Ardını oxu...
Xəzər rayonunda tikinti sahəsində qanunsuzluq davam edir.

Rayondan Reportyor.info-ya daxil olan məlumatlarda iddia olunur ki, qanunsuzluq edənlər icra başçısı Eşən Salahova yaxın şəxslərdir.

Bildirilir ki, icra başçısının Arif adlı yaxın qohumu və onun Yaşar adlı dostu hələ də özlərini icra hakimiyyətinin rəsmi işçiləri təqdim edərək tikinti işlərinə müdaxilə edirlər.

Bundan başqa, Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçmiş rəisi Mehman Hüseynovun Natiq adlı qardaşı oğlunun da adıçəkilən şəxslərlə əlbir olduğu iddia edilir.
Məlumatda qeyd edilir ki, bu şəxslər COP29 ərəfəsində daha da fəallaşıblar. İş o yerə çatıb ki, vətəndfaşlar hətta çıxarışı olan torpaq sahələrində belə, inşaat işləri apara bilmir.

“Sakinlət layihə çəkdirir, onlayn formada qeydiyyatdan keçir, bütün sənədlər əllərində, amma bu adamlar ev tikməyə imkan vermilər”, – daxil olan məlumatda bildirilir.

İddialara görə, arxivli sərəncamlarla bağlı da problemlər mövcuddur. Bildirilir ki, icra hakimiyyətinin memarı Ceyhun Ələkbərli arxivli sərəncamlarla bağlı müraciət edərək torpaq sahəsinin cizgi planını istəyən vətəndaşları müxtəlif bəhanələrlə geri qaytarır. Planı almaq üçün müəyyən şərtlər irəli sürür.

Bildirilir ki, bu qanunsuz əməllərə görə məsuliyyət icra başçısı Elşən Salahovun üzərinə atılır. İddia olunur ki, bütün bunlar məhz icra başçısının tapşırığı əsasında həyata keçirilir.

Yerli sakinlər artıq baş verənlərlər bağlı ölkə rəhbərliyinə müraciət etmək niyyətindədirlər.

Xəbəri Facebook-da paylaş





 
Ardını oxu...
Bakıda bu uşaq evində qoturluq aşkarlandı - Xəstəxanaya yerləşdirildilər

3 saylı Uşaq evində qotur xəstəliyinin yayıldığı iddia olunur.

TEREF Oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan məlumatda 8 uşağın Dəri Zöhrəvi Xəstəxanasında müalicə aldığı bildirilir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) sayta bildirilib ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq evindən 5 uşaqla bağlı müraciət daxil olub:

"Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər".

Sosial Xidmətlər Agentliyindən isə bildirilib ki, qurumun balansındakı müəssisələrdə uşaqların sağlamlığı daim diqqətdə saxlanır və aidiyyəti səhiyyə qurumları ilə əməkdaşlıq edilir.
 
Ardını oxu...
Aparıcı İlkin Həsəni sosial şəbəkədə etdiyi paylaşımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, o, fevralda Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə etdiyi müraciətə 9 ay sonra reaksiya gəlməsinə irad bildirib:

"Bir az bundan əvvəl mənə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) zəng gəldi ki, bizə müraciət etmisiniz. Soruşdum ki, nə müraciət? Cavab verdilər ki, Süleyman Vəzirov küçəsində piyada xəttinin yenilənməsi və pandusların quraşdırılması ilə bağlı müraciətiniz etmisiniz. Birdən yadıma düşdü ki, fevral ayında olub. 9 ay əvvəl fikirləşdim ki, çəkmədən, paylaşmadan, "ASAN müraciət" platformasından müraciət edim. Bu, ölkə başçısının gösətirişi ilə hazırlanmış bir platformadır ki, vətəndaşlar əziyyət çəkməsin, problemlər operativ şəkildə həll olunsun. Amma fevral ayında etdiyim müraciətə indi zəng gəlib. Hələ problem həll olunmayıb. Həll olunanda təşəkkürümü bildirəcəyəm. Amma niyə tələsirdiniz ki? Gözləyərdiniz bir ili tamam olardı və fevralda zəng edərdiniz".
 
Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Meqa Sığorta” ASC (VÖEN -
1400143091) olub.
Yeniavaz.com xəbər verir ki, “Meqa Sığorta” ASC İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi əməkdaşları üçün könüllü tibbi sığorta xidmətini təqdim edəcək.
Bildirilir ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ümumilkdə 523 əməkdaşın bir illik könüllü tibbi sığorta xidməti üçün “Meqa Sığorta”ya 213 min 384 manat ödəyəcək.
Açıqlanan məlumatdan da göründüyü kimi, bir əməkdaş üçün il ərzində ödəniləcək tibbi sığorta haqqı 408 manat olacaq.
Məlumat üçün bildirək ki, “Meqa Sığorta” ASC 1998-ci ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 23 000 000 manat təşkil edir. “Mega Sığorta”nın ən böyük (19% pay) səhmdarlarından biri Dövlət Neft Şirkətinin (SOCAR) sabiq prezidenti, iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevin kürəkəni (qızının həyat yoldaşı) Əliyev Rauf Zeynal oğludur.
1992-ci il təvəllüdlü Rauf Əliyev hazırda “Rabitəbank” ASC-nin Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır. Bank səhmlərinin 40,6%-i Rauf Əliyevə məxsusdur.
Abdullayevin kürəkəni eyni zamanda “Faza” Mənzil Tikinti Kooperativi, “Trust Holding” MMC və "Black Sapphire” MMC-lərin də qanuni təmsilçisidir.
 
Ardını oxu...
Mağazadan toyuq alan vətəndaş evə gəlib toyuğu təmizləyəndə görür ki, aldığı məhsulun təxminən yarım kilosu buzdan ibarətdir.

Videonu vətəndaşlardan biri çəkərək "Xəzər Xəbər"in "WhatsApp" qaynar xəttinə göndərib. Üç toyuğun çəkisi üçün pul ödəyən vətəndaş evinə gəldikdən sonra görür ki, aldığı məhsulun yarım kiloya yaxını buzdur.

Görüntülərlə bağlı qida eksperti Fuad Ağayevin sözlərinə görə, toyuq istehsalında müxtəlif texnoloji proseslər aparılır ki, onların da bəzilərində su, buz, dondurma və şoklama kimi mərhələlər icra olunur. Ancaq burada bir istisna var.

"Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli isə deyir ki, bütün toyuqlar kəsim vaxtı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanılır və onlara satışdan əvvəl gündəlik olaraq baytarlıq arayışı verilir.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə də belə videolar tez-tez yayılır.

Ətraflı süjetdə:

 
Ardını oxu...
“Yağıntının buxarlanmadan üç dəfə az olduğu bir şəhərdə torpaq sürüşməsi baş verirsə, bunun səbəbi insanlardır”.

Bunu TNS-ə Elm və Təhsil Nazirliyinin Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin rəhbəri Ənvər Əliyev deyib.

O qeyd edib ki, Bakı şəhərində tikintinin sayı durmadan artır: "Harada gəldi, binalar tikilir. İlk növbədə binanı tikən şəxs bu sahədə kifayət qədər məlumatlı olmalıdır, düzgün relyef seçilməlidir. Əks halda, Bayıldakı kimi hər zaman sürüşmə və dağıntılar qaçılmaz olacaq.

Dağlıq ərazilərdə baş verən sürüşmələr o qədər də ciddi fəsadlara yol açmır. Çünki orada baş verən təbii hadisədir. Amma Bakı şəhəri ərazisində binalar o qədər yaxın tikilir ki, aralarında nəfəs almaq olmur. Belə olduğu tədqirdə, sürüşmə baş verəcəyi halda faciələr, fəsadlar qaçılmazdır”.

Ənvər Əliyev təbii mühitdə baş verən sürüşmələrin vaxtilə palçıq vulkanları püskürmüş ərazilər olduğunu bildirib: “Şəhərdə qayalar dağıdılaraq yerində evlər, binalar tikilir və ətrafda da heç bir bərkitmə işləri aparılmır, nəticədə sürüşmələr yaranır.

Biz şəhərdə düzgün sistemi qura bilmirik, insanlar yağışda həyatını itirir, sonra da deyirik ki, normadan artıq yağıb. Kanalizasiya xətləri düzgün qurulsa, vaxtında təmizlənsə, bu hallar baş verməz. Düzgün tikinti apara, yol strukturu qura bilmirik və torpağı günahkar sayırıq”.
 
Ardını oxu...
Bir neçə gündür ki, sosial şəbəkələrdə “outlet” endirimlərilə bağlı müzakirələr səngimək bilmir. Söhbət “Park Bulvar”da keçirilən ənənəvi “outlet” qaraj günlərindən gedir. Sosial media istifadəçiləri qeyd edirlər ki, endirim adı ilə malların əksəriyyəti baha qiymətə satılır.

Yeri gəlmişkən, hər mövsümün sonunda burada malların 80-90 faiz endirimlə satışa çıxarıldığı qeyd edilir. “Park Bulvar”ın elanında yazılıb ki, 60-dan çox brendin iştirak etdiyi kampaniyadan yararlananlar hər mövsümə uyğun məhsulları əldə edə bilirlər.

Narazılıqların hər hansı əsası varmı? Paltarların 80-90 faiz endirimlə satıldığı realdırmı?

Musavat.com-un əməkdaşı olaraq həmin məkana üz tutub suallarımıza cavab tapmağa çalışdıq.

İlk olaraq deyim ki, ticarət mərkəzinin qarajında təşkil olunan endirim kampaniyasına xeyli adam toplaşmışdı. Məkanın çox böyük olmasına rəğmən havasızlıqdan adamın nəfəsi kəsilirdi. İçəri daxil olan digərləri kimi bizim də üzümüzdə ümid var idi ki, endirimlərdən yararlana biləcəyik. Amma geri dönənlərin simasındakı yorğunluq və məyusluq hissini gördükdə “tələsməmək əfsəldir”, deyib keçdik.

Qeyd edək ki, burada kişi, qadın, uşaq paltarları satılan müxtəlif brend markalara rast gəlmək olur. İnsanların daha çox toplaşdığı mağazalara daxil olub, brend məhsulların qiymətləri ilə maraqlanırıq. 70 faiz endirimlə satışa qoyulan malların əksəriyyətinin baha olduğunu görürük. Endirimdə olan mallar isə ya yararsız vəziyyətdə olur, ya da ən böyük (kiçik) ölçüdə olanlar olur. Elə “Süvari”nin kostyumları və köynəkləri ilə bağlı alıcıların gileylənməsi də nəzərimizdən yayınmır. “Bu kostyumu 130 manata qoyublar, guya 350 manatdan endirimə düşüb. Fikir ver, bunları alan yoxdur, çünki ancaq ən böyük ölçüləri qalıb. Keçən il də endirimdə buradan köynək almışdım, tez sıradan çıxdı”, -deyə alıcılardan biri bildirdi.

Digər alıcı da qiymətlərlə maraqlandığımızı görüb dilə gəldi: “Bayaq gödəkçəyə baxdım, 250 manata idi. Adi firmadır, heç adı da yadımda qalmadı. Bunun harası endirim oldu. Adi qısaqol köynəklər 50 manatdan başlayır. Çıxın yuxarı, endirim olmayan yerə, eyni qiymətlərdir, cüzi fərq var”, -deyə qadın alıcı bildirdi.

Qadın və uşaqlar üçün paltarlar satılan “Penti” mağazasında da eyni vəziyyətlə üzləşirik. Endirim elan olunmayanda bu mağazadan daha münasib qiymətə nə isə tapmaq olar, nəinki, indiki “endirim” qiymətləri ilə.

Uşaq mağazalarında da qiymətlər od tutub yanırdı. Misal üçün, gödəkçələrin qiyməti 100-110 manat arasında dəyişir. “Buradan belə baha alınca, gedib trendyoldan sifariş verərəm, bu nədir, adi bir yağış üçün gödəkçə də bu qiymətə olar!?”,- deyə övladı ilə gələn valideyn qeyd edir.

Qeyd edək ki, burada ucuz qiymətə olan məhsullar da tapmaq olur, amma onlar da əsasən Çin məhsulları idi.

İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə alıcıların haqqı var ki, malın endirimə qədərki sənədinə baxsın: “Nazirlər Kabinetinin 94 saylı qərarına görə bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır. Sadəcə olaraq malın üstünə endirim kağızı yapışdırılmaq istehlakçılar aldadılır. Mağazalarda satılan mallara 50, 60 və 70 faiz endirimlərin tətbiq edilməsi daha çox saxta xarakter daşıyır. İstehlakçılar mağazalardakı süni endirmlərə inanır, alış-veriş edirlər. Daha sonra aydın olur ki, endirim həmin mala aid deyil. İstehlakçının tələbatını ödəməyən mal olduqda onu 14 gün ərzində geri qaytara bilər. Lakin mağazadan bildirilir ki, endirimdə satılan mal geri qaytarılmır. Belə olan halda istehlakçılar dövlət orqanlarına müraciət edərlərsə mağaza sahibini 1500-dən 5000 min manatadək cərimə gözləyir. Mağazalarda endirimlərin şişirdilmiş olduğunu müəyyənləşdirmək işi çox vaxt istehlakçıların üzərinə düşür. Bunu müəyyənləşdirməyin isə bir neçə yolu var. İlk növbədə, satıcıdan endirimdən əvvəlki məhsulun qiyməti tələb edilməlidir. Satıcı endirim edilən məhsulun əvvəlki qiymətini istehlakçıya təqdim etməyə borcludur".

Musavat.com
 
Ardını oxu...
Sabunçu rayonu, Pirşağı qəsəbəsinin çimərliyindən iri yük maşınları dəniz qumunu daşıyır.
XALQ.AZ xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Aidiyyatı qurumlarından heç bir açıqlama almaq mümkün olmadı.
Dəniz sahilindən çəkilən fotoları təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ağstafa rayonu ərazisində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə edilməsi, torpaqların əsassız zəbt olunması,mühafizə zonaları ilə bağlı pozuntuların və qanunsuz tikintilərin qarşısının alınmasına nəzarət istiqamətində ciddi tədbirlərə ehtiyac duyulur.
Bunu Ağstafa RİH başçısının müvafiq sərəncamını əsas götürülməklə Ağstafa rayonu Ceyrançöl qış otlağı ərazisində aparılmış monitorinq də bir daha təsdiqləyir.Çünki son 10-15 il ərzində Ağstafa rayonunda bələdiyyə mülküyyətində olan torpaqlarda qanunsuz və səmərəsiz istifadə hallarına yol verilməsinə,torpaqların əvvəlki tarixlərə rəsmiləşdirilməsinə,bəzən eyni ərazinin bir neçə şəxsə verilməsinə vəs. hallara görə vətəndaş şikayətlərini ölkə saytları tirajlayıb.

Faktinfo.az xatırladır ki, bu səbəbdən də bir epizod üzrə Ağstafada torpaq ehtiyatlarından səmərəli istifadə olunmasına nəzarətin gücləndirilməsi məqsədilə Ağstafa RİH başçısının müvafiq Sərəncamı əsas götürülməklə Ağstafa Rayon İcra Hakimiyyəti, 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzi, İqtisadiyyat Naziriliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsi və Daxili İşlər Nazirliyi Ağstafa rayon Polis Şöbəsinin məsul şəxslərindən ibarət yaradılmış İşçi Qrupu monitorinq aparıb.

Həyata keçirilən monitorinq zamanı Ağstafa rayonu ərazisindəki 192 № li Ceyrançöl qış otlağı ərazisinin 25 hektarından (əvvəllər Qazax rayonu Avtomobil nəqliyyatı müəssisəsinin yardımçı təsərrüfatı olmuş) “Carçıoğlu Qrup” MMC-nin nümayəndəsi Carçıyev Eldar Murtuz oğlu tərəfindən zəbt olunaraq icarə müqaviləsi olmadan qanunsuz olaraq əkin işləri apardığı müəyyən olunub. Qanun pozuntusunun qarşısının alınması ilə əlaqədar dəfələrlə E.Carçıyevə yazılı və şifahi xəbərdarlıqların olunmasına baxmayaraq nəticəsiz qalıb. Monitorinq zamanı zəbt olunmuş torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilməsi yönündə yerində aidiyyəti dövlət qurumlarının iştirakı ilə əməli tədbirlər həyyata keçirilib.

Sonrakı mərhələdə Cinayət Məcəlləsinin 188-ci maddəsinin tələblərinin pozulması ilə bağlı E.Carçıyev tərəfindən törədilmiş cinayət əməllərinin əlamətləri üzrə materiallar toplanılıb, baxılması üçün aidiyyəti üzrə Ağstafa rayon Prokurorluğuna təqdim olunacaq.

Faktinfo.az onu da bildirir ki, İşçi Qrupu tərəfindən Ağstafa rayonunun bütün kəndlərində monitorinqlərin keçirilməsi zərurəti var.Çünkü Ağstafa RİH başçısının həbs edilmiş müavini,eləcə də işdən çıxardılmış şöbə müdirləri var ki,onlar 10-15 il bundan qabaq Kənd inzibati ərazi dairələri üzrə nümayəndələri və Yerli Özünüidarəetmə Bələdiyyələrin sədrlərinin əli ilə bu rayonda 5 -10 min hektarlarla torpaqlardan öz mülkiyyətləri kimi qanunsuz istifadə ediblər,indi də bu "işi" Kənd inzibati ərazi dairələri üzrə nümayəndələr etməkdədirlər.Onların himayəçiləri də RİH-də oturan müavinlərdi.

Bu mənada “Carçıoğlu Qrup” MMC-nin nümayəndəsi Carçıyev Eldar Murtuz oğlu tərəfindən zəbt olunaraq icarə müqaviləsi olmadan qanunsuz olaraq əkin işləri aparılmasına dair fakt bir nümunədir.Belə faktlar kifayət qədərdir və Ağstafa RİH-in başçısı üçün maraqlıdırsa sərəncam versin rayonun bütün kəndlərində monitorinqlər aparılsın.Onda çoxuna-çox qanunsuzluqlar məlum olar.Torpaqları kim(lər)in əkdiyi,kim(lər)in hansı hoqqalardan çıxdıqları müəyyənləşər.Yəni baxılması üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına təqdim olunacaq siyahı kifayət qədər geniş olar.

Məsələn,Faktinfo.az saytına göndərilən və saytın da materiallar əsasında yayımladığı məqalədən sonra mövzu İqtisadiyyat Naziriliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ciddi reaksiyasına səbəb olmuşdu.(Linkə keçid verməklə məqaləni oxuya bilərsiniz: BURA TIKLA)https://www.faktinfo.az/news/nece-qan-aglamasin-das-bu-gun-emdx-nin-qazax-erazi-sobesinin-hell-etmediyi-haqsizliq-fotolar

Məlum məqalədən sonra əraziyə təkrar baxış keçirildi,aparılmış ölçü işlərindən sonra isə Ağstafa RİH-ə məktub göndərildi.Rayonun əvvəlki rəhbərliyinin dövrünə təsadüf etmiş bu xoşəgəlməz hala dair hansı tədbir görüldü,Ağstafa RİH rəsmi olaraq hansı müvafiq qərar qəbul etdi? Burada mövzunu uzatmaq istəmirik,sadəcə Ağstafa RİH başçısının müvafiq sərəncamı əsasında İşçi Qrupunun monitorinq aparmalı olduğu ərazilərin,kəndlərin sayının çox olduğunu,bu tədbirlərin isə Azərbaycan Respubilkası Prezidenti İlham Əliyevin insanların məşğulluğunun maneəsiz təmin edilməsi istiqamətində imzaladığı fərman və sərəncamlardan irəli gələn bir şəkildə zəruri olduğunu bir daha xatırlatmaq istəyirik.
Ardını oxu...
COP29-la əlaqədar daşımaların fasiləsizliyinin təmin edilməsi məqsədilə xüsusi hərəkət zolaqları təşkil edilib. Həmin zolaqlardan oktyabrın 31-i günün sonunadək minik avtomobilləri də istifadə edə bilərdi.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) İqtisadiyyat.az-ıa daxil olan məlumata görə, 1 noyabr tarixindən isə 26 küçə və prospektdə – Neftçilər, Heydər Əliyev, Xocalı, Şah İsmayıl Xətai, Parlament, Bülbül və Azadlıq prospektləri, Zuğulba yolu, Hava limanı, Zığ və Salyan şoseləri, Bünyad Sərdarov, Həsən Seyidbəyli, Şeyx Şamil, Mirzəağa Əliyev, Həsənoğlu, Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində), Gülarə Qədirbəyova, Niyazi, İstiqlaliyyət, Üzeyir Hacıbəyli, Koroğlu Rəhimov, Mehdi Hüseyn, Mikayıl Müşfiq, Həsən Əliyev və Fətəli Xan Xoyski küçələrində təşkil edilən zolaqlara daxil olmaq qadağandır.

Hərəkət iştirakçılarına yollarda quraşdırılan nişanların və çəkilən yol cizgi xətlərinin tələblərinə riayət etmələri tövsiyə olunur.
 
 
 

Dünyapress TV

Xəbər lenti