Ardını oxu...
Bakıda bir qrup şəxs Baku TV-yə müraciət edərək iddia edib ki, “Zamin Əmlak” adlı daşınmaz əmlak agentliyi evlə təmin etmək adı ilə onlardan pul alıb.

Lakin ortada nə ev var, nə də ödədikləri məbləğı geri ala bilirlər.

Baku TV-nin əməkdaşı iddialara cavab almaq istəsə də, sözügedən şirkətin ofisinin qapısının bağlı olması səbəbindən bu, mümkün olmayıb.

Banerlər ümumiyyətlə yerindən çıxarılıb. İşçilər isə sanki qeybə çəkilib. Necə deyərlər, lələ köçüb, yurdu qalıb.

Qapıda şirkətin qurbanı olan daha bir vətəndaşdan başqa heç kim tapılmayıb.

Zərərçəkənlər onları aldatdığını iddia etdikləri şəxslərin görüntülərini də Baku TV ilə paylaşıb.

Şirkətin rəhbəri olduğu deyilən Oqtay Zərbəliyev bildirib ki, bütün pulları Orxan adlı şəxs mənimsəyərək aradan çıxıb.

Həmin şirkətdə satış mütəxəsisi vəzifəsində çalışan Orxan Əliyev isə zənglərə cavab verməyib.

Bəs görəsən, vətəndaşların başına corab hörən belə fırıldaqçıları hansı cəza gözləyir? Ümumiyyətlə, qanunvericilikdə belə hallarla bağlı nələr nəzərdə tutulub?

Daha ətraflı BAKU TV-nin süjetində:

 
Ardını oxu...
Ramiz Mehdiyev və onun dəstəsi ilə bağlı 2005-ci illərdən yazmağa başlamışam. Ramiz Mehdiyevin kim, hansı işlə məşğul olduğunu, bu ölkəyə hansı ziyanlar vurduğunu demişəm. Təkcə Ramiz Mehdiyev deyil, onun kimi onlarla insanlar var ki, bu ölkəyə əxlaqi, mənəvi zərər vurmaqla yanaşı maddi tərəfdən də ölkəni talayıblar, milyardlar aparıblar. Onlar haqqında da cinayət işi qaldırılmalı və araşdırma aparılmalıdır".

Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış vəkil Aslan İsmayılov deyib.

"Sizi əmin edirəm, Ramiz Mehdiyevin təkcə yeznəsi İlham Əliyevin ölkədən çıxardığı və ölkədə yatırdığı əmlaklar milyarddan artıqdır. Onun Quba-Qusar zonasında yüz milyonluq əmlakı və torpağı var. Əlbəttə, istəyərəm ki, bütün bu cinayətlər araşdırılsın. Ramiz Mehdiyevin və digərlərinin həbsi bu gün mənim üçün vacib deyil. Vacib olan budur ki, biz Qarabağda döyüşmüş əsgərlərimizi təmin edə, pensiya həddini artıra bilmirik. Bu gün də Ramiz Mehdiyev və onun ətrafı "Rolls-Royce"da, "Maybach"da gəzirlər. Nə üçün? Ölkəyə, dövlətə hansı töhfəni veriblər? Ramiz Mehdiyevlə bağlı cinayət işi açılıbsa, bunu alqışlayıram, amma istəmirəm ki, bütün işlər kimi bu da yarımçıq olsun", - A.İsmayılov bildirib.

Xatırlatma: Hesablama Palatasından daxil olmuş material əsasında Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətində aşkar edilmiş qanun pozuntuları ilə bağlı aparılmış araşdırma üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. AMEA-nın 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən dövrün əsas hissəsində isə AMEA-ya Ramiz Mehdiyev (2019-2022-ci illərdə) rəhbərlik edib.
 
Ardını oxu...
Son vaxtların ən mühüm problemlərindən biri də, Bakının bəzi ərazilərindəki evlərin sökülməsi məsələsidir. Əsasən də, bu məsələ paytaxtın “Sovetski” və “Kubinka” deyilən ərazilərində aktual olaraq qalır. Belə ki, sözügedən ərazilərdə mərkəz küçələrdəki bəzi yaşayış sahələri sökülüb. Amma iç-içə məhlələrdə hələ də söküntü işləri getməyib. Həmin ərazilərdəki qonşular da bildirir ki, illərdi oradakı evlərin söküləcəyi deyilir.
Bəs, bu məsələ niyə illərdi belə uzanır? Burada hansı səbəblər rol oynayır?

araz.az xəbər verir ki, məsələ ilə əlaqədar ajans.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev artıq söküntü işlərinin başlandığını bildirib:

“Ümumiyyətlə, 2016-cı ildən başlayaraq Nazirlər Kabinetinin 86 saylı sərəncamı ilə paytaxt Bakı şəhərində istismar müddəti bitmiş və qəzalı vəziyyətdə olan binaların söküntü prosesi gedir. Bu günə qədər də onlarla köhnə çox mənzilli yaşayış binaları və fərdi həyət evlərindən ibarət yaşayış massivləri sökülərək yeni tikili binalarla əvələnib. Söküntülər daha çox iki formada aparılır. Birinci olaraq, özəl sektor tərəfindən köhnə binalar sökülür və yenisi ilə əvəz olunur. İkinci isə dövlətin ehtiyacı olan torpaqlar qiymətləndirilərək bazar qiyməti ilə dəyərləndirilir və 20 faiz artıq kompensasiya verilməklə vətəndaşlardan geri alınır. Həmin “Sovetski” ərazisində də söküntü artıq asta-asta başlayıb. Bu proses mərhələli şəkildə aparılır. Bir çox ərazilərdə parklar salınıb”.

Ekspert, həmçinin, söküntü meyarları, bazar qiymətləri və gecikmə səbəbləri məsələlərinə də toxunub:

“Bundan əlavə, söküntü işlərinin aparılması üçün tikinti şirkətləri bazarı da nəzərə alır. Əgər eyni anda hər yeri söksələr, onlar tikdikləri binanı başqa şəxslərə sata bilməzlər. Həm də kirayə bazarında mənfi təsir özünü göstərəcək. Əmlak bazarında həm qiymət artımı, həm də alıcı qıtlığı ilə nəticələnə bilər. Vətəndaşların mənzilinə gəldikdə isə onlar gözləntidədir.

Söküntünü gözlədikləri üçün təmir işlərinə də bir o qədər diqqət ayırmırlar. Amma istənilən halda bir şəxs öz şəxsi evində yaşayırsa, onun nə vaxt söküləcəyindən asılı olmayaraq yaşayış şəraitinin yaxşılaşdırılması üçün lazımı yerlərdə müəyyən təmir işləri görməlidir. Söküntü zamanı əgər özəl sektor olarsa, vətəndaşa yenidən ev verilir. Dövlət xətti ilə sökülürsə, ev ölçülür və bazar qiymətinə uyğun hesablanır, qiymətdən əlavə 20 faiz kompensasiya verilir. Bu prosesin bu qədər ləng getməsinin səbəbi Bakı şəhərinin baş planının təsdiq olunmaması idi.

Artıq 2023-cü ilin dekabr ayının sonunda Bakının Baş Planı təsdiqləndi. Hansı ərazilərdə nələrin söküləcəyi və nələrin tikiləcəyi artıq müəyyən olunub. O baxımdan düşünürəm ki, bundan sonra bu proseslərə mərhələli şəkildə start veriləcək”.
 
 
 
Ardını oxu...
Göyçay rayonu, Cəyirli kənd sakini, 3-cü dərəcəli gözdən əlil Abışov Natiq Məzahir oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. N.Abışov Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribovdan şikayətçidir:

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribov vəzifəsindən sui-istifadə edərək kəndlilərə hucum edir, onlara küllü miqdarda ziyanlar vurur.

Bildirim ki, biz bağçılıqla məşğul olub, ailəmizi birtəhər dolandırırıq. Hər il mövsümü meyvələri özümüzün və digər şəxslərin bağından alıb Rusiyaya aparır, satıb əldə etdiyimiz gəlirlə ailəmizi dolandırırıq.

Həmişəki kimi, bu il də xurma meyvələrini tədarük edib, yük maşınlarına yığıb Rusiyaya satmağa aparmaq istəsək də, AQTA-nın Mərkəzi Aran Regional bölməsinin rəisi Eldəniz Qəribovun göstərişi ilə qanunsuz qadağa qoyulmuşdur. Bizdən qanunla nəzərdə tutulmayan sənədləri tələb edir ki, həmin sənədləri əldə etməyə 1 ay vaxt lazımdır. Ancaq bu müddət ərzində xurma meyvəsi yük maşının xarab olacaq ki, nəticədə də bizə küllü miqdarda ziyanlar dəyəcək.

Tonlarla xurma meyvəsi yığılmış çoxlu sayda yük maşını Eldəniz Qəribovun qadağasına görə bir neçə gündür Kürdəmir rayonu ərazisində gözləyir. Kim pul veribsə, onun məhsulunun Rusiyaya aparılmasına razılıq verilib, biz isə bir neçə gündür gözləyirik. Belə getsə, məhsullarımız zay olacaq. Bu isə küllü miqdarda ziyan deməkdir. Çünki, bu halda nisiyə aldığımız meyvələrin pulunu ödəyə bilməyib, borcla yüklənib bədbəxt olacağıq.

Biz Prezident cənab İlham Əliyevə inanıb, ona müraciət edirik. Siz həmişə sahibkarlığın, fermer təsərrüfatlarının inkişaf etdirilməsi üçün sərəncamlar imzalamısınız, sahibkarların qayğısına qalmısınız. Hörmətli Prezident, Sizdən xahiş edirik ki, bizim müraciətimizi araşdırıb, xurma meyvələrimizin Rusiyaya aparılmasına qoyulmuş qadağanın aradan qaldırlmasına köməklik edin”.
dia-az.media
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
Ardını oxu...
Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) baş vermiş qanun pozuntusu faktları ilə bağlı cinayət işi açılıb.

Prokurorluğun məlumatında bildirilir ki, qurumun 2020-2023-cü illərə dair fəaliyyəti üzrə təyin edilmiş audit yoxlamaları nəticəsində vəzifəli şəxslər tərəfindən külli miqdarda dövlət vəsaitinin təyinatı üzrə istifadə edilməməsi, habelə digər qanun pozuntularının törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edilən faktlarla bağlı aparılmış araşdırma üzrə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

“AzPolitika” xatırladır ki, oktyabrın 18-də Hesablama Palatasında AMEA-nın İşlər İdarəsi tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasının auditinin nəticələri müzakirə olunub.

Müzakirələrin nəticəsinə əsasən, 2020-2021-ci illərdə dövlət vəsaitindən və əmlakından istifadədə aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimal olunması nəzərə alınmaqla müvafiq materialların Baş Prokurorluğa göndərilməsinə dair qərar qəbul olunub.

Palatanın araşdırdığı 2020-2021-ci illərdə AMEA-nın İşlər İdarəsinə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədov rəhbərlik edib. O, qurumun sabiq prezidenti Ramiz Mehdiyevin 16 yanvar 2020-ci il tarixli sərəncamı ilə həmin vəzifəyə təyin edilib və 2023-cü il noyabrın 28-nə qədər orada çalışıb.


Beləliklə, Elton Məmmədovun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində açılmış cinayət işinin istintaqına cəlb ediləcəyi və barəsində həbs qətimkan tədbiri seçiləcəyi gözləniləndir. Nəzərə alsaq ki, həmin dövrdə AMEA-ya Ramiz Mehdiyev rəhbərlik edib, məntiqlə prokurorluq onu və onun akademiyadakı yaxın ətrafını da istintaqa cəlb edə bilər.

Elton Məmmədov bu il sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərinə qatılsa da MSK onun təqdim etdiyi məlumatlarda ciddi saxtakarlıq aşkar edildiyini əsas gətirərək namizədliyini qeydə almayıb. Elton Məmmədov isə MSK-nın bu qərarına kəskin etiraz edərək qurumun rəhbərliyini saxtakarlıqda ittiham etmişdi.
 
 
 

Ardını oxu...
Oktyabrın 2-də Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının ("Respublikanski”) doğum şöbəsində doğuşdan sonra iynədən sepsis keçirib və komaya düşən 22 yaşlı Sara İsayeva ötən gün "Liv Bona Dea" Hospitalında vəfat edib.

Bu barədə "Arqument.az"a Sara İsayevin yaxınları məlumat verib.

Onlar bir neçə gün öncə də "Arqument.az"a Sara İsayevanın başına gətirilənlərlə bağlı danışmışdılar. Belə ki, doğuşdan çıxdıqdan sonra palataya köçürülən Sara İsayeva "votsap"la həyat yoldaşı və yaxınları ilə əlaqə saxlayıb, özünün və övladının yaxşı olduğunu deyib. Amma bir gün sonra, oktayabrın 3-də halı pisləşib. Səbəb isə həkim Günel Qəhrəmanovanın təyin etdiyi iynə olub.

Ardını oxu...


Günel Qəhrəmanova

Həyat yoldaşı Orucəli Ağayev bildirib ki, həyat yoldaşı ayın 3-də ona mesaj yazıb və halının pisləşdiyini deyib: "Yazdı ki, Günel doktorun yazdığı iynə vurulub, çox pisəm. Biz sonradan ona zəng etdik, həkimi axtardıq, amma əlaqə yarada bilmədik. Axşam saat 7-də bizə bildirdilər ki, Sara reanimasiyadadır, vəziyyəti ağırdır. Günel Qəhrəmanova ilə əlaqə saxlanılanda dedi ki, mən evə getmişəm, növbəm bitib, xəstə reanimasiyadadır".

"Ona dəfələrlə zəng etdikdən sonra xəstəxanaya gəldi və müxtəlif bəhanələr uydurdu ki, guya əvvəlcədən Saranın qanında infeksiya olub. Gecə saat 1-dən sonra reanimasiya şöbəsinin həkimi də, Günel həkim də bildirdi ki, xəstənizin qanında vurulmuş iynə nəticəsində parçalanma baş verir, infeksiya var. Burada qanı təmizləmək üçün lazımi plazmafarez, dializ avadanlığı yoxdur. Xəstə komaya düşüb, təcili buradan çıxarıb özəl xəstəxanaya aparılmalıdır, yoxsa 1-2 saata öləcək", - deyə Orucəli Ağayev bildirib.

Bundan sonra gecə saat 3 radələrində xəstə "Liv Bona Dea" Hospitalına gətirilib və oktyabrın 3-dən 18-nə qədər burada saxlanılıb. Oktyabrın 18-də axşam saatlarında "Liv Bona Dea" Hospitalında dünyasını dəyişib.

Ardını oxu...


"Liv Bona Dea" Hospitalı

İkinci Qarabağ müharibəsi qazisi Orucəli İsayev deyir ki, xəstə "Liv Bona Dea" Hospitalında yatdığı müddətdə ondan 63 min manata qədər pul alınıb. Bu pulu isə yaxınları kömək edib və borca götürüblər ki, Sara İsayevanı həyatda saxlaya bilsinlər.

Xəstənin komaya düşməsinə səbəbkəar olan Günel Qəhrəmanova söz versə də, heç bir maddi dəstək etməyib. Artıq hadisə ilə bağlı Orucəli Ağayev Prezident İlham Əliyevə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edib.

Sara İsayevanın valideynləri də müvafiq orqanlara müraciət edərək bu fakta görə xəstəxana rəhbərliyi və həkimin məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Maraqlıdır ki, indiyə qədər TƏBİB "Respublikanski"də baş verən bu ölüm faktına və həkim səhlənkarlığına reaksiya verməyib, halbuki bir neçə gündür qazi baş verənləri mediaya danışır.
Ardını oxu...
Miilli Məclisin komitə sədri Hicran Hüseynovanın Nazirlər Kabinetində Aparat rəhbərinin köməkçisi kimi işə düzəltdirdiyi əmisi nəvəsi ABŞ-da cəbhəçi kimi siyasi sığınacaq alıb.


XALQ.AZ məlumat verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

Məlumatda qeyd olunur ki,Nazirlər Kabinetinin əməkdaşı olmuş Hüseynov artıq ABŞ-dır.

Qeyd edək ki, Milli Məclisin deputatı olan Hicran Hüseynova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sabiq sədri olub.
Ardını oxu...
İspaniya məhkəməsi Azərbaycanın əvəzinə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun 3 övladının Mallorka adasında böyük miqdarda vəsaiti leqallaşdırması ilə bağlı faktları araşdırır. İspaniya Korrupsiyaya qarşı Mübarizə Prokurorluğu onları korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına Palma adasında 50 milyon avro dəyərində ən azı müxtəlif ünvanda dəbdəbəli mülk və torpaq sahələri almaqda ittiham edir. İttiham aktına görə mülklərin alışı Kalviada qeydiyyatdan keçmiş iki ispan şirkəti vasitəsilə həyata keçirilib və ümumilikdə 60-dan çox (Valldemossada 23, Kalviada 22 və Palmada 15) mülk əldə olunub. Təkcə Peguera kurort şəhərində 1 əmlaka 9 milyon avro ödənilib.
TEREF yazır ki, buinu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz feysbuk səhifəsində yazır. O, daha sonra yazır:
Ardını oxu...
Qeyd olunur ki, Mahmudovların mülklərinin bir neçəsi Anar Mahmudovun adına
Seyşel adalarında qeydiyyatdan keçmiş SİNALCO INVESTMENTS LİMİTED şirkətinə məxsus Latviya hesabından bank köçürmələri yolu ilə ödənilib. Bu hesab üzərindən Anar Mahmudov Palm şəhərinin Alexandre Rossello küçəsi 27A ünvanında 4,5 milyon avroya iiki mülk alıb. 206 kv.metr sahəsi olan mənzillər Eldar Mahmudovun qızı Xuraman Mahmudovanın adına alınıb. 101 kvadratmetr sahəsi olan daha bir mənzil Balearın elitar yaşayış kompleksi sayılan Plaza del Comtat del Rosselloda 444,960 avroya alınıb.
Ardını oxu...
Eldar Mahmudovun digər qızı Nərgiz Mahmudovanın adına 4,1 milyon avroya əmlak isə xarici görünüşünə görə turistlərin xüsusi marağını cəlb edən modernist üslublu Casasayas binasında əldə edib. Məbləğin bir hissəsi Seyşel adalarındakı şirkətə məxsus Latviya hesabından köçürmə yolu ilə ödənilib. Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğundan araşdırmasına görə, pulun böyük hissəsi Nərgiz Mahmudovaya məxsus və qardaşı Anarın köçürmələri hesabına maliyyələşən Palmanın Portals Nous qəsəbəsindəki filialının hesabından götürülən üç nominativ çek vasitəsilə çatdırılıb. Bu mülk Balear Adaları Ali Ədalət Məhkəməsinin qərargahına çox yaxındır.
Ardını oxu...
2014-cü ilin aprelində, isə Eldar Mahmudovun iki övladı Calviadakı Sol de Mallorca səmtində bir milyon avroya altı mülk alıblar. Qiymət Anarın Latviyadakı şəxsi hesabından dörd bank köçürməsi yolu ilə ödənilib.
Ardını oxu...
Keçmiş nazirin övladları Londonda yaşasalar da Kalvian sahillərinə və Santa Ponça, Puerto Portalları və ya Port Adriano kimi yerlərə tez-tez gəlirlər.
Ötən aylarda Palma məhkəməsinin hakimi Eldar Mahmudovun övladları ilə videokonfrans formatında sorğu-sual aparıb, keçmiş nazirin övladları ittihamları rədd ediblər.
TEREF
Ardını oxu...
Naxçıvanda olarkən Şahbuz sakinlərindən biri mənə saxladıqları heyvanı Azərbaycanın digər rayonlarında sata bilməmələrinin səbəbini soruşmuşdu. Mən də bunu Naxçıvanın ərzaq təhlükəsizliyi ilə izah etmişdim. Demişdim ki, Naxçıvandakı fermerlər saxladıqları heyvanları Bakıya aparsalar, o zaman Muxtar Respublikada ət qıtlığı yaşanar. Nəticədə onsuz da dolanışığı çətin vəziyyətdə olan naxçıvanlılar daha ağır problemlərlə üzləşə bilər.

Açığı, bu fikri deyərkən həmsöhbətimin üzündə qəribə bir istehza təbəssümü görmüşdüm. Hiss etmişdim ki, mənim bilmədiyim, amma həmsöhbətimin vaqif olduğu daha dərin məsələ var. Söhbətimizi bitirib ayrılarkən şahbuzlu fermerin mənə söylədiyi bir sözsə qulağımda indiyədək cingildəyir: “Heydər müəllim, deyəsən, siz bunların dabbaqda gönünə bələd deyilsiniz”.

Dünən Naxçıvandakı etibarlı mənbələrdən əldə etdiyim məlumatlar Şahbuzlu fermerin üzündəki istehza dolu təbəssümə və “dabbaqda gön” məsələsinə kifayət qədər aydınlıq gətirir.

Məlumata görə, Azərbaycan Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun Naxçıvan Muxtar Respublikasına səfəri zamanı “canişin” əfəndinin onu tamamilə təcrid vəziyyətinə salması, daha dəqiq ifadə ilə desək, Muxtar Respublikanın Kənd Təsərrüfatı naziri Xəyalə Dadaşovanı onunla görüşə imkan verməməsinin bir çox incə mətləbləri var imiş. Onlardan biri də “dabbaqda gön”lə birbaşa əlaqədardır.

Əldə etdiyim məlumatda bildirilir ki, Xəyalə Dadaşovanın öz həmkarı ilə görüşünə imkan verilməməsinin əsas səbəbi xanım nazirin Bakıdakı müvafiq dairələrə “canişin” əfəndidən şikayət etməsidir. Şikayətlərdə “canişin”in özünü “canişin” kimi aparmaması ilə yanaşı, həm də Naxçıvanda özünüməşğulluq proqramının düzgün yürüdülməməsi kimi məqamlar da var imiş. Sən demə, 2024-cü ilin yanvar-iyul ayları ərzində bu proqram çərçivəsiində Naxçıvanda 745 nəfər işsiz və işaxtaran şəxs müəyyən aktivlərlə təmin olunub. Bunlardan 107 nəfəri istehsal-xidmət, 638-i isə kənd təsərrüfatı sahəsi üzrə müvafiq aktivlərlə təmin edilib. Xəyalə xanımın da şikayəti təbii ki, kənd təsərrüfatı ilə əlaqədar verilən aktivlərlə bağlı olub.
Ardını oxu...
İddialara görə, həmin kənd təsərrüfatı aktivləri əsasən aztəminatlı ailələrə verilib. Verilən aktivlər isə əsasən iri və xırdabuynuzlu heyvanlar imiş. Di gəl ki, həmin heyvanların bir çoxunda dabaq xəstəliyi aşkarlanıb. Nəticədə xırda fermerlər nəinki bu müftə hədiyyədən nəsə qazanıblar, əksinə, özlərinin sağlam mal-qaraları da xəstəliyə yoluxub. Xəyalə Dadaşova da məhz bu barədə Bakıya şikayətdə bulunub. Bundan əlavə, o, Naxçıvanda kənd təsərrüfatı üçün yararlı torpaq sahələrinin təyinatının dəyişdirilərək yerli və xarici vətəndaşlara satılmasını da paytaxtın nəzərinə çatdırıb. Paytaxt da məsələni yerində araşdırmaq üçün Kənd Təsərrüfatı nazirini Naxçıvana göndərib. “Canişin” əfəndi isə paxırının ortaya çıxmaması üçün iki nazirin bir araya gəlməsinin qarşısını almağa çalışıb. Amma bu məlumat media orqanlarında yayıldıqdan sonra Bakıdan Azərbaycan Kənd Təsərrüfatı naziri Məcnun Dadaşova telefon zəngi gəlib. Ona izah edilib ki, Naxçıvanın Kənd Təsərrüfatı nazirini də dinləmək lazımdır. Məcnun müəllim də Bakıya qayıdışını 1-2 gün təxirə salıb və Xəyalə Dadaşova ilə görüşüb. Xəyalə xanımın ona Naxçıvanın aqrar sektorunda yaşanan eybəcərliklərlə əlaqədar ciddi məlumatlar verdiyi bildirilir.

“Canişin” həzrətlərinin Məcnun Məmmədova bu cür qadağalar qoya bilməsi də təsdüfi deyilmiş. İddialara görə, Məcnunla o, yaxın dost imişlər. Üstəlik, əvvəllər eyni holdinqdə bir yerdə işləyirmişlər. Lap Seyid Əzim Şirvaninin dediyi kimi:

“Məcnun ilə mən məktəbi-eşq içrə oxurduq,

Mən Müshəvi xətm etdim, o vəl-Leylidə qaldı”.

Görünür, “canişin” əfəndi də “Müshəvi”ni xətm etdiyindən Məcnuna sözünü yaxşı keçirə bilirmiş.
Ardını oxu...
Mənbəmizin iddialarından bəzi sətiraraları:

“Ceyhun Cəlilovun Naxçıvan kənd təsərrüfatını çökdürmək bahasına Baş nazir olmaq sevdası onu bu cür addımlar atmağa vadar edib. Çünki Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin adamıdır və təkcə Naxçıvana yox, Azərbaycanın müxtəlif rayonlarına göndərilən dabaqlı heyvanları o ucuz qiymətə alıb aztəminatlı ailələrə sırımaq istəyirdi.

Xəyalə Dadaşovanın bununla bağlı ciddi təxirəsalınmaz tədbirlər görməsi və ölkə rəhbərliyini məlumatlandırması Fuad Nəcəflini və onun “5-ci kolon”a məxsus klanının bütün planlarını pozdu. Bu ilin əvvəllərində Sahil Babayev tərəfindən Naxçıvana verilən inəklərdə ünvanına təslim edilməsinin səhərisi tələfolma halları və dabbaq xəstəliyinin əlamətlərini görən təsərrüfatçılar həyəcan siqnalı çaldılar və onların harayına ilk çatan Xəyalə xanım oldu. Aparılan təhlillər, analizlər və Muxtar Respublikanın təcrübəli baytarları inəklərin dabaq olduğunu təsdiqlədilər. Hətta Xəyalən xanımın bəzi analizləri Türkiyədə apardığı da iddia olunur. Sahil Babayev və Ceyhun Celilovun Naxçıvana qarşı qida terorizmi həyata keçirməyə nə vadar etmişdi? Hesab edirəm ki, bu təkcə maxinasiya və ya korrupsiya faktı deyil. Bu həm də Naxçıvan da daxil olmaqla bütün respublikada qida təhlükəsizliyi problemi yaratmaq və ölkəni xaosa sürükləmək kimi ciddi təxribat hadisəsi də ola bilər. Məhz bu səbəbdən məsələyə təhlükəsizlik qurumları dərhal müdaxilə etməli, təxirəsalınmaz addımlar atılmalıdır.

Naxçıvanın Kənd Təsərrüfati naziri Xəyalə Dadasovanın bu xidməti olmasaydı, nazirliyin əməkdaşlarını və baytarlarını 24 saatlıq gücləndirilmiş iş rejiminə keçirməsəydi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi lazim olan baytarlıq dərmanlarını Muxtar Respublikaya çatdırmasaydı, vəziyyət necə ola bilərdi? Sahil Babayevden aldığı tapşırığa görə Xəyalə Dadaşovanı danlayan Ceyhun Cəlilov ona “bu işə girişmə, ölkə başçısını məlumatlandırma” deyirmiş. Sahil Babayevin tapşırığına əsasən, təcili sürətdə heyvanlara saxta sertifikat verən Qida Təhlükəsizlik Agentliyinin sədri Qoşqar Təhməzli məsələnin ciddiyətinin fərqində olduğu üçün “Naxçıvan Qida”ya tapşırıq verib ki, bu diyardan Bakıya qəti şəkildə ət gətirilə bilməz”.

Qısası, şahbuzlu fermerin mənə istehzalı təbəssümlə dediyi “sən deyəsən, bunların dabbaqda gönünə bələd deyilsən” sözlərinin əsl mahiyyəti ortaya çıxır. Əgər bu iddialar öz təsdiqini taparsa, Xəyalə Dadaşovanın tabeçiliyində olduğu nazirlə görüşməməsinin dabbaqla birbaşa əlaqəsi varmış. Həm də sözün iki mənasında. Görünür, xanım Dadaşova məndən fərqli olaraq üzvü olduğu komandasının dabbaqda gününə yaxşı bələd imiş.
Hydər Oğuz
Ovqat.com
 
Ardını oxu...
DogruXeber.az: - Hacıqabulda sosial çətinliklərlə yanaşı, ekoloji problemlərdən də əziyyət çəkən minlərlə yerli sakin var. Son təbii hadsisənin miras qoyduğu sel sularının fəsadları, eləcədə rayon ərazisində 500-ə yaxın fərdi yaşayış evinin qrunt sularında qərq olması və kanalzasiyaların bərbad halda olması rayon camaatı demişkən "dərdi batmanla gətirib". Yəni bu gün Hacıqabulda talehi məlum olmayan 500 ev və sosial sıxıntılardan əziyyət çəkən minlərlə yerli sakin dərdinə çarə tapa bilmir. Bəs bu vəziyyətdən camaatı kim qurtaracaq? görünür yenə dövləti yeyən məmurlar, dövlətə sığınacaq, kömək dilənəcək. Bəs onda hər işi dövlət görəcəkdisə, əcəba SİZLƏR nəyə lazımsız, axı nəyə görə böş yerə vəzifə zəbt etmisiniz deyib, axtarışına çıxan bir qurub hacıqabullu Ekologiya.az-ın əməkdaşları ilə həmsöhbət olub.

Şikayətçi şəxslərin dediyinə görə, "rayon və rayonətrafı ərazilərdə, o cümlədən böyük kənlərdə sel suları ətrafa səpələnmiş zibil tullantılarınıda özüylə gətirib. Sel suları ayrı bir dərd, natəmizlik isə ayrı. Zibil tullantılarının aylarla yığılıb qalması ilə bağlı problemlər hələdə yerli məmurlar tərəfindən görməzdən gəlindiyinə əyani sübutdur. Bəs görəsən yeni rayon rəhbəri iclaslarda məmurlara nəyi tapşırır, nələrə görə tənbeh etdiyi məchuldur. Dəyən isə yenə hacıqabullulara yəni biz kasıblara dəyir..."

Bunbunla yanaşı rayon bələdiyyəsi və Hacıqabul İH-nin Mənzil İstisiaar Təssərrüfatı birliyinin vəzifəlilərindən boğaza yığılan narazı yerli sakinlər bildirir ki, bir çox kənd və qəsəbələrdə, eləcədə rayonda zibil tullantıları atmağa zibil qutuları məhdud saydadı. İnsanlar kütləvi yaşadıqları ərazilərdə zibil qutuları tapmadığından tullantıları evlərin, məhəllələrin kənarına atır, ya da yolqırağı yerlərdə torpağa basdırırlar. Çoxmərtəbəli binalarda isə sakinlərin tullantıları yaşadıqları binaların girişinə, küçəyə, hara gəldi tullaması halları da rayonda hələ də özünü göstərməkdədir. Yaxud rayonətrafı qəsəbələrdə zibil qutuları bir çox hallarda “əlçatmaz” məkanlarda-yağışda palçığı dizə çıxan yerlərdə qoyulur ki, sakinlər də belə qutulara “yan ala” bilməyib zibilləri hara gəldi atırlar.

Demək olar ki, rayonda tullantıların idarə olunması miqyası sıfır səviyyədədir. Rayon miqyasında mövcud problemlərdən biri də ətraf mühitin davamlı çirkləndiricilər və ağır çoxçeşidli tullantılarla çirklənməsidir ki, buda COP 29 öncəsi olduqca aktual və həlli vacib problemdir, deyə narazı sakinlər əməkdaşlarımıza bildirib.

Onlar hazırkı həlli vacib problemlərlərin aradan qaldırılması üçün dəfələrlə Hacıqabul İH-nin yeni təyin olmuş rəhbərinin

qəbuluna getsələrdə, icra başçısının ya tədbirdə, yada ki şəxsi işləri ilə bağlı rayonda olmadığı, qəbulda oturan köməkçi tərəfindən bildirildiyi də sakinlərin şikayətində əksini tapıb.

QEYD:
Növbəti yazıda işini donduran Hacıqabul rayonundakı məmurlarla bağlı geniş reportaj dərc edəcəyik. Hər bir rayon sakininin dərdlərin dinləyib, şikayət və müraciətlərini işıqlandırmağa hazırıq! Hörmətli rayon sakinləri, şikayət və müraciətlərinizi saytımızdakı elektron ünvanımıza göndərə bilərsiz!//Ekologiya.az

Dünyapress TV

Xəbər lenti