Ardını oxu...
Dövlət Gömrük Komitəsi (DGK) və "Araz Supermarket" MMC arasında məhkəmə çəkişməsi davam edir.

Komitənin iddiası ilə bağlı növbəti proses Nəsimi Rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun sədrliyi ilə avqustun 28-də keçiriləcək.

Xatırlatma: Dövlət Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd: Mağazalar şəbəkəsinin icraçı direktoru və İdarə Heyətinin sədri Rəşad İbrahimovdur. MMC tanınmış iş adamı Aydın Talıbovun rəhbərlik etdiyi "Veysəloğlu Qrup"a daxildir.
Ardını oxu...
2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilər üçün namizəd olanlardan biri də üç dəfə millət vəkili olmuş Malik Həsənovdur.

M.Həsənov ilk dəfə 2010-cu ildə deputat seçilib. Daha sonra 2015 və 2020-ci illərdə millət vəkili postuna yiyələnib.

Onun namizədliyi bu dəfə də Cəlilabad şəhər seçki dairəsindən (71 saylı) verilib. O, əvvəlki seçkilərdə də eyni dairədən namizəd olub.

Passiv millət vəkillərindən olan Malik Həsənov ardıcıl dördüncü dəfə deputat seçilərsə, bu, sadəcə təəssüf doğuracaq, çünki M.Həsənov “seçkidən-seçkiyə görünən deputat” imici ilə tanınır. Cəlilabadlı deputat parlamentin iclaslarında danışmır, layihələrin müzakirəsi zamanı fikir bildirmir, təklif və tənqid səsləndirmir.

M.Həsənov deputat kimi passiv olsa da, biznesdə və başqa sahələrdə “bacarıqlıdır”. Onun tanınmasında, biznes və siyasi həyatda sürətlə yüksəlməsində qardaşı Kərəm Həsənovun xüsusi rolu var. Həsənov qardaşları uzun illərdir, vəzifə postlarında möhkəm dayanıblar. Öncə K.Həsənov vəzifə pillələrində yüksəlib, daha sonra isə onun açdığı yolla qardaşı M.Həsənov irəliləyib.

K.Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik edən zaman 2006-cı ildə “Azinko Holdinq” tikinti şirkətini yaradıb. Komitə sədrinin şirkətlə rəsmi əlaqəsi olmasa da, biznes dairələrində çox yaxşı bilirdilər ki, “Azinko Holdinq”in sahibi məhz K.Həsənovdur. Cəmi bir il sonra şirkətə M.Həsənovun rəhbər təyin edilməsi də “Azinko Holdinq”in Həsənov qardaşlarına aid olmasını təsdiqləyir.

“Azinko Holdinq” əsasən Bakıda tikinti işləri ilə məşğuldur. Şirkət şəhərin müxtəlif yerlərində yaşayış kompleksləri tikib, eyni zamanda dövlət əhəmiyyətli bir sıra layihələrin icraçısıdır.

Bu holdinqin ən məşhur işlərindən biri Abşeronun şərqində, Bilgəh qəsəbəsində dəniz sahilində 9 hektar sahədə “Jumeirah Bilgah Beach Hotel” hotel kompleksinin inşasıdır.

Hətta mediada gedən xəbərlərə görə, “Loti Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun Türkiyədə qətlə yetirildiyi “Alva Donna Exclusive Hotel Spa” hotelinin azərbaycanlı sahibi Sərxan Babayev Kərəm Həsənovun adamıdır. Yəni sözügedən hotel dolayısı ilə Həsənov qardaşlarına məxsusdur.

M.Həsənov rəsmi olaraq 2007–2010-cu illərdə “Azinko Holdinq”ə rəhbərlik edib.

O, 2010-cu ildən biznes fəaliyyətinə formal olaraq son verib və həmin il deputat seçilib. Bununla da M.Həsənovun siyasi həyatı başlayıb və artıq 14 ildir ki, deputatdır.

M.Həsənovun yenidən deputat seçiləməsi seçicilər üçün heç nəyi dəyişməyəcək, sadəcə olaraq, Milli Məclisdə passiv millət vəkillərindən birinin sayını artıracaq./Sfera.az
 
Ardını oxu...
88 saylı Şamaxı seçki dairəsindən namizəd olan IV çağırış Milli Məclisin deputatı Tamam Cəfərovanın seçki kampaniyası o qədər də uğurlu getmir.

Şamaxıdan Reportyor.info-ya daxil olan məlumata görə, seçicilər Tamam Cəfərova ilə görüşə, demək olar ki, getmirlər. O, yalnız inzibati resursların hesabına görüşlərinə adam toplaya bilir.
Tamam Cəfərovanın çətinliklə üzləşməsi həm də 88 saylı dairədən namizədliyini irəli sürən Rauf Qurbanov faktoru ilə əlaqələndirilir.

Rauf Qurbanov uzun müddət Fövqəladə Hallar Nazirliyində (FHN) müxtəlif vəzifələrdə çalışıb.
Rauf Qurbanov 88 saylı Şamaxı seçki dairəsini təsadüfən seçməyib. O, əslən Şamaxıdandır. Həmçinin şəhərdə kifayət qədər nüfuza malikdir.
Bu baxımdan, seçicilərin diqqəti ona fokuslanıb.

Əldə etdiyimiz məlumatlara görə, uğurlu seçki kampaniyası aparan Rauf Qurbanov bu günlərdə təxribatla üzləşib. Onun təbliğat plakatlarını reklam lövhələrindən və başqa yerlərdən cırmağa başlayıblar. Maraqlıdır ki, reklam lövhəsində yalnız Tamam Cəfərovanın plakatı saxlanılıb. Bu fakt Şamaxıda müxtəlif mülahizələrə səbəb olub. Ehtimal olunur ki, reklam lövhələlərinə Tamam Cəfərovanın komandası “əl gəzdirib”. Bu iddianı səsləndirənlər hesab edir ki, əgər plakatlar, sadəcə, xuliqanlıq məqsədilə cırılsaydı, o zaman gərək Tamam Cəfərovanın da plakatı sıradan çıxarılardı.

Rauf Qurbanovun komandası hələlik bu ittihamı bölüşmür. Onlar məsələnin araşdırılmasına çalışırlar.

Ardını oxu...
"1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin səylərinin nəticəsi kimi əvvəllər hər il yüzlərlə, sonrakı illərdə illərdə isə hər il mindən artıq gənc Azərbaycanın gələcəyi üçün mühüm olan ixtisaslar üzrə təhsil almaq məqsədilə müsabiqədənkənar qaydada keçmiş Sovet İttifaqının ən nüfuzlu ali məktəblərinə göndərilirdi. 1976-ci ildə mən də Sankt Peterburq (keçmiş Leninqrad) Dövlət Universitetinə göndərildim. Orada mən Şərq fakültəsinin İndoneziya filologiyası bölməsində təhsil alıb “indoneziyaşünas” ixtisasına yiyələndim". Dia-az.İnfo bildirir ki, bu iddia ilə xeyli müddətdir ki, ADU rektoru Kamal Abdulla ilə ədavətdə olan professor Həbib Zərbəliyev çıxış edib.

Ardını oxu...

O daha sonra bunları əlavə edib: "1981-ci ildə Universiteti bitirib Azərbaycana qayıdanda Dövlət Plan Komitəsi məni təyinatla Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutuna göndərdi. Lakin İnstitutda mənə uyğun şöbə olmadığından təyinatdan imtina etdim. O vaxtkı qaydalara görə gənc mütəxəssis müvafiq müəssisədə yerləşdirilməli, işlə təmin edilməli idi. Mənim israrım, Elmlər Akademiyası, Dövlət Plan Komitəsi və Ali Təhsil Nazirliyi rəhbərlərinin birgə səyləri nəticəsində Moskvadan Nəsimi adına Dilçilik İnstitutunda Ümumi və tətbiqi dilçilik sektorunun yaradılmasına icazə almaq mümkün oldu. Beləcə 6 ay səbrlə gözlikdən sonra, nəhayət, 1982-ci ilin əvvəlindən bu institutda elmi fəaliyyətə başladım. O vaxt Kamal Abdullayev orada Türkologiya şöbəsinin əməkdaşı idi. Bizim sonradan şöbəyə çevrilmiş sektora mərhum Aydın Məmmədov rəhbərlik edirdi. Bu sektorda məndən başqa, yaxşı potensialı olan daha 4-5 gənc işləyirdi. Biz tez-tez koridorda elmi mübahisələr aparır, yeni fikirlər irəli sürürdük. Bir dəfə müdirimiz Aydın Məmmədov bizi toplayıb bildirdi ki, siz öz ideyalarınızı koridorda deməyin, yazın, yoxsa buradakı ideya oğruları sizin fikirlərinizi sonra öz adlarından çap etdirirlər. Doğrudan da belə faktlar olmuşdu.
İllər keçdi. Azərbaycan müstəqilliyini bərpa etdi və Heydər Əliyev yenidən Azərbaycanda hakimiyyətə qayıtdı.
1998-ci ilin mayında anadan olması¬nın 75 illiyi münasibətilə Heydər Əliyevi təbrik etmək üçün onunla görüşmək istəyənlər çox idi. Arzu edənlərin hamısı ilə görüşmək, əlbəttə, mümkün deyildi. Görüş üçün Azərbay¬candan Kənarda Təhsil Almış Mütəxəs¬sislər Təşkilatının üzvlərindən mənim də daxil olduğum bir qrup da müraciət etmişdi. O, unudulmaz gö¬rüş baş tutdu. Söhbət zamanı Ulu Öndər mənim İndoneziya dilini unudub-unutmadığımı soruşdu və unutmamağı, bu dilin bizə lazım olcağını dedi. Elə də oldu. 2007-ci ildə, nəhayət, Azərbaycan Dillər Universitetində “regionşünaslıq (İndoneziya) ixtisası çərçivəsində İndoneziya bölməsini açdıq. İndiyə qədər bu sahə üzrə məzun olmuş yüzdən artıq gənc ölkəmizin, İndoneziya və Malayziyanın müxtəlif strukturlarında, şirkətlərində çalışırlar.
Lakin Universitetin rektoru Kamal Abdullayev mənimlə şəxsi ədavət zəminində artıq bu ixtisas üzrə qəbulu dayandırmışdır və onun Universitetin ixtisasları siyahısından çıxarılması üçün hər cür səy göstərir. Halbuki bu ixtisasın açılması üçün 30 ilə yaxın gözləmək lazım gəlmişdi və Ulu Öndər bu ixtisasın bizə lazım olacağını demişdi. Kamal Abdullayevin şəxsi marağı dövlət marağından üstün olduğundan bu, təəccüblü deyildir. O, göründüyü kimi, Ulu Öndərin onilliklərlə qurduğunu dağıtmaqdan belə, çəkinmir. Bunun xüsusi səbəbi vardır. Bu barədə bir qədər sonra.
Kamal Abdullayev Azərbaycan Dillər Universitetini şəxsi obyekti kimi idarə edir. Rektor olduğu 7 il ərzində ölkə Prezidentinin hər il əmək haqqının qaldırılması haqqında verdiyi sərəncamların əksinə gedərək, müəllimlərin əmək haqqını ümumilikdə 100 manatdan yuxarı qaldırmamış Kamal Abdullayev müxtəlif ölkələrdə Universitetin xeyli sayda mərkəzini yaratmışdır. Xarici ölkələrdə belə mərkəzlərin olması, əlbəttə, yaxşıdır. Lakin buna Universitetin maliyyə potensialı da imkan verməlidir. Əslində isə bu mərkəzlər ölkəyə deyil, Kamal Abdullayevə – onun əsərlərinin xarici dillərə tərcümə edilməsi və reklamına, həm də onun üçün maliyyə silinməsinə xidmət edir.
Kamal Abdullayev reklam xəstəsidir. Onun reklamı ölkə daxilində də fasiləsiz davam edir. Mətbuata verdiyi müsahibələrin, haqqında yazılan yazıların mətnini də o özü diktə edir və ya konturlarını özü cızır.
Mətbuatda belə reklamlarla, müsahibələrlə tez-tez rastlaşıram. Bu günlərdə yorğunluğumu çıxarmaq üçün Kamal Sunalın çəkildiyi filmlərindən birinə baxmaq istədim. Səhvən You tube platformasında deyil, Google platformasında “Kamal” yazan kimi qarşıma Kamal Abdullayevdən bəhs edən böyük sayda yazı çıxdı. “Lənət şeytana!” deyib, onlardan bir-ikisinə baxdım. Bu yazılara keçməzdən əvvəl deyim ki, sonra You tube platformasına daxil olduqda orada da Kamal Abdullayev haqqında xeyli video çıxdı. Bu videolarda Azərbaycan Dillər Universitetinin əməkdaşlarının Kamal Abdullayevin qanunsuz əməllərini ifşa etdiklərinə görə övladları ilə təhdid olunduqlarından, tutduqları vəzifələrdən qanunsuz olaraq uzaqlaşdırıldıqlarından, onun əməkdaşlara qarşı tətbiq etdiyi ağlasığmaz metodlardan çox geniş bəhs olunur.
Qayıdaq Qoogle platformasındakı yazılara. “525-ci qəzet”in 09.06.2023-cü il tarixli nömrəsində dərc olunmuş “Kamal Abdulla: mifik gizlinlərdən intellektual “dansökülən”ə gətirən yol” adlı məqalədə Kamal Abdullayev haqqında çox yüksək fikirlər bildirilir. Qoy olsun. Onun fasiləsiz olaraq özünü reklam etdirməsi barədə Azərbaycan oxucusu yaxşı bilir. Məqalədə diqqətimi başqa bir şey çəkdi. Burada Kamal Abdullayev GƏNC ÖNDƏR kimi təqdim edilir – 73 yaşlı gənc öndər. Heç bir tabu tanımayan Kamal Abdullayev indi artıq özünü ÖNDƏR kimi reklam etdirir. Elə bu səbədən onun Ulu Öndərin onilliklərlə yaratdığının dağıtmağa çalışması heç də təəccüblü deyildir..."

ARDI MÜTLƏQ OLACAQ...
 
Ardını oxu...
Test toplularının qiymətində kəskin artım müşahidə edilir.

Xezerxeber.az-ın məlumatına görə, test kitabları tez-tez yenilənir. Valideynlər isə iddia edirlər ki, dəyişən təkcə toplunun üz qabığı və qiymətidir.

Ekspertlərin sözlərinə görə, test topluları yeniləndikdən sonra içərisində çox az sayda dəyişiklik olur. Amma kitabın yeni nəşri çıxanda bir sıra problemlər də yaranır. Bəzi kurslar öz vəsaitlərini satmaq üçün demək olar ki, hər il yeni kitablar çıxarırlar. Repetitorların bu toplulardan istifadəsi nəticəsində abituriyentlər həmin vəsaiti almağa məcbur qalır.

Qeyd edək ki, test toplularının qiyməti 10-15 manat arasında dəyişir.

Ətraflı süjetdə:

 
 
 
Ardını oxu...
"Badamov olmasın, başqa kim olursa-olsun..."

AzFakt.com xəbər verir ki, bu çağırışları sosial şəbəkə istifadəçiləri deputat Azər Badamova etiraz olaraq yazıblar.

Məlumata görə, onlarla Qusar sakinləri müxtəlif ifadələrlə sosial şəbəkədə yenidən namizəd olan Azər Badamov haqqında etiraz ediblər.

Qeyd edək ki, 61 saylı Qusar seçki dairəsindən namizədliyi qeydə alınmış Azər Badamov rayon sakinləri tərəfindən birmənalı qarşılanmır və keçən seçkilərdə də onunla bağlı müxtəlif qalmaqallar yaşanmışdı.

İndi isə sakinlər öz etirazlarını ifadə etməklə yanaşı, digər namizədlərdən hansısa birinin qələbəsi üçün əllərindən gələni edəcəklərinə də söz veriblər. Məlumata görə, sözügedən seçki dairəsində qeydə alınmış namizədlərdən fərqli olaraq, Azər Badamov inzibati resurslardan səmərəli istifadə edərək, özünə eloktorat toplamağa çalışsa da, heç də uğurlu alınmırş

Azər Badamov 10-15 nəfər ətrafına toplayıb seçicilərlə görüş keçirilən məkanda çoxluq təşkil olunmasını təmin edir. Məlumatlara görə, hətta bir neçə kənddə sadəcə şəhid məzarlarını ziyarət edib, görüş keçirə bilməyib. Kənd əhalisi onunla görüşə gəlməyib.

Məlumatlarda bildirilir ki, seçki günü qutudan Azər Badamov adı çıxmasa da, protokollarda onun adı qeyd olunması proqnozlaşdırılır. Elə buna görə də, seçicilər artıq dəyişiklik arzularını ifadə etməyə başlayıblar və seçki günü öz səslərini qorumağa iddialıdırlar. Azər Badamovun yenidən deputat olmasını istəməyən kəndlərin əhalisi yığılıb qalan problemlərinin həlli üçün daha ona səs verməyəcəklərini bildirirlər. Hətta öz doğma kəndi Düztahirdə belə 20-30 nəfər görüş çıxıb.

Rayon gəncləri də Azər Badamova etiraz edir. "Biz deputatımızı ancaq seçki ərəfəsində görürük. Yaxşı ki, bu seçkilər var, yoxsa Qusara heç ayaq basmazdı", deyə sosial şəbəkədə yazıblar.

Digər məlumatlarda qeyd olunur ki, Azər Badamov rayonda qardaşına geniş imkanlar yaradıb, bütün biznesini o idarə edir. İndi də pul paylayır ki, təbliğat zamanı görüşlərdə adam çox olsun.

Şokedici məlumatda isə bildirirlir ki, Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının fəal üzvləri belə onunla görüşə gəlməkdən imtina edirlər.

İddialarla bağlı Azər Badamovla əlaqə yaratmağımız mümkün olmadı. Deputat telefon zənglərimizə cavab vermədi. Onun münasibətini dərc etməyə hazırırq.
 
Ardını oxu...
"Təbliğat və təşviqat kampaniyası yaxşı gedir. İlk olaraq, mən seçicilərlə görüşlərə başlamışam. 13 saylı Xəzər ikinci seçki dairəsindən namizədəm. Görüşlərimiz Qala, Binə qəsəbələrində, Hövsan, Sütçülük sovxozunda keçirilib".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli Növbədənkənar Parlament seçkilərinə hazırlaşmasına münasibət bildirərkən deyib.

Partiya nümayəndəsi bildirib ki, seçkiylə bağlı posterlər hazırlanıb və yapışdırılıb, bükletlər çap etdiriləcək:

"Seçkiylə bağlı posterlərimiz də yapışdırılıb. Bir azdan bükletləri çap etdirəcəyik, onları da növbəti görüşlərimizdə seçicilərimizə paylayacayıq. Sadəcə bir istəyimiz ondan ibarətdir ki, məntəqələrin hamısı açıq olsun. Çünki təəssüflər olsun ki, bəzi məntəqələr saat 6-dan sonra bağlanır. Ən azı həmin seçki məntəqələrində qaravulçular olmalıdır. Bəzən seçicilərimiz işdən çıxandan sonra, yəni axşam saatlarında bizim posterlərimizi asmalı olurlar. Mən bu barədə namizədliyimi irəli sürdüyüm seçki dairəsinə öz iradımı bildirəcəyəm. İndiki vəziyyət üçün həmin seçki dairəsindən ən normal təbliğat aparan özümü görürəm".

Ə. Məmmədli eyni dairədən rəqibi olan Gülşən Paşayeva haqda məlumatı olmadığını söyləyib:

"Mən siyasi cameədə ilk dəfə bu xanımın adına rastlayıram. Rəqibim olduğunu bildikdən sonra tanımışam. Konfliktoloqdur, "Tərəqqi" medalına layiq görülüb, lakin onu tanımamışam. Mən 18 yaşından siyasətlə məşğul olmağa başlamışam. Demək ki, həmin xanım siyasətdə o qədər də aktiv şəxslərdən biri olmayıb. Amma çox güman ki, onun mənim haqda məlumatı var. Biz hətta bəzi media subyektlərində oxuduq ki, müəyyən icra hakimiyyətləri, dövlət strukturları ona kömək edir, amma təbii ki, seçkilər tam demokratik keçəcəksə, fikrimcə, qalib də mən olacam. Bu həm özümə görə deyil, həm də partiyamızın populyarlığı, istər-istəməz partiya sədrinin nüfuzu, bütün bu faktları üst-üstə qoyduqda qalib gəlmək şansım yüksəkdir".

Deputatlığa namizəd rəqibini debata çağırıb:

"Gülşən xanımı debata dəvət edirəm. Bəlkə mən onun haqda yanlış informasiyalar əldə etmişəm və yayıram".
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini tərkibində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi bir gündə iki tender keçirib. Tribunainfo.az xəbər verir ki, həmin tenderlərdən birinin qalibi son zamanların “tender kralı” kimi tanınan “AzerMed” MMC olub.
Satınalma müqaviləsinə əsasən deputat Kəmaləddin Qafarovun şirkəti “Tibbi məsrəf və digər ləvazimatların satınalınması” üçün TSERA-dan 235.437 manat pul alacaq.
Tribunainfo.az xəbər verir ki, bir günün içində ikinci tender isə daha qəribə nəticə ilə sonuclanıb. Belə ki, TSERA “Tibbi tullantıların daşınması və utilizasiyası xidmətləri”ni “AZƏRFOOD-2007” MMMC-yə həvalə edib. Bunun üçün isə Agentlik 18.602 manat xərcləyəcək.
Məsələnin qəribə tərəfi odur ki, “Azərfood” MMC ölkədə elə adından məlum olduğu kimi, yemək bişirmə, çatdırma işləri ilə məşğul olur. Elə rəsmi qeydlərdə həmin şirkətin qida işində olduğu və bir neçə iri tenderlərin qalibi olduğu da aşkar şəkildə qeyd olunub. Şirkətin adının tərcüməsi də təsdiq edir ki, MMC tullantı və utilizasiya işinə baxmır. Çünki adı tərcümədə “Azəryemək” deməkdir.
Bundan başqa, Azərfood-2007 MMC-nin rəhbəri Rəşid Əlizadə barədə internet üzərindən aparılan araşdırma zamanı da aydın olur ki, o, şirkətinin ölkədə yemək üzrə ixtisaslaşmış bir nömrəli şirkət olduğunu iddia edir.
İşin bir başqa tərəfi də odur ki, “Azərfood” Ağcabədi və Şamaxıda da analoji tenderləri udub. Onlar həmçinin bir sıra idarə və müəssiəsələri yeməklə təmin etməyi də öhdələrinə götürüblər.
İndi sual olunur ki, ƏƏSMN yemək və qida işləri ilə məşğul olan və bu sahədə az-çox ad çıxarmış şirkətlə tullantıların daşınması və utilizasiyasını niyə satınalma müqaviləsi bağlayıb? Bu sual ona görə, yaranır ki, bu iki məsələ bir birindən çox fərqli sahələrdir. Hətta bir yerdə olması belə imkansızdır. Çünki qida işinin içinə tullantı məsələsinin qarışması, “Azərfood”un istehsal etdiyi yeməklərin güvənsiz olması barədə rəy yarada bilər.
Hər halda Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin bununla bağlı məntiqli açıqlaması var və sayt olaraq həmin açıqlamanı dərc etməyə hazırıq.
 

Dünyapress TV

Xəbər lenti