Ardını oxu...
Ölkədə pirotexniki vasitələrin satışı ilə bağlı qadağa yoxdur.
Bu sahədə iki qurum söz sahibdir - icazə verən FHN, nəzarət edən Gömrük Komitəsi. Onların icazəsi və nəzarəti ilə gətirib satmaq olar. Burada problem məhsul yox, icazə məsələsidir. Çoxları elə bilir ki, ümumiyyətlə pirotexniki məhsulların satışı qadağandır. Hülbuki müvafiq icazə ilə leqal şəkildə satışına qadağa yoxdur.
Bəs, bu qanunsuz satışla məşğul olanlar kimlərdir?

DİA-AZ xəbər verir ki, dekabr ayı ərzində də xeyli qanunsuz satış edənlər saxlanıldı axı...
Belə çıxır ki, Gömrük Komitəsi nazarət-buraxılış məntəqəsini nəzarətsiz qoyub? Hesabat verirsiniz ki, kinoloji itlərimiz, yüksək texniki nəzarət vasitələrimiz, qabaqcıl texnologiyalarımız var, gözümüzdən heç nə qaça bilməz.

Hesabat verirsiniz ki, 3 il ərzində 1 milyondan çox pirotexniki vasitənin idxalının qarşısı alınıb.
Bəs, bu qədər məhsul ölkəyə necə daxil oldu? Yəni, gözdən necə yayınıblar? Bu, mümkündürmü? Gömrükdən nəsə gizlətmək bu qədər asandırmı? Yoxsa məqsədli şəkildə göz yumulur?

Hər halda, bu suallara cavab verilməlidir. Hörmətli DGK şefi Şahin Bağırov cənabları izahat verməlidir ki, ölkədəki bu partapart hardan qaynaqlanır... Onda bu malları ya Şahin Bağırovun özü gətirir, ya da qohumları, yaxınları... Başqa bir izahat yoxdur...

Əks halda inanmalıyıq ki, gömrükçülər rüşvət alır... Buna isə biz inana bilmərik...
 
Ardını oxu...
Ağcabədidə yeni yerüstü piyada keçidi tikilib.
AzPost xəbər verir ki, yeniu keçid sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, 10 metr eni olan yolda zebra mövcuddur.
Eyni zamanda 29 metr uzunluqda, 6 metr hündürlükdə yerüstü keçid tikilib.
Amma sual yaranır ki, insanlar niyə 30 saniyəyə keçə biləcəyi yolu, 3 dəqiqəyə, üstəlik də əziyyət çəkərək keçməlidir?
Eyni zamanda küçədə intensiv hərəkət varmı?
Bu keçidin tikilməsinə xərclənən vəsait Ağcabədidə piyada təhlükəsizliyi, yaxud da ictimai nəqliyyat üçün ciddi işə sərf oluna bilərdimi?
Yəqin ki, bu sualların cavabını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bilir.
 

 
Ardını oxu...
Naxçıvanda fəaliyyət göstərən APF Group MMC, çoxsaylı müqaviləsiz işçi çalışdırdığı üçün 200 min manat məbləğində cərimələnib. Bu haqda “Gündəlik Naxçıvan”a şirkətdə çalışan əməkdaşlar məlumat veriblər. Onların sözlərinə görə, şirkət həm də işçilərdən mənimsədiyi əməkhaqları ödəyib.
Ardını oxu...
Dekabrın əvvəlində Babək rayonunda yerləşən MMC-yə məxsus meyvə bağında 200-dən çox işçinin müqaviləsiz işlədildiyi haqda məlumat paylaşmışdıq. O vaxt işçilər bildirirdilər ki, şirkət onlarla insanlıqdan kənar rəftar edir, verilən maaşları ödəmir və ağır şərtlər altında işləməyə məcbur edir.
İşçilər deyirlər ki, problemin ictimailəşməsindən sonra yerli Dövlət Vergi Xidməti şirkətdə yoxlamalara başlayıb:
“Xidmətdən gəlib bizi də dindirdilər. İşçilərin müqaviləsiz, ağır şərtlər altında işlədildiyi və maaşların vaxtında verilmədiyi təsdiqləndi. Şirkəint vergidən yayındığı, bu yolla külli miqdarda yeyinti etdiyi üzə çıxıb. Yozlamaya gələnlər dedilər ki, MMC bu səbəbdən böyük məbləğdə cərimə olunub. Sonradan eşitdik ki, 200 min manat cərimə yazılıb, amma əlavə 100 min manat rüşvət alıb məsələni bağlayıblar. Bizim maaşların bir hissəsini ödədilər, söz verdilər ki, tezliklə qalanını da verəcəklər. Amma hələ də bizimlə rəsmi müqavilə bağlanmayıb. Görünür, bu məsələni də rüşvət hesabına öz xeyirlərinə həll ediblər.”
İşçilər müqavilələrinin bağlanması və əmək hüquqlarının tam bərpa olunması üçün aidiyyəti qurumlardan müdaxilə gözləyirlər.

Qeyd edək ki, APF Group MMC fəaliyyəti sferası çoxprofillidir. Layihələndirmə və tikinti – quraşdırma, inşaat layihələri, çörək, süd və süd məhsulları və istehsalı həmçinin hotel şəbəkəsi. Belə ki, “Saat Meydanı’’ və’’ Qrand ’’ otelləri ‘’APF Otellər qrupu ‘’ MMC daxildir.
Ardını oxu...

APF Group MMC şirkətinin direktoru Fuad Əlizadədir. O, Gömrük Komitəsinin Maliyyə və Təchizat İdarəsinin rəisi, vəzifəsində çalışıb.
Ardını oxu...
Qeyd edək ki, APF Group sahibi ” Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevdir, bu barədə mətbuatda təkzib olunmayan məlumatlar dərc olunub.
 
Ardını oxu...
Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yaşayan sakin Məmmədov Xəyal Yədulla oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"ay daxil olan müraciətdə deyilir:

"Əvvəlcə məlumat üçün bildirim ki, mən, yaxın qohumumun xahişi ilə 2013-cü ildə Abşeron rayonun Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 4-cü küçə, döngə 1, ev 66 da yaşayan Paşayev Arif Eldar oğlunun aldığı 3000 manata görə “Azəri-Türk” banka zamin durmuşdum.

Budur, Abşeron rayon İcra Şöbəsinin məmuru dekabr ayında mənə zəng edərək təcili olaraq şöbəyə gəlməyimi, A.Paşayevin ödəmədiyi kredit borcunu ( qalıq borc 2634 manat) tez bir zamanda ödəməyi bildirmişdir. Ödəmədiyim halda cəzalanacağımı bildirmişdir. O məhkəmə qərarının dərhal yerinə yetirməyimi xəbərdarlıq etdi. Mən onu başa sala bilmədim ki, məni heç bir məhkəmə dəvət etməyib ki, mən də iştirak edib öz etirazımı bildirim. İndi ortalıqdn 11 il keçdikdən sonra kredit borcu olan və Abşeron İcra Şöbəsinin qonşuluğunda yaşayan Arif Paşayevi tapıb ondan borcun ödənilməsini tələb etmək əvəzinə, mən zaminin üstünə düşüb özbaşnalıq edir.

Xatırladım ki, mən Azərbaycan Dəmir Yolarında adi bir fəhlə işləyirəm. Və 490 manat maş alıram. 5 nəfərdən ibarət ailə üzvlərim var. Və evə çörək gətirən də tək mənəm. İndi necə məktəb uşaqlarını dolandırım? Bu çox pis haldır. İndi mənim 2634 manat pulu ödəməyə madi imkanım yoxdur.

Çox hörmətli, Prezident İlham Əliyev və nazir Fərid müəllim. Mən Sizlərdən çox xahiş edirəm ki, Abşeron Rayon İcra Şöbəsi məmurlarının mənə qarşı təzyiqlərini və mənim əməkhaqqımı tam banka yönəltmək hədələrinin qarşısının alınması üçün qanunun tələb etdiyi işlərin icra olunmasını onlara başa salasınız. İlk növbədə kreditorun özünü dəvət edib borcun ödənilməsini, bu mümkün olmadıqda isə ödənuişin onun əmlaklarına yönəldilməsinin icra olunmasını başa salasınız. Əvvəlcədən Sizə təşəkkürümü bildirirəm".
 
Ardını oxu...
Ölkədən külli miqdarda pul çıxarmaqda günahlandırılan “SOCAR Midstream Operations” MMC-nin növbəti məhkəməsinin vaxtı açıqlanıb. 13 yanvar tarixində sözügedən şirkətlə bağlı qərar verilməsi gözlənilir.

Tribunainfo.az xəbər verir ki, “SOCAR Midstream Operations” MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

“SOCAR Midstream Operations”la bağlı növbəti işə 13 yanvar tarixində Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, hüquqşünas Əkrəm Həsənov İXM-nin 430.4-cü maddəsi barədə danışarkən bildirmişdi ki, istənilən şirkət, sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlmədiyi üçün sifarişi verən şirkət cərimələnir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması anlamına gəlir:

“Bu maddənin qısa mahiyyəti belədir, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, şirkət, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var.
Əgər mal ölkəyə gəlmirsə, sahibkarı, şirkəti cərimələyirlər. Belə olduğu halda Mərkəzi Bank müraciət edir məhkəməyə və məhkəmə də cərimə tətbiq edir. Tərtib olunan protokola əsasən pul ölkədən çıxarılıb, ancaq verilən 2 il müddətində həmin mal ölkəyə gətirilməyib. Qanunvericilik belə olsa da, praktikada çoxlu problemlər var. Bəzi hallarda həqiqətən də sahibkarların günahı olur. Ancaq bir çox hallarda Mərkəzi Bank bu kimi məsələlərə çox formal yanaşır. Bəzən ola bilir ki, sahibkar banka malın ölkəyə gəldiyini sübut edən gömrük sənədini verməyi unudur və ya malın gəlişi gecikir. İnzibati Xətalar Məcəlləsinə görə, o halda cərimə tətbiq oluna bilər ki, sahibkarın təqsiri olsun. Mərkəzi Bank isə bu məsələləri qətiyyən araşdırmır. Mərkəzi Bank çox vaxt sahibkarı çağırmır, problem barədə onunla danışmır, ondan səbəb soruşmur, ancaq məhkəməyə verir. Mərkəzi Bank bu sahədə öz səlahiyyətini düzgün icra etmir. Burada cərimələr çox yüksəkdir. Məsələn, sahibkar xaricə göndərdiyi pulun 30 faizini cərimə kimi ödəməlidir. Təsvir edin, 300 minə qədər cərimə olunan şirkətlər var”.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “SOCAR Midstream Operations” MMC-nin Baş direktoru Fərhan Əliyev Çingiz oğludur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən İbrahim
 
Ardını oxu...
Maştağa rayonunda, 14 saylı Təcili Tibbi Yardım Stansiyasının həyətində 70 yaşlı qoca çarəsiz durumda qalıb.

Bu barədə "Sitat.info"ya həmin ətrafda yaşayan sakinlər danışıb.

Bildiriblər ki, ahıl yaşda olan kişinin səhhəti ilə bağlı ciddi problem var. Ayaqlarında qanqrena var.

Sakinlər kimsəsiz qocanın dövlət himayəsinə alınmasını xahiş edirlər.

"Bir həftədən artıqdır ki, bir neçə xəstəxanaya aparsaq da, heç kim xəstənin müalicəsi ilə maraqlanmır. İndi soyuq havada xəstəxananın həyətində qalır.

Ayaqlarındakı problem getdikcə dərinləşir. Xahiş edirik, hər hansı xəstəxana qocanı qəbul eləsin, aidiyyatı dövlət qurumu onu himayəsinə götürsün".

TEREF kimsəsiz və çarəsiz qocanın videomüraciətini təqdim edir:

 
Ardını oxu...
Yola saldığımız 2024-cü ildə ölkəmizdə bir çox sosial-iqtisadi hadisələr baş verdi, mühüm dəyişikliklər yaşandı.

2025-ci ildə sosial-iqtisadi əlaqələrin daha da yaxşılaşması üçün bir çox qanun və qərarlar qəbul olunub.

Oxu.Az bunlardan 2025-ci il yanvar ayının 1-dən qüvvəyə minən qərarları təqdim edir:

Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə və rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq ediləcək.

Həmin vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.

Bir sıra mis məmulatlarına tətbiq olunan artırılmış ixrac rüsumlarının qüvvədə olma müddəti və bir sıra əlavə mis məmulatları üzrə ixrac rüsumları uzadılır.

Qərara əsasən, 31 dekabr 2024-cü ilə qədər olan müddət 31 dekabr 2029-cu il tarixinədək uzadılır. Həmin tarixədək mis məmulatlarına 10%, lakin 1 000 kq-a 300 ABŞ dollarından az olmamaqla ixrac gömrük rüsumu tətbiq ediləcək.

Eyni zamanda, ixrac rüsumlarından yayınmanın qarşısının alınması məqsədilə 2026-cı il yanvarın 1-dən bir sıra əlavə mis məmulatları üzrə ixrac rüsumları da artırılır.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı bu il yanvarın 1-dən səkkiz il müddətinə ƏDV-dən azad edilir.

Vergi Məcəlləsinə edilən digər dəyişikliyə əsasən, Azərbaycanda qeydiyyatından keçən və teatr, muzey və simfonik orkestr, habelə film istehsalını və dublyajını həyata keçirən kinematoqrafiya müəssisələri və film prodüserləri həmin fəaliyyət üzrə istifadə etdikləri torpaqlara görə gələn il yanvarın 1-dən beş il müddətinə torpaq vergisindən azad edilirlər.

Vergi Məcəlləsinə edilən daha bir dəyişikliyə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerjidoldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti 2025-ci il yanvarın 1-dən daha iki il müddətinə uzadılır.

Prezident İlham Əliyev "Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir.

2024-cü ildə avtomobil benzini və dizel yanacağının qiymət artımının bir hissəsinin kompensasiya edilməsi məqsədilə 2025-ci ildən dənli və dənli paxlalılar, kartof, tərəvəz, yonca və təkrar əkinlər üçün əkin subsidiyaları artırılacaq.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, "Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası" təsdiq edilib.

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası tərəfindən "Buğda ununa dair sanitariya norma və qaydaları" və "Çörək məhsullarına dair sanitariya norma və qaydaları"nın təsdiq edilməsi haqqında qərar qəbul edilib.

"Gömrük tarifi haqqında" Qanun da bu gündən qüvvədədir.

Sənədə əsasən, dövlətin satınalma öhdəliyi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdən aşağı olmayan elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlar və hüquqi şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı "Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında" Qanuna uyğun olaraq bağlanılmış elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən olunan müddətə, lakin 30 ildən (tikinti dövrü də daxil olmaqla) çox olmayaraq gömrük rüsumlarından azad edilir.

Prezident İlham Əliyev Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
 
Ardını oxu...
Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.

TEREF AZƏRTAC-a istinadən xəbər verir ki, ölkə başçısı müraciətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqı təbrik edib.

Müraciətin tam mətnini təqdim edirik:

"Əziz həmvətənlər.

2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır.

Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır.

2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib.

Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil.

Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb - 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir.

Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır.

Əlbəttə ki, bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir. Burada da yaxşı nəticələr var. Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq.

Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır.

Bu il Azərbaycanda COP29 iqlim konfransı keçirildi. Deyə bilərəm ki, bu, bizim müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və hesab edirəm ki, dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır. Cəmi on bir ay ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak edib. Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür.

Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir. Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq.

Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Əziz xalqıma cansağlığı, firavanlıq, xoşbəxtlik, səadət arzulayıram.

Bayramınız mübarək olsun!"

31 dekabr, 23:43

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib.

Ölkə başçısı müraciətində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə xalqı təbrik edib.

Müraciəti təqdim edirik:

 
Ardını oxu...
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qurumun tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyinin baş direktor Xalid Ələkbərovu vəzifəsindən azad edəcək.

TEREF AzFakt.com-a istinadla xəbər verir ki, Xaliq Ələkbərovun fəaliyyəti BŞİH başçısını artıq qane etmir. Bütün gücü ilə Xaliq Ələkbərovu qorumağa çalışan Eldar Əzizovun bu məsələdə artıq dalana dirəndiyi deyilir.

Bildirək ki, Xaliq Ələkbərov "Lifttəmir" İstehsalat Birliyinin baş direktoru vəziəfinə təyin edildikdən sonra paytaxtda yerləşən bir çox binalarda lift qəzaları hadisələri baş verib. Hətta ölümlə bitən bu qəzaların baş verməsinin səbəbkarı kimi "Lifttəmir" İstehsalat Birliyi göstərilib. Belə ki, vaxtında təmir olunmayan və baxımsız qalan liftlərdə tez-tez qəza hadisələri baş verir. Liftlərin işlək vəziyyətdə olmasına cavadeh qurum olan "Lifttəmir" İstehsalat Birliyi isə heç də gözləntilərə cavab vermir.

Əldə etdiyimiz məlumatda iddia edilir ki, Eldar Əzizov növbəti ilin əvvəlində Xaliq Ələkbərovu başqa bir məmurla əvəzləmək niyyətindədir. Bunu bilən Xaliq Ələkbərov isə müxtəlif vasitələrlə Eldar Əzizovu bu fikrindən daşındırmaq istəyir.

Qeyd edək ki, Xaliq Ələkbərov Bakı Şəhər İcra Hakimiyyətinin imknalı məmurlarından sayılır. Onun paytaxtda bir neçə yerdə ailəsinə məxsus obyektlərinin olduğu barədə mətbuatda təkzib olunmayan məlumlardərc edilib. Baş direktorun işə bahalı avtomobil ilə gəlib getdiyi deyilir.
 
Ardını oxu...
Dekabrın 30-da Heydər Əliyev adına Bakı hava limanında saxlanan Əfsər Mirzəliyev məşhur polkovnik Abdulla Mirzəliyevin qardaşı oğludur.

TEREF “Unikal”a istinadən xəbər verir ki, o, Dövlət Gömrük Komitəsinin “Qaçaqmalçılıq” şöbəsinin əməkdaşıdır. Ə.Mirzəliyev ötən gün xüsusi əməliyyat nəticəsində 4 kq qızılı ölkədən çıxarmaq istəyən zaman saxlanılıb.

Sözügedən şəxsin fotosunu təqdim edirik:
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti