Ardını oxu...
Paytaxt Bakı COP29 beynəlxalq sammitə hazırlaşdığı ildə Gəncənin Yaşıl Şəhər Fəaliyyət Planı qəbul edilib. Yaşıl Şəhər Fəaliyyət Planına (YŞFP) əsasən, respublikanın üçüncü böyük şəhərinin "yaşıl” keçidinə ən azı 2 milyard manatlıq investisiya müəyyən edilib.

2020-ci ildə Azərbaycanda pilot olaraq, Gəncə şəhərinin Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) "Yaşıl Şəhərlər” proqramına qoşulması ilə bağlı saziş imzalanıb. Ötən il isə hökumət və beynəlxalq bankın mütəxəssislərinin birgə iştirakı ilə Fəaliyyət Planı təqdim edilib.

2024-2028-ci illəri əhatə edəcək Planın icrasının ilkin qiymətləndirilməsi 2 milyard manat təşkil etsə də, layihələrdən asılı olaraq, sənəddə bu xərcin dəyişəcəyi qeyd edilib.

Gəncənin "yaşıl” dünyaya keçidi üçün bir neçə prioritet istiqamətlər müəyyənləşib: bərk məişət tullantılarının idarə edilməsi, şəhərin küçə işıqlandırılması sisteminin qurulması, su təsərrüfatının və ictimai nəqliyyatın yenilənməsi və s.

"Yaşıl şəhər”ə keçidlə bağlı investisiyaların istiqamətləri aşağıdakı cədvəldə göstərilib:
Ardını oxu...
YŞFP-nin əsas maliyyə mənbələri sırasında dövlət büdcəsi, dövlət zəmanətli kreditlər, beynəlxalq maliyyə institutları, iqlim fondları və özəl sektor göstərilir.

Gəncənin "yaşıl” keçidi ilə əlaqədar adıçəkilən beynəlxalq bank artıq bəzi istiqamətlərdə kredit ayırmağa başlayıb. Hətta bir sıra kreditlərlərin icrasına YŞFP təsdiq olunmamışdan öncə start verilib. Bu layihələr hansılardır?

Suyun həyat mənbəyi olan kreditlər

Belə ki, AYİB "Gəncə Su və Tullantı Suları” layihəsi çərçivəsində Su Ehtiyatları Agentliyinə 35 milyon avro dəyərində kredit ayıracaq. Bank Gəncə şəhərində su təchizatı, kanalizasiya və yağış sularının idarə olunması şəbəkəsinin yenidən qurulmasına dəstək verəcək. Bankın hesabatında qeyd edilir ki, sözügedən layihə Gəncə şəhərində su və tullantı suları sektorunun hərtərəfli reabilitasiyasını əhatə edən və ümumi dəyəri 410 milyon avro (750 milyon manat) olan daha geniş Prioritet İnvestisiya Proqramının birinci mərhələsidir. Fəaliyyət Planında növbəti illərdə bu istiqamətdə ayrılacaq vəsaitin həcmi 753,6 milyon manat göstərilir.

Gəncənin tullantılarla imtahanı

Avropa Bankı "Yaşıl şəhərlər” proqramındakı qiymətləndirməsində qeyd edir ki, hazırda Azərbaycanda Avropa İttifaqının tələblərinə cavab verən poliqonlar yoxdur: "Mövcud tullantıların utilizasiya sahələri heç bir sızma suyunun toplanmasına və ya poliqon qazının azaldılmasına nəzarət sistemi olmayan tullantı sahələridir”.
Ardını oxu...
Avropa Yenidənqurma və İnkişaf Bankı

Halbuki regionlarda bərk məişət tullantılarının idarə edilməsinin təşkili üçün "Azərbaycanda bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018–2022-ci illər üçün Milli Strategiya” qəbul olunub. Lakin bu istiqamətdə bölgələrdə əsaslı işlər aparılmayıb.

2022-ci ildə AYİB-nin Gəncə Şəhər İcra Hakimiyyəti tabeliyində Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi arasında imzalanan sazişə əsasən, Gəncədə bərk məişət tullantılarının idarə edilməsi üzrə poliqonun tikintisinə 10 milyon avro ayrılıb.

YŞFP-də Gəncənin bərk məişət tullantılarının idarə edilməsi üzrə investisiya xərcinin 156,19 milyon manat təşkil edəcəyi göstərilir. Adıçəkilən layihənin icrasına nəzərdə tutulan vəsaitdən daha çox investisiyanın yönələcəyi şübhəsizdir.

AYİB-nin maliyyə dəstəyi ilə Gəncə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi "bərk məişət tullantılarının toplanması infrastrukturunun və əməliyyatlarının təkmilləşdirilməsi” layihəsinə dəstək vermək üçün məsləhət xidməti ilə əlaqədar tender keçirib. Satınalmanı qazanan şirkət ən yüksək qiymət təklif edən "Tempo-Arpa” Birgə Müəssisəsi (BM) olub. Belə ki, digər şirkətlər –"IRD-Enviroplan” BM məsləhət xidməti üçün 1 milyon 95 min avro, "Eptisa Muhendislik Ltd. Və Eptisa Servicios de Ingenieria” BM 1 milyon 78 min avro təklif etdib. Lakin bunun üçün daha baha- 1 milyon 177 min 300 avroluq xidmət təklif verən "Tempo-Arpa” BM qazanıb.

"Yaşıl” işıqlandırma

Digər "Yaşıl şəhər” proqramı çərçivəsində AYİB-nin maliyyə dəstəyi ilə "Gəncə şəhərində küçələrin işıqlandırılması” layihəsi icra edilib. Bank və beynəlxalq donorlar tərəfindən bununla bağlı 2022-ci ildə Gəncə Şəhər İcra Hakimiyyəti ilə 15 milyon avroluq saziş imzalayıb.

Layihədə Gəncə şəhərinin seçilmiş küçələrində işıq şəbəkələrinin modernləşdirilməsi, o cümlədən LED işıqlarının, avtomatlaşdırılmış idarəetmə və nəzarət sistemlərinin qurulması nəzərdə tutulub. Lakin layihənin icrası ilə bağlı heç bir hesabatlılıq yoxdur.

"Açıq Kommunal İnfrastruktur Proqramı II” çərçivəsində də şəhərin işıqlarının modernləşdirilməsi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Amma bu haqda da səhih məlumata rast gəlmək olmur.

YŞFP-də Gəncənin işıqlandırma sisteminin modernləşdirilməsi üçün əlavə olaraq, 90 milyon manata yaxın vəsaitin xərclənəcəyi müəyyən olunub. Beləliklə, respublikanın üçüncü böyük şəhəri olan Gəncə "yaşıl dünya” ailəsinə qoşulmaq üçün iqlim dəyişmələrinə qarşı mübarizə aparacaq. Bunun üçün də ayrıca Fəaliyyət Planının hazırlanmasına 250 min manatın yönəlməsi nəzərdə tutulub.
dia-az.site
 
Ardını oxu...
Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) davam edir.

Oxu.Az bildirir ki, noyabrın 11-də start götürən tədbirdə dünyanın təxminən 190-dan çox ölkəsini 100 minə yaxın nümayəndə təmsil edir.

Konfransın ikinci gününün proqramını təqdim edirik.

Mavi Zona üzrə tədbirlərlə bu linkə keçid etməklə tanış olmaq mümkündür.

Yaşıl Zona üzrə tədbirlər:

09:15 - 10:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - Jess ilə yoqa sessiyası

10:00 - 10:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Salamlama və açılış nitqi

10:00 - 11:00. Yaşıl zona tədbirləri, Konfrans zalı / KAİNAT - "İqlim keçidi planları: çətinliklər və həll yolları" (qapalı formatda)

10:30 - 10:45. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Əsas müzakirə

10:30 - 12:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - Nazirlərin dialoqu: "Bərpa olunan mənbələrdən istifadənin üç dəfə və enerji səmərəliliyinin ik dəfə artırılması üçün investisiyaların artırılması"

10:30 - 12:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - "Özünəqulluq iqlimə qayğıdır: Biz sağaldıqca Yer də sağalır"

10:45 - 11:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Əsas müzakirə

11:00 - 12:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Panel sessiyası

12:15 - 12:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Laurel Kivuyo: "İqlim ədalətsizliklərinə qarşı mübarizədə öndə gedən gənc qadınlar"

13:00 - 14:00. Mavi Zona Sədrlik - Uşaqlar naminə iqlim fəaliyyəti üzrə yüksəksəviyyəli görüş

13:00 - 14:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - Nazirlərin 9-cu Toplantısı / Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində Strateji Tərəfdaşlıq haqqında Sazişə əsasən Rəhbər Komitəsinin iclası

14:00 - 15:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Yerin qəyyumları: Biomüxtəliflik və iqlim fəaliyyətində yerli gənclərin liderliyi

14:00 - 15:30. Mavi Zona Sədrlik, MR21 - Enerji məsələlərinə həsr olunmuş yüksəksəviyyəli dəyirmi masa: "İqlim təsirlərinin yumşaldılması tədbirlərinin artırılması"

14:00 - 16:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - Yerli icmalarda həyat tərzinin təsviri

15:00 - 15:15. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Simge Sandal: "Həqiqi zənginlik nədir? Unutduğumuz müdrikliyi canlandırmaq üçün pul vəsaitlərinin hərəkət modellərinin hazırlanması"

15:00 - 16:30. Mavi Zona Sədrlik, MR22 - İtki və zərərlərə cavab vermək məqsədilə maliyyələşdirmə tədbirləri üçün koordinasiya və tamamlama mexanizmləri üzrə yüksəksəviyyəli illik dialoqun yüksəksəviyyəli açılışı

15:00 - 16:30. Mavi Zona Sədrlik, Konfrans zalı / Muğam - Kənd təsərrüfatı və qida sistemlərinin transformasiyası vasitəsilə iqlim fəaliyyətinin həyata keçirilməsi - HLPE

15:15 - 15:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Mişel Li: "Qısa tarixçə, karbon emissiyası"

15:30 - 16:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - SWANA regionunun köklü qadınlarının torpağa bağlılığı qeyd olunur

16:00 - 17:00. Mavi Zona Sədrlik, MR21 - Yüksəksəviyyəli dəyirmi masa: "İqlim maliyyələşdirməsi imkanları - dayanıqlı gələcək üçün həlledici məqam və dönüş nöqtəsi"

16:00 - 17:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Dekolonial perspektiv: Biomüxtəlifliyin qorunmasında ekoloji ədalət və yerli suverenliyin təşviqi

16:00 - 18:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - İqlim naminə gənclərin səsi: COP29-da prioritetlərin mübadiləsi və təsir yaratmaq

16:30 - 17:00. Mavi Zona Sədrlik, MR24 - Öhdəliklərdən fəaliyyətə: İtki və Zərərlərə Cavab Fondunun fəaliyyətinin optimallaşdırılması

17:00 - 18:30. Mavi Zona Sədrlik, Plenar otaq 2 - Metan və qeyri-karbon istixana qazlarına həsr olunmuş COP29 Sammiti

17:15 - 17:30. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Eva Vanq

18:00 - 19:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - Planetimiz üçün yenilikçi hekayələr

18:00 - 20:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, təlim otağı - Yerin əks-sədaları: xına və irs

19:00 - 20:00. Yaşıl zona tədbirləri, "Extreme Hangout" ərazisi, əsas səhnə - "Yer Müdafiəçisi" Premyerası
 
Ardını oxu...
Bir çox ölkələrdə Coca-Cola işlədikləri ərazilərin sosial problemlərinə yardım edir, bir çox layihələrə imza atır. Azərbaycanda isə Sulutəpə sakinləri deyir ki, yolları "Coca-Cola" dağıdıb.

Avtosfer.az xəbər verir ki, məlumatı "Açıq Azərbaycan" kanalı yayıb.

Qeyd edək ki, “Coca-Cola” şirkətinin məhsullarını Azərbaycanda istehsalını, distribütorluğu və satışını həyata keçirən "Azərbaycan Coca-Cola Bottlers" MMC-nin baş direktoru Rəna Məmmədovadır.

 

Ardını oxu...
 

Bu gündən etibarən 22 noyabra qədər Azərbaycan COP29 tədbirinə ev sahibliyi edəcək.

Musavat.com xəbər verir ki, konfrans Bakı Olimpiya Stadionunda keçirilir.

Mavi Zona BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunan rəsmi konfrans və danışıqlar məkanıdır. COP29 zamanı bütün sessiya, görüş, əlavə tədbir və mətbuat konfransları məhz Mavi Zonada keçiriləcək. Mavi Zonaya yalnız UNFCCC tərəfindən akkreditasiya olunmuş iştirakçılar buraxılır.

Bu zona 24 saat fasiləsiz fəaliyyət göstərəcək. 

Mavi Zonaya daxil olmaq istəyən 65 mindən çox insan BMT-nin xüsusi qeydiyyat sistemindən keçib.

Yaşıl Zona isə iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil olduğu geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır.

Yaşıl Zona iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyənlər üçün açıq olan Yaşıl Zonaya biletləri iTicket platforması vasitəsilə elektron formada (ödənişsiz) əldə etmək mümkündür. Konfransın dayanıqlılıq prinsipləri nəzərə alınaraq, elektron biletlərin çap edilməsi və kağız daşıyıcıda təqdim olunması tələb olunmur.

 

 
 
 
 
 

 

 

 
 
 
 
 

 

 

 
 
 
 
 

 

 

 
 
 
 
 

 

Nigar HƏSƏNLİ,
Musavat.com

 

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 

"Aldığım "rüşvətlə" hətta Everestə çıxıb, gəldim".

Musavat.com xəbər verir ki, bu sözləri ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova "rüşvət" iddialarına cavab olaraq öz "Instagram" hesabında qeyd edib.

Ataşova Nazilə Səfərlinin onun barəsində səsləndirdiyi "cərrahların siyahısı sifarişlə hazırlanıb, bununla bağlı yazışmalar əlimizdədir" iddialarına ironik yanaşaraq bildirib:

"Nə desəm azdır, pullar göydən yağırdı, yollar qızıldan döşənmişdi, hər tərəf saralıb-solmuşdu... Axırda anladım ki, rüşvət deyilən pul elə payız yarpağı kimiymiş - əlinə almağa çalışırsan, amma külək aparır..."

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova öz "Instagram" hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham etmişdi. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia etmişdi.

Ötən gün isə Qənirə Ataşova Azərbaycanda stomatologiya sahəsində də saxta diplomların olduğu barədə iddialar səsləndirib.

Xalidə Gəray
Musavat.com

Ardını oxu...
 

Xalq artisti Flora Kərimova bu günlərdə saxta diplom və sertifikasiyalı həkimlər barəsində danışan Qənirə Ataşovaya dəstək olub.

Musavat.com bildirir ki, Xalq artisti bu barədə öz "Instagram" səhifəsində videomüraciət yayıb:

"Qənirə xanım, bilsəydiniz siz nə qədər savab iş gördünüz, kimlərə kömək etdiniz, kimləri eybəcərlikdən qurtardınız. Buna görə sizə təşəkkür edirəm. Xahiş edirəm, bu yolda dayanmayın".

Xatırladaq ki, bir neçə gün öncə ABŞ-də yaşayan jurnalist Qənirə Ataşova öz "Instagram" hesabında 50-yə yaxın plastik cərrahın adını paylaşaraq onları, həmçinin Səhiyyə Nazirliyini saxtakarlıqda ittiham etmişdi. O, həmin həkimlərin nazirliyə 30 min manat rüşvət verərək ixtisaslarını dəyişdiklərini iddia etmişdi.

Ötən gün isə Qənirə Ataşova Azərbaycanda stomatologiya sahəsində də saxta diplomların olduğu barədə iddialar səsləndirib.

Xalidə Gəray
Musavat.com

Ardını oxu...
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) noyabrın 11-22-də Bakıda keçiriləcək 29-cu sessiyasının (COP29) konfransının proqramı açıqlanıb.

COP29-un rəsmi vebsaytında yerləşdirilən proqrama görə, COP29 konfransı rəsmi olaraq həm Mavi, həm də Yaşıl Zonalarda keçiriləcək.

Proqram rəsmi danışıqların aparılacağı və qərarların qəbul ediləcəyi Mavi Zonanı və iqlim dəyişmələri ilə bağlı müxtəlif sərgi, seminar və mədəniyyət tədbirlərinin keçiriləcəyi, ictimaiyyətə açıq olan Yaşıl Zonanı əhatə edir.

Mavi Zonada rəsmi danışıqların planlaşdırılması BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən idarə olunsa da, bu zonanın akkreditasiyadan keçmiş iştirakçıları üçün öz tədbir və proqramlarını təqdim edən bir neçə ölkə pavilyonu da mövcuddur.

13-22 noyabrda Azərbaycan pavilyonunda maliyyə, enerji, elm, insan kapitalı və nəqliyyat da daxil olmaqla, həm dövlət, həm də özəl sektorlardan olan bir sıra əsas maraqlı tərəflərin rəhbərliyi ilə tematik günlərdə çoxsaylı sessiyalar keçiriləcək. Həm dövlət, həm də özəl sektorlardan bir sıra maraqlı tərəflər bu sessiyalara rəhbərlik edəcək.

COP29-da ABŞ hökuməti tərəfindən idarə olunan ABŞ Mərkəzi fəaliyyətə başlayıb.

ABŞ Dövlət Departamenti bildirir ki, COP29-da ABŞ Mərkəzi ABŞ-ın iqlim liderliyini nümayiş etdirmək üçün rəsmi tədbir məkanıdır.

“ABŞ Mərkəzində qlobal iqlim fəaliyyəti və həll yollarını məlumatlandıran müxtəlif sektorlar, perspektivlər və təcrübələri özündə əks etdirən çoxsaylı tədbirlər keçiriləcək”, məlumatda qeyd edilir.

Konfrans boyu ABŞ Mərkəzində ABŞ-ın 20-dən çox departamenti, agentliyi və təşkilatından olan yüksək vəzifəli rəsmilər iqlim böhranı ilə mübarizədə ABŞ-ın liderliyini vurğulamaq və 2024-cü ildə güclü danışıqlar nəticələrinə nail olmaq üçün çoxsaylı tədbirlər təşkil edəcək.
Ardını oxu...
Bu gündən Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayır.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in dekabrın 11-də keçirilən plenar iclasında verilib.

Beynəlxalq tədbirlərə ev sahibliyi etmək sahəsində böyük təcrübəyə malik olan Azərbaycanda Tərəflər Konfransının builki tədbirləri 11-22 noyabr tarixlərində baş tutacaq.

COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.

Tədbirin ilk günü, yəni noyabrın 11-də COP29-un rəsmi açılış mərasimi olacaq. Noyabrın 12-13-də Dünya liderlərinin İqlim Fəaliyyətinin Təqdimatı baş tutacaq.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyanın tərəf dövlətlərindən 80-ə yaxın dövlət və hökumət başçısı noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksəksəviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcək.

Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edəcək.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Bu tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq sözügedən konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Bu günədək 195 ölkə, o cümlədən Azərbaycan bu razılaşmaya qoşulub.
 
Ardını oxu...
"Top Supermarket" MMC-nin vergi borcu artıb.

Pravda.az-ın xəbərinə görə, MMC-nin hazırki dövrədək dövlətə olan borcu 886 663 manatdır.

İki ay əvvəl açıqlanan rəqəm isə 853 540 manat olub. Yəni mağazalar şəbəkəsinin vergi borcu 33 min manat artıb.

Qeyd: MMC-nin qanuni təmsilçisi Vəli Əkbərov Kazım oğludur. Təcrübə göstərir ki, vergi borcu kəskin artan şirkətlərin direktorlarının ölkədən çıxışına "stop" qoyulur. Bu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarəsinin məhkəməyə müraciəti əsasında həyata keçirilir.
 
 
 
Ardını oxu...
Zaqatalada daha bir yeni doğulan körpə ölümü qeydə alınıb.

Zaqatala şəhərində anadan olan və rayonun Cimcımax kəndinə gəlin köçən 19 yaşlı Cəmilə Elman qızı Əliyeva bu gün dünyaya uşaq gətirmək üçün axşam saat 18 radələrində Zaqatala rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib.

C. Əliyeva doğum şöbəsinə daxil olduqdan iki saat sonra həkim mama-ginekoloq Yeganə Bayraməliyeva iştirakı ilə təbbi doğuş baş tutub.

Doğuş zamanı ölü qız uşağı doğulub.

C. Əliyevanın valideynlərinin verdiyi məlumata görə, qızı C. Əliyevanın hamiləlik dövründə həkimi mama-ginekoloq Rəna Sultanova olub.

Doğuşa kimi yoxlamalar zamanı R. Sultanova həmiləliyin normal keçməsi bərədə məlumat verib.

Hətta dünən axşam saatlarında C. Əliyeva doğum şöbəsinə qəbul edilən zaman yoxlanışda ana bətnində uşağın ürək döyüntülərinin zəif olması barədə valideyinlərə məlumat verilib.

Lakin doğuşdan sonra valideynlərə uşağın ana bətnində bir neçə gün əvvəl öldüyü bildirilib.

C. Əliyevanın oktyabrın sonunda ultrasəs müayinəsindən keçdiyi və müayinə zamanı həmiləliyin normal olması barədə rəy verilib.

Qeyd edək ki, son 10 gün ərazində Zaqatala rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində bu faktda daxil olmaqla üçüncü yeni doğulan körpə ölümüdür.

Hər üç faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.
 

Dünyapress TV

Xəbər lenti