Ardını oxu...
Dövlət Gömrük Komitəsinin əslən Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindən olan yüzə yaxın əməkdaşı işdən kənarlaşdırılmalarına etiraz olaraq, Bakı İnzibati Məhkəməsinə müraciət ediblər.

Gununsesi.info -nun xəbərinə görə, müraciət edən keçmiş gömrük əməkdaşları ərizələrində işə bərpa olunmalarını tələb edir.

Onların hüquqlarını qoruyan vəkil Ceyhun Yusifov isə Gömrük Komitəsinin rəhbərliyinin onu cəzalandırmasına çalışdığını deyib.

Bununla bağlı vəkil sosial şəbəkə hesabında yazıb:

“Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov əsassız olaraq onlarla peşəkar, təcrübəli, illərini gömrüyün təkmilləşdirilməsinə sərf etmiş gömrükçüləri sırf regional bağlılığı, köhnə komanda da işlədiyinə görə təqaüd hüququndan məhrum etməklə müxtəlif bəhanələrlə xidmətdən kənarlaşdırır. Bununla bağlı onlarla şəxsin hüquqlarının məhkəmə müdafiəsinə başlamışam. Şəxsən komitənin rəhbərliyi tərəfindən bu və ya digər formada mənə təzyiqlər edilir. Bununla kifayətlənməyərək məni Vəkillər Kollegiyasında cəzalandırılmağımla bağlı hərəkətə keçiblər. Şahin Bağırova tövsiyəm mənə qanunsuz təsirlər etməkdənsə, peşəkar əməkdaşlarını qorumaqla üzərinə düşən vəzifəni yerinə yetirsə daha yaxşı olar”.

Xatırladaq ki, Ceyhun Yusifov vaxtilə Dövlət Gömrük Komitəsinin İstintaq şöbəsinin rəisi vəzifəsində çalışıb.
Ardını oxu...
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidməti maraqlı bir rəqəm açıqlayıb. Qurum deyir ki, yoxlamalar nəticəsində ölkədə mövcud olan ölçmə avadanlıqlarından 74,2 %-də nöqsanlar aşkarlanıb.
Yəni anlaşıqlı desək, bu o deməkdir ki, Azərişıq-ın , Azərsu-yun, Azəriqaz-ın sayğaclarında, ADY, RİNN, Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlarda hansısa xidməti, sərfiyyatı, çəkini və s. ölçən cihazların əksəriyyətində problem varmış.
Tərəzinin də problemli olması o deməkdir ki, düz çəkmirmiş.
Antiinhisar konkret hansı quruma məxsus hansı ölçmə vasitələrinin düz ölçmədiyini, düz ölçməyənlərlə bağlı hansı tədbirlərin görüldüyünü, səhv ölçmə ilə bağlı vətəndaşlara hansı kompensasiyanın ödənildiyini açqlamayıb.
Osman Gündüz
TEREF
 
Ardını oxu...
Qazax rayonunun Nəsrəddin Tusi, Şah İsmayıl Xətai, Babək və Fərrux Qayıbov küçələri istifadəyə yararsızdır.

Bu barədə Oxu.Az-a sakinlər şikayət ünvanlayıblar.

Onlar bildiriblər ki, sözügedən ərazidə yollar sonuncu dəfə 1988-ci ildə təmir edilib:

"Həmin ünvanda asfaltlanma, təmir-bərpa işləri uzun müddətdir aparılmır. Mövcud vəziyyət qış aylarında daha da çətinləşir. Maşınlar sıradan çıxır. Piyadaların vəziyyəti isə daha da acınacaqlı olur. Xahiş edirik bizim problemimiz həll edilsin".
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
Cəzaçəkmə müəssisəsinin müdiri xəstə donuzların yemlənməsindən nə qədər gəlir əldə edir

Məlumatlı mənbəmiz xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Şəki şəhərində yerləşən 15 saylı cəzçəkmə müəssisənin arxa hissəsində “Kiş” çayı istiqamətində tökülən zibillik hissədə uzun müddətdir ki, donuz ferması fəaliyyət göstərirdi. Donuz fermasına Oğuz şəhərində yaşayan uidin milliyətindən olan Andrey adlı şəxs tərəfindən dövlətinin nəzarəti altında olan Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Şəki şəhərindəki cəzaçəkmə müəssisənin arxa tərəfində, “Kiş” çayı ilə həbsxana arasındakı zibil tökülən yerdə fəaliyyət göstərən və 100-ə yaxın donuz saxlanılan fermada donuz xəstəliyi aşkar edilib. Hansı ki, qanunvericiliyə görə zibillik ərazidə donuz saxlamaq qadağandır. Və cari ilin aprelin 19, 20 və 21-də xəstəlikdən ölmüş donuzlar Şəki rayonun Oraban kəndi yaxınlığında yolun kənarına daşınaraq tullanmışdır.

Oraban kənd sakinləri bəyan edib ki, bu, ciddi təhlükədir və dərhal AQTA-ya məlumat veriblər. AQTA-nın nümayəndələri gəlib ölmüş donuzlara baxış keçirmiş, nümunələr götürmüşlər. Lakin onlara edilən zəngdən sonra AQTA nümayəndələri tələsik avtomobillərinə minib hadisə yerindən uzaqlaşmışlar. Yaxşı ki, hadisə yerində bulldozer markalı ekskovatorla donuzları əvvəlcə çalaya basdırmış, ərazini və texnikanı büs-bütün dezinfaksiya etmişlər.

İlkin məlumata görə, donuz vəbası tapılan heyvanların bir hissəsi tələf olub. Hadisənin geniş rezonans doğurmasından narahat olan Şəki şəhərində “donuz biznesi” ilə məşğul olan vəzifəli şəxs olduğu bildirilən şəxsin göstərişi ilə cəzaçəkmə müəssisəsinin arxasındakı donuz ferması təcili olaraq ləğv edilmiş, qalan donuzlar naməlum istiqamətdə aparılmışdır. Məlumatda o da bildirlir ki, Oraban kəndi yaxınlığına tələf olmuş donuzlar sarı rəngli kabinəsi olan yük avtomobili vasitəsilə daşınmışdır.Digər məlumata görə bu donuz ferması əvvəlcədən planalaşdırlan sxem üzrə fəaliyyət göstərmişdir. Belə ki, yüksək vəzifəli şəxs tərəfindən Pentensiar Xidmətin Şəkidəki cəzaçəkmə müəssisəsi rəhbərliyinə göstəriş verilmişdir ki, məhkumların yemədiyi qalıqlar məhz donuz fermasına daşınsın. Donuzların kəsilərək ətinin hara verildiyi barədə hələlik dəqiq məlumat yoxdur. Lakin mənbənin verdiyi məlumatda bildirlir ki, cəzaçəkmə müəssisəsinin və yaxınlıqdakı zibilxananın hesabına heç bir izafi xərc çəkilmədən donuz biznesi ilə məşğul olan vəzifəli şəxs elə sifətdən donuza oxşayır və milliyəti də şübhəlidir.
Ardını oxu...
Doğrudur, AQTA maddi maraqların təmin olunması müqabilində yerli sakinlərin sağlamlığı üçün yaranmış təhlükəli vəziyyətlə bağlı hökuməti məlumatlandırmalı və habelə cəzaçəkmə müəssisəsinin olduğu bölgəyə giriş və çıxışların bağlanmasını bildirməli idi. Lakin konkret biznes maraqları AQTA-nı qanunvericiliyin tələblərinə əməl etməyə imkan vermir. Nəticədə insanların sağlamlıqları risk altına düşür.
Xatırladaq ki, Gürcüstanda 2007-ci ildə rast gəlinən Afrika donuz vəbası 2014-cü ilə qədər Ukrayna, Polşa və Çexiyada özünü göstərmişdi. 2018-ci ildə isə Çində 20 əyalətdə və 47 kənddə vəba səbəbindən 600 mindən çox donuz öldürülmüşdü.
Həyata keçirilən araşdırmalara görə, yüksək dərəcədə yayılma xüsusiyyətinə malik olan donuz vəbası xoşbəxtlikdən insanlara keçmir.
P.S. Ümid edirik ki, aidiyyatı dövlət qurumları istər Oraban kəndi yaxınlığında dezinfeksiya edilərək basdırılmış donuzların, istərsə də Şəkidə cəzaçəkmə müəssisəsinin arxa hissəsindəki fermanın olduğu sahədə araşdırma aparacaq və Andrey adlı baxıcının nə vaxtdan donuz yetişdirməsini öyrənəcəklər. Növbəti sayımızda Şəki rayonun Oraban kəndi yaxınlığına gətirilərək tullanmış ölmüş donuzların da videosunu yayımlayacağıq. Bizi izləyin.
(İfadetv.com)
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda parlament seçkilərinə hazırlıq gedir. Bir neçə aydan sonra seçicilər yeni qanunverici orqanı seçəcək. Qeyd edək ki, sonuncu parlament seçkiləri 2020-ci ilin fevralında keçirilib. Həmin vaxt mövcud parlament özünü buraxaraq yenidən formalaşıb. 2020 seçkilərində köhnə deputatların təxminən 80 faizi yenidən mandat ala bilib.

Ötən 4 ildə millət vəkilləri əvvəlkindən fərqli heç nə ilə yadda qalmadı desək, yanılmarıq. İstər ölkə qanunvericiliyinin formalaşmasında, istər seçicilərlə ünsiyyətdə, istərsə də digər fəaliyyətlərində hər hansı yenilik etmədilər. Növbəti seçkilərə də eyni durumda qatılan deputatlar parlamentdə nə qədər fəaliyyətsiz olsalar da, seçkiöncəsi mediada aktivlik göstərməyə başlayıblar. Bəzi deputatların ötən 4 illik parlament fəaliyyəti dövründə cəmi 4 dəfə səsi çıxıb, ya yox, amma son aylarda mediada ard-arda “təhlil yazılarının” yayılması onların yenidən mandat sorağında olmasından xəbər verir. Belə deputatlardan biri də 67 saylı Cəlilabad şəhər seçki dairəsini təmsil edən Malik Həsənovdur. Bu günlərdə mediada növbəti “analitik yazısı” yayılan Malik Həsənovun 2020-ci ildən bəri parlamentdə neçə dəfə çıxış etməsi ilə bağlı yazımızı bura qədər oxumuş olan hər kəsdə sual yarandı.
Öncə onu vurğulayaq ki, parlamentin 2020-2024-cü illərdə yaz, payız və növbədənkar sessiyalar üzrə ümumlikdə 150-dən çox plenar iclas keçirilib. Bu periodda Malik Həsənov cəmi 5 dəfə çıxış edib. Çıxışlar əsasən mədhiyyə olub, heç bir ictimai əhəmiyyətli məsələnin müzakirəsini, yaxud hansısa qanunun qəbulunda təklifi özündə ehtiva etmir. Lakin son aylarda Malik Həsənovun artıq bir neçə “təhlil yazısı” mediada dərc edilib. Təkcə bu ilin əvvəlindən bəri M.Həsənovun mediada 16 məqaləsi dərc edilib. Lakin bu məqalələrin heç birində seçicilərlə görüş, onların problemlərinin həlli, seçici baxışının qanunverici orqana daşınması, bu və digər qanunların qəbulu ilə bağlı deputat mövqeyi əks olunmur. Maraqlıdır, Malik Həsənov deputatdırmı, anlitikdirmi? Söz yox, hər bir deputatın məqalə yazmaq, proseslərə baxışını ortaya qoymaq ixtiyarı var. Lakin təmsil olunduğu Milli Məclisdə ağzını açıb danışmağa “ərinən” bir deputat niyə ayda bir neçə “analitik” təhlillə mediada çıxış etsin? Üstəlik, iki ali təhsildən heç biri bu sahə üzrə deyilsə, yazıların müəllifinin belə özü olmasına dərin şübhə yaranır. Qeyd edək ki, M.Həsənov Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun Rus dili və ədəbiyyatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu və audit fakültəsini bitirib. Göründüyü kimi, bu ixtisasların heç birinin siyasi təhlilçiliklə əlaqəsi yoxdur. Malik Həsənov deyəsən, ixtisasını da, mandatı da unudub, qələmə “sarılıb”...
Deputatın mövqeyini verməyə hazırıq.

AFN.az
 
Ardını oxu...
Seçki sistemində hər hansı problem olmayan, seçki komissiyalarının şəffaf və obyektiv fəaliyyət göstərdiyi ölkələrdə hansısa iş adamının deputatlıq iddiasına düşməsində, parlamentə seçilməsində vətəndaşlar qəbahətli heç nə görmürlər. Məntiqlə iş dünyasında hər hansı korrupsiya, inhisarçılıq, oğurluq və digər kölgəli mexanizmlərdən keçmədən uğur qazanan birinin siyasətdə də özünü sınamasında pis heç nə yoxdur. Əksinə, özlərinə görə uğur hekayələri olan və cəmiyyətə fayda verən belə adamların uğurlu siyasi fiqurlara çevrilməsi perspektivi onları seçici üçün daha cəlbedici edir.

Həmin adamların parlamentə düşməsi isə Azərbaycandakı kimi öz bizneslərini qorumaq, dövlət sifarişlərinə, tenderlərə yol tapmaq, yaxud ən yaxşı halda şöhrətpərəstlik, yekəxanalıq məqsədi daşımır. Onların öz bizneslərini deputat mandatı ilə qorumağa ehtiyacları yoxdur. Bu səbəbdən həmin ölkələrdə Azərbaycandan fərqli olaraq, bir çox iş adamının uğurlu, ölkəsinə fayda verən siyasi fiqura çevrilməsinin saysız-hesabsız nümunələrini görürük...

Əslində, deputatın keyfiyyəti qanunvericilik fəaliyyəti, siyasi aktivliyi və s. ilə ölçülür və bu zaman onun çıxışları indikator rolu oynayır. Bu baxımdan mətbuatda bizim bəzi deputatları “lal deputatlar” adlandırırlar. Ancaq əsas məsələ deputatın parlamentdə, yaxud ondan kənarda çox danışması deyil, nə danışmasıdır. Ola bilsin elə danışmayan deputatlar var ki, çox danışanlardan daha savadlı və faydalıdırlar. Bəzi “fəal” deputatlar isə bəlkə də danışmasaydılar daha yaxşı olardı...

Yaxın aylarda Azərbaycanda yeni parlament formalaşdırılacaq. Heç kimə sirr deyil ki, qanunvericiliyin ziddinə olaraq, hazırda Azərbaycan parlamentinin üzvlərinin müəyyən qisminin iri, böyük hissəinin isə orta və kiçik biznesi var. Demək olar, hər zaman da belə olub. O da məlumdur ki, bizdə iş adamının parlamentə düşməsi onları əvvəlki işlərindən qətiyyən ayırmır. Bu adamlar yenə də günlərinin böyük hissəsini siyasi fəaliyyətə, qanunvercilik təşəbbüslərinə, seçicilərinin problemlərinə və deputatlıq vəzifəsindən irəli gələn digər fəaliyyətlərə deyil, öz bizneslərinə həsr edirlər. Bizdəkilər heç zəhmət çəkib siyasi savadlarını artırmağa belə vaxt sərf etmək istəmirlər ki, bunun da saysız-hesabsız nümunələri var. Bu adamlar mətbu orqanlardakı məqalələrini, hətta müsahibələrini, yaxud nadir hallarda rast gəldiyimiz parlamentdəki çıxışlarını belə özləri hazırlamırlar, kimlərəsə yazdırırlar...

Biznesmen-deputatların sayı parlamentimizdə kifayət qədər çoxdur və onları hamı tanıyır. Məsələn, deputat Ağalar Vəliyev var. Tikinti maqnatıdır. Pulu, var-dövləti, biznesindən başqa heç nəyi ilə seçilməyib. Hansısa təklifini, təşəbbüsünü, cəmiyyəti maraqlandıran mövzularda mövqeyini, çıxşını görən olmayıb.

Ardını oxu...
Belə bir adamın Azərbaycan siyasətində, parlamentində olması vacibdirmi? Onu parlamentdə nə maraqlandıra bilər axı? Milli Məclisin IV,V,VI çağırışlarının deputatı olan A. Vəliyev indiyə qədər zəhmət çəkib statistika xatirinə belə çıxış etməyi özünə rəva bilmir. Ancaq özünə arxayındır və bilir ki, indiyə qədər necə “seçilibsə”, indidən sonra da belə davam edəcək.

Soruşan da yoxdur ki, ümumiyyətlə siyasi tipi və siyasətlə yaxından-uzaqdan heç bir əlaqəsi olmayan belə deputatlara parlamentin nə ehtiyacı var? Onların depuatat olması bu dövlətə, seçiciyə nə verir axı? Qapısına gələn 3-5 kasıba 5-10 manat verməkmi(onu da versələr)? Deputat bu olmalı, belə olmalıdırmı?

Axtaran olsa, bizim biznesmen-deputatların bizneslərində saysız-hesabsız qüsurlar, qanunsuzluqlar, vergidənyayınmalar və s. tapar. Bu da təkcə həmin şəxslərin tamahkarlığından yox, həm də ölkədəki biznes mühitindən, vergi və məhkəmə sisteminin idealdan çox-çox uzaq olmasından qaynaqlanır.

Azərbaycanın vergi və qanunvericilik sisteminə qeyd-şərtsiz riayət etsəydilər, başqa-başqa məlum yollara baş vurmasaydılar onlar çətin ki, milyonçuya, oliqarxa çevrilərdilər. Ona görə də necə “gözükölgəli” biznesmen, iş adamıdırlarsa, o cür də deputatdırlar. Ona görə də nə siyasətçi kimi siyasətçi, nə də klassik mənada biznesmen kimi biznesmen ola bilirlər. Ona görə də iş, biznes mühitinin yumşaldılmasına, liberallaşdırılmasına dair real təşəbbüslərlə çıxış etmək əvəzinə vergi yükünün artıtrılmasına, kiçik və orta sahibkarlığın həyatının ağırlaşdırılmasına yönələn məhdudiyyətlərə səs vermək məcburiyyətindədirlər. Ümumiyyətlə, sanki deputatların əksəriyyəti(necə seçilmələrindən asılı olmayaraq) ya xalqın adından danışmaq, mövqe qoymaq, tələb etmək səlahiyyətlərini bilmir, hiss etmirlər, ya da bu məsuluyyətdən qorxurlar...
Ardını oxu...
Azərbaycanda uğurlu iş adamının nə dərəcədə faydalı deputat olmasının, məsələn, Cavanşir Feyziyev nümunəsi var. Adam Böyük Britaniyadan üzü bu yana Azərbaycanın onsuz da müxtəlif geosiyasi qüvvələrin qaralamağa çalışdığı imicinə vurmadığı ziyan qalmayıb.

Bir Azərbaycan deputatı kimi adı, eləcə də Azərbaycanda qazandığı milyonlar Britaniya məhkəmələrinin və mətbuatının müzakirə predmetidir. Mülkləri, pulları məhkəmə yolu ilə əlindən alınır. Onun sayəsində Azərbaycandakı biznes mühitinin eybəcərlikləri bir qədər də şişirdilmiş şəkildə bütün dünyaya car edilir, siyasiləşdirilir və ölkəmizə qarşı istifadə edilir. Ancaq bizdə ondan soruşan yoxdur ki, mənşəyi yumşaq desək, şübhəli olan həmin on milyonlar, yüz milyonlar nədən Azərbaycana, doğulub böyüdüyü Şəkiyə yox, Britaniyaya yatırılırdı ki, sonra da şəkililər deməsin, “təpəsinə vurub əlindən alırdılar”? Bir deputat mandatlı iş adamının öz dövlətinə, parlamentinə edə biləcəyi xidmət bu olmalıdırmı?

Tək Feyziyev deyil, Azərbaycandakı deputat-biznesmenlərin hamısının bir ayağı Qərbdədir. Hansı ki, doğrudan da özlərini bu ölkənin parlamentində oturmağı haqq etmiş məsuliyyət və səlahiyyət sahibi hesab edirlərsə, milyonlarını ora-bura daşıyıb, sonra da itirmək təhlükəsilə üz-üzə qalmaqdansa, öz ölkələrini normal, yaşamalı hala gətirməyə çalışmalı idilər...

Məlum məsələdir ki, Azərbaycanda bütün dünyada başa düşülən klassik formada biznesmenlərin siyasətə gəlişi, iş adamının uğurlu siyasətçiyə, liderə çevrilməsi mükün deyil və yaxın gələcəkdə də mümkün olmayacaq. Belə olan halda bu prosesin imitasiyasını yaratmağın nə mənası var?

Yəqin ki, normal seçki, siyasi mühit olmadan, ümumilikdə parlament institutunun çəkisini, hörmətini qaldırmadan, onu konstitusiyaya görə malik olduğu yerə çatdırmadan parlamentin tərkib sarıdan keyfiyyətini yüksəltmək çətin olacaq. Bütün bu qüsurlar qaldıqca isə yeni gələnlər köhnələrdən çox fərqlənməyəcək, parlament siyasət, siyasi rəqabət arenasına çevrilməyəcək. Ona görə də bu gün bir çox biznesmen deputatlar və digər millət vəkillərinin timsalında indiki konfiqurasiyası ilə Azərbaycan parlamentində olmaq, hələ heç də siyasətdə olmaq demək deyil...

Cəlal Məmmədov

“AzPolitika.info”
 
Ardını oxu...
Ötən gün elektron mediada 44 günlük Vətən müharibəsi zamanı Ermənistan ordusu tərəfindən Gəncə şəhərində raket zərbələrinə məruz qalaraq ev-eşikləri dağıdılan onlarla ailənin müharibənin başa çatmasından 4 il keçməsinə baxmayaraq hələ də evsiz qalmış sakinlərin şikayətləri yayılıb.

Evləri terror nəticəsində dağılmış şəxslər bildiriblər ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzdində fəaliyyət göstərən Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev 4 ildir ki, yüzlərlə Gəncə sakinini sözün həqiqi mənasında Kərbala müsibəti yaşatmaqdadır. Şikayətçilər bildirib ki, Prezident İlham Əliyev hələ müharibə dönəmində Gəncədə raket zərbələri nəticəsində dağıdılan evlərin bərpasına göstəriş vermiş, bunun üçün büdcədən milyonlarla manat məbləğində vəsait ayırmışdı. “Həmin vaxt bu missiya tutduğu vəzifə səbəbilə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayevə həvalə olunmuş, ona tapşırılmışdı. Lakin Prezidentin verdiyi göstərişə rəğmən 700-dən çox ev və obyektin tikinti və təmiri prosesi məqsədli şəkildə ləngidilir.

Aktualinfo.org Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən müharibə zonasından kənar Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində dağıdılmış evlərə ayırdığı vəsaitlər ətrafında araşdırma aparmışdır. Yalnız dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmada məlum oldu ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2021-2024-cü illərdə təkcə Gəncə şəhərində qəzalı vəziyyətə düşmüş, dağıdılmış evlərin təmir və bərpasına 22 783 404 manat dövlət vəsaiti ayrılıb. Burada erməni təcavüzü nəticəsində Ağcabədi, Goranboy və Beyləqan, Füzuli, Tərtər və Naftalan şəhərlərində də dağıdılmış evlərin bərbasına birgə ayrılan vəsaitlər də var ki, Gəncə şəhərinə nə qədər vəsait ayrıldığı bəlli olmur. Onları da üstünə gəlsək təkcə Gəncə şəhərində qəzalı vəziyyətə düşmüş, dağıdılmış evlərin təmir və bərpasına otuz milyon manatdan çox dövlət vəsaitinin ayrıldığını görmüş olarıq.

Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində bir neçə rayon və şəhərdə dağıdılmış evlərin bərpası üzrə keçirilən tenderlərin nəticələri aşağıdakılardır.

“Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhəri, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri” üzrə dövlət satınalmalarının vahid internet portalında keçirilməmiş açıq tenderin nəticəsini açıqlayıb və “Parlaq-N” MMC ilə 2.596.000 manat məbləğində satınalma müqaviləsi bağladığını 17.05.2024-cü il tarixdə elan edib.

Qeyd edək ki, sözügedən mərkəz Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin satınalınması ilə bağlı bir tenderin nəticəsini də 15.05.2024-cü il tarixdə açıqlayıb. bu satınalma müqaviləsi isə 1.062.000 manat məbləğində dəyərləndirilib və “AZ GRAFT CONSTRUCTION” MMC ilə bağlanılıb.

Mərkəz eyni məqsədlərlə 1.539.900 manat məbləğində satınalma müqaviləsini də “İNŞAAT SERVİS-2” MMC ilə 27.03.2024-cü ildə bağlayıb.

Mərkəz tərəfindən Gəncə şəhəri və Füzuli rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması ilə bağlı bir satınalma müqaviləsi də 14.03.2024-cü il tarixdə “AZ GRAFT CONSTRUCTION” MMC ilə bağlanılıb. Müqavilənin qiyməti 2.150.417,77 mamat təşkil edib.

Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri”nin satın alınması üzrə “İNŞAAT SERVİS-2” MMC ilə 1.500.000 manat məbləğində satınalma müqaviləsi də 24.07.2023-cü il tarixdə bağlanılıb.

Mərkəz eyni məqsədlərlə 2.000.000 manat məbləğində satınalma müqaviləsini də “CONCO” QSC ilə 21.07.2023-cü ildə bağlayıb.

Mərkəz tərəfindən 18.07.2023-cü il tarixdə Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarındakı bərpa işləri üzrə 2.000.000 manat “AZ GRAFT CONSTRUCTION” MMC ilə, Gəncə şəhərində, Ağcabədi, Goranboy və Beyləqan rayonlarındakı bərpa işləri üzrə isə 4.300.000 manat “Parlaq-N” MMC ilə satınalma müqavilələri bağlanılıb.

Mərkəz eyni məqsədlərlə yalnız Gəncə şəhərindəki bərpa işləri üzrə 800.000 manat məbləğində satınalma müqaviləsini də “CONCO” QSC ilə, 1.678.604,07 manatlıq satınalma müqaviləsini isə “İNŞAAT SERVİS-2” MMC ilə, Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarındakı bərpa işləri üzrə isə 2.192.164,02 manat məbləğində “AZ GRAFT CONSTRUCTION” MMC ilə 11.01.2023-cü ildə bağlayıb.

Mərkəz yalnız Gəncə şəhərindəki bərpa işləri üzrə 2.501.600 manat məbləğində satınalma müqaviləsini “Parlaq-N” MMC ilə 24.08.2022-ci ildə bağlayıb.

Gəncə şəhərindəki bərpa işləri üzrə 2.000.000 manat məbləğində satınalma müqaviləsini “İNŞAAT SERVİS-2” MMC ilə 07.06.2022-ci ildə bağlanılıb.

Mərkəz Gəncə şəhərində eyni məqsədlərlə 3.000.000 manat məbləğində satınalma müqaviləsini də “CONCO” QSC ilə 03.06.2022-ci ildə bağlayıb.

Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarındakı bərpa işləri üzrə 4.000.000 manat məbləğində satınalma müqaviləsi də “AZ GRAFT CONSTRUCTION” MMC ilə 25.05.2022-ci ildə bağlayıb.

Gəncə və Naftalan şəhərləri, Ağcabədi, Goranboy və Beyləqan rayonlarındakı bərpa işləri üzrə 4.000.000 manat məbləğində satınalma müqaviləsi də “Parlaq-N” MMC ilə 07.04.2022-ci ildə bağlanılıb.

Gəncə şəhərindəki bərpa işləri üzrə 3.500.000 manat məbləğində satınalma müqaviləsini “İNŞAAT SERVİS-2” MMC ilə 11.03.2022-ci ildə bağlanılıb.

Gəncə şəhəri, Füzuli və Tərtər rayonlarındakı bərpa işləri üzrə 3.500.000 manat məbləğində satınalma müqaviləsi də “AZ GRAFT CONSTRUCTION” MMC ilə 09.02.2022-ci ildə bağlanılıb.

Gəncə şəhərindəki bərpa işləri üzrə 2.170.500 manat məbləğində satınalma müqaviləsini “İNŞAAT SERVİS-2” MMC ilə 26.10.2021-ci ildə bağlanılıb.

Gəncə şəhəri, Füzuli, Cəbrayıl və Tərtər rayonlarındakı bərpa işləri üzrə 3.118.700 manat məbləğində satınalma müqaviləsi də “AZ GRAFT CONSTRUCTION” MMC ilə 26.10.2021-ci ildə bağlanılıb.

Gəncə və Naftalan şəhərləri, Ağcabədi, Goranboy və Beyləqan rayonlarında kı bərpa işləri üzrə 2.035.100 manat məbləğində satınalma müqaviləsi də “PARLAQ-N” MMC ilə 26.10.2021-ci ildə bağlanılıb.

Gəncə şəhərindəki bərpa işləri üzrə 1.030.800 manat məbləğində satınalma müqaviləsini “CONCO” QSC ilə 26.10.2021-ci ildə bağlanılıb.

Göründüyü kimi dövlət Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işlərinin görülməsinə satınalmalar yolu ilə külli miqarda vəsait ayırıb. İşlər də göründüyü kimi bir neçə şirkət vasitəsi ilə həyata keçirilib. Bu vəsaitlər yalnız Gəncədə dağılmış evlərin təmir bərpasına çatmaya bilərmi? Və yaxud necə çatmasın?

Qeyd edək ki, satınalmalarda qalib çıxan bu şirkətlərin barəsində Dövlət Vergi Xidmətinin məlumatlarından əlavə açıq mənbələrdə heç bir xəbərə rast gəlinmir.

“PARLAQ-N” MMC 18.01.2012-ci ildə Qarabağ Ərazi Vergilər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat, hüquqi ünvanı FÜZULİ RAYONU, HORADİZ ŞƏHƏRİ, XANLAR, ev 5, qanuni təmsilçisi Nazim Həsənov İsgəndər oğludur. Vergi bəyannaməsini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

“AZ GRAFT CONSTRUCTION” MMC 06.08.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat, hüquqi ünvanı LAÇIN RAYONU, TAXTA KÖRPÜ, qanuni təmsilçisi Qasımov İsgəndər Bəhman oğludur. Vergi bəyannaməsini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir. Hazırda 69422.84 manat vergi borcu var.

“İNŞAAT SERVİS-2” MMC 31.08.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Əvvəlki adı “VETEKS” olub. Nizamnamə kapitalı 50 manat, hüquqi ünvanı , BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYONU, CƏFƏR XƏNDAN, ev 40 A, m. 17, qanuni təmsilçisi Aslanov Vüqar Məzahir oğludur. Vergi bəyannaməsini vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

“CONCO” QSC 03.03.2015-ci ildə Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2000 manat, hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, SƏMƏD VURĞUN, ev 81A, m. 1/2/3, qanuni təmsilçisi Şıxseyidov İlham Ağa oğludur.

Göründüyü kimi Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində bir neçə rayon və şəhərdə dağıdılmış evlərin bərpası ancaq bu şirkətlərə həvale edilib. Bu isə müəyyən şübhələrə yol açır. Çünki açıq tender prosedurlarının keçirilməsi zamanı daim bir şəxsə və ya şirkətə üstünlük verilməsi satın alınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsinə və bir sıra qanun pozuntularına yol açmasına səbəb olur.

Qeyd edək ki, elektron medianın yaydığı məlumatlara görə Ərazi Tikinti-Planlaşdırma Mərkəzində satınalmalara nəzarətin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinin birinci müavini Namiq Hümmətovun əlində olduğu bildirilir. Ərazi Tikinti-Planlaşdırma Mərkəzi İdarə Heyətinin sədri Ramin Abdullayevin adı da son vaxtlar bir sıra qanunazidd əməllərdə hallanmaqdadır. Burada Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun əlinin də olması istisna deyil. Gəncə şəhərində raket zərbələrinə məruz qalaraq evləri dağıdılan onlarla ailənin narazılığının görünməyən tərəflərini növbəti yazılarımızda təqdim edəcik.
Aktualinfo.org
Ardını oxu...
Cənub bölgəsinin əsas biznes mərkəzlərindən biri sayılan Masallı rayonunda 2023-cü ilin əvvəlindən indiyədək dövlət satınalmaları portalı vasitəsilə 4 434 802 AZN dəyərində 35 ədəd tender keçirilib.

Dia-az.info xəbər verir ki, sayca tenderləri ən çox udan şirkətlər "Viktory Construction Group" MMC, "Dirçəliş 14" MMC, "KRB Projects" MMC, "Vest Supply" MMC və “Aztelekom” MMC olub.

Qeyd olunan şirkətlərdən "Dirçəliş 14" MMC, "KRB Projects" MMC və "Vest Supply" MMC hərəyə 3 tenderin qalibi olub, yerdə qalan şirkətlər isə 2 tenderin qalibi seçilib.

Tenderlərin məbləğinə nəzər salsaq Masallıda dövlət qurumlarından ən böyük məbləğdə sifariş alan şirkət "Viktory Construction Group" MMC olub, qalib şirkət tenderlərdən 1 965 794 AZN qazanıb.

Qeyd edək ki, “Viktory Construction Group” MMC 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Bəhruz Bədəlov Bayram oğludur. Hüquqi ünvanı AZ1033, Bakı şəhəri Nərimanov rayonu, Çaykovski, ev 2, m. 21 ünvanında yerləşir.

Daha bir şirkət milyon manatdan yuxarı sifariş almağa müvəffəq olub - "Dirçəliş 14" MMC. Sözügedən şirkət 1 648 639 AZN dəyərində 3 tender udub.

Qeyd edək ki, “Dirçəliş 14” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Elçin Vəliyev Məhəmməd oğludur. Hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli , ev 42 C ünvanında yerləşir.

Tenderlərdə yerdə qalan şirkətlərin udduğu məbləğlər milyon manatdan aşağıdır.

Rayonun müvafiq dövlət qurumlarının keçirdiyi tenderlərdə şirkətlərlə yanaşı fiziki şəxslərdə qalib ola biliblər. Belə ki, ən çox tender udan fiziki şəxslər İsabəyli Pünhan Abdul oğlu və Nədirov Cəmil Əlizadə oğlu olub. Adı çəkilən fiziki şəxslərin hər biri ayrı-ayrılıqda 2 tenderin qalibi olub.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Xidmət rəisi rəhbəri olduğu qurumu Eldar Mahmudovun kadrları ilə doldurur

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimovun bu quruma rəhbər təyin edilməsindən sonra adıçəkilən qurumda ciddi dəyişikliklərin baş verəcəyinə böyük ümidlər var idi. Çağırış sistemindəki bəzi neqatov halların ortadan qaldırılması, üçüncü, dördüncü dərəcəli olsa da komissarlıqlardakı bəzi şxəslərin məsuliyyəti cəlb edilməsi bu ümidləri artırrıdı. Lakin təəssüflər olsun ki, Mürsəl İbrahimov çox keçmədi ki, ona olan ümidlərin əbəs olduğunu sübut etdi. Xidmət rəisi qısa zaman ərzində SHXÇDX-ni Eldar Mahmudov dönəmində MTN-də çalşan, ictimai rəydə mənfi imicə malik şəxsləri mütəxəssis adı ilə rəhbəri olduğu quruma cəlb etməyə başladı. Öncə Eldar Mahmudovun pulyığanı kimi tanınan Tehran Babatov SHXÇDX-nə gətirildi. Adıçəkilən şəxs hazırda bu qurumun kadr siyasətinə cavabdeh şəxs sayılır və geniş səlahiyyətə malikdir.
TEREF -in redaksiyasına göndərilən məqalədə müəllif Anar Tağıyev yuxarıdakı faktları qeyd edib. Müəllif daha sonra fikrini davam etdirərək yazır:
MTN-nin daha bir zabiti İlham Quliyev də məhz Mürsəl İbrahimov tərəfindən SHXÇDX-də yüksək vəzifəyə gətirildi.
Bir müddət bundan öncə Mürsəl İbrahiimov Eldar Mahmudov dönəmində MTN-də çalışan daha bir neşə şəxsi SHXÇDX-ya gətirərək onlara şöbə rəisi, şöbə rəisinin müavini və digər vəzifələr verilib. Belə görünür ki, Mürsəl İbrahimov SHXÇDX-ni “mini MTN”-ə çevirməkdədir.
Gələn dəfə Mürsəl İbrahimov tərəfindən SHXÇDX-ə gətirilən digər MTN zabitləri, onların daşıdığı vəzifələr və s. haqqında ətraflı məlumat verəcəyik.
Anar Tağıyev
TEREF

 
Ardını oxu...
İstehsalçısı "Uzun Ömür Süd Məhsullar" MMC olan süd məhsullarının tərkibində marqarin yağından istifadə olunur.

FED.az SUPERMARKET xəbər verir ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəs., şimal hissəsi, Binəqədi şossesi ünvanında yerləşən "Uzun Ömür Süd Məhsullar" MMC süd məhsullarının istehsalı ilə məşğuldur.
Sözügedən şirkətin «İvanovna» adlı şor məhsulunun tərkibində marqarin yağı olsa da, bu məqam məhsulun üzərində açıqlanmayıb. Belə ki, adıçəkilən məhsulun qablaşdırmasının üzərində məhsulun tərkibində süd, quru süd, süd yağı əvəzedicisi, duz və qara çörək otu olduğu qeyd edilib.

FED.az SUPERMARKET istehsalçı firma ilə əlaqə yaradaraq süd yağı əvəzedicisi haqda məlumat alıb. "Uzun Ömür Süd Məhsullar" MMC-dən verilən məlumata görə bu yağ - marqarin yağıdır.
 

Dünyapress TV

Xəbər lenti