Bakı şəhər Xətai rayonu Babək prospekti Süleyman Vəzirov 49 ünvanında yaşayan sakinlər redaksiyamıza şikayət ediblər. Onlar bildiriblər ki, evləri plana düşüb və onları ərazidən çıxarmaq üçün evlərinin 1 kvadratmetrinə 1250 manat pul təklif edilir. Sakinlər isə bu təklifə razı deyillər. Onlar deyiblər ki, təklif olunan məbləğlə nə Bakıda, nə də Bakıətrafı kəndlərdə ev almaq mümkün deyil. Adı çəkilən küçənin sakini Rüstəm Allahverdiyev deyib ki, artıq bir aydır məsələylə bağlı Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları onların qapısını döyür: “Artıq bir aydır ki, Xətai rayon İcra Hakimiyyətinin əməkdaşları yaşadığımız ünvana gəlib-gedir. Onlar deyirlər ki, “evləriniz plana düşüb və burdan çıxmalısınız. Bunun üçün isə sizə evinizin hər kvadratmetrinə 1250 manat pul veririk”. Yaşadığımız ünvanda isə sakinlər bu məbləğlə razı deyillər. Şəhərin mərkəzində bizə təklif olunan bu məbləğlə axı ev almaq mümkün deyil. Heç Bakıdan kənarda da bu qiymətə normal ev almaq olmur. Qaldı ki, biz şəhərin mərkəzində evimizi dəyər-dəyməzinə verib niyə uzaq yerdə yaşamalıyıq ki?”. Digər şikayətçi Aynurə Kərimova onlara sənədlə 3 min manat pul ayrıldığını bildirib: “Aldığımız məlumata görə bizim evlərin hər kvadratmetrinə dövlət tərəfindən 3 min manat pul ayrılıb. Lakin Xətai rayon İcra Hakimiyyəti bizə 1250 manat təklif edir. Buna isə ərazidə yaşayan sakinlərin heç biri razı deyil. “Dinamo” deyilən ərazidə sakinlərə kadratmetrinə 2200 manat pul təklif olunur, amma heç onlar da bu məbləğə razı deyil. Hansı ki, bizim yaşadığımız yerlər ordan daha yaxşı ərazi hesab olunur”.
Məsələylə bağlı Xətai rayon İcra Hakimiyyəti ilə əlaqə cəhdlərimiz təəssüf ki, alınmadı. Telefon zənglərimizə cavab vermədilər. TEREF
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu qədər "acizsinizmi" sizin fəaliyyətinizi tənqid edən şəxsi FB səhifəsində blok edirsiniz? Hər il dövlət tərəfindən, işəgötürən və işçinin aylıq əmək haqqından 4 faiz, mülki müqavilə ilə işləyən şəxslərin gəlirindən 14 manat olmaqla milyonlarla icbari tibbi sığorta haqqı yığırsınız. Nədən bu haqqı ödəyən işçinin icbari tibbi sığortasını həyata keçirmirsiniz? Sizin fəaliyyətiniz yalnız bu şəxslərin pulu hesabına yaxşı əmək haqqı almaqdan, turist kimi gəzməkdın ibarət deyil, bu şəxslərin pulsuz tibbi sığortasını hıyata keçirməkdir. Müraciət edən insanları karuselə salmaq, ötür-ötür oyunu oynamaq, müxtəlif bəhanə ilə imtina etmək deyil, icbari tibbi sığortasını həyata keçirməkdir. 1-2 nəfəri aparatdan keçirmək və əməliyyat etmək və bunu reklam etmək deyil, bütün şəxsləri, xüsusilə də bu haqqı ödəyən işçini pulsuz icbari tibbi xidmətlə təmin etməkdir. İşçilərin zəhməti vı alın təri ilə qazandığı əmək haqqından tutduğunuz bu pulları hara xərclədiyiniz barədə nıdən şəffaf hesabat vermirsiniz. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi-AR Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əsasında yaradılmış, icbari tibbi sığortanın tətbiqini təmin edən, baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri tibbi sığorta xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Azer Quliyev TEREF
" "Kontakt Home"dan kreditlə məişət texnikası sifariş vermişəm. "24-28 may faizsiz komissiyasız bütün məisət texnikaları" reklam edirlər deyə..." Dia-az.İnfo xəbər verir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Mehdi Seyidzadə adlı istifadəçi giley edir.
Narazı vətəndaş daha sonra bildirir: "Mən də 10 gün öncə kombi sifariş vermişdim. Daimi mustəriyəm... həm də "Kontakt Home"dakı qiymətlərdə 500 manatdan artıq fərq eləmişdi... nağd və kredit arasında. Bildirmisdim ki, bəs nə vaxt faizsiz, bu qiymətə ala bilərəm... Bildirmişdilər ki kampaniyaların vaxtını gözləyin. Mən də bugün fürsət bilib sifariş vermişdim.
Uzun sözün qısası... bu gün (dünən -dia-az.info) zəng edib kredit şöbəsi... mənə açıqlama verir ki bəs faizsiz komissiyasız nağd alışa aiddir reklam. Sual verirəm ki, bəs nağd aləşa nə faiz, nə komissiya? Bildirir ki siz deyən fərq qiymət endirim məsələsidir... nağd alışa faiz komissiya yoxdur.
Mən seçən mal indi kreditlə 1760 manatdir, nağd 1250 manat. Deyirəm kampaniya idi deyə sifariş verirdim, məhz keçən dəfə əməkdaşınız mənə belə vaxtı gözləməyi bildirmişdi. Cavabinda deyir ki məhz sizə 18 ay faizsiz 1760 hesablanır. Yəni kreditlə 1760 manatdır, nağd 1250 manatdır. Üstəgəl kampaniya olmasa, yəni 2000+manat olmalıdır. Bu nə fırıldaqdır "Kontakt Home"?
Yəni bir malı ikiqat qiymətə daimi müştəriyə satırsınız kreditlə? Və ya mən bu qiymətləri aldığım malda 10 gün qabaq da eyni qiymətləri görmüşdüm. 1250 manat nağd kreditlə 18 ay... Bu nə reklam idi? İnsanları niyə aldadırsınız?"
Özünün bütün reklam çarxlarında `"Bazarstore" edərsə, inanın` deyib bas-bas bağıraraq endirim kampaniyasını təbliğ edən "Bazarstore" mağazalar şəbəkəsinin də əslində digər marketlərimizdən və onların endirim kampaniyalarından heç də fərqlənmədiyi həır kəsə məlumdur.
Dia-az.İnfo bildirir ki, bu dəfə isə aşağıda təqdim olunan fotodan da əslində "Bazarstore"un öz müştəriləri ilə məzələndiyi üzə çıxır.
Göründüyü kimi, sözügedən ticarət şəbəkəsi "Atena" xamasını 1 manat 79-dan qəpikdən 1 manat 79 qəpiyə endirib...
Qeyd edək ki, fotonu jurnalist Ramina Eyvazqızı təqdim edib.
Azərbaycanda haqqında daha çox şikayətlər edilən və son zamanlar barəsində sosial şəbəkələrdə daha çox neqativ xəbərlər yayılan biznes qurumlarından biri də “Kontakt Home” mağazalar şəbəkəsidir. Məişət texnikası və mebel bazarında daha çox istehlak kreditləri portfeli olan şirkətlərdən biridir – “Kontakt Home”. Son zamanlar mağazalar şəbəkəsinin satdığı məhsulların əksəriyyəti ya xarab çıxır, ya da istifadəyə yararsızdır. Tribunainfo.az xəbər verir ki, daha bir şikayət Bakı sakini Rüfət Dadaşovdan gəlib. Belə ki, o, “Kontakt Home” mağazalar şəbəkəsindən soyuducu alıb. Lakin avadanlıq quraşdırıldıqdan sonra məlum olub ki, soyuducu xarabdır, işləmir. Şikayətçi yazır: “Məsələ ilə bağlı şirkətə müraciət edim. Usta göndərdilər. Göndərilən şəxs rəy yazdı və servisə verildi. Oradan isə bildirdilər ki, onlar yalnız soyuducunu təmir edə bilərlər. Mən isə bununla razılaşmadım”. Dadaşov qeyd edir ki, yeni aldığım soyuducunun təmir olunmasına etirazımdan sonra bildiriblər ki, birbaşa “Kontakt Home”yə müraciət etsin. “Onların sözünə uyğun olaraq “Kontakt Home”yə müraciət etdim. Düz, 12 gündür məni “fırladır”lar. Hər dəfəsində “gözlə”deyib, yola verirlər. Baş ofislərinə qədər getsəm də, heç nə dəyişməyib. Şirkəti məhkəməyə verməyi düşünürəm”. Qeyd edək ki, bu, “Kontakt Home”dən ilk şikayət deyil. İndiyə qədər yüzlərlə belə şikayətlərin olduğu bildirilir. Lakin sözügedən mağazalar şəbəkəsi bunlara məhəl qoymadan, digər müştəriləri də çətin durumda saxlamaqdan “məmnun”dur. “İstehlakçılar haqqın”da qanuna əsasən hər hansı bir şirkət və ya mağazalar şəbəkəsi satdığı mal və məhsulun işləməsinə cavabdehdir. Hər hənası problem yaranarsa, onun aradan qaldırılmasına məsuldur. Hətta bu zaman müştəriyə dəymiş maddi və mənəvi ziyana görə, kompensasiya ödəməyə borclu hesab olunur. Görünən isə odur ki, “Kontakt Home” qanunu saymır, elə ənənəsinə uyğun olaraq, müştərilərini aldatmaqda, başından etməkdə davam edir. “Kontakt Home”nin gizli əməlləri Şirkət hazırda Bakıda da daxil olamqla ölkənin 17 rayon və şəhərində sərt karantin rejimi elan edib. Bu arada, cumhuriyyet.az olaraq araşdırmalar nəticəsində öyrəndik ki, “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir: “Kontakt” mağazalar şəbəkəsinin Bakı şəhərində 42 mağazası fəaliyyət göstərir. Mağazalar şəbəkəsinin gündəlik dövriyyəsinin 230 min manata yaxın olduğu bildirilir. Satışın demək olar ki, 90 faizi kredit vasitəsi ilə həyata keçirilir. Kreditlə satılan malların üstünə isə dəyərindən 2 dəfə artıq qiymət qoyulur. Yəni faktiki olaraq “Kontakt Home” mağazalar şəbəkəsi çəkdiyi xərcin 100 faizi, bəzən daha çox gəlir əldə edir. Bundan başqa alıcılarla həyata keçirilən alış-veriş barədə kredit müqaviləsi birbaşa “Kontakt” mağazalar şəbəkəsi ilə bağlanılır ki, bu da mövcud qanunvericiliyə ziddir. Çünki ölkə qanunvericiliyinə görə kreditləri ancaq banklar və bank olmayan kredit təşkilatları verə bilər. Bu halda “Kontakt” mağazalar şəbəkəsinin alıcılarla olan müqaviləsi də heç bir hüquqi status daşımır. Deputata bağlı tellər Həmçinin “Kontakt” mağazalar şəbəkəsi kredit müqavilələrini avadanlıqlara görə dəyişir. Telefon kredit müqaviləsi “ABC-Telekom” MMC ilə bağlanır.Maraqlıdır ki, kredit müqavilələri nə üçün məhz “ABC-Telekom” MMC ilə bağlanır? Onu da bildirək ki, “Kontakt Home” mağazalar şəbəkəsinin sahibi deputat Elnur Allahverdiyev olaraq tanınır. Xatırlatma üçün cumhuriyyet.az olaraq bildirək ki, Elnur Allahverdiyevin adı “Azercell”in 3 monopolist şirkətindən biri olan “ABC-Telekom” MMC-nin ( digərləri Akhundoff Networks və İntegralplus) sahibi kimi keçir. Kontur kartı və nömrə satışından milyonlar qazanan bu 3 şirkət Azərbaycanda mobil xidmətin ən baha olmasının əsas səbəbkarlarıdır və son vaxtlar ölkədə “süni kontur qıtlığı” yaradaraq yüzminlərlə vətəndaşı, sahibkarları, market sahiblərini narazı salırlar. ABC-Telekom” MMC-nin rəhbəri, Sloveniyanın Azərbaycandakı fəxri konsulu, YAP-ın 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizədi Elnur Allahverdiyev özü biznes fəaliyyətini təkzib edib. Millət vəkili vurğulayıb ki, altıncı çağırış Milli Məclisə deputat seçilməsindən sonra sahibkarlıq fəaliyyətinə son qoyub və şirkətdəki vəzifəsindən istefa verib: “Deputat olaraq fəaliyyətim göz qabağındadır və təəssüf edirəm ki, bəzən bu məzmunlu informasiyalar hazırki fəaliyyətimə kölgə salmaq və qərəzli niyyətlə edilir”. Elnur Allahverdiyev qeyd edib ki, mart ayından bu yana müsahibə və açıqlamalarında sahibkarlıq fəaliyyətini dayandırdığını dəfələrlə bildirib: “Düşünürəm ki, professional jurnalist və ya bloggerlər bunu bilməmiş deyillər. Bununla belə, onlara fəaliyyətlərində uğurlar arzu edirəm, sadəcə, bəzi qarayaxmalara görə təəssüf hiss keçirirəm. Mənə elə gəlir, professionallıq nöqteyi-nəzərdən bu, onların özlərinin obyektivliyi üçün də ziyanlı mövqedir”.Xatırladaq ki, müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz statusunda Elnur Allahverdiyevin qalmaqallı iş adamı kimi ad qazandığını, həmçinin vaxtilə sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsinə MTN-nin generalı Elçin Əliyevin “krışa”lıq etdiyini yazmış. Elnur Allahverdiyevlə bağlı ilginc iddialar YAP siyahısından mandat qazanan E.Allahverdiyev ilə bağlı ən ilginc məqam isə onun bu hakimiyyətə nə qədər bağlı olmasıdır. Belə ki, cumhuriyyet.az olaraq internet üzərindən apardiğımız araşdırmalara görə, E.Allahverdiyevin atası, Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri müavin, daha sonra sədri, “Bərpaçı” mərkəzinin rəisi, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi vəzifələrdən işləmiş Marat Allahverdiyev vaxtilə ulu öndər Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Bununla bağlı plkə mediasında yer alan məlumata görə, Marat Allahverdiyev Ayaz Mütəllibovun zamanında Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədr müavini, daha sonra sədri, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri işləmişdir. Heydər Əliyevin tərəfdarlarının görüşlərinə nəzarət etmək üçün indiki Hüseyn Cavid parkında o zaman balaca bir obyekt var idi. Marat Allahverdiyev və dostları orda gizlicə yığışıb müzakirə aparardılar. Cumhuriyyet.az bildirir ki, Azərbaycan Respublikasının müxtəlif ölkələrdə səfiri işləmiş professor İsfəndiyar Vahabzadə LAF TV-yə müsahibəsində ermənilərlə qohumluq əlaqəsi olanlar sırasında Milli Məclisin deputatı Elnur Allahverdiyevin adını çəkib. İ. Vahabzadənin həmin videomüsahibəsinin bir hissəsini təqdim edirik: Belə bir şəxsin oğlunun ulu öndərin qurduğu partiyanın namizədlər siyahısında olması olduqca acınacaqlıdır.
Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC -yə aid olan "Misli.az" lotereya saytı müsabiqə elan edib. Dia-az.İnfo "Azərbaycan Reallığı"na istinadla xəbər verir ki, müsabiqədə misli hesabına yüklədiyin hər 5 azn hesab sahibinə 1 lotereya şans nömrəsi qazandırır. Hər həftənin bir günü minlərlə nömrədən yalnız 7 nəfər qalib gəlir, onlardan da 4-ü avropaya hər şey daxil səyahət bileti qazanır.
İlk həftənin qalibləri artıq müəyyənləşib. İşin maraqlı tərəfi ondadır ki, bu həftə Avropaya səyahət qazanan qalib Sərxan İslamov şirkətin əvvəlki müsabiqəsində avtomobil qazanan Sərxan İslamov olub.
Maraqlıdır, minlərlə nömrənin içində təsadüfi seçilən nömrə keçən müsabiqənin qalibi necə ola bilib? Bu, Azərbaycanda həmin lotereyanı oynayan yüzminlərlə insanda şirkətin şəffaflığına şübhə yaradıb. İştırakçılar şirkətin əvvəldən müəyyən edilmiş şəxsləri qalib etməklə hədiyyələrin özlərinə qaldığını iddia edirlər. Sözügedən qalibin fotolarını təqdim edirik:
"Azərbaycan Respublikası dövlətinin qanunverici hakimiyyəti 13 may 2022-ci il tarixli, 530- VIQD nömrəli Qanunla “Əmək pensiyaları haqqında” qanuna yeni məzmunda 37.3.2-1 maddəsi əlavə edib : “Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1 və 37.3.2 maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş üzvünün MÜRACİƏTİ əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir”". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir. Məqalədə daha sonra bildirilir: "Qanuna əlavənin qəbulundan 2 il keçib, amma Qanunun 20-ci ( “Qulluq stajına görə əmək pensiyasına əlavələr” ) maddəsinə əsasən, pensiya alan şəxslərin təminatını həyata keçirən DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (XŞTMF) əlavənin Qarabağ əlillərinə, şəhid ailələrinə tətbiqinə anlaşılmaz bəhanə ilə qadağa qoyub. İşləyən pensiyaçının işlədiyinə görə pensiyasının 37.3.2-1 maddəsinə əsasən yenidən hesablanması ilə Filala müraciətinə “işi davam etdirdiyinə” görə imtina edilir. Absurdluğa baxın, qanunverici işləyən, işi davam etdirən pensiyaçıların pensiyalarının bu işləməyə, davam etdirməyə görə yenidən hesablanmasını aktlaşdırır, icra etməli orqan imtina edir ki, işləməkdə davam edir !(??) 2 ildir nə ali dövlət hakimiyyəti, hüquq orqanları, nə Maliyyə Nazirliyi, nə Hesablama Palatası, nə Ombudsman bu anlaşılmaz maliyyə-hüquq pozuntusuna, dövlət büdcəsi ilə məmur cibinin dəyişik salınmasına görə tədbir görür. Hamı əlil, qazi, şəhid pensiyalarından rüşvətini alıb susur. Hətta ƏƏSM naziri Sahil Babayevin işləyən pensiyaçıların pensiyalarının özlərinin müraciəti olmadan, yəni proaktiv qaydada yenidən hesablanacağını mediya bildirməsi də yardıma çatmır. DSMF-in pensiya təminatı departamenti dövlətin, nazirin yox, XŞTMF-nin dediyini QANUN sayır. Hazırda Milli Məclisdə dövlət büdcəsinin müzakirələri gedir. Fikrimizcə, qanunverici qəbul etdiyi qanunun icrasını pensiya orqanından sorğulamağa borcludur. Birincisi, qəbul olunan qanunun icrası , Konstitusiyanın 149-cu maddəsinə görə, hamıya məcburidir. İkincisi, qanunların icrasına və tətbiqinə nəzarəti , Konstitusiyanın 133-cü maddəsinə görə, prokurorluq həyata keçirir. Ən başlıcası, MM-in özünün Hesablama Palatası büdcənin düzgün təyinatını yoxlayan qurumdur. Bəs nəyə görə prokurorluq, maliyyə , büdcə nəzarəti qurumları 2 ildir DSMF məmurlarına “işləməyən pensiyaçı” ilə “işləməyən pensiyaçı kateqoriyası” anlayışlarının ayrıntısını-fərqini anlada bilmirlər? Bir daha nəzarətedici qurumların etmək istəmədiyini DSMF-in pensiya təminatına cavabdeh məmurlarının diqqətinə çatdırırıq. Ümumiyyətlə, “kateqoriya”nın fəlsəfədə, riyaziyyatda, linqvistikada , pedaqogikada öz anlamları var. Qısa desək, kateqoriya qrup, dərəcə, çoxluq, cəm ... anlamına gəlir. Məsələn, “ahıllar”, “əlillər”, “işçilər”, “işsizlər”, “sənətçilər”, “əmək pensiyaçıları” kateqoriyaları. Bu “əmək pensiyaçıları” kateqoriyasının özü də bir neçə kateqoriyaya ( əlilliyə, yaşa, ailə başçısını itirməyə görə) bölünür. Bir də var, əlilliyə və yaşa görə işləməyən əmək pensiyaçıları kateqoriyası. Hazırda qadınların 63,5, kişilərin 65 yaşı olduqda işləməyən əmək pensiyası kateqoriyasına aid edilirlər. Bu kateqoriyaya keçəndən sonra işlərini davam etdirənlərin pensiyası “Əmək pensiyaları haqqında” qanunun 37.3.1 maddəsinə uyğun olaraq 6 ildən bir AVTOMATLAŞDIRILMIŞ qaydada yenidən hesablanır. 37.3.2 maddəsinə görə, əlilliyə görə pensiya təyin edilmiş şəxs İŞLƏMƏKDƏ DAVAM EDƏRSƏ, onun pensiya təyin olunduqdan, yaxud əmək pensiyası BU MADDƏYƏ əsasən yenidən hesablandıqdan işləməyən əmək pensiyaçısı KATEQORİYASINA keçdiyi tarixədək olan dövr üzrə toplanan PENSİYA KAPİTALINA və həmin kateqoriyaya keçdiyi tarixdəki yaşına müvafiq tələb olunan SIĞORTA STAJINA əsasən ...AVTOMATLAŞDIRILMIŞ qaydada ( qulluq stajına görə pensiya alanlarınkı MÜRACİƏTLƏRİ əsasında) yenidən hesablanır. Bəs niyə DSMF-in pensiya təminatına cavabdeh qurumları “işləməyən əmək pensiyaçısı” kateqoriyasını qəsd-qərəzlə işləməyi dayandırmaq kimi qəbul edib, qazi, şəhid ailələrinin pensiyalarını MÜRACİƏTLƏRİ əsasında yenidən hesablamaqdan imtina edirlər? Necə olur, işləyən adi şərtlərlə pensiyaçıların işləməyən pensiyaçı kateqoriyasına , yəni 63,5 və 65 yaşına keçəndən sonra pensiyaları 6 ildən bir AVTOMATLAŞDIRILMIŞ qaydada yenidən hesablanır, amma qulluq stajına görə, yəni xüsusi şərtlərlə pensiyaçıların işi davam etdirmələri MÜRACİƏTLƏRİ əsasında yenidən hesablanmaya əsas vermir? Necə olur adi şərtlərlə pensiyaya çıxıb, işi davam etdirənlərdən işi dayandırmaq tələb olunmur, pensiyaları yenidən avtomatik hesablanır, amma xüsusi şərtlərlə pensiyaçılardan tələb olunur? Bu ayrı-seçkilik qərəzdən, mənimsəmədən özgə nədən qaynaqlana bilər? Absurdluğa baxın, pensiyaçı ölənə kimi işləyirsə, belə çıxır, öləndən sonra pensiyası yenidən hesablanmalıdır? Hələ ki bu absurdluq sürür. Haçan dayanacağı da bilinmir".
Azərbaycanda dəmiryol nəqliyyatının vahid operatoru olan «Azərbaycan Dəmir Yolları» QSC dəmir yol sahəsində fəaliyyət göstərən şirkətlər arasında ayrı-seçkiliyə yol verir. FED.az xəbər verir ki, artıq «Azərbaycan Dəmir Yolları» QSC-nin bu davranışı ilə bağlı özəl şirkətlərdə narazılıq yaranıb. Azərbaycanda müxtəlif növ daşımalarla məşğul olan «Alliance Logistics» MMC şirkəti «Azərbaycan Dəmir Yolları» QSC-ni ayrı-seçkilik etməsi və haqsız rəqabət yaratması ilə əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib.
Müraciətdə bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC dəmir yol sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verir, daha dəqiqi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edir. Şirkət bu halların səbəğbinin araşdırılması və müvafiq tədbirlərin görülməsini istəyir.
Qeyd edək ki, bu hallar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun «Sahə inhisarçılığı»na aid olan 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinə, eləcə də Qanunun «Təsərrüfat subyektlərinin inhisarçılığı»na aid olan 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinin pozulması deməkdir.
Xatırladaq ki, 6-cı maddənin 4-cü bəndinə əsasən təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması; 11-ci bəndinə əsasən isə rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması qanunla qadağandır.
«Antiinhisar fəaliyyəti haqqında» qanunun 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinə əsasən isə digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi; eləcə də, kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi qadağandır.
Eləcə də “Azərbaycan Dəmir Yolları” QSC-nin bu davranışı “Haqsız rəqabət haqqında” Qanunun
5-ci maddəsinin (Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması hallarını əhatə edir) 2-ci hissəsinin, Rəqibin təsərrüfat fəaliyyətinə müdaxiləni əhatə edən 6-cı maddəsinin 2-ci hissəsinin və Haqsız sahibkarlıq fəaliyyətinə aid olan 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması əlamətləridir.
Qeyd edək ki, sözügedən qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması qadağandır.
Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə isə rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması qanunla qadağandır.
Bundan başqa, qanunun 7-ci maddəsinin 3-cü hissəsinə əsasən rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi qanunla qadağandır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi “2024 - cü ildə yol infrastrukturunun yaxşılaşdırılması, yol hərəkətinin təhlükəsizliyinin artırılması və tıxacların azaldılması üçün nəzərdə tutulan iş və xidmətlərin satınalınması” tenderinin nəticələrini elan edib.
Dia-az.info xəbər verir ki, tenderin qalibi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi olub.
Qalib şirkətlə 3 161 125 manat məbləğində müqavilə imzalanıb.
Xatırladaq ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu barədə tenderi dövlət satınalmaları portalından kənar elan edib.