Ardını oxu...
Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayev və "MedEra Hospitalı"nın mühafizəçisi bir-birilərinə xəsarət yetiriblər. Baş verən hadisə hospitalla bağlı müzakirələrə səbəb olub.
TEREF xəbər verir ki, Pravda.az klinika ilə bağlı bəzi məlumatları təqdim edir:
Mediada dərc olunan xəbərlərə görə, “MedEra Hospital” klinikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin keçmiş rəisi, 2018-ci ildə səs-küylü "dərman işi" ilə bağlı istintaqa cəlb edilmiş gömrük xidməti general-mayoru, professor Fikrət Qədiməliyev tərəfindən idarə olunur.
Bir neçə il öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən dərman vasitələrinin qanunsuz dövriyyəsi və qaçaqmalçılıqda təqsirləndirilərək həbs olunan Mərkəzi Gömrük Hospitalının professoru Fikrət Qədiməliyev azadlığa buraxılandan az sonra “MedEra Hospital” klinikasına direktor müavini təyin olunur. Bu xəstəxanada tez-tez rəhbər dəyişikliyi olsa da, ancaq əsas idarəçilik və səlahiyətlər hələ də Fikrət Qədiməliyevdədir.
 
Ardını oxu...
Biləsuvar Rayon İcra Hakimiyyəti (RİH) şəhər ərazisində avtomobil yollarının əsaslı təmiri işlərinin satınalınması ilə bağlı elan etdiyi tenderi yekunlaşdırıb.

İqtisadiyyat.az xəbər verir ki, RİH-in tenderinin qalibi bu dəfə də "Proqress İnşaat EN” MMC olub.

Belə ki, şəhər ərazisindəki avtomobil yolları büdcə vəsaiti hesabına təmir olunacaq.

İcra Hakimiyyətinin elan etdiyi məlumata görə, təmir işləri 564 min manata başa gələcək. Artıq RİH-lə şirkət arasında müqavilə də bağlanıb.

Qeyd edəki ki, "Proqress İnşaat EN” Biləsuvar RİH-in bundan əvvəllər də tenderlərinin qalibi olub. 2021-ci ildə yaradılan şirkət qısa müddət ərzində Bilsəuvar RİH-in "sevimli şirkəti”nə çevrilib.

Xatırladaq ki, Biləsuvar RİH-in hazırkı icra başçısı Faiq Qürbətov 2020-ci ildən bu vəzifədə çalışır.
 
Ardını oxu...
Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı cinayət işi üzrə araşdırılmış əsas məsələlərdən biri nazirlikdəki yüksək vəzifəli şəxslərlə müxtəlif şirkətlər arasındakı qanunsuz razılaşmalar olub. Araşdırmalar zamanı üzə çıxıb ki, məhz belə razılaşmalar nəticəsində onmilyonlarla büdcə vəsaiti mənimsənilib.
Bizimyol.info xəbər verir ki, milyonlarla vəsaitin mənimsənilməsində vasitəçilik edən ən əsas şirkətlərdən biri “Azersun Holding” olub. Bu şirkətlə nazirlik arasındakı müqavilələrdən 5 il ərzində 20 milyona yaxın “otkat” alındığı və dövlət büdcəsinə iri miqyasda ziyan vurulduğu iddia edilir. Bu, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsində aparılmış araşdırmalar nəticəsində ortaya çıxıb.

İttihama əsasən, Müdafiə Nazirliyinə və tabe qurumlara (hərbi hissələr, Ali Hərbi Məktəb, hərbi hospital və s.) ərzaq məhsulları, avadanlıqlar, tibbi ləvazimatlar və s. alınması, müxtəlif xidmətlərin göstərilməsi üçün şirkətlər müqavilə bağlanıb. Əvvəldən razılaşdırılmış şirkətlər tenderlərdə qalib elan olunub, mal-məhsulların alınması, xidmətlərin göstərilməsi üçün onlarla müqavilə bağlanıb. Müqavilələrdə qiymətlər şişirdilmiş şəkildə göstərilib. Nazirlikdən şirkətlərin hesabına müqavilədə göstərilən məbləğ köçürülüb. Əvvəlcədən razılaşmaya əsasən, şirkət şişirdilmiş hissəni – köçürülmüş artıq vəsaiti sonradan geri qaytarıb. Bu yolla da illərlə büdcə talanıb.

Araşdırmalar nəticəsində məlum olub ki, ölkədə ən böyük şirkətlərdən biri, qida istehsalı və satışı ilə məşğul olan “Azersun Holding” də büdcədən onmilyonlarla manatın yeyintisində məhz bu formada iştirak edib.

Cinayət işində bunu təsdiqləyən sənədlər, çoxsaylı ifadələr var. 143 milyon manatlıq mənimsəmə ilə bağlı cinayət işi üzrə həbsdə olan şəxslər də bu haqda danışıblar.

Eyni zamanda, “Azersun”un əməkdaşı da istintaqa cəlb olunaraq dindirilib və o, baş verənləri etiraf edib. O, təsdiqləyib ki, öncədən “otkat” razılaşmaları olub və həmin razılaşmaya uyğun da işləyiblər.
 
 
 

Ardını oxu...

3 saylı uşaq dəri-zöhrəvi dispanserinin baş həkimi Gülnarə Cəfərova cərimələnib. 

 

 Dövlət Əmək Müfəttişliyi Xidməti baş həkimə İnzibati Xətalar Məcəlləsinin 555.3-cü maddəsi ilə cərimə yazıb. 

Gülnarə Kərimova dövlət qurumunun qərarı ilə razılaşmayaraq məhkəməyə müraciət edib. İşə Binəqədi Rayon Məhkəməsində baxılacaq. Zamiq Bağırov iş üzrə hakim təyin edilib. 

555.3-cü maddə bədbəxt hadisənin baş vermə faktının işəgötürən tərəfindən gizlədilməsinə və ya aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçırılması barədədir. 

Maddədə inzibati cəza növü kimi 1800 manatdan 2200 manatadək məbləğdə cərimə nəzərdə tutulur. 

Beləliklə, aydın olur ki, dispanserdə hansısa bədbəxt hadisə baş verib. Gülnarə Cəfərova isə bu faktı gizlədib, yaxud da olay barəsində akt tərtib etməkdən boyun qaçırıb. 

Qaynarinfo detalları öyrənmək üçün 3 saylı uşaq dəri zöhrəvi dispanseri ilə əlaqə saxlayıb. Oradan bildirilib ki, Gülnarə Cəfərova hazırda işdə deyil. Məhkəmə işinə gəlincə, dispanserdən deyilib ki, bu barədə heç bir məlumat verə bilməyəcəklər. /qaynarinfo/


Ardını oxu...
"Şikayətimiz Azərbaycan Dövlət İqtisad Universitetindəndir". Dia-az.İnfo xəbər verir ki, bu barədə redaksiyamıza edilən müraciətdə qeyd olunur.

Tələbələrin adından ünvanlanan müraciətdə daha sonra bildirilir: "Dərbənd filialının diplomları verilmir. Niyə verilmir? Səbəb?

Keçən il, yəni 2023-cü ildə bitirən məzunların hələ də diplomlarını verməyiblər.

Biz magistraturaya qəbul olmuşuq... bizdən bakalavr diplomunu tələb edirlər və əks halda magistr təhsilindən azad edəcəklər.

UNEC-ə müraciət etdikdə ki diplomlar niyə verilmir, səbəbin isə deyirlər ki təhsil nazirliyinə müraciət edin diplom məsələsi onların problemidir, bizə diplom versinlər ki biz də sizə təqdim edək...

Universitetə sual veririk, bu il bitirən tələbələr, yəni 2024-cü ilin məzunları diplomlarını nə zaman alacaq? deyirlər ki 2025 və ya 2026-cı ildə.

Təhsil nazirliyinə müraciət edirik, deyirlər, universitetlə əlaqə saxlayın.

Açıq özbaşnalıqdır, dəqiq məlumat verən yoxdur..."

Məsələ diqqətimizdədir. Əlavə bilgilərimiz olacaq...

***

ANONS:

- UNEC məzunlarının çıxılmaz duruma salınmasında hansı yüksək vəzifəlilərin payı var?

- Kimlərinsə şəxsi münasibət gəreginliyi məzunlara əlavə hansı problemləri yarada bilər?..

BİZİ İZLƏYİN...
 
Ardını oxu...
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə deputatlığa namizəd olmaq üçün 1048 nəfər dairə seçki komissiyalarına müraciət edib. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında bu qurumun rəhbəri Məzahir Pənahov bildirib.

Onun sözlərinə görə, 532 şəxsin namizədliyinin irəli sürülməsi artıq təsdiq edilib. 451 namizəd qeydiyyat üçün tələb olunan 450 seçici imzasını yığmaq üçün imza vərəqələrini alıb. 31 namizəd imza vərəqələrini qaytarıb, 4 namizəd artıq qeydiyyatdan keçib. Eyni zamanda 25 siyasi partiyanın 585 səlahiyyətli nümayəndəsi qeydiyyatdan keçib. Əlbəttə ki, həm iddiaçıların, həm namizədlərin sayını qarşıdakı günlərdə daha da artacaq.

Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək. O, 94 saylı Ucar seçki dairəsindən deputatlığa namizəd olub. Məlumata görə, sabiq deputatın namizədliyi artıq qeydə alınıb. 70 yaşlı Elton Məmmədov bəllidir ki, Ucar rayonundandır. O, Milli Məclisin II, III və IV çağırış deputatı olub. Sabiq deputat, həmçinin AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdiri vəzifələrində çalışıb. Qeyd edək ki, sözügedən dairədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi VI çağırış parlamentin deputatı Ramil Həsəndir.

Görünən odur ki, Donald Trampın yenidən Ağ Evə qayıdışı şansı artan kimi Məmmədovlar klanı fəallaşmağa başlayıb. Bu həmin klandır ki, adı bu illər ərzində bir çox kriminal hadisələrə və korrupsiyaya qarışıb.

2013-cü il iyulun 17-də Türkiyənin “Hürriyet” qəzetinin köşə yazarı Yalçın Bayer məqaləsində adını gizli saxladığı mənbələrə istinadla Elton Məmmədovun qardaşı oğlu, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun türk cangüdənini güllələdiyi, eləcə də onun Bodrum yaxınlığında 40 milyon dollara ada aldığını yazmışdı. Bunun ardınca Anar Məmmədov qəzetə təkzib göndərmişdi. Anar Məmmədovun rəhbəri olduğu “Amerika-Azərbaycan Alyansı” adından verilən təkzibi də köşəsində dərc etdirib. Təkzib məktubunda məlumatların doğru olmadığı bildirilirdi.

O günlərdə Nəqliyyat Nazirliyinin qoçularının Azərbaycan yollarında sürücüləri, Məmmədovların ətrafındakı idmançılardan ibarət dəstələr isə evindən işə gedən jurnalistləri döyürdü. Adam döydürmək Məmmədovlar üçün adi hal idi; hər gün sürücüləri döyənlərin arada jurnalistləri də “yada salması” təəccüblü görünmürdü.

Elton Quliyevin qardaşı oğlunun məşhur ayı qalmaqalı da yəqin yaddaşlardan silinməyib. Onun qeyri-təvazökar həyat tərzindən qidalanan bu olay bir müddət ölkə gündəminin əsas mövzusu oldu. Anar Məmmədovun zədələnmiş imicini bərpa etmək üçün bir neçə media quruluşunu, o cümlədən də “Yeni Müsavat”ı məhkəməyə çəkmişdi.

Elton Məmmədovun Türkiyə vətəndaşına məxsus “Lyuks-Sönməz” şirkəti ilə uzunmüddətli məhkəmə çəkişməsi də yaddaşlardan silinməyib. Çəkişməyə səbəb deputata məxsus “Bakı XXI ƏSR” MMC-nin sərəncamında olan torpaq sahəsinin 0,47877 hektarının “Lyuks-Sönməz” MMC-yə məxsus olması idi. Təsisçilərindən biri Türkiyə vətəndaşı Nacı Uzun olan şirkət ərazidə xeyli tikinti işləri də aparıb. Ancaq Bakı Şəhər İcra Hakimiyyəti başçısının qeyd olunan sərəncamı (2008-ci il, 10 yanvar, 9 nömrəli) ilə xüsusi mülkiyyətdə olan həmin torpaq sahəsi “Bakı-XXI Əsr” MMC-yə verilib. Bu MMC-nin təsisçisi isə Britaniyanın Vircin adalarının hüquqi şəxsi olan “Trans - Eyransan Leasinq Group Ltd” şirkəti olsa da, Bakı Beynəlxalq Avtovağzal və onun ətrafına sahib olan həmin MMC-nin Elton Məmmədova məxsus olması ilə bağlı təkzibolunmaz məlumatlar var. Ən başlıcası isə bu faktı Elton Məmmədovun özü də mediaya açıqlamalarında etiraf edib.

Azərbaycan qanunvericiliyinə görə, deputat bizneslə məşğul ola bilməz. Ancaq Elton Məmmədov Azərbaycan qanunverici orqanın II, III və IV çağırış deputatı olduğu günlərdə qanunu tapdalayıb, nümayişkəranə şəkildə bizneslə məşğul olub. Onun xarici ölkələrdəki offşor şirkətləri barədə təkzibolunmaz məlumatlar var. Offşor şirkətlər və onların sahibləri haqda məlumatların cəmləndiyi http://www.datatracker.org saytında azərbaycanlı oliqarxlarla bağlılığı olan “Global Transport Group S.A.” şirkət haqda məlumatlar yer alıb. Bu şirkət 1998-ci ilin dekabrında qeydiyyatdan keçib, nizamnamə kapitalı 10 min ABŞ dollarıdır. Şirkətin qeydiyyatı haqda sənəd Panamanın offşor şirkətlərin qeydiyyatına dair məlumat bazasından götürülüb. Sənəddə göstərilir ki, şirkətin prezidenti Dəmirov Elyar, xəzinədarı Məmmədov Elton, katibi Cavad Cavanşirdir. Şirkətin direktorlar şurasının üzvləri də bu şəxslərdən ibarətdir. Eyni zamanda Bakı Beynəlxalq Avtovağzalının sahibi olan və Elton Məmmədovun təsisçisi olduğu “Bakı XXI Əsr” MMC şirkətinin də izi offşor zonalara gedib çıxır. Belə ki, həmin şirkətin mülkiyyətçisi Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş “Trans European Leasing Group” şirkətidir. Yeri gəlmişkən, “offşor zona” kapitalı vergidən yayındırmaqla dövriyyədə saxlayan dövlət və ya ərazidir. Vergidən yayınmaq istəyən pullular öz kapitalını belə zonalarda saxlayır. Bura çirkli pulların yuyulması üçün əvəzsiz məkandır.

Bütün bunlar Məmmədovların Azərbaycanda vəzifədə olduğu illərin “məhsulları”dır. İndi isə yeni dövrə başlamaq üçün çırmanıblar. Alınacaqmı?

“Yeni Müsavat”
 
Ardını oxu...
Ölkənin ən səviyəsiz, mədəniyyətsiz bankı “Azər-Türk Bank”dır. Ümumiyyətlə, bankların problemli kreditlər üzrə əməkdaşları xüsusi tərbiyəsizliklərinə görə işə götürülür, deyəsən.

Tribunainfo.az xəbər verir ki, bu sözləri Kulis.az saytının baş redaktoru Ulucay Akif sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bank əməkdaşının tərbiyəsizliyinə görə məhkəməyə müraciət edəcək:

“Adını çəkdiyim banka kredit borcum var. Yüksək məbləğ deyil. Hazırda 10 gündür 106 manat ödəməni gecikdirirəm. Yoxdu pul, gecikdirirəm, kefimdən deyil.

Bayaq telefonuma zəng gəldi. Əməkdaşın adını da deyim: Günel Quliyeva.

Əvvəl normal danışdı, dedi, “bu gün ödəyəcəyinizi demişdiniz, niyə ödəmirsiniz?”.

Dedim, hazırda pulum yoxdu, böyük ehtimal gələn həftə ödəyəcəm.

Dedi, “əməkdaşlarımız evinizə gələ bilər borca görə”.

Güldüm xanımın bu tərbiyəsiz təhdidinə.

Çox normal səs tonu ilə, hətta gülərək, mehribancasına soruşdum ki, “106 manata görə camaatın evinə gedirsiniz? Ödəmirəm, verin məhkəməyə, məhkəmə ilə həll olunsun”.

Tərbiyəsiz bank əməkdaşı yəqin ki, rahatlığıma görə lap qızışdı.

“Sən pulu məhkəmə ilə almısan?! Pulu ödə!”

Beləcə dedi tərbiyə və əxlaqdan uzaq bank əməkdaşı.

Bilmirəm, bəlkə, xanımın dədəsinin cibindən götürüb o krediti mənə verib bank. Nə bilim, bankın daxili siyasətinə qarışmaq istəmirəm.

Dedim, “bu nə danışıqdı müştəri ilə danışırsınız? “Sən” nədi? “Siz” deməlisiniz. Mənlə minnətlə danışmayın!”.

Qayıdıb nə desə yaxşıdır?

“Yaxşı eləyirəm! Birinci gün krediti ödə!”

Göydəki Allaha and olsun, şişirtmirəm, belə dedi.

ATB, bu nə tərbiyəsizlikdir müştəriyə, vətəndaşa qarşı edirsiniz?

Əməkdaşlarınıza vətəndaşlarla belə danışmağı kim tapşırıb?

Xahiş edirəm, suallarıma cavab verin. Günel Quliyeva adlı əməkdaşınızdan şikayətçiyəm. Səs yazılarını da çıxarın, mənə göndərin, ictimailəşdirəcəm.

Siz məni məhkəməyə verməyib daha böyük tərbiyəsizlik edirsiniz, amma mən sizi və əməkdaşınızı məhkəməyə verəcəm”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
 
Ardını oxu...
22 iyul Azərbaycanda milli mətbuat və jurnalistika günü kimi qeyd olunur. 149 il qabaq 1875-ci ilin bu günündə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetinin ana dilində nəşr olunması mətbuatımızın milliliyinin əsasını qoyub. Toplam 56 sayı işıq üzü görən “Əkinçi”nin “əkdiyini” millətimiz cəmi iki il “biçmişdi”. İndi milli mətbuatımız nə “əkir”, onun “əkdiyini” kim necə biçir? Nə yazıq, bu gün peşəkar “əkinci”lərin qələmləri qandallanıb, səsləri qazamatdan da eşidilmir. İndiyədək Azərbaycanın həbsxana divarları bu qədər jurnalistə hasar olmamışdı.
Bizdə jurnalistlər günü son on ildə dövlət hesabına mənzil təminatı ilə yadda qalıb. Di gəl... Azərbaycan Respublikasının Prezidentinin jurnalistlər üçün nəzərdə tutduğu 3-cü binanın təməlini qoymasından 7 il keçir. Bina 2020-ci ildən jurnalistlərin istifadəsinə hazır olsa da, 2023-cü ilin sonlarında təyinatının dəyişdirildiyi , şəhid ailələri və qazilərə veriləcəyi bildirildi. Dəyişikliyin səbəbi kimi mənzilə ehtiyacı olmayan, əvvəlki iki binadan bütün qohum-əqrabalarını, sürücülərini, katibə-məşuqələrini mənzillərlə təmin edən “görkəmli” mediator”ların rəhbərliyə müraciəti göstərilir. Gerçəkdə isə bu səbəbin bəhanə olduğu, “hamam suyu ilə dost tutmaq” yetkisi bağışladığı gizlin deyil. Özgə əmlakı ilə, başqasının hesabına şəhid-qazi ailələrinə “diqqət və qayğı” sərgiləməyə nə var ki?! Özü də “yetim-yesir” jurnalistlərin hesabına! Belə “diqqət və qayğıkeşlik” prokurorlar üçün ( 2021-ci ildə Xətai rayonunda 160 mənzilli bina istifadəyə verilib), PA işçiləri üçün ( həmin ünvanda 6 girişli 20 qatlı bina) ... tikilən evlərə niyə göstərilmir? Ah, yazıq evsiz-eşiksiz jurnalistlər, peşə bayramınız mübarək, nə yaxşı varsınız! Yoxsa, sizin adınıza tikilən evlərdən məmurlar necə rüşvət qazanardı?
Nə isə, girişdən keçək binanın özünə. Əlbəttə, keçə bilsək. Deyilənə görə, bina ƏƏSMN-in sərəncamına verilib. Di gəl, necə bölünüb, kimlərə verilib, hələ də gizlin saxlanılır. Bu gizlinliksə binanın növbəti yol gizlincə satıldığını ortaya qoyur. Şəffaflıq olmayan yerdə isə korrupsiyanın olması sübuta ehtiyacı olmayan aksiomdur. 5 il qabaq Nizami rayonu, Çobanzadə küçəsində əlil və şəhid ailələrinə tikilən evin gizlin bölgüsündə olduğu kimi. Hələ də bu evin kimə bölündüyü, necə və neçəyə verildiyi bildirilmir. Niyə bildirilsin ki, deməzlər “Qaçqınkom”un mənzillə təmin etdiyi məcburi köçkün əlillərə , Bakının ortasında neçəyə mənzil satmısan?
ƏƏSMN-in jurnalistlərə diqqət və qayğısını danmaq olmaz. Təkcə onu vurğulamaq yetər ki, əvvəllər təkcə nazirliyin özündə bircə mətbuat xidməti vardısa, indi ƏƏSMN tabeliyində yaradılan hər agentliyin, hər filialın özünün ayrıca ən azı üç nəfərlik mətbuat komandası media orqanlarının xidmətindədir. Bircə jurnalist əlil və şəhid ailələrinə nazirliyin mətbuat xidmətində yer yoxdur. Elə jurnalistlərin adına tikilən binada da. Nə qədər Qarabağ qazisi jurnalistlər var, niyə 3-cü “Jurnalistlər evi”ndən mənzillə təmin olunmadılar? Amma nə bilək, bəlkə alıblar, xəbərimiz yoxdur?! Axı bölgü, daha düzü, satış gizlin keçirilib!
149 il qabaq ilk toxumu Həsən bəy “ƏKİB”, millətimiz hələ də “BİÇİR”, məmurlar “YEYİR”...”Əkinçi”lər qazamatla ödüllənir...
Məğrur Bədəlsoy,
Soçi, 22.07. 2024
 
Ardını oxu...
Artıq seçki kampaniyasına start verilib. Namizədlərin sayı durmadan artır. Cənab Prezident İlham Əliyev siyasi iradəni ortaya qoyub ki, özünü buraxmış parlamentə seçkilər ədalətli və azad şəraitdə keçiriləcək.

Lakin hələ seçki təbliğatı başlamamış Ramiz Mehdiyevin ssenarisi işə keçməkdədir. Belə ki, Ağdam 119 saylı Dairədən namizədliyini vermiş Bəxtiyar Əliyevin qutudan deputat kimi çıxacağı barədə əcaib tapşırıqların verildiyi deyilir. Məsələyə aydınlıq gətirilməsi üçün, araz.az olaraq, Ağdamın başçısı Vaqif Həsənovla əlaqə yaratmaq mümkün olmasa da, namizədlərdən biri — Asif Mərzili ilə əlaqə saxladıq. O belə bir halı eşitdiyini təsdiqlədi: “Hazırda rayondayam, dəqiqləşdirib ətraflı məlumat verərəm…”

Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
 

Dünyapress TV

Xəbər lenti