Ardını oxu...
Bu gün, dekabrın 24-ü Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil alıb. 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ali təhsil alıb.

1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə seçicilərin 84,54 faiz səsini əldə edən İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar Prezident seçkisi isə de-fakto Zəfər seçkisi idi. İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçirilib. Seçkilərdə seçici fəallığı 76,43 faiz olub. İlham Əliyev seçicilərin 92,12 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, İlham Əliyev Azərbaycan dövlətinin Prezidenti seçildikdən sonra Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək, ölkə qarşısında duran bir çox məsələlərin həllinə nail oldu: “Azərbaycan özünün müstəqil daxili və xarici siyasətini ortaya qoydu, dövlətimizin dünya birliyində layiqli yer tutmasına nail oldu. Eyni zamanda Ermənistanın Azərbaycanın topraqlarının işğalından irəli gələn problemlərin həlli ilə bağlı çox ciddi surətdə məşğul olmağa başladı, silahlı qüvvələrimiz gücləndirildi, müasir silahlarla təchiz edildi və Azərbaycanın hərbi qüdrəti keçmiş Dağlıq Qarabağ probleminin həllində əhəmiyyətli rol oynadı. Həm ordu quruculuğunda, həm iqtisadi sahədəki müsbət nəticələr, eyni zamanda beynəlxalq birlikdə Qarabağ həqiqətlərinin əsasən qəbul edilməsi 44 günlük Vətən müharibəsində, sonra isə bir günlük antiterror əməliyyatında suverenliyimizin bərpa edilməsinə gətirib çıxardı. İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın büdcəsi dəfələrlə artdı”.

A.Mirzəzadə vurğuladı ki, İlham Əliyev uzaqgörən siyasəti sayəsində beynəlxalq birlikdə eşidilən və fəaliyyəti izlənilən siyasi lider kimi qəbul edilib: “Cənab İlham Əliyevin ən böyük uğurlarından biri isə Azərbaycanda milli birliyin möhkəmləndirilməsi, xalq-iqtidar birliyinə nail olmasıdır. İlham Əliyev xalqın içindən çıxmış dəyərli vətəndaşdır. O, cəmiyyətin problemlərini bilir. Eyni zamanda bu problemlərin həllinə dair çox aydın proqramlara malikdir. Bunun sayəsində problemlər həllini tapır. Bu gün Azərbaycan vətəndaşı təhlükəsiz mühitdə yaşayır. Azərbaycan vətəndaşı bütün demokratik hüquq və azadlıqlara malikdir. Müasir tələblərə cavab verən təhsil, səhiyyə sistemi formalaşıb. Azərbaycan infrastrukturu yenidən qurulub. Azərbaycan mədəniyyət və incəsənətinin inkişafına çox böyük diqqət ayrılır. Azərbaycan bu gün beynəlxalq aləmdə çox fəal, konstruktiv rol oynayan aktorlardan biridir. Cənab Prezidentin fəaliyyəti nəticəsində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlərindən biri seçildi. Azərbaycan 4 il ərzində Qoşulmama Hərəkatına uğurla rəhbərlik etdi. Cənab Prezident Azərbaycanın D-8 kimi nüfuzlu beynəlxalq təşkilata üzv seçilməsinə nail oldu. Azərbaycan BRİCS-də gələcək üzv kimi çox hörmətlə qarşılanır. Və Azərbaycan vətəndaşı bu gün Cənab İlham Əliyevin timsalında özünün problemlərini həll edən, onu layiqincə təmsil edən, mənsub olduğu dövləti qüdrətləndirən lider görür. Ad günündə cənab İlham Əliyevi təbrik edir, böyük uğurlar arzu edirik, ona inandığımızı bildiririk. İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq”.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədr müavini, Milli Məclisin deputatı Elçin Mirzəbəyli isə “Yeni Müsavat”a şərhində Prezident İlham Əliyevin liderlik xüsusiyyətlərinə diqqət çəkdi: “Liderlik, sadəcə, pərdəarxası oyunlar, manevrlər, bir çox halda isə təsadüflər nəticəsində siyasi proseslərin ön cərgəsinə çıxmaq bacarığı, yaxud imkanı deyil, daha çox öz xalqının maraqlarını sonuna qədər, qətiyyətlə, bir addım geriyə çəkilmədən, dəmir məntiqə, iti zəkaya əsaslanaraq müdafiə etməkdir. Eyni zamanda istibdadın, zülmün, neokolonializmin məngənəsində sıxılan xalqların hüquq və azadlıqlarını qorumaq, başqalarına münasibətdə də ədalətli olmaq məharətidir. Siyasi liderlərin cılızlaşdığı və bir çox halda, nəinki yönəltdikləri dövlətlərin, hətta təmsil etdikləri siyasi qrupların "sərhədlərini qorumaq" potensialına malik olmadığı, gücün ədalətə, istibdadın istiqbala meydan oxuduğu müasir dünyada belə şəxsiyyələrin sayı çox azdır. Hətta bir əlin barmaqlarının sayı qədər də deyil...

Məhz bu baxımdan, Prezident İlham Əliyevin Azərbaycan xalqı ilə yanaşı, dünyanın ədalətsiz düzənindən əzab çəkən, bu və ya digər səbəblərdən hüquq və azadlıqlarını açıq, cəsarətli və qətiyyətli bir şəkildə müdafiə edə bilməyən xalqların yanında olması, hətta onların rəhbərlərinin deyə bilmədiklərini yüksək məntiq və prinsipiallıqla dilə gətirməsi XXI əsr üçün özündə klassik liderlik ənənələri ilə çağdaş düşüncəni birləşdirən fenomenal liderlik nümunəsi kimi dəyərləndirilə bilər. Bu xüsusda, əsərlərinə tez-tez müraciət etdiyim böyük rus filosofu Nikolay Berdyayevin insan azadlığı ilə bağlı məqaləsindən gətirəcəyim kiçik bir iqtibasla fikirlərimi əsaslandırmaq istəyirəm. Nikolay Berdyayev yazır: “Azadlıq, ən dərin qatlarda hüquq deyil, vəzifədir, insanın tələb etdiyi yox, əsl insan olmaq üçün ondan tələb olunandır”.

Bəli, yalnız haqqın keşiyində dayandıqlarına əmin olanlar azadlığı ilk növbədə öz vəzifələri hesab edir və başqalarının azadlığı, hüquqları uğrunda yorulmadan, hətta qeyri-bərabər şəraitdə belə mübarizə apara, qalib gələ, tarixin axarını belə dəyişməyi bacarırlar.
İlham Əliyev Azərbaycanın Prezidenti seçildiyi gündən ölkəmizə qarşı həyata keçirilən saysız-hesabsız yalan və böhtan kampaniyaları, sabotaj, təhdid və təzyiqlərlə, ölkəmizin inkişafdan saxlanılmasına, “buyruq quluna” çevrilməsinə xidmət edən çoxsaylı ssenarilərin müəllifləri və icraçıları ilə mücadilə aparıb və qalib gəlib".

E.Mirzəbəyli Prezident İlham Əliyevin bir azərbaycanlı və bir övlad olaraq atasının və ataların vəsiyyətinin yerinə yetirilməsi istiqamətində bu gün sözlə ifadə edilməyəcək qədər çətin bir vəzifəni addım-addım, səbirlə, inadla, xalqını kataklizmlərdən, məhrumiyyətlərdən qoruyaraq yerinə yetirməyi bacardığını vurğuladı: “Geridə qalan zaman kəsiyində diplomatiya, iqtisadiyyat, ordu quruculuğu, mədəniyyət, idman və digər istiqamətlərdə həyata keçirilən siyasətin ayrı-ayrı detallarını incələdikcə, sözügedən sahələrdə atılan addımın Zəfər yürüşümüzün tərkib hissəsi olduğunu görə bilərik. Prezident İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan deyil, bütün dünya azərbaycanlılarının milli birliyini təmin edən, onları vahid Vətən ideyası altında birləşdirən, böyük hədəflərə doğru aparan, mənəvi yükü yüzillərə sığmayan tarixi bir missiyanın lideri, Qələbəmizin memarıdır. Bu baxımdan, Prezident İlham Əliyev böyük bir coğrafiyada zülmə məruz qalan, haqqı tapdanan, öz tarixi vətəninə, ana südü kimi halal torpağına, tarixinə, mədəniyyətinə və gələcəyinə sahiblənmək istəyən bütün xalqlar üçün liderlik nümunəsidir.

Bu gün dünyada, xüsusilə də yaşadığımız bölgədə baş verən hadisələr Azərbaycan xalqının azad və müstəqil yaşamaq istəyini, istiqlal ideallarını, dağlarına, çaylarına, bütövlükdə hər qarışına ad verdiyi, uğrunda canını, ömrünü fəda etdiyi torpaqlarına sahiblənmək kimi müstəsna haqqını qəbul edə bilməyən gizli-aşkar, yaxud gizlindən aşkara çıxan düşmənlərimizin xəyanətkar simalarını daha aydın görə bilərik. Ədalət hissini itirmiş, hiyləgər, məkrli düşmənlərin bitib tükənməyən tələlərindən sıyrılaraq dünya hərb tarixinə qızıl hərflərlə yazılan qəhrəmanlıq salnaməsini yazmaq, sadəcə, iti zəka, strateji düşüncə deyil, Vətəninə və xalqına nəhayətsiz sevgi, ideallarına sonsuz sədaqət, milli iradəyə söykənən qətiyyət və xalqını bir yumruq kimi birləşdirmək, səfərbər etmək bacarığı tələb edir.

Bizi təslimçi sülhə sövq etmək, meydanda tək qoymaq, hər cür dəstəkdən məhrum etmək istəyənlərin oyunlarını, Azərbaycan xalqının və dövlətinin müqavimətinin qırılmasına xidmət edən “rəngli inqilab” ssenariləri, milli birliyimizin pozulmasını, milli-mənəvi dəyərlərimizin sıradan çıxarılmasını hədəfləyən layihələri, “beşinci kolon”un xəyanətlərini və daha nələri... unutmamışıq. Bu günün yol ayrıcından geriyə baxanda, bütün bu ədalətsizliklərin, haqsızlıqların və xəyanətlərin fonunda, yalnız İlham Əliyevin İkinci Qarabağ savaşında əldə etdiyimiz Zəfərlə işıqlanan qalib və aydın obrazını görmək mümkündür.

Bütün bu təzyiqlərin əsas hədəfi isə Azərbaycanı inkişafdan saxlamaq, ölkəmizdə dirijor çubuğu, yaxud “fit”lə idarə olunan marionet idarəçilik rejimi formalaşdırmağa, dövlətimizi, ordumuzu gücləndirməyə və təbii ki, Qarabağımızı azad etməyə imkan verməməkdən ibarət idi...

Amma Azərbaycan öz liderinin qətiyyəti və ölkəmizin gələcəyi ilə bağlı aydın təsəvvürlərə, strateji baxış bucağına, konseptual yol xəritəsinə malik olması səbəbindən, üzərinə dünyanın dörd bir yanından hücum çəkən şərə, qaranlığa, ədalətsizliyə sinə gərməyi və bu qeyri-bərabər mücadilədə müzəffər olmağı bacardı. İndi bizi heç kim mühakimə edə bilməz. Çünki həm güclü, həm də haqlıyıq!"
 
Ardını oxu...
Xəbər verildiyi kimi, ötən həftə Prezident İlham Əliyevin sərəncamı ilə “Metropoliten”ə yeni sədr təyin edilib. Həmin posta Vüsal Aslanov gətirilib.
Bildirək ki, Aslanov bu vəzifəyə qədər “Azərbaycan Dəmir Yolları” QSC-də çalışıb. ADDYİ-nin keçmiş sədri Cavid Qurbanovun ən yaxın adamlarından biri olan sözgedən şəxsin, elə onun sayəsində yeni vəzifəyə sahibləndiyi güman edilir.
Maraqlıdır ki, Vüsal Aslanovun adı təkcə dəmiryolçu və nəqliyyat işçisi kimi çəkilmir. Açıq mənbələrdə onun bir müəddət mərc oyunlarına nəzarət etdiyi və bu işləməşğul olduğuna dair məlumatlar var. Məsələn, AzEuroNews.com saytı bu barədə yazır ki, hələ bir müddət əvvəl “TOPAZ”-ın əsas səhm paketlərinə nəzarət edən “Turkcell” şirkəti “Azerinteltek”dəki payını satışa çıxarıbmış. Belə ki, “Turksel” şirkəti “Azərinteltek” QSC-dəki 51 faizlik paketini 19,5 milyon avro qarşılığında (təxminən 38 milyon manat) “Baltech Investment LLC”-yə satıb. Sonradan məlum olub ki, “Baltech Investment LLC” əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri, hazırda nəqliyyat və rabitə nazirnin müavinin Cavid Qurbanova məxsus imiş.
Həmin məlumatda iddia olunur ki, “TOPAZ” mərc oyunlarına qeyri-rəsmi olaraq ADDYİ sədri olan zaman Cavid Qurbanovun müavini işləmiş Vüsal Aslanov nəzarət edib. Açıq mənbələrdəki məlumatlarda vurğulanır ki, Aslanov bir müddət “Azərinteltek” QSC-nin İdarə heyyətinin üzvü olub. Onun TOPAZ-a nəzarət etməsi isə 2010-2014-cü illər əhatə edib.
Amma qeyd edilən mənbələrdə Aslanovun bu işləri təkbaşına deyil, həmçinin həmin dövrdə “Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini kimi çalışan Vəsilə Abdulova ilə birlikdə reallaşdırdığı vurğulanır.
Əgər bu məlumatlar realdırsa, o zaman aydın olan budur ki, Cavid Qurbanov təkcə müavinini deyil, həm də öz biznesini idarə edən şəxsi belə mühüm posta gətirilməsinə yardımçı olub. Rəsmi mərc oyunu olan TOPAZ-ı 4 il idarə edən Vüsal Aslanovun Metropolitenə hansı şəkildə idarə edə biləcəyi bir qədər qəribə görünür. Ümid edək ki, yeni sədr metropoliteni də TOPAZ kimi idarə etməyəcək.

tribunainfo.az
 
Ardını oxu...
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən smart kart tipli sayğacların dövriyyədən çıxarılması, yerinə mexaniki sayğacların quraşdırılması prosesindən narazılıq edənlər kifayət qədərdir. Abonentlərin sözlərinə görə, sayğaclarında yaranan problemə görə quruma zəng edən kimi cihazın təmiri yerinə yenisi- mexaniki sayğaclar quraşdırılır. Abonentləri ən çox narahat edən isə bu tipli sayğaclardan sonra qaz sərfiyyatında müşahidə olunan artımlardır.

İqtisadçı Akif Nəsirli mövzu ilə bağlı TNS-ə bildirib ki, smart kart tipli sayğac ideyası abonentlərin “Azəriqaz”a kütləvi şəkildə borclanmasından sonra yaranıb: “Abonentlərin borclanmasından sonra “əhalinin bir daha borca düşməməsi üçün nə etmək lazımdır?” sualına cavab olaraq, “Azəriqaz”a ölkəyə smart sayğaclar gətirdi. Bu sayğaclar abonentlərin borc problemini tamamilə aradan qaldırdı. Həmin sayğacların tətbiqinə təxminən 2011-2012-ci illərdə başladılar. 2018-ci ildə proses yekunlaşdı. Sayğacların istismar müddəti 27 ildir. Ona görə də hələ ki, Bakıda istismar müddətini ötən sayğac yoxdur. 9 ildən bir cihazın daxilində olan elementi dəyişirlər və sayğac işləməyə davam edir”.

A.Nəsirli hazırda smart tipli sayğacların mexaniki sayğaclarla dəyişdirilməsini geriyə qayıtmaq hesab edir: “Dünya inkişaf edir, bütün ödənişlərin smart qaydada həyata keçirilməsi tətbiq olunur. “Azərişıq” hazırda smart sayğaclardan istifadə etməklə “Azəriqaz”ın uğurunu təkrar etmək istəyir, amma onlar özü bu sayğaclardan imtina edir. Üstəlik, istismar müddəti bitməmiş. Hətta Azərbaycanda quraşdırılan sayğaclar Şərqi Avropa ölkələrində 30 ildən çoxdur ki, istismar edilir. Görünür, “Azəriqaz” geridönüş etməklə yenidən əhalinin qaza görə borclanmasını istəyir. Artıq qaz sərfiyyatının yazılması ilə qaz manipulyasiyasına getmək istəyirlər”.

Ekspert bildirib ki, qurum qaz sayğaclarında yaranan hər hansı problemə görə heç bir zaman özünü günahkar hesab etməyib: “İki il əvvəl “Azəriqaz”ın laboratoriyasında olmuşam və şikayətlərin dinlənilməsi, sayğacların müayinəsi prosesində iştirak etmişəm. 45 abonent sayğacdan şikayət gətirmişdi. Onların heç birində problem tapılmadı. Şikayətçilər bildirdi ki, smartda 500 kub qaz işlənibsə, mexanikidən sonra sərfiyyat 1000 kuba çıxıb. Evdə bütün qazla işləyən cihazlar söndürüldükdən sonra da sayğacların işlədiyi bildirildi. Amma bütün şikayətlərə baxmayaraq, heç bir problem tapılmadı. Bu günə kimi şikayətlər əsasında aparılan yoxlamlarda “Azəriqaz” hər yerdə “haqlı” çıxır”.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev TNS-ə açıqlamasında bildirib ki, əvvəllər abunəçilərin kütləvi sürətdə xeyli debitor borcları yaranmışdı: “Həmin məbləği əhalidən yığa bilmirdik. Bir neçə il bundan əvvəl həmin problemli abonentlərdən debitor borcun yığılması məqsədilə smart kart tipli sayğaclar tətbiq olundu. Hazırda bu sahədə işlər nizamlanıb. Ödənişlərin verilməsi ilə bağlı problemli abonentlər olsa da, bu hal kütləvi deyil. Kommunal xidmətin pulunu ödəmək kimi bir ənənə formalaşıb”.

Cihazların xaricdən gətirilirdiyini və maya dəyərinin çox yüksək olduğunu deyən qurum rəsmisi eyni zamanda, onların təmirinin də mümkün olmadığını vurğulayıb: “O sayğacları geri qaytarmaq və təmirdən sonra ölkəyə təkrar gətirmək maya dəyərindən artıq başa gəlirdi. Ona görə də “Azəriqaz” mexaniki, yəni sonradan ödənişli sayğaca keçir. Yaşma bağları deyilən ərazidə biz bunu pilot layihə kimi həyata keçiririk. Həmin mexaniki sayğaclara xırda cihazlar quraşdırılır. 70-80 evdən, yaxud bir neçə binadan bir ötürücülər vasitəsilə mərkəzə abonenetlərin bütün məlumat bazası yüklənir. Debitor borc yarandığı halda, avtomatik məsafədən qazın verilişinin dayandırılması, borc ödənilən kimi dərhal məsafədən qazın verilişinin bərpa olunması kimi yenilklər həyata keçiriləcək. Yəni, geri qayıtmırıq, əksinə, daha “ağıllı” sayğac sisteminə keçirik. Abonentlərimiz daha rahat olacaq. Bu, geri qayıtmaq deyil. Çox ağıllı sayğaca keçid prosesinin astanasındayıq. Smart kart tipli sayğaclardan dövrü dövlət yoxlaması bitən sayğaclar çıxarılır, yerinə mexaniki sayğaclar tətbiq olunur”.
 
Ardını oxu...
Dekabrın 22-də Respublika Fənn Olimpiadalarının ilk mərhələsi baş tutub. Həmişə olduğu kimi, şagirdlər 8 istiqamətdə qüvvəsini sınayıb. Rayon (şəhər) mərhələsinin nəticələrinin yanvarın 9-da açıqlanacağı bildirilir. Amma indidən narazılıq səsləri ucalır. Ayrı-ayrı müəllimlər sualların düzgün tərtib olunmadığını iddia edir.
Bizimyol.info xəbər verir ki, Xankəndi, Şuşa və Xocalıda ilk dəfə olaraq Respublika Fənn Olimpiadalarının rayon (şəhər) mərhələsi təşkil olunub. Təhsil funksionerləri bu barədə sosial platformalarda çoxlu paylaşım ediblər, məsələdən fəxrlə danışıblar. Lakin problemlərə reaksiya yoxdur. Suallarla bağlı iradlar nəzərə alınmır.

Tarix müəllimi Kamran Şeyxzamanlı yazır ki, 6-7 ildir olimpiadalardakı problemləri işıqlandırır, qeyri-peşəkar yanaşmadan danışır, amma hər hansı reaksiya görməyib. Onun Təhsil İnstitutunun direkor müavini Fuad Qarayevə müraciətləri də cavabsız qalıb.

“Səhv suallar, qüvvədə olmayan dərsliklərdən suallar olur. Texniki fənlərə olan diqqət humanitar sahəyə yoxdur. Əzbərçi, bezdirici, mənasız suallarla uşaqların, müəllimlərin əsəbini pozurlar. Bir sözlə, yola verirlər. Salınan suallar günümüzlə uzlaşmayan, heç kimə lazım olmayan suallardır. Sualların formatı bir kənara, məktəbdə istifadə edilməyən dərsliklərdən suallar var. Adamlar köhnə bazadan sual salırlar. Özlərinə güc verib yenisini yazmırlar. Bu sual salan elə başa düşür ki, kitabın küncündən, mənbədən, xəritə içindən, aforizmlərdən sual salmaq çətin sual deməkdir. Bu, uşaqların əziyyətlərini yerə vurmağa, həvəsdən salmağa heç kimin haqqı yoxdur”.

Başqa bir tarix müəllimi Ceyhun Həsənov yazıb ki, şagirdlərinə daha Respublika Fənn Olimpiadalarına qoşulmamağı tövsiyə edib: “Demişəm ki, gedib özünüzün də, mənim də əsəblərimi korlamayın”.

Yevlaxda yaşayan Nazlı Məmmədova oğlunu olimpiadaya göndərdiyini bildirir. Amma bundan peşman olub: “Kaş göndərməzdim...”

Murad Əliyev işə məsuliyyətsiz yanaşıldığını yazıb: “Müəllimi, şagirdi dolayıblar... Kiçik summativ qiymətləndirmə materiallarını tərtib edərkən ayırdığım vaxtın, enerjinin heç onda birini bunlar olimpiadaya sərf etmirlər”.

Müəllim kimi fəaliyyət göstərən Aysel Məmmədova Respublika Fənn Olimpiadalarının obyektiv şəraitdə keçirilməsinə şübhə ilə yanaşır. Onun yazdığına görə, Dövlət İmtahan Mərkəzinin imtahanında 30 sualdan 29-na düzgün cavab verən şagird keçən olimpiadada növbəti mərhələyə keçməyib. Müəllim hesab edir ki, belə nəticə qeydə alına bilməzdi.

Ümumiyyətlə, obyektivliklə bağlı şübhələr çoxdur. Bu haqda xeyli rəy diqqət çəkir. Hələlik yazılanlara rəsmi səviyyədə hər hansı reaksiya gözə dəymir.
 
Ardını oxu...
"`Kristal Abseron`dan ev alanda 100 ölcüb, 1 biçin..." - "Dərəbəylikdir!!!" "`Kristal Abseron`dan ev alanda 100 ölcüb, 1 biçin..." "Dia.az" xəbər verir ki, bu çağırışla "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Aysel Novruzlu adlı istifadəçi çıxış edib.

Narazı vətəndaş daha sonra bildirir: "2022-ci ilden ev almışam. Evləri sanki salfetkadan tikilib. Bunu qoyuram bir kənara. Sakinlərinə əziyyət verirlər. Özləri "Rahat telekom"la müqavilə bağlayıblar... və nəticədə internet sıfır... Xidmət sıfır...

Sakinlərə icazə yoxdur ki başqa provayderə müraciət etsin. Zəng edib şikayət edirsən, baxmırlar. Uzun sözün qısası: "Kristal Abşeron"un xeyri hardan gəlirsə, ora yönlənir.

Komendant xidmətini hələ demirəm... 36 manatdan 47 manata birdən qaldırdılar. Orda da xidmət sıfır. Komendanta da nəyisə bildirəndə car çəkib adamın üstünə davaya gəlir.

Əziz dostlar... "Kristal Abşeron"dan ev almayın. Yoxsa ya evi satmaq məcburiyyətində qalacaqsınız, ya da bunlarla dava-dalaş etmöək məcburiyyətində...

Şikayət edəndə də "hara istəyirsən, de.." deyirlər.

Dərəbəylikdir!!!"

Dia.az
Ardını oxu...
Salam sizə şikayətim Azercell mobil operatorundandır. Bildiyiniz kimi elə bir ay yoxdur ki, mobil operatorlar heç bir səbəb olmadan qiymətləri qaldırmasınlar. İndi isə Azercell daha da irəli gedərək 1 Fevral 2025-ci il tarixindən etibarən aylıq 2 AZN-lik limit tətbiq edəcək yəni abunəçilər hər ay balanslarına məcburi qaydada 2 AZN vəsait yükləməlidirlər. Əgər 2 AZN-dən az vəsait yüklənilsə və ya balansa ümumiyyətlə vəsait yüklənilməsə 2 AZN xidmət haqqı tətbiq ediləcək və Azercell abunəçinin balansından 2 AZN siləcək bu isə oğurluqdur. Abunəçinin razılığı olmadan mobil operatorun nə ixtiyarı varki abunəçinin balansından vəsait silsin daha doğrusu oğurluq etsin və ya abunəçiyə zorla hər hansısa paket versin? Bu istehlakçı hüquqlarının pozulmasıdır. Bu absurd qayda digər mobil operatorlarda bu ilin Fevral və May ayından var onlarda heç olmasa balansdan silinən 2 AZN müqabilində şəbəkədaxili 60 dəqiqə və 1,2 GB internet paketi verilir Azercell-də isə ümumiyyətlə heç bir dəqiqə və internet paketi verilmir balansdan sadəcə 2 AZN silinir. Özüdə abunəçi balansını kredit vasitəsi ilə və ya Paycell vasitəsi ilə yəni digər nömrədən balansa vəsait yükləsə belə bu aylıq sərfiyyat limiti kimi hesablanılmır yəni abunəçi məcburi qaydada balansa öz pulu ilə vəsait yükləməlidir. Bundan başqa əvvələr danışıq kartının istifadə müddəti bitdikdə nömrənin xətti 180 gün yəni 6 ay birtərəfli qaydada bağlı qalırdı balansa vəsait yüklənilməsə nömrə ləğv edilirdi indi isə bu müddət 90 günə yəni 3 aya endiriləcək. Halbuki bütün dünyada xəttin bağlanılması anlayışı yoxdur bu yalnız Azərbaycanda var. Xatırladım ki, Azercell bir neçə ay öncə danışıq kartlarının müddətini azaltmış bu ay isə bütün tarif paketlərində qiymətləri kəskin şəkildə qaldırmışdı. Bildiyiniz kimi elə bir ay yoxdur ki, hər hansısa xidmətin qiyməti bahalaşmasın. Azercell isə qiymətləri guya xidmət səviyyəsinin yüksəldilməsi üçün bahalaşdırdığını desədə xidmət səviyyəsi əksinə daha da azalıb. Beləki əvvəllər telefon mərkəzinə edilən şikayətlərə zənglə geridönüş edilirdisə indi isə sadəcə şablon şəkildə SMS ilə cavab verilir. Əvvəllər telefon mərkəzində abunəçi həll edilməyən şikayətlər ilə bağlı qrup rəhbəri ilə danışa bilirdisə indi buda ləğv edilib abunəçi şikayətini heç bir yetkiliyə bildirə bilməz. Bundan başqa Azercell 2023-cü ilin maliyyə hesabatını da hələ də açıqlamayıb. Artıq 8 gün sonra 2024-cü ilin sonudur və şirkət 2024-cü ilin maliyyə hesabatını açıqlamalıdır amma 1 ildir ki, 2023-cü ilin maliyyə hesabatı açıqlanmır. Bununla bağlı telefon mərkəzinə iyul ayından müraciət etsəmdə həmin vaxt: "Təklifiniz bizim üçün çox önəmlidir istəyizin tətbiqi imkanları araşdırılacaq" şəkilində şablon şəkildə SMS göndərib götürüb qeydiyyatı bağladılar. Həmin vaxt call center-dən xanım operator: "Yəqinki, yaxın vaxtlarda maliyyə hesabatı sayta qoyulacaq ona görə qeydiyyatı bağlayıblar" şəkilində cavab verdi. Daha bir neçə ay gözləyib Noyabr ayında telefon mərkəzinə maliyyə hesabatı ilə bağlı yenidən müraciət etdikdə operatorlar mənə göndərilən şablon şəkildə SMS-i əsas gətirərək sizə artıq cavab verilib dedilər və bununla bağlı baş ofislə əlaqə saxlamalı olduğumu bildirdilər. 26 Noyabr tarixində baş ofislə əlaqə saxladım müraciətimi yenidən qeydə aldılar və 1 aydır ki, müraciətimə cavab verilmir. Ümumilikdə isə iyul ayından bəri 5 aydan çoxdur ki, bir nəfər belə əlaqə saxlayıb məlumat vermir. Keçən ildə eyni hal baş vermişdi yəni maliyyə hesabatı May ayında açıqlanmışdır onda ancaq müraciətimə Vəfa adlı xanım zəng edərək: "İlkin bəy narahat olmayın hesablanma gedir yaxın vaxtlarda maliyyə hesabatı sayta qoyulacaq" deyə cavab vermişdilər. Maliyyə hesabatını gizlətməyin bir səbəbi var. Bildiyiniz kimi 2018-ci ildən Azercell dövlət şirkətidir və TeliaSonera 2015-ci ildən Avrasiya regionunu tərk edəcəyini açıqladıqdan sonra Azercell 2018-ci ilədək 3 il zərərlə çalışdı və Rabitə Nazirliyi məcbur olub Azercell-in 51%-lik payını TeliaSonera-dan 222,5 milyon dollara almışdır. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, Azercell gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra Azercell yenidən özəlləşəcək. Bu yaxınlarda İKT üzrə ekspertlər Azercell-in özəlləşmə məsələsini gündəmə gətirəndən sonra görünür Azercell-dən narahat olublar və maliyyə hesabatını gizlətməyə qərar veriblər. Əslində mobil rabitə sahəsində ümumiyyətlə İKT sektorundakı bərbad xidmətin və qiymətlərin durmadan artmasının oğurluq hallarının əsas səbəbi inhisarçılıq və monopoliyadır. Yəni bütün dünyada fəliyyət göstərən Vodafone, Orange, T-Mobile, MTS, Beeline və s. şirkətlərin bazara girməsinə imkan verilmir. Dövlət qurumlarıda illərdir mobil operatorların oğurluğunu görməzdən gəlirlər. Yəni dünyanın heç bir ölkəsində mobil operatorlar heç bir səbəb olmadan qiymətləri durmadan bahalaşdıra və absurd qərarlarla abunəçidən oğurluq edə bilməzlər. Sağolun.
İlkin Məmmədkərimov
Bloqumuzun adresinə göndərilən şikayətdə qaldırılan iddialarla bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
Ardını oxu...
Neftçilərə qarşı belə bir siyasət aparıb,onları narazı salmaqda , onlara əzab verməkdə məqsədiniz nədir? Aparılan siyasət məqsədyönlü deyil ki ? !!
Bir bu qalıb ki, işçilər yığışıb gəmi alıb şirkətə versinlər ki, növbəmizi vaxtlı vaxtında dəyişsinlər.
Qərbi Abseron 20 nomreli platformadan KQİT-nin işçiləri yazdı.
20 gündür ki,dənizdəyik. Heç kimin vecinə deyil ki,işçilər nə yeyir,nə içir. Rəislər bir dəfə də olsun soruşmurlar ki,çörəyiniz varmı yeməyə? İşçilər neçə gündür ki,səhər , günorta, makarona möhtac qalıb. O da bir yerə qədər. İşçilərdə həm işin ağırlığı,həm də şəraitsizlikdən taqət qalmayıb. Gərək kimsə yıxıla,yaxud nəsə qəza baş verə,sonra gəmi versinlər? Hami da qorxusundan susur ki , rəislər qapını görsətməsinlər. Hava normal olan günlər var idi,amma veclərinə də olmadı ,yenə də havanı bəhanə edib , gəmi gələ bilmir dedilər. PSK,MPK gələ bilmir,heç olmasa, Üfüq,Turan, ,Zəfər kimi gəmilər növbəni dəyişə bilərdi.Etmirlər.Burda nəsə bir oyun var? Axırda da dıtişəndə 70 iin gəmisi PSK gəlir.20-30 nəfər adam tutan gəmiyə 100 işçini yığırlar gəmiyə.Hamı sahilə kimi ayaq üstə gedir.
Bu gün də mədəni dəyişdilər,bizi dəyişmədilər. Gəmi səhər orda ola ola göndərmədilər. .axçam göndərdilər. Gəmi də yolu yarıya kimi gedib,geriyə qayıtdı. Yenə qadıq burda. hamı axırıncı olan yeməyini yeyib gözləyirdi ki, indi gedirik. geyinib hazırlaşmışdı gozleyirdi .PSK göndərdilər. o da yarı yoldan geri qayıtdı ki,hava pisdi .Havada isə heç bir dəyişiklik yox idi.
Heç birimizin ərzağı qalmayıb.
Mirvari Gahramanli
TEREF
Ardını oxu...
Neftçinin əmək pensiyasını qərar qəbul edib hesablayıb ödəyir,sonra da deyir ki, yox səhv etmişəm, çox ödəmişəm. Əvvəllər 5 - 15 ilə, qanunda dəyişiklik ediləndən sonra isə 3 ilə qədər olan artıq ödənilmiş pulu-geri qaytar.
Sən hesablayıb ödəmisən, haqlı və ya haqsız niyə səhv hesablayıb ödəyirsən, ödəmisənsə niyə bu pulu geri tələb edirsən? Hər 2 halda əmək pensiyasını hesablayan sənin işçilərin deyimi?
Sadə əmək pensiyaçısı necə bilsin ki, hansı düzdü. Bəlkə elə indiki qərarın da səhvdi. Bu səhv deyil, Qanunun pozulmasıdır. Qanun pozulubsa niyə səhv hesablayan məsul şəxsi məsuliyyətə cəlb etmirsən?
Sənin etdiyin, hətta hesab etsək ki, haqlı çox ödəmədir, nədən əmək pensiyası alan şəxs- maddi məsuliyyət daşısın? Nədən əzab və əziyyət çəkib, stress keçirib, maddi ziyana düşüb öz haqqını məhkəmədə bərpa etsin.
Onsuz da öz dərdlərinə çatmayan pensiyası - həm azalsın, həm də borc qaytarsın.?!
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
Bu gün sosial şəbəkələrdə "Lukoil” yanacaqdoldurma məntəqəsində sürücülərin aldadılması barədə bir neçə video paylaşılıb.


Qaynarimfo-nun verdiyi xəbərə görə, belə videolardan birini Haldun Novruzzadə paylaşıb:

"Dünən, yəni 20.12.2024-cü il tarixdə saat 21:05-21:30 radələrində bizim "Rent a car" şirkətinə məxsus 99-XN-288 nömrəli "Hyundai Elantra" avtomobili ilə müştəri "Şamaxinka"da yerləşən "Lukoil"dan 20 manatlıq A92 markalı benzin vurub. Maşın 200 metr gedib, sönüb. Gətirmişik ustaya, çındən benzin yerinə su çıxıb. Bu, konkret biabırçılıqdı. Mənə 500 manat ziyan dəyib, "Lukoil" deyir ki, biz bakdan analiz götürməliyik. Bu, son 1 ay ərzində bu "Lukoil" yanacaqdoldurma məntəqəsində baş verən 4-5-ci belə hadisədir. "LUKOIL-Azerbaijan"dan tələb edirəm, mənə dəyən ziyanı ödəsin!"

Digər bir videoda da bir avtomobil ustası iki sürücünün eyni anda oxşar problemlə ona müraciət etdiyini deyir və bununla bağlı kadrlar göstərir.


Anoloji olaraq bu sürücülərin də "Lukoil"in YDM-də benzin vurduqları bildirilir.

Qeyd edək ki, əvvəllər də "Lukoil” yanacaqdoldurma məntəqələrində, xüsusən də "Şamaxinka"dakı YDM-də oxşar hadisələrin baş verməsi haqqında şikayətlər səslənmişdi.

 
 
 
Ardını oxu...
Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi abadlıq işləri üzrə avadanlıqların alınması üzrə keçirdiyi açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti olub və tərəflər arasında 222.562,36 manat məbləğində satınalma müqaviləsi bağlanılıb. Məlumat dövlət satınalmalarının vahid internet portalında 20.12.2024-cü ildə dərc edilib.

Müqavilənin başlanma tarixi 19.12.2024 -cü il, bitmə tarixi 30.12.2024-cü ilə müəyyən edilib. Şərtlər toplusunun məlumatlarında müsabiqənin 18.11.2019 -cu ildə başladığı, zərflərin açılış tarixi isə 20.12.2019-cu il göstərilir.

Qeyd edək ki, “İNPEKS.N” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-2022-ci ilin fevral ayına Mədəniyyət, Səhiyyə, Təhsil nazirlikləri və onlara tabeli qurumlar tərəfindən keçirilmiş yüzlərlə açıq tender və kotirovka sorğusunun qalibi olub.

Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə “İNPEKS.N” (VÖEN 1601862631) MMC 06.06.2013-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ, NİZAMİ RAYONU, TOFİQ ABBASOV, ev 13, m. 34, qanuni təmsilçisi isə Qasımov Elşən Soltan oğlu olduğu göstərilir. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Ramazanov İntiqam Adil oğlu olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə 2019021060970100 nömrəli, 26.08.2020-ci il tarixli Qərar qəbul edib. Hazırki günə MMC-nin dövlətə 948 791.05 manat vergi borcu var. Reysterdən son dəfə verilmiş çıxarışın tarixi 01.12.2023-cü ildə olub.

Dövlət Vergi Xidmətinin məlumatlarından da göründüyü kimi “İnpeks.N” MMC həm riskli vergi ödəyicisidir, həm də külli miqdarda verği borcu var. Belə olan halda Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi satınalmanın təşkili zamanı “İnpeks.N” MMC-nin tenderdə iştirakına necə yol verib? Maraqlıdır, satınalmalara birbaşa cavabdeh olan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu müqavilənin bağlanılmasına necə razılıq verib?

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin əsasında Prezident İlham Əliyevin ” Antiinhisar və istehlak bazarına nəzarət sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 27 avqust 2024-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.

Fərmanla müəyyən edilib ki: Agentlik antiinhisar, haqsız rəqabət, dövlət satınalmaları, reklam (açıq məkanda reklam istisna olmaqla), standartlaşdırma, metrologiya, texniki tənzimləmə, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya, keyfiyyətin idarə edilməsi, istehlakçıların hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahələrində dövlət nəzarətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Odur ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Məmməd Abbasbəylilidən soruşmaq istəyirik. Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin satınalmalarda yol verdiyi bu qanun pozuntularına lim və hansı əsalarla yol verib?

Xatırlatmaq istərdik ki, “İnpeks.N” MMC yalnız Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi ilə 25.05.2017-ci ildən 30.12.2019 -cu ilə qədər ehtiyat hissələrinin satınalınmasından tutmuş, təsərrüfat mallarının satınalınması, abadlıq işləri üzrə avadanlıqların satın alınması, asfalt örtüyü işlərinin görülməsi, mənzil fondunun təmir işləri,xüsusi geyimlər alınması, ödənişli ictimai işlərə cəlb edilmiş işçilərin mal-material və xususi geyimlərlə təmin edilməsinin satınalınmasına qədər ümumi dəyəri 3 656 601 manat olan 22 satınalma müqaviləsi bağlayıb.

Qeyd edək ki, Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Mais Məmmədovdu. O, hələ Hacıbala Abutalıbovun 1995-2000-ci illərdə Suraxanı rayon İcra Hakimiyyətinə başçılıq etdiyi dönəmlərdən Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyində rəis vəzifəsində çalışır.Mais Məmmədov 2005-2019-cu illərdə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı olmuş İlqar Abbasovla da yüksək səviyyədə işbirliyi həyata keçiriblər. 12 noyabr 2019-cu il tarixdən 08 İyul, 2024 -cü ilə qədər Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin başçısı işləmiş Əziz Əzizovla dil tapa bilib. 8 iyul 2024-cü ildə rayona yeni təyin olunmuş Adil Əliyevlə hə hələ ki işləyir. Artıq 30 ilə yaxın bir müddət ərzində Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə rəhbərlik edən Mais Məmmədovun fəaliyyəti isə göz qabağındadır. Onun və qardaşlarının tutduqları vəzifələr hesabına əldə etdikləri imkanlar barədə dövrü mətbuatda çox yazılıb.Yayılan informasiyalara görə,tək o, tutduğu vəzifədən istifadə edərək rayonun ayrı-ayrı qəsəbə və ərazilərində biznes obyektləri tikdirib. Mais Məmmədovun bunları hansı yollarla əldə etdiyinə gəlincə.Təbii ki,rayon ərazisində təmir-tikinti, abadlıq və digər işlərin görülməsi üçün büdcədən ayrılmış dövlət vəsaitlərinin silinməsi hesabına…
Aktualinfo.org

Dünyapress TV

Xəbər lenti