Ardını oxu...
“Azərenerji” Açıq Səhmdar Cəmiyyəti Qaz mühərrikləri üçün energetik yağların satın alınması (elektrik stansiyaların mühərriklərində mövcud olan energetik yağlara istehsalçının tələbinə və avadanlıqların istismar qaydalarına uyğun olaraq eyni markalı yağların əlavə edilməsi və ya yenilərinin tədarük olunması) üzrə 12.08.2024-cü ildə başladığı açıq tender müsabiqəsinə yekun vurub və “CASPIAN LUBRICANTS AND CHEMICALS COMPANY” QAPALI SƏHMDAR CƏMİYYƏTİ ilə 6.459.910 manat məbləğində satınalma müqaviləsi bağladığını 11.10.2024-cü il tarixdə dövlət sanalmalarının vahid internet portalında dərc edib.

Bəs “Azərenerji” ASC-nin 6 milyon manatdan çox dəyəri olan tenderinin qalibi olan şirkət haqqında nə kimi məlumatlar var?

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “CASPIAN LUBRICANTS AND CHEMICALS COMPANY” (VÖEN 1503506271) Qapalı Səhmdar Cəmiyyəti 13.03.2017-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 2000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ABBASQULU AĞA BAKIXANOV, ev 26A, m. 20, qanuni təmsilçisinin isə Abdullayev Sənan Elmar oğlu olduğu göstərilir.

Dövlət Vergi Xidmətinin reyestrində edilən dəyişiklikdə «Caspian Lubricants and Chemicals Company». QSC 18.12.2020-ci ildən “EXOL AZERBAİJAN” Qapalı Səhmdar Cəmiyyəti kimi fəaliyyətə başlayıb. Reyestr dəyişikliklərində şirktətin təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyəti, nizamnamə kapitalı isə 100 manat olduğu göstərilir. Şirkətin təsisçi və ilk qanuni təmsilçisi Şahmuradov Cavid İlham oğlu olub. Çox güman ki, səhmdarlardan biri olaraq da qalmaqdadı.

Banker.az 12.04.2023-cü ildə şirkətin maliyyə hesabatına istinadən xəbər verib ki, “Exol Azerbaijan” QSC 2022-ci ili 2 milyon 655 min manat xalis mənfəət ilə başa vurub. 2021-ci ildə şirkətin mənfəəti 1 milyon 761 min manat olub ki, bu da illik müqayisədə 1.5 dəfə böyükdür.

Qeyd edək ki, “Exol Azerbaijan” QSC Balaxanı Sənaye Parkının rezidentlərindən biridir. Fəaliyyət sahəsi isə işlənmiş yağların emalıdır. Balaxanı Sənaye Parkının rezidentləri haqqındakı məlumatda cəmi 10 nəfər işçisinin olduğu göstərilir.

Burada təəcüblü olan nədir. Qeyd etdiyimiz kimi «Caspian Lubricants and Chemicals Company» QSC 18.12.2020-ci ildən adını dəyişdirərək “EXOL AZERBAİJAN” Qapalı Səhmdar Cəmiyyəti olub. Bir çox rəsmi məlumatlardan da göründüyü kimi “EXOL AZERBAİJAN” QSC kimi də fəaliyyətini davam etdirir. Belə olan təqdirdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti nədən 2020-ci ildən adı dəyişdirilmiş «Caspian Lubricants and Chemicals Company» QSC ilə satınalma müqaviləsi bağladığın elan edib.

Maraqlıdır, “Azərenerji” nin keçirdiyi tenderdə iştirak etmək üçün şirkət hansı adla müraciət edib. «Caspian Lubricants and Chemicals Company» QSC adı ilə müraciət edibsə, deməli şirkət rəhbərliyi adın dəyişdirilməsinə baxmayaraq birinci addan da istifadə edir. Bu da çox güman ki, Dövlət Vergi Xidmətindən gəlirləri gözlətmək üçün düşünülmüş addımdır. Yox əgər şirkət tenderdə iştirak etmək üçün “EXOL AZERBAİJAN” QSC kimi müraciət edibsə onda “Azərenerji” ASC nədən 2020-ci ildən adı dəyişdirilmiş «Caspian Lubricants and Chemicals Company» QSC ilə satınalma müqaviləsi bağladığın elan edib.

Ümid edək ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin rəsmiləri bu müəmmaya aydınlıq gətirəcək.

Aktualinfo.org
 
 
 
Ardını oxu...
Lənkəran rayonu, Şıxəkəran kənd sakini Tahirov İlkin Qurban oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, səbəbini bilmədən Azərbaycan Qida Təhlükəsizlik Agentliyi (AQTA) tərəfindən 1500 manat məbləğində cərimə olunub:

“Mən, Tahirov İlkin Qurban oğlu, yazaraq sizdən xahiş edirəm ki, şikayətimi dərc edəsiniz.

Bildirim ki, mən Lənkəran rayonunda qəssab işləyirəm. İndiyə kimi Azərbaycan Qida Təhlükəsizlik Agentliyindən (AQTA) mənə müraciət edən olmayıb. Mənə məlumat verilməyib ki, yeni kəsim yeri açılıb, heyvanlarımızı daha orada kəsməliyik. Amma digər qəssablara yaxınlaşıb, bildiriş verib xəbərdarlıq ediblər.

AQTA-nın əməkdaşları obyektimə çəkiliş ilə gəldilər. Mənim də obyektim çox təmiz və səliqəli yerdir. Qeyd edim ki, yeni obyekt tikmişəm.

Səbəbini belə, bilmədən məni 1500 manat məbləğində cərimə etdilər. Soruşdum ki, hansı səbəbə görə məni 1500 manat məbləğində cərimə edirsiz? Guya sizin orada kəsim yeriniz düzdür? 17 və ya 19 manat qəbzdə pul yazılıb, 59 manat pul alırlar. Üstəlik, həmin yer natəmizdir.

Kimə dərdimizi deyək? Bu hal təkcə Lənkəran rayonunda yaşanır. Məni ona görə 1500 manat cərimə etdilər ki, maşınım, obyektim var.

Digər qəssab yoldaşımı isə 4 min manat məbləğində cərimə ediblər. Veriblər məhkəməyə, həmin şəxsin pensiyasından hər ay 100 manat tuturlar. Başqa bir qəssab dostumu isə 900 manat cərimə ediblər.”

Vətəndaşın şikayəti ilə bağlı 04.10.2024-ci il tarixində Azərbaycan Qida Təhlükəsizlik Agentliyinə (AQTA) sorğu ünvanlasaq da, hələ də redaksiyamıza məlumat verilməyib. Məsələni diqqətdə saxlayacağıq.

Aynurə İSMAYIL
Ardını oxu...
 
 
 
Ardını oxu...
Laçın rayonu, Katos kənd sakini Abdullayev Əbdül Nurqələm oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Abdullayev Əbdül Nurqələm oğlu, bildirim ki, hazırda Şəki rayonunun Yeni Çələbixan qəsəbəsində yaşayıram. Həyat yoldaşım Abdullayeva Tünzalə Fizuli qızı 2 ilə yaxındır mal-qara almaq üçün Dövlət Məşğulluq Agentliyinə müraciət edib. Avqustun 29-da bizə zəng edərək bildirdilər ki, Şəki rayonunun mal bazarından heyvanlarınızı götürə bilərsiz. Biz heyvanları aldıq. Səhəri gün heyvanların 21-i də xəstələndi, iki baş heyvan tələf oldu.

Sosial şəbəkə vasitəsi ilə cənab Prezidentə və Kənd Təsəsrrüfatı Nazirliyinə müraciət etdim. Məşğulluq Agentliyinin nümayəndəsi gəldi, gördü ki, heyvanların xəstə olduğunu təsdiqlədi. Dövlət Məşğulluq Agentliyinin işçiləri gələrək, heyvanları apardılar. Bizə bildirdilər ki, sizə sağlam heyvan verəcəyik.

Bir gün xəbər verdilər ki, sizə sağlam heyvan gətirmişik. Bu dəfəki heyvanlar isə qoca və xəstə idi. Biz heyvanlardan imtina etdik”.

Məsələ ilə bağlı Dövlət Məşğulluq Agentliyi ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Şəki rayonu, Çələbixan qəsəbəsi sakini Abdullayeva Tünzalə Fizuli qızının müraciəti agentlik tərəfindən araşdırılıb: “Vətəndaş özünüməşğulluq proqramı iştirakçısıdır. 29.08.2024-cü il tarixdə “qoyunçulqu təsərrüfatı” zərfi üzrə aktivlərlə təmin olunub. 12.09.2024-cü il tarixində vətəndaş Məşğulluq Agentliyinin yerli filialına müraciət edərək heyvanlardan birinin tələf olduğunu bildirib və digər heyvanların da dəyişdirilməsini tələb edib. Tünzalə Abdullayevanın müraciəti əsasında sənədləri aidiyyəti üzrə baxılması üçün göndərilib. Vətəndaş bir neçə dəfə, sonuncu dəfə isə 04.10.2024-cü il tarixdə yeni aktivlərlə təmin olunmaq üçün paylanış prosesinə dəvət edilib. Tünzalə Abdullayeva hər dəfə heyvanları götürməkdən imtina edib.

Vətəndaş növbəti aktiv paylama prosesinə dəvət ediləcəkdir”.

Qeyd edək ki, vətəndaşın redaksiyamıza göndərdiyi videonu da oxucularımıza təqim edirik:

Aynurə İSMAYIL
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
 
 
Ardını oxu...
Azərbaycanda məhkəmə sisteminin ədalətliliyi ilə bağlı narahatlıqlar artmaqdadır.

Bu konteksdə Suraxanı rayon məhkəməsinin hakimi Tural Məmmədovun "ABC-TELECOM" MMC-nin xeyrinə verdiyi qərarlar, hüquqi müstəqillik və obyektivlik məsələlərini ciddi şəkildə sual altına alır.

Bizimxeber.az bildirir ki, hakim Tural Məmmədovun sözügedən MMC-nin iddia ərizəsini araşdırmadan qəbul etməsi, mübahisənin ədalətli həlli üçün vacib olan prinsiplərin pozulmasına səbəb olub.
Ardını oxu...
Kontakt Home-un Xalqlar və Bakıxanov mağazaları tam yeni formatda – AÇILIŞA ÖZƏL 50%-DƏK ENDİRİM | Banco.az

Vətəndaşla bağlanmış müqavilə öhdəliklərini yerinə yetirməyən şirkətin iddia ərizəsi, hakim tərəfindən müvafiq sübutlara əsaslanmadan qəbul edilib. Bu, məhkəmə sisteminin etibarını sarsıdır və hakimlərin müstəqil olmadığına dair ciddi suallar doğurur.

Eyni zamanda, hakim Tural Məmmədovun "ABC-TELECOM" MMC-nin iddia ərizəsini qiyabi şəkildə qəbul edərək, qərarı vətəndaşa göndərmədən icraya yönləndirməsi daha bir narahatedici faktordur. Bu, vətəndaşın hüquqlarının ciddi şəkildə pozulmasına yol açır. Vətəndaşın şikayəti isə "düzgün yazılmayıb" səbəbi ilə geri qaytarılır, bu da ədalət anlayışının pozulması deməkdir.

Bütün bu hallarda, vətəndaşların hüquqlarının qorunması hüquqi sistemin əsas prinsiplərindən biridir. Lakin, hakim Tural Məmmədovun verdiyi qərarların icrası, icra xidmətinin müvafiq qərarları araşdırmadan icraya yönləndirməsi ilə daha da çətinləşir. Bu, hüquqi sistemin zəifliyini və obyektivlik prinsipinin pozulmasını göstərir.

Bütün bunlar, Azərbaycanda şirkətlər, hakimlər və icra xidmətləri arasında gizli bir anlaşmanın olduğuna dair fikirləri gücləndirir. Bu əlaqələr, vətəndaşların hüquqlarını təhlükə altına alaraq, onları ədalətsiz şəkildə sıxışdırır.

Bu hadisələr, hakim Tural Məmmədovun əməllərinə qarşı Məhkəmə Hüquq Şurasına şikayət edilməsini zəruri edir. Bu, hüquqi sistemin ədalətliliyini bərpa etməyə yönəlmiş mühüm bir addım olacaq. Eyni zamanda, işin Apellyasiya Məhkəməsinə verilməsi, hüquqi mübarizəni irəlilətmək baxımından əhəmiyyətlidir.

Azərbaycanda baş verən bu hadisələr, məhkəmə sisteminin sağlamlığına və ədalətinə olan inamı ciddi şəkildə sarsıdır. Hakimlərin və şirkətlərin arasındakı qeyri-şəffaf əlaqələr, vətəndaşların hüquqlarını təhlükə altına alır. Bu vəziyyətin aradan qaldırılması üçün hüquqi islahatlar, ədalətli qərarların verilməsi və cəmiyyətin hüquqi bilincinin artırılması zəruridir.
 
 
 

VİDEO

Ardını oxu...
  330  14.10.2024 00:12  Ölkə A  A 

Bakıda qadının iynədən şoka düşərək ölməsinin təfərrüatı məlum olub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində yeni yaşayış massivində baş verib.

Mərhumun qardaşı Kazım Əzizin bildirib ki, bacısı ayaqda aşağı ətrafların trombozu xəstəliyindən əziyyət çəkirmiş.

Bir müddət öncə Zülfiyyə Nəcəfova Sabunuçudakı "Medicare Hospital"a müraciət edib.

Ailəsinin iddiasına görə, qadın adıçəkilən hospitalda çalışan mütəxəssislərin yanlış müalicəsi nəticəsində dünyasını dəyişib.

Kazım Əziz vurğulayıb ki, onlar saatlarla Təcili Tibbi Yardımın yolunu gözləyiblər.

Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, həmin vaxt ərazidə azad briqada olmadığı üçün Binəqədi ərazisindən yükləmə olaraq çağırış ünvanına saat 19:23-də əlavə briqada göndərilib.

"Medicare Hospital"ın hüquqşünası Azər Məhərrəmovun sözlərinə görə, mərhum Zülfiyyə Nəcəfova oktyabrın 11- onlara müraciət edib. Həkim Şərqiyyə İbrahimovanın qəbulunda olub, ultrasəs müayinəsindən keçib, ona müalicə üçün resept təyin olunub və evinə yollanıb.

Fakt Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırılır.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə bağlı şikayətlər günü-gündən böyüməkdədir.

Yenicag.az xəbər verir ki, yarandığı gündən fəaliyyətsizliyi ilə tənqidlərə tuş gələn qurumun parkinq xidməti ilə bağlı vətəndaşlara törətdiyi hələ də problemlər bitib-tükənmək bitmir.

Belə ki, tanınmış jurnalist Aqil Camal sosial şəbəkəkədi səhifəsində AYNA-nın parkinq xidmətində vətəndaşın cibinə necə girdiyini ifşa edib. Jurnalist deyib ki, parkinq xidmətinin 1 saatı tamam olmamış qurum xidmətdən istifadə edən sürücülərin telefonuna bildiriş göndərib, parklanma müddətinin növbəti 2-ci saata keçdiyini bildirərək, əlavə xidmət haqqı tutur.
Ardını oxu...
“Nə üçün paytaxtda parklamanın 50-ci dəqiqəsində “1 saatın tamam olması” barədə bildiriş gəlir? Bəlkə sürücü 1 saat tamam olmadan, 52-ci dəqiqədə avtomobilinə minib gedəcək. Amma 2-ci saata keçmiş sayılaraq, ikiqat ödəniş edəcək? Bu 10 dəqiqəyə oğruluq deyək, soyğunçuluq deyək, nə deyək…” – deyə o, bildirib.

Bundan əlavə, sosial şəbəkə istifadəçiləri AYNA-nın SMS sistemindəki texniki nasazlıqdan da şikayət ediblər. Jurnalist Ülkər Abdullayeva bununla bağlı qeyd edib ki, o, srağagün parklama üçün 2 dəfə SMS göndərsə də, sistemdə xəta olduğu üçün mesaj getməyib.

“Parkovka”da “AzParkinq”in nümayəndəsini axtardım, tapa bilmədim. Həkimin verdiyi vaxta tələsirdim deyə, maşını parklayıb, klinikaya girdim. Yarım saat sonra “parkovka”nı tərk etdim, 1 gün sonra cərimə gəldi. AYNA-ya göndərilməyən SMS-ləri, sistem xətasını və s. göndərdim ki, günah məndə deyil, operatordadır, cəriməni mənə niyə yazmısınız? Cavab verirlər ki, problemi mobil operatorla həll edin, məsləhət görürük ki, tətbiqi yükləyin. Tətbiqi yükləməyə məcbur edirlər. SMS xətasına görə cərimələnən “n” qədər tanıdığım adam var. 10 dəqiqə sonra təkrar SMS göndəriblər, amma cərimə gəlib. Məqsəd sistemdə süni problem yaradıb, sürücüləri cərimələyib pul toplamaqdır. Bu tətbiqin başında duranlar kütləvi saxtakarlığa görə cəza almalıdılar, amma hər gün bir bəhanə ilə camaatı soymağa davam edirlər”. – deyə o qeyd edib.

Sosial şəbəkə istifadəçilərinin digər bir kəsmi də AYNA-nı insanların cibinə girməkdə və soyğunçuluqda ittiham ediblər.

Qeyd edək ki, bu qurum, adətən, natamam fəaliyyəti ilə zaman-zaman gündəmə gəlib. Görünən odur ki, istər parkinq xidməti, istərsə də avtobusların sayının az olması və ictimai nəqliyyatla bağlı problemləri həll edə bilməyən qurum onun barəsində deyilənlərə etinasız yanaşmaqda davam edir.

Rafi Müslümov

www.yenicag.az
 
Ardını oxu...
Anti-İnhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidməti bir gündə üç rayonun İcra Hakimiyyətinin keçirdiyi tenderlərin nəticələrini ləğv edib.

Onlardan biri İmişli İcra Hakimiyyətinin İmişli şəhərinin küçələrini tikintisi və qurulması ilə bağlıdır.

Rayon İcra Hakimiyyəti bununla bağlı 657.906,64 manat ayırsa da, Dövlət Xidməti buna icazə verməyib. Səbəb kimi isə qanunun müvafiq şərtlərini pozması olub.

Xatırladaq ki, bu, İmişli İcra Hakimiyyətinin son iki həftədə ləğv olunan üçüncü tenderidir.

Digər ləğv olunmuş müsabiqə isə Masallı İcra Hakimiyyəti ilə bağlıdır. Rayon ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin satın alınmasını əhatə edən və dəyəri 257.483 manat olan işlərin görülməsinin dayandırılmasına səbəb isə “Dövlət satınalmaları haqqın”da qanunun 36.1.1-ci maddəsinin pozulması olub.

Bu əsnada, Qax İcra Hakimiyyətinin də tenderi ləğv edilib.

"DogruXeber.az" Tribunainfo.az-a istinadən xəbər verir ki, digər iki rayondan fərqli olaraq, Qaxın icra başçısı ilə bağlı AİİNBNDX qərar çıxarıb. 03-10-2024-cü il tarixli AİBNDX/SQ-9918/2024 saylı qərarda qeyd edilir ki, qanunun bəzi tələbləri pozulmaqla yanaşı, həm də bəzi qaydalara riayət olunmayıb.

Qax şəhərinin Heydər Əliyev prospektində , S.Əsgərova , N.Nərimanov , 28 May küçələrində abadlıq işlərinin o cümlədən şəhərin 19 küçəsində hərəkət tənzimləyici xəttlərin çəkilməsi və Qax-Ağçay-İlisu yolunun işıqlandırılmasını əhatə edən işlərin qiyməti isə 123.236,56 manat nəzərdə tutulubmuş.
Ardını oxu...
Paytaxt nəqliyyatındakı xaosa görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birbaşa məsuliyyət daşıyır. Cəmiyyət də haqlı olaraq agentliyi ittiham edir. Yollarda adicə xətlənmə işlərində ciddi qüsurlara yol verilib. Sanki hər şey sürücülərin cərimələnməsinə hesablanıb.
Bizimyol.info xəbər verir ki, AYNA ictimaiyyət qarşısında hesabat verməyi xoşlamır. Paytaxt nəqliyyatındakı xaosla bağlı düz-əməlli açıqlama eşitmirik. Vəziyyət getdikcə mürəkkəbləşir. Tıxaclar daha dözülməz hal alır.

Bir neçə gün əvvəl AYNA-nın məsul şəxslərindən biri sükutu pozmuşdu. Onda da ictimaiyyət qarşısında hesabat sayılacaq hər hansı ifadə işlətməmişdi.

AYNA nəqliyyat vasitələrinin parklanmasına görə hər ay milyonlar qazanır. Nə qədər qazandığını yalnız təxmin edə bilirik, dəqiq söyləmək mümkün deyil. Tapın görək niyə? Bəli, hesabatsızlığa görə! AYNA bu haqda danışmağı xoşlamır.

Agentlik parklanma işini qaydasına salmaq üçün müəyyən addımlar atdı. Mobil tətbiq yaradıldı, parklanma yerlərində xətlənmə aparıldı. Amma problem tam həllini tapmadı. Hər şeydən əvvəl harada gəldi parklanma ərazisi təyin olunub. Məsələn, metronun “Nəsimi” stansiyasına yaxın olan İlqar Cümşüdov küçəsində xətlər o qədər bərbad çəkilib ki, avtomobillərin rahat hərəkəti üçün nizam pozulub. Maşınlar məcburiyyətdən məhz parklanma yerlərinin üzəri ilə hərəkət etməli olur. Belə nümunələr çoxdur. O qədər çoxdur ki, hətta bir yazını belə boşluqlara həsr etmək mümkündür.

“AzParking” tətbiqində və ya uyğun mesajı göndərməklə parklanmanı qeydiyyata salmaq olur. Qaydalar belədir ki, sürücü ilk 15 dəqiqəyə görə pul ödəmir. Amma 16-cı dəqiqəyə keçəndə əvvəlki pulsuz müddət sıfırlanmır. Bir saatın tamamında yerə uyğun olaraq 40 qəpik, 70 qəpik və ya 1 manat tutulur. Yəni avtomobili saxlayanda ilk saat ərzində məhz 1 saat yox, 45 dəqiqə pulsuz verilir. Sürücü parklanma yerindən, məsələn, 1 saat 8 dəqiqə istifadə edibsə, onda 2 saatın haqqını ödəməli olur. Aşkar ədalətsizliyə yol verilir. Çünki qaydalarda ilk 15 dəqiqənin pulsuz olduğu aydın yazılıb.

AYNA heç nəyə fikir vermir. İctimaiyyət qarşısında hesabat verilmir, çatışmazlıqlar da aradan qaldırılmır. Milyonlar gəlir, lakin hara xərcləndiyini heç kimə demirlər. Özbaşınalığından qalmayan daha bir dövlət qurumunu kənardan izləyirik.

Aytən, Bizimyol.info
 
 
 
Ardını oxu...
Naftala İcra Hakimiyyətinin tenderi ləğv edilib.

Tribunainfo.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərar qəbul edib.

Məlumatda bildirilir ki, Naftalan İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Naftalan şəhərinin daxili yollarınə əsaslı təmir etmək fikrində olub. Bu məqsədlə 349 min manat pul da ayırıb.

Amma məlum olub ki, İcra Hakimiyyəti qiymətləndirmə prosesində şişirtməyə gedib və xərcləri çox göstərib. Elə bu səbəbdən də Anti-İnhisar İstehlak Bazarına Nəzarət Dövlət Xidməti AİBNDX/SQ-9133/2024 saylı qərar qəbul edib. Həmin qərara əsasən Naftalan İcra Hakimiyyətinə tövsiyyələrlə yanaşı, xəbərdarlıq da edilib.

Xatırladaq ki, Naftalanın icra başçısı Vüqar Vahid oğlu Novruzovdur. 1980-ci il təvəllüdlü icra başçısının atası isə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovdur.
Ardını oxu...
Sərçə bazarı nə deməkdi, bilirsiniz, dünyanın hər yerində var. Yəni uzağı 2-3 saat çəkəcək. Erkən başlayıb günortaya bitəcək. Kəndli öz məhsulunu gətirib ucuza satacaq...
Ki... Bakıda market mafiyası bu qədim ənənəni bitirdi.
Lakin regionlarda qalır. Bu yay Xudatda yalnız bazar günləri olan Sərçə Bazarına getməli olurdum.
Bazarı dolaşmağı sevirəm. Dünyanın mühüm bazarlarından olan Qapalı Çarşı, Mısır Çarşısı, Təbriz, Tehran bazarları, Zənganın mis bazarı, Səmərqənd, Buxara, Almatı, Qahirə bazarlarını dolaşmışam... bazar möcüzədir, canlı tarixdir. Bu bazarlarda - bilinməyəni bilmirik - bilinən yaşı 500 olan dükanlar var... sanki dil açıb danışır.
Qayıdaq Xudatın hər bazar günü sübh başlayıb günortaya kimi bitən Sərçə Bazarına...
Öncə onu deyim ki, əgər bir vilayətdə idarəetməni bir baxışda görmək istəyirsənsə bazara get. Təkcə idarəetməni deyil, sosial vəziyyəti, ictimai münasibətləri də bazarda aydın şəkildə görmək olur. Məsələn, satıcıların məzlum görkəmi, ucdantutma dişsiz ağızlar, yer pulu verə biməyən qadınlar, onların üstünə şığıyan yekəqarın kişilər... lal hekayələrdir...
Hər dəfə bu bazara gedəndə düşünürdüm, görəsən bu qəsəbənin başçısı bu bazarın halını, bu tozu, bu pintiliyi, bu natəmizliyi... bu ayıbı görübmü?
Görübsə, dözübsə, dözürsə... çox pis. Demək, adam bu rəzalətlə razılaşır, çirkabla barış içindədir, bunu norma sayır.
Görməyibsə daha pis. Demək, adam tutduğu vəzifənin, idarə etdiyi torpağın dəyərini bilmir, insanını saymır. Dövlət vəzifəsinin bir fürsət olduğunu, bu fürsəti necə dəyərləndirməyin bütün gələcək nəslin, oğul-uşağın üzərində hansı təsirləri buraxacağından xəbəri yoxdur. `Gün bu gündür` nəfsini `gün bu gün deyil, bu günün sabahı var` fəlsəfəsinə çevirə bilməyib. Demək, adamın `Xalqın cəzalandıra bilmədiyini Xaliq cəzalandırır` dünyasından xəbəri yoxdur.
Nə isə...
Xudatın Sərçə Bazarını yaraşıqlı, təmiz, sahmanlı, muzey kimi bir bazar etmək üçün hər çür potensial var, məkan var, insan var, bazardan gələn gəlir var.
Daha nə lazımdır? Bir idarəetmənin daha nəyə ehtiyacı var ki, qəsəbənin bazarını abadlaşdırsın, yerə asfalt döşətdirsin, dəzgahlar düzdürsün, satıcılara önlük aldırsın?
Məncə, təməl ehtiyac mədəniyyətdir, görmüşlükdür, mədəni səviyyədir. Elə o üzdən də hər vilayətin idarəetmədəki mədəni səviyyəsini görmək üçün bazara gedin. Bir anda hər şey aydın olacaq.
Xudat bazarında qolçomaq kimi dolaşan şişman adamlar gördüm. İki qadını `yer pulu ver` deyə qısnamışdılar. Deyəsən, o qadınlar iki vedrə zoğalı ayaqüstü satıb qaçmaq istəyir, azacıq qazanca görə pul vermək istəmirdirdilər.
Ayaq saxlayıb bu deyişməyə tamaşa edirdim... əzablı idi. Qadınlar məzlum bir təbəssümlə içlərinə qısılmışdı, adam kükrəyirdi...
Demək, bu bazarda hər həftə yer pulu yığılır, təbii olaraq. Bəs bu pulları kim udur? Bu pul niyə bu bazarın abadlaşdırılmasına xərclənmir?
Xudatın Sərçə Bazarına hər bazar günü yerli, xarici Nabran istirahətçiləri, xüsusən yay aylarında minlərlə insan gəlir, bu bazarda hızlı bir alış-veriş var. Minlərlə insan toz-tozanağın içində, yarım-yamalaq dəzgahlarda, antisanitar bir şəraitdə... satır, alır...
Bu bazardan gələn gəliri yeyənlər isə bu mənzərənin rəzil mahiyyətini anlamırlar və bu rəzalətdən utanmırlar. Bu ayıbın ortada olmasından qəsəbə adına utanmırlar.
Görünür, idarəedən bu insanların bazar kültürü haqqında, `şəhərin qiymətini bazar` verər haqqında heç bir anlayışları yoxdur. Eləcə də, tutduqları vəzifə məsuliyyətləri, idarəetdikləri qəsəbə, o qəsəbənin əhalisi, gələni, gedəni... onların doymayan iştahları qarşısında xırda məsələdir.
Yoxsa, bu mənzərəyə necə dözmək olar?
Yolum Xudatın ənənəvi bazarına da düşdü bir dəfə. Bazarın ortası palçıq bataqlığı, kanalizasiya daşmış, üfunət bürümüşdü aləmi. Çamurun yaşıllaşmasından görünürdü ki, bu virus qaynağı dünənki məsələ deyil.
Bu idarəetmə sahiblərinin, bu dövlət məsuliyyəti olmayanların evlərinə, keçimlərinə, villalarına, arabalarına... tamaşa edin... düzdür, görmədim, amma hər halda təsəvvür etmək çətin deyil.
Bu ayrı-seçkilik nədir?
Dövlətə öz evi kimi baxmayan, vətəndaşı öz ailəsi kimi görməyən, başında durduğu qəsəbənin çirkabından utanmayan insanları haradan tapıb vəzifə verirlər... anlamaq olmur.
s.a. İstanbulda hər məhəllədə - Xudat qədər olan yüzlərlə məhəllədə həftənin bəlli bir günü bazar qurulur. Sərçə Bazarı kimi. Səliqə, nizam, təmizlik mükəmməl!
Niyə öyrənə bilmirsiniz?
Öyrənmək, heç olmasa olduğundan daha yaxşı görünmək üçün öyrənmək bu qədərmi çətindir?
 

Dünyapress TV

Xəbər lenti