Ardını oxu...
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyı ötən həftə bir kotirovka sorğusunun nəticələrini elan edib. Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə Milli Azərbaycan Ədəbiyyatı Muzeyı fiziki şəxs Əmrahova Sevda Şirvan qızı ilə 30.000 manat məbləğində satınalma müqaviləsi bağlayıb və bu barədə 27.06.2024-cü il tarixdə açıqlama dərc edib.

Aktualinfo.org Ədəbiyyat Muzeyı tərəfindən keşirilmiş sözügedən kotirovka sorğusu proseduru ətrafında araşdırma aparmışdır. Araşdırma zamanı bağlanmış müqavilədə qanun pozuntularına yol verilməsinə şübhə yaradan bir sıra hallar ortaya çıxdı. Qeyd edək ki, satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir. Müqavilə Kürdəmir şəhəri Məhəmməd Əmin Rəsulzadə küçəsi 13, ünvanında yerləşən X.Şirvani adına Aran-Regional filialının icarəsi üzrə bağlanmışdır.

Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Dövlət Vergi Xidmətinin fiziki şəxslərin reyestrinə daxil edilmiş məlumatlarda fiziki şəxs Əmrahova Sevda Şirvan qızının Kürdəmir rayonu, Kürdəmir şəhəri Ə.Həmidov ev 10-da daimi pasport qeydiyyatındadır. O, 18.11.2021-ci ildən fiziki şəxs kimi dövlət qeydiyyatına alınıb. Mərkəzi Seçki Komissiyasının seçicilərin sıyahısında Əmrahova Sevda Şirvan qızının 1962-ci il təvəllüdlü olduğu qeyd olunub, seçici siyahısı üzrə yaşayış yeri “Cənub Hissə” kimi göstərilib.

Qeyd edək ki, Milli Azərbaycan Ədəbiyyatı Muzeyınin Kürdəmirdə icarəyə yer götürdüyü Aran-Regional filialı Ədəbiyyat Muzeyinin Kürdəmir şəhərində yerləşən Aran Regional Şöbəsi Şirvan bölgəsində dövlətimizin kulturoloji strategiyasını həyata keçirən əsas mədəniyyət mərkəzidir. 2005-ci ilin dekabr ayından fəaliyyətə başlamış Aran Regional Şöbəsi Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinin elmi-tədqiqat və muzeyşünaslıq üzrə baş planı və fərdi iş planına əsasən yarandığı gündən etibarən bir sıra mədəni-kütləvi tədbirlər hazırlamış, onları müvəffəqiyyətlə həyata keçirmişdir.

Maraqlıdır, artıq iyirmi ilə yaxındır ki, fəaliyyət göstərən mədəniyyət mərkəzinin bu vaxta qədər inzibati binası olmayıbmı? Olmayıbsa Ədəbiyyat Muzeyınin Satınalma Komissiyası daha əvvəlki illərdə nə üçün Aran-Regional filialının icarəsi üzrə bağlanan müqavilələr barədə ictimaiyyətə açıqlama verməmişdir?

Göründüyü kimi Ədəbiyyat Muzeyı tərəfindən fiziki şəxs Əmrahova Sevda Şirvan qızı ilə bağlanan icarə müqaviləsində şübhə yaradan hallar var. Bu hallar da öz növbəsində bir çox suallar yaradır. Əsas sual icarəyə götürülən yerin neçə kvadratmetr olması və bu sahənin qiymətinin kim, və yaxud hansı dövlət qurumu tərəfindən müəyyən edilməsidir. Fiziki şəxs Əmrahova Sevda Şirvan qızının iş yeri barədə açıq mənbələrdə heç bir məlumat yoxdur. Elə isə növbəti sual yaranır. Sevda Əmrahova icarəyə verdiyi əmlakı hansı gəlirlə əldə edib? Qeyd etdiyimiz kimi Aran-Regional filialı 2005-ci ildən fəaliyyət göstərir. Əvvəlki illərdə Ədəbiyyat Muzeyınin Sevda Əmrahova ilə bağladığı icarə müqavilələrinin məbləği nə qədər olub? Kim zəmanət verə bilər ki, əvvəlki illərdə bu icarə müqavilələrinin qiyməti daha çox olmayıb, və bu yolla külli miqdarda dövlət vəsaiti mənimsənilməyib? Və kim zəmanət verə bilər ki, fiziki şəxs Əmrahova Sevda Şirvan qızı ilə Ədəbiyyatı Muzeyınin rəhbər vəzifəli şəxsləri arasında qohumluq telleri yoxdur? Ümumiyətlə, sözügedən yer Sevda Əmrahovaya məxsusdur, yoxsa millət vəkili Rafael Hüseynova?

Göründüyü kimi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyı ilə fiziki şəxs Əmrahova Sevda Şirvan qızı arasında bağlanmış satınalma müqaviləsində şübhəli məqamlar çoxdur. Belə ki, satınalmanın keçirilməsi zamanı qiymətlərin şişirdildiyinə yol verilib. Bütün bunların araşdırılması təbi ki, aidiyyatı qurumların, Respublika Hesablama Palatasının, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin üzərinə düşür. Burada Milli Azərbaycan Ədəbiyyatı Muzeyınin vəzifəli şəxsləri ilə fiziki şəxs Əmrahova Sevda Şirvan qızının qohumluq tellərinin olması da istisna deyil. Bu da keçirilmiş kotirovka sorğusu prosedurlarında saxtakarlıq hallarına yol yerildiyinə əsaslı şübhələr yaradır.

Qeyd edək ki, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyı yarandığı gündən Azərbaycan Milli Elmlər Akademiyasının tərkibində olmuşdur. Prezident İlham Əliyevin 28 iyul 2022-ci ildə imzaladığı “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərmana əsasən əmlakları ilə birlikdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyinə verilib. Muzeyin direktoru uzun illərdir millət vəkili, akademik Rafael Hüseynovdur.

Qeyd edək ki, Ədəbiyyatı Muzeyı tərəfindən satınalmalarda yol verilən şübhəli hallara aydınlıq gətirilməsi məqsədi ilə redaksiyanın ünvanladığı sorguya qurumdan cavab verilmədi. Buna baxmayaraq əks tərəfin mövqeyini dərc etməyə hazırıq və ətraflı araşdırmalardan sonra mövzuya bir daha qayıdacağıq.



Aktualinfo.org
Ardını oxu...
İşçisinə psixoloji təzyiq göstərərək (işdən azad etmək məqsədilə) ondan ölkə qanunvericiliyində nəzərdə tutulmayan müxtəlif arayışlar tələb edən və SOCAR tərəfdaşı olan bəzi MMC rəhbərləri üçün təkrar marifləndirmə, izah etmə,anlatma və başa salma.
ARƏM Maddə 48. 1.Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər
.Əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyətini təsdiq edən sənədi və dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir.
Maddə 48.6. Əmək münasibətlərinə girən işçidən bu Məcəllədə nəzərdə tutulmamış, habelə işin (vəzifənin) xüsusiyyətlərinə uyğun gəlməyən əlavə sənədlərin tələb edilməsi qadağandır.
Qadağandır
Rəis! Bir də işçidən yalandan "Sifarişçi" şirkətin adından müxtəlif arayışlar tələb etsən, FB səhifəmdə yazacam. Və adından istifafə etdiyin həmin şirkətin adını da açıqlayacam.
Mirvari Gahramanli
TEREF
 
Ardını oxu...
"KredoBank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının üzvü Müşfiq Vəkilov Quba Rayon İcra Hakimiyyətini məhkəməyə verib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, işin mahiyyəti qeyri-yaşayış sahəsi ilə bağlı mübahisələrdən ibarətdir.

Müşfiq Vəkilovun iddiasına Sumqayıt İnzibati Məhkəməsində baxılacaq. İş hakim Könül Həbibovanın icraatındadır. Təfərrüatları Müşfiq Vəkilovdan və Qubar Rayon İcra Hakimiyyətindən öyrənmək mümkün olmayıb.

Müşfiq Vəkilov qalmaqallı iş adamı kimi tanıyır. 2016-cı ildə "KredoBank" ASC müflis elan ediləndə bunu Müşfiq Vəkilovun maliyyə maxinasiyası kimi qələmə verirdilər. Bank müflis olduqdan sonra onun qardaşı Kamran Vəkilovla Almaniyada otel aldığı barədə məlumat yayılmışdı.

2021-ci ildə yerli mediada yayılan məlumatlarda bildirilir ki, Vəkilov qardaşları Türkiyədə, Almaniya və Avstriyada otel və turizm biznesi ilə məşğul olmağa başlayıblar.

Məlumatlarda daha sonra iddia edilir ki, Vəkilovlar "Credo İnvest" və "VEK Tourism" MMC kimi yeni şirkətlər təsis ediblər. Müşfiq Vəkilov dəyəri 30 milyon avro civarında Almaniyanın Hannover şəhərində mərkəzi vağzal yaxınlığında "Lavesstraße 77, 30159" ünvanında "Grand Palace" və "Nikolaistr. 12" ünvanında "Yours Hotel City" obyektlərini alıb.

Bundan başqa, Hannoverdə "Schiffsgraben 29" ünvanında daha bir obyekt inşa etdirib. Avstriyanın Vyana şəhərində "Taborstrasse 11" ünvanındakı otelini isə satışa çıxarıb. İddialara görə, həmin vaxt Almaniyada Müşfiq Vəkilovla yerli alman və azərbaycanlı iş adamları arasında maliyyə qalmaqalı yaşanıb.
Ardını oxu...
Bu gün “Azercell”in təklif etdiyi xidmətlər qarşılığında müəyyən etdiyi qiymətlər xidmət səviyyəsinə qətiyyən uyğun deyil. “Azercell” fevral ayında internet paketlərinin qiymətini qaldırdı. Ancaq yaxşıya doğru heç nə dəyişmədi.

Bu sözləri Tribunainfo.az-a mobil rabitə üzrə mütəxəssis İlkin Məmmədkərimov “Azercell”in göstərdiyi xidmətlər barədə son zamanlar artmaqda olan şikayətlər barədə danışarkən deyib. Ekspert bildirib ki, digər provayderlər qiymət artımı zamanı xidmət səviyyəsini də qaldırırlar. “Azercell” isə əksinə, qiyməti qaldırır, danışıq dəqiqələrini isə azaldır:

“Bu absurd və gülünc bir haldır. Məsələn, mən Sərbəst 25 tarifindən istifadə edirdim. 25 manata alırdım və 800 dəqiqə 15 GB internet verirdi. Sonra Sərbəst tariflərini may ayından etibarən “Azercell” ləğv etdi və Sərbəst tarifində olanları müvafiq olaraq keçirdi yeni istifadəyə verilən Supersən tarifinə. Mən 25 manata 850 dəqiqə, 15 GB alırdım, amma yeni tarifdə 29 manata, yəni 4manat əlavə pul ödəməklə 20 GB alıram və bütün istiqamətlərə 600 dəqiqə. Yəni zatən 5 GB-ın pulunu abunəçi ödəyir. Yəni bu tarifin aylıq abunə haqqını olduğu kimi saxlayıb internet qrafikini artırmayıblar. Dəqiqələri azaltmaq müqabilində interneti artırıblar. Yəni internetinizi artırmaqla, danışıq dəqiqələrinizi azaldıblar. Buna görə üstəlik qiyməti də qaldırıblar. Amma biz 4 manat əlavə pul ödəyirik. 5 GB üçün və dəqiqəni də 850 dəqiqədən 600 dəqiqəyə salıblar. 250 dəqiqə azaldıblar. Bu danışıq qiymətlərinin fantastiq dərəcədə bahalaşması deməkdir. “Azercell” bunu abunəçilərin danışıq dəqiqələrinə ehtiyacının olmaması ilə əlaqələndirir. Bu absurd yanaşmadır. Bu cür dəyişikliyi digər heç bir mobil şəbəkə provayderi etməyib. Ümumiyyətlə, “Azercell”in heç bir texnoloji yenilik olmadan, xidmət səviyyəsində önəmli bir dəyişiklik olmadan qiymət artımı gülüncdür”.

İ.Məmmədkərimov bildirib ki, bazara heç bir xarici operator buraxılmadığı üçün də “Azercell” kimi operatorlar istədiyi səviyyədə xidmətə istəduiyi qiyməti qoyacaq:

“Bütün dünyada, keçmiş sovetlər birliyinin ölkələrinin hamısında “Vodafone”, “Orange”, “T-Mobile”, “MTS”, “Beeline” kimi şirkətlər fəaliyyət göstərir. Gücüstan, Ermənistan, Ukrayna, Özbəkistan, Moldova kimi ölkələrin hamısında. Amma Azərbaycanda heç birinin uzun müddətdir fəaliyyət göstərməyinə imkan verilmir. Nə xarici operatorlar, nə də heç Naxçıvanda fəaliyyət göstərən Naxtel-in ümumrespunlika operatoru olmağına imkan vermirlər”.
 

Ardını oxu...
"Ölkədə sosial durum, xidmət sektoru elə bərbad haldadır ki, sosial müdafiənin də adı var, sosial xidmətin də. Faktiki xidmət yoxdur, yalnız xidmət haqqı var. Fikrimizi faktlarla doğruldaq". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Son günlərin ən çox danışılan və dartışılan qonusu parklanma haqqı ilə bağlıdır. Heç bir xidmət göstərilmədən avtomobil yiyələrindən, sürücülərindən maşını 5-10 dəqiqəlik və yuxarı saxlamağa şəhər parklanma “xidməti” haqq müəyyən edib. Hansısa marketin, istirahət parkının qarşısında, altında , böyür-başında avtomobilini saxlayıb, alış-veriş , istirahət edən şəxslərdən elə ağlasığmayan məbləğlər tələb edilir ki!

Bəs keçmiş post-sovet ölkələrində necədir? Qonşu ölkələrin heç birində belə zorakı “xidmət” haqqı yoxdur. Bu günlərdə Qazaxıstanda, bir neçə il qabaq Belarusda olanda avtomobillərin həyətlərdə və digər yerlərdə parklanması zamanı hansısa “əlidəyənəkli” “nəzarətçi”nin haqq üçün “əlini açmasını” görmədik. Rusiyanın Soçi şəhərində hansısa hipermarketin altında avtomobilin iki-üç saat saxlanılmasına görə haqq alınmır. Yəni müştəriyə sərbəst, pulsuz parklanma xidməti ilə alış-veriş etmək imkanı tanınır. Bu müddət yetməyənlər beş-on dəqiqəlik avtomibillə çıxıb-qayıtmaqla yenidən iki-üç saat pulsuz parklanmadan yararlanırlar. Bizdə aptekdən 20 qəpiklik maska almaq avtomobil sahibinə ən azı 70 qəpiyə, Yol Patrul Xidməti (YPX) “işə qarışdıqda” isə 20-40 manata başa gəlir. YPX-dən söz düşmüşkən, bu xidmətin də adı var, özünün işi göstərilməyən xidmətə görə haqq almaqdan o yana keçmir.

Kommunal xidmətlər də eləcə. Heç bir xidmət göstərilmədən zorakı haqq tutulur. Kimsə barmağını qatlaya bilərmi ki, məsələn, su kranı, kanalizasiya sistemi... xarab olanda Mənzil Kommunal Xidmətindən nəsə xidmət görür. Hamı öz hesabına görmürmü bu işləri, əsaslı təmiri? Bəs onda , elin hələ də “JEK” dediyi bu “xidmət” kontoru”na nə ehtiyac var? Amma sadaladığım qonşu ölkələrdə hətta “planlı-plandan kənar” istilik batareyalarının, qızdırıcıların dövlət hesabına yeniləri ilə əvəzlənməsi gerçəkləşir. Bizdə isə illərdir qaz, işıq, su xidməti pulsuz quraşdırmağa borclu olduğu sayğaclara görə də qanunsuz haqq tələb edib, xidmətdən imtina edir, hər gün yeni xidməthaqqı növləri fikirləşilir. Özbaşınalığa baxın, hansısa vətəndaş, sahibkar öz hesabına yüzlərlə, minlərlə, yüz minlərlə manat xərc çəkib bütün işləri görür, obyektinə, mənzilinə işıq, qaz, su xətti çəkir, sayğac quraşdırır, hələ üstəlik əlavə elə bu qədər də, hətta daha çox qoşulma haqqı tələb olunur!(?) Belə xidmət olar? Aydındır ki, hətta transformatoru da özü alan sahibkara xidmətdən söhbət belə gedə bilməz, yalnız xidmət haqqı “xidməti” qanuniləşdirilib. Rabitə, nəqliyyat xidmətləri də göstərilməyən xidmətə görə haqq yığmaqdan o yana keçmir. Bu sahədə də qonşu ölkələrdən geridə qalmağımız faktdır. Ən aşağı internet sürəti də bizdədir, ən yuxarı haqq da.

Sosial xidmətlərdən heç danışmağa dəyməz. “Xidmət”ə baxın, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) Qarabağ qazilərinə xidmətdən imtina edir ki, ona aid deyil. Bəs kimə aiddir? Onda bu xidmət qurumunun büdcədən saxlanılmasına nə ehtiyac var? SXA-nın Qarabağ qazilərinə, şəhid ailələrinə mənzil xidməti də rüşvət haqqısız gerçəkləşmir. Haqq “xidməti” yerə görə dəyişir. Haqq verməkdən imtina edənlərin mənzil hüquqları onlarla illərdir gerçəkləşmir. Hətta məhkəmə qərarları da məhkəmələrə haqq qarşılığında icra olunmur.

Ədliyyə Nazirliyinin penitensiar xidmətinin də adının “xidmət” olduğu, işinin haqq almaq olduğu hamıya bəllidir. Heç kəsin yolu düşməsin, yolu bu xidmətə düşənlər bir dəqiqə sürməyən telefon danışığına görə 5-20 manat ödəmələrini özləri açıqlayır. “Xidmət preyskurantı” haqqı məhbuslara yaxşı bəllidir. Belə “haqq xidməti” ilə penitensiar xidmət , daha düzü “preyskurant xidməti” həm dövlət büdcəsindən, həm məhbus ciblərindən milyonları yeyir. İcra xidmətindən heç danışmağa dəyməz. Onlarla illərdir borcluların haqqı ilə “xidmət” göstəril(m)ir.

Bank xidməti də yarıtmazdır. Yarıtmazlığa baxın, dövlətin pensiyaçıya pul ödəməyə araçı, əmanət etdiyi bank(lar) əmanətə xəyanət edir, hansısa dələduz icra məmurunun özbaşınalığı ilə pensiyanı müsadirə edirlər. Halbuki istənilən halda, bu müsadirə yalnız pensiyanı ödəyən qurumla razılaşdırmaqla ola bilər.

Tibbi xidmətin icbari sığorta hesabına gerçəkləşməsi də keyfiyyətə yetki göstərməyib. İcbari Sığorta Xidməti , sadəcə, xidmətdən qərəzlə imtina edir. Təsəvvür edin, bütün dünyada əlillər müayinə, PSR testindən pulsuz keçir, Azərbaycanda Qarabağ əlilindən xaricdə müalicəyə getməyə 80 manat “test haqqı” tələb edilib, zorla alınır. Zorakı şantaj xidməti ondan qaynaqlanır ki, haqq ödəməsə, reysə buraxılmayacaq.

Hələ xidmət növlərinin, daha düzü haqq xidmətinin hamısını sadalamadıq. Yer və vaxt çox aparır. Amma bu sadaladıqlarımız da yetər ki, deyə bilək, ölkədə xidmət yoxdur, xidmət haqqı var..."
 

Ardını oxu...
"Bildiyimiz kimi, hörmətli prezidentimiz İlham Əliyevin 28 iyul 2022-ci il tarixli fərmanı ilə Elm və
Təhsil nazirliyinin yanında Elm və Ali təhsil üzrə dövlət agentliyi yaradılmış və
AMEA-nın bəzi müəsisə və təşkilatları Elm və Təhsil nazirliyinin tabeliliyinə
verilmişdir. Bu fərman alimlərin böyük sevincinə səbəb oldu. Belə hesab edirdik
ki, Elm və Təhsil bir-birinin inteqrasiyasını təmin edəcək". Dia-az.İnfo-nun məlumatına görə,
bu barədə bir qrup EMA işçisi adından Prezidentə edilən müraciətdə deyilir.
Müraciət müəllifləri daha sonra gileylərində deyirlər: "Lakin AMEA-dan
uzunillərdən bəri qalmış köklü problemlərdə öz növbəsində agentliyin tabeliliyinə
verilmiş institutlarda hələdə qalmaqdadır.
Belə ki, bayramlarda (ildə 6-7dəfə) işçilərə verilən pul mükafatlarını özləri
istədikləri kimi idarəetməklə, yaxın ətraflarına 100-200 faiz, qalan işçilərə isə 50-
100 manat arası cüzi təhqiredici pul mükafatları verilir. Hətta bütün cəmiyyət
bilirki, alimlərin əmək haqqı dözülməz formada çox aşağıdır. İnstitut rəhbərlərinin
çirkin əməlləri bununla bitmir. Beləki, bir neçə gündür agentliyin direktoru Ülkər
xanımın adından institutların rəhbərlərinin adına məktub daxil olub. Belə ki,
beynəlxalq impakt faktorlu jurnallarda çap olunan məqaləsayına görə (SCOPUS,
impakt balı və istinad balı nəzərə alınmaqla) aylıq ödənişlərin ödənilməsi nəzərdə
tutulan məlum məktub bəzi institutlarda işçilərə bildirilsədə bir çoxunda belə bir
qərarın olmadığını bildirirlər. Bu da alimlər arasında çaşqınlıq yaradır. Bütün
bunlarla yanaşı bəzi institutlarda iclas keçirilib bu məktub haqqında məlumat
verilsə belə, institut direktorları və müavinləri məqalələrə görə veriləcək əlavə
pulların məhdud sayda alimlərə veriləcəyini bildirirlər. Lakin Ülkər xanımın
adından institutlara daxil olan məktubda müəyyən kriteriyaları ödəyən şəxslərə,
müvafiq balları toplayan alimlərə hər ay müvafiq olaraq 650, 1000 və 1300 manat
olmaqla aylıq ödənişin verilməsinə dair müvafiq rəsmləşdirmələrin aparılmasını
xahiş etmişdir. Lakin institut rəhbərləri bu məktubdan irəli gələn məsələləri həll
etmək əvəzinə belə bir məktubun gəlmədiyini və yaxud gəlsə belə özlərinə yaxın
ətraflarına bildirməklə məsələni gizli şəkildə həll edərək veriləcək pulları öz
aralarında bölmək istəyirlər. Halbuki agentlik tərəfindən daxil olan məktubdakı
kriteriyaları onlarla alim ödəsədə onlara bu ödənişləri verməmək üçün müxtəlif
təziq vasitələrindən istifadə edirlər. Belə ki, veriləcək əlavə pul vəsaitlərinin
akademik, AMEA-nın müxbir üzvlərinə, İnstitutların baş direktorları və icraçı
direktorlara şamil olunmaması onları bərk "dilxor" edib. Halbuki onlar illərlə
işçilərə bayramlarda verilən pul mükafatlarını mənimsəyiblər. İşçilərə isə 30-40-50
azn pul verməklə işçilərin bayram pullarını mənimsəyiblər. Təssüflər olsun ki, bu
institutlar Elm və Təhsil nazirliyinin tabelliyinə veriləndən sonra da baş və icraçı
direktorlar çirkin əməllərindən əl çəkməyiblər. Alimlərin Elm və Təhsil nazirliyinə
o cümlədən agentliyə ümidləri böyükdür. Onsuz da uzun illar institut rəhbərləri ölü
canlar, cari təmir, saxta müdafiələr, saxta dissertasiyalardan və bayramlarda verilən
pul mükafatlarının mənimsənilməsi hesabına instituları əməlli başlı dağıdıblar.
İnstutlara cihaz və avadanlıqlar almaq üçün ayrılan milyonlarla pulu
mənimsəməklə böyük sərvət toplayıblar. İndi də əllərinə girəvə, düşüb agentlik
tərəfindən alimlərin rifah halını yüksəltmək üçün məqalələrə görə verilməsi
nəzərdə tutulan pul vəsaitlərinə gözlərini dikiblər. Burda da maxinasiya ilə
məşğuldurlar, agentlik tərəfindən qoyulan kriteriyaları ödəyən alimlərə mane
olurlar. İmkan vermirlər ki, məqalələrinə görə veriləcək əlavə pulu alsınlar.
Özləridə bilirlər ki, işçilərin sosial vəziyyəti həddən artıq ağırdı. Lakin işçilərə
hədə-qorxu gələrək bildirirlər ki, "Nə olsun ki, agentlik tərəfindən qoyulan
kriteriyaları ödəyirsiz, dəxli yoxdur... pul vəsaiti azdır, kimə istəyirik, ona da
verəcəyik..."
Burdan belə nəticəyə gəlmək olarki, mükafatların bölüşdürülməsini institut
direktorlarının öhdəsinə buraxmaq olmaz. Çünki uzun illərdi işçilərin sosial
müdafiəsinə biaganə yanaşılır. Eyni zamanda institut rəhbərliyi səviyyəsində
hegomonluq, mənəm-mənəmlik uzun müddətdir kök salıb. Ona görə də
qaldırdığımız məsələlərə obyektiv baxılması üçün müvafiq göstəriş verməyinizi
xahiş edirik".

Dia-az.İnfo
 
Ardını oxu...
Bakıda söküntü işlərinin aparıldığı ərazidə öz mənzilini tərk etməkdən imtina etdiyi güman edilən qadın gecə saatlarında naməlum şəxslər tərəfindən evindən zorla çıxarılıb.

Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Murtuza Muxtarov 145 küçəsində qeydə alınıb.

Belə ki, bir neçə nəfər öncə qadının yaşadığı evə yaxınlaşaraq oradakı çəpəri sökməyə çalışıblar.

Sonra ekskavator işə salınaraq həm çəpər dağıdılıb, həm də oradakı ağac qırılıb.

Ardınca naməlum şəxslər qadının evinə girərək onu yaxa-paça sürüyüb mənzilindən çıxarıblar.

Bundan sonra ekskavator sözügedən evi dağıtmağa başlayıb.

Həmin görüntüləri təqdim edirik:
 
 
Ardını oxu...
Ölkədə sosial durum, xidmət sektoru elə bərbad haldadır ki, sosial
müdafiənin də adı var, sosial xidmətin də. Faktiki xidmət yoxdur, yalnız
xidmət haqqı var. Fikrimizi faktlarla doğruldaq.
Son günlərin ən çox danışılan və dartışılan qonusu parklanma haqqı ilə
bağlıdır. Heç bir xidmət göstərilmədən avtomobil yiyələrindən,
sürücülərindən maşını 5-10 dəqiqəlik və yuxarı saxlamağa şəhər
parklanma “xidməti” haqq müəyyən edib. Hansısa marketin, istirahət
parkının qarşısında, altında , böyür-başında avtomobilini saxlayıb, alış-
veriş , istirahət edən şəxslərdən elə ağlasığmayan məbləğlər tələb edilir
ki!
Ardını oxu...
Bəs keçmiş post-sovet ölkələrində necədir? Qonşu ölkələrin heç birində
belə zorakı “xidmət” haqqı yoxdur. Bu günlərdə Qazaxıstanda, bir neçə il
qabaq Belarusda olanda avtomobillərin həyətlərdə və digər yerlərdə
parklanması zamanı hansısa “əlidəyənəkli” “nəzarətçi”nin haqq üçün
“əlini açmasını” görmədik. Rusiyanın Soçi şəhərində hansısa hipermarketin
altında avtomobilin iki-üç saat saxlanılmasına görə haqq alınmır. Yəni
müştəriyə sərbəst, pulsuz parklanma xidməti ilə alış-veriş etmək imkanı
tanınır. Bu müddət yetməyənlər beş-on dəqiqəlik avtomibillə çıxıb-
qayıtmaqla yenidən iki-üç saat pulsuz parklanmadan yararlanırlar. Bizdə
aptekdən 20 qəpiklik maska almaq avtomobil sahibinə ən azı 70 qəpiyə,
Yol Patrul Xidməti (YPX) “işə qarışdıqda” isə 20-40 manata başa gəlir. YPX-
dən söz düşmüşkən, bu xidmətin də adı var, özünün işi göstərilməyən
xidmətə görə haqq almaqdan o yana keçmir.
(Redaksiyadan xüsuisi qeyd: Parklanma məsələsində ən böyük problem əslində elə
əlillərindir. Şəkillərdə gördüyünüz kimi nə yerdə nədə işarələrin özündə
əlil maşınlarının parklanması ilə bağlı heç bir iz və ya nişan yoxdur. AYNA və ya bu işə məsul olan ixtiyari bir idarənin işçiləri ilə şəhərə reydə çıxsaq onlr heç olmasa nümunə üçün bir dənədə əlillər üçün nişanlanmış park yeri göstərə bilməzlər. Baxmayaraq ki, Prezidentin bu barədə fərmanı var!)
Ardını oxu...
Kommunal xidmətlər də eləcə. Heç bir xidmət göstərilmədən zorakı haqq
tutulur. Kimsə barmağını qatlaya bilərmi ki, məsələn, su kranı, kanalizasiya
sistemi... xarab olanda Mənzil Kommunal Xidmətindən nəsə xidmət görür.
Hamı öz hesabına görmürmü bu işləri, əsaslı təmiri? Bəs onda , elin hələ də
“JEK” dediyi bu “xidmət” kontoru”na nə ehtiyac var? Amma sadaladığım
qonşu ölkələrdə hətta “planlı-plandan kənar” istilik batareyalarının,
qızdırıcıların dövlət hesabına yeniləri ilə əvəzlənməsi gerçəkləşir. Bizdə isə
illərdir qaz, işıq, su xidməti pulsuz quraşdırmağa borclu olduğu sayğaclara
görə də qanunsuz haqq tələb edib, xidmətdən imtina edir, hər gün yeni
xidməthaqqı növləri fikirləşilir. Özbaşınalığa baxın, hansısa vətəndaş,
sahibkar öz hesabına yüzlərlə, minlərlə, yüz minlərlə manat xərc çəkib
bütün işləri görür, obyektinə, mənzilinə işıq, qaz, su xətti çəkir, sayğac
quraşdırır, hələ üstəlik əlavə elə bu qədər də, hətta daha çox qoşulma
haqqı tələb olunur!(?) Belə xidmət olar? Aydındır ki, hətta transformatoru
da özü alan sahibkara xidmətdən söhbət belə gedə bilməz, yalnız xidmət
haqqı “xidməti” qanuniləşdirilib. Rabitə, nəqliyyat xidmətləri də
göstərilməyən xidmətə görə haqq yığmaqdan o yana keçmir. Bu sahədə də
qonşu ölkələrdən geridə qalmağımız faktdır. Ən aşağı internet sürəti də
bizdədir, ən yuxarı haqq da.
Sosial xidmətlərdən heç danışmağa dəyməz. “Xidmət”ə baxın, ƏƏSMN
tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) Qarabağ qazilərinə xidmətdən
imtina edir ki, ona aid deyil. Bəs kimə aiddir? Onda bu xidmət qurumunun
büdcədən saxlanılmasına nə ehtiyac var? SXA-nın Qarabağ qazilərinə,
şəhid ailələrinə mənzil xidməti də rüşvət haqqısız gerçəkləşmir. Haqq
“xidməti” yerə görə dəyişir. Haqq verməkdən imtina edənlərin mənzil
hüquqları onlarla illərdir gerçəkləşmir. Hətta məhkəmə qərarları da
məhkəmələrə haqq qarşılığında icra olunmur.
Ədliyyə Nazirliyinin penitensiar xidmətinin də adının “xidmət” olduğu,
işinin haqq almaq olduğu hamıya bəllidir. Heç kəsin yolu düşməsin, yolu bu
xidmətə düşənlər bir dəqiqə sürməyən telefon danışığına görə 5-20 manat
ödəmələrini özlər
Mğrrub Bədəlsoy
TEREF
 
 
 
Ardını oxu...
Uzun illər Bakı şəhəri Yaşıllaşdırma Təsərrüfatı Birliyində müxtəlif vəzifələrdə işləmiş,aqranom Əsgərov Xanəhməd Əli oğlu Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Eldar Əzizov cənabına müraciət ünvanlayıb.
Faktinfo.az saytına göndərilən məktubun məzmunundan aydın olur ki,Xanəhməd Əsgərov BŞİH-nin rəhbərinə bir müddət əvvəl ünvanladığı məktubda bir neçə vəzifəli şəxsin Eldar Əzizovu aldatmağa cəhd etmələri ilə bərabər,onların keyfiyyətsiz iş görmələrini,yaşıllaşdırma təsərrüfatından məlumatsız olmalarını da qeyd edib.Hətta o,məktubunda BŞİH-nin başçısından onu qəbul etməsini,yaşıllaşdırma işlərində bacardığı köməkliyi edə biləcəyini də vurğulayıb.

Faktinfo.az həmin müraciəti təqdim edir:

Hörmətli Eldar müəllim!

"Yaşıl dünya naminə" şəhərimizdə əkilən ağaclar, o cümlədən "abad həyət" adı altında Abid Əliyevin Xətai, Nizami, Yasamal rayonlarında mənzil komunal təsərrüfatı idarələrinin və yaşıllaşdırmanın fəhlələrinin hesabına gördüyü işlər barədə sizə məlumat vermək istəyirəm.

Belə ki, bu şəxsin başında dayandığı şəbəkə iş görmür, Bakını "himdən" çıxmış yarasız, zibilli torpaqlarla doldururlar. Həmçinin heç bir iş aqrotexniki qaydada aparılmır, maddi maraqlarına görə "Eldar Şamı" nı bir metrdən bir əkirlər. Belə ağac əkmək hansı elmi kitabda əsaslandırılıb, onlardan soruşun, sual verin. Bunlar barədə mən onlara zəng edib iradımı bildirdim, onlar isə əvəzində məni hədələdilər və dedilər ki, "bizim işimizə qarışma, icra hakimiyyəti bilər biz bilərik. Elə etmə ki, üstünə adam göndərək".

Hörmətli Eldar Müəllim!

Qeyd edim ki, Bakıda görülən işlər sizin adınızla bağlanır. Belə görünür ki, etimad göstərdiyiniz şəxslər - Abid Əliyev başda olmaqla... əvvəllər hərbi komissar işləmiş, hazırda isə Yaşıllaşdırma Təsərrüfatı Birliyinin 71 yaşlı direktoru Mirdamət Seyidovun, ixtisasca idman müəllimi olan, amma YTB-nin baş aqranomu işləyən Oktay Tağıyevin, bitki mühafizəsi şöbəsinin müdri keçmişi MİS rəisi olmuş Şaiq Vəliyevin yaşıllaşdırma işindən anlayışı yoxdur.

Ona görə də Bakıda quruyan ağaclar suvarılmadığına, düzgün aqrotexniki işlər aparılmadığına görə quruyur. 24 May 2019-cu ildən, 29 dekabır 2020-ci ilədək su quyuları idarəsinə quyuların vurulması üçün 3 milyon 302 min manat vəsait ayrılmışdır,ancaq normal bir quyu vurulmamışdır.

Hörmətli Eldar müəllim.

Bəlkə bunlardan bu vəsait barədə soruşasınız.Bu şəxslər bəlkə də düşünürlər ki, Eldar Əzizovu necə aldadaq, daha çox vəsait əldə edək.Məndə bu qənaət formalaşır ki yaşıllaşdırma və digər işlərlə bağlı BŞİH-də sizə təfsilatı ilə məlumat verə biləcək mütəxəssis yoxdur.Nəzərə alsaq ki, bu ilin noyabrında "COP-29" –la bağlı Azərbaycana 129 ölkədən, 80 minə yaxın nümayəndə gələcək,tədbirli davranmaq məqsədəuyğun olardı. Çünki gələn qonaqların arasında yaşıllaşdırma işindən,ağac və bitki kollarından,ağacların daranma qaydasından bilən kifayət qədər mütəxəssis olacaq.

Hazırkı şəraitdə Bakı şəhərində YTB-nin gördüyü işlərin qənaət bəxş olmadığını və "COP-29"-a müəyyən müddətin qaldığını nəzərə alaraq sizə və dövlətimizə bacardığım qədər kömək etməyə hazıram.

Faktinfo.az
Ardını oxu...
Sosial şəbəkədə yayılan bu görüntülər Yardımlıda, Hamarkənd meşələrində çəkilib.

TEREF Bakupost.az-a istinadən xəbər verir ki, görüntülərdən kənd sakinlərinin atla meşədən odun daşıdıqları aydın olur.
Buna səbəb Hamarkəndin hələ də qazlaşdırılmamasıdır. Kənddə qaz olmadığı üçün yerli sakinlər il boyu yemək bişirmək, qışda isə isinmək üçün odun sobalarından istifadə edirlər.

Hamarkənd rayon mərkəzindən bir neçə kilometr aralıda yerləşir. Rayona və ətraf kəndlərə qaz çəkilsə də, illərdir qısa məsafənin qət edilib Hamarkəndin qazlaşdırlması problemi həll olunmur.

Onu da qeyd edək ki, Milli Məclisdə Hamarkənddə doğulan iki millət vəkili - Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı və tarixçi professor Musa Qasımov təmsil olunurlar.

Kəndin qazlaşdırılması ilə bağlı dəfələrlə məsələ qaldırılıb.

Sonuncu dəfə isə millət vəkili Sabir Rüstəmxanlı ötən ilin axırlarında Hamarkəndə qaz çəkilməsi xahişi ilə Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.
Müracətdə qeyd olunurdu ki, bir müddət öncə ətraf kəndlər qazlaşdırılsa da, indiyədək Hamarkəndə qaz xətti çəkilməyib.

O zaman millət vəkilinin müraciətinə müsbət cavab verilmişdi. Məsələ ilə bağlı "Azəriqaz"dan göndərilən cavab məktubunda bildirilirdi ki, Yardımlı rayonunun Hamarkənd kəndinin daşıyıcı və paylayıcı qaz kəmərlərinin tikintisi 2024-cü ilin kapital qoyuluşu proqramına daxil edilib və tezliklə kənd sakinləri mavi yanacaqdan istifadə edə biləcəklər.

Ancaq artıq 2024-cü ilin 6 ayı geridə qalıb. Lakin bu il Hamarkənd sakinlərinin qaz probleminin həll ediləcəyinə dair heç bir işartı, tərpəniş görünmür. Sakinlər yayın istisində, payızın yağışlı, palçıqlı günlərində meşədən odun daşımaq məcburiyyətində qalırlar.
Görəsən, Hamarkənd sakinlərinin bu əzab-əziyyətinə nə vaxt son qoyulacaq?
 

Dünyapress TV

Xəbər lenti