Ardını oxu...
“Naxçıvan” Universitetinin təsisçisi və keçmiş rektoru İsmayıl Əliyev deyir ki, Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sabiq sədri Vasif Talıbov yaratdığı və rəhbərlik etdiyi təhsil ocağını zorla əlindən alıb.

TEREF AzadlıqRadiosuna istinadən xəbər verir ki, onun sözlərinə görə, hədə-qorxulardan sonra məcbur qalıb universitetdəki 100 faiz təsis payını V.Talıbovun kiçik oğlu Seymur Talıbova 301 min manata satması barədə müqaviləyə imza atıb:

“2013-cü ilin fevralı idi, məni Ali Məclisin binasına çağırdılar. Bir sənəd verdilər ki, imzalamalısan. Heç bir notarius-filan da yox idi. Notarius sonradan qanunsuz şəkildə onu təsdiqləyib. Guya universiteti 301 min manata satmışam. Reallıqda isə 1 qəpik də pul verilməyib”.

İ.Əliyev “Naxçıvan” Universitetini 1999-cu ildə yaradıb. Həmin ilin 2 iyulunda universitet Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

İ.Əliyev deyir ki, bu universitetədək Naxçıvan Dövlət Universitetində dərs deyib və elmi fəaliyyətlə məşğul olub. Hazırda da bu fəaliyyətini davam etdirir.

Vaxtilə V.Talıbovun da müəllimi olduğunu yada salan İ.Əliyevin sözlərinə görə, sonradan keçmiş tələbəsi əmlakını zorla əlindən aldığından qorxaraq heç yerə şikayət edə bilməyib:

“Universiteti alanda mənə deyildi ki, onun yerləşdiyi 1.5 hektardan artıq torpağın dəyəri qiymətləndirilib, pulu veriləcək. Çünki mülkiyyət hüququ ilə mənə məxsusdur. Onu da vermədilər”.

İ.Əliyev deyir ki, universitet S.Talıbovun mülkiyyətinə keçsə də, onu rektor kimi saxlamağa razılıq veriblər. O, 2019-cu ilədək rektor vəzifəsində qala bilib.

2019-cu il dekabrın 5-də V.Talıbovun sərəncamı ilə Nurlana Əliyeva “Naxçıvan” Universitetinə rektor təyin edilib.

1977-ci il təvəllüdlü N.Əliyeva 2001-ci ildən bu universitetdə müəllim çalışıb.

2022-ci il dekabrın 21-də V.Talıbov Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsindən azad ediləndən bir həftə sonra “Naxçıvan” Universitetinin təsis payları Talıbovlardan da alınıb. 29 dekabr 2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, universitetin təsisçilik hüquqları S.Talıbovdan Hüseyn Məmmədov adlı şəxsə keçib. Təsisçi dəyişəndən sonra rektor da vəzifəsindən azad edilib. 2023-cü ilin fevralında Anar Kazımov “Naxçıvan” Universitetinin yeni rektoru təyin edilib.

Məhkəmə iddianı təmin etməyib
Naxçıvan MR-də Talıbovun 27 illik (1995-2022) hakimiyyətinə son qoyulandan sonra İ.Əliyev də vaxtilə yaratdığı universitetlə bağlı dövlət orqanlarına şikayətlər ünvanlamağa başlayıb. Şikayətlərində göstərib ki, əmlakı əlindən zorla alınsa da, qorxudan səsini çıxara bilməyib. Deyir, dövlət qurumlarına şikayətlərinə gələn cavablarda ona məhkəməyə müraciət etmək tövsiyə olunub. Universitetin artıq Talıbovların mülkiyyətində olmadığını da həmin cavablardan öyrənib.

Keçmiş rektor məhkəmədə həm S.Talıbova, həm də sonradan təsis paylarını almış H.Məmmədova qarşı iddia qaldırıb. O, hər iki alqı-satqı müqaviləsinin qanunsuz sayılaraq ləğv olunmasını istəsə də, məhkəmə onun iddiasını təmin etməyib.

Cavabdeh tərəflər də müqavilələrin qanunsuzluğu haqda iddialarla razılaşmayaraq deyiblər ki, o, universiteti zorla əldən verdiyini təsdiqləyən sübut ortaya qoymayıb və, üstəlik, özü də 2019-cu ilədək rektor vəzifəsində qalıb. Həm də belə məsələləri mübahisələndirməkdən ötrü qanunla məhkəməyə üz tutmaq üçün 3 illik müddət var, İ.Əliyevsə 10 il sonra iddia qaldırıb.

“Naxçıvan” Universiteti 2024-cü ildə rəsmi şəkildə ləğv edilib. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən mediaya verilən məlumatda bildirilib ki, ləğv edilmə ilə bağlı müraciət 2024-cü ilin fevralında təsdiqlənib: “Tələbələrin böyük hissəsi Naxçıvan Dövlət Universitetinə, Naxçıvan Dövlət Universitetindəki ixtisaslar ilə ixtisası uyğunlaşmayan tələbələr isə aidiyyəti yerlərə köçürülüb”
 
Ardını oxu...
“Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov yanvar ayının 23-də Muradlı kəndində səyyar qəbul keçirdi. Mən də bir çox problemi olan kəndlilər kimi görüşə getdim. Çox sevindim ki, o bizi şəxsən qəbul edib, problemlərimizlə maraqlanacaq. Çünki belə görüşlər nadir hallarda keçirilir. Mənim də Ağsuda, Şirvan kanalının üzərində pay torpağım var. Çox təəssüf ki, Ağsuda fəaliyyət göstərən “Az-Granata” MMC şirkətinin ucbatından oranı istifadə edə bilmirəm. Onlar mənim torpaq sahəmdən kanalizasiya xətti çəkiblər. Bu kanalizasiya xətti düzgün çəkilmədiyi üçün mənim sahəmi batırır. Bu problemlə bağlı ayağa qalxıb icra başçısına müraciət etmək istədim. O məni elə acıladı ki.. İmkan vermədi heç ağzımı açım. Dedi ki, sən kimsən ki, mənə bu sözləri deyirsən? Başa düşmədim, ora nə üçün gəlmişdi?”

Bunu Moderator.az-a açıqlamasında Ağsu rayonu Muradlı kənd sakini Eyyub Əkbərov deyib. O daha sonra digər iddialarını səsləndirib:

“İcra Başçısına dedim ki, biz sizi dinlədik, nə olar ki, indi siz bizi dinləyəsiz? Bura problem dinləməyə gəlməmisiz ki? O isə bu sözlərin qarşılığında İcra nümayəndəliyinə və kənd Bələdiyyəsinə dedi ki, belə adamları bir də iclasa buraxma! Sonra baxıram ki, həmin görüşdən video görüntüləri öz yutub səhifələrində yerləşdiriblər, amma mənim çıxışım orada öz əksini tapmayıb. Demək ki, onlar problemləri dinləməyə yox, sadəcə görüş xatirinə səyyar görüşə gəliblər. Guya insanların heç bir problemləri yoxdur. Ancaq özlərinə sərf edən çıxışları yerləşdiriblər. İcra başısından xahiş edəcəkdim ki, məhkəmədə mənim işimə yaxşı baxsınlar. Söz deyə bilmirəm, yaxşı mən nə etməliyəm? Əgər problemlərimizi həll etməyəcəkdizsə, niyə bəs icra başçısı kimi gəlmisiz? Cənab prezidentimiz dəfələrlə tapşırıb, göstəriş verib ki, yerli icra başçıları insanların problemləri ilə yaxından maraqlansınlar. Amma biz bunun əksini görürük. Sona qədər oturub görüşdə sakitcə dinlədim. Bu gün Ağsuda hektarlarla 150 parnik var. İnsanlar iş axtarır. Bomboş qalıb, kənd camaatı iş axtarır. Niyə onları işlətmirsiz? Bilmirik dərdimizi kimə deyək?” deyə kənd sakini bildirib.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, 29 yanvar 2025-ci il tarixində ölkədə bələdiyyə seçkiləri keçirildi.

Artıq Mərkəzi Seçki Komissiyası (MSK) dairələr üzrə lider namizdlərin siyahısını açıqlayıb.

Keçirilən seçkilər haqqında Səbail bələdiyyəsi və Badamdar bələdiyyəsi üzrə dairələrdə “Qohum” namizədlər haqqında xəbər vermişdik.

XALQ.AZ xəbər verir ki, Badamdar bələdiyysəinin sədri olan Təzaxan Məmmədovun qızı Vahidova Nəzrin Təzaxan qızı Səbail bələdiyyə üzrə namizəd kimi qeydə alınmış və seçilmişdir.
Ardını oxu...
Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin isə nəvəsi Nurel Kərim Badamdar bələdiyyəsi üzrə seçilib.
Ardını oxu...
Məlumatlara görə Badamdar bələdiyyəsinin sədri olan Təzəxan Məmmədov MSK-nın təqdim etdiyi lider namizədlər siyahısında adı yoxdur və bu da onu bildirir ki, Badamdar bələdiyyəsinin sabiq sədri Təzaxan Məmmədov seçkilərdə məğlub olub. Lakin qızı Nəzrin Vahidova Təzaxan qızı Səbail bələdiyyəsi üzrə dairədən seçilib.
Ardını oxu...
Həmçinin Səbail Bələdiyyəsinin sədri Hacı Əliyevin, nəvəsi Nurel Kərim Badamdar bələdiyyəsi üzrə MSK-nın lider namizədlər siyasında yer alıb.

belediyye.info Bələdiyyə Hacı Əliyev: “Səbail bələdiyyəsi olaraq əsas vəzifəmiz vətəndaş məmnunluğunun təmin edilməsinə töhfəmizi verməkdir”

Məlumata görə Səbail icra hakimiyyətinin əməkdaşı olmuş Seymur Həsənovda Badamdar bələdiyyəsi dairəsi üzrə MSK-nın açıqladığı lider namizədlər siyasındadır.

Həmçinin Səbail bələdiyyəsinin sədri Hacı Əliyev öz qohumu Nəcəfova Pərvin Fərhad qızıda Səbail bələdiyyəsi dairəsindən seçilib.

Araşdırmalarımıza görə artıq sədr mövzusu bir müddət sonra müzakirəyə çıxarılacaq, və iddialara görə Səbail bələdiyyəsinin sədri Hacı Əliyev nəvəsi Nurel Kərimi sədr seçilməsi üçün artıq hərəkətə keçib.

Lakin Səbail icra başçısı Vüqar Zeynalov işçisi olmuş Seymur Həsənovda sədr postuna iddiladır.

Bu məsələ ilə bağlı adları keçən şəxlərdən münasibət öyrənmək mümkün olmadı.

Adları keçən şəxslərin münasibətini dərc etməyə hazırıq.
 
Ardını oxu...
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti Ağdaş rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə 07.11.2024-cü ildə başladığı açıq tenderə yekun vurub və “ŞƏMKİR TİKİNTİ-18” Açıq Səhmdar Cəmiyyətini qalib seçib. “Əsaslı Tikinti və Təchizat” MMC sözügedən ASC ilə 819.990,68 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır. Məlumat 28.01.2025-ci ildə dövlət satınalmalarının vahid internet portalına yerləşdirib.

Qeyd edək ki, “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən nəzərdə tutulmuş əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 1.324.339,96 manat müəyyən edilib.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş bu məlumatdan görsəndiyi kimi satınalan təşkilat olaraq “Əsaslı Tikinti və Təchizat” MMC müəyyən etdiyi ehtimal qiyməti ilə təchizatçı olaraq “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

Qeyd edək ki, “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda təchizatçıların satınalmadan kənarlaşdırılması müəyyən edilib. Sözügedən Qanunun 35.1.8. maddəsinə görə təchizatçının təqdim etdiyi təklifin qiyməti ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən aşağı olarsa, satınalma komissiyasının sorğusu əsasında təchizatçının təqdim etdiyi izahat və məlumatlar təhlil edildikdən sonra satınalma müqaviləsinin icrasına əsaslı şübhələr qaldıqda təchizatçı müsabiqədən kənarlaşdırılmaldır.

Amma göründüyü kimi “Əsaslı Tikinti və Təchizat” MMC açıq tender müsabiqəsində ehtimal olunan qiymətlə müqayisədə 20 faizdən dəfələrlə aşağı qiymət təqdim etmiş “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə satınalma müqaviləsi bağlamışdır ki, bu da “Dövlət Satınalmaları haqqında” Qanunun tələblərinin ciddi şəkildə pozulması deməkdir.

Qeyd edək ki, bu “Əsaslı Tikinti və Təchizat” MMC və “ŞƏMKİR TİKİNTİ-18” ASC arasında bağlanan ilk satınalma müqaviləsi deyil.

“Əsaslı Tikinti və Təchizat” MMC İsmayıllı şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əsaslı təmiri işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 320.093,91 manat məbləğində satınalma müqaviləsini 07.11.2024-cü ildə bağlayıb.

Bu açıq tenderdə də “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən nəzərdə tutulmuş əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 505.739,15 manat müəyyən edilib və göründüyü kimi “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

“Əsaslı Tikinti və Təchizat” MMC Goranboy şəhər Heydər Əliyev Mərkəzinin əsaslı təmir işlərinin satın alınması üzrə “ŞƏMKİR TİKİNTİ-18″ASC ilə 587.991,22 manat məbləğində satınalma müqaviləsini 03.10.2024-cü ildə bağlayıb.

Bu açıq tenderdə də “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən nəzərdə tutulmuş əsaslı təmir işlərinin satın alınması üzrə keçirilmiş açıq tenderin ehtimal olunan qiyməti 943.080,80 manat müəyyən edilib və göründüyü kimi “ŞƏMKİR TİKİNTİ-18” ASC -nin təklif edərək qalib seçildiyi qiymət arasında kəskin fərq var.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ŞƏMKİR TİKİNTİ-18” (VÖEN: 8500131791) Açıq Səhmdar Cəmiyyətinin 25.11.2004-cü il tarixdə 14 saylı Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 64458.00 manat olan MMC-nin hüquqi ünvanının, ŞƏMKİR RAYONU, DƏLLƏR ŞTQ, qanuni təmsilçisi kimi isə Abdullayev Vaqif Çingiz oğlu qeyd olunub.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Baş nazir Əli Əsədov müvafiq qərar ilə 17.10.2022-ci ildə yaradılıb. MMC nazirliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib. Qərarla Cəmiyyətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Nazirlik üzrə mərkəzləşdirilmiş qaydada mədəniyyət obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni mədəniyyət obyektlərinin tikintisi ilə bağlı daxilolmaların 1,0 faizi, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.

Çox maraqlıdır ki, Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərməsinə baxmayaraq qurumun rəsmi culture.gov.az saytında “Əsaslı Tikinti və Təchizat” MMC barəsində heç bir məlumat yoxdu. Sanki gizli bir qurum kimi fəaliyyət göstərir. İnternet axtarış sistemləri üzərindən apardığımız araşdırmalar belə nəticə vermədi.

Yalnız Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlardan öyrənə bildik ki, “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru Vəliyev Rafiq Mustafa oğludur. O, həm də ölkəmizdə fəaliyyət göstərən yaradıcı şirkətlər, təşkilatlar, assosiasiya və birliklər, yaradıcı fərdləri birləşdirən və müasir iqtisadiyyatın əsas aparıcı sahələrindən biri olan yaradıcı biznes və sənayelərin inkişafı məqsədilə 2021-ci ildə təsis edilmiş Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının üzvüdür. Lakin “Əsaslı Tikinti və Təchizat” MMC-nin direktoru kimi deyil “FİL AGENCY” MMC-nin direktoru olaraq 2024-cü ilin oktyabrına kimi.

Qeyd edək ki, “FİL AGENCY” MMC Cəbrayılova Aysel Nazim qızı tərəfindən təsis edilib. Uzun müddət aparıcı bankların İctimaiyyətlə Əlaqələr və Rəqəmsal Marketinq bölmələrində rəhbər vəzifəsində çalışmışdır. MMC-nin əsas fəaliyyəti marketinq və reklam sahəsidir.

Göründüyü kimi “Əsaslı Tikinti və Təchizat” MMC son dörd ayda “ŞƏMKİR TİKİNTİ-18” ASC ilə ümumi dəyəri 1728074 manat olan üç satınalma müqaviləsi bağlayıb. “Əsaslı Tikinti və Təchizat” MMC hər üç tenderdə də qalib şirkətə ehtimal olunan qiymətdən qanunda müəyyən edildiyi 20 faizdən çox, 35-40 faiz güzəştə gedib. Bu da “Əsaslı Tikinti və Təchizat” MMC-nin Satınalma Komissiyası tərəfindən keçirilmiş açıq tender prosedurlarında ciddi qanun pozuntularına yol verildiyinə, “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə, açıq tenderlərin keçirilməsində saxtakarlıq hallarına yol verilməsinə şübhələr yaradır. Bunlar həm də bir dövlət satınalmasından daha çox əvvəlcədən sövdələşməyə, işbirliyinə oxşayır.

Son illər Mədəniyyət Nazirliyindəki talanan dövlət vəsaitləri hamıya məlumdu. Bunlardan sonra sözügedən qurumda eyni halların təkrar olunması təəccüb döğurmaya bilmir. Maraqlıdır, görəsən bu kimi hallardan 14 aprel 2023-cü ildə Mədəniyyət Nazirliyinin rəhbərliyinə gətirilmiş Adil Kərimlinin xəbəri varmı?

Aktualinfo.org
 
 

 


Ardını oxu...
Sosial şəbəkələrə hüquq-muhafizə orqanlarının nəzarəti son vaxtlar "Tik-Tok" platformasında bəzi əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür və görülməkdə də davam edir.

Amma, çox təəssüflər olsun ki, bundan nəticə çıxarmayan bəzi dırnağ arası şəxslərlə yanaşı paytaxt Bakının tam mərkəzində fəaliyyət göstərən xanım geyimləri mağazaları da var.

Onlar gəlir əldə etmək üçün geyimlərinin reklamı ilə bağlı hər vasitəyə əl atırlar. Hətta xanımlar üçün alt geyimlərini millyonlarla izləyicisi olan "Tik-Tok", "İnstagram", "Facebook" kimi platformalarda 18+ dan aşağı səviyyədə nümayiş etdirirlər.

Bunlar gənc sosial şəbəkə izləyicilərinin tərbiyəsinə və gələcək əxlaq tərzinin pozulmasına gətirib çıxarır.

"Azərbaycan Reallığı"-nın əldə etdiyi məlumata görə, bu geyim mağazalarından biri də Bakının Nəriman Nərimanov ərazisində fəaliyyət göstərən "BOOM COLLECTION" qadın geyimləri mağazasıdır.

Aldığımız məlumata görə mağazanın sahibi Sevil adlı şəxsdir. Mağaza bəzi baxımlı və öz üzərlərində dəfələrlə estetik əməliyyatı etdirib diqqəti cəlb edən xanımlardan reklam üçün istifadə edir.

Xanımlardan biri də tiktoker Tünzalə adlı şəxsdir. O, "TikTok" və digər platformalarda "Ömrü Sultani" kimi tanınır.

Bu şəxs barəsində isə hüquq-muhafizə orqanlarında dəfələrlə tənbehedici tədbirlər görülsə də amma nədənsə nəticə çıxarmayaraq tutduğu yolu özünə peşə borcu seçib.

Sözügedən mağaza üçün onun etdiyi reklan xarakterli video və fotolara diqqət yetirsək sözün əsl mənasında biabırçılıqdan da o tərəfə rüsvayçılıqdır. Bu gənc nəsillərin gələcək tərbiyə əxlaq mənəviyyatının pozulmasına bir başa zərbədir.

Xanım mağazanı reklam üçün rəngbərəng alt geyimlərini geyinərək bütün tatu ilə bəzədilmiş, estetika əməliyyatı ilə yığılmış bütün bədənini millyonlarla izləyicisi olan sosial şəbəkə izləyicilərinə nümayiş etdirir.

Bilinmir adamlar geyimlərin reklamın edir yoxsa öz bədənlərini. Əxlaqdan və mənəviyyatdan kənar olan reklam xarakterli bir neçə fotoları sizlərə təqdim edirik. Ümudvarıq ki, aidiyyəti üzrə qurumlar bu məsələnin həllini aradan qaldırmaq üçün hər hansı tədbirlər görəcəklər
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
Abşeron rayonu, Məmmədli qəsəbəsi, Mənsur Şirinov küçəsində yaşayan sakinlərin illərdir istifadə etdikləri yol bağlanıb. Hazırda onlar məcburiyyətdən mərkəzə getmək üçün uzun yol qət etməli olurlar.
Onlar iddia edirlər ki, hər gün yüzlərlə adamın gəlib-getdiyi yol 10 gündən çoxdur, bağlanıb. Buna səbəb isə həmin ərazinin yerli bələdiyyə tərəfindən satılmasıdır. İndi sözügedən yola qum tökülüb, ətrafı isə çəpərlənir. Yolun bağlanması ərazidə yaşayan yüzlərlə sakinin işini çətinləşdirib. İndi onlar məktəbə, marketə, işə, idarəyə getmək üçün xeyli yol qət edirlər.

Məsələ ilə bağlı Məmmədli kənd bələdiyyəsindən bildirildi ki, sakinlərin şikayətinin heç bir əsası yoxdur və orada yolun bağlanmasından söhbət gedə bilməz.

“Həmin ərazi fərdi şəxsə məxsusdur və əlində xüsusi mülkiyyəti var. Həmin şəxs 5 il müddətində kənddə yaşamayıb. İndi qayıdıb və öz ərazisinə sahib çıxıb. Yəni ərazidə qanunsuz heç bir iş aparılmayıb. Bağlandığı iddia edilən ərazi isə ümumiyyətlə yol deyil, xüsusi mülkiyyətidir”,- deyə bələdiyyədən bildirildi. Alternativ yolun açılıb-açılmayacağı ilə bağlı suallarımız isə cavabsız qaldı.

Daha ətraflı videomaterialda.

 
 
 
Ardını oxu...
Balakən rayon sakini Alqayev Qurban Əli oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Deputat oğlundan şikayət edən Q.Alqayevin müraciətini olduğu kimi dərc edirik:

“Mən, Alqayev Qurban Əli oğlu, yazaraq bildirirəm ki, “Uğur İnşaat”ın rəhbəriyəm. Tikinti işləri ilə məşğulam.

11.10.2023-cü ildə mən və işçilərim borc-xərclə “Odlar Yurdu” Universitetinin rektoru Munir Vəliyevə ev tikmişik.

Biz müqaviləni tənzimlədik. Onlar müqaviləni bizdən aldılar. Dedilər ki, Munir Vəliyev sənədləri imzalayıb, sizə verər.

Bu proses 2-3 ay çəkdi. Lakin Munir Vəliyev müqaviləni bizə təqdim etmədi. İşin icraçısı bizə dedi ki, Munir müəllim Kanadadadır, gələn kimi müqaviləni sizə verəcəyik.

Biz onlardan beh aldıq. İşin icraçısı Tural bəy bizə dedi ki, siz narahat olmayın, işə başlayın.

Biz müqavilə olmadan işə başladıq. Hər 2 aydan bir bizə 5-10 min manat verirdilər. Bizi yubadırdılar.

Artıq 2-ci il olacaq ki, bu işin üstündə əziyyət çəkirik. Hər ay bir bəhanə tapırlar, gah deyirlər ki, şüşə əyridir. Əslində şüşədə heç bir problem yoxdur. Bəhanələr gətirib, pulu vermək istəmirlər.
Ardını oxu...
Ardını oxu...

Tikintini 89 min manata danışmışdıq. 55 min manatını hissə-hissə veriblər. Ödədikləri pulun içərisində mənə 16 min manatlıq şüşə dəyişdiriblər və Almaniyadan 8 min 200 manatlıq izolyasiya materialı gətizdirdilər.

Qalan pulları verməyiblər. Son dəfə 10 min manat verəndə bildirdilər ki, narahat olma, yenə də verəcəyik, sən işi bitir.

Qeyd edim ki, bu işə görə mənə 24 min 200 manat ziyan vurublar. Ziyanı belə, vermirlər. Onların mənə 58 min manat borcları var. İndi də deyirlər ki, hara şikayət edirsən et”.

Məsələ ilə bağlı işin icraçısı kimi təqdim olunan Tural adlı şəxslə əlaqə saxladıq. O, bizə “Alqayev Qurban Əli oğlu respublikaya borcludur. Bizim başımıza gələn oyunlar onların da başına gəlib. Hamısı bir-bir tapılır. Bizim obyektə borclu olduğu insanları gətirərək, yalandan “alacağım var” deyib qapı sındırılıb, şəxsi mülkiyyətə ziyan vurulub”.

 
Ardını oxu...
Balakən sakini Ülkər Quliyeva iddia edir ki, millət vəkili Sabir Hacıyevin köməkçisi onun adına xəbəri olmadan 18 800 manat kredit götürüb.

Məsələ ilə bağlı müraciət olunsa da, deputat Sabir Hacıyev və onun köməkçisi Əli Qafarov telefon zənglərini cavabsız qoyub.
Vətəndaşın adına kredit götürülməsi ilə bağlı “Kapital Bank”dan bildirilib ki, məsələ ilə bağlı vətəndaşa məlumat verilib və o, hüquq-mühafizə orqanlarına yönləndirilib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

 
Ardını oxu...
Hesablama Palatası bir sıra dövlət qurumlarında həyata keçirdiyi auditin nəticələrini açıqlayıb. Belə qurumlardan biri də Dövlət Ehtiyatları Agentliyidir. Audit bu qurumda çoxsaylı nöqsanları üzə çıxarıb. Palatanın açıqladığı məlumatdan aydın olur ki, agentliyin 2022-2023-cü illərdəki fəaliyyət dövrünü əhatə edən audit zamanı 210 milyon 902,1 min manat vəsait üzrə yoxlamalar aparılıb. Məlum olub ki, dövlәt büdcәsinin vәsaitlәrinә olan illik tәlәbatın düzgün müәyyәnlәşdirilmәmәsi şәraitindә 2022-ci ildә 45 milyon manat, 2023-cü ildә 127 milyon 516,3 min manat mәblәğindә vәsait müxtәlif şәrtlәrlә banklara depozitә yerlәşdirilib, depozitdәn qayıtmış vәsaitlәr çıxılmaqla depozitin qalığı 2023-cü ilin sonuna 44 milyon 516,3 min manata bәrabәr olub.

Müvafiq ehtiyatların yaradılması (alınması) üçün dövlәt büdcәsindәn ayrılmış vәsaitin dövlәt sifarişi (dövlәt adından yaradılan publik hüquqi şәxsә dövlәt büdcәsi hesabına mәqsәdli vәsaitlәrin ödәnilmәsi üzrә müqavilә) çәrçivәsindә rәsmilәşdirilmәmәsi әsaslı vәsait qoyuluşuna (eyni ilә nizamnamә fondunun (kapitalının) artırılmasına) aid edilmәyәn vә geri qaytarılması şәrtlәri müәyyәnlәşmәyәn hәmin vәsaitlәrin mövcud hüquqi aktlara әsasәn subsidiya kimi qiymәtlәndirilmәsinә әsaslar yaradıb ki, bu da publik hüquqi şәxslәrin gәlirlәrinә vergi azadolmalarının tәtbiqini tәnzimlәyәn vergi qanunvericiliyinin aidiyyәti müddәalarının tәsir dairәsi ilә әhatә olunmamaqla mәnfәәt vergisindәn yayınma riski yaradıb: “Eyni zamanda auditlә toplanmış bu vә digәr sübutlar publik hüquqi şәxs olan Agentlik tәrәfindәn әvәzsiz әsaslarla pul vәsaitlәri qismindә әldә edilmiş (büdcә vә qeyri-büdcә mәnbәlәrindәn) daxilolmaların gәlirlәrә aid edilmәmәsi üçün hәr-hansı hüquqi әsasların müәyyәnlәşdirilmәdiyi halda 2022-ci vә 2023-cü illәrin maliyyә (mühasibat) uçotu sәnәdlәrindә vә mәnfәәt vergisinin bәyannamәlәrindә müvafiq qaydada gәlirlәrә aid edilmәmәsini göstәrib. Bu, vergi qanunvericiliyinin aidiyyәti müddәalarının şәrtlәri daxilindә vergidәn yayınma risklәri ilә dә müşayiәt olunur”.

Bundan əlavə, saxlanılan әrzaqlıq buğdanın sonrakı dövrlәrdә qalıq hәcminin ölçülmәsi üçün innovativ üsulların mәnimsәnilmәsi vә tәtbiq olunması istiqamәtindә zәruri işlәrin aparılmaması istәr daxili nәzarәt qaydasında monitorinqlәrin, istәrsә dә cari auditin gedişatında sәyyar baxış tәdbirlәrinin hәyata keçirilmәsi zamanı siloların konstruksiyasının mürәkkәbliyi vә әrzaqlıq buğdanın çәkiyә tәsir edәn dәyişkәn xüsusiyyәtlәrinin mövcudluğu şәraitindә qalığın faktiki hәcminin müәyyәnlәşdirilmәsi üçün istifadә olunan meyarlarla (qeyri-tәrәzi çәkisi ölçü üsulları ilә) aşkarlanan әskikgәlmә vә ya artıqgәlmә hallarının, habelә dövri (illik) inventarizasiya prosedurlarının tәxmini olmasını vә nәticә etibarı ilә idarәetmәnin tam etibarlı göstәricilәrә söykәnmәmәsi kimi fәsadları sәciyyәlәndirib, maliyyә (mühasibat) uçotu üzrә ehtiyatların hesabatlılığında tәhrifetmә risklәrini şәrtlәndirib.

Agentlik müvafiq hüquqi aktla dövlәt büdcәsinin әsaslı vәsait qoyuluşu üçün nәzәrdә tutulmuş maliyyә resurslarından 2 әdәd lokomativin alınması üçün ayrılmış 1,0 milyon manat mәblәğindә vәsaitdən ümumilikdә 822,2 min manat xәrclәyәrәk 2 (iki) әdәd lokomotiv alıb. Qalan 177,8 min manat mәblәğindә tәyinatı bәlli vәsait auditin keçirildiyi müddәtin sonunadәk Agentliyin bank hesabında saxlanılaraq onun dövlәt büdcәsinә qaytarılması tәmin edilmәyib.

Agentliyin qeyri-büdcә mәnbәlәrindәn gәlirlәrinin tәrkib hissәsi kimi hüquqi hәrәkәtlәrin yerinә yetirilmәsindәn (o cümlәdәn, xidmәtlәrin göstәrilmәsindәn) әldә olunmuş pul vәsaitlәrinin mәblәği 2022-ci ildә 91,6 min manata, 2023-cü ildә 1 milyon 760,3 min manata, ümumilikdә 1 milyon 851,9 min manata bәrabәr olmaqla dövlәt sifarişi üzrә dövlәt büdcәsindәn maliyyәlәşәn gәlirlәrinә nisbәtinin 20,0 faizinədәk artması şәraitindә dövlәt büdcәsinin vәsaitlәrindәn asılılığın tәdricәn (müvafiq hәdlәrdә) azaldılmasına, o cümlәdәn әmәyin ödәnişi vә mükafatlandırılma xәrclәrinin qeyri-büdcә mәnbәlәrindәn yaranan hәmin sәrbәst vәsaitlәr hesabına maliyyәlәşdirilmәsinә önәm verilmәyib.

Aidiyyәti hüquqi aktın tәlәblәri pozularaq icarәdәn әldә edilmiş 164,6 min manat mәblәğindә vәsaitin 50 faizinin (yәni, 82,3 min manatının) dövlәt büdcәsinә köçürülmәsi, eyni zamanda kәnar hüquqi şәxslәrin istifadәsinә verilmiş sahәlәrә görә әmlak vergisinin vә torpaq vergisinin dövlәt büdcәsinә hesablanması vә ödәnilmәsi tәmin edilmәyib.

Müvafiq ehtiyatların yaradılması üçün әvәzsiz әsaslarla әldә edilmiş dövlәt vәsaitlәrinin müxtәlif şәrtlәrlә banklara depozitә yerlәşdirilmәsindәn әldә olunmuş ümumilikdә 1 milyon 550,7 min manat faiz gәlirlәrinin vergi qanunvericiliyinin aidiyyәti müddәalarının tәlәblәrinә әmәl edilmәyәrәk mәnfәәt vergisinin bәyannamәsindә müvafiq qaydada әks etdirilmәsi tәmin edilmәyərək dövlәt büdcәsinә hesablanmalı vә ödәnilmәli olan mәnfәәt vergisinin mәblәği bәyannamәlәrdә azaldılıb.

Maliyyә Nazirliyi ilә 2023-cü ilә aid dövlәt sifarişinin verilmәsi üçün dövlәt adından yaradılan publik hüquqi şәxslәrә dövlәt büdcәsi hesabına mәqsәdli vәsaitlәrin ödәnilmәsi üzrә bağlanmış müqavilәnin yerinә yetirilmәsi çәrçivәsindә әldә olunmuş 9 milyon manat mәblәğindә gәlirlәrin maliyyә (mühasibat) uçotu sәnәdlәrindә, mәnfәәt vergisinin vә әlavә dәyәr vergisinin bәyannamәlәrindә müvafiq qaydada әks etdirilmәsi tәmin edilmәyib ki, bu da maliyyә (mühasibat) uçotunun aparılması qaydalarını tәnzimlәyәn hüquqi aktların vә vergi qanunvericiliyinin aidiyyәti müddәalarının şәrtlәrinin pozulması demәkdir.

Qeyri-rezident hüquqi şәxslә әrzaqlıq buğdanın satınalınması predmeti üzrә 1200,0 min ABŞ dolları mәblәğindә bağlanmış satınalma müqavilәsinin yerinә yetirilmәsi çәrçivәsindә dәyәri ödәnilmәklә 2023-cü ilin noyabr vә dekabr aylarında gömrük bәyannamәlәrinә әsasәn Dövlәt Ehtiyatları Agentliyinin adına sәrbәst dövriyyә üçün buraxılış gömrük rejimi ilә gömrük rәsmilәşdirilmәsi aparılmış 4630,65 ton 3-cü sinif buğdadan 215,75 tonunun maliyyә (mühasibat) uçotunda әks etdirilmәsi 2023-cü ilin sonunadәk tәmin edilmәyib.

Aidiyyәti hüquqi aktların tәlәblәrinә әmәl edilmәyәrәk 2022-ci vә 2023-cü hesabat illәri üzrә maliyyә hesabatlarının müvafiq qaydada tәrtib edilmәklә aidiyyәti üzrә tәqdim edilmәsi auditin keçirildiyi dövrün sonunadәk tәmin olunmayıb, eyni zamanda, maliyyә hesabatları müvafiq qaydada tәrtib edilmәklә auditin keçirildiyi dövrün sonunadәk dәrc edilmәyib.

Palata pozuntuları aşkar etdikdən sonra Agentlik icarәdәn әldә etdiyi maliyyә vәsaitlәrinin hesabına 82 310,3 manat mәblәğindә vәsaitin dövlәt büdcәsinә köçürülmәsini, 274354,2 manat mәblәğindә mәnfәәt vergisinin dövlәt büdcәsinә hesablanması vә ödәnilmәsini təmin edib.

Hesablama Palatası auditlә müәyyәn olunmuş nöqsan vә çatışmazlıqların aradan qaldırılması ilә bağlı tәdbirlәrin hәyata keçirilmәsi vә qanunvericiliklә müәyyәn edilmiş qaydada Maliyyә Nazirliyinә, Әmlak Mәsәlәlәri Dövlәt Xidmәtinә vә Dövlәt Vergi Xidmәtinә müvafiq mәktublar göndәrib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyinin əsasında 2021-ci ilin oktyabrında “Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi” publik hüquqi şəxs yaradılıb. Dövlət Taxıl Fondu Agentliyin sərəncamına verilib. Agentlik dövlət və səfərbərlik ehtiyatlarının yaradılması sahəsində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində iştirak edən, bu sahədə tənzimləməni və nəzarəti həyata keçirən, habelə ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq istiqamətində tədbirlər görən publik hüquqi şəxsdir. Agentliyin fəaliyyətinə sədr və onun 2 müavinindən ibarət İdarə Heyəti nəzarət edir.

Qeyd edək ki, Hesablama Palatası büdcə vəsaitlərinin dövlət qurumları tərəfindən fərqli istiqamətlərdə yatırım kimi istifadə olunaraq faiz gəlirləri əldə edildiyinə dair bir neçə dəfə açıqlama ilə çıxış edib. Palatanın müxtəlif illərdə dövlət büdcə vəsaitlərinin icrasına dair hesabatlarında qeyd edilir ki, ilin son aylarında, xüsusilə dekabr ayında icra olunan büdcə xərcləmələri üzrə ayrılan vəsaitləri müxtəlif dövlət qurumları Maliyyə Nazirliyinin qısamüddətli notlarına yerləşdirməklə gəlir əldə edirlər.

Bir dövlət qurumunun ona konkret təyinat üzrə ayrılmış büdcə vəsaitini təyinatından yayındırmaqla depozit kimi banka yerləşdirməsi, yaxud qısamüddətli notlara yatırması və bundan əldə etdiyi gəliri vergidən yayındırması nələrdən xəbər verir? İqtisadçı-ekspert Rəşad Həsənovun fikrincə, belə vəziyyət birmənalı şəkildə ölkədə büdcə planlanmasının səmərəsiz həyata keçirilməsi nəticəsində yaranır: “Görünən bundan ibarətdir ki, büdcə planlanması zamanı çoxsaylı təhriflərə yol verilir, proqnozlaşdırma işləri çox zəifdir. Bu istiqamətdə kontrnəzarət zəifliyi də müəyyən qədər müşahidə olunur. Çünki biz həm gəlirlər, həm də xərclərlə bağlı proqnozlaşdırmada yanlıqların olduğunu görürük. Müvafiq qurumlar – fiskal təşkilatlar gəlir və xərcləri planlaşdıran zaman proqnozlaşdırmada çox ciddi yanlışlıqlara, təhriflərə yol verirlər. Burada həm bacarıqların çatışmazlığı, qeyri-peşəkarlıq, həm də ictimai vəsaitlərdən istifadə sahəsində müəyyən subyektiv maraqlar rol oynayır. Məsələ ondan ibarətdir ki, Dövlət Ehtiyatları Agentliyi öz real xərclərinin üzərində bir proqnozlaşdırma apararaq özü üçün büdcə vəsaitləri sifariş edir. Sonra bu vəsaitləri depozitə yerləşdirməklə özü üçün əlavə gəlir əldə edir. Düşünürlər ki, bu, peşəkarlıq əlamətidir, dövlət qurumunun əlavə gəlir əldə etmək imkanlarını göstərir. Lakin reallıqda müxtəlif dövlət qurumları üzrə kənara yayındırılan büdcə vəsaitləri birlikdə böyük bir məbləğin daha çox tələb duyulan sahələrdən kənara çıxarılmasına səbəb olur. İkinci tərəfdən, o vəsaitlərin maliyyə sektoruna axması dolayısı ilə depozit faizlərinin, son nəticədə isə kredit faizlərinin yüksəlməsinə gətirib çıxarır. Bu, eyni zamanda daxili borclanma ilə büdcə kəsirini bağlamağa çalışan Maliyyə Nazirliyinin faiz xərclərini artırır və dövlətin yükünü çoxaldır”.

Ekspert bildirir ki, bu kimi halların qarşısının alınması üçün büdcə proqnozlaşdırılması sahəsində peşəkarlığın artırılması, nəzarətin gücləndirilməsi son dərəcə vacibdir.

Onu da bildirək ki, Hesablama Palatasının nöqsanlar aşkarladığı bir qurumun – Bakı Metropoliteninin rəhbərini Prezident İlham Əliyev artıq vəzifəsindən azad edib...

Musavat.com
 

Dünyapress TV

Xəbər lenti