Ardını oxu...
 
 
 

Müdafiə Nazirliyinin (MN) Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinin icrası general-mayor Fərid Əliyevə həvalə edilib.

"Ölkə.az" Oxu.Az-a istinadla xəbər verir ki, yüksək vəzifəyə təyin olunan Fərid Əlibaba oğlu Əliyev 1987-ci ildə dünyaya gəlib.

General-mayor hazırkı iş yerindən əvvəl Dövlət Gömrük Komitəsinin Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi vəzifəsində işləyib. Fərid Əliyev 2023-cü ilin yanvar ayında tutduğu vəzifədən istefa verib.

Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Fərid Əliyevə "general-mayor" ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Fərid Əliyev Sabunçu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Əlibaba Əliyevin oğludur. Əlibaba Əliyev 2012-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Daha sonra sabiq icra başçısı Prezident Administrasiyasında Ərazi-təşkilat məsələləri şöbəsində sektor müdiri vəzifəsində çalışıb.

Ardını oxu...
Özünü "Ölkənin ən böyük mobil operatoru" adlandıran "Azercell"in fəaliyyətilə bağlı abunəçilərin məmnunluq faizinin aşağı olması bir faktdır. Elə buna görədir ki, son günlər ayrı-ayrı sosial şəbəkələrdə "Azercell" mobil operatoruy istifadəçilərinin giley-güzarları da artmaqdadır. Və bizlər də "DİA-AZ" olaraq bu vətəndaş rəylərini diqqətinizə təqdim edirik.

Bu dəfə isə fəqrli bir məqama diqqətiniz yönəldəcəyik. Tanınmış ekspert Elçin Bayramlı özünün sosial şəbəkə hesabında sözügedən mobil operatora əyani qiymətləndirməni nümayiş etdirən bir kollajı təqdim edib. Biz də TEREF olaraq onu nəzərinizə çatdırırıq.
Ardını oxu...
TEREF "Azercell"ində\ mövqeyini dərc etməyə hazırdır!
 
 
 
Ardını oxu...
Dünyada, eləcə də Azərbaycanda tibb inkişaf edir. Bununla yanaşı, tibb sektorunda saxtakarlıq da inkişafdan geri qalmır. Təəssüf ki, hər sahədə saxtakar insanlara rast gəlinir. Amma bunun tibb sahəsində baş verməsi çox dəhşətli və acınacaqlıdır. Təsəvvür edin, insan zəhmətlə qazandığı pulu sağlamlığı, gözəlliyi naminə bir “həkim”ə verir və ona canını əmanət edir. Nəticədə isə sağ qaldığına şükür edəcək vəziyyətə düşür. Ən pisi də odur ki, şikayətlər nə qədər çoxalsa da, problem həllini tapmır. Əksinə, həkim, cərrah adı altında cəlladlıq edən təhsilsiz şəxslərin qurbanları günü-gündən artır. İşinin peşəkarı olmayan, pul xətrinə insanların həyatını təhlükəyə atan “həkim”lər həkimlik adına ləkə yaxaraq insanların tibbə, həkimlərə olan inamını sarsıdırlar.

İllərdir məsələ qaldırılır, zərərçəkənlər etiraz edir, amma səsləri eşidilmir. Hətta bu zərərçəkənlərin arasında bəzi məşhurlar da var. Bir neçə gün öncə jurnalist Qənirə Ataş öz İnstagram hesabında azərbaycanlı saxta estetik cərrahların siyahısını paylaşmışdı. Cəmiyyətdə sensasiya doğuran bu siyahıda bəzi tanınmış həkimlərin də adları yer alıb.

Paylaşımda bildirilib: “Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı tərtib edilib. 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunub. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz. Amma təqdim etdiyim siyahıdakı həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Əlbəttə, saxta cərrahlarımız özlərini daha da inandırıcı göstərmək üçün xaricdə qısamüddətli kurslara qatılırlar. Təsəvvür edin, gedib bir-iki gün xaricdə "təhsil" alır, sonra isə böyük fəxrlə geri qayıdıb, "Beynəlxalq Sertifikatlı Estetik Cərrah" olduqlarını iddia edirlər. Amma diqqət edin, bu kurslar adi izləyiciləri də qəbul edir. Yəni, istəsəniz, siz də gedib orada oturub "beynəlxalq mütəxəssis" kimi özünüzü hiss edə bilərsiniz! Nə gözəl bir dünya, deyilmi?”

Məsələnin yenidən gündəmə gəlməsi ilə zərərçəkənlər ümidlənib etirazlarını dilə gətiriblər. Həmin zərərçəkənlərdən biri Qənirə Ataşa müraciət edərək, həkim-kosmetoloq adlanan və plastik cərrahlıqla da məşğul olan Gülsüm Əliyevadan şikayətlənib: “VMR klinikasında çalışır. Bir neçə il öncə çanaq nahiyəmə “aquafilling” adlı maddəni, təbii olduğunu deyərək, inyeksiya edib. Sonradan fəsadlar başlayanda məlum oldu ki, bu, təbii dolğu deyil. Cərrahlar dedi ki, kəsik aparmaq lazımdır. Özünə bildirəndə əməliyyat təklif etdi. Sonra sedasiya altında əməliyyata aldı. Amma dolğunu təmizləmək əvəzinə, bütün ayağıma yaydı. Sol bud arteriyam çürüdü, ağır əməliyyat keçirdim. Həkim rəyləri, video görüntülər, analiz nəticələrim və ekspertiza sənədlərim var. Özü isə məsuliyyəti üstünə almaq əvəzinə məni təhqir etdi. Mən də öz hesabıma əməliyyat oldum. Sonradan məlum oldu ki, heç həkim, cərrah deyilmiş. Amma insanları əməliyyat edir. Prokurorluğa şikayət etmişəm. Təhsili ilə bağlı təqdim etdiyi tək sənəd isə Türkiyənin Dicle Universitetindən olan kağız parçası idi”.

Təəssüf ki, yüzlərlə vətəndaş saxta həkimlərin qurbanına çevrilib. Şikayətlərin ardı-arası kəsilmir. Amma problemə təkcə estetika sferasında yox, stomatologiya, ginekologiya, psixologiya və s. kimi tibbin müxtəlif sahələrində rast gəlinir. Bu da Azərbaycanın səhiyyə sistemində necə böyük boşluqların olduğunu göstərir.

Mövzu ilə bağlı Pressklub.az-a danışan həkim-cərrah, tibb üzrə elmlər doktoru Adil Qeybulla deyib ki, bütün dünyada ixtisas artırma və yeni ixtisas qazanmanın xüsusi mexanizmi var: “Məsələn, Almaniyada, İngiltərədə və s. yeni ixtisasa yiyələnmək istəyən şəxs həmin ixtisasın rezidenturasına keçməlidir. Sonra imtahan verərək, həmin ixtisasa sahib olmalıdır. Ümumiyyətlə, bu sahədə diplomsuz, sənədsiz fəaliyyət göstərmək hüquqi məsuliyyət yaradır. Ona görə də müvafiq qurumlar bu məsələ ilə ciddi şəkildə məşğul olmalıdır. İctimaiyyət də bu məsələni diqqətdə saxlamalıdır”.

Saxta həkimlər, pul müqabilində ixtisasından fərqli ixtisasda çalışan tibb işçiləri hüquqi cəhətdən hansı qanunun pozuntusuna yol verirlər? Bunu edənləri, şərait yaradanları və göz yumanları qanunla hansı cəzalar gözləyir? Eləcə də həmin saxtakar həkimlərin zərərə uğratdığı vətəndaşlar nə etməlidir?

Pressklub.az-ın suallarını cavablayan hüquqşünas Ramil Süleymanov bildirib ki, ölkəmizdə tibbi fəaliyyət, o cümlədən həkimlik lisenziyalaşdırılmış fəaliyyətdir. Və həkimlər müəyyən müddətdə yenidən sertifikasiya imtahanı verməklə öz ixtisaslarında çalışırlar. Müəssisələr də tibbi fəaliyyət göstərdikləri zaman mütləq tibbi təhsili olan və sertifikatlaşdırma imtahanından keçən ali təhsilli həkimlər və tibb işçiləri ilə əmək müqaviləsi bağlamaqla öz fəaliyyətlərini tənzimləməlidir: “Lisenziya olmadan fəaliyyət göstərənlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 210-cu maddəsinə əsasən məsuliyyətə cəlb edilirlər. Fiziki şəxslər 2 min manatdan 3 min manata, vəzifəli şəxslər 5 min manatdan 10 min manata, hüquqi şəxslər isə 20 min manatdan 30 min manatadək cərimə olunurlar. Bu sahədə vətəndaşların sağlamlığının qorunması ilə bağlı qanunvericiliyin pozulmasına görə də İnzibati Xətalar Məcəlləsinin 215-ci maddəsinə əsasən, fiziki şəxslər 300 manatdan 500 manata, vəzifəli şəxslər 800 manatdan 1000 manata, hüquqi şəxslər isə 6 min manatdan 8 min manatadək məbləğdə inzibati qaydada cərimə olunurlar”.

Hüquqşünasın sözlərinə görə, həkimlərin səhvi ucbatından vətəndaşların səhhətinə zərər dəyərsə, vətəndaşlar ilk növbədə Azərbaycan Respublikasının baş prokurorluğuna şikayət ərizəsi ilə müraciət etməlidir. Baş prokurorluq müvafiq araşdırmanı aparır. Həmin müəssisənin lisenziyası, vergi ödəyicisi olub-olmadığı ilə bağlı sənədlər yoxlanılır. O cümlədən, orada çalışan həkimlərin tibb təhsilinə dair sənədlər hüquq-mühafizə orqanları tərəfindən yoxlanılır. Bundan sonra həmin tibb işçilərinin təqsiri aşkarlanarsa, vətəndaşların mülkü qaydada iddia qaldırmaq hüququ yaranır. Mülkü iddianın əsasında isə vətəndaşların sağlamlığına vurulmuş maddi zərər, o cümlədən, onların bu sahədə xərclədikləri maddi vəsaitlər geri qaytarıla bilər.

Yeri gəlmişkən, Qənirə Ataş problemin həlli yollarına da toxunub. Bildirib ki, hazırda çalışdığı “CVS” şirkətinin İT komandasında tez-tez Amerika səhiyyə idarəçilərinin mühazirələri olur. Həkimlər və səhiyyəni idarə edənlər problemləri danışır. Qənirə xanım da onların fikirlərindən çıxardığı nəticəni bölüşüb: “Dövlət İmtahan Mərkəzi, Səhiyyə Nazirliyi və Tibb Universiteti hər il tibb ixtisasına qəbul olan tələbələrin və məzunların siyahısını mərkəzləşdirilmiş sistemdə qeyd etməlidir. Diplom nömrələri və məzun olduqları ixtisaslar yoxlanılmalı və həkimlərin çalışdığı müəssisələrə doğru məlumat verilməlidir. Səhiyyə Nazirliyi bu məlumatları dövlət tətbiqində göstərə, özəl və dövlət xəstəxanalarında İctimai Nəzarət və Şikayət bölümü yaratmalıdır. Dövlətin hazırlayacağı mobil tətbiq və ya veb platforma vasitəsilə hər bir həkimin lisenziyası və diplom statusu haqqında məlumat əldə etmək mümkündür. Bu platformada hər həkimə məxsus QR kod və unikal kod nömrəsi olmalıdır. Xəstələr bu kodları skan edərək, həkimin sənədlərinin doğruluğunu yoxlaya bilərlər. İnzibati cərimə və cinayət məsuliyyəti tətbiq olunmalıdır. Saxta diplomla və ya yetərli təhsil almadan həkimlik fəaliyyəti göstərən şəxslərə qarşı ilk mərhələdə xəbərdarlıq və müəyyən məbləğdə cərimə nəzərdə tutulmalıdır. Təkrar hallarda isə cinayət məsuliyyəti və lisenziyanın ləğvi kimi tədbirlər görülməlidir. Dünya təcrübəsində sertifikatlaşma sistemləri daha sərt yoxlamalardan keçir. Məsələn, ABŞ-da hər bir həkim Dövlət Tibb İdarələri tərəfindən imtahan verib rezidentura təhsilindən sonra profilinə uyğun ixtisas lisenziyası almalıdır. Eyni sistem Azərbaycanda da tətbiq edilə bilər. Xüsusilə estetik cərrahiyyə və stomatologiya sahəsində bu cür ciddi tələblər qoyulmalıdır. Əlavə olaraq, hər bir rezidentura ixtisas üzrə lisenziya yalnız müəyyən müddət üçün verilə bilər və yenilənməsi üçün imtahan tələb oluna bilər. Bundan başqa, saxta həkimlər tərəfindən xəstələrə dəyən zərər dövlət tərəfindən kompensasiya edilməlidir. Bu məqsədlə xüsusi fond yaradıla bilər. Hər bir tibb müəssisəsi hər ay öz heyətinin lisenziyalarını yoxlamalı və nəticələri aylıq hesabat şəklində Səhiyyə Nazirliyinə təqdim etməlidir”.
 
 
 
Ardını oxu...
Məlum olduğu kimi Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edir.

Bu arada Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi H/şəhərcik-3, ev 14, mən. 2 ünvanında yaşayan Talıbov Əhməd Mahmud oğlu tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında baş verən qanunazidd əməllər barədə media orqanlarına müraciət edərək, problemin mətbuatda işıqlandırılması yolu ilə mövcud məsələləri Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan xalqının diqqətinə çatdırmaqla ictimaiyyətdən kömək istəyir.

Aktualinfo.org-a daxil olan müraciəti olduğu kimi diqqətinizə çatdırırıq:

Bildirirəm ki, mən, 03 dekabr 1990-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında sürücü vəzifəsində işə qəbul olunmuşam, dəfələrlə ən qızğın döyüş əməliyyatları gedən qaynar nöqtələrə ezam olunmuşam və hər zaman aldığım tapşırıqları yüksək səviyyədə yerinə yetirmişəm.

İşçisi olduğun MN-nin MBA-da aşkar şəkildə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməllərin törədilməsi barədə rəsmi dövlət orqanlarına məlumat verdiyimə görə, mənim haqqımda bilərəkdən saxta və uydurma sənətlər hazırlanaraq MOA rəisinin 18.06.2020-ci il tarixli 135 saylı əmri ilə qanunsuz olaraq işdən azad edilmişəm.
Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2814/2021 saylı iş üzrə 12.04.2021-si il tarixli qətnaməsi ilə Müdafiə Nazirliyi Mərkəzi Ərzaq Anbarı rəisinin 18.06.2020-ci il tarixli 135 saylı əmrinin ləğv edilməsi, Talıbov Əhməd Mahmud oğlunun öz əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Lakin qarşı tərəf “Icra haqqında” Azərbaycan Respublikası Qanunun 70.2-ci maddəsinin tələbini kobud şəkildə pozaraq məni öz əvvəlki işimə bərpa etməmişdir.

Qeyd edirəm ki, mən, işdən azad edilən günə qədər yük götürmə qabiliyyəti 26 ton olan MAZ 544005 markalı P 340 QQ nömrə nişanlı avtomobili idarə etmişəm. Minsk avtomobil zavodunun estehsalı olan Maz markalı avtomobillərin texniki götəricilərinin əks olunduğu kitabda həmin avtomobilin tam yüklü vəziyyətdə 100 km məsafəyə 60 km/saat sürətlə cəmi 28 litr yanacaq sərf etdiyi göstərilmişdir.

MƏA-nın Daşıma bölməsinin balansında olan yük maşınları “Maz”, “Kamaz” və “Qazel” markalı avtomobillərdən ibarətdir. Həmin avtomobillər üçün yanacağın sərfiyyatı norması istehsalçı zavod tərəfindən müəyyən edilmişdir. Lakin bununla belə, avtomobillər MBA-na daxil olan kimi onların sərfiyyat norması yenidən təyin olunur və bunun sayəsində tonlarla artıq yanacaq silinərək dövlətə külli miqdarda zərər vurulur. Mənim idarə etdiyim avtomobillə Bakı şəhərindən 370 km məsafədə yerləşən MBA-nın Gəncə bölməsinə 20-25 ton yükleə gedib-qayıtmaq üçün hər dəfə 200 litrden artıq yanacaq sərf etmədiyinin şahidi olmuşam, lakin buna barmayaraq həmin avtomobilə hər reys üçün təxminən 300 litr artıq dizel yanacağı silinirdi.

DTX-ya ünvanladığım müraciət Azərbaycan Respublikasınin Hərbi Prokurorluğuna göndərilmiş və araşdırma nəticəsində müəyyən edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarının Daşıma Bölməsinə məxsus avtomobillərin yanacaq sərfiyyatı zavod tərəfindən müəyyən edilmiş norma üzrə deyil, guya Azərbaycan Respublikası Müdafie nazirinin 05 may 2014-cü il tarixli 21 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Silihlı Qüvvələrində hərbi texnikaların, silahların, avadanlıqların, texniki vasitələrin istismarı, təmin ve konservasiyası üçün yanacağın, yağların, sürtgülərin, xüsusi mayelərin sərfiyyatı Normalarında dəyişikliklər edilməsi haqqında 28.07.2017-ci il tarixli qərarına əsasən silinir. Həmin qərarda MAZ 544005 markalı avtomobilin 100 km məsafə üçün istehsalçı zavodun müəyyən etdiyi norma 21 litr artırılaraq 49 litr göstərilmişdir. Halbuki avtomobil istehsalı ilə heç bir əlaqəsi olmadığına görə Müdafiə Nazirliyinin avtomobil zavodunun müəyyən etdiyi normanı artırmaq səlahiyyəti yoxdur və bu sadəcə olaraq bir korrupsiya mənbəyidir.

Bununla əlaqədar “Google”-də axtarış verərərək müəyyən etmişəm ki, Azərbaycan Respublikası Müdafiə nazirinin Azərbaycan Silihlı Qüvvələrində hərbi texnikaların, silahların,avadanlıqların, texniki vasitələrin istismarı, təmiri və konservasiyası üçün yanacağın, yağların, sürtgülərin, xüsusi mayelərin sərfiyyatı Normalarında dəyişikliklər edilməsi haqqında 28.07.2017-ci il tarixli qərarı ümumiyyətlə mövcud deyildir.

Nəzərə alsaq ki, hər bir avtomobilin illik yürüş norması 25000 kilometrdir, il ərzində dövlət büdcəsinə külli miqdarda maddi zərər vurulduğu göz qabağındadır.

Lakin bütün bunlara baxnayaraq, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda qanun pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru Novruzzadə Elnur Elman oğlu 07 may 2024-cü il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir.

Azərbaycan Respublikası Cinayet Prosessual Məcəlləsinin 212.3-cü maddəsine əsasən Azərbaycan Respublikası Hərbi Prokurorluğun 07.05.2024-cü il tarixli qərarından məhkəmə nəzarəti qaydasında Bakı Hərbi Məhkəməsinə şikayət vermişəm.

Bakı Hərbi Məhkəməsinin 6-1(093)-13/2024 saylı 29.07.2024-cü il tarixli qəraraı ilə Talıbov Əhməd Mahmud oğlunun verdiyi şikayət icraata götürülmədən geri qatarılmışdır.

Qərar onunla əsaslandırılmışdır ki, Talıbov Əhməd Mahmud oğlu yalnız bu qərar onun hüquq və azadlıqlarını pozduğu, onun hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət hüququnu məhdudlaşdırdığı təqdirdə həmin qərardan şikayət verə bilərdi.

Lakin məhkəmə onu nəzərə almamışdır ki, Azərbaycan Dövlətinin mənafeyine vurulan zərər hər bir Azərbaycan Respublikası vətəndaşının mənafeyinə vurulan zərər deməkdir.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyində mütəşəkkil şəkildə dövlətə qarşı uzun illər boyu hər gün təkrar törədilən ağır cinayət əməlləri barədə dəfələrlə elektron qaydada və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin inzibati binasında yerləşən 205 nömrəli otaqda məni qəbul edərkən adının Anar olduğunu bildirən əməkdaşa biləvasitə, yəni əlbə-əl ərizə təqdim etməklə rəsmi qaydada məlumat vermişəm.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər əsasında ölkəmizin milli təhlükəsizliyinin təmin olunması məqsədilə fəaliyyət göstərən xüsusi xidmət orqanıdır. Bu fəalliyyət çərçivəsində DTX xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror- təxribat ve sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması İstiqamətində əks-kəşfiyyat, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirir. Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər, terrorçuluq. kibercinayətlət, habelə dövlətin ictimai və iqtisadi sahədə milli təhlükəsizlik maraqlarına və qanunla qorunan mənafelərinə mühüm zərər vuran cinayətlərin vəzifəli şəxs tərəfindən törədildiyi aşkar olunduqda, həmin cinayətlərə dair işlər üzrə ibtidai istintaqı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti aparır.

Lakin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə etdiyim müraciətlər araşdırılmadan, birbaşa Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Halbuki belə məlumatların araşdırılması Ali Məhkəmənin səlahiyyətləri dairəsinə aid deyildir. Halbuki belə məlumatların araşdırılması Ali Məhkəmənin səlahiyyətləri dairəsinə aid deyildir.

Azərbaycan Respublikasının Ali Məhkəməsi, Konstitusiyanın 131-ci maddəsinin I hissəsinə əsasən, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən mülki, cinayət və digər işlər üzrə ali məhkəmə orqanıdır, o, kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirir, məhkəmələrin praktikasına aid məsələlər üzrə izahatlar verir.

Azərbaycan Respublikasının Ali Məhkəməsindən mənə göndərilən 08 oktyabr 2024- cü il tarixli 1-8/2-T-4941/5-23-12155/2024 №-li ve 25 oktyabr 2024-cü il tarixli 1-8/2-T- 4941/10-23-13231/2024 №-li eyni məzmunlu cavab məktublarında, əvvəlcədən mənə məlum olan məlumatlar təqdim etdiyim ərizələrdən köçürülərək göstərilmişdir: “Bildiririk ki,Bakı Hərbi Məhkəməsinin 2024-cü il 29 iyul tarixli 6-1(093)-13/2024 nömrəli qərarı ilə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi təsisatlarda qanun pozuntulan barədə məlumatların araşdırılması şöbəsi tərəfindən 27C-24 saylı toplanmış araşdırma materialları əsasında qəbul etdiyi 2024-cü il 7 may tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından tərəfinizdən verilmiş şikayət icraata götürülməmiş və geri qaytarılmışdır.”

04 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə yenidən elektron qaydada müraciət edərək, başqa çıxış yolu tapa bilmədiyim üçün Müdafiə Nazirliyinin balansında olan avtomobillərə artıq yanacaq silinməklə dövlət büdcəsinə külli miqdarda zərər vurulması ilə nəcilənən cinayət əməllərinə son qoyulması məqsədi ilə media orqanlarına müraciət edərək, problemin mətbuatda işıqlandırılması yolu ilə mövcud məsələləri Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi olan Azərbaycan xalqının diqqətinə çatdırmaqla ictimaiyyətin köməyindən istifadə edəcəyimi bildirmişəm.

Həmin müraciət də araşdırılmadan Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmiş və cəmi 1 (bir) gün sonra Ali Məhkəmədən mənə verilən 05.11.2024-cü il tarixli 1-8/2-T-4941/11-23-13795/2024 №-li məktubun mətni əvvəlki məktublarin mətni ilə eynidir. Hesab edirəm ki, bütün bunlar dövlətə qarşı törədilən ağır cinayətlərin qarşısının alınmasına çalışdığın üçün mənim və Azərbaycan Respublikası Konstitusiyası ilə və digər qanunlarla təsbit edilmiş hüquq normalarının aşkar şəkildə ələ salınması deməkdir.

Buradan belə bir nəticəyə gəlmək olur ki, vəzifə borcu olaraq Azərbaycan dövlətinin təhlükəsizliyini təmin etməli olan yüksək vəzifə və qanun üzrə xüsusi səlahiyyətlərə malik olan şəxsləri dövlət mənafeləri deyil, yalnız özlərinin müxtəlif qanunsuz, haram yollarla xalqdan və dövlətdan talama yolu ilə topladıqları var-dövlətlərinin qorunması maraqlandırır.

Azərbaycan dövləti heç kimin şəxsi mülkiyyəti və yaxud atasından ona qalan miras əmlak deyildir. Bu dövlətin müdafiəsi uğrunda müqəddəs şəhidlərimiz öz canlarını qurban verərək onu qurumuşdurlar və heç kəsin dövlət məraqlarına zərər vurmaq haqqı yoxdur.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Müdafiə Nazirliyinin balansında olan avtomobillərə artıq yanacaq silinərək dövlət əmlakının mənimsənilməsi faktının hərtərəfli, obyektiv araşdırılıb Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə cinayət işinin başlanılması, təqsirkar şəxslərin dairəsinin tam müəyyən edilərək onların əməllərinə müvafiq hüquqi qiymət verilməsinidə mənə köməklik göstərməyi və müraciətimə baxılması haqqında talbov61@bk.ru elektron ünvana cavab yazmağı Sizdən xahiş edirəm.

Aktualinfo.org
 
 

 


Ardını oxu...
Son 7 ayda Azərbaycandan 54.5 milyon dollar dəyərində 8 844 ton meşə fındığı ixrac olunub.

Ötən ilin eyni dövründə bu 64.3 milyon dollar dəyərində – 12 920 ton idi.

Azərbaycanda fındıq bağlarının sahəsi son 24 ildə artıb.

2000-ci ildə 18350 ha, 2010-cu ildə 28975 ha, 2023-cü ildə 81801,5 hektara qədər artım göstərib.

Fındıq ixracı niyə azalıb?

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli deyir ki, fındığın ixracında azalmanın səbəblərindən başlıcası odur ki, dünya bazarında nəyin qiyməti qalxırsa, “ondan satsaq daha çox qazanarıq” məntiqi ilə yanaşılma olur. Ekspert hazırda fındığın ixrac dəyərinin düşdüyünü bildirir:

“Dünya bazarında fındığın dəyəri ucuzlaşıb. Azərbaycanda isə məhsuldarlıq aşağı düşdü, bu, o deməkdir ki, məhsulun maya dəyəri artdı. İstehsalçılara yeni qiymətdən fındıq ixrac etmək sərf etmir”.

Zaqatalada fındıqçılıq təsərrüfatında çalışan sahibkar Elçin Xanverdiyev isə deyib ki, ixracın azalmasında səbəb məhsuldarlığın az olmasıdır:

“Əvvəlki illər məhsuldarlıq daha yaxşı olmuşdu. Bu il isə məhsuldarlıq əvvəlki illərə nisbətən daha aşağıdır. Su problemi var, zərərverici həşəratlar var, hamısı təsir edir. İxracın artırılması üçün məhsuldarlıq artırılmalıdır”,- fındıqçı bildirib.

Kənd təsərrüfatı sahəsindəki problemləri dilə gətirən Vahid Məhərrəmli deyib ki, əgər hökumət fındıqçılığı inkişaf etdirmək istəyirdisə, ərazini yox, məhsuldarlığı artırmaqda maraqlı olmalı idi, lakin əksinə meşə fondu hesabına fındıq əraziləri artırıldı.

“Yeni növ fındıq kolları var, maya dəyəri bahadır. Bu növlər əkilməli idi. Ümumiyyətlə baxmaq lazım idi ki, əldə olan fındıq bağından məhsuldarlığı necə artırmaq olar? Amma meşəni qırmaq daha asan yol idi. Dəfələrlə xəbərdarlıq etdim. Dedim ki, siz çalışın fermerlərlə, kəndlilərlə işləyin, onlarda maraq yaradın. Hansı problemlə qarşılaşırlarsa, həll edin. Belə olan halda irəliləyiş olacaq. Biz məhsuldarlığı 2-3 dəfə artırsaq, elə indiki həcmdə məhsul əldə edəcəkdik. Əraziləri 2 dəfə artırmağa ehtiyac olmayacaqdı”,- Vahid Məhərrəmli deyib.

İqtisadçının korrupsiya şübhələri

2021-ci ildə korrupsiya araşdırmaları edən iqtisadçı Qubad İbadoğlu mediaya bildirib ki, Şəki rayonunun Biləcik kəndində yerləşən qurumuş çay yatağında, çınqıllı ərazidən salınan fındıq bağından məhsuldarlıq gözləməyə dəyməz. İqtisadçı fındıq bağlarının məmur biznesi olduğunu deyib və bu məmurların subsidiya adı altında pul mənimsədiklərinə diqqət çəkib:

“Fındıq bağının salınmasına görə həmin iri təsərrüfatın sahibi olan məmur dövlət büdcəsindən birinci il 1 milyon 641 min 600 manat (1 408 000 + 233 600) subsidiya alacaq. İndi bildiniz, daşlıqda fındıq bağı salmaqda nə kəramət varmış?!”

Korrupsiya araşdırmalarına görə siyasi motivlərlə həbs olan, hazırda isə ev həbsi yaşayan İbadoğlunun bu iddialarını Kənd Təsərrüfatı Nazirliyi həmin vaxt (red: 2021-ci ildə) təkzib edib.

Dolanışığı fındıqdan çıxanlar: “Utanıram, qızımın institut pulunu verə bilmədim”

Zaqatalada fındıq bağlarında çalışan 41 yaşlı Elçin Xanverdiyev gözünü fındıqçılığın içində açıb. Fəhləlikdən gələn gəlirlə son 10 ildə evini təmir etdirib, “VAZ 2106” markalı maşın alıb. Amma bu yaydan zərərlə çıxdığı üçün sahibkardan pulunu ala bilməyib.

“Qızım instituta qəbul oldu, dedi ki, təhsil haqqını birdəfəyə ödəmək lazımdı, amma pulunu verə bilmədim, utanıram. Ayıbdır axı ata üçün. Borc aldım, amma necə qaytaracam bilmirəm”,- fındıqçı danışıb.

"DİA-AZ"
 

Ardını oxu...
"BMT-nin iqlim müzakirəçiləri arasında razılaşmalar çay içərək əldə olunur".

Demokrat.az xəbər verir ki, bu barədə Britaniyanın "The Independent" nəşri yazır.

Melina Uolliq və Syuzan Freyzerin məqaləsində Azərbaycan çayı Bakıda keçirilən COP29-un ayrılmaz hissəsi kimi nəzərdən keçirilir və bu bitkinin qlobal iqlim dəyişikliyi qarşısında ciddi təhdidlə üzləşdiyi bildirilir.

"Builki iqlim sammitinin - COP29-un Azərbaycanda keçirilməsinin ən parlaq rəmzlərindən biri çaydır. Burada şirin, qozlu paxlava və aypara formalı şəkərbura ilə tanış ola bilərsiniz. Azərbaycan pavilyonunda ənənəvi milli geyimlərdə olan qadınlar ziyarətçilərə isti çay ikram edirlər. Lakin yüksələn temperatur, quraqlıq, güclü yağış və eroziya çay bitkilərinə, onların becərildiyi torpaqlara ziyan vurduğu üçün dünyanın bəzi yerlərində çayçılıq yarıdan çox azala bilər.

Elm adamları çay növlərini təkmilləşdirməyin yollarını araşdırır və iqlim dəyişikliyindən ağır zərbə alan bir çox digər məhsullar kimi çay istehsalının şimala doğru köçürüləcəyinə hazırlaşırlar.

Bu sevimli içkinin təhlükəli gələcəyi xatırladır ki, dünya Paris Sazişində müəyyən edilmiş qlobal istiləşmə hədəflərini yerinə yetirə bilməsə, planetin bir çox əraziləri nəinki əziyyət çəkəcək, həm də əvəzolunmaz mədəni sərvətlərini itirəcək.

Sadə insanlar, eləcə də istehsalçılar üçün iqlim dəyişikliyi, qida və içki seçimləri bir-biri ilə sıx bağlıdır. Bu, Bakıda COP29 məkanının yemək meydançasına daxil olduqda dərha hiss edilir", - məqalədə qeyd olunur.
Ardını oxu...
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.
Noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 75 mindən çox nümayəndə təmsil edir.

Konfransın səkkizinci gününün proqramını təqdim edirik:

Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür.

Yaşıl Zona üzrə tədbirlər:

09:00 - 10:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "İqlim dəyişikliyi fonunda Xəzər dənizinin su səviyyəsinin azalması"

09:15 - 10:15. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", təlim otağı - Aleksandr Pohl ilə nəfəsalma məşğələsi

09:30 - 11:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi - İqlimə dayanıqlı gələcək üçün insan inkişafına investisiya üzrə COP29 çərçivəsində yüksəksəviyyəli görüş

10:00 - 10:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Salamlama və açılış nitqləri

10:00 - 11:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Su - "Təmiz enerjinin faydalarının genişləndirilməsi: icma iştirakçılığı və gələcək nəsil işçi qüvvəsinin inkişafı"

10:00 - 11:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Kainat - "Gələcək davamlılığın təminatçıları"

10:00 - 11:00. Yaşıl Zona tədbirləri, İncəsənət pavilyonu - İnklüzivlik günü

10:00 - 13:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - Uşaqlar üçün əyləncəli proqram, "Azersun Holding"dən ailə günü

10:00 - 18:00. Yaşıl Zona tədbirləri, İncəsənət pavilyonu - İnklüzivlik günü

10:00 - 18:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Enerji - Sumqayıt Dövlət Universiteti dəstəyi ilə təşkil olunan "Oxford Saïd Burjeel Holdings" iqlim dəyişmələri müsabiqəsinin finalı; Panel müzakirəsi: "İqlim fəaliyyətində gənclərin liderliyi: təhsil və innovasiyalar vasitəsilə dəyişikliyi ruhlandırmaq"

10:30 - 10:45. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Kaluki Paul Mutuku: "Yerli təşəbbüslərdən qlobal səhnələrə - İqlim hərəkatını təşviq etmək və dəstəkləmək uğrunda yolçuluq"

10:30 - 10:45. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Filip Birker

10:30 - 11:30. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - Meydandan kənar: "Liverpul" FK-dan beş Strateji Dayanıqlılıq Dərsi

10:30 - 12:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Uşaqlar bizim gələcəyimizdir" - I hissə

10:30 - 12:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", təlim otağı - Seminar

10:45 - 11:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Martin Harper: "Yerlidən qlobala təbiəti mühafizə uğurları"

11:00 - 12:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Panel sessiyası

11:00 - 12:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "İqlim rifahı: Zehni və fiziki sağlamlıq vasitəsilə sağlamlığı və iqlim dayanıqlığını yenidən tərifləndirmək"

11:00 - 12:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "İqlim dayanıqlılığı üçün təhsilə investisiya: erkən inkişaf və ekoloji savadlılığın gücləndirilməsi"

11:00 - 12:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Abşeron göllərinin bərpası: İqlim dayanıqlılığı və davamlı su idarəçiliyinə aparan yol"

11:30 - 12:30. Yaşıl Zona tədbirləri, İncəsənət pavilyonu - İnklüzivlik günü

12:00 - 12:15. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - İsmayıl Əsgərov: "İqlim dəyişikliyinin dağlara təsiri dağçının baxış bucağından"

12:00 - 13:00​. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Yer - "Yaşıl gələcək naminə insan kapitalının inkişaf etdirilməsi"

12:00 - 13:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Kainat - "İdarə Heyətinin direktorları iqlim keşikçiləri rolunda: adaptasiyaya aparan yolun planlaşdırılması"

12:00 - 13:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Su - "AgriFuture 2024": "Dayanıqlı və ədalətli gələcək üçün qadınları, gəncləri və innovasiyaları gücləndirən iqlim təsirlərinə davamlı kənd təsərrüfatı"

12:15 - 12:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Kaluki Paul Mutuku: "Aşağı səviyyədən qlobal mərhələlərədək, iqlim hərəkatının təbliği və dəstəklənməsinə səyahət"

12:30 - 13:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Azərbaycanda enerji səmərəliliyi siyasəti: Yol xəritəsinin işə salınması"

13:00 - 15:00. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - İnsan kapitalı problemləri üzrə Türkiyə İqlim Təşəbbüsü Forumu

14:00 - 15:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - "Gələcəyimiz, mübarizəmiz: səhiyyə ilə iqlim vəhdətləşir"

14:00 - 15:00. Mavi Zona, Azərbaycan pavilyonu, İstirahət ərazisi - "Slow Food" Fondunun biomüxtəliflik dequstasiyası

14:00 - 16:00. Mavi Zona Sədrlik, Konfrans otağı / Muğam - COP29-da Təhsilin yaşıl inkişafı və iqlim savadlılığı metrikasının təkmilləşdirilməsi üzrə nazirlər dəyirmi masası - Təhsilin Yaşıl İnkişafı Tərəfdaşlığının 2-ci illik toplantısı

14:00 - 16:00. Mavi Zona Sədrlik, Konfrans otağı / Hirkan - İqlim və sağlamlıq mövzusunda yüksəksəviyyəli dəyirmi masa

14:30 - 15:30. Yaşıl Zona tədbirləri, İncəsənət pavilyonu - İnklüzivlik günü

15:00 - 15:15. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Əsas müzakirə

15:15 - 15:30. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Aleksandr Pohl: "Buzları sındırmaq - Vim Hof metodu ilə dayanıqlığı artırmaq və zehni və fiziki sağlamlığın əhəmiyyəti"

15:30 - 16:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Soba ətrafında söhbət

15:30 - 16:30. Yaşıl Zona tədbirləri, Yaşıl Zona Pavilyonu - "Uşaqlar bizim gələcəyimizdir" - II hissə

15:30 - 16:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "COP29: İqlim dəyişikliyi kontekstində insan mobilliyi üçün inteqrasiya olunmuş həllər üzrə qlobal əməkdaşlığın gücləndirilməsi"

16:00 - 17:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - Panel sessiyası

16:00 - 18:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", təlim otağı - İqlim tərəddüdləri haqqında paylaşım dövriyyəsi - "Embroidery Edition"

16:30 - 18:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Hirkan - "Yaşıl işlər və bacarıqlar" mövzusunda yüksəksəviyyəli üçtərəfli dəyirmi masa

16:30 - 18:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam - Uşaqlar, gənclər və iqlim fəaliyyətinə həsr olunmuş yüksəksəviyyəli dəyirmi masa

17:00 - 18:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "COP29-da dayanıqlı səhiyyə obyektləri üçün potensialın gücləndirilməsi"

17:00 - 18:00. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 1 - "Radiasiya və iqlim dəyişikliyi: Yeni çağırışlar"

17:00 - 18:30. Mavi Zona, Sədrlik, Konfrans otağı / Nəsimi - "Bacarıqlara investisiya əhəmiyyətli iqlim öhdəliyidir!"

17:00 - 19:00. Yaşıl Zona tədbirləri, Konfrans otağı / Kainat - QS dünya universitetlərinin reytinq nəticələrinin elanı: Dayanıqlılıq 2025

17:00 - 20:00. Yaşıl Zona tədbirləri, "Extreme Hangout", əsas səhnə - "The Wisdom Keeper" ("Müdriklik mühafizəçiləri") nümayəndə heyəti: axşam sessiyası

18:30 - 19:30. Mavi Zona, Azərbaycan pavilyonu, Konfrans otağı 2 - "Oxford Saïd Burjeel Holdings" iqlim dəyişiklikləri çalışması qaliblərinin elan olunması mərasimi

8:30 - 10:00. Mavi Zona, Sədrlik, Konfrans otağı / Muğam - Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası
 
Ardını oxu...
Abşeron rayonunda 10 yaxın iri həcimli şam ağaçları aşıb.

Ekologiya.az-ın xəbərinə görə hadisə Xırdalan şəhəri, Həsən Əliyev küçəsinin mərkəzi yoldan keçən hissəsində baş verib.

Ərazidə yaşayan insanların da əməkdaşlarımıza dediyinə görə, hadisə bir ay öncə baş verib. Amma, hələdə ərazi baxımsız vəziyyətdə qalmaqdadı.

Bildirək ki, hadisə ilə bağlı məlumat alan 4 saylı RETSİ-nin əməkdaşları dərhal araşdırmaya başlayıb. Məlum olub ki, şam ağaçları bir aya yaxındır ki, ərazidədir. Hattda 4 saylı RETSİ-nin əməkdaşları aidyatı üzrə məlumat verməsinə baxmayaraq ağaclar ərazidən götürülməyib. Abşeron icra hakimiyyəti və onun aidyatı qrumları hadisəni hələdə görməzdən gəlir.

Ölkəmizdə keçirilən qlobal iqlim dəyişikliyi ilə mübarizəyə həsr olunan COP29 çərçivəsində Liderlərin Sammitinin altıncı günü olmasına baxmayaraq həqiqətən də təbiətə Abşeron RİH tərəfində edilən " hörmət" və "qayğıdır".

Ekologiya.az

Səma Heydərli
 
Ardını oxu...
Amerikada yaşayan jurnalist Qənirə Ataşovanın estetik cərrahiyyəsi ilə məşğul olan saxtakar həkimləri ifşası davam edir.

Qeyd edək ki, jurnalistin araşdırması zamanıı tibb təhsilini olmayan, yaxud da tibb təhsilli amma başqa sahənin həkimi olan şəxslərin estetik cərrahiyyəsi kimi fəaliyyət göstərməsi üzə çıxıb.

Məlum olub ki, bu sahə üzrə heç bir təhsili olmayan həkimlər onlarla insanın sağlamlığına qəsd edib.

Əlbəttə, bu şəxslərin estetik cərrah kimi qanunsuz fəaliyyətində Səhiyyə Nazirliyinin də məsuliyyəti var.

Bir neçə gündür ki, ölkədə böyük rezonansa səbəb olan bu olaya münasibət öyrənmək üçün Gununsesi.info saytının əməkdaşı səhiyyə naziri Teymur Musayevlə əlaqə saxlayıb.

Əvvəlcə məşğul olduğunu deyən nazirə sualı whatsapp üzərindən yollasaq da, Teymur Musayev sonradan buna cavab vermək əvəzinə əməkdaşımızı da əngəlləyib.

Görünür, səhiyyə naziri özünün və komandasının məsuliyyətini heçə sayır.

Yoxsa, o, Səhiyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Səidə Rüstəmovanın özbaşınalıqları, vəzifə səlahiyyətindən sui-istifadə hallarına yol verməsi və həmin saxta həkimlərin ixtisasdəyişmə adıyla əldə etdiyi sənədlərdə məhz Səidə Rüstəmovanın imzası haqqında suallara cavab verə bilərdi.
Ardını oxu...

 
 
 
Ardını oxu...
 

Xəbər verdiyimiz kimi, Azərbaycan bu günlərdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu münasibətlə yüzlərlə əcnəbi Bakıya gəlib.

Axşam.az Bakının turist dolu küçələrindən görüntülər lentə alıb.

Fotoqraf Orxan Şərəfxanovun çəkdiyi həmin şəkilləri təqdim edirik:

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

Dünyapress TV

Xəbər lenti