Ardını oxu...
Xəbər verildiyi kimi “İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri tərəfindən paytaxtın Yasamal rayonu ərazisində xüsusi mülkiyyətdə olan mənzilin qanunsuz sökülməsi barədə daxil olmuş məlumat üzrə rayon prokurorluğunda araşdırma aparılıb.
(https://genprosecutor.gov.az/az/post/7796)

Araşdırmalarla qeyd olunan Kooperativin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək iyunun 30-da Afət Quliyevaya məxsus evin razılığı olmadan (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsi, ev 53, mənzil 1) ümumi təhlükəli üsulla tamamilə sökülməsi nəticəsində ona külli miqdarda maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 186.2.1, 186.2.2 (külli miqdarda ziyan vurmaqla ümumi təhlükəli üsulla əmlakı qəsdən məhv etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
 

Ardını oxu...
Azərbaycanda dövlət qurumlarının tenderləri hələ də ölkə iqtisadiyyatının və dövlət büdcəsinin “ağrılı yeri” olaraq qalır. Bir çox qurumların rəhbərləri dəyişdirilsə də, “köhnə iş prinsipləri” yaşamaqda davam edir...

“AzPolitika” dövlət satınalmaları portalına istinadla xəbər verir ki, Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Elm və Təhsil Nazirliyinin şəbəkə infrastrukturuna, təhsil müəssələrində yerləşən şəbəkə və İKT avadanlıqlarına texniki dəstək” tenderinin nəticələrini elan edib.

Tenderin qalibi bundan öncə də nazirliyin milyonluq tenderlərini qazanmış “Azedunet” MMC olub. Qalib şirkətə 4 268 001 manat ödəniləcək. Qeyd edək ki, “Azedunet” MMC 2007-ci ildə yaradılıb, şirkətin qanuni təmsilçisi Natiq Yəhyayevdir.

Təbii ki, ola bilsin, sözügedən şirkətin göstərdiyi xidmət nazirliyi hansısa mənada təmin edir. Lakin məsələnin yalnız şirkətin iş keyfiyyəti ilə bağlı olduğunu düşünmək yəqin ki, sadəlövhlük olardı. Çünki mətbuatda dərc edilən məlumatlarda sözügedən şirkətin Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədova aid olduğu qeyd edilir.

Məsələ ondadır ki, Samir Məmmədovun özü hazırda “Azedunet” MMC-yə 4 milyonluq tenderi verən Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə 9 il - 2008-2017-ci illərdə rəhbərlik edib.

Onun olduğu iddia edilən “Azedunet” isə artıq bir neçə ildir ki, sözügedən qurumun milyonluq tenderlərini qazanır. Bütün bunları nəzərə alaraq, bu cür şirkətlərin nədən ayrı-ayrı nazirliklərin “favoritinə” çevrildiyini anlamaq çətin deyil...
Ardını oxu...
Müasir dünyamız və inkişaf etmiş və etməkdə olan dövlətlər qlobal istiləşməyə və ətraf mühitin ekoloji vəziyyətinin pozulmasına qarşı planetar səviyyədə ciddi mübarizə aparırlar. Belə bir ekoloji gərgin şəraitdə COP-29 kimi ümumdünya tədbirinin Bakıda kecirilməsi çox qürurvericidir. Eyni zamanda belə bir tədbir həm dövlət idarəetmə orqanlarının, həm də cəmiyyət üzvlərinin üzərinə yeni vəzifələr qoyur. Cəmiyyət üzvləri yekdil olmaqla, həmrəylik nümayiş etdirməklə ekoloji sahədə uğurlu nəticələr ala bilərlər. Məşhur alim Nils Bor demişkən əgər belə davam edərsə insanları tullantılar məhv edəcək.

Məlum olduğu kimi, insanı əhatə edən təbiətin vəziyyətini öyrənmək, eyni zamanda onu qorumaq hər bir cəmiyyət üzvünün borcudur. Bu gün Azərbaycanın bir çox müxtəlif ərazilərində, istər kənd, istər şəhərdə ətraf mühitin kobud şəkildə çirklənməsi halları mövcuddur. Əhali hara gəldi məişət və digər tullantıları atır təbiətə ciddi ziyan vururlar. Tullantıların miqdarı artdıqca, xüsusilə təhlükəli tullantıların idarə edilməsində strategiyaların hazırlanması getdikcə daha vacib məsələyə çevrilir.

Paytaxtda və bölgələrdə sakinlər tullantıları atmaq üçün ayrılmış zibil qutuları tapmadığından onları ya evlərin, həyətlərin kənarına atırla. Ya da ki, həyətdə torpağa basdırır və yaxud yandırırlar. Çoxmərtəbəli binalarda isə sakinlər tullantıları yaşadıqları binaların girişinə, küçəyə, hara gəldi tullaması halları hələ də özünü göstərir. Bu barədə isə ETSN-nin əməkdaşlarının aidiyyatı qurumlara müraciətləri havada qalır. Göstərilən ərazilərdə zibil poliqonları hər gün yandırılaraq ətraf mühitə əsas isə atmosferə mühüm dərəcədə ziyan vurur. Zibil poliqonlarının ətrafı əhatəyə alınmır. Zibillərin bu formada yandırılıb məhv edilməsi prosesinə heçbir qurum nəzarət etmir və getdikcə vəziyyət daha da ağırlaşır. Bu barədə aiddiyatı qurumlar heçbir təklif vermir heçbir plan hazırlayıb həyata keçirmir.

Ekologiya.az xəbər verir ki, 3 saylı Regional Ekologiya İdarəsi zibil poliqonlarının yandırılması ilə bağlı dəfələrlə İmişli rayonunda aiddiyatı üzrə məktublar göndərilməsinə baxmayaraq heç bir nəticə olmayıb. Məişət tullantılarının düzgün idarə olunmaması və zibil poliqonlarının yandırılması ilə bağlı İmişli rayonu ərazisindəki Mənzil Kommunal Təsərrüfatı İdarəsinə cərimələr tətbiq edilərək xəbərdarlıqlar edilmişdir.

Dəfələrlə ETSN-nin sözçüsünün və medianın tullantılarla bağlı maarifləndirici çıxışları göz qarşısındadır. Amma nədənsə yenə də aidiyyatı qurumlar bu işdə heç bir addım atmaq istəmirlər. Bu barədə geniş video reportajımız olacaqdır.

EKOLOGİYA.Az bildirir ki, zibil poliqonlarının ətrafı bağlı və növbətci olmalıdır. Nədənsə rayon İcra hakimiyyətləri və Mənzil Kommunal Təsərrüfatı İdarələri məişət tullantılarının idarə olunmasında zibil poliqonlarının yenilənməsində maraqlı deyil. Növbəti reportajımız Göyçay, Kürdəmir, Ucar rayonlarının zibil poliqonları ilə bağlı olacaq
 
       
Ardını oxu...
“Gənclər və idman nazirliyində nazirliyin rəhbərliyinə daxil olan şəxslər arasında ciddi nüfuz savaşı müşahidə olunur. Əsasən nazir müavini Mariana Vasileva ilə nazirliyin Aparat rəhbəri Amil Xudiyev arasında ciddi fikir ayrılıqları var”.

Bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdən daxil olub. İddialara görə, nazirliyin rəhbərliyi arasında fikir ayrılığına səbəb həyata keçirilən kadr siyasətidir: “Aparat rəhbəri Amil Xudiyev yerlərdə regional idarələrə təyin edilən kadrların doğru seçilmədiyini və onlarla işləməyin çətin olduğunu nazirlikdə keçirilən müxtəlif iclas və görüşlərdə dəfələrlə ifadə edib. O qeyd edib ki, kadr seçimindəki meyarlar ədalətli deyil və bu kadrlarla gənclər və idman siyasətində uğur əldə etmək mümkün deyil.

Gənclər və idman nazirliyində nüfuz savaşı?

A.Xudiyevin bu yanaşması kadr siyasətində həlledici rola malik nazir müavini Mariana Vasileva tərəfindən etirazla qarşılanıb. O həm nazirə, həm də digər müvafiq qurumlara Xudiyevdən şikayət edib. Mariana Vasileva ölkə rəhbərliyi tərəfindən təyin edildiyini və onun işinə müdaxilənin yolverilməz olduğunu qeyd edib. Yaranmış vəziyyət nazir Fərid Qayıbovu da çətin duruma salıb”.

Editor.az səslənən iddialarla bağlı Gənclər və İdman nazirliyinin də mövqeyini öyrənib. Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyev mövzu ilə bağlı Editor.az əməkdaşının sualını böyük aqresiya ilə qarşılayıb: “Kimsə hardansa ağlına gələn bir fikir söyləyəcək, biz ona cavab verməliyik? Bu başadüşülən sorğu deyilş, peşəkarlıqdan uzaq yanaşmadır. Nazirlikdə hər şey qaydasındadır, öz yolunda gedir. Nazirliyin fəaliyyəti, gənclər və idman siyasəti sahəsində görülən işlərlə bağlı sual verin, cavablandıraq”.

Editor.az
 
Ardını oxu...
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq İctimai Birliyinin (IDEA) təsisçisi və sədri Leyla İlham qızı Əliyevanın doğum günüdür.

Oxu.Az xəbər verir ki, Leyla Əliyeva 3 iyul 1985-ci ildə dünyaya gəlib.

1989-2000-ci illərdə Bakı şəhərində 160 saylı tam orta məktəbdə təhsil alıb.

2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub.

2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun magistratura pilləsində təhsil alıb.

10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2011-ci ildən isə Fondun vitse-prezidentidir.

Leyla Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olaraq, qayğıya, yardıma daha çox ehtiyacı olanlara böyük diqqət yetirir. O, öz ad gününü ənənəvi olaraq qayğı göstərdiyi və yorulmadan kömək etdiyi uşaqların yanında keçirir.

O, yaşlı insanlara, valideyn qayğısından məhrum olmuş uşaqlara, qaçqın və məcburi köçkün ailələrinə yardım göstərir.

Bundan başqa, Leyla Əliyeva təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində bir çox layihələrdə bilavasitə iştirak edir.

Leyla Əliyevanın rəhbərlik etdiyi AMOR Rusiyada ən fəal və nüfuzlu gənclər strukturuna çevrilib. Təşkilatın coğrafi məkanı daim genişlənir, onun himayəsi altında keçirilən tədbirlərin sayı artır. Leyla Əliyevanın rəhbərliyi altında AMOR Rusiya sakinlərini Azərbaycanın tarixi və mədəniyyəti ilə daha yaxından tanış etmək üçün fəal çalışır.

Eyni zamanda, AMOR üzvü olan gənc azərbaycanlılar öz köklərini unutmur və Vətənlə sıx bağlılığı hiss edirlər.

Leyla Əliyeva 2007-ci il dekabrın 19-da Moskvada "Baku" jurnalını təsis edib.

2008-ci il mayın 8-dən start götürmüş "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarıdır.

Artıq 13 ildən çoxdur ki, bu təşəbbüs çərçivəsində bütün dünyada - Avropadan Amerikayadək - yeni tarixin ən dəhşətli hadisələrindən olan Xocalı soyqırımı haqqında həqiqətlərin insanlara çatdırılmasına xidmət edən tədbirlər və aksiyalar keçirilir.

Kampaniya çərçivəsində Leyla Əliyevanın aktiv fəaliyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin ifşa edilməsinə böyük töhfə verib və işğalçıların əsl simasının üzə çıxmasına imkan yaradıb.

2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə "Key to life" fəxri mükafatına layiq görülüb.

12 sentyabr 2012-ci ildə "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə" medalı ilə təltif olunub.

IDEA-nın təsisçisi olan Leyla Əliyeva 5 aprel 2013-cü ildə "Ekoloji mühitin qorunmasına görə" xüsusi beynəlxalq şərəf mükafatı ilə də mükafatlandırılıb.

Qeyd edək ki, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "Bizim həyət" layihəsi çərçivəsində onlarla həyət abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.

Təsis edildiyi gündən Birliyin dəstəyi ilə ölkədə milyonlarla ağac əkilib. Leyla Əliyeva, həmçinin, sosial və ekoloji layihələri özündə birləşdirən "Məktəb bağları" layihəsinin təşəbbüskarıdır.

Layihənin birinci aksiyası zamanı Bakı məktəblərindən birinin həyətində Leyla Əliyevanın iştirakı ilə 100 ədəd badam, gavalı və nar ağacı əkilib.

Bundan başqa, Leyla Əliyeva 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima "Knyaginya Olqa" ordeni və "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə" medalı ilə təltif olunub.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

20 oktyabr 2015-ci ildə "Puşkin" medalı ilə təltif olunub.

2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə" medalına layiq görülüb.

Leyla Əliyeva həm də yaradıcı insandır. O, şeirlər yazır, rəsm çəkir. Bundan başqa, "Əli və Nino" filminin icraçı prodüseri olub, eləcə də, "Bakı, mən səni sevirəm" kinolayihəsinə rəhbərlik edib.

Məlumat üçün bildirək ki, Leyla Əliyeva iki oğul, bir qız anasıdır.
 
Ardını oxu...
Bahar ƏŞ işçisi Əsmətov Əli Naib oğlu çalışdığı şirkətdə"Əmək hüquqlarının bərpa olunması " üçün AR Prezident cənab İlham Əliyevə, AR Baş naziri cənab Əli Əsədova, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə, Dövlət Neft Şirkətinin Prezidenti cənab Rövşən Nəcəfə müraciət etmişdir.(ərizə əlavədə)
Düşünürəm ki, müvafiq qurumlar tərəfindən
-Azərbaycan Respublikasının Konstitutsiyasının ,
Maddə 57. Müraciət etmək hüququ ( Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz.),
- Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunun, Maddə 7.13. (Vətəndaşların müraciətlərini aidiyyəti üzrə baxılmaq üçün qanunazidd hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən müraciətə baxan subyektə və ya onun vəzifəli şəxslərinə göndərmək qadağandır)
-Maddə 12.4. (Dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətinin və ya işinin tənqid edilməsi ilə bağlı, yaxud vətəndaşın və ya digər şəxslərin hüquq və azadlıqlarının bərpası və müdafiəsi məqsədi ilə edilən müraciətə görə vətəndaşı təqib etmək qadağandır)
Hörmətlə yanaşılıb işçinin ərizəsi qanunauyğun şəkildə araşdırılacaq.
Qeyd;“Bahar Enerji” Əməliyyat Şirkəti: ARDNŞ( 20%paya malik) və “Bahar Enerji Limited” (80% paya malik)arasında bağlanmış 22 dekabr 2009-cu il tarixli Saziş və 27.04.2010-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Xəzər dənizinin Azərbaycan sektorunda Bahar yatağının və Qum-dəniz yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi” hasilatın pay bölgüsü Sazişi əsasında 01.10.2010-cu il tarixdən fəaliyyət göstərir. Bu müqavilə üzrə ARDNŞ tərəfdaşı kimi Virgin adalarında qeydiyyatdan keçmiş Bahar Energy Ltd şirkəti çıxış edir. Bahar Enerji -nin təsisçisi Greenfields Petroleum Corporation isə Kayman adalarında qeydiyyatdan keçib. “Bahar Enerji” Əməliyyat Şirkətinin prezidenti Con Harkins, benefisiar sahibi " ??"
Mirvari Gahramanli
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
AzTimes.az xəbər verir ki, 01 iyul 2024 -cü il tarixində Nərimanov rayon 5 saylı uşaq poliklinikasında ölüm hadisəsi baş verib. Həkim Mehriban Cəfərova 2019-cu il təvəllüdlü Vəkilli Mirbəhram Mirqulam oğlunun dişini çəkərkən azyaşlının halı pisləşib ,edilən müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək olmayıb. Məsələ ilə bağlı AzTimes.az-a danışan ana bildirib ki, uşaqla həkimə getdik, heç bir problem yox idi. Həkim oğlumun iki dişini çəkdi. Onun halı anidən pisləşdi, rəngi göyərdi, ayılda bilmədik.
Mərhumun anası onu da əlavə etdi ki, həkimdən şikayətçi deyillər buna səbəb isə həyat yoldaşının belə məsləhət bildiyini dedi.
Məsələ ilə bağlı TƏBİB verilən sorğunu cavablamayıb
Hadisə ilə bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma başladılıb.
Ardını oxu...
 
 


 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, iyunun 13-də Bakının Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində lift qırılıb, nəticədə bir ailənin üzvləri xəsarət alıb.

Onlardan 2-si uşaq, 4-ü qadın, 2 nəfəri isə kişidir. Dəhşətli qəzadan 1 gün sonra unikal.az-a danışan “Şərur MTK”nın sahibi, tikinti maqnatı İsfəndiyar Axundov hadisə ilə bağlı fikirlərini açıqlayıb. O, dəhşətli qəzada zərərçəkənləri ittiham edib.

Onun dediklərindən sitat: “Liftin qarşısında yazılıb ki, 4 nəfərlikdir. Onlar isə 8 nəfər miniblər. Özü də liftə minən qadınlardan birinin 150 kiloqram çəkisi var. Zorla sığışıblar. Liftin də yükgötürmə qabiliyyəti var. İkiqat, bəlkə də üçqat yüklənib. Kiməsə qonaqlıq veriblər, kefli olublar. Nəticədə belə hadisə baş verib”.

Həmin gün dəhşətli qəzada xəsarət alan Nofəl Nağıyev Musavat.com-a deyib ki, Şərurlu İsfəndiyar yalan danışır, onlar ailəlikcə 4 nəfərlik deyil, sərnişin tutumu daha çox olan liftə miniblər:

“Yalandan deyir guya biz ailəlikcə 4 nəfərlik liftə 8 nəfər minmişik və qəza da guya bu səbəbdən baş verib. Gözünün içinə qədər yalan danışır. Qəza binadakı liftin kəskin şəkildə nasaz olması səbəbindən baş verib. Biz Şərurlu İsfəndiyarın cinayətə bərabər səhlənkarlığının ailəlikcə qurbanı olmuşuq. İndi də bu cür danışmaqla məsuliyyətdən yayınmağa çalışır. Mən iki vəkil tutmuşam, araşdırmışam ki, lift tam nasaz olub. Bu gün də o binadakı liftlərin texniki durumu olduqca acınacaqlı vəziyyətdədir. Ümumiyyətlə, Şərurlu İsfəndiyarın MTK-sının hər hansı bir lift şirkəti ilə müqaviləsi filanı da yoxdur. Liftlərin yoxlamadan keçməsi haqda hər hansı bir akt da yoxdur. Hər ay həmin binaların sakinlərindən 50-70 min manat pul yığılır, amma liftlərin təmirinə sırf “xalturşik” lift ustaları tapıb cəlb edirlər. Liftləri isə bu şəkildə, cinayətə bərabər səhlənkarcasına istismar ediblər. Cinayətkarcasına səhlənkarlığa görə cavab verməlidirlər. Əgər Şərurlu İsfəndiyarın dediyi kimi olsaydı, biz 4 nəfərlik liftə 8 nəfər minsəydik, bu halda liftin qapıları bağlanmamalı idi. Bunu Şərurlu İsfəndiyar da çox gözəl bilir, amma yalan danışmaqdan da qalmır, düşünür ki, mən ondan əl çəkəcəyəm”.

Zərərçəkənin sözlərinə görə, hadisə baş verən gün ailə üzvləri ilə bərabər həmin binadakı qızının evinə qonaq gediblər:

“Axşam 10 radələrində mənzildən çıxıb daha çox sərnişin tutumu olan liftə mindik. Qızımın mənzili 15-ci mərtəbədə yerləşir. Biz liftə 7 nəfər minmişdik. 2 azyaşlı nəvəm, kürəkənim, həyat yoldaşım və digər iki xanım qohum bizimlə idi. Lift 7-ci mərtəbəyə çatanda qəfil sürətlə aşağı meylləndi və yerə çırpıldı. Bir anda lifti toz-duman bürüdü. Hər birimiz olduqca dəhşətli ağrılar içində kömək çağırırdıq. Liftin sürətlə yerə çırpılmasından mənim, kürəkənimin, nəvələrimin, həyat yoldaşımın və digər iki yaxın qohumumun ayaqlarımız sınıb, onurğa və qabırğalarımızda sınıqlar var. Olduqca ağır durumdayıq. Hər birimiz əməliyyat olunmuşuq. Bu günə qədər də bədənimizdə ağrılar var. Bankdan 50 min manat kredit götürüb xəstəxanalarda müalicəmizə xərcləmişik”.

Nofəl Nağıyev bildirib ki, hadisədən sonra onlarla maraqlanan yoxdur:

“Mən baş prokuror Kamran Əliyevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə müraciət edirəm. Xahiş edirəm ki, ailəmizə qarşı lift terroru araşdırılsın və günahkarların cəzaya çatdırılması təmin olunsun”.
 
Ardını oxu...
Azərbaycanda vəzifəli şəxslərin yaxın qohumlarının müxtəlif vəzifələrə gətirilməsi və işlədiyi sahədə sürətlə irəliləməsi ənənə halına çevrilib. Adətən, bu şəxslərin kimliyinə dair detallar qapalı saxlanılır.

Yeni vəzifəyə gələn şəxslərin profilinin ictimaiyyətə açıqlanmayan tərəflərini təqdim edirik.

Bu dəfə söhbət Nuriyevlər ailəsindən gedir.

İyunun 27-də Cavanşir Nuriyev iqtisadiyyat naziri Mikayıl Cabbarovun əmrilə Dövlət Vergi Xidmətinin aparat rəhbəri təyin edilib.

O, bu təyinata qədər Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərlinin müşairi olub.

Cavanşir Nuriyev buna qədər isə həmin qurumda müxtəlif vəzifələrdə çalışıb və qısa müddətdə aparat rəhbəri vəzifəsinə yüksəlib.

O, əvvəlcə qurumun Daxili Təhlükəsizlik Baş İdarəsinin rəisi və Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis müavini vəzifələrində çalışıb.

Bəs qısa müddətdə bu qədər irəliləyən Cavanşir Nuriyev kimdir?

Rəsmi dövlət sənədlərindən aydın olur ki, 41 yaşlı aparat rəhbəri Cavanşir Nuriyev Eldar Qasım oğlu Nuriyevin oğludur.

2000-ci ildə baş prokurorun müavini, 2006-cı ildə isə Prezident Administrasiyasının Dövlət Nəzarəti Şöbəsinin müdiri təyin olunan Eldar Nuriyev 2019-cu ildən ədliyyə nazirinin müavini vəzifəsində çalışır.

Cavanşir Nuriyevin yüksək dövlət vəzifələrində irəliləməsində atasının rolunun olub-olmaması mübahisələndirilə bilər, amma bu ailənin digər üzvlərinin də vəzifə pillələrində yüksəlməsi müxtəlif suallar yaradır. Belə ki, Eldar Nuriyevin digər övladları Orxan və Nigar da dövlət orqanlarında yüksək mövqe tutur.

40 yaşlı Orxan Nuriyev hazırda Dövlət Gömrük Komitəsində Gömrük İnzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində çalışır. O, buna qədər prokurorluq orqanlarında bir çox vəzifələri yerinə yetirib.

Dövlət Təhlükəsizlik Xidmətində (DTX) İbtidai İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Eldar Nuriyevin digər övladı, 35 yaşlı Nigar Nuriyeva isə Qida Təhlükəsizlik Agentliyinin (AQTA) Strateji Təhlil və Planlaşdırma Sektorunun müdiri vəzifəsində çalışır.(“Abzas Media”)
 
Ardını oxu...
Yaxın vaxtların söhbətidir. Bir neçə gün bundan qabaq evimdə yaranan tavanın çökmə probleni ilə bağlı lap çıxılmaz və çarəsiz bir vəziyyətə düşdüm.
(Allah heç kimi çarəsiz qoymasın – müəllif). Düzü, nə edəcəyimi bilmirdim. Axı, bu indinin problemi deyildi – 2011-ci ildən ta bu günə kimi “üsyan” edən bir vəziyyət idi. Müxtəlif strukturlara, o cümlədən ərazi üzrə yaşadığım və qeydiyyatda olduğum Biləcəri qəsəbə nümayəndəliyinə müraciət etsəm də, sadəcə bir faktla rastıaşdım –etinasızlıq və vecsizlik!Xülasə, sözüm onda deyil. Mətləbdən uzaqlaşmayaq. Tikinti materialları mağazalarını sosial şəbəkələrdən araşdırmağa başladım. Nəzər diqqətimi ən çox cəlb edən, ilk baxışdan sadə kütlənin rahatlığını düşünən “OMİD” tikinti materialları mağazaları şəbəkəsinin Biləcəri filialının nömrəsinə zəng etdim. Zəngimə dərhal cavab aldım və bəzi tikinti avadanlıqlarının kredit yolu ilə əldə etmək istədiyimi bildirdim. Beləcə, mağazanın əməkdaşı ilə vədələşib “OMİD” tikinti avadanlıqları mağazasının Biləcəri filialına yollandım. (Qeyd edim ki, həmin gün hava da çox isti idi. Hardasa, 35-38 dərəcə olardı). Əvvəlcədən telfonda danışdığımız kimi mağazanın əməkdaşı ora gələrkən onun adını soruşmağımı demişdi. Mən də elə birinci mağazaya daxil olan kimi həmin şəxsin adını verib, kredit şərtləri ilə tikinti məhsulları götürməyə gəldiyimi dedim. Məni ilk əvvəl çox xoş və mehriban qarşıladılar, amma....
Ammasını deyəcəm, özünüz də məəttəl qalacaqsınız. Belə ki, mənə lazım olan laminat, divar kağızı, lampalar, yapışqanlarvə s. xıeda-para ev üşün əşyalar hesablayıcıya vurulub-çıxıldı. İlk öncə qeyd edim ki, məndən şəxsiyyət vəsiqəmi alıb, kredit götürməklə bağlı heç bir problemin olmadığını demişdilər.
Daha sonra məhsulları seçib siyahı tərtib olundu və qiymət hesablandı. Maksimum rəqəm 600 manatdan yuxarı olmamalı idi. Bir faktı da qeyd edim ki, göstərilən iş yerimin rəsmi olduğunu nə mağazanın kredit mütəxəssisinə, nə də ki, krediti rəsmiləşdirən adama sübut edə bilmədim. Özüm də bir qədər qeyri-müəyyənlik içərisində donub qalmışdım. Kredit mütəxəssisi bütün lazımi tikinti materiallarının siyahısını hazır edib, sənədin rəsmiləşdirilməsi üçün başqa bir adama təqdim etdi. Təqdim olunan siyahıda məbləğ 601 manat təşkil edirdi. 12 aylıq kreditdən ayda 48 manat tutulacaqdı. Çox ümidlənib sevinirdim ki, artıq evimdəki çökmə problemini qismən də olsa, həll edə biləcəkdim.
Mənə kompyuterdə aparılacaq qeydiyyata görə bir neçə sual verdilər. Yəqin ki, çoxumuz bu proseslərin necə aparıldığını yaxşı bilirik. Bir neçə qohum nömrəsi, ailədə neçə nəfər qeydiyyatdadır, onlardan kim işləyir və s. Bu prosesdən də keçdikdənsonra kompyüterdə oturan şəxsə gələn qəfil zəng hər şeyi alt-üst etdi. Mən də artıq kreditin baş tutmayacağını sezmişdim. Hamı bir-birinin üzünə çaşqınlıqla baxırdı. Problemin nədən ibarət olduğunu soruşanda isə mənə: “Sizin nə vaxtsa gecikməniz olub” – sözünü dedilər. Mənimsə cavabım qısa oldu: “Məgər 10 il əvvəl olan gecikmə indiki halda kreditin alınmasına təsir göstərə bilir?” İkinci halda isə, mənim ilk əvvəl təqdim etdiyim şəxsiyyət vəsiqəmə baxdıqdan sonra: “Buyurun xanım, sizə kredit düşür, istədiyiniz məhsulu seçib əldə edə bilərsiniz” – demişdilər. İndi isə kreditin rəsmiləşdirilməsinə dair bütün proseslər başa çatdıqda sonra: “Sizə kredit verə bilmərik” kimi mənasız və yersiz cavab verilməsi, ən azından vətəndaşı ələ salmaq və ümidsizliyə yuvarlatmaqdan başqa bir şey deyil!!!
“OMİD” TİKİNTİMATERİALLARI MAĞAZALARI şəbəkəsinin rəhbərliyinə buradan demək istəyirəm ki, vətəndaşların ÜMİDini qırmayın!!!
Hamı sizə ümidlə gəlib evini abadlaşdırmaq istəyir. Siz isə...
Səadət Sultan
Yenixeber.org
 

Dünyapress TV

Xəbər lenti