər, satın alınan malların mənşə və keyfiyyət sertifikatlarının olmadığına da şübhələr yaradır. Bu da öz növbəsində satın alınacaq malların keyfiyyət göstəricilərinin aşağı olma ehtimalını artır.

Bu isə o deməkdir ki, Dövlət Sərhəd Xidmətinin avtomobilləri keyfiyyətsiz şinlərlə təchiz olnur. Bu isə öz novbəsində avtomobillərin xidmət zamanı hər an təhlükə ilə üzləşə biləcəyini istisna etmir. Belə olan halda Dövlət Sərhəd Xidməti “DC GROUP” MMC -dən keyfiyyətsiz şinlərin alınmasına niyə yol verir?

Redaksiya Dövlət Sərhəd Xidmətinə “DC GROUP” MMC-nin satınalma müqaviləsinin icrası üçün peşəkarlıq və təcrübə meyarı,satınalma müqaviləsinin icrası üçün texniki imkanlarının və maddi-texniki bazasının olması meyarı,tələb olunan digər uyğunluq göstəriciləri və ehtimal olunan qiymətdən dəfələrlə aşağı təklif olunan qiymət arasındakı fərqi əsaslandırması məqsədi ilə sorğu ünvanladı. Qurum həmişə olduğu kimi sorğu məktubunu cavabsız qoydu.



Aktualinfo.org
 
Ardını oxu...
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 31-də Bakıda Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub.

"DogruXeber.az" xəbər verir ki, dövlət başçısına burada Çin istehsalı olan elektrik mühərrikli “BYD” markalı avtobus və “TX5” markalı elektrik mühərrikli taksi nəqliyyat vasitələri təqdim edilib.
Ardını oxu...
Binəqədi rayonu, 8 mart küçəsinin sakinləri yaşadıqları ərazidəki natəmizlikdən gileylənirlər.

Ölkə.Az xəbər verir ki, bu barədə Binəqədi sakini, jurnalist Samir Mirzə bildirib. O söyləyib ki, əvvəllər zibil maşınları küçələrdəki zibilləri götürsə də, artıq uzun müddətdir gəlmədiyindən antisanitar vəziyyət yaranıb.

Jurnalistin sözlərinə görə, uzun müddət sakinlər hər həftənin 3-cü günləri axşam saatlarında 1-2 sellofan paketdə zibili əraziyə qoyublar, səhər tezdən isə zibil maşını yığışdırıb. Hətta sakinlər buna görə pul da ödəyiblər:

“Əvvəllər həftənin 4-cü günləri səhər tezdən zibil maşını zibilləri daşıyırdı, daha sonra şənbə günləri daşımağa başladı, sonra xəbər-ətərsiz yoxa çıxdılar. Zibillərin gözü yolda qaldı, arxalarınca gələni olmadı. Amma onlar yerlərinə o qədər öyrəşdilər ki, sayları artmağa başladı. Yoldan keçənlər də kruqlarını zənginləşdirdi. Amma arxalarınca gələn olmadı. İndi əməlli-başlı məhəlləmiz zibilxanaya çevrilib”, - deyə jurnalist qeyd edib.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
"Relax" istirahət mərkəzi sabiq deputat İqbal Məmmədovdan alınıb.

AzToday.az-ın məlumatına görə, İqbal Məmmədova məxsus şirkətlərin dövlətə on miıyonlarla manat vergi borcu var. Borcu ödəmədiyinə görə, İqbal Məmmədov başda olmaqla ailə üzvlərinə və qardaşı uşaqlarının ölkədən çıxışına "stop" qoyulub.

Sabiq deputatın vurulmasının əsas səbəbi kimi qardaşı, sabiq icra başçısı Asif Məmmədovun iki oğlunun ABŞ-da siyasi sığınacaq alması və ölkədən böyük məbləğdə pul çıxarması göstərilir...

Qeyd edək ki, Asif Məmmədov Şamaxıda icra başçısı işləyərkən rayonun girişinə eşşək heykəli qoymuşdu. Bu da rayonda ciddi narazılığa səbəb olmuş, nəticədə eşşək heykəli maşınla vurulub aşırdılmışdı. Bundan sonra Asif Məmmədovun icra başçısı vəzifəsində işləməsi mümkün olmamışdı...
Ardını oxu...
Keçmiş deputat Baba Tağıyevə məxsus "Tağıyev" Şirkəti inzibati məsuliyyətə cəlb edilib.

Qaynarinfo-nun məlumatına görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə inzibati protokol tərtib edilib. İş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib və hakim Şəfəq Məmmədovanın icraatına verilib.

İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsi, təhrif olunmuş, yanlış məlumatın verilməsi və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmaqla bağlıdır.

Maddədə inzibati cəza növü kimi vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

"Tağıyev" Şirkəti əvvəllər "Avropa qapıları" adı altında fəaliyyət göstərib. Şirkət 27 dekabr 1999-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 37 927,4 manatdır. "Tağıyev" Şirkətinin qanuni təmsilçisi Tağıyev Baba Əli oğludur.

Baba Tağıyev üçüncü çağırış Milli Məclisin deputatı olub. O, parlamentdə 44 saylı Sumqayıt-Abşeron seçki dairəsini təmsil edib.

Baba Tağıyev 2007-ci ildə Milli Məclisin iclasında hökumətin hesabat zamanı deputat Fəzail Ağamalı ilə Hüseyn Abdullayev arasında baş verən insidentlə gündəmə gəlmişdi. O, həmin vaxt yerindən qalxaraq yeyin addımlarla tribunaya tərəf getmiş və oradan deputatlara xitab edərək onları sakitləşdirməyə çalışmışdı. Onun bu addımı Milli Məclis rəhbərliyinin qəzəbinə səbəb olmuşdu.
 
Ardını oxu...
“Səhliyalı” Kiçik Müəssisəsi saxta və ya keyfiyyətsiz mallar idxal etdiyinə görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, müvafiq qurum tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 448-ci (Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.

Hakim Şəfəq Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə görə saxta və ya keyfiyyətsiz mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək məbləğdə, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Səhliyalı” ət, kolbasa və süd məhsullarının istehsalı ilə məşğuldur. Şirkət “Halal nemət, 1000 bərəkət” brendi ilə məhsullar istehsal edir.
 
Ardını oxu...
Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ASC ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılır.

Tribunainfo.az xəbər verir ki, “A+CO” ASC-nin İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

ASC ilə bağlı iş baxıması üçün Abşeron rayon məhkəməsinə göndərilib. 6 noyabr tarixində hakim Vaqif Həsənovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, Xırdalan Şərab Zavodunu idarə edən “A+CO” ASC 1997-ci ildə MMC kimi təsis edilib. Şirkət şərab, konyak və difər alkoqollu işçilər istehsal edir. “A+CO” ilə “GOLD VİNE” ASC-lər ikisi də eyni ünvanda yerləşir. Hər iki şirkətin qanuni təmsilçisi Qasımov Xanoğlan Məsim oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.
 
Ardını oxu...
Bir çox ərazilərdə qəssablar heyvan kəsimlərini küçədə, mağazanın önündə, insanların ötüb keçdiyi yerlərdə həyata keçirirlər. Hər nə qədər alıcını inandırmaq məqsədi daşısa da, bu mənzərələr bir çoxlarına psixoloji olaraq da mənfi təsir edə bilir.

Bəs heyvan kəsimləri harada edilsə, daha məqsədəuyğun hesab olunar? Bununla bağlı hansı tədbirlər görülməlidir?

Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Redaktor.az-a bildirdi ki, 2018-ci ildə Qida Təhlükəsizli Agentliyinin (AQTA) yarandığı gün Azad İstehlakçılar Birliyinin bayram etdiyi gün idi:

"Biz fikirləşdik ki, bu agentlik yaranandan sonra bir çox məsələlər, o cümlədən küçə kəsimi qurtaracaqdı, yox olacaqdı. AİB daim küçə kəsiminin yığışdıırlması ilə bağlı mübarizə aparıb. Əlbəttə, ildən ilə bu sahədə dəyişiklik gedib. Vaxtilə Bakı-Sumqayıt yolunda çoxlu küçə kəsimi var idi. Hətta mən xaricdən gələn qonaqlarımı Sumqayıta aparırdım və çox çətin bir yoldan istifadə etdim ki, Bakı-Sumqayıt yolunda mənim qonağım yatdı, o mənzərəni görmədi. Çox utanverici bir vəziyyət idi. Şükür Allaha, onlar daha dəyişib və ildən-ilə bu mənzərə müsbətə doğru gedir".

AİB sədrinin sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi qarşıya qoyduğu hədəfə qətiyyən nail ola bilmir:

"Baxmayaraq ki, küçə kəsiminə cavabdeh təkcə AQTA deyil, həm də yerli icra hakimiyyəti orqanları və yerli polislərdir. Çox təəssüf ki, bu hal yenə də mövcuddur, hətta AQTA və yerli icra hakimiyyəti orqanları bu halların bəzilərini leqallaşdırıblar. Yəni burada kəsmək olar, lakin içəridə, gizli bir şəraitdə olmalıdır ki, insanlar görməsin. Biz hətta görürük ki, məsəl üçün, Bakı-Xırdalan yolunda, Şamaxı yolunun qırağında heyvanın başı, ayaqları və s. asılıb. Yaxud Bakı Təhsil İdarəsinin cənub tərəfində bu yaxınlara qədər küçədə şəhərin içində böyük heyvanı bağlayırlar ki, əhali görsün. Səbəb isə odur ki, istehlakçıların AQTA-ya, baytarlara inamı yoxdur. Hərçənd ki, onlar bu inama malik olmalıdırlar, çünki vəziyyət dəyişib. Əvvəlki zamanlarda baytarlıq möhürləri elə kəsənlərin cibində olurdu, yalandan möhür vururdular və s. Bu sahədə sovet hökumətindən qalmış bir ədalət qanunu hökm sürür. Əhali inanmır ki, mağazalarda satılan ət təmiz ət ola bilər, ona görə də gördüyünü almaq istəyir".

Eyyub Hüseynov qeyd etdi ki, bu məsələ ilə inzibati yollarla mübarizə aparmaq mümkün olmayacaq:

"Ona görə də əsas məsələ istehlakçıların maarifləndirilməsi, istehlakçılara inamın qazanılması məsələsidir ki, AQTA buna nail ola bilmir. Yəni agentlik istehlakçıları öz "valantyor"larına çevirməlidir və onlar bu kəsim yerlərini boykot etməlidirlər. Təəssüf ki, buna nail olunmayıb. Azad İstehlakçılar Birliyi də neçə illərdir iş aparır ki, boykot olunsun. Lakin istehlakçının şüurunu dəyişmək o qədər də asan məsələ deyil. Adətən heyvanları çox sübhdən kəsirlər, reklam xatirinə başını çöldə qoyurlar. Məktəblilər də görür. Ona görə də bu məsələ kökündən həll olunmalıdır. Bu, Azərbaycanın adına böyük minusdur. Azad İstehlakçılar Birliyi çalışacaq ki, AQTA-nın bu hədəfə çatması üçün mümkün olanları etsin. İstehlakçılar inansınlar və əti gedib dükanlardan alsınlar".

Sədr onu da əlavə etdi ki, Nazirlər Kabinetinin 94 saylı qərarına görə, dükanlarda satılan bütün mallar, o cümlədən ətlər fasofka olunmalıdır və onun üzərində buraxılma tarixi, son yararlıq müddəti, hansı təsərrüfatdan gəldiyi göstərilməlidir:

"Çox təəssüf ki, bu da yoxdur. Əgər AQTA dükanlarda bunu həyata keçirsə və orada bir qaynar telefon xətti olsa və s. istehlakçılar inanar. Bütün məsələlər həll olunmalıdır ki, insanlar üzünü dükanlara tutsunlar və küçə kəsimi boykot olunsun. Bir də ki, heyvanların identifikasiyası məsələsi, yəni heyvanlar anadan olandan onun izlənmə sistemi hələ ki, Azərbaycanda tətbiq olunmur. Xüsusən fərdi təsərrüfat səviyyəsində qətiyyən tətbiq olunmur, baxmayaraq ki, iki il yarım bundan öncə mən hörmətli Qoşqar Təhməzlinin müavini Rəşad Mafusov ilə görüşəndə dedi ki, bir ilə biz bu məsələni həll edəcəyik. Heyvanların identifikasiyası həll olunandan sonra yəqin ki, küçə kəsimi tamam yığışdırılacaq".

Sevinc İBRAHİMZADƏ
 
 
 
Ardını oxu...
"Şikayətim "Badamlı" sularındandır". "DİA-AZ" xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim var" sosial qrupundakı paylaşımında Alpay Allahverdiyev adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra yazır: "4 aydır... hər ay demək olar ki, 6 ədəd 18 litrlik dispenser üçün su sifariş edirəm evə. Axırıncı dəfə sifariş etdiyim suyu içəndən (1 stəkan) sonra evdə hər kəsdə yüngül qarın və mədə ağrıları yarandı, hətta evdə pişik saxlayırıq və onun da qabına bu sudan tökmüşəm.

Suyu içəndə qəribə bir dad və iy hiss etdim, düşündüm yəqin məndən əvvəl bu stəkanda nəsə içilib, ola bilər iy qarışıb və s. Təsəvvür edin evdə övladlarım da suyu içən vaxtı həmin iyi hiss ediblər və eyni mənim kimi düşünüblər ki yəqin stəkandan gəlir iy.

Hər şey 1 stəkan suyu içəndən sonra başladı: Qarın ağrısı və mədə ağrısı. Yenidən başqa stəkana su süzüb baxıram ki su bildiyiniz krant suyu. Yəni krantdan bidona doldurub satırlar, amma halbuki guya Naxçıvandan dağlardan gəlir "Badamlı"...

Özlərinə şikayət etmişəm, hələ geri dönüş etməyiblər. Suyu verəcəm Qida təhlükəsizliyi agentliyinə yoxlasınlar.... İndi gedib nazirliyə hörmət edib rəy verəcəklər ki bəs su əladır, heç bir problemi yoxdur... Yəni bildiyiniz krant suyunu bidona doldurub bazarda satırlar..."
Ardını oxu...
 
 
 
Ardını oxu...

QEYD: Şikayət edilən mövzu ilə bağlı Cəlilabad rayon Muğan kənd bələdiyyəsinin sədri ilə əlaqə yaradaraq onunda bu şikayətlə bağlı fikrini öyrəndik.Bələdiyyə sədri Vasif müəllim deyir:
"Dövlətov Qafur yalan danışır. Onun danışdığı yalan və böhtanlara görə, dövlət orqanlarına yazdığı yalan məlumatlara görə onu məhkəməyə vermişəm. Mən heç kimə bələdiyyə sədri olaraq heç kimə torpaq vermirəm.Torpaq hərrac yolu ilə vətəndaşlara satılır.
Özüdə hərracda iştirak edib. Bir şeyidə qeyd etymək istəyirəm ki, biz bələdiyyə olaraq heç kimə ev tikmirik.
TEREF
 

Dünyapress TV

Xəbər lenti