Ardını oxu...
Paytaxtda yerləşən marketlərin birində satılan məhsulun içindən həşərat çıxıb.

Oxu.Az-ın məlumatına görə, marketdə satılan "Bizim bostan" yaşıl noxudunun içərisində tarakan olub.

Məsələ ilə bağlı müştərinin sosial şəbəkələrdə yayımladığı video geniş müzakirələrə səbəb olub.

Həmin görüntüləri təqdim edirik:
 
 
Ardını oxu...
Xəzər rayonunda yerləşən Füzuli Gözəlov adına 124 nömrəli məktəbin direktoru Adil Əliyevin faəliyyətindən narazılıq var.

Qaynarinfo-ya məktəbin bir qrup müəlliminin adından şikayət daxil olub. Müəllimlər işlərini itirməməsi üçün adlarının açıqlanmasını istəmirlər.

Onların sözlərinə görə, direktor Adil Əliyev dərs saatlarını düzgün bölmür. Bölgü daha çox müəyyən şərtlər müqabilində olur, lakin, bununla belə direktor vəd etdiyi saatları da vermir.

Müəllimlər narazıılıq edəndə isə qərəzli şəkildə həmin saatları vakansiyaya çıxarır. "Araşdırma aparılsa, üzə çıxacaq ki, həmin fənlərə müəllim ehtiyacı olmadığı halda 13 vakansiya verilib. Müəllimlər haqqında olmayan sözlər danışaraq münaqişə yaradır, şəxsi-qərəzilik edir. Şəxsi münasibətlərini iş prosesinə yansıdaraq müəllimləri incidir", deyə şikayətçilər iddia edir.

Onlar bildirir ki, Elm və Təhsil Nazirliyi məktəbə komissiya göndərib şikayətləri araşdıra bilər. Eyni zamanda qeyd olunur ki, Adil Əliyev 65 yaşı tamam olub. O, təqaüdə göndərilməli olsa da, parlament seçkilərində komissiya sədri olduğu üçün müqaviləsinin vaxtı 4 sentyabr 2024-cü ilə qədər uzadılıb.

"Direktor vəzifəsi ona müvəqqəti olaraq həvalə edilib", deyə müəllimlər vurğulayıb.

Qaynarinfo məsələ ilə bağlı 124 nömrəli məktəblə əlaqə saxlayıb. Direktor müavini Gülnar Qədirova iddiaların əsassız olduğunu bildirib.

"Əgər düz danışırlarsa, niyə adlarının çəkilməsini istəmirlər? Şikayət edirlər, amma anonim şəkildə. ATV kanalı da gəlmişdi, müsahibə verdim və ittihamların əsassız olduğunu bildirdim. Deyilənlər hamısı yalandır. Adil müəllim yaşlı adamdır, qısa müddətdən sonra vəzifədən gedəcək. Heç kimi incitmir, dərsləri də düzgün bölür", deyə Gülnar Qədirova bildirib.
 
Ardını oxu...
Savadlı tibb işçilərinin sıxışdırılaraq işdən uzaqlaşdırılması Naxçıvanda həkim qıtlığına səbəb olub. Elə buna görə də, həkimin daşıyacağı vəzifələrə aqronom, hüquqşünas, iqtisadçı və ya başqa ixtisas sahibləri təyin olunurlar. Məsələn, Naxçıvan Perinatal Mərkəzin (Doğum Evi) direktoru keçmiş Ombudsman Ülkər Bayramovadır. Mərkəzdə uşağın normal doğuş, yaxud keysəriyyə əməliyyatı ilə dünyaya gələcəyinə o qərar verir.
Naxçıvan Mərkəzi Xəstəxanasına isə, bu günlərə kimi əvvəllər Cahan Holdingdə işləmiş biznesmen Feyruz Zehirov rəhbərlik edib. Ötən həftə onun yerinə təyin olunan Qadir Ağayev isə, ixtisasca iqtisadçıdır. Siyahını uzatmaq da olar.
Naxçıvan Mərkəzi Xəstəxanasında həkim işləyən B.N. deyir ki, tək direktor yox, həkim vəzifələrinə də ixtisasına uyğun olmayanlar təyin olunurlar:
“Əvvəllər çox yaxşı, öz sahəsini bilən mütəxəssislər var idi. Son vaxtlar çoxlu sayda Naxçıvandan olan gənc həkimlər xaricdə təhsil alıb gəliblər. Lakin ixtisaslı həkimlərin işləməsinə şərait yaradılmadığı üçün yüzlərlə peşəkar kadr Naxçıvanı tərk edərək Bakıya, yaxud Türkiyəyə köçüblər. başqa yerlərə gedib. Hazırda Bakı və Türkiyədəki dövlət və özəl tibb müəssisələrində Naxçıvandan gedən onlarla uzman həkim fəaliyyət göstərir və kifayət qədər tanınırlar. Xəstəxanamızdakı həkimlərin az qala yarısı ixtisasına uyğun fəaliyyət göstərmir. Çünki, həkimlərin çoxu tanışlıq və rüşvət müqabilində təyin olunur. Yuxarı orqanlar əsas gəlirli sahələrə ixtisasına uyğun olmasa da özlərinə yaxın həkimləri təyin edirlər. Onları xəstələrin sağlamlığı deyil pul düşündürür”.
Naxçıvandakı xəstəxanalrın birində işləyən həkim S. Qurbanov isə deyir ki, müalicə müsəssilərində savadlı tibb bacılarına da işləməyə imkan vermirlər:
“Bütün ixtisaslı həkimləri, hətta yaxşı, işini bilən tibb bacılarını belə gözüm çıxdıya salaraq xəstəxanadan uzaqlaşdırıblar. İşdən çıxmağa məcbur edilən həmin tibb işçiləri xəstlərə vicdanla düzgün diqanoz qoya , tibbi avadanlqlardan istifadə edə bilirdilər. Onların yerinə isə ya savadsız həkimlər, yaxud da ixtisası həkim olmayanları təyin edirlər”.
Gündəlik Naxçıvan
TEREF
 
Ardını oxu...
"Əvvəlcə bu yazını “Kontaminasiya”, ya da “Popurri” adlandırmağı düşünürdüm. Sonra fikirləşdim ki, bu yazını ən çox oxumalı olan elə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullayevdir.
Lakin onun nə latın, nə fransız dilindən, nə də musiqidən xəbəri olduğunu xatırlayanda həmin adlardan vaz keçdim. “Böyük” akademikin yaradıcılığının da, Azərbaycan Dillər Universitetində yaratdığı vəziyyətin də ən çox həftəbecərə uyğun olduğu ağlıma gəldi və elə ona görə də bu adı seçdim".

Dia-az.İnfo bildirir ki, bu açıqlama ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib.

H.Zərbəliyev daha sonra sözlərinə belə davam edib: "Sonuncu dəfə sizə növbəti yazımda Kamal Abdullayevin Böyük kombinatorluğu haqqında çox təəccübləndirici faktlar göstərəcəyimi vəd etmişdim. Vədimə sadiqəm, lakin son günlər Universitetdə baş verənlər həmin yazını bir qədər sonraya saxlamağa məcbur etdi. Həm də düşündüm ki, borclu haqqında el misalında deyildiyi kimi, mənə sağlıq arzu edəcəksiniz və qazancım da elə bu olacaq.
Artıq bir neçə gündür ki, Azərbaycan Dillər Universitetində attestasiya keçirilir – təsəvvür edin, tədris ilinin başlanmasına bir neçə gün qalmış ona hazırlıq əvəzinə attestasiya. Bu vaxt keçirilən attestasiyanın səbəbi nədir?

Dillər Universitetinin DİLBİLMƏZ REKTORU...

Kamal Abdullayev iddia edir ki, dərs yükləri ciddi şəkildə azaldığından müəllimlərin çoxunu 0,5, hətta 0,25 ştata keçirmək və bir qismini ixtisar etmək məcburiyyətində qalıb. Bildirirəm ki, o, el ifadəsi ilə desəm, gözünün içinə qədər yalan deyir. Doğrudur, istehsalat praktikası üçün ayrılmış saatlar Universitetdən geri alındığından dərs saatlarının ümumi həcmində müəyyən azalma vardır, lakin bu, çox çüzidir. Əsas səbəb isə başqadır. Universitetin publik hüquqi şəxs olmasından sui-istifadə edən Kamal Abdullayev böyük pullar müqabilində işə o qədər əlavə müəllim götürüb ki, indi onun ağrısını uzun illər boyu bu universitetdə əmək sərf edən müəllimlər çəkir. Ən kritik vəziyyət ona birləşdirilmiş kafedra ilə böyük bir orduya çevrilmiş Xarici dillərin tədrisi metodikası kafedrasındadır, çünki rüşvət müqabilində işə götürülənlər daha çox orada yerləşdirilib. İndi dərs yükü çatışmadığından həmin kafedranın müəllimləri gələcəkdə repatriasiya edilmək üçün qaçqın kimi müvəqqəti olaraq bacıoğlu Azad Məmmədovun rəhbərlik etdiyi Ümumi dilçilik kafedrasına göndərilib. Belə müəllimlərdən birindən Azad Məmmədov “siz Dilçiliyə giriş fənnini tədris edə bilərsinizmi?” deyə soruşduqda müəllimin cavabı belə olub: “O fəndə nədən danışılır?” Bu kafedradakı gələcək repatriantlardan biri də professor Çingiz Qaraşarlıdır. Qızlar Universitetində kafedra müdiri vəzifəsini tutan və uzun illlər boyu ADU-da başını girləyən bu professorun Azərbaycan dili də daxil olmaqla hansı dildə danışdığını hələ doğru-dürüst bilən yoxdur. Lakin “Seyidəhməd əli ilə” polis idarəsinə mənim əleyhimə yazdırılmış şikayət ərizəsində həmin Çingiz Qaraşalvarlı ön sıralarda olduğundan Kamal Abdullayev onu işdə saxlamaq məcburiyyətindədir. Görünür, Çingiz Qaraşalvarlı kafedranın nəzəri dərslərini jestlər və pantomima ilə tədris edəcəkdir. Yaşı 80 ətrafında və ondan daha çox olan və mənim əleyhimə hər bir yazıya imza atmış yaşlı müəllimlər də Kamal Abdullayevdən həmin imzanın haqqını tələb edərək vəzifələrini saxlaya bilirlər. Kafedraların əksəriyyətində vəziyyət çox gərgindir. İndi Universitetdə müəllimlər kafedralara fənnə görə deyil, işdə qalmağa görə paylaşdırılır. Attestasiya da rüşvət müqabilində işə götürülmüş müəllimlərin hər vəchlə işdə saxlanmasını təmin etmək məqsədi daşıyır. Əks halda onlar pullarını geri tələb edə, yaxud Kamal Abdullayevi rüsvay edə bilərlər.

Attestasiyada əvvəllər qorxudan Kamal Abdullayevdən gizlənən, sonralar isə Kamal Abdullayev onun yuxarılardakı yüksək rütbəli qohumuna sığındıqdan sonra Universiteti idarə edənə çevrilmiş Coşqun Dadaşov və dərs saatları ilə manipulyasiya edən Şəfəq Şahməmmədova “ağsaqqallıq” və “ağbirçəklik edirlər”, çünki yeni adamların işə götürülməsində əsas rolu məhz onlar oynayırlar. Bu, o Coşqun Dadaşovdur ki, bir ildən az müddətə yazdırdığı dissertasiyasının ilkin müzakirəsilə bağlı yazdığı elanla özünü rüsvay etmişdi (elanı əlavə edirəm). Bu, o Coşqun Dadaşovdur ki, indi onun avtoreferatının qaydaya salınmasına Muxtar İmanov kimi zırpı alimlər cəlb edilmişdir.

İndi müəllimləri susdurmaq üçün Kamal Abdullayev yeni metodlar tətbiq edir. Aşağı həcmli ştata keçmək istəməyən müəllimləri o, Coşqun Dadaşov vasitəsilə onlarla bundan sonra əmək müqaviləsinin yalnız bir il müddətinə bağlanacağı, onların ardıcıl olaraq açıq dərslərinin keçiriləcəyi ilə təhdid edir, onlara psixoloji təsir göstərir. Bundan başqa, Kamal Abdullayev tam ştatdan yarım ştata keçirmək istədiyi müəllimləri “sizə tam ştatın maaşını verəcəyəm” deyə aldadır. Yeddi il ərzində maaşları ümumilikdə100 manatdan çox arıtırılmamış, tam ştata görə belə, normal maaş ala bilməmiş müəllimləri Kamal Abdullayev beləcə aldadıb razı salmaq, müqavilə imzalatdırmaq istəyir. İmzaladıqdan sonra isə onun əlində fakt olacaq və heç kim ona qarşı çıxa bilməyəcək. Kamal Abdullayev belə işlərin ustasıdır.

Əvvəlki yazılarımın birində müəllimlərin bir qisminin məscidə gedərək Allahdan Kamal Abdullayevi ya o yanlıq, ya bu yanlıq etməsini xahiş etmələri barədə yazmışdım. Allah da bunu eşidərək bu yay xəbərdarlıq kimi Kamal Abdullayevi fiziki cəhətdən cəzalandırsa da, o, bundan dərs götürmədi. İndi attestasiyanın keçirildiyi günlərdə isə haqqı tapdanmış müəllimlər ağlaya-ağlaya Allahdan Kamal Abdullayevi göylərə çağırmasını xahiş edir və bununla bağlı ona tezliklə “çağırış vərəqi” gələcəyinə ümid edirlər. Mən də onu əlavə edim ki, AMEA-da akademik katib işləyərkən Dilçilik İnsititutunun inkişafı üçün ayrılmış 2 milyon manatı talan etməsinin cavabını da Kamal Abdullayev elə bu yay başqa şəkildə aldı. İndi o, qapı-qapı qəzərək bu cəzanın ləğv edilməsinə çalışır.

Kamal Abdullayev Universitetə rəhbərlik etdiyi 7 il müddətində 4 prorektor və prorektor vəzifəsini icra edən şəxs dəyişdirilmişdir. Daha doğrusu, prorektorlar özləri onunla işləməyin mümkün olmaması səbəbindən bu vəzifədən imtina etmişlər.

Əvvəllər ölkənin elitar universitetlərindən biri olmuş Azərbaycan Dillər Universiteti Kamal Abdullayevin rektorluğu dövründə bazara, xaos məkanına çevrilmişdir və tənəzzül dövrünü yaşayır. Kamal Abdullayev isə Universitedə yaratdığı bu vəziyyəti numerologiya, ezoterika prinsipləri ilə düzəldəcəyinə hələ də inanır. Gözləyək..."
Ardını oxu...
faktinfo

 
Ardını oxu...
2023-cü ildə Azərbaycan əhalisi adambaşına orta hesabla səkkiz kiloqram balıq və balıq məhsulları istehlak edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Ötən il ölkədə ümumilikdə 81,442 min ton balıq və balıq məhsulları istehlak edilib. Hesabat dövrünə Azərbaycanda 87,166 min ton balıq və balıq məhsulları ehtiyatı olub ki, bunun da 72 faizi və ya 62,722 min tonu istehsalın, 24,2 faizi və ya 21,081 min tonu idxalın, 3,8 faizi və ya 3,363 min tonu əvvəlki ildən qalıq hesabına formalaşıb.

Payız aylarının başlaması ilə Azərbaycanda balığa tələbat da artır. Bəs bu mövsüm balıq bazarında bizi nə gözləyir? Balıq məhsullarının qiymətləri necə dəyişəcək?

Bu və digər suallara "Kaspi" qəzetinin məqaləsində cavab tapmaq mümkündür.

İstehlak statistikadan bir neçə dəfə aşağıdır

"Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası" İctimai Birliyinin sədri Zaur Salmanlının sözlərinə görə, təqdim olunan rəqəmlər reallığı tam əks etdirmir. Çünki istehlakımız daha aşağıdır:

"Adambaşına səkkiz kiloqram balıq düşməsi çox böyük rəqəmdir. Amma təəssüflər olsun ki, reallığı tam olaraq əks etdirmir. Bu o deməkdir ki, 62 min tonun üzərində daxili istehsal var. Amma bu, hazırkı dövr üçün qeyri-mümkündür. Heç sovetlər dövründə istehsalımız bu həddə olmayıb. O səbəbdən indiki halda da mümkünsüzdür. Azərbaycanda istehlak göstərilən rəqəmlərdən bir neçə dəfə aşağıdır".

Daxili istehsal azalıb

Z.Salmanlının fikrincə, bu il balıq bazarında bizi müsbət tendensiya gözləmir:

"Yeganə nərə cinsli balıqların yetişdirilməsində kiçik inkişaf görülür. Amma bu da qiymətlərin kifayət qədər yüksək olması ilə bağlıdır. Digər bitki ilə qidalanan balıqların, çəkikimilərin istehsalında son 5-6 ildir mütəmadi olaraq azalma müşahidə edilir. Soyuq su balıqlarından forellərin də istehsalında azalma mövcuddur. Hətta minimum həddə düşüb, deyə bilərik. Bu isə balıqçılıqla bağlı nəzarətedici, tənzimləyici orqanın, qurumun olmaması, həmçinin balıq və balıq məhsullarının kənd təsərrüfatı məhsulları sırasına daxil edilməməsi ilə əlaqədardır".

"Dövlətdən dəstək almalıyıq"

Sədr balıqçılığın inkişafı üçün etməli olduqlarımıza da toxundu:

"Hazırda balıqçılıq sahəsində vəziyyət ürəkaçan deyil. Qərar verilib ki, 2025-ci ildən balıqçılıq kənd təsərrüfatı sahəsi hesab olunacaq. Amma bunun üçün keçəcəyimiz uzun bir yol var. Balıqçılığı inkişaf etdirmək istəyiriksə, dövlətdən dəstək almalıyıq. Əks halda, qonşu ölkələrdən geridə qalacağıq. İstehlakın artması üçün istehsal da artmalıdır. Amma bu istiqamətdə müsbət nəticələri ən tez iki ildən sonra görə bilərik".

O qeyd edib ki, qiymətlərə gəldikdə isə, burada elə böyük dəyişiklik yoxdur:

"Qiymətlər nərə cinsli balıqlarda, çəkikimilərdə, forel balıqlarında stabildir. Bunun da səbəbi qonşu ölkələrdən balıq idxal edilməsi ilə bağlıdır. İrandan, Rusiyadan, Çindən kütləvi şəkildə məhsulların idxal olunması bazardakı tələbatı ödəməyə kifayət edir".

Balıqçılıq oktyabr ayından canlanır

Balıqçılar İttifaqının sədri Əfqan Əliyev isə bildirib ki, yayda balıq daha az istehlak edildiyi üçün bazarlarda məhsullarda azalma müşahidə olunur:

"Azərbaycanda bazarlara balıq əsasən oktyabr ayından sonra çıxarılır. Sentyabrdan sənaye balıqçılığına icazə verilir. Xəzər dənizində mayın 1-ə qədər, kiçik su hövzələrində isə aprelin 1-ə qədər balıq ovlanmasına icazə var. O səbəbdən həmin dövrlərdə balıq bol olur. Amma ümumi balıqçılıq oktyabr ayından canlanır. Sentyabrda bir az daha zəif olur. Bunun da səbəblərindən biri insanlarımızın balıqla bağlı fikirləridir. Elə təfəkkür var ki, isti aylarda balıq yemək olmaz. Sentyabrda da havalar hələ tam soyumadığı üçün insanlar balığı oktyabr ayından almağa başlayırlar. Qış aylarında balıq daha çox istehlak edilir".

Yerli balıq bazarlara az çıxarılır

Ə.Əliyevin sözlərinə görə, bazarımızdakı balıqların əksəriyyəti idxal olunur:

"Yayda azalma olduğu üçün qiymət bir az yüksəlir. Yay və yaz aylarında idxal artır. Soyuq dövrdə artıq yerli balıq bazara daxil olduğundan qiymətdə də nisbətən ucuzlaşma müşahidə edilir. Amma yerli balıq bazarlara az çıxarılır. Son günlər balıq bazarımızdakı qiymətləri İrandan və Türkiyədən gətirilən balıq məhsulları tənzimləyir. Çünki yerli balıq məhsulları bazarı tam ələ ala bilmir. Azərbaycana 70 faiz balıq idxal olunur".

Nəzarətsizlik özünü qiymətlərdə göstərir

Sədrin fikrinə görə, Azərbaycanda balıq hazırda ət qiymətinədir. Amma bu sahəni elə inkişaf etdirmək olar ki, qiymətlər 3-5 manata qədər enər:

"Məsələn, əvvəllər nərə balığının kiloqramı 100 manatı keçmişdi. Bu ildən nərəkimilərin qiymətləri xeyli ucuzlaşıb. Hazırda kiloqramı 20-40 manat civarındadır. Bölgə balığı əvvəl 80 manat idi, indi isə 50-60 manatdır. İranda əvvəllər balıq bizdən qat-qat baha idi. İndi dörd dəfə ucuzdur. Bizdə 12 manata satılan İran foreli, öz bazarlarında dörd manatdır. Göl balığı satanlar deyir ki, bizdən 4-5 manata alırlar. Amma bazara 8-10 manata gəlib çıxır. Bunun da səbəbi odur ki, nəzarət yoxdur".

Kaspi qəzeti
Balıq bazarı
 
 
 
Ardını oxu...
Vikipedianın Azərbaycan seqmentinə "məsul" olan bəzilərinin Vətən adına pis əməllər törətdiklərinin, milli düşüncəmizə qarşı təxminən soyqırım xarakterli yanaşma sərgilədiklərinin dəfələrlə şahidi olmuşam və etiraz olaraqdəfələrlə həyacan təbili çalanlardan biri də mənəm.
Bu dəstənin bir neçə üzvü ilə vurtual sektorda danışıb çox ziyanlı hərəkətlər etdiklərini dəfələrlə xatırlatmışam. Bu mövzuda mötəbər tədbirlərdə, media orqanlarında, sosial şəbəkələrdə çıxışlar etmişəm.
Demişəm və deyirəm ki, bu dəstənin milliliyimizi hədəf alan üzvləri məhz Vətən əleyhinə işlər görürlər. Məqsəd tariximizə, dəyərlərimizə, şəxsiyyətlərimizə, bütövlükdə varlığımıza "vikipedik deyil" bəhanəsi ilə zərbə endirmək, kimliyimizi zədələməkdir. İnanmaq istərdim, onlar belə ağır yanlışlığı nəticəsini duymadan həyata keçirirlər.
Bu da növbəti acı və ağrıdıcı fakt. Həmin dəstə üzvləri minlərlə şəhidlərimiz barədə məqalələri "vikipedik deyil" iddiası ilə vikipediadan siliblər. Adları silinənlər arasında milli qəhrəmanlarımız da var. Hadisədən ilk dəfə dəyərli həmkarım Fərid Pərdəşünasın paylaşımı vasitəsi ilə xəbər tutmuşam. İlk reaksiyam belə olmuşdu: axı bu adamlar kimdir ki, belə rəzalətə çəkinmədən müəlliflik edirlər.
Əziz həmkarım Rey Kərimoğlunun paylaşımı sualıma dəqiq cavab oldu. Şəhidlərimizin ruhuna həqarət edən bu dəstənin təmsilçilərinin hardan sifariş aldığı aydınlaşdı.
Bizimki olmayanların bizim vikipedianı idarə etməsinə imkan vermək olmaz.
Yerləşdirilən məqalələri vikipediadan silmək səlahiyyətinə malik olan hər kəs nəzarətə götürülsə, onların fəaliyyətini hüquq-mühafizə orqanları izləsə, şəhidlər barədə yazıların silinməsi halı baş verə bilməz.
Bir sual da aktuallığını qoruyur: Əgər həmin dəstə üzvləri özlərini haqlı bilirlərsə niyə “Solavirum”, “Grenzsoldat”, “Nemoralis, “Dr.Wiki54” nikləri altında gizlənirlər? Əgər filan məzmunlu məqalələri silmək tam doğru qərardırsa, bu işi görənlər özlərini kimdən, nədən gizlədirlər? Ayxan Zayıdzadə, Cəlal Cavadov, Nəriman Məmmədli, Cavid Rəsulzadə, niyə belə edirsiz?
Jurnalist Ekspert Mərkəzi
TEREF
Ardını oxu...
 
 
 
Ardını oxu...
Şərti olaraq “MTN işi”adlanan cinayət işi üzrə zərərçəkənlər Ədliyyə Nazirliyi önünə toplaşaraq Nərimanov rayon İcra Şöbəsinin qanunsuzluğundan etiraz ediblər.

Musavat.com xəbər verir ki, zərərçəkənlər İcra Şöbəsi rəhbərliyinin qanunsuz olaraq məhkəmə hökmünə müdaxilə etməyə hazırlaşdığını iddia edirlər. Bildirirlər ki, Ədliyyə Nazirliyi də baş verən qanunuzluğun qarşısını almasa, möhtərəm cənab Prezidentin ölkədə apardığı məhkəmə-hüquq islahatlarına ciddi zərbə dəyəcək.

Zərərçəkənlər bildirirlər ki, qanuni qüvvəyə minmiş, zərərçəkənlərin 16 nəfərinin adlı siyahısı olan məhkəmə qərarına Nərimanov Rayon İcra Şöbəsi özbaşına, göstərişlə, sifarişlə, şəxsi mülahizəyə görə digər şəxsin – Cavidan Hacıyevin adını əlavə etmək niyyətini ortaya qoyub.

Bu özbaşınalıq iş üzrə zərərçəkənlərin kəskin etirazına səbəb olub. Onlar Nərimanov İcra Şöbəsinin qanunsuzluğundan ölkə rəhbərliyinə, ədliyyə naziri Fərid Əhmədova şikayət məktubları imzalayıblar.

Zərərçəkənlərdən Hüseyn Səfərov Ədliyyə Nazirliyi önündə keçirilən aksiyada deyib ki, Cavidan Hacıyevin adının İcra Şöbəsi tərəfindən Elçin Muradovun sifarişi ilə məhkəmə qərarına əlavə edilməsi çox ciddi bir cinayətdir, Azərbaycan məhkəməsinə meydan oxumaqdır: "Belə çıxır ki, biz zərərçəkənlər 5 il müdətində məhkəmələrə əbəs yerə gedib bizə qarşı cinayət törətmiş şəxslərlə bağlı mövqeyimizi ortaya qoymuşuq? Əgər Nərimanov Rayon İcra Şöbəsi “zakaz-kantora” rolunu oynayacaqdısa, elə bizlər də gəlib Elçin Muradova istədiyimizi sifariş verərdik, məhkəmələrdə Mövlam Şıxəliyev və başının dəstəsi ilə çəkişməzdik, əsəblərimizi xərcləməzdik. Bundan başqa, bizlər mülki iddialarımızın təmin edilməsi üçün dövlət büdcəsinə rüsüm da ödəmişik. Cavidan Hacıyev o zaman banklardan 70 milyon kredit alıb qaytarmadığına görə həbsdə idi. Onu Mövlam Şıxəliyevin məhkəməsinə əli qandallı gətirdilər. Orada sərbəst şəkildə ifadə verdi, dedi ki, hər hansi bir tələbi, vəsatəti, mülki iddiası yoxdur. Üstündən 3 il keçəndən sonra, bizlər məhkəmələrdə hüquqlarımızın bərpasını, dəymiş ziyanın ödənməsini tələb edəndə Cavidan Hacıyev peyda oldu. Yanında da Elçin Muradovun hüquq şirkətində işləmiş Pərviz adında şəxs vardı. Bu adama dəymiş ziyan üzrə cəmi 20-25 min manat ödəniş olmalıdır. Apellyasiya Məhkəməsində onun tələbi ilə proses keçiriləndə Elçin Muradovla münasibətlərini gizlətmədilər. Açıq-aşkar dedilər ki, iş üzrə banklardan birinin digər zərərçəkənə qarşı pul tələbi var. Onlar Elçin Muradovun köməyi ilə həmin zərərçəkənin də adını siyahıya saldırıb pul ödətdirmək istəyirlər. Görünür bankla razılaşmaları var ki, həmin zərərçəkənə pul ödənsin, bunlar da həmin pula şərik olsunlar. Bəlkə də Elçin Muradovun bu xüsusatdan heç xəbəri də yoxdur, Cavidan Hacıyev ona bu barədə məlumat da verməyib. Özünün 500 min pul alacağını deyib, həmin zərərçəkəni də işə özü ilə bərabər sifarişlə əlavə etdirməklə sövdələşmənin baş tutmasına nail olmaq istəyir”.

Zərərçəkən bildirib ki, Bakı Hərbi Məhkəməsi, ardından Bakı Apellyasiya Məhkəməsi Cavidan Hacıyev və onun yedəyindəki zərərçəkənin də adını siyahıya saldırmaq istəyinin qanunsuzluğunu təsdiq edən qərar verib. Həmin qərarla Nərimanov Rayon İcra Şöbəsinə digər 16 zərərçəkənə zərərin dərhal ödənilməsi göstərişi verilib.

Həngamə də bundan sonra başlanıb.

Nərimanov Rayon İcra Şöbəsinə qanunsuz göstəriş verilməklə Cavidan Hacıyevlə və digər zərərçəkənə də məhkəmə hökmündən kənar, tam qanunsuz olmaqla pul ödənilməsi tələbi qoyulub. Bu isə 16 zərərçəkəni ayağa qaldırıb və onlar Ədliyyə Nazirliyi önündə etiraz aksiyası keçiriblər. Bundan Nazirliyin binasına gedib nazir Fərid Əhmədovla görüş tələb ediblər. Zərərçəkənləri qəbul şöbəsinin əməkdaşları dinləyib, yazılı surətdə şikayətlərini alıb nazirə çatdıracaqlarını bildiriblər. Zərərçəkənlər sentyabrın 16-da daha geniş tərkibdə, ailə üzvləri ilə birgə yenidən Ədliyyə Nazirliyinə gedərək nazirlə görüş istəyəcəklərini açıqlayıblar. Bildiriblər ki, nazir Fərid Əhmədovdan qanunsuzluğu durdurmasını, Azərbaycan qanunlarının bu şəkildə tapdanmasının, məhləkəmə-hüquq islahatlarına zidd sobatajın qarşısının alınmasını istəyəcəklər.
 
Ardını oxu...
Zaqatalada valideyn 3 yaşlı autizm xəstəsi olan uşağının reabilitasiya mərkəzində şiddətə məruz qaldığını iddia edir.

Azyaşlının anası Vəfa Həsənovanın sözlərinə görə, uşağına reabilitasiya təlimi keçən əməkdaş qızına qarşı zorakılıq edib:

“Pəncərədən izləyib gördüm ki, qızımın ayağına şillə vurur. Mərkəzə müraciət etdim. Dedilər ki, tədbir görəcəyik. Axşam isə mərkəzin direktoru mənə zəng edib dedi ki, bu barədə heç yerdə danışma, yoluna qoyarıq. Görüntülərə baxanda gördük ki, Xədicənin təkcə dizinə yox, üzünə də şillə vurulub”.

Reabilitasiya mərkəzinin direktoru Sevinc Məmmədova isə Baku TV-yə açıqlamasında qeyd edib ki, aidiyyəti qurumların araşdırması nəticəsində hadisə ilə bağlı cinayət tərkibinin olmadığı qənaətinə gəlinib:

“Buna baxmayaraq, uşağın anası zəng edib məni hədələdi ki, pul verməsəniz, görüntüləri paylaşıb sizi biabır edəcəyik”.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
"Azər Aqro" və "Azər Kuban" MMC-nin rəhbər şəxsləri Səyyad Əsgərovla Vidadi Əkbərov Prezident Ilham Əliyevə, Baş prokuror Kamran Əliyevə, Ali Məhkəmə və Hüquq Şurasının sədri İnam Kərimova müraciət edib.

Müraciətin bir surəti də Reprotyor.info-ya daxil olub.

İş adamlarının şikayəti "Bank of Baku" ilə bağlıdır.

Adıçəkilən şəxslər yazır ki, 14. 06. 2011-ci il tarixdə 60 ay müddətinə "Azər-Aqro" Ltd şirkətinə (Borcalan) "Bank of Baku" ASC-dən 500 000 azn məbləğində kredit ayrılıb.

"Bank of Baku"nun qabaqdangəlmişliyi

Kreditin təminatı olaraq həmin bankın depozit hesabında "Borcalana" məxsus 550 000 azn məbləgində əmanətdə olan pul vəsaiti və hər aya görə hesablanmış 7791,67 azn faiz gəlirərinin girovu müqaviləsi olub. Kredit müqaviləsinin bitmə tarixinə 32 ay qalsa da və "Bopcalanın" hec bir borcu olmdıgı halda bank tərəfi "Azər-Aqro" Ltd şirkətini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi barədə təqdim olunan vəsadətimizi bank əməkdaşlarının xahişi və təkidi ilə təmin etməyib, eyni zamanda heç bir ekspertiza kecirilmədən 02.06.2015-ci il tarixdə bankın xeyrinə əsas borcdan 500 000 azn, faiz borcundan isə 104417,60 azn, cəmi 604417,6 azn borcun olması barədə qətnamə cıxarıb: "Həmin qətnamədən "Borcalanlar" tərəfindən apelliyasiya şikayəti verilmiş, 11. 11. 2016-ci il tarixdən 07. 07. 2018-ci il tarixədək 3 (üc) dəfə məhkəmə mühasibatlıq, 1 (bir) dəfə sənədlərin texniki ekspertizası, cəmi 4 (dörd) dəfə məhkəmə kecirilmiş və eyni məzmunlu ekspert rəylərinin nəticələrinə işdə olan mötəbər sübutlara əsaslanılaraq, Bakı Apelliyasiya Məhkəməsinin 1-ci və 2-ci apelliyasiya baxışları zamanı işə baxan məhkəmə kollegiyaları ,"Azər-Aqro" Ltd şirkətinin banka hec bir börcun olmadıgını, əksinə bankın "borcalanlar"ın hesabından 125191 azn artıq vəsaitini özbaşına silərək mənimsədiyini, ödəniş qəbzlərinin üzərində bankın baş idarəsinə məxsus 506924 saylı bank kodunun bank tərəfindən dəyişdirilərək yalnız bankın özünə məlum olan, bankın ikinci qara mühasibatlıgında istifadə etdiyi 506567 saylı saxta kodla dəyişdirildiyi kodla sübuta yetirilmişdir. Ekspertiza araşdırması zamanı aşkar edilib ki, "Bank of Baku" ASC borcalana kredit verilənə qədər ödəniş qəbzlərinin üzərində bankın 506924-saylı düzgün kodunun, kredit verilən gündən məhkəmə mübahisəsi başlayan ana qədər isə ikili qara mühasibatlıqda bankın özündən başqa hec kəsə məlum olmayan 506567- saylı saxta koddan istifadə edərək "borcalan"ın ödənişlərinin təyinatlarını bu yolla dəyişərək mənimsəmişdir. 11. 09. 2017-ci il tarixdə bankın əməlində aşkar edilmiş bu və digər cinayət hallarının araşdırılması ilə bağlı 2-1(103)-08/17 saylı Xüsusi Qərardad cıxarılaraq iş materiallarının surəti araşdırılması üçün Baş Prokrorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilərək, 11. 09. 2017-ci il № 2-1(103)-08/17 saylı (hakim Cahangir Yusifov), 24. 07. 2019 -cü il № 2-2 (103)84/2019 saylı (hakim Kəmalə xanim Abıyeva ) Qətnamələri ilə 1-saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin bankın xeyrinə cıxardıgı 02. 06. 2015-ci il tarixli qətnaməsi iki dəfə ifşa olunaraq ləğv edilmişdir. Bank qətnamələrdən kasassiya şikayəti vermiş kasassiya kollegiyası isi "Azər-Aqro" Ltd-in bankdan götürdüyü 500 000 azn kreditin girovu kimi həmin bankın əmanət hesabında "borcalana" məxsus olan 550 000 azn pul vəsaiti və ona hesablanmış hər ay ücün 7791,67 azn əmanətin faiz gəlirlərindən müqaviləyə əsasən akseptsiz olaraq, kredit borcuna silinəcəyi bir halda əmanətdən, daxil olan faiz gəlirlərindən bir manat da olsun silinməyərək, bu kreditə hec bir ödənişin aparilmaması səbəbi ilə bağlı təkrar əlavə kompleks məhkəmə mühasibatlıq ekspertizası kecirmək ücün işi dördüncü dəfə təkrar apelliyasiya baxışına qaytarıb".

Ali Məhkəmənin tapşırığına məhəl qoymayan hakim

İş adamları daha sonra yazır ki, 28. 01.2022-ci il tarixdə Bakı Apelliyasiya Məhkəməsinin məruzəçi hakimi Aidə Hüseyn isə, Ali Məhkəmənin bu tapşırıgına məhəl qoymadan, bankın təklifi ilə Xarici Audit rəyi əldə edilməsi ilə bağlı qərardad cıxarıb:
"Azərbaycanda fəaliyyət göstərən bütün xarici audit firmalarının filalları "Bank of Baku"ASC- nin əməlində cinayət halları ilə bağlı məhkəmənin 11.09.2017- ci il tarixli Xüsusi Qərardadı ilə iş materiallarının Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi və hazırda istintaqın davam etməsi digər mötəbər sübutlarla tanış olduqdan sonra Xarici Audit rəyi ilə bağlı məhkəmənin qərardadını icra etməkdən birmənalı imtina ediblər. Xarici Audit rəyinin məhkəmə qərardadı ilə 1(bir) aya icrasının əvəzində 9 ay ərzində icra olunmadıgını görən "Borcalanın" nümayəndəsi kasasiya kollegiyasının qərarının 83-cü, AR paraqrafını və Azərbaycan Respublikası Audit xidməti haqqında "Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsini əsas tutaraq, Xarici Audit qarşısında məhkəmənin qərarı ilə hakim Aidə Hüseynə qoyduğu 18 sualın cavablandırılması məqsədi ilə, dövlət sifarişlərinin icrasına icazəsi olan Auditlə müqavilə bağlayıb, 02. 09. 2022-ci il tarixdə bankın bu kredit müqaviləsi ilə mübahisələndirdiyi digər 2 (iki) kredit müqavilələri ilə birlikdə "vaxtı kecmiş kredit" adı altında "borcalanın" hesabından 1530480,24 azn məbləğində vəsaitini bankın əsası məlum olmayan hesablara silməklə mənimsəməsi barədə obyektiv Audit rəyi məhkəməyə təqdim edilib. Məhkəmə Audit rəyi ilə qane olmayıb və 21. 10. 2022-ci il tarixdə əlavə kompleks məhkəmə mühasibatlıq ekspertizası kecirmək əvəzinə, ilkin olaraq adi məhkəmə mühasibatlıq ekspertizası kecirilməsi barədə qərardad cıxarmiş və həmin qərardadla 17. 03. 2023-cü il tarixdə № 9/7970 saylı ekspert rəyi verilmişdir. Ekspert isə kredit müqaviləsinin 2.5-ci maddəsinə zidd olaraq tədqiqatı bu işlə bağlı keçirilmiş məhkəmə ekspertizasının 4 (dörd) ekspert və 1 (bir ) audit rəyindən fərqli olaraq kreditin qalığını və mövcudluğunu müəyyən etmək ücün kreditin ucotunun aparıldıgı müvafiq ssuda hesablarından cıxarış sənədlərinə görə deyil, müqavilənin hec bir bəndində göstərilməyən cari- təsərrüfat hesabından cıxarış və bank mədaxil qəbzlərinə görə tədqiqat aparmaqla Azərbaycan Respublikasının Banklar haqqında Qanunun, Mərkəzi Bankın müvafiq təlimat və qaydalarını kobud surətdə bilərəkdən pozub".

Ekspert məhkəməni aldadıb

Şikayətçilər bildirir ki, məhkəmənin ekspertin qarşısında qoyduğu sualda ekspert işin mahiyyəti ücün ən vacib məqam olan müddətləri və bu müddətlər üzrə aparılmış ödənişlərin tarixlərini saxtalaşdıraraq məhkəməni aldadıb:

"Eyni zamanda Məhkəmənin sualında qoyulmuş, əslləri bankın möhürü ilə təsdiq edilmş iş materiallarında olan, kreditin mövcudluğunu təsdiq edən və ücotu aparılan, yeganə hüquqi gücə malik müvafiq ssuda hesablarından cıxarış sənədlərindəki ödənişləri ekspert məhkəmədən gizlədərək 1-saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin hec bir araşdırması, ekspertizası, auditi kecirilmədən, 1-ci və 2-ci apellyasiya baxışları zamanı dalbadal ləğv edilmş 8-il budan əvvəlki (8-il ərzində aparılan ödənişləri, silinmələri, köcürmələri belə tədqiq etmədən) 02.06.2015-ci il tarixdə bankın xeyrinə cıxarılmış qətnamədə göstərilmiş 604417 azn məbləgində, guya "Azər-Aqro" Ltd-nin Banka borcu olması ilə bağlı məhkəməyə doğru olmayan saxta natamam ziddiyyətlərlə dolu olan rəy verib.
Məhkəmənin cıxardığı qətnamənin təsviri və əsaslandırıcı hissəsindən isə acıq-aydın görünür ki, məhkəmə kollegiyası işdə olan mötəbər sənədlərə deyil, yalnız ekspertin doğru olmayan 17.02. 2023 -cü il tarixli №7/7970 saylı natamam, ziddiyyətli və şəxsi maraq zəmnində təqdim etdiyi saxtalaşdırılıb, təhrif edilmiş "ekspert" rəyinə əsaslanaraq əsassız Qətnamə cıxarıb.

Artıq həmin qətnamə tam hüquqi qüvvəsini almışdır. AR MPM-nin 432, 432.1 maddəsində göstərilir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxıla bilər. Həmin Məcəllənin 432.2.2-ci maddəsində göstərilir: "Əsassız qətnamənin cıxarılmasına səbəb olmuş ekspertin biləbilə yalan rəy verməsi, tərcüməçinin biləbilə düzgün tərcümə etməməsi, sənədlərin və maddi sübutların saxtalığı müəyyən edildiyi hallarda yeni açılmış hal kimi baxıla bilər. İş materiallarında olan mötəbər sübutlar bir daha bankın sənədlərini saxtalaşdirması, ikili qara mühasibatlıqda iki bank kodundan istifadə ödənişlərin bu cür yolla kreditə ödənilərək təyinatlarının dəyişdirilərək, vəsaitlərin mənimsənilməsi, qəbzlərin saxtalaşdırılması "vaxtı keçmiş kredit" şərhi ilə əsası məlum olmayan bank əməliyyatlarının aparılması, ekspertin isə iddia müddətinin, ödəmə qrqfiklərinə görə ödənişlərin uyğun olmayan müddətlərdə təhrif edilərək yeganə hüquqi gücə malik ödəniş sənədlərində kreditin ödənişi üçün aparılmış köçurmələri, silinmələri, məqsədli qaydada, şəxsi maraq zəmnində təhrif etməsi, gizlətməsi və sair. "Bank of Baku" ASC ilə "Azər Aqro" LTD bağlanmış kredit müqaviləsi arasında kredit borcunun icrası ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2-2(103)-10/2023 saylı qüvvəsini almış məhkəmə qətnaməsi ekspertin biləbilə yalan rəyinə əsaslanaraq verildiyindən, işdə sənədlərin saxtalaşdırılması, hakimin şəxsi marağı zəmində Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarında göstərilən xüsusi və məcburi tapşırıqlara məhəl qoymayaraq, xarici audit qarşısında məhkəmənin qərarı ilə qoyulmuş 18 sualın dövlət sifarişlərinin icrasına icazəsi olan Audit tərəfindən obyektiv yoxlanılaraq tərtib edilmiş Audit Rəyinin hakim Aidə Hüseyinin gizlətməsi sonradan isə öz qərarı ilə xarici Audit Rəyi əldə etmək üçün xarici Audit qarşısında qoyduğu 18 sualın 17-sini in çıxarılmasına səbəb olub.

Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 21.10.2022-ci il tarixli qərarı ilə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının yekun nəticələri ilə məhkəməyə təqdim olunmuş 17. 03. 2023-cü il tarixli № 9/7970 saylı ekspert Rəyi biləbilə təhrif edilərək, saxtalaşdırıldığına görə əsassız qətnamənin çıxarılmasına səbəb olub.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 432.1, 432.2.2, 432.2.3 maddələrinə əsasən, Bakı Apellyasiya Məhkəməsinin 17. 03. 2023-cü il tarixli 2-2(103)-10/2023 saylı qüvvəsini almış qətnamə ləğv edilərək, yeni açılmış hal kimi yenidən adiyyəti üzrə baxılmalıdır.

Eyni vəziyyət "Bank of Baku "ASC-nin mübahisələndirdiyi "Azər-Kuban" MMC üzrə də qoyulmuş, kreditlər üzrə aparılmış bank əməliyyatları ilə eyni senari ilə saxtalaşdırılaraq təhrif edilib".
 
Ardını oxu...
"Şikayətim "Yeni Klinika"dandır". Dia-az.İnfo xəbər verir ki, bunu öz paylaşımında ictimai fəal Bahar Mehdiyeva qeyd edib.
"Artıq 3 aydan çoxdur ki, mən ora uşağı aparıb kor-peşman da geri qayıdıram" deyən narazı vətəndaş daha sonra əlavə edir: "Övladımın ürəyində problem var.Kardioloq müayinəsi lazmdır,hal-hazırki duruma baxmaq üçün.Mən heç cür balamı müayinədən keçirdə bilmirəm.Neçə dəfə getmişəm növbə almışam,növbə çatana yaxın deyiblər limit dolub xəstə qəbul etmir həkimlər.
Bir dəfə də getdim ümumiyyətcə kardioloq yox idi.Bu gün yenə getdim pediatra növbə aldım,dedim göndəriş verin kardiloqa.Dedi qəbul etmir xəstə limiti bitib.
İş də orasıdır ki,pediatr göndəriş verməmiş bir başa kardioloqa getmək olmur.Xanım kardioloqun yanındaki xanımla əlaqə saxladı ki bəs uşaq var problemli həkim baxsın.Dedi ki baxa bilmir,iş saatı bitib.Saat 12-nin yarsı idi təxminən.Qayıdıb deyir ki səhər saat 6 da gəlsinlər növbə üçün)
Mən anlamıram Yeni Klinikada çalışanlar saat 6dan gəlirlər ora?!
Evladımı özələ aparmağa maddi dururmum yoxdur.Dövlət xəstəxanaları da insanı süründürür.
Mən anlamıram Yeni klinika sizin xoşunuza gəlir insanları əziyyətə salmaq?!
TƏBİB ə də hər gedəndə şikayət edirəm demək olar ki yola verir.Uşağın ürəyini exo etmək əməllicə başlı qlobal böyük bir problemə çevrilib!!"

Dünyapress TV

Xəbər lenti