Ardını oxu...
İyun ayının 1-dən etibarən taksilərdə minimal gediş haqqı 4.50 AZN olacaq. Bu barədə Sputnik Azərbaycan-a taksi sürücüləri məlumat verib. Bildiriblər ki, taksi şirkətlərindən onlara bununla bağlı məlumat verilib.
Sürücülərin sözlərinə görə, qiymət artımına səbəb köhnə taksilərdən istifadəyə qadağa qoyulmasıdır.
"Artıq istehsal ili 1999-cu il olan avtmobillərə sifarişlər bloklanıb. İyunun 1-dən etibarən 2005-ci ildə istehsal olunan avtomobillərə də sistem üzərindən sifarişlərə blok qoyulacaq. Bu isə taksi çatışmazlığına, qiymət artımına gətirib çıxarır", - Murad Məmmədov adlı taksi sürücüsü bildirib.

O, artıq köhnə avtomobillərə blok qoyulmasının taksi şatışmazlığı yaratdığını da bildirib.
"1999-cu ildə istehsal olunan "Çeşka" adlandırdığımız avtomobillərə artıq sifariş ötürülmür. Bir azdan 2005-ci ilədək olan "Opel" və digər markalı avtomobillərə də sifarişlərə blok qoyulacaq. Bundan sonra taksi çatışmazlığı daha qabarıq özünü biruzə verəcək. Çünki, taksi kimi istifadə edilən avtomobillərin çoxu köhnədir. Qiyməti 30-40 min manat olan avtomobili alıb taksi kimi işlətmək sürücülərə sərf etmir", - sürücü bildirib.
AYNA-dan isə Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, yeni qaydalara əsasən, taksi minik avtomobili vasitəsilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır.
"Taksi sifarişi operatorları sözügedən icazəsi olmayan taksi minik avtomobilinin sürücüsünə sifariş ötürə bilməzlər. Bunu edən taksi operatorları İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnəcəklər. İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz. Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. Əgər iyul ayın 1-ə qədər müraciət etməsələr, daha sonrakı tarixdə bu kartları ala bilməyəcəklər. 2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün təqdim edilən avtomobillər - buraxılış ilindən 8 il keçməyən avtomobillər olmalıdır", - AYNA-dan bildirilib.

Sözügedən şərtlər əsasında qiymətlərin bahalaşması iddialarına gəlincə, ANNA-dan bildirilib ki, taksi minik avtomobilləri ilə daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır:
"Yeni qaydaların qüvvəyə minməsi ilə taksi xidməti sahəsi tənzimlənəcək və peşəkar əmək bazarı formalaşacaq. Bununla da peşəkar taksi sürücülərinin fəaliyyəti üçün münbit şərait yaranacaq".
Qeyd edək ki, artıq ötən həftədən taksi qiymətlərində bahalaşma müşahidə olunur. Ötən həftə "Bolt" taksi şirkəti gediş haqqını 10 faiz bahalaşdırıb. "Bolt" Azərbaycan şirkəti taksilərdə 10 faiz qiymət artımının olduğunu təsdiqləyib.
Məlumat üçün bildirək ki, hazırda "Bolt" taksidə minimal gediş haqqı 2,50 AZN-dir.
 
Ardını oxu...
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Komitəsi
Qaz sayğaclarının dəyişdirilməsi ilə bağlı rəsmi açıqlamasında qeyd olunur ki: (23.02.2021)
Mövcud qayda və standartların tələblərinə əsasən, istismarda olan sənaye qaz cihazları 3 ildə bir dəfə, məişət qaz sayğacları isə 5 ildə bir dəfə dövri yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğaclar, “Azəriqaz” İB-nin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək, Birliyin Metrologiya Departamentinə təqdim edilir.
Yoxlama nəticəsində istismara yararlılığı müəyyən olunan sayğaclar yenidən istifadə oluna bilər.
Daxil olan məlumata görə isə:
-Hazirda Azəriqaz İB Hacıqabul XS- də bir neçə günə şəhər mərkəzində nə qədər SMART tipli sayğac var hamısının bloklaşdırılması barədə tapşırıq verilib. Bu sayğaclar 2017-də quraşdırılan Smart tipli sayğaclardır.Haziırda Xidmət Sahəsinə Gəncə Cihazqayırma istehsalı olan mexaniki tipli sayğacların gətirildiyi bildirilir. Məsələ gizlin saxlanılır ki,insanlar indidən sayğaca pul yükləsinlər.Yəni qışa saxlamasınlar.Smart Zenner markalı sağaclar isə dəyişdirilmir, guya beş ilini tamamlamayıb.
Qeyd;Əvvelki bloklama prosesi kutləvi olmusdu və bu da deyişdirmədə problem yaratdi. İşci sayi ve abonentlerin naraziliqi əsas problem idi. Amma indi isə mərhələli şəkildə dəyişməyə Bakı icazə vermir ,birdəfəlik həll tələb edir
Mirvari Gahramanli
Ardını oxu...
Zirə qəsəbəsinin sakinləri zibil problemindən əziyyət çəkir.

Sakinlər Qaynarinfo-ya bildirib ki, qəsəbədə zibil konteymerləri olmadığına görə küçələr zibilxananı xatırladır.

"Qəsəbə ərazisinə baxış keçirsəniz, özünüz görəcəksiniz. Zibil dizə çıxır. Nə konteyner qoyurlar, nə də maşın gəlir zibili daşımağa. Məcbur olub eşşəklə, "Muravey" motoskleti ilə zibil daşıyırıq. 5 manatdan yığıb eşşəyin sahibinə veririk ki, zibilləri yükləyib aparsın ərazidən uzaqlaşdırsın", deyə sakinlər bildirib.

Onların sözlərinə görə, dəfələrlər Zirə qəsəbəsinin bələdiyyəsinə, həmçinin icra nümayəndəliyinə müraciət eiblər. Lakin heç bir nəticə yoxdur.

"Deyirik ki, gətirin konteyner qoyun. Camaat zibili hara atsın, küçəyə atsın? Axı belə biabırçılıq olmaz. Hər dəfə vəd verirlər, amma əməl etmirlər. Artıq bir müddətdir ki, bu problem var. Özü də qəsəbədə hansısa məhəllənin deyil, bütövlükdə qəsəbənin problemidir. Yəni, qəsəbənin demək olar ki, hər yerində bu hal hökm sürürür", deyə sakinlər əlavə edib.

Onlar artıq Xəzər Rayon İcra Hakimiyyətinə də müraciət etdiklərini bildirib. "Ümid edirik ki, tezliklə problem həllini tapar” deyən sakinlər ərazidən çəkilmiş foto və videoları da redaksiyamıza təqdim ediblər.

Məlumat üçün deyək ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Zirə qəsəbəsi üzrə icra nümayəndəsi Rasim Hüseynov, Zirə bələdiyyəsinin sədri isə Anar Hüseynlidir.


 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, estetik cərrahiyyə və kosmetoloji fəaliyyət sahəsində qanun pozuntularına yol verən şəxslərin məsuliyyətə cəlb olunması barədə rəsmi məlumat yayılıb. Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata görə, Baş Prokurorluq və Səhiyyə Nazirliyi tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, tibbi xidmətlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, həmçinin hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq kompleks tədbirlər həyata keçirilir.

Bu tədbirlərin davamı kimi, Baş Prokurorluğa və Səhiyyə Nazirliyinə estetik cərrahiyyə və kosmetoloji fəaliyyətlə bağlı daxil olmuş çoxsaylı müraciətlər əsasında tibb müəssisələrinin fəaliyyəti monitorinq edilib, qeyd olunan sahədə qanunvericiliyin tələblərinə riayət olunması istiqamətində birgə araşdırmalar aparılıb.

Araşdırmalar zamanı estetik cərrahiyyələri icra edən, kosmetoloji xidmətlər göstərən ümumilikdə 9 klinika və kosmetoloji mərkəz tərəfindən sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması, yəni əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması halları müəyyən edildiyindən İnzibati Xətalar Məcəlləsinin 192.1, 210.1 və 215.4-cü maddələri ilə tibb müəssisələrinin vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında 14 icraat başlanpıb.

Bundan başqa, “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə uyğun olaraq qanun pozuntularından çəkindirmək məqsədilə 8 halda vətəndaşlar və vəzifəli şəxslərə xəbərdarlıq edilib, habelə həmin qanunun 23-cü maddəsinə əsasən qanun pozuntularının, onları doğuran səbəb və şəraitin aradan qaldırılması üçün dövlət qurumlarına 7 təqdimat verilib.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Səhiyyə Nazirliyi tibbi xidmətlərin icra vəziyyətinə dair müvafiq araşdırmaların davam etdiriləcəyini və hüquq pozuntularına yol verənlərin məsuliyyətə cəlb olunacağını bildirməklə, bu sahədə fəaliyyət göstərən tibb müəssisələri və şəxslərdən qanunvericiliyin tələblərinə dönmədən riayət olunmasını tələb edir.

Bəs ən çox narazılıq nədəndir? Bu sahədə qayda-qanun yaratmaq mümkün olacaqmı?

Qeyd edək ki, son vaxtlar mətbuatda tibbi təhsili olmayan şəxslərin estetik əməliyyatlar və yaxud kosmetoloji prosedurlar apardığı, nəticədə insanların sağlamlığında ciddi təhlükələr yaranması xəbərləri ilə tez-tez rastlaşırıq. Xüsusən də gözəllik salonlarında “kosmetoloq” kimi çalışan şəxslərin əksəriyyəti 5-6 aylıq kurs keçib, özünü professional kosmetoloq kimi təqdim edir. Araşdıranda məlum olur ki, onların farmakologiya, kimya, anatomiya, dəri xəstəlikləri və onların müalicəsindən xəbəri yoxdur. Tibbi savadı olmayan bu cür “kosmetoloqlar” botoks, dərinin kontur plastikası, mezoterapiya, plazmaterapiya kimi tibbi prosedurları həyata keçirir və ağırlaşmalar olduqda onların vaxtında və fəsadsız aradan qaldırılması üçün heç bir tədbir görə bilmirlər.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a danışıb.

Professor qeyd edib ki, bütün tibbi prosedurlar, əməliyyatlar, diaqnostik prosedurlar qanunvericilik əsasında aparılmalıdır:

“Çox təəssüf ki, bu gün ictimai həyatın digər sahələrində olduğu kimi, səhiyyədə də problemlər qalmaqdadır. Bu gün müxtəlif şəxslərin qeyri-qanuni şəkildə həkimlik fəaliyyəti ilə məşğul olduğunu və nəticədə müxtəlif fəsadların ortaya çıxdığını görürük. Birincisi, kosmetoloq ixtisasının nə dərəcədə qanunauyğun olduğunu bilmirik. İkinci tərəfdən, bu ixtisas estetik cərrahiyyə ilə birlikdə olmalıdır, ya yox, buna aydınlıq gətirilməlidir.

İstənilən tibbi prosedurun dünya standartlarından kənara çıxarılması və bunun nəticəsində pasiyentin sağlamlığına zərər vurulması hüquqi məsuliyyət yaradır.

İxtisası olmayan, əlində həmin fəaliyyət sahəsi ilə bağlı icazəsi olmayan şəxslərin fəaliyyəti aşkar olunarsa, onlar barəsində çox ciddi tədbir görülməlidir. Bu gün özəl sektorda bu cür yuvalar yetərincədir. Bəzən ixtisası uyğun olmayan həkimlər cərrahiyyə ilə bağlı fəaliyyət göstərirlər. Bunların hamısı ciddi araşdırılmalıdır”.

Həkim-pediatr Vaqif Qarayev isə mövzuya bu cür rəy bildirib:

“Artıq estetik cərrahların fəaliyyəti araşdırılır və düz edirlər. Adi kosmetoloqlar da bu işlə məşğul olur. Halbuki hər kəs təhsilinə uyğun bildiyi işlə məşğul olmalıdır. Yəqin ki, qadağalar olacaq. Amma selektiv abortlara da qadağalar var, nəticəsi oldumu? Yox! Bu baxımdan özümüz dəyişməliyik. Mühafizəkarlıq kimi qəbul olunmasın, biz haqlı olaraq qadınlarımızın, qızlarımızın gözəlliyi ilə həmişə fəxr etmişik. Sovet vaxtı bu əməliyyatlar yox idi, qadınların gözəlliyi pozulurdu? Xüsusən, subay xanımların bu əməliyyatlara həvəsi başadüşülən deyil. Onsuz da dünyaya gətirəcəyiniz uşaq əvvəlki halınıza bənzəyəcək”.
 
Ardını oxu...
“Veysəloğlu” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozub. Maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Sözügedən maddəylə bağll danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu maddəyə əsasən sahibkar müəyyən mal almaq üçün ölkədən pul çıxarırsa, iki il ərzində həmin mal ölkəyə gəlməlidir. Hüquqşünasın sözlərinə görə, iki il ərzində mal ölkəyə gəlmirsə, bu sahibkarın ölkədən pul çıxarması kimi qəbul edilir:

“Bu maddənin qısa mahiyyəti belədir ki, sahibkarlar xaricə pul köçürür ki, nə isə alacaq. O pulu köçürəndən sonra iki il ərzində həmin malı ölkəyə gətirməlidir. Əgər malı ölkəyə gətirmirsə, sahibkar cərimələnir. Yəni bu halda hesab olunur ki, sahibkar ölkədən pul, valyuta çıxarıb. Məlum məsələdir ki, ölkədən heç bir səbəb olmadan pul çıxarmağa məhdudiyyət var. Ölkədən elə-belə pul çıxarmaq olmaz, gərək nə isə alasan. Bunun üçün verilən müddət də iki ildir”.

Xatırladaq ki, “Veysəloğlu” ilə bağlı işə 17 may tarixində Nizami Rayon Məhkəməsində hakim Nigar Qədirlinin sədrliyi ilə baxılacaq.
 
Ardını oxu...
Ağcabədi rayonunun bir qrup sakini adından “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. 3 kəndin sakinləri adından göndərilən müraciəti olduğu kimi dərc edirik:

“Agcabədi rayonunun bu 3 kəndində - Sarıcalı, Taynak və Poladlıda müstəqilliyimizi əldə edənə qədər qaz təchizatı mövcud idi. Müstəqilliyimizi qazandıqdan sonra, adəti üzrə əldən zirəng məmurlarımız qaz təchizatı borularını, nasosları və digər avadanlıqları “müstəqilləşdirib” həzm etdilər. O gündən bu günədək kəndlər qaz üzünə həsrət qalıb.

Onu da deyək ki, mənfur düşmənlərimiz torpaqlarımızı işgal etdiyi gündən bu yana bu kəndlər düşmənlə üz-üzə qalıb və sakinlər düşmənin atəşi altında yaşayıb. Bu kəndlərin ətrafındakı, dörd tərəfdəki bütün yaşayış yerlərinə qaz çəkilib və həmin kəndlərə qədər olan məsafə 4 kilometrdən də azdır. Buna rəgmən, sanki bu 3 kəndə kimsə qənim kəsilib və bu kəndlərə qaz verilmir ki, verilmir.

Millət vəkilimiz Aqil Abbas Milli Məclisə ilk dəfə deputat seçiləndə söz vermişdi ki, deputat olan kimi bu kəndlərin qaz problemi həll ediləcək. O vaxt hörmətli Aqil müəllim cavan oglan idi. Artıq Aqil müəllim də xeyli yaşlanıb. Amma bizim bu kəndlərin qaz problemi öz aktuallıgını, yəni “gəncliyini” bu günə kimi qoruyub saxlayır.

Agcabədi rayonunda 3-4 dəfə icra başçısı dəyişib. Lakin dəyişməyən tək bir şey var, o da Agcabədi İcra Hakimiyyətinin “qızıl fondunda” saxlanılan bir QAZEl qaz turbasıdır. Belə ki, sakinlər hər qış gələndə kəndin üzərindən keçən yola çıxıb aksiya keçirəndə icra başçısı həmin bir QAZEL qaz turbasını gətirib kəndə boşaldır və insanları sakitləşdirir ki darıxmayın, artıq qaz turbaları gəlib və bir-iki aya sizə qaz çəkiləcək. Təsəvvür edin, illərdir həmin qaz turbaları neçə dəfə bu kəndlərə boşaldılıb və sonradan geri aparılıb. Artıq həmin qaz turbaları həddən artıq erroziyaya və deformasiyaya ugrayıb.

O vaxtdan bəri neçə neçə sakinimiz də dünyasını dəyişib, hətta deputatımız da tamamən ixtiyarlaşıb, lakin qazdan xəbər yoxdur ki, yoxdur.

Bilirsiniz ki, Agcabədi rayonunda meşə yoxdur. İnsanlar qışda qızınmaq üçün həyətlərindəki meyvə agaclarını ürək agrısı ilə kəsib, odun kimi istifadə edirlər. Peyk üzərindən baxsanız, görərsinzi ki, bu kəndlər Afrika səhralıgına çevrilib. Neçə illərdir Qarabag kimi bir dərdimiz vardı, insanlar dözürdü, səbr edirdi. Allah bütün Şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə can saglıgı versin. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabagımızı da düşmən tapdagından azad etdik. Bu kəndlərə qaz çəkməyin vaxtı hələ yetişmədimi?”.

Hurriyyet.az

Redaksiyadan: Rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.

Ardını oxu...
Dəfələrlə rayonun mərkəzi və ətraf kəndlərdəki yolların təmiri ilə bağlı tender elan edən Qazax rayon İcra Hakimiyyəti deyəsən Ağköynək kəndini unudub.

32gun.az-ın məlumatına görə, kəndin əsas girişindəki yolda yağış sularından sonra çala-çuxurlar yaranıb.

Hətta vəziyyət o yerə çatıb ki, avtomobillərin hərəkəti çətinləşib.
Ardını oxu...

Deyəsən R.Babaşov İtaliyanın məşhur brendlərindən”Loro Piana”dan olan 1350 dollar dəyərindəki ayaqqabısını palçığa, çamura batırıb həmin kəndin heç ətrafına da fırlanmır, son vaxtlar…

Kənd sakinləri çarəsiz qalıb, bilmirlər ki, şikayətlərini rayon İcra başçısı Rəcəb Babaşova, yoxsa Ağköynək kənd bələdiyyə sədri Nəzakət Mansurovaya, yoxsa yeri boş qalan Ağköynək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinə bildirsinlər.

Sosial şəbəkədə paylaşılan görüntünü təqdim edirik.
Ardını oxu...
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus “55 №-li Yol İstismarı” MMC-nin dövlətə külli miqdarda vergi borcu olduğu üzə çıcıb.

32gun.az xəbər verir ki, sözügedən MMC-nin hazırki vergi borcu 3645861.12 AZN-dir.

Bildirək ki, “55 №-li Yol İstismarı” şirkətinin direktoru FİRDOVSİ QAFAROV CÜMŞÜD oğludur.

MMC 2000-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 493611 manat təşkil edir.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovdur.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Tutduğu vəzifəsindən sui istifadə edərək işçilərə ödəniləcək ezamiyyə xərclərini qeyri qanuni azaldan işəgötürənlər tərəfindən qanun pozuntusuna məruz qalan işçilər!Oxuyun və əməl edin☝️
Ezamiyyəyə göndərilən işçilərə əmək haqqı və ezamiyyə xərcləri - AR Əmək Məcəlləsinə və AR Nazirlər Kabinetinin14 saylı Qərarına uyğun ödənilmirsə, bu halda işçilər bu pulun tam və əmək qanunvericiliyinə uyğun olaraq ödənilməsi üçün hansı addımlar atmalı və ya hərəkətləri etməlidirlər?
Bu sualla əlaqədar işçilərdən Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatına mütamadi suallar daxik olur.
1. İlk olaraq işçilər bu barədə müəssisənin rəhbərinə və onların hesabına maliyyələşən, əmək kollektivini təmsil edən və əmək qanunvericiliyinə ictimai nəzarəti həyata keçirən Həmkarlar ittifaqı təşkilatına yazılı surətdə müraciət etməlidirlər.
2. Ümid az olsa da əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən - Dövlət Əmək Müfəttişliyi Xidmətinə yazılı Ərizə ilə müraciət etmək. Bu Xidmət işçilərin tələbini haqlı hesab etsə, məcburi göstərişlə işçilərin hüquqlarını bərpa edə bilər.
3. Bu qurumlarda mübahisə həll olunmazsa bu işlərdə məcburi olaraq Mediasiyaya müraciət etmık lazımdır, məhkəmədən əvvəl
4. Pul tələbləri ilə əlaqədar, həmçinin ziyanla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.
5. Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi busahədə işçilərin hüquqlarının bərpası ilə əlaqədar hüquqi yardım göstərə bilər.
Azər Quliyev.
TEREF
 
Ardını oxu...
İohannes Qutenberq Universitetinin alman klimatoloqları müəyyən ediblər ki, 2023-cü ilin yayın son 2000 ildə Yer kürəsində ən isti yaydır. O da məlum oldu ki, əvvəlki iqlim hesablamaları çox güman ki, qeyri-dəqiq göstəricilərə əsaslanıb.
32gun.az bildirir ki, Araşdırma "Nature" elmi jurnalında dərc olunub .

Mütəxəssislər bildirirlər ki, onların tapıntıları ağac halqalarının eninin öyrənilməsinə və məlumatların 1850-1900-cü illər arasında aparılan erkən iqlim tədqiqatlarının nəticələri ilə müqayisəsinə əsaslanır.

Komanda 2023-cü ildə Yerdəki orta qlobal temperaturun sənayedən əvvəlki səviyyədən 2,07 °C daha isti olduğu qənaətinə gəlib. Bu, 2015-ci ildə Parisdə beynəlxalq iqlim sazişinin tərəfləri tərəfindən təhlükəsiz hədd kimi müəyyən edilmiş 1,5°C hədddən yüksəkdir.

Alimlər qeyd ediblər ki, Paris Protokolunun müəllifləri, görünür, sənayedən əvvəlki temperaturları səhv qiymətləndiriblər və bu, gözləniləndən bir qədər aşağı olub.

Tədqiqatçılar əlavə edib ki, onların tapıntıları Ümumdünya Meteorologiya Təşkilatının 2023-cü ili bəşər sivilizasiyası tarixində ən isti və bəlkə də son 100.000 ilin ən isti ili adlandıran təhlili ilə uyğun gəlir.

Komanda rekord istiliyin əsas səbəbləri kimi istixana qazları emissiyalarını və qeyri-adi güclü iqlim fenomeni El Ninoyu günahlandırıb.
 

Dünyapress TV

Xəbər lenti