Ardını oxu...
Qax rayonu, İbaxlı kənd sakini Abdurahmanova Vüsalə Firudin qızı tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:

"Əvvəlcə məlumat üçün bildirim ki, mən, Qax rayon Qıpçaq kənd sakini Osmanov Rüstəm Rafiq oğlu ilə 2012-ci il tarixində rəsmi nikaha girmişik. Bu nikahdan 24.09.2013-cü il tarixdə Osmanova Zəhra Rüstəm qızı və 04.01.2016-cu il tarixində OsmanovaZeynəb Rüstəm qızı adlı, qızlarımız dünyaya gəlmişdir.

Mən toyumuzdan sonra ərimə məxsus Qax rayonun Qıpçaq kəndindəki ünvanında yerləşən 5 otaqlı mənzilə gəlin köçmüşdüm.

29 dekabr 2015-ci il tarixli Qax Rayon Məhkəməsinin qətnaməsilə mənimlə ərim arasında nikah pozulmuşdur.Və həmin vaxtdan başlayaraq Rüstəmlə bigə nikahdan doğulmuş 2013-cu il təvəllüdlü Osmanova Zəhra Rüstəm qızının və 2016-cı il təvəllüdlü Zeynəbin saxlanması və müalicələr olunması üçün 2022-ci ilədək heç bir maddi köməklik göstərilməmişdir.

Baxmayaraq ki, Qax rayon Məhkəməsində aliment verilməsi qət edilmişdir. Qətnamə çıxanadək o bir manat da olsa pul ödəməmişdir. Sonradan isə Qax rayon Məhkəməsinin vicdansız hakimilə gizli sövdəkləşməsindən sonra o tövsiyəyə uyğun olaraq Sosial Təminat Nazirliyində “VTEK-dən özünə əvəlcə saxta əlillik ( 3-cü qrup üzrə) dərəcəsini külli-miqdarda rüşvət verib düzəltdirmişdir ki, hər iki uşaq üçün cəmi 50 manat pul ödəsin. Bəli, belə də olmuşdur. Halbuki bu adam mən tanıyandan öküz kimi sağlam olmuşdur. Və yorulmadan gecə gündüz işləməklə çoxsaylı mal-qara bəsləməklə məşğul olmuş varidat toplamışdır. Yəni heç bir xəstəliyi olmamışdır.

2014-cü ildən boşanma rəsmiləşmişdirildikdən sonra mən yenidən övladlarımla ata yurdu olan Qax rayonun İbaxlı kəndindəki evdə yaşayıram. Budur rəsmi boşanmadan 10 il keçməsinə baxmayaraq ailə başçısı olmuş Rüstəm hər bir uşağa aliment olaraq əvəllər bir neçə il cəmi 25 manat pul ödədi. Halbuki, keçmiş ərimin maddi imkanları çox genişdir. Ailəsinin yeganə övladı kimi onların hazırda Qaxın İbaxlı və Qıpçaq kəndindəki geniş evlərindən başqa Bakı, Mingəçevir, Qax şəhərlərində də şəxsi evləri vardır. Yaşadıqları Qıpçaq kəndində isə 1000 baş xırdabuynuzlu və 55 baş baş iribuynuzlu mal-qara sahibidir. Geniş torpaq sahələri(hansı ki, rəsmən taxıl əkməyə görə son illər 6 ha torpağa görə 2019-cu ilədək 3000 manat subsidiya alırlar), fındıq, qoz bağları, fermaları, kənd təsərrüfatı texnikaları və işçiləri vardır. Bir sözlə, kəndin ən imkanlı və varlı fermer ailəsi hesab olunurlar. Amma Rüstəm iki zavallı və köməksiz qalmış övladlarına dövlətin təyin etdiyi hər bir uşaq üçün olan sabit pul məblıəğini ödəməmək üçün Sosial Təminat Nazirliyinin yerli şöbəsində özünü 2-cü qrup əlil kimi sənədləşdirərərk(tam sağlam olan Rüstəm 2017-ci ilin iuyl ayında 3000 manat rüşvət hesabına 3-cü qrup əlillik dərəcəsi almışdır) guya 55 manat pensiya aldığını bəyan etməklə aliment vermək imkanının olmadığını rəsmi orqanlara yalandan bildirmişdir.Və belə də bir müddət aliment etmişdir Yəni pensiyasının məbləğini göndərmişdir 55 manatı.

Hələ o vaxtı - 6 yanvar 2018-ci il tarixli şikayət ərizəmizə 19 fevral 2018-ci il tarixli Ombudsman Aparatının sədrinin imzasıilə daxil olmuş cavab məktubunda bizə bir çox məsələlər aydın olmuşdur. Belə ki, hörmətli Elmira Süleymanova Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə tapşırıq verərək mənim aliment məsələmin araşdırılmasını xahiş etmişdir. Rəsmi cavabdan aydın olur ki, Qax İcra Şöbəsi əvvəlcə 2014-cü ildən başlanmış icraat zamanı borclu alimenti qeyri-müntəzəm şəkildə ödədiyini bildirir və yaranmış aliment borcunun ödənilməsi üçün R.Osmanovun yetərli əmlakı "aşkar edilməməsini" vurğulayır. Bəs o zaman sual olunur ki, valideynlərilə birlikdə yaşayan və fermer fəaliyyətilə intensiv məşğul olan Rüstəmə görəsən heç olmasa ailənin əməkhaqqı verdiyi çoban və nökərləri qədər əməkhaqqı və pay vermirmi?

Qax rayon İcra Şöbəsi həmişəki kimi mənim işimdə də qanunsuz işlərlə məşğul olaraq çoxsaylı milyonluq sərvətlər toplamış ərimin guya heçnəyi yoxmuş kimi “sudan quru çıxarması” cəhdi” onun bu adamla gizli sövdələşməsindən xəbər verir.Və maddi maraqları təmin edilərək bu adamı müdafiə edib evinə çörək aparır. Axı Bakıdakı, Mingəçevir şəhərindəki Qax şəhərindəki evlərin hamısı Rüstəmin adınadır. Eləcə də bir çox əmlaklar.

Necə dəfə cəhd etmişəm ki, ünvanlı sosial yardım ala bilim. Özünəməşğulluq proqramına yazılım. Amma imkan verilməyib. Süründürməçilər bir iş də olsa təşkil etməyiblər ki, atamın çörəyinə möhtac qalmayım.

Bəli, 2017-ci ildən isə Qax İcra şöbəsi Ombudsman Aparatına rəsmi cavab verir ki, R.Osmanov 55 manat təqaüd aldığı müəyyən edilərək tələb həmin vəsaitə yönləndirilmişdir. Yəni, son 3 il ərzində bu şöbə müəyyən edib ki, 2017-ci ilin iyul ayında Rüstəm 3-ci qrup əlil olubmuş və dərhal hərəkətə keçib məsələni “Həll ediblər. Digər tərəfdən sağ olsunlar ki, İcra şöbəsi 2016-cı ildə R.Osmanov barəsində aliment verməkdən yayındığına görə formal olaraq inzibati protokol tərtib edib Qax rayon Məhkəməsinə göndəriblər. Və bugünə kimi bizə məlum olmayan 08.11.2016-cı il və təkrar olaraq 01.02.2018-ci il tarixli məhkəmə qərarına əsasən yerli icra şöbəsinin təqdimatının rədd edilməsilə bağlı vicdansız hakim məhkəmə qərarı verilmişdir. Əsaslandırlmışdır ki, guya R.Osmanovun maddi imkanı yoxdur və o əlildir. Halbuki, R.Osmanov rəsmən 2017-ci ildə rüşvət hesabına “əlillik” dərəcəsi almışdır.

Amma mən bir insan olaraq, bir ana olaraq Osmanovlar ailəsinin var-dövlətində gözüm və iddiam yoxdur, başlarına dəysin.Orada qalan cehiz əşyalarım da başlarına dəysin. Mənim bircə istəyimvarki, son illərdə dövlətin təyin etdiyi hər bir uşaq üçün sabit pul olan alimentpulunualıbbuzavallı uşaqları dolandırım. Başqaheçnə.

Rüstəm Osmanov 2015-ci ildən 2017-ci ilədək hərdən bir neçə dəfə ayda 25 manat olmaqla 2017-ci ildən isə sağlam olduğu halda özünə rüşvət hesabına aldığı əlillik dərəcəsinə görə bir neçə dəfə az miqdarda pul ödəsə də, son illərdə aliment ödəməmişdir. Cəmi yığılan pul isə 2024-cü ilədək 7500 manatdır. Ona görə alimentdən yayınmaq üçün R.R. Osmanov aliment pulunu az ğdəməsi üçün 2022-ci ildə yenidən 4000 manat ( norma belədir) rüşvət verib ikinci 5 illiyə özünü 2-ci qrup psix əlil kimi yerli komisiyaya təsdiq etdirmişdir. Sonuncu şikayət məktrubumdan sonra isə onu təsdiq ediblər ki bu adam tam sağlamdır. Amma yenə də illərlə yığılıb qalan aliment pullarını təxminən 4500 manatı ödəmir. Və Qax icra Şöbəsinin icraçısı da süründürməçiliklə məşğuldur. Yəni belə bir vicdansız adamla sövdələşib 2 azyaşlı uşaqların ac qalması səbəbindən öz ailəsini haramçılıqla dolandırmaqla məşğuldurvə bu işini davam etdirir. Ədliyyə Nazirliyinin belə vicdansız icra məmuru barəsində nəhayət son qərar verilməlidir ki, mənim ailəmə düşən və yığılıb qalan bütün aliment ödənişləri hesablanaraq verilsin. Rüstəm Osmanov bu günə kimi mənim cehizlərimin də hamısını dağıdıb mənimsəmişlər. Tək nişan üzüyündən başqa digər mənə çatacaq qızılları da mənimsəyib satmışlar. Yəni bu ailə tam bir dələduzlar, talançılar. Bəs əslində Rüstəm Osmanov necə xəstəlikdən əlilliyə çıxıb?

Mən bu adamı tanıyandan o yersiz yerə gülə gülə durudu. əvvəllər başa düşmürdüm ki. Yəqin keyfindıən gülür. Sonra məlum oldu ki, belə adamlar yalnız narkotik təsirində olduqları zaman özlərini yersiz və şit aparır, özlərindən asılı olmayaraq uzun müddət səbəbsiz gülürlər. Ona görə onun bu davranışını yerli həkim komissiyası guya psixi xəstə kimi yozaraq aldıqları rüşvət müqabilində onu əlillik dərəcəsi təyin ediblər. Bəli dəflərlə ƏƏSMN-nin nazirinə və Daxili Audit rəisi Heybət İmanova bu barədə yazmışdım. Əlillik İdarəsindən də Mətanət Məmmədova rəsmi məktubla bildirmişdir ki, qeyd etdiyiniz məslə araşdırılacaq. Amma sonra yenidən ört basdır edildi. Əgər R.Osmanovun qan analizini narkoloji testdən keçirsələr bunu əyani görərlər. Və əlilliyini ləğv edə bilərlər. Bunu isə etmək istəmirlər.

Çox təəssüflər olsun ki, mənim Qax İcra şöbəsinin icra məmurunun süründürməçiliyindən yazdığım 4 fevral 2024-cü il tarixli şikayətimdən sonra Qax İcradan gündə 30 dəfə zəng edərək tələb edirdilər ki, gəl idarəyə və izahat yaz ki, mən bu şikayət məktubunu yazmamışam Və yaxud qanmamışam.. 20 gün ardıcıl olaraq zəhləmi tökdülər. Mən də getmədim. Qax İcra Şöbəsinin müdiri olan Sənan məni hədləyərək bildirdi ki, bundan sonra görəcəksən aliment necə ödənilir. bu vaxta kimi biz hissə hisə Osmanova ödətdirirdik. Ona görə də səninlə biz prinsip apararıq şikayət yazmağının nəticəsini görərsən. Doğrudan da, Sənan müdir dediyini edir. Əvvəl 2 uşağa birlikdə 120 manat ödənirdisə, indi cəmi 105 manat ödənir və çox gec. budur, çarəsizlikdən şikayət yazdığımdan xoşlanmayan Sənan mən başsız ailənin uiki azyaşlı ilə kirayələrdə sürünən bir zavallı ilə «KİŞİ» mübarizəsi aparır. Bu da dövlət məmuru olan Azərbaycan kişisi. Bu adam son 10 ildə alimentdən yığılıb qalan pulların ( təxminən 7000 manat) ödənilməsini xahiş etdiyim üçün mənimlə prinsipə girməyi özü üçün böyük bir QƏHRƏMANLIQ hesab edir. Dövlət isə bu qulluğu və vəzifəni ona görə Sənan kimisinə verib ki, ağır sosial vəziyyətdə yaşayan insanların qanun qarşısında qorunan hüqularını və Azərbaycan Dövlət adından qəbul edilmiş qərar və qətnamələri heç bir şərt qoymadan yerinə yetirməklə məşğul olsun. Bir tərəfdən mən Sənanda da bir o qədər günah görmürəm. Ədliyyə Nazirliyinin Baş İcra İdarəsi rəisi belə xarakterli adamı bu vəzifəyə təyin edibsə, və mənim şikayətimi araşdırmaq və tədbir görmək əvəzinə mənə şikayətimi geri götürmək üçün təzyiq edirsə. deməli günah nazirdə və İcra baş İdarəsi rəisində olub. Ki onlar yerində deyillər.

Ona görə də yeni nazir cənab Fərid Əhmədovdan və yeni İcra və probasiya Baş İdarəsi rəisindən xahişim budur ki, Sənan kimi vəzifə səlahiyyətlərindən düzgün istifadə etməyənləri başa salmalı və onların işlərini nəzarətdə saxlamalıdırlar ki, Qax rayonunda özbaşnalıq çox olmasın.

Hörmətli nazir Siz 6 ay əvvəl bütün İcra məmurlarına ilk növbədə göstəriş vermisiniz ki, qanunvericiliyin tələblərinə vaxtında və operativ surətdə əməl edilsin. Ona görə də Sizdən çox xahiş edirəm ki, çörəyə möhtac qalan azyaşlı uşaqlara çataqcaq aliment pulunu ödəməyə məcbur etməyən, yığılıb qalan pullarla bağlı tədbir görməyən Qax rayon İcra Şöbəsində baş verən qanunazidd hərəkətlər barəsində ciddi araşdırma aparılmasına və lazımi tədbirlər görülməsinə göstəriş verəsiniz ki, sonda bizim ailəyə çatacaq aliment pulları birdəfəlik ödənilsin..."
 
Ardını oxu...
  

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva əkizləri Əli və Mikayıl Ağalarovla bağlı paylaşım edib.

L.Əliyeva övladlarının ad günü münasibəti ilə təbrik edib. O, sosial media hesabında oğullarının fotosunu paylaşaraq bunları yazıb:

"Ad gününüz mübarək! Mərhəmətiniz, ağlınız və xeyirxahlığınıza görə sizə minnətdaram! Allah bütün uşaqlara cansağlığı versin!" (Axşam.az)

Ardını oxu...

Ardını oxu...

Ardını oxu...

 
 
 

Ardını oxu...
Aktualinfo.org hələ sentyabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması üzrə keçirilmiş tender barədə məqalə yaymışdı.

Qeyd edək ki, həmin məqalədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə bir mənbədən satınalma metodu ilə iki satınalma müqaviləsinin bağladığına toxunmuşduq. Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması üzrə 1.667.520 manat məbləğində satınalma müqaviləsinin 18.09.2024-cü ildə, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması üzrə 1.075.840 manat məbləğində satınalma müqaviləsi barədə məlumat isə 06.08.2024-cü ildə açıqlanmışdır.

Xatırladaq ki, sözügedən məqalədə bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderin qalibi fiziki şəxs Məmmədov Mehman Rza oğlunun mənzillərin satın alınması üzrə konkret təchizatçı olmadığını, satınalma üzərində xüsusi hüquqlara da malik olmadığını və bu satınalma predmetinin ölkədə kifayət qədər əvəzedici və alternativ şirkətlərin olduğunu qeyd etmişdik. Bununla bərabər qeyd etmişdik ki,elanda yalnız şəhid ailələrinə Tərtər rayonunda 3 otaqlı mənzillərin satın alınması, Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin alınması göstərilir. Burada mənzillərin neçə nəfərə alınması da açıq göstərilməyib. Amma qanunla satınalma predmetinin adı, miqdarı, həcmi və qısa təsviri mütləq göstərilməlidir.

Bu günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı olmaqla cəmi 20 ədəd mənzilin satınalınması üzrə daha bir tenderin nəticəsini açıqlayıb. 27.11.2024-cü ildə yekulaşmış bu tenderdə də qalib yenə fiziki şəxs Məmmədov Mehman Rza oğlu seçilib və onunla 1.204.640 manat məbləğində satınalma müqaviləsinin bağlanılması planlaşdırılır. Müqavilənin şərtlər toplusuna görə Mehman Məmmədov əlilliyi müəyyən olunmuş şəxslərə və şəhid ailələrinə Tərtər rayonunda 16 ədəd ikiotaqlı, 4 ədəd üçotaqlı mənzil almalıdır.

Rəsmi dövlət orqanların yaydığı bu məlumatlardan da göründüyü kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son 4 ayda fiziki şəxs Məmmədov Mehman Rza oğlu ilə ümumi dəyəri 3 948 000 manat olan 3 satınalma müqaviləsi bağlayıb.

Bəs Məmmədov Mehman Rza oğlu kimdi və bir fiziki şəxs kimi satınalma müqaviləsini icra etmək iqtidarındadırmı?

Bununla bağlı Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə ünvanladığımız sorğuya cavabda bildirilir ki, “Sizin, vergi ödəyicisi Məmmədov Mehman Rza oğlunun (VÕEN: 4000243102) sahibkarlıq fəaliyyəti üzrə məlumatlarının təqdim edilməsi barədə 25.09.2024-cü il tarixli müraciətinizə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində baxılmışdır.

Bildiririk ki, müraciətinizdə qeyd olunan vergi ödəyicisi Məmmədov Mehman Rza oğlunun (VÕEN: 4000243102) vəziyyəti hal-hazırda aktivdir, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları haqqında Qərarında qeyd olunan meyarlara əsasən riskli vergi ödəyicisi kateqoriyasına aid deyildir, dövlət büdcəsinə və müvafiq fondlara ödənilməmiş borcu yoxdur və ƏDV-nin məqsədləri üçün vergi orqanında qeydiyyata alınmamışdır. Müraciətdə təqdim edilməsi tələb olunan digər məlumatlar kommersiya və (və ya) vergi sirrini təşkil edən məlumatlar olduğundan həmin məlumatların verilməsi mümkün deyildir.”

Bərdə rayonundakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində əkin-biçinlə məşğul olur. Təxminən 54-55 yaşı olan Mehman Məmmədovun Mirzəxan-Qaraqoyunlu kəndində, yol kənarında 3-4 mağazasının da olduğu bildirilir.

Əldə etdiyimiz ən yeni məlumatlara görə Mehman Məmmədov Mirzəxan-Qaraqoyunlu kəndində sadəcə daimi pasport qeydiyyatındadır. O, Bakı şəhərində yaşayır və bizneslə məşğuldur. Bakı şəhəri, Səbail rayonu massiv 1 (Badamdar qəsəbəsi) ev 282, 2-ci döngə ünvanında 12 avqust 2024-cü ildə dövlət qeydiyyatına alınan, nizamnamə kapitalı 100 manat olan “RB İNŞAAT” (VÖEN: 1703837151) Məhdud Məsuliyyətli Cəmiyyətinin qanuni təmsilçisidir.

Dövlət Vergi Xidmətinin bu məlumatlarından da göründüyü kimi Məmmədov Mehman Rza oğlu 12.08.2024-cü ildə “RB İNŞAAT” MMC-ni təsis edib. Ondan cəmi 6 gün əvvəl, yəni 06.08.2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən fiziki şəxs kimi 1.075.840 manat dəyərində bir mənbədən satınalma metodu ilə tender udub.

Əldə etdiyimiz ən yeni məlumatlardan biri də odur ki, Mehman Məmmədov uzun illərdir Milli Məclisin deputatı olan, “Azəraqrartikinti” ASC-nin sədri, “Kristal Abşeron” tikinti şirkətinin sahibi Ağalar Vəliyevin adamıdır. Verilən məlumatlarda bildirilir ki, düzdür, Mehman Məmmədovun biznesi var, amma qalibi olduğu tenderlər əslində Ağalar Vəliyev tərəfindən həyata keçirilir.
Ardını oxu...
Bakı şəhərinin Binə qəsəbəsində yerləşən su kanalı tullantı poliqonuna çevrilib.

Burada həm antisanitariya, həm də üfunət hökm sürür.

Problemlə bağlı Binə qəsəbəsi bələdiyyəsindən bildirilib ki, quruma məsələ ilə bağlı müraciət olunub və tullantılar vaxtaşırı olaraq daşınır.

Daha ətraflı Azad Azərbaycan Televiziyasının (ATV) materialında:

 
 
 
Ardını oxu...
Paytaxt küçələrində rəngi getmiş piyada zolaqları insanlar üçün təhlükə mənbəyinə çevrilib.
Bakı şəhərinin Xudu Məmmədov küçəsində yaranan bu vəziyyət insanların qorxulu yuxusuna çevrilib.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, zolaqların silinməsi hərəkət intevsivliyindən asılıdır.

Daha ətraflı APA TV-nin materialında:

 
Ardını oxu...
Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti “EL EPMC” MMC (VÖEN – 2007785971) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, bir mənbədən satınalma metodu əsasında imzalanan müqaviləyə görə “EL EPMC” MMC Dövlət Su Ehtiyatları Agentliyinin sifarişi ilə Sumqayıt şəhəri “Acı dərə” kanalının trassası boyu kanalizasiya və yağış suları sisteminin yenidən qurulması işlərini həyata keçirəcək və qarşılığında 41 milyon 505 min 291 manat 51 qəpik alacaq.
Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib.
“Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.
Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:
- Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;
- Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;
- Satınalma predmetinə təcili tələbat yarandıqda;
- Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;
- Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

Qanunun tələblərindən də göründüyü kimi, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Dövlət Su Ehtiyatları Agentliyinin satınalma prosesini bu şəkildə keçirməsi başa düşülən deyil. Üstəlik müqavilənin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.
Qeyd edək ki, “EL EPMC” MMC 30 dekabr 2022-ci il tarixində Xətai rayonu, Nəcəfqulu Rəfiyev, ev 14, m. 112 ünvanında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Məmmədov Fərman Zöhrab oğludur.
“EL EPMC” MMC dövlət qeydiyyatına alındıqdan sonra yalnız Dövlət Su Ehtiyatları Agentliyinin tender müsabiqələrində qalib olub. Agentlik oktyabr ayında “EL EPMC” MMC ilə 1 milyon 909 min manat və 1 milyon 249 min 762 manat 11 qəpik dəyərində 2 satınalma müqaviləsi də imzalayıb.
 
Ardını oxu...
"Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Bakı şəhər idarəsinin müdiri 50-dən çox ailəni evsiz qoyub. Bir neçə il bundan öncə vətəndaşlardan pul alaraq onların həyətyanı ərazilərdə fərdi yaşayış evləri tikməsinə şərait yaradan Samir adlı FHN məmuru, bu “yaxşılığı” ilə onlarla ailəni evsiz qoyub. Belə ki, bugünlərdə yetkili qurumlar tərəfindən aparılan araşdırma nəticəsində Sabunçuda FHN yetkilisinin icazəsi ilə tikilən evlərin qanunsuz olduğu üzə çıxıb. Bunun ardınca 50-dən çox ev aidiyyati qurum tərəfindən sökülərək yerlə bir edilib". Bu barədə "DİA-AZ"a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Vətəndaşların iddiasına görə, onlar ev tikintisi üçün şifahi icazəni həm də Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhəri üzrə yetkilisi, sabiq MTN əməkdaşı Ruslan Əliyevə verib. Təbii, bu icazə də müftə olmayıb və vətəndaşlar tikəcəkləri evlərin mərtəbə və sahəsinə görə Ruslan Əliyevə müxtəlif məbləğlərdə pul ödəyiblər. Lakin evlərin söküntüsü zamanı məlum olub ki, Samir adlı FHN məmuru kimi Ruslan Əliyevin də pul qarşılığında verdiyi icazələr əsassız imiş. Maraqlı məqmalardan biri də ondan ibarətdir ki, vətəndaşlar vaxtilə “hörmət” qarşılığında bu tikintiyə şərait yaradan şəxsləri - Samir və Ruslan Əliyevi tapıb pullarını ondan geri ala bilmirlər. Buna görə də yaxın günlərdə evləri başlarına yıxılan həmin ailələr bir sıra dövlət qurumları, eləcə də FHN qarşısında etiraz aksiyası keçirməyi planlaşdırır.

Məlumat üçün qeyd edək ki, Ruslan Əliyev haqqında bundan öncə də mediada çoxsaylı məlumatlar yer alıb. Həmin məlumatlarda qeyd olunur ki, Ruslan Əliyev şəxsi maraqlarını təmin edən şəxslərin işıq, su, qaz və s. kimi xətlərin, boruların yaxınlığında, hətta onların üzərində iş aparmasına göz yumur”"".

Mövzu ilə bağlı araşdırmamız davam edir.
 
Ardını oxu...
Milli Məclis əlillər, şəhidlər, qazilər barəsində ayrı-seçkilik edir

Milli Məclisdə büdcə müzakirələrinin “qızğın qırğın” gedir. Ən çox “qızışdırılan” mövzu- qonu populist “veteran pulu” artımı, əlil, şəhidlərə diqqət, məşğulluqla bağlıdır. Bəri başdan, başımıza gələnlərə istinadla deyək ki, ƏƏSMN-in ən diqqətcil, qayğıkeş qurumu Dövlət Məşğulluq Agentliyidir, görəvlərini layiqincə yerinə yetirirlər. İndi Agentlik neyləsin ki, göndəriş verdikləri vakant iş yerləri saxta çıxır, işverənlər saxta elanlar verib, işaxtaranlarla məzələnirlər?

Keçək dövlətin, qanunverici orqanın əlillər, şəhidlər, qazilər barəsində ayrı-seçkilik sərgiləməsi barədə qanun aktlarına.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15.3 maddəsində göstərilir:

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əlilliyi olan şəxslər İSTİSNA olmaqla, əlilliyi olan şəxslərin yaşadıqları fərdi evlərin onlar üçün UYĞUNLAŞDIRILMASI ONLARIN (əlil olan şəxslərin- M. B.) VƏSAİTİ HESABINA TƏMİN EDİLİR”. Bu açıq-aşkar əlilliyi olan şəxslər barəsində dövlətin ayrı-seçkilik etdiyini ortaya qoyur. Bəs müharibə ilə əlaqədar, yaxud anadangəlmə əlilliyi olan şəxslərin “suçu” nədir ki, onlar istehsalatda yox, hərbi peşə “xəstəliyindən”, anadangəlmə sağlamlıqlarını itiriblər?

“Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun Qarabağ əlillərinə və şəhid ailələrinə aid olan bütün maddələri ləğv edilib, yalnız Böyük Vətən Müharibəsi (BVM) iştirakçılarının, onların dul arvadlarının, uşaqlarının güzəştləri tanınır.

Ayrı-seçkiliyin dərəcəsinə baxın, şəhidin dul qalmış yoldaşına, uşaqlarına güzəşt edilmir, amma BVM iştirakçısının övladlarına gəlir vergisində güzəşt tətbiq edilir. Qanunun yalnız 11-ci maddəsi (“Müharibə veteranlarının istifadəsində olan dövlət bağları və bağçılıq sahələri əvəzsiz olaraq onların şəxsi mülkiyyətinə verilir”)

Qarabağ savaşı veteranlarına aiddir, ona da Tarif Şurası 05.07.2013 tarixli qərarla qadağa qoyub. Əmlak Məsələləri Dövlət Xidməti qanunu, Konstitusiyanı yox, tabeliyində olduğu nazirin normativ hüquqi akt olmayan qərarını daha üstün tutur.

Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 26.12.2001 tarixli, 613 saylı Fərmanını və “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” 597 saylı Sərəncamı icra etməli olan DSMF-in uyğun filialları, əksinə, bu aktları “ciblərinə uyğunlaşdırıblar”.

Qanunverici isə Qarabağ savaşı veteranlarını, şəhidlərin dul arvadlarının güzəştini ləğv edib, yalnız BVM iştirakçıları və onların dul arvadlarının güzəştini müavinət formasında saxlayıb.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2 maddəsinin 2-ci cümləsinə əsasən, bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin ( müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların, şəhid ailələrinin) tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı, təminat xərcliyi sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanırdı.

5 noyabr 2022-ci il tarixli 627-VIQD nömrəli Qanunla 29.2 maddəsi ləğv olunub. Şuşa, Qarabağ ZƏFƏRİNİN düz 2-ci ilində ŞƏHİDLƏRƏ, QAZİLƏRƏ bu “ləğvetmə diqqəti” nədən qaynaqlanıb? Heç demə, hökumət, dövlət böyük yanlışlıq edibmiş, ŞƏHİD, XİDMƏTƏ YARARSIZ QAZİ DÖVLƏTƏ SIĞORTA HAQQI ÖDƏMƏDİYİ HALDA, ONLARA BU HAQQA UYĞUN PENSİYA ÖDƏYİRMİŞ!(??) Şəhidin, qazinin hesabına BÜTÖVLÜYÜNÜ BƏRPA EDƏN DÖVLƏTİN ZƏFƏR GÜNÜNÜN 2-Cİ İLİNDƏ QAZİNİN, ŞƏHİDİN HAQQINA GİRMƏSİ, ŞƏHİDDƏN, ƏLİLDƏN SIĞORTA HAQQI TƏLƏB ETMƏSİNİN ADINI NƏ QOYAQ? Bu, ayrı-seçkilikdən də betərdir, faktiki düşmən ilgisidir. Şəhid cənnətdəki dünyasından DÖVLƏTƏ necə HAQQ ödəsin? Bunu Milli Məclis, PA, MƏHKƏMƏ HAKİMİYYƏTİ nə ilə izah edə bilər?!

Populist deputatlar da 5 ildən bir “xal yığırlar” ki, “veteran pulu” belə gəldi, əlillik təyinatı elə getdi. Elə 30 ildir Qarabağ belə, Qarabağ elə, şəhid sənin, şəhid mənim, şəhid heç kimin. Şəhid Allahındır, sığorta haqqını da dövlətə O, ödəyər…

Məğrur Bədəlsoy
Birinci qrup Qarabağ əlili

 
Ardını oxu...
"1500 məktəbin bağlanacağı ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Son günlərdə mən və ya Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı bir fikir səsləndirilməyib".

"AzPolitika" xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında yazıb.

O, iddia edib ki, bu xəbərin yaranmasına səbəb mövzu ətrafında səsləndirilmiş fikirlərin düzgün anlaşılmamasıdır:

"Səsləndirilən fikirlər isə aşağıdakılardır:

1. Ölkədə fəaliyyət göstərən təxminən 4400 məktəbin 1500-də 100-dən az şagird təhsil alır.

2. Şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsait kifayət qədər böyükdür, tədrisin keyfiyyəti isə aşağıdır. Bəzi hallarda bu məbləğ paytaxtda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin təhsil haqqından da çoxdur (məsələn, 5 nəfər şagirdi olan məktəbdə bir nəfər şagirdə düşən illik xərc 25-27 min manatdır, 10-15 nəfər şagirdi olan məktəbdə isə bu xərc 13-15 min manatdır).

3. Daha dayanıqlı və keyfiyyətli təhsil imkanlarının yaradılması məqsədilə qeyd olunan azkomplektli məktəblərin rasionallaşdırılması həyata keçirilir və bu proses mərhələli şəkildə aparılacaq.

Bu üç fikri ümumiləşdirərək “Ölkədə 1500 məktəb bağlanacaq” nəticəsinə gəlmək düzgün deyildir. Onu da qeyd edim ki, cari tədris ilində şagird sayı 10-a qədər olan ümumilikdə 142 məktəb üzrə xərclər əsaslı şəkildə rasionallaşdırılıb. Rasionallaşdırılma dedikdə yalnız məktəbin fəaliyyətinin dayandırılması nəzərdə tutulmur, buraya məktəblərin tipinin dəyişdirilməsi və ya birləşdirilməsi, peşə təmayüllü siniflərin açılması da daxildir".

Nazir vurğulayıb ki, məktəb şəbəkəsinin rasionallaşdırılması Elm və Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılan məsələ olsa da, yaxın gələcəkdə kütləvi sayda məktəblərin bağlanılması və ya fəaliyyətlərinin dayandırılması planlaşdırılmır.

Qeyd edək ki, nazir Emin Əmrullayevin şagird sayı aşağı olan məktəblərdə bir şagirdə xərclənən vəsaitin kifayət qədər böyük olduğunu bildirdikdən sonra həmin məktəblərin rasionallaşdırılması həyata keçiriləcəyini qeyd etməsini başqa mənada başa düşmək mümkün deyildi. Nazir açıq ifadə etməsə də, bu "rasionallaşdırmanın" həmin məktəblərin böyük hissəsinin bağlanlması ilə nəticələnəcəyi şübhə doğurmur. Bundan imtina edildiyi, yoxsa nazirin fikirləri böyük ictimai reaksiya doğurduğu üçün müvəqqqəti olaraq geri çəkildiyini isə zaman göstərəcək.

Hər halda hörmətli nazirimizə bir daha xatırladaq ki, bu sayda məktəbin bağlanması ilə nəticələnəcək "rasionallaşdırma" minlərlə müəllimin işsiz qalması, yüzlərlə kəndin boşalması ilə nəticələnə bilər!

Rasim Əliyev

"AzPolitika.info"

***

Elm və təhsil naziri Emin Əmrullayev "Facebook"- da "Azərbaycan Universitetləri" səhifəsinin paylaşımına şərh yazıb.

"AzPolitika" xəbər verir ki, nazir deputat Ceyhun Məmmədovun xərclərin optimallaşdırılması məqsədilə 4440 məktəbdən 1500-nün bağlanılması ilə bağlı açıqlamasının yer aldığı paylaşımda bunları yazıb:

"Bu doğru məlumat deyil, bu barədə bir qədər sonra açıqlamamız olacaq. Bu əvvəllər də qeyd etdiyim "eşitdiyini və ya oxuduğunu doğru anlamamaq" problemindən irəli gələn məsələdir. Aydınlaşdırmaq üçün daha detallı məlumat ictimaiyyətə ən qısa zamanda təqdim ediləcək".

"AzPolitika.info"
Ardını oxu...
 
 
 
Ardını oxu...
Milli Məclisin ötən gün baş tutan iclasında millət vəkili Siyavuş Novruzovun şəhid ailələri, veteranların əlillik alması və məşğulluqla bağlı ictimaiyyətdəki bəzi fikirləri dilə gətirməsi sosial şəbəkələrdə də müzakirəyə səbəb olub.

Ən yaralı yerlərdən biridir veteranların əlillik müraciəti və onun qiymətləndirilməsi. Əsgərin öz silahdaşının, qardaşının, döyüşdə kürək-kürəyə savaşdığı yoldaşının qolları üstə can verməsini görməsi, onun bədən üzvlərinin parçalanmasını müşahidə etməsindən dəhşətli nə ola bilər? Siyavuş Novruzov müharibə görmüş adamdır, ona görə də deyirdi ki, heç bir “kompüter, aparat” o əsgərin hansı travma aldığını təyin edə bilməz, bunu anlamaq üçün o kateqoriyadan olan insanlara tamamilə ayrı prizmadan yanaşılmalıdır.

Haqsızdırmı?

Nazir Sahil Babayev isə elə məhz bu müzakirənin getdiyi Milli Məclisin təsdiqlədiyi qanunverici bazanı əsas götürür.

Haqsızdırmı?

Heç biri haqsız deyil.

Ancaq məsələ bundadır ki, yüngül silahlarla sıldırım, sal qayaları yaralı yoldaşını çiyninə alıb qalxmaq və möcüzə bir əməliyyatla Şuşanı azad etmək, Vətəni xilas üçün hərəkətə keçən Ordunun sürətinin azalmaması naminə minanı öz canıyla zərərsizləşdirmək əsgər qanunlarında yoxdur, dünya hərb tarixində də rast gəlinməyib! Bu möhtəşəm Ordunun fədakar əsgərlərinin 44 gündə dünyanı heyrətə salan cəsarəti qanunvericiliyin tələbləri üzərində qurulmamışdı; Bu bir könül işi, haqq işi, ruh halı, Vətən sevgisi, inanılmaz duyğu idi!

Bu cür insanlara qanunun soyuq məntiqini tətbiq etmək olmur, olmaz, yaramaz!

Bu veteranlara yaponun, almanın, yəhudinin qayırdığı aparatlar diaqnoz qoya bilməz!

Siyavuş Novruzov “könül işi” istəyirdi, fərdi yanaşma xahiş edirdi, veteranların ürəyi-beyninə insani yanaşma tələb edirdi. Bunu isə insan ölçməlidir, hissi-duyğusu olan, Vətəni sevən - aparat yox!

Ayrı bir qiymətləndirmə qrupu, komissiyası, heyəti yaradın, üzvlərini ildə 1-2 dəfə Cıdır düzünə aparıb, Ordumuzun əsgərlərinin dırmaşdığı sal qayaları göstərin! Onlar əmin-amanlıqda mahir alpinistlərin minbir vasitə ilə dırmaşa biləcəyi sal qayanı əsgərlərimizin çiynində silah, əlində avtomatla gecə qaranlığında necə qalxdığı möcüzəsini görüb, sonra qayıdıb, o əsgərlərin yadigarlarına “diaqnoz” qoymalıdırlar.

O ki qaldı məşğulluqla bağlı bəzi şəxslərə xəstə heyvanların verilməsinə, bu barədə kifayət qədər görüntülər var, hətta çəkiliş zamanı yıxılıb ölən “məşğulluq inək-qoyunu” da olub!

İndiyə qədər bu heyvanların alınması üçün hansı tenderlərin keçirildiyi, tenderləri kimlərin udduğu, bir iribuynuzlu və ya xırdabuynuzlu damazlıq heyvanın neçəyə başa gəldiyi, hansı ölkədən və ya regiondan necə alındığı haqda tam təfərrüatlı hesabat, əlçatan informasiya yoxdur! Bu istiqamətdə edilən müraciəti də Məşğulluq cavablandırmır!

Halbuki bu heyvanların alınmasında ciddi narahatlıqlarla bağlı dəfələrlə ictimai etiraz olub!

Yalnız o hesabat – detallarına qədər açıqlandığı, bu istiqamətdə nə qədər vəsait xərcləndiyi, tenderləri udan şirkət və ya şəxslərin kimlər olduğu ortaya çıxandan sonra qəti fikir demək olar!

Nazir əsəbiləşir, faktsız danışdığına görə millət vəkilini qınayır.

Haqsızdırmı?

Demək, konkret danışmaq lazım gəlir: əvvəlcə hesabatı tələb edin, tenderləri tam incələyin, ayrılan vəsaitləri və alınmış heyvanların o vəsaitlərə adekvat olub-olmadığını müəyyənləşdirmək üçün ictimai müzakirəyə buraxın, sonra naziri araşdırma aparmağa səsləyin!/axa.az/
 

Dünyapress TV

Xəbər lenti