Ardını oxu...
Bakı Telefon Rabitəsi Həmkarlar İttifaqının keçmiş sədri İsrafil Bəkirov və qurumun baş mühasibi Rəşad Babayevin məhkəməsi başa çatıb.

AzToday.az haqqin.az-a istinadən xəbər verir ki, Rəşad Babayev 194 min manatlıq mənimsəmədə ittiham olunub.

O, 2020-ci ilin martından 2022-ci ilin iyun ayına qədər olan əmək haqqı kartına qanunsuz olaraq pul köçürüb. Təqsirləndirilən şəxsin etirafına görə, qohumu, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin keçmiş sədri, hazırda Ağstafa rayon icra hakimiyyətinin başçısı olan Seymur Orucovun himayəsi ilə baş mühasib vəzifəsinə keçib. Babayev iddia edib ki, bu vəzifədə olarkən Orucovun əmrini yerinə yetirib.

Təqsirləndirilən şəxs onu da bildirib ki, proqram təminatı ilə məşğul olan Gülbəniz adlı şəxs oğlunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində işə düzəltmək istəyib. Babayev Orucovla məsləhətləşdikdən sonra məsələni 20 min manata həll etməyə razılaşıb. Ancaq iş alınmayıb və bu, qadının narazılığına səbəb olub.

Babayev bu barədə Orucova məlumat verib. Orucov isə cavabında “narahat olmağa dəyməz” deyib:

“Ağstafa rayonuna gedib Seymur Orucovla görüşdüm. Dedim, götürdüyüm pulu qaytarmağımı tələb edirlər. Orucov məsələni həll edəcəyini vəd etdi. Bakıya qayıdandan sonra 20 min manatı toplamaq üçün maaş kartıma əlavə köçürmələr etdim”.

Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən, barəsində həbs qətimkan tədbiri seçilən qurumun baş mühasibi İsrafil Bəkirov isə özünü təqsirli bilməyib. O, Babayevin hiylələrində iştirak etmədiyini və hətta nə baş verdiyini öyrənmək üçün yoxlama aparmaq niyyətində olduğunu söyləyib. Bəkirov məhkəmədən ona bəraət verilməsini istəyib.

Rəşad Babayev 7 il müddətinə azadlıqdan məhrum edilib. İsrafil Bəkirov isə yaşayış yerini tərketmə qadağası və elektron qolbaq taxmaq şərti ilə 2 il müddətinə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılıb.
 
 


 
Ardını oxu...
"Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir”.

AzFakt.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşaya köçmüş ilk sakinlərlə görüşü zamanı deyib.

Dövlət başçısı bildirib ki, burada, bu torpaqda söz sahibi bizik:

"Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Hər halda hər kəs bilir ki, biz nəyə qadirik, Ordumuz nəyə qadirdir və iradəmiz nə qədər möhkəmdir. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? Həm Azərbaycan xalqına, həm də bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər mən nəyi deyirəmsə, onu da edirəm”.
 
Ardını oxu...


Ölkəmizin mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyi münasibətilə Fondun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təbrik müraciəti ünvanlayıb.

Təbrikdə deyilir:

“Sizi Heydər Əliyev Fondunun yaradılmasının 20 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirik.

Müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əziz tutaraq, adının əbədiləşdirilməsi, onun dövlətçilik ideyalarının gələcək nəsillərə ötürülməsi, zəngin irsinin təbliğ edilməsi məqsədilə yaradılan Heydər Əliyev Fondu ölkəmizin milli-mənəvi və mədəni dəyərlərinin dünyada tanıdılması istiqamətində yorulmadan fəaliyyət göstərir.

Heydər Əliyev Fondu yarandığı gündən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasətində yaxından iştirak edərək Sizin rəhbərliyinizlə Azərbaycan mədəniyyətinin inkişafı, milli-mənəvi dəyərlərin, multikultural ənənələrin qorunması və onların həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təşviqində mühüm rol oynayır. Bu siyasətin ən mühüm istiqamətlərindən olan işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılmasında, müasir sosial-mədəni infrastrukturun qurulmasında, Azərbaycan mədəni irsinin ümumbəşəri dəyərlər qismində tanınmasında Fondun verdiyi töhfələr əvəzsizdir. Reallaşdırdığınız və dəstək olduğunuz yerli və beynəlxalq layihələr Azərbaycan mədəniyyətinin, tarixinin və dövlətçiliyinin bünövrələrini, xalqımızın özünə və ali dəyərlərə inamını möhkəmləndirir, mədəniyyətimizi hamı üçün əlçatan və doğma edir. Heydər Əliyev Fondunun Azərbaycanda və onun hüdudlarından kənarda müxtəlif maddi-mədəniyyət abidələrinin qorunması, bərpası və yenidən qurulması istiqamətində, eləcə də beynəlxalq mədəniyyət mübadiləsindəki misilsiz xidmətləri mədəniyyət ictimaiyyəti və xalqımız tərəfindən yüksək dəyərləndirilir.

İnsanların ümid, pənah yerinə çevrilmiş Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti, 44 günlük Vətən müharibəsində və daha sonra şəhid və qazilərlə, onların ailələri ilə bağlı həyata keçirdiyi layihələr onun humanitar missiyasının bariz nümunəsidir.

Hörmətli Mehriban xanım!

Bir daha Sizi rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun yubileyi münasibətilə təbrik edir, ölkəmizin hərtərəfli inkişafı naminə göstərdiyiniz dəyərli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzu edirik”.
Ardını oxu...
Bu gün bütün türk dünyasının iftixarı, dünyaşöhrətli müdrik siyasi şəxsiyyət və görkəmli dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin anadan olmasından 101 il ötür.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olub.

1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsinə daxil olub, lakin İkinci Dünya müharibəsinin başlanması ona təhsilini başa çatdırmağa imkan verməyib.

Heydər Əliyev 1941-1944-cü illərdə əvvəlcə Naxçıvan Muxtar Respublikası Xalq Daxili İşlər Komissarlığında arxiv şöbəsinin məxfi hissəsinin müdiri, sonra isə Naxçıvan MSSR Xalq Komissarları Sovetində ümumi şöbənin müdiri vəzifələrində işləyib.

1944-cü ilin may ayında dövlət təhlükəsizliyi orqanlarında işə göndərilib.

1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib.

1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) tarix fakültəsinin qiyabi şöbəsini bitirib.

1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini təyin edilib.

1966-cı ildə Moskvada DTK-nın F.E.Dzerjinski adına Ali Məktəbinin rəhbər heyətin təkmilləşdirilməsi kurslarını müvəffəqiyyətlə bitirib.

1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin edilib və həmin ildə də ona general-mayor rütbəsi verilib.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.

Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Şurasının sədr müavini vəzifəsini tutub.

1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib.

Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib.
Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

1990-cı il iyulun 20-də Bakıya qayıdan Heydər Əliyev iki gün sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib.

1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri seçilib və müvafiq qanunvericiliyə əsasən, həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Bu vəzifədə o, 1993-cü ilə kimi çalışıb.

Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilib.

1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığına görə, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürüb və ölkənin ozamankı rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur olub.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib.

O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkidə səslərin 76,1 faizini toplayaraq, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkisində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb.

2003-cü il dekabrın 12-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat edib və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.

Heydər Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.

Prezident İlham Əliyevin 2022-ci ilin 29 sentyabrında imzaladığı Sərəncamla Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilib.
Ardını oxu...
Ukraynadan Azərbaycana gətirilən 20 ton ət məhsulu yararsız çıxıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Tədbirlər çərçivəsində “Polsan Anka” MMC-nin Ukraynadan idxal etdiyi “Business Meat Product LLC” şirkətinə məxsus 20 ton ət məhsulu partiyasından (dondurulmuş sümüksüz mal əti) Agentlik əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Laborator müayinələr nəticəsində nümunələrdə infeksiya törədiciləri – “Pasteruella multocida” və “Stretococcus pneumonia” aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Aşkarlanmış uyğunsuzluqla əlaqədar Ukraynanın Qida Təhlükəsizliyi və İstehlakçıların Müdafiəsi Xidmətinə ixracın dayandırılmasına dair müraciət ünvanlanıb, görülən tədbirlər barədə Agentliyə məlumat verilməsi bildirilib.
Bu hal istehsalçı şirkətdən Azərbaycana idxal olunan ərzaq məhsullarında aşkarlanmış təkrar uyğunsuzluqdur.

Qeyd edək ki, ölkəmiz ət istehsalçısı olmaqla yanaşı, həm də idxalçı ölkədir. Bu gün ölkədə heyvandarlığın inkişafı, ət istehsalının daha da artırılması və bu sahədə idxalın azaldılması vacibdir. Yəni yerli istehsal kifayət qədər olarsa, yararsız məhsulların da ölkəmizə gətirilməsinə ehtiyac qalmaz.

Bəs həmin yararsız məhsulları ölkəmizə kimlər gətirir və hansı sahələrə yönəldilir?

İqtisadçı-ekspert Akif Nəsirli "Cebhe.info"-ya bildirib ki, yararsız əti ölkəmizə azərbaycanlı sahibkarlar gətirirlər:

"Onlar gedib ucuz məhsulları alıb gətirirlər. Bəlkə də bu tip məhsullar ölkəmizə indiyədək daxil olub, indi təsadüfən üzə çıxarıblar ki, yararsızdır. Bu, ölkənin deyil, sahibkarların günahıdır. Azərbaycan bazarı inhisarçı bazardır, sahibkarlar ən aşağı keyfiyyətli məhsul varsa, onu gətirirlər. Bilirlər ki, alıcısı var. Ona görə hər cür əti gətirirlər. Məhsul haqqında məlumatlar kodlaşdırılıb göndərilir ki, sahibkarın kim olduğunu bilməsinlər. Bu gün AQTA operativ işləyir, bu cür yararsız məhsulların ölkəyə daxil olmasını bir qədər azaldır, qarşısını alır.

Bu cür məhsulların hamsının ciddi analizi getmir, sənədlərinə baxılır. Əgər sənədlər qaydasındadırsa, idxalına icazə verilir. Onu yoxlayan əməkdaşın professionallığıdır, bəzən sənədləşmədən şübhələnir ki, bu ət yararsızdır. Ona görə də laborator müayinəyə göndərirlər ki, ət yoxlanılsın. O da yoxlanılanda bəzisi normal, bir qismi də yararsız çıxır”.

Ekspert deyib ki, həmin ətlər də gələndə bazara çıxarılmır:

“Onları şəxsi heyəti qidalandıran müəssisələrə, məsələn, həbsxanalara s. təşkilatlara gedir. Bunu gətirənlər düşünmürlər ki, məhsulu aparar, sata bilməz, əlində qalar. Çünki onun alıcısı var. Son 2-3 ildə AQTA-nın bu istiqamətdə xeyli irəliləyişi var. Qanunvericiliyə dəyişikliklər edilib. "Qida təhlükəsizliyi haqqında" Qanuna görə, Azərbaycana idxal həyata keçirən şirkətlər AQTA-da qeydiyyatdan keçməli, məhsulun hazırlanması barədə sertifikat almalıdır. Ola bilər ki, belə ətlər dönərxalanalara da verilsin.

Biz onun real şahidi olmuruq. Ancaq ən real variant odur ki, yararsız məhsulu sərhəddən keçirilərkən qarşısı alınsın. Bu məhsullar yalnız ət deyil. Ancaq bir qədər çətin prosesdir və bütün əti bir-bir laborator müayinədən keçirmək bir qədər çətin olur. Hansı məhsul yararsızlığına görə saxlanılırsa, uzun müddət həmin mənbədən gələn məhsulları yoxlayırlar".

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, ətlər yararsız çıxıbsa, ya utilizasiya olunacaq, ya da geri qaytarılacaq:

"Yoxlama zamanı yararsız çıxıbsa, birmənalı şəkildə heç yerdə istifadə olunmur".
 
 
 
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyininin İdarə Heyətinin sədrinə müşavir təyin edilib.

Qaynarinfo-nun məlumatına görə, nazir Sahil Babayevun müvafiq əmri ilə qurumun İdarə Heyətinin sədri Anar Bayramovun təqdimatı əsasında Bədəlov Asif Arif oğlu sözügedən vəzifəyə təyinat alıb.
Ardını oxu...
Ötən ilin avqust ayında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinə müşavir təyin olunan Hüseynzadə Həmid Vəli oğlu sözügedən vəzifəsindən azad edilib.
Ardını oxu...
Həmid Hüseynzadə

Qeyd edək ki, Asif Bədəlov "Ekvita Consulting" şirkətində Təşkilati inkişaf üzrə Direktor/Baş ekspert & Layihə rəhbəri vəzifəsində çalışıb. ƏƏSMN yanında DMX-nin sifarişi ilə 800-dən çox Peşə Kvalifikasiya Standartlarının hazırlanması Layihəsində, Məşğulluğa dəstək Layihəsində (SEP-1), BP-nin EDP (Müəssisələrin inkişafı Proqramı) çərçivəsində İRİE sisteminin qurulması layihələrində layihə rəhbəri olub.
Ardını oxu...
"Ekvita Consulting" MMC-nin rəhbəri İlqar Mehti Rəşid oğludur. Onun əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun qaynı olduğu deyilir. Mehdi İlqarın rəhbəri olduğu şirkət Dövlət Sosial Müdafiə Fonduna rüşvətxorluğa qarşı mübarizə, idarəetmə sistemlərində beynəlxalq standartın tətbiqi ilə bağlı məsləhət xidmətlərini də göstərib.

Ümumilikdə şirkət nazirliyin bir sıra tenderlərinin də qalibi olub.
Ardını oxu...
İstisna edilmir ki, sözügedən təyinat da Asif Bədəlov ilə nazir müavinin qaynı arasında qohumluq əlaqələrindən irəli gəlir.

Xatırladaq ki, Anar Bayramov özü də "A-Group" özəl sığorta şirkətinin İdarə Heyətinin sədri olub. İdarə Heyəti sədrinin müavinləri - Ramin Rzayev "Azeract Consulting" MMC-nin direktoru vəzifəsini tutub, Rəşad Məhərrəmov isə bir sıra özəl şirkətlərdə yüksək vəzifələrdə çalışıb.

Qurumda rəhbər vəzifələrdə fəaliyyət göstərən əksər şəxslər özəl biznes qurumlardan təyinat alanlardır.
Ardını oxu...
Elm və Təhisl Nazirliyi 5-7-ci siniflər üçün kiçik ölçülü dərsliklərin istehsalı ilə bağlı elan etdiyi satınalma müsabiqəsinə yekun vurub. Reportyor.info xəbər verir ki, tenderin qalibi “İndiqo” şirkəti seçilib. Şirkətin təklifi 826 960,4 manat olub. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “İndigo” MMC-nin 22 sentyabr 2004-cü ildə qeydiyyata alındığı göstərilir. Nizamnamə kapitalı 4 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Rəsul Rza küçəsi, ev 5-də yerləşir. MMC-nin qanuni təmsilçisi Abdullayev Riad Fuad oğludur. “İndigo” şirkətinin 3 payçısı olduğu bildirilir. Onlardan biri Salahov Tariel Aftandil oğludur.

O, tanınmış rəssam Tahir Salahovun qohumudur. İkinci payçı “Halal” MMC-dir. Üçüncü payçıya gəlincə, iddialara görə, bu şəxs ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi, hazırda həbsdə olan general Nizami Şirinovdur. Nizami Şirinov əvvəllər “Halal” MMC-də işləyib, daha sonra “İndigo” mətbəəsini yaradıb. Nizami Şirinovun “İndigo”nu yaratmasında Eldar Mahmudovun xüsusi dəstəyi olub.

Bu baxımdan, şirkət həm də Eldar Mahmudovun hesab edilir. Mediada bu barədə gedən məlumatlarda “İndiqo” daha çox Eldar Mahmudovun şirkəti kimi təqdim edilir. Eldar Mahmudov 2004-2015-ci illərdə Azərbaycanın milli təhlküəsizlik naziri vəzifəsində işləyib. 2015-ci ildə qurumda əməliyyat keçirilib və nazirliyin yüksək vəzifəli şəxsləri saxlanılıb. Onlar ağır cinayətlərdə ittiham edilərək məsuliyyətə cəlb olunublar. Nazirlik isə ləğv edilib və beləliklə, Eldar Mahmudov sabiqlərin sırasına qoşulub.
 
 

 



Ardını oxu...
"Cəmi 20 gün əvvəl yazmışdım. Elm və Təhsil Nazirliyi tender müsabiqəsi keçirmədən Ramiz Mehdiyevin oğluna məxsus şirkət ilə 2 milyon manatlıq satınalma müqaviləsi imzalayıb".

Bunu iqtisadçı Allahverdi Aydın sosial media hesabında yazıb.

O qeyd edib ki, Elm və Təhsil Nazirliyi bu dəfə də Əli Həsənovun ailə üzvlərinə məxsus şirkəti 115 min manatlıq tenderin "qalibi” seçib: "Deməli, "Azərbaycan Müəllimi” qəzeti Elm və Təhsil Nazirliyinin rəsmi mətbuat orqanıdır. Yəni "Azərbaycan Müəllimi” qəzetinin sahibi (təsisçisi) Elm və Təhsil Nazirliyidir. Amma, nazirlik öz qəzetini Əli Həsənova bağlı olan "Azərmətbuatyayımı” ASC-dən satın alır. Üstəlik, 8 səhifəlik qəzetin bir ədədini 1 manata alacaq".

"8 səhifəlik qəzetin 1 manata alınması "Dövlət satınalmaları haqqında "Qanunun 19-cu maddəsinin tələbinin pozulması deməkdir. Həmin maddədə yazılır ki, satınalan təşkilat tərəfindən ehtimal olunan qiymət təsdiq olunmadan satınalmaya başlanıla bilməz. Əgər ölkədə 16 səhifəlik qəzetlərin pərakəndə satış qiyməti 60 qəpikdirsə, 8 səhifəlik qəzetin topdansatış qiymətinin 1 manat olması o deməkdir ki, nazirlik ehtimal olunan qiyməti düzgün hesablamayıb. Bu da Qanunun tələbinin pozulması deməkdir", - deyə iqtisadçı vurğulayıb.

İqtisadçı bildirib ki, "Azərmətbuatyayımı” ASC-nin təsisçisi "Kaspi Mətbuat Yayım” MMC-dir. Hər iki şirkətin rəhbəri eyni şəxsdir - Salmanov Süleyman Əli oğludur.

"Kaspi Mətbuat Yayım” MMC-nin dövlət qeydiyyatına alındığı hüquqi ünvanda - Fi̇krət Əmi̇rov küçəsi, ev 1 ünvanında Əli Həsənоvun ailə üzvlərinə bağlı olan şirkətlər yerləşir: "Məsələn, Əli Həsənovun həyat yoldaşının rəhbərlik etdiyi olan "Kaspi Education” MMC də (VÖEN – 1701352711) bu ünvanda qeydiyyatdadır. Yeri gəlmişkən, qeyd edim ki, elm və təhsil nazir də əvvəllər "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb".

"Arqument.az" Elm və Təhsil Nazirliyindən məsələyə münasibət öyrənə bilməyib.

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...


Ardını oxu...
Birinci vitse-prezident Mehriban Əliyeva 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.

TEREF xəbər verir ki, paylaşımda qeyd olunub:

"Faşizm üzərində Qələbənin 79-cu ildönümü münasibətilə bütün veteranlarımızı təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, Vətənimizə – sülh və əmin-amanlıq arzulayıram!”
 
 
Ardını oxu...
Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan Nuridə Seyidova və iki işçisi - Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.
TEREF “Qafqazinfo”ya istinadla xəbər verir ki, xanım müttəhimlərdən ikisi- N.Seyidova və A.Bayramova həbsdədir. Onlar konvoy vasitəsilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətiriliblər. A.Məmmədova isə azadlıqdadır, onun barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Bugünkü iclasda iki nəfər zərərçəkmiş mülki iddia qaldırıb.
Zərərçəkmiş Şahbazi İsayeva 28 min 866 manat, Sahid Mövsümov isə 20 min 866 manat pulun təqsirləndirilənlər N.Seyidova və A.Bayramobdan alınaraq onlara ödənilməsini istəyiblər.
Məhkəmə mülki iddiaları icraata qəbul edib. Sədrlik edən hakim Azad Məcidov deyib ki, iddialara hökmdə qiymət veriləcək.
Prosesin davamında sərbəst mühakimə edilən Aysel Məmmədova ifadə verib.
A.Məmmədova deyir ki, Beynəlxalq Universitetin “Müalicə işi” fakültəsində təhsil alıb. Universiteti bitirdikdən sonra 5 il Yevlax şəhərində sahə həkimi, sonra isə bir müddət Bakı “Medical Plaza”da həkim işləyib.
Aysel ilk dəfə Aynurla tanış olub. Bu tanışlıq da sonda onu bura gətirib çıxarıb. O, 2022-ci ildə “Urmedhelp” və “My Doc Tour” şirkətlərində həkim ekspert işləməyə başlayıb.
Xanım müttəhimin sözlərinə görə, Nuridə Seyidovanın rəhbəri olduğu “Urmedhelp” və “My Doc Tour” turizm şirkətləri olub. Şirkət ağır xəstəliklərdən əziyyət çəkən şəxsləri xaricdə müalicəyə göndərirmiş:
“Xəstəxanalarda tanıdığımız həkimlər bizə xəstələr göndərirdi, bizim şirkətin rəhbəri də xaricdə sponsor tapıb müalicəni təşkil edirdi. Xəstə yaxınları pulu şirkətin mühasibi Toğrula veriblər. Xəstəxanalar əsasən məni tanıyırdı. Elə 20 nəfər xəstəni də həkimlər mənə görə göndərmişdi. Qazancımız da belə idi ki, klinikalar xəstə yaxınlarından aldıqları pulun 20 faizini bizə verirdilər. Bizdə xaricdə müalicəni öhdəmizə götürürdük. Aldığımız pulun da şirkətin seyfinə qoyurduq”.
Təqsirləndirilən şəxsin dedikləri məhkəməni qane etməyib. Sədrlik edən hakim Azad Məcidov müttəhimdən fəaliyyətləri haqda aydın danışmasını istəyib:
“Aydın danış görək necə işləmisiz, nə qədər işçiniz olub, xəstələri necə tapırdız, pulu hara aparmısınız? Deyirsiz pulu seyfə qoyurduq, belə olmur axı! Pul qanuni şəkildə qəbul edilməlidir. Sən elə bilmə e, burada elə-belə adamlar oturub. 44 ilin hüquqşünasıyam. İstintaqda işləmişəm, məhkəmədə işləmişəm. Danış görək”.
Aynur Məmmədova xəstə yaxınlarından alınan pulların gələcək taleyindən xəbəri olmadığını deyib. Qeyd edib ki, pulları şirkətin mühasibi təhvil alıb.
Məmmədova ifadəsinin davamında şirkətə xəstə göndərən bir neçə məşhur xəstəxananın adını çəkib. Deyib ki, həmin xəstəxanalar onlara xəstə yönləndiriblər:
“Mərkəzi Gömrük Hospitalından həkim Mir Cəlal Kazimi var idi. O, bizə xəstələr göndərib. Bundan başqa “Baku Medical Plaza”, Mərkəzi Klinika və “Bona Dea Hospital”da tanıdğımız həkimlər xəstə göndərirdilər. Mərkəzi Klinikadan Eldar doktor, “Bona Dea”dan isə Tariel doktor yadımda qalıb.
Nuridə ilə Aytənin dediyinə görə beynəlxalq təşkilatlar qara ciyər talasemiyası üçün şirkətə pul ayırırdılar. Bu pula da xaricdə müalicəni təşkil edirdik”.
Prosesə ayrılmış vaxt bitdiyi üçün təqsirləndirilən şəxsin ifadəsi yarımçıq qalıb. Hakim deyib ki, müttəhimin ifadəsi iş üçün mühim əhəmiyyət kəsb edir. Bu səbəbdən növbəti iclas üçün daha çox vaxt ayrılacaq.
Xatırladaq ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb. Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərini aldadıb, övladlarını xaricdə müalicə etdirmək adı ilə onların 1 milyon manata yaxın pulunu ələ keçirib.
 

Dünyapress TV

Xəbər lenti