Ardını oxu...
Polietilen paketlər pulla satılanda ziyansız olur?
Hökumət məmurların cibini qoruyur, yoxsa...
Sellofan paketlərin, plastik qabların insana, təbiətə ziyanından bütün
dünya ekoloqları “SOS”-həyacan təbili çalır. Azərbaycanda da “təbil çalma”
dövlət səviyyəsində nəticəsini verib. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin, İqtisadiyyat Nazirliyinin (yanındakı Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidmətinin) ... hökumətə təklifi əsasında ətraf
mühiti və əhalini qorumaq ( yəqin redaktor bu sözü dırnaq içərisinə salar-
M.B.) adına Nazirlər Kabineti marketlərdə polietilen torbaların ayrıca
məhsul növü kimi PULLA satılmasına 02.02.2021-ci il tarixli, 25 nömrəli
qərar verib. Qərarın icrasına ortalıq iki ildən sonra başlanılsa da, artıq
bütün ölkə boyu marketlərin kassalarında müştərinin-istehlakçının fikri
soruşulmadan 3-5 qəpiklik qablaşdırma paketi məhsula əlavə olunur.
Halbuki, vurğuladığımız kimi, bu paketləri ayrıca məhsul növü kimi müştəri
özü seçə, pulla ala bilər, market onun yerinə qərar verə bilməz.
İnsanları düşündürən başqa “dərddir”. Bəyəm indiyədək pulsuz verilən
polietilen paketlər pulla satılanda təbiətə, insanlara ziyan dəymir? Bu ziyan
marketlərin torba satışından qazandığı milyonlarla kompensasiya olunur?
Axı bu torbalardan ziyan çəkən elə insanların özü, ətraf mühitdir!
Kompensasiya ziyan çəkən əhaliyə ödənməlidir, yoxsa ziyan vuran
marketlərə? Doğrudan ilginc qərardır, əhalinin , təbiətin qorunması adına
zibili pulla satmaq!(?) Bəyəm zəhər pulla satılanda təhlükəsiz olur?
COP29-BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının
Tərəflər Konfransının Bakıda keçirilməsinə iki aydan bir az çox
qalır. Bu Konfransın başlıca amalı ətraf mühitin qorunması, iqlim dəyişikliyi
böhranının aradan qaldırılmasına birgə çaba , maliyyə dəstəyi və s.
göstərməkdir. (COP- Conference of the Parties, Tərəflər Konfransı
anlamındadır) . Azərbaycan TƏRƏFdən sənədi Ekologiya və Təbii
Sərvətlər Nazir(liy)i imzalayıb. Polietilen paketlərin marketlərdə pullu
satılmasına məktub verən də bu nazirlikdir. İndi soruşmaq gərəkir,
polietilen paketlərin pulunu ödəyib təbiətə atılması ilə iqlim dəyişikliyi
böhranının qabağı alına bilər?
Fikrimizcə, ziyanlı paketlərin pulla satılmasındansa, daha ziyansız kağız,
parça paketlərlə əvəz olunması düz olardı. Paketlərin pulla satışı insanlara
daha çox ziyan vurur. Nədən bu paketlərə pul verməməkdən yana təkrar
istifadəsi daha böyük təhlükədir. Eyni zamanda məhsulun özü axı xırda
pulsuz paketdə qablaşdırılır. Heç olmasa, bu xırda paketləri kağız qablarla
əvəz etmək olmaz? Yoxsa bunu da 1-2 qəpiyə satmaqla “təhlükədən
yayınmaq” qüvvəyə minəcək? Bu hökumətdən nə desən gözləmək olar.
Necə deyərlər, sən fikirləşməyində ol, gör hökumət nə fikirləşir.
Məğrur Bədəlsoy
TEREF
 
Ardını oxu...
İllər əvvəl Bakı metrolarındakı ticarət obyektlərinin sökülməsi ümid yaratmışdı ki, ölkə metrolarının görünüşündə xüsusi özünəməxsusluq yaradılacaq. Lakin 2014-cü ildə görülən işlər tamamlanmadığı üçün paytaxtın görünüşündəki yarımçıqlıq da özünü qabarıq şəkildə gösstərməkdədir.

Avtosfer.az xəbər verir ki, uzun müddətdir, Bakının binaları, park və yaşıllıq əraziləri ilə bağlı müsbətə doğru işlər görülür. Hələ COP29 beynəlxalq tədbirinin Azərbaycanda keçirilib-keçirilməyəcəyi belə bəlli deyilkən, açılışında Prezident İlham Əliyevin də iştirak etdiyi və əhalinin istifadəsinə verilən parklar ölkə rəhbərliyinin bu məsələyə nə qədər diqqətli yanaşmasının göstəricisidir.

Dövlət paytaxtda və regionlarda abadlığa hər il milyonlarla manat vəsait ayırdığı halda, uzun illərdir, həllini tapmayan məsələlərlə rastlaşdıqda, görülən işlərə hansı ölçüdə kölgə salındığının təsəvvürünü yaratmaq olur.

Yerin üstündəki abadlıq işləri, qanunsuzluqlarla mübarizə, nəqliyyat, yol infrastrukturu və ümumlikdə şəhərsalmaya ayrılan diqqət yerin altına heç də ayrılmır. Uzun illərdir, müzakirə mövzusuna çevrilən ərazilərdən biri də Bakının şimal girişi hesab edilən Yasamal rayonu ərazisində yerləşən “20 Yanvar” metrosunun dəhlizləridir. Bu dəhlizlərdə fəaliyyət göstərən obyektlər paytaxt üçün həm ekoloji, həm də sabitlik baxımdan ciddi təhlükə mənbəyidir. Bu obyektlərə satış üçün yeni məhsullar gəldikdə, malın üzərindəki paket və qutuları zibil olaraq metronun dəhlizinə atırlar, divarda “siqareüt çəkmək qadağandır” işarəsi və yazısı olmasına baxmayaraq, obyekt sahibləri sanki “kurilka”da imişlər kimi, siqaretin hər qullamından xüsusi zövq alırlar. Dəhlizlərdə foto və video çəkilişi qadağan edildiyi halda, bu şəxslər gün boyu “TikTok”da canlı yayımdadırlar. Hələ bu azmış kimi, obyektlərinin metronun dəhlizində olduğunu unudan həmin satıcılar, insanların hərəkət etdiyi hissələrdə bəzən ayaqüstü, bəzən də oturaq vəziyyətdə rahat söhbətlər edir, zarafatlaşır, günəbaxan tumunun qabığını dəhlizin divarları boyu su axması üçün nəzərdə tutulan hissəyə atır və s. Sanki Azərbaycanın Lahorudur “20 Yanvar” metrosunun dəhlizləri.

Bəli, indiyə qədər hər kəs bu mövzuya metroda təmizlik, səliqə, satıcıların özünü aparması, dəhlizlərin genişliyi və əhalinin rahat hərəkəti baxımdan yanaşıb. Lakin hamının gözündən yayınan dövlət əhəmiyyətli ən vacib məsələ - bu ticarət obyektlərinin əhalinin həyat təhlükəsinə ciddi mane olmasıdır. Əldə etdiyimiz məlumatlara əsasən, 20 Yanvar metrosunun dəhlizlərindəki ticarət obyektlər özəlləşdirilib, hətta onların fəaliyyətini rəsmiləşdirən “rəsmi çıxarış”ları belə var. Yəni metronun divarları həmin obyektlərin sahiblərinə satılıb. Bu satışdan kim xeyir götürürsə, götürsün, əhalinin, eləcə də , dövlətin zərər çəkəcəyi dəqiqdir. Bilməyənlər üçün qeyd edək ki, metrolar və onların bu cür dəhlizləri mühribə və fövqəladə hal zamanı əhali üçün bunker, yəni sığınacaq funksiyası daşıyır.

Yaranmış vəziyyətlə əlaqədar, ilkin olaraq Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumun mətbuat katibi Mətin Hüseynov Avtosfer.az-a açıqlamasında bildirib ki, problem birbaşa Yasamal Rayon İcra Hakimiyyətinə aiddir və həmin obeyktlərin fəaliyyətinə yalnız yerli icra orqanı nəzarət edir.

Mövzu ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin münasibətini öyrənməyə çalışsaq da, nümayəndə sorğumuza cavabında bildirdi ki, metro ərazisində hər hansı fəaliyyətə icazənin verilib-verilməməsi məsələsi yalnız “Bakı Metropoliteni”nə bağlıdır. Yasamal Rayon İcra Hakimiyyəti yalnız ərazidəki təmizlik və digər nəzarətləri yerinə yetirir.
Məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibi Bəxtiyar Məmmədov saytımıza açıqlamasında bildirib ki, qeyd edilən məsələ ilə bağlı metropolitenin heç bir əlaqəsi yoxdur və qurum stansiyaların giriş və çıxışlarında, eləcə də, dəhlizlərdə hər hansısa fəaliyyətə icazə və çıxarış vermək səlahiyyəti yoxdur.
Əmlak Məsələləri üzrə Dövlət Xidmətindən isə obyektlərin çıxarışları ilə bağlı gün ərzində hansısa cavab ala bilmədik (əgər sorğumuza bu məsələ ilə əlaqədar cavab verilərsə, yazıya əlavə edəcəyik).

Bu problemin həlli istiqamətində iş görülməsinə gəlincə, sanki qurumlar ümumiyyətlə məsələyə yaxın da durmaq istəmir. Metronun dəhlizlərində fəaliyyətinə icazə verilən obyektlərin əsas sahibnin Kəmaləddin Heydərov olması da uzun illərdir, iddia edilən nüansdır. Bəlkə də, “çörəkverən kişi”nin obyektlərinin fəaliyyətinə müdaxilə etməyə çəkindikləri üçün hər qurum məsələni digərinin üstünə atmağa çalışır.

Təbii ki, məsələdə cibi pulla doldurub, əhalinin həyatına qarşı etinasız yanaşama əsas düşündürücü məqamdır. Dövlət qurumlarının mövzudan ya həqiqətən bixəbər olması, ya da özlərini bixəbər aparması onların əhalinin sığınacaqlarının satılması mövzusunda yaxalarını kənara çəkmələrinə mane olacaq.
Bu məsələni yenidən aktuallaşdırmaqdakı məqsədimiz, hansısa obyekt sahiblərini gəlirsiz, “qul bazarı”nda fəhlə növbəsi gözləməyə sürükləmək deyil. Ərazidə sahibkarlıq fəaliyyəti göstərmək üçün “Park 20Yanvar” adlı ticarət mərkəzi də açıldı. Bununla yanaşı Müzəffər Həsənov küçəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin binası ilə üzbəüz hissədə də xaotik tikilən iaşə obyektlərinin yerində hündürmərtəbəli və həmçinin yeraltı parkinqi olan iri ticarət mərkəzi də inşa etmək olar.
Bununla da həm Bakının şimal girişində yaranan xaosun qarşısınıə almaq mümkün olacaq, həm də COP29 ərəfəsində paytaxtı böyük yükdən qurtarmaq və şəhərin Baş planını həyata keçirmək asanlaşacaq.

 
 
 
Ardını oxu...
Naxçıvanda icbari tibbi sığorta ilə çalışan tibb işçiləri üçün nəzərdə tutulan əlavə bonus maaşlar kəsilib. Həkimlərə tapşırılıb ki, onlardan kəsilən pulu sığortalı xəstələrin özlərindən alsınlar. Həkimlərin “Gündəlik Naxçıvan”a verdikləri məlumata görə, bu göstəriş yerli Səhyiyə Narizlyindən gəlib.
Həkimlər bildirirlər ki, növündən asılı olaraq, bir cərrahiyyə əməliyyatı üçün onların bonus payı 300-1500 manat arası dəyişir. Yeni qaydaya görə, həmin məbləği sığortalı xəstə öz cibindən ödəməli olacaq.
Naxçıvan Mərkəzi Xəstəxanasının adının çəkilməsini istəməyən həkimi deyir ki, bu qərardan sonra başqa bölgəyə köçüb, orada işləmək qərarına gəlib:
“İki həftə öncə nazir Samiq Sadıxov yığıncaq keçirib dedi ki, bundan sonra sığorta pulları kəsilir, bacarırsınız, xəstələrin özündən alın. Onsuz da nazirlik bizə çox haqsızlıqlar edirdi, birtəhər dözürdük. İndi biz xəstələrə necə deyək ki, gətirin bizə əlavə pul verin? Deməsək də, 500-600 manat maaşla necə dolanaq. Şəxsən mənim üzüm gəlməz xəstəyə bu sözü deyim. Bizdən kəsilən bonuslar təbii ki, nazir və onun ətrafının cibinə gedəcək. Bu, 100 minlərlə manat deməkdir. Yuxarıların icazəsi olmadan, nazir də özbaşına bu qərarı verməz. Hamısının haqqı çatdırılır deyə, göz yumurlar”.
Yeni qərardan yerli sakinlər də narazıdır. Naxçıvan şəhər sakini N. Quliyev bildirir ki, tibbi sığortası olmasına baxmayaraq, əməliyyat üçün onun atasından 500 manat əlavə pul alınıb:
“Atam təcili əməliyyat olunmalı idi. Mərkəzi xəstəxanaya apardıq, sığortanı alıb, əlavə də 500 manat istədilər. Etiraz etsəm də, xeyiri olmadı. Həkim dedi ki, artıq sığortadan onlara pul verilmir və tapşırılıb ki, bu pulu xəstələrin özündən alsınlar. Əməliyyat təcili olunmalıydı deyə, borc tapıb, həkimlər deyən pulu ödədim. Daha sonra nazirliyə şikayət etdim, dedilər ki, gedin, məsələni həkimlə öz aranızda həll edin. Bunun harası sığorta oldu?”
Bundan öncə isə Naxçıvandakı dövlət xəstəxanalarında çalışan tibb işçiləri bildirirdilər ki, onların maaşlarından 80-200 manat kəsilib. Onlar iddia edirdilər ki, maaşlarının kəsməkdə məqsəd nazirlikdə aşkarlanan yeyintinin yerini doldurmaq olub.
 
Ardını oxu...
1 sentyabrda keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərlə bağlı təşviqat kampaniyası başa çatmaq üzrədir.

Seçkiyə bir neçə gün qalmış bir çox namizədlər dairələrində təşviqat kampaniyasını sürətləndiriblər.

AzFakt.com xəbər verir ki, belə dairələrdən biri də 10 saylı Binəqədi üçüncü dairəsidir. Bu dairədə deputatlığa 11 namizəd var.

Hazırda 10 saylı Binəqədi üçüncü dairəsində əsas fovarit YAP-ın namizədi Hümbət Hüseynovla, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev sayılır. Hər iki namizədin Qərbi Azərbaycan kökənli olması mübarizəni daha da dərinləşdirir.

AzFakt.com-un əldə etdiyi məlumata görə hazırda YAP-ın namizədi, M.Rəsulzadə qəsəbəsinin Bələdiyyə sədri Hümbət Hüseynov maliyyə gücünün hesabına rəqibini sıxışdırmağa başlayıb. Bildirilir ki, Hümbət Hüseynov onun təşviqat kampaniyasına dəstək verən şəxslərə ciddi şəkildə maliyyə yardımı edir. Hətta dairədən deputatlığa namizəd olan bəzi şəxslər belə açıq-aşkar Hümbət Hüseynovun deputat seçiləcəyi təbliğatını aparırlar.

Qeyd edək ki, 10 saylı Binəqədi üçüncü dairəsindən digər namizədlər Razim Əmiraslanlı (Müsavat partiyası), Məhəmməd Əsədullazadə (Milli Cəbhə Partiyası), Əhmədağa Eyyubov (ETSN-nin işçsi), Zaur Hüseynov - Binəqədi Qəsəbə Bələdiyyəsi sahə nəzarətçisi, Kubra Huseynova (İşsiz), İsayev Elnur (İşsiz), Leyla Mədətovadır (Biləcəri bələdiyyəsinin üzvü).
 
Ardını oxu...
Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva avqustun 26-da Bibiheybət ziyarətgah kompleksini ziyarət ediblər.

"Report" xəbər verir ki, VII əsrin yadigarı olan Bibiheybətdə Peyğəmbər nəslinin dörd nümayəndəsi uyuyur.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri 2008-ci ildə Bibiheybət ziyarətgah kompleksinin əsaslı yenidənqurmadan sonra açılışında iştirak ediblər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 

Qaçaqmalçılıq cinayətinin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri barədə Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

İstintaqla Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Pərvin Dursunəliyev, həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mənsur Mehdiyev tanışları Əli İbrahimovla qabaqcadan əlbir olaraq sonuncu tərəfindən 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə nail olmalarına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müvafiq maddi sübutlar aşkar edilərək götürülüb.

Toplanmış ilkin sübutlar əsasında Əli İbrahimov, Pərvin Dursunəliyev və Mənsur Mehdiyev Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri ilə (qaçaqmalçılıq- qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Ardını oxu...
"Hüseynoglu Residence" Mənzil Tikinti Kooperativi (MTK) barəsində inzibati qaydada protokol tərtib olunub.

"Unikal"ın əldə etdiyi məlumata görə, cərimə İnzibati Xətalar Məcəlləsinin 253-1.4-cü (Şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə) maddəsinə əsasən yazılıb.

Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Elçin Ağayevin sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, sözügedən inzibati xətanın törədilməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
Ardını oxu...
84 saylı seçki dairəsindən namizəd olan Milli Məclisinin VI çağırış deputatı olmuş Vüqar Bayramovun Füzuli rayonunda Qayıdış qəsəbəsində keçirdiyi görüşdə narazılıq yaranıb.

Bu barədə Reportyor.info-ya Füzuli rayonunun Aşağı Veysəlli kənd sakini, Qarabağ veteranı Etibar Teymurov bildirib.
Onun sözlərinə görə, Vüqar Bayramovun seçicilərlə görüşünə əsasən büdcə təşkilatlarının nümayəndələri qatılıb. "Lakin görüşə könüllü gələnlər də var idi. Onlardan biri də mən idim. Mən orada Vüqar Bayramovun fəaliyyəti ilə bağlı müəyyən narazılıqlarımı dilə gətirdim. Bundan sonra görüş yarımçıq saxlanıldı", – deyə Etibar Teymurov vurğulayıb.

O, daha sonra iddia edib ki, Vüqar Bayramov görüşü yarımçıq saxlayaraq 11 saylı Məntəqə seçki komissiyasının sədri, məktəb direktoru Gülnaz Kərimovanın evinə gedib. Vüqar Bayramova orada qonaqlıq verilib. Bu, fakt ən azı 11 saylı məntəqədə nəticələri şübhə altına almaq üçün yetərli sayıla bilər. Axı namizəd niyə komissiya sədrinin evinə qonaq geməlidir?"
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Agentliyin “1 saylı Bakı DOST Mərkəzi” üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi Fərid Rüfət oğlu Fərhadzadə olub.
DOST Agentliyi Fərid Fərhadzadədən Bakı şəhəri, Yasamal rayonu, İsmayıl Qutqaşınlı küçəsi 86 ünvanında yerləşən ümumi sahəsi 3 693 kv. metr olan qeyri-yaşayış sahəsini icarəyə götürəcək və qarşılığında 4 milyon 874 min 760 manat ödəniləcək.
Məlumat üçün bildirək ki, hazırda “1 saylı Bakı DOST Mərkəzi” qeyd olunan ünvanda fəaliyyət göstərir. DOST Agentliyi ilk dəfə 5 il əvvəl Fərid Fərhadzadə ilə icarə müqaviləsi bağlayıb.
Qeyd edək ki, 5 il əvvəl mətbuatda yayılan məlumatlarda Fərid Fərhadzadə “Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevə yaxın şəxs kimi təqdim olunub.
Məlumat üçün bildirək ki, Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə tanınmış iş adamlarından biridir. “FF Şirkətlər Qrupu”nun Fərid Fərhadzadəyə məxsus olduğu bildirilir. Bildirilir ki, “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. Bu qrupa daxil olan “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir.
Fərid Fərhadzadə eyni zamanda Baba Rzayevin qardaşı Rahib Rzayevin rəhbərlik etdiyi “Göknur Bakı Ltd” MMC-də baş icraçı direktor olub.
Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.
 

Ardını oxu...
«GOLD RESİDENCE» MMC Bakı şəhər sakinlərini problemlə üzləşdirib. Bunu Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi, ev 28-də yaşayan sakinlər bildirirlər.

Sakinlər “Reytinq” qəzeti vasitəsi ilə aidiyyatı dövlət orqanlarına müraciətlərində yazırlar ki, «GOLD RESİDENCE» MMC Aşıq Molla Cümə küçəsi, 28 ünvanında yerləşən 9 mərtəbəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsini - «Gloriya» gül dükanınadək əsassız və qanunsuz olaraq hasarlayıb. Bu isə bina sakinlərinin və ərazidə yaşayan digər vətəndaşların gediş-gəlişini çətinləşdirir, xüsusən də yaşlı insanlara və uşaqlara ciddi problemlər yaradır.

Sakinlər bildirir ki, son vaxtlar bəzi işbazların yaratdığı süni maneələrə görə gediş-gəlişləri çətinləşib: “Təxminən 20 gündür ki, Fətəli Xan Xoyski prospektinə çıxışımız «GOLD RESİDENCE» MMC tərəfindən qanunsuz olaraq bağlanıb. «GOLD RESİDENCE» MMC tərəfindən istismar vaxtı keçmiş yataqxana binalarının söküntüsü həyata keçirilir. Həmin şirkət yataqxanalar yerləşən əraziləri hasara alaraq söküntü işlərinə başlasa da, hasarı Fətəli Xan Xoyski prospekti, 128 ünvanında yerləşən yataqxanadan əlavə Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsinə də şamil edib. Yəni oradakı yaşıllıq qarışıq «Gloriya» gül dükanınadək qanunsuz hasarlama işləri aparıb. Bununla həmin MMC bina sakinlərinin Fətəli Xan Xoyski prospektinə çıxışını qanunsuz olaraq bağlayıb”.

Sakinlərin sözlərinə görə, «GOLD RESİDENCE» MMC-nin Elnur adlı işçisi şikayətlərinə cavabında bildirib ki, guya ölkədə keçiriləcək COP29 tədbiri ilə bağlı söküntü ərazisinə aid olmayan Aşıq Molla Cümə küçəsi, 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsini də bağlayıblar. Lakin o, izah edə bilməyib ki, nəyə görə Fətəli Xan Xoyski prospekti, 128 ünvanda yerləşən söküləcək yataqxananın sol tərəfi, yani orada fəaliyyət göstərən otelin qarşısı hasarlanmayıb, amma yataqxananın sağ tərəfində yerləşən 9 mərtəbəli binanın qarşısı hasara alınıb. Hansı ki, həmin oteldə heç 3-5 adam qala-qalmaya, amma 9 mərtəbəli binada 84 mənzil var.

Sakinlər «GOLD RESİDENCE» MMC-nin əməlini qanunsuz hesab edirlər:

«GOLD RESİDENCE» MMC-nin işçiləri bizim binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsinin qarşısını da yaşıllıqla birlikdə qanunsuz olaraq hasara alıblar. Söküntü işlərini aparan şirkətin Elnur adlı işçisi qeyri-rəsmi olaraq bina sakinlərinə deyib ki, guya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq olunmuş müvafiq layihədə yaşıllığın da söküləcəyinə qərar verilib”.

Sakinlər problemlə bağlı Nərimanov Rayon İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də müraciət ediblər. Hər iki qurumdan bildiriblər ki, Aşıq Molla Cümə küçəsində inşa edilmiş 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan hissəsi, oradakı yaşıllıq və «Gloriya» gül dükanı söküntü və tikinti ərazisinə düşmür, həmin yaşıllığın və gül dükanının söküləcəyi planlaşdırılmayıb. Buna görə də «GOLD RESİDENCE» MMC tərəfindən söküləcəyi planlaşdırılan Fətəli Xan Xoyski prospekti, 128 ünvanda yerləşən yataqxananın sağ tərəfində yerləşən «Gloriya» gül dükanınadək ərazinin hasarlanması qanunsuzdur. Sakinlərin iddiasına görə, çox güman ki, «GOLD RESİDENCE» MMC-nin rəhbərliyi binalarının yanındakı yaşıllığa da göz dikib.

Sakinlər «GOLD RESİDENCE» MMC-nin hərəktləri barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də məlumat veriblər:

“İmkan vermək lazım deyil ki, bəzi işbazlar COP29 tədbirini bəhanə gətirərək şəhərimizi və onun sakinlərinə qarşı yuxarıda göstərdiyimiz qanunsuz əməllərə yol versinlər, bu dövlət tədbirindən öz çirkin əməlləri üçün istifadə etsinlər”.

Sakinlər müraciətlərinin sonunda aidiyyəti dövlət qurumlarından xahiş edirlər ki, cavabdeh şəxslər cəzalandırılsın, onların qanunsuz çəkdiyi hasar sökülərək yalnız müvafiq plana uyğun olaraq nəzərdə tutulmuş söküntü-tikinti ərazisinə çəkilsin.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
51 saylı Şirvan seçki dairəsi üzrə namizəd Peyman Sadıqov növbəti dəfə Şirvan sakinlərinə səslənib. Dövlətin imkanlarına arxalanaraq Şirvanımızı problemlərdən azad edək.
Peyman Sadıqov seçicilərdən kimə səs vermələrindən asılı olmayaraq, hamılıqla Sentyabrın 1-də seçkilərdə iştirak etməyi xahiş edib. O, öz seçicilərinə çağırış edərək bildirib ki, ilk növbədə hər bir seçici öz haqqı olan seçki marafonundan istifadə etməyi bacarmalıdır. “Bəzən heç vaxt seçkidə iştirak etməyən və seçki haqqında anlayışı olmayan birisi, hər yerdə çıxış edib millət vəkilini və namizədi belə ittiham edir. Yaxşı olardı ki, həmin insanlar da seçkilərə qatılıb həm öz namizədinin seçilməsinə yardımçı olsunlar, həm də səs verdikləri orqanın fəaliyyətindən xəbər tutsunlar. O zaman onların ittihamları da düzgün hədəfinə çatar və bu da həqiqi namizədin fəaliyyətinə müsbət təsir göstərər. Mən indiyə kimi 3 dəfə məhz Şirvan şəhərindən seçkilərdə iştirak etmişəm. Doğma Şirvanlıların düzgün seçim edəcəklərinə inanıram. Bir adam min adamı bir və ya iki dəfə aldada bilər. Lakin, bir adam kütləni heç vaxt aldada bilməz. Prezidentimizin əməyi sayəsində ölkəmiz durmadan inkişaf edir. Bu artıq özünü hər yerdə əyani şəkildə göstərir. İnkişaf edən ölkədə ara-sıra problemlərin özünü göstərməsi də təbii haldır. Bu problemlərin həllində yardımçı olmaq əvəzinə, ondan seçki qabağı bayraq kimi istifadə etmək düzgün deyil. İndi namizədlər var ki, bundan siyasi məqsəd kimi istifadə edir və fantastik şəkildə bütün məsələləri həll edəcəklərini vəd edirlər. Əzbərçi natiq olub xalqı aldatmaq sənəti bizim üçün deyil. Bu artıq millətin vəkili olmaq niyyətindən yox, onu aldatmaq niyyətindən xəbər verir. Onlar anlamalıdırlar ki, indi sürətlə inkişaf edən ölkəmizdə nəinki deputatlar, hətta nazirlər və icra başçıları belə birlikdə prezidentimizin gördüyü işin heç 10%-ni belə görə bilməzlər. Xalq üçün ölkədə Prezident var və onun qədər xalqını istəyən başqa birisi ola bilməz. Amma, indi bəzi deputatlığa namizədlər ölkə başçısının səlahiyyəti qədər camaata vəd verib onları aldadırlar. Əgər onlar xalqı istəsəydilər, ən azı bu gün insanları aldatmazdılar”,-deyə namizəd açıqlayıb.
Peyman Sadıqov qeyd edib ki, hər bir dairənin millət vəkili olmaq üçün, o insanların içində yaşamaq başlıca şərtdir.
“Mənim köküm bu şəhərə bağlıdır və burada da yaşayıb boya-başa çatmışam. Bu camaatın keçirdiyi bütün hisslərinə bələdəm. Lakin, indi elə namizəd var ki, məsələn, heç ömür boyu Şirvanda yaşamayıb, indidən şəhər camaatına yağlı vədlər verir. Bu tanımadığı yerdə bələd olmadığı problemi necə həll edəcək? Mən şəhər camaatımızı öz məqsədləri xatirinə şirinikləşdirici vasitələrə əl atan insandan qorunmağa çağırıram. Hər şeydən əvvəl sizi Setyabrın 1-də məntəqələrə gələrək kimə səs vermənizdən asılı olmayaraq seçkilərə qatılıb öz hüquqlarınızdan istifadə etməyə çağırıram. Dövlət xalqa bunun üçün yüksək şərait yaradıb”,-deyə Peyman Sadıqov bəyan edib. Əziz Şirvanlılar, Sizin etimadınızı doğrultmaq uğrunda mübarizədə qərarlıyam. Çünki Azərbaycanımızda demokratik və hüquqi cəmiyyət var.

Dünyapress TV

Xəbər lenti