Ardını oxu...
Sabah Qida Təhlükəsizliyi Agentliyində (AQTA) sahibkarlarla xüsusi görüş keçiriləcək.

Ajans.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, görüşün hər bir sahibkarla fərdi xarakter daşıyacağı və yalnız AQTA-nın rəhbəri Qoşqar Təhməzlinin iştirakı ilə baş tutacağı bildirilib.

Görüşə dəvət edilən bir neçə sahibkara bu barədə həm rəsmi e-mail vasitəsilə, həm də telefon zəngi ilə məlumat verilib. Lakin qeyd olunub ki, jurnalistlərin və media nümayəndələrinin tədbirdə iştirakı mümkün olmayacaq.

Görüşün əsas məqsədi sahibkarlar arasında yaranan narazılıqların şəxsən dinlənilməsi və müvafiq həll yollarının tapılmasıdır. Məlumatlara görə, son dövrlərdə sahibkarların bəzi məsələlərlə bağlı narazılıqları yuxarı dairələrdə diqqət çəkib. Bu narazılıqların həlli məqsədilə AQTA rəhbərliyinə sahibkarları qəbul etmək və onların problemlərini şəxsən dinləmək tapşırılıb.

Qeyd edək ki, AQTA-nın fəaliyyəti ilə bağlı sahibkarların narazılıqları əsasən sənədləşmə, icazələrin verilməsi və yoxlamalarla əlaqədar problemlərdən ibarətdir. Görüşün nəticələri ilə bağlı hər hansı rəsmi açıqlamanın verilib-verilməyəcəyi hələlik məlum deyil.

Xatırladaq ki, Hesablama Palatası bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətlərinin qiymətləndirilməsində nöqsanlar aşkarlayıb. Qeyd edilib ki, ölkə ərazisində bir çox sərhəd-keçid məntəqələrində qida təhlükəsizliyinin təmin edilməsində çatışmazlıqlar var. Xüsusilə, Qazax rayonundakı "Qırmızı Körpü" sərhədində tədbirlərin operativliyi önə çıxıb, amma digər məntəqələrdə bu cür məntəqələrin olmaması təhlil edilib. Ayrıca, "Azərbaycanda Qida Təhlükəsizliyi Agentliyi üzrəyə böhran vəziyyətləri planı" olsa da, simulyasiya təlimləri keçirilməyib və elektron sertifikatların verilməsi hədəflərinə çatılmayıb.
Ardını oxu...
"Qazax Aqrotexservis" ASC-nin dövlətə vergi borcu olduğu üzə çıxıb.

32gun.az xəbər verir ki, sözügedən ASC-nin vergi borcu 15 min manatdan çoxdur. (16261.29 AZN)

Bildirək kimi, Qazax Aqrotexservis" ASC-nin qanuni təmsilçisi Şəhla Orucova Xudaverdi Qızı, nizamnamə kapitalı 259404.00 AZN-dir.

Əldə etdiyimiz məlumata görə, sözügedən şirkətin rəhbəri olan Şəhla Orucova Ağstafa rayon Düz qışlaq kəndindəndir. Hazırda isə Qazaxda qeydiyyatdadır.
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan Respulikası Milli Məclisinin deputatı Tənzilə Rüstəmxanlının təşəbbüsü ilə qardaş Türkiyədən dəvət olunmuş məşhur alqoloq Prof. Dr. Ercan Gürses və ölkəmizin tanınmış ürək-damar cərrahı, fleboloq Dr. Tengiz Cəlilovun rəhbərliyi ilə bir qrup həkim heyəti avtoqəza nəticəsində ağır beyin əməliyyatı keçirən və uzun müddət komada qalan Neftçala sakini 2009-cu il təvəllüdlü Aqil Nəcəfovun müayinə və müalicəsinə cəlb olunublar.
Millət vəkili həkim heyəti ilə birgə yeniyetmənin hazırkı vəziyyəti ilə tanış olub, onun səhhətində yüksək irəlləyiş olduğunu, yeniyetməni daim nəzarətdə saxlayacağını bildirib.
Ardını oxu...
Aqil Nəcəfovun valideyinləri və doğmaları göstərdiyi diqqət, qayğıya və məktəblinin səhhəti ilə bağlı həssaslığa görə T.Rüstəmxanlıya təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Bakı şəhərində ağır beyin əməliyyatı keçirən 15 yaşlı məktəbli Aqil Nəcəfov 1 ay komada qalıb və hazırda Neftçala rayon xəstəxanasında müalicəsi davam edir.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Nəsimi rayonunun Cavadxan 17 ünvanında aparılan tikinti xeyli sayda sağlam ağacı məhv edə bilər.

TEREF Qlobal.az-a istinadla xəbər verir ki, Cavadxan 17 ünvanında - yaşayış binalarının ortasında sakinlər üçün nəzərdə tutulduğu deyilən kiçik parkda aparılan tikniti işi normatıvlərə uyğun aparılmayıb.

Yaranmış vəziyyətdən narazı olan sakinlər Aidiyyatı qurumların - Şəhərsalma və Arxitektura Komitəsinin və Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi sözügedən obyektin tikinti barədə heç bir qanuni addım atmadığını deyirlər.

Sakinlər məsələ ilə bağlı dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinə müraciət etdiklərini, lakin heç bir tədbir görülmədiyini bildirirlər.

Hazırda içərisində bir neçə sağlam ağac olan sözügedən obyektin damında qırlama işləri aparılır.

Qlobal.az Ekologiya və Təbii Sərvətlər nazirliyindən Nəsimi rayonunun Cavadxan 17 ünvanında xeyli sayda sağlam ağacın aparılan inşaat işləri zamanı obyektin içərisində qalmasına münasibət öyrənib.

Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında deyilir:

"Cavadxan küçəsi 17 saylı ünvanın qarşısındakı tikilinin içərisində ağacların dibinin betonlanması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən araşdırılıb.

Ekologiya nazirliyi Nəsimi rayonunda ağacların məhv edilməsinin qarşısını niyə almır? -
Ardını oxu...
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı yaşıllıqların mühafizəsi qaydalarının pozulduğu və 3 ağacın dibinin betonlandığı müəyyən olunub. Faktla bağlı obyektin sahibi Elnur Məmmədov barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb.

"Ağacların dibinin beton örtükdən təmizlənməsi, eyni zamanda yaşıllıqların tikintidən azad olunması və tikintinin qanunamüvafiq olub-olmamasının müəyyənləşdirilməsi məqsədilə Nəsimi rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həmçinin, Fövqaladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə müraciət olunub”.

 
 
 
Ardını oxu...
Əksər valideynin seçimi dövlət uşaq bağçaları olur. Əsasən işləyən valideynlər uşaqlarını mütləq ki, bağçaya verməlidir. Amma son vaxtlar dövlət uşaq bağçalarına qəbulda çətinliklər yaradılır. Xüsusilə yaşayış məskənini dəyişən valideynlər uşaqlarını yerləşdirmək üçün bağça axtarışına çıxarkən, müxtəlif əngəllərlə qarşılaşırlar.

Məlumdur ki, 2020-ci ildən bəri uşaq bağçalarına qəbul onlayn həyata keçirilir. Bəzən, yaşayış yerini dəyişən valideynlər övladları üçün qəbulla bağlı müraciət edərkən, onlara yer olmadığı bildirilir, yaxud da bir qədər gözləməli olcaqları deyilir. Amma bu məsələdə gözləmək işləyən valideynlərə əl vermir. Bu baxımdan da narazılıqlar yaranır.

Bəs, sözügedən hal zamanı prosedur necə tənzimlənir?

Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalıyeva Bizim.Media-ya açıqlamasında bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir:

“Hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində alternativ modellər tətbiq edilir.

Məsələn, 2017-ci ildə yaradılan “İcma Əsaslı Məktəbəqədər Təhsil” layihəsinin məqsədi 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılması, icma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin yaradılması, valideyn birliklərinin yaradılması və məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətini artırılmasından ibarətdir.

Hazırda bu layihəyə cəlb edilən uşaqların sayı 19055-dir. Layihə çərçivəsində 886 məktəbdə 1177 qrup fəaliyyət göstərir. Tətbiq edilən layihələrdən biri “Ailə tipli təlim qrupları, qısamüddətli, icma əsaslı məktəbəqədər qrupları”dır”.

Zenfira Sevdimalıyeva həmçinin əlavə edib ki, özəl məktəbəqədər təhsil müəssisələri ilə əməkdaşlıqlar aparılır:

“Əsas məqsədimiz 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların cəlb olunması üçün ictimai binalar, evlər və s. təlim qrupları yaratmaqdır. Yeni layihələrdən biri özəl məktəbəqədər təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Belə ki, 2024-2025-ci tədris ilində dövlət bağçalarına qəbul oluna bilməyən uşaqlar özəl məktəbəqədər təhsil müəssisələrinə cəlb edilir və ödənişin müəyyən hissəsi dövlət tərəfindən qarşılanır. Gələcəkdə alternativ modellərin genişləndirilməsi hədəflənir”.
 
Ardını oxu...
Demək olar ki, paytaxtın bütün böyük marketlərində təşkil olunan endirim kampaniyaları bütün müştərilərin diqqətini cəlb edir.
Bəzən belə kampaniyalar zamanı marketlərin rəflərinə düzülən məhsullar ya vaxtı keçmiş olur ya da son istifadə tarixinə bir neçə gün qalmış.
Vətəndaşlar bu tarixlərə fikir vermir və alır lakin bir neçə gün sonra məhsulu istifadə edir. Bildiyiniz kimi bu hallarda zəhərlənmələr baş verə bilər.
Marketlərin bu strategiyası nə dərəcədə düzgündür? Belə kampaniyalara icazə varmı? Belə hallara görə cərimələnə bilərmi marketlər?
Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Referans.az-a açıqlamasında danışıb.

“Mövcud qanunvericiliyə görə marketlərin yararlılıq vaxtı keçən günə qədər məhsulu öz qiymətinə satmağa icazələri var. Bu heç də qeyri-qanuni deyil. Belə məhsullara endirim edirlərsə, bu əksinə müsbət haldır. Bir sıra Avropa ölkələrində malın yararlılıq müddətinin bitməsinə 10 gün qalmış onu başqa mağazalar şəbəkəsinə və orada müəyyən endirimli qiymətə satırlar. Lakin yararlılıq vaxtı artıq keçmiş malın hər hansısa məqsədlə satışı qanunla satışı qadağandır. Vətəndaşlar yararlılıq vaxtı keçmiş məhsulun satışı ilə bağlı dövlət orqanlarına müraciət edərsə, həmin market minimum 1500 manat cərimə oluna bilər”.

Eyyub Hüseynov son olaraq vətəndaşlara hər bir məhsulu almazdan əvvəl son istifadə tarixinə baxılmasını məsləhət görüb.
 
Ardını oxu...
Vəkillik fəaliyyətinə qadağa qoyulan Adəm Məmmədovun fəaliyyətindən zərər çəkənlərin sayı durmadan artır.

TEREF bildirir ki, bu dəfə Konkret.Az-a vəkil Adəm Məmmədov tərəfindən haqqı tapdandığını və aldadıldığını iddia edən Həsənov Daşqın Mustafa oğlu açıqlama verib.

O bildirib ki, həbsdə olan qardaşına bəraət alacağını vəd verən Adəm Məmmədovla 2022-ci ilin oktyabr ayında görüşüb.

“Qardaşım 7 il idi həbs olunmuşdu. Hələ 3 il yarım cəzası qalmışdı. Adəm Məmmədov bizə dedi ki, məhkəmədə bəraət alacaq və qardaşımın həbsdən çıxmasına köməklik göstərəcək. Bunun üçün öncə dəyəri 2 min manat olan müqavilə bağladıq. Daha sonra isə işi görmək üçün bizdən 15 min manat pul istədi. Biz də evimizdə olan qızıllarımızı girov qoyduq və bankdan kredit götürdük. Beləcə 15 min manatı Adəm Məmmədova verdik. Ancaq üç aydan sonra bizə bildirdi ki, işi həll edə bilməyib və məsələ istədiyi kimi getməyib. Ondan sonra iki-üç dəfə pulumuzu tələb etdik. Qardaşım oğlu onu “Banditizm”ə zəng edəcəyi ilə hədələdi. Bundan sonra verdiyimiz 15 min manatı geri qaytardı. Bundan sonra sənədlərimizi geri vermirdi. Sonda Vəkillər Kollegiyasına şikayət etdik və sənədlərimizi də geri ala bildik. İki min manat müqavilə pulunun isə 800 manatını geri verdi, amma qalan pul Adəm Məmmədovda qaldı. Bizim şikayətimiz ondan ibarətdir ki, Adəm Məmmədov işi həll edəcəyinə söz verib ümidlərimizi puça çıxarır”, – Daşqın Həsənov vurğulayıb.

Qeyd: Adəm Məmmədov isə haqqında səsləndirilən bütün iddiaları əsassız və qərəzli hesab edir və şəxsinə qarşı şər-böhtan dolu məlumatlar adlandırır. Hətta bu iddialarla bağlı ondan açıqlama almaq istəsək də, hər dəfə bizi məhkəmə ilə hədələyir və yazıların silinməsini tələb edir. Eyni zamanda onun haqqında iddia səsləndirən şikayətçiyə zəng vurduqdan sonra saytımıza danışan xanım bizə telefon açaraq fikirlərini yayımlamamağımızı xahiş edib. Ancaq hər bir halda Adəm Məmmədovun qarşı tərəf kimi bütün fikirlərini dərc etməyə hazırıq!
 
Ardını oxu...
  121  04.02.2025 11:35  Şou-biznes A  A 

Müğənni Elvin Abdullayev məktəblilərin dərs yükünün çox olmasından gileylənib.

Musavat.com xəbər verir ki, o, övladının çantasının ağırlığını çəkərək həmin görüntüləri sosial şəbəkədə yayımlayıb.

"Bu qədər dəftər olar? Uşaq yazıq deyil? Bir də baxırsan, çanta 5 kiloqramdan da artıq gəlir. Təhsil belə etməklə olmur, bu, biznesdir. Dördüncü sinif şagirdinin çantasının ağırlığına baxın" - deyə, Elvin paylaşımında qeyd edib.

 

 
 
 
 
 

 

 
 
 
Ardını oxu...
Ajans.az-a daxil olan şikayətdə bildirilir ki, 1 ədədinin qiyməti 100 azn-ə başa gələn Smart qurğu illərdir MTK-larda qaz sayğaclarının girişində quraşdırılır. Smart qurğunun quraşdırılmasında məqsəd mənzildə isdifadə edilən qaz sərfiyyatına nəzarət etmək olsa belə Azəriqaz İB bu sistemi qura bilmədi və nəticə uğursuz oldu. Nəticədə vətandaşa külli miqdarda maddi ziyan dəysə də, kimlərsə milyonlarla manat qazanc əldə edə bildi.

Smart qurğuların quraşdırılmasından sonra uğursuz nəticəyə baxmayaraq Azəriqaz İB-nin rəsmiləri bu sistemdən əl çəkmək niyyətində deyil. Qeyd edək ki, Smart qurğulardan istifadə edilmədiyi zaman elektron sayğaclar mövcud idi, abunəçilər isə istifadə etdiyi qazın dəyərini karta ödəmiş olurdu.

Şikayətdə iddia edilir ki, bu Smart qurğuları əvvəllər Azəriqaz İB-nin baş direktorunun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərova məxsus şirkət Azərbaycana gətirib. Hazırda yenə də Smart qurğuları ona məxsus şirkət ölkəyə idxal edəcək.

Coxsaylı şikayətlərdən bəlli olur ki, yeni quraşdırılan mexaniki qaz sayğacları əvvəlki elektron qaz sayğaclarına nisbətən daha çox sərfiyyatı ilə diqqət cəlb edir. Bu isə vətəndaşın cibindən oğurluq sayıla bilər.

Qazlaşdırma sahəsində 1-ci növbədə qazın texniki şərti dayanır və texniki şərtə əsasən işçi layihə işlənilir. Azəriqaz İB-də razılaşdırılan layihə FHN-nin müvafiq qurumu tərəfindən ekspertiza edilir. Bu layihələr “Autocad” proqramında işlənir və bütün qurumlar tərəfindən məqbul hesab olunur. Adı çəkilən proqram çox geniş və əlverişli proqram kimi mütəxəssislərin də müsbət rəyini alıb.

Məlumata görə Azəriqaz İB direktor müavini Nail Abdullayev bu proqramı əsassız hesab edərək yeni proqramı dövriyyəyə buraxıb. Bu proqram “Darkcad” adlanır. Bildirilir ki, FHN və Energetika Nazirliyinin mütəxəssisləri bu proqramın dizayn üçün istifadə edilən sıradan proqram olduğunu əsas gətirərək “Darkcad” proqramından imtina edərək qəbul etməyib.

Mütəxəssislər fikirlərini belə əsaslandırıblar ki, “Autocad” proqramı qaz layihələrində 100 metrden böyük xəttlərin topoqrafya olunması və onun əsasında işlərin görülməsi üçün kifayət qədər mükəmməl proqramdır.

“Darkcad” proqramı ilə topoqrafya etmək mümkün deyil və 200 metrdən artıq qaz xətti çəkmək mükün deyil.

Ajans.az-a edilən şikayətdə bildirilir ki, belə olan halda Azəriqaz İB-dən bildirirlər ki, “Autocad” proqramı ilə pdf edin və daha sonra “Darkcad” proqramı ilə yükləyin, sonra isə yönəldin Azəriqaza təsdiq olunsun. Təsdiqdən sonra layihəni çap edin və yenidən gətirin. Azəriqaz İB-də möhürlənsin və razılaşdırılsın.

Şikayətçi bildirir ki, əgər layihənin təsdiqi üçün yenə də əvvəl işlənən proqram istifadə olunacaqdısa niyə əsassız yerə 30 azn əlavə ödəniş alınır? Və bu qədər həngamə hansı innovasiyadan və elektron hökumətə inteqrasiyadan xəbər verir? Bundan əlavə Azəriqaz İB-yə hər gün yüzlərlə layihənin təsdiqini düşünsək gün ərzində hər layihədə qazanılan 30 azn-nin sonda hansı böyük məbləğə çevrildiyini təsəvvür etməmək mümkün deyil.

Vurğulayaq ki, 100-dən çox irili-xırdalı təsdiq edilən hər layihəyə görə 30 azn hansısa şirkətin, daha sonra hansısa məmurun cibinə gedirsə, nəticədə 280 azn-ə başa gələn fərdi evlərin qazlaşdırılması işlərinin qiyməti artaraq daha da baha olur.

Maraqlıdır qazlaşdırma zamanı layihələrin qiymətində yaranan dəyişiklik rəsmi olaraq necə tənzimlənir?

Mövzunu diqqətdə saxlayacağıq.
 
Ardını oxu...
Azərbaycanın maliyyə naziri Samir Şərifovun vəzifədən azad olunmasından sonra ölkənin idarəetmə strukturunda ciddi dəyişikliklərin olacağına dair müzakirələr gündəmə gəlib. Bu dəyişikliklərin ən əhəmiyyətli tərəfi isə maliyyə nazirliyinin ləğv olunması və onun yerinə yeni idarəetmə modeli qurulmasıdır.

Yeni struktura görə, Dövlət Gömrük Komitəsi (DGK) və Vergilər Xidməti birləşdirilərək vahid bir idarə yaradılacaq. Bu addım, vergi yığımı və gömrük əməliyyatlarının daha koordinasiyalı şəkildə aparılmasını təmin etməyi məqsəd qoyur. Birləşdirilən struktur, həm də idarəetmə proseslərini sadələşdirərək dövlətin maliyyə sektorunun effektivliyini artırmaq niyyətindədir.

Bəs yeni strukturun yaradılması nə dərəcədə realdır?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli, Ajans.az-a açıqlamasında bildirib ki, dünya təcrübəsində də bir çox ölkənin gəlirləri ilə məşğul olan idarələrin vahid bir mərkəzdən idarə olunması daha məntiqlidir:

“Bu yanaşmanın bir çox ölkələrdə qəbul edilib və bunun Azərbaycanda da tətbiqinin faydalı olacağını düşünürəm. 2019-cu ildə Vergilər Nazirliyinin ləğv edilib İqtisadiyyat Nazirliyində bir departament olaraq birləşdirilməsi doğru bir qərar idi. Lakin, paralel olaraq Dövlət Gömrük Komitəsinin də eyni şəkildə ləğv edilməsi məsələsi gündəmə gəlmişdi və təəssüf ki, bu addım atılmamışdı. DGK və Vergilər Xidmətinin vahid bir idarə altında birləşdirilməsi zəruridir”.

Bununla yanaşı, Natiq Cəfərli, bu yeni idarəetmə modelinin dövlət xidməti olacağını və doğrudan da yaratmağın vacib olduğunu qeyd edib:

“Lakin, Maliyyə Nazirliyinin başqa vacib funksiyaları da mövcuddur. Nazirlik yalnız büdcə gəlirləri ilə deyil, həm də xərclərlə bağlı da cavabdehlik daşıyır. Bu səbəbdən gəlirlərin və xərclərin eyni qurumda toplanması maraqlar konflikti yarada bilər. Bu halda, Maliyyə Nazirliyinin büdcənin nəzarət və xərcləmələrinə nəzarət edən qurum olaraq qalması daha doğru ola bilər”.

DGK və Vergilər Xidmətinin birləşdirilməsi məsələsində isə İqtisadçı, bu addımın ümumilikdə doğru olduğunu düşünür. Onun fikrincə, Dövlət Gömrük Komitəsinin ayrı bir qurum olaraq fəaliyyət göstərməsi məntiqsizdir:

“Əksər ölkələrdə gömrük və vergi xidmətləri birləşdirilir və ya birgə fəaliyyət göstərir. Azərbaycanın da bu istiqamətdə addım atması, həm iqtisadi, həm də idarəetmə baxımından faydalı olacaq. DGK-nın yığdığı vəsaitin böyük əksəriyyətinin büdcə üçün Əlavə Dəyər Vergisidir (ƏDV) və bu gömrük yox, vergi növüdür. Buna görə də, Vergilər Xidmətinin və DGK-nın birləşdirilməsi məntiqli görünür”.

Natiq Cəfərli bu təkliflərin gerçəkləşdirilməsi ilə bağlı hazırlıq işlərinin gedə biləcəyini və yaxın gələcəkdə daha geniş müzakirələrin açılacağını ifadə edib:

“Bu dəyişikliklərin Azərbaycan bürokratik strukturunun optimallaşdırılması və daha səmərəli idarəetmə ilə nəticələnəcəyi gözlənilir. Lakin, maliyyə və vergi sektorunda belə geniş miqyaslı bir dəyişiklikdən sonra yeni strukturun necə fəaliyyət göstərəcəyi və potensial problemlərin necə həll ediləcəyi hələ də aydınlaşmayıb. Bu səbəbdən, yeni idarəetmə modelinin tətbiqi ilə bağlı daha çox müzakirə və hazırlıq dövrü tələb oluna bilər”.
 
 
 

Dünyapress TV

Xəbər lenti