Ardını oxu...
Sovet dağılanı Lerik rayonun ucqar dağ kəndi olan Hamaratın xoş növrağına son qoyuldu. Çox keçmədi bu böyük, yaraşıqlı yaşayış məntəqəsi problemlər bataqlığına düşdü. Birinci buraya işləyən avtobus marşrutu bağladı. Daha sonra kolxozun zəhmət adamlarının rahatlığı üçün tikdirdiyi sosial obyektlər məmurların əli ilə talandı. Gələn hər il də öz sosial ağrıları ilə hamaratlıları imtahana çəkdi. Artıq indi bu minvalla 30 ildir kənd camaatı problemlərin əlindən insan kimi bir gün görmür.

Hamaratlılar öz acı talelərini dəfələrlə rayon rəhbərlərinə bildirsələr də, ağrılarına qalan olmayıb. Onlar danışsalar vəziyyət olduğu kimi görünər.

Tərlan Heydərov:- Pis gündəyik. İllərlə yığılıb qalmış sosial problemlər indiki zamanda günümüzü qara edib. Otuz ildən çoxdur aldada-aldada gün sayırıq. Mənim indi 65 yaşım vardır. Həyatın xoş üzünü sovetdə gördük. Heç də həmin dövrü təbliğ etmirəm. Olanı deyirəm. Kolxozda işləyir, halal qazancımızla güzəranımız yaxşı keçərdi. Dövlətdə ki, qoymazdı çətinə düşək...

Müstəqil ölkə olanda sevindik. Qaldı ki, yerli məmurlar bu sevinci bizə çox bildilər, hər şeyimizi məhv etdilər. Hazırki zamanda da sadə kütləni adam yerinə qoymurlar, nəticədə problemlərin məngənəsində can veririk. Bir balaca yağış yağanda palçıqdan kəndin içində gəzmək olmur. Yayımız da toz-torpaqdır. İctimai nəqliyyatın yoxluğu üzündən bir yerə çıxa bilmirik. Sosial məsələlərin ağrı-acısı hamaratlıları girinc hala salıb. Ümumiyyətlə, dünya ölkələri arasında iqtisadi cəhətdən inkişaf etmiş, müstəqil, azad bir dövlətin vətəndaşları olsaq da, yerli məmurların biganəliyi üzündən günümüz gün deyil. Son vaxtlar Hamaratda yaranan yanacaq problemi daha dözülməzdir. Neçə ki, 10 il bundan əvvəl kəndimizə qazın verilməsi ortaya atıldı, meşələr üzümüzə bağlandı. Bu fürsətdən istifadə edənlər yanacaq odunun qiymətini on qat qaldırdılar. İndi bir qışı yol vermək üçün 2000 manatlıq odun lazım olur. Sadə kənd adamının onu almağa gücü çatmır...

Allahverdi Allahverdiyev:- Sovet dağılandan hər şeyimizi itirmişik. Bir müddət meşədən ulaqla çürük ağac kötükləri gətirib bir təhər qışın şaxtasından çıxardıq. Hamarata təbii qazın çəkilişi ortaya düşən kimi, onu da bizə çox bildilər. Hazırda illərdir nə qazdan soraq verən var, nə yanacaq problemimiz insafa salınır.

Şahin Hacıyev:- Bizi narahat edən problemlər bir deyil, iki deyil. Yanacaq qıtlığı ən çətin yerimizdir. Meşəyə gedə bilmirik, belə də ki, gətirilən oduna elə qiymət deyirlər onu almaq qeyri-mümkündür. Artıq həyətlərdə meyvə ağacı da qalmayıb ondan yanacaq odun kimi istifadə edək. 10 ildir hamaratlılar mavi qaz istəyirlər. Amma məmurların yalan vədləri, əhaliyə qarşı məsuliyyətsiz davranışları istəyimizə əngəl törədir.

Hacımusa Mirzəyev:- 30 ildən çoxdur problemlər içindəyik. Artıq çətinlikləri özümüzə Tanrıdan qismət payı bilib barışırıq. Amma bizim dağlarda istilik olmadı vay o günə. Get-gedə yandırmağa odun tapılmır. Olanda isə onu almaq hər adamın işi deyil. Ümidimiz mavi qazadır. Çünki dünyanın əksər ölkəsi Azərbaycan qazı ilə isinir. Bu gedişlə hələ illərlə onu gözləməliyik...

Bəxticamal Kərimov:- Yanacaq sırasında çətin duruma düşmüşük. Baha satıldığına görə gücümüz çatmır odun almağa. Bizə təbii qaz lazımdır. Uzun illərdir bu barədə söz-söhbət gedir. Məsələni ləngidən elə dövlətin etibar etdiyi məmurlardır.

Hamaratlılar onu da dedilər ki, biz öz Prezidentimizə çox inanırıq, onun Vətənin tərəqqisi, xalqın xoş güzəranı naminə gördüyü işləri ürəkdən bəyənirik. O, çox humanist, hər bir ölkə vətəndaşın qayğısına qalmağı bacar rəhbərdir. Dövlət rəhbəri olduğu gündən misilsiz fəaliyyəti ilə respublikamızı bütün dünyaya tanıtdırıb. Əminik ki, vəziyyətimizdən xəbərdar olsa, heç vaxt bizi çətinlikdə qoymaz...

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
hurriyyet.az
 

Ardını oxu...
Son vaxtlar hüquq-mühafizə orqanları bəzi harınlamış məmurlarının çirkin əməllərini ifşa etməkdə davam edir. Amma çox təəsüflər olsun ki, onlara verilən salahiyyətlərdən xalqa layiqincə xidmət etmək əvəzinə, dövlətin, xalqın inkişafı üçün ayırdığı büdcəni öz şəxsi hesablarına və mənafeləri üçün xərcləməkdə davam edirlər.
"Azərbaycan Rellığı" xəbər verir ki, bir neçə gündür sosial şəbəkələr və internet saytlarında "Azərsu” ASC-nin anbar təsərrüfatı idarəsinin müdiri İmran Abbasov haqqında silsilə yazılara rast gəlmək olar. Müəllimin bitib tükənməyən biznesindən tutmuş, şəhid ailəsini aldatmasına kimi.

Görünur "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sabiq sədri Qorxmaz Hüseynov vəzifəsindən kəmarlaşdırıldıqdan sonra bu qurumda ciddi təmizləmə işləri hətta korrupsiya əməllərinə görə bu qurumun bir çox vəzifəli şəxslərinin həbsi İmran Abbasov kimlər bundan nəticə çıxarmaq istəmir. Onu da bildirək ki, İmran Abbasov Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun qardaşıdır.

Bəlkədə İmran müəllim düşünür ki, onun "burada mənəm bağdad da kor xəlifə" deyib istədiyi kimi at oynatmasının qarşısını qardaşı almağı bacaracaq, bir sözlə qardaşına güvənərək bütün qanunlara üz çevirmək zənnimcə heç də ucuz başa gəlməyəcək.

Hesab edirik ki, qardaşı kimi bəzi rayonların icra başçılarının hal-hazırda hansı həbsxanalarda cəza çəkdiyini anlamır. Əvvəllər DYP-də çalışmış İmran Abbasov 4 il Nəsimi rayon su idarəsinə rəhbərlik etdikdən sonra bu vəzifəyə təyin olunub. Deyilənə görə, İmran müəllimin kənar biznes şəbəkəsində pivə istehsalına qədər payı var. Ancaq bu şəxsin rəhbərlik etdiyi idarə hazırda çox acınacaqlı durumdadır.

Belə ki, onun regionçuluq və qərəzçilik prinsipinə söykənən idarəçiliyi kollektiv arasında ciddi narazılıq yaradıb. Ümumiyyətlə bu insanın qeyri – məntiqi hərəkətləri var. İdarədə fəhlə işləyən bir şəhid atası ondan heç bir dəyəri olmayan taxta palet istəyib. Əvvəl söz versə də, paleti şəhid atasına verməyib.

İkinci bir fakt, atası ağır xəstə olan bir fəhlə icazə alıb xəstəxanaya gedib. İmran Abbasov da o fəhlənin 2 iş gününü kəsib. Ayda 300 azn əməkhaqqı alan fəhlənin 2 iş gününü kəsmək hansı məntiqə və insanlığa sığır?

İmran Abbasovun əməllərindən ən çox əziyyət çəkən şirkətlərdən biri də "Fuad kimya” şirkətidir. Belə ki, şirkətin "Azərsu”ya təqdim etdiyi məhsulların qabları geri verilməli olduğu halda, İmran Abbasov onları bazar alverçilərinə satdırır.

Mediada yayılan məlumatlara görə, İmran Abbasov idarəsində çalışan fəhlələri aparıb öz bağ evində yer qazdırır, tikintidə işlədir, ağac budatdırır. Anbara mallar taxta paletlərdə daxil olur. Həmin bu paletləri İmran Abbasov sökdürüb anbara yığdırır…

"Azərbaycan Reallığı" olaraq inanırıq ki, son vaxtlar sosial şəbəkələr və xəbər saytlarında İmran Abbasovla bağlı sadalanan bir çox narazılıq və özbaşınalıqla əlaqədər adiyyəti üzrə hüquq-muhafizə orqanları ciddi araşdırmalara başlayacaq
Ardını oxu...
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi qurumun fəaliyyətindəki, yumşaq desək, ciddi qüsurlar barədə mütəmadi olaraq çoxsaylı faktlar və şikayətlər dərc edilir. Buna baxmayaraq, Təhməzlinin şəxsi biznesində hər şeyin rəvan getdiyi məlum olur.

AzFakt.com xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli son “feysbuk” paylaşımlarında Təhməzlinin tikinti biznesilə bağlı maraqlı faktlar dərc edib: “Təhməzlilər Bakının mərkəzində, Keykab Səfərəliyeva küçəsi 12-də 15 mərtəbəli bina tikirlər. Adı “MURAD RESİDENCE”dir. Yəni, Murad Təhməzli Residense!
Binanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı, Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin direktoru Fərhad Təhməzovun kürəkəni Cavidan İmanovun qanuni təmsilçisiliyi ilə 2016-cı ildə binanın tikildiyi ünvanda hüquqi qeydiyyatdan keçmiş "MURAD-T" MƏNZİL TİKİNTİ KOPERATİVİ həyata keçirir.

Cavidan İmanov professor Nazim İmanovun (vaxtilə AMİP-in rəhbərliyində təmsil olunurdu, hazırda isə İqtisadiyyat İnstitutunun direktorudur-red.) oğludur. Qoşqar Təhməzli vəzifəyə təyin olunanda Slovakiya, və Ukraynadakı şirkətlərini onun adına keçirib. Təhməzlilərə məxsus, Cavidan İmanovun qanuni təmsilçisi olduğu "LİMAN QRUP" isə tender şirkəti kimi fəaliyyət göstərib və müxtəlif dövlət qurumlarından sifarişlər alıb.

O, 2015-cil ildə İngiltərədə Fərhad Təhməzova məxsus “FTE INTERNATIONAL SOLUTIONS LLP” şirkətinin də direktoru olub. Şirkət 2017-ci ildə ləğv olunub.

Mən o vaxt Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin biznesindən yazanda bəzi dostlar ağız büzdülər ki, onun biznesi əvvəldən var, bunda nə qəbahət?!

AQTA-nın ölkənin qida təhlükəsizliyini necə qoruduğunu, həyata keçirilən mütəmadi reydlər və "təhlükəsizlik radarına" kimin necə düşdüyünü ayrıca izah etməyə gərək yoxdur. Ölkədə İrandan gətirilən spirtlə hazırlanan içkidən ölüm hadisəsi baş verir, cənab Təhməzli zəhərlənmənin spirtli içkidən baş verdiyini inkar edir, sosial şəbəkələrdə spekulyativ müzakirələrə rəvac verir.

Hörmətli Sabir Rüstəmxanlı Milli Məclisdəki çıxışında Təhməzlinin təkzibini konkret olaraq onun başına vurur. Təhməzlinin idarəsinin təkzib bəyanatının ardınca polis Masazırda spirtli içki hazırlayan dəstəni ələ keçirir.

Ardınca dönərdən kütləvi zəhərlənmə baş verir. Səbəb nədir?

Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də hamam xalatı, otel sabunu kimi şeydir, mahiyyəti biznesdir. Hər nə qədər orda-burdakı biznesini qardaşının kürəkəninin adına ört-gizlət eləsə də vəzifə beşmərtəbəli biznesin altıncı mərtəbəsi olaraq qalacaq”.
 
Ardını oxu...
"DSMF-də Konstitusiyaya zidd yaradılan Məhkəmə Mübahisələri Filialının- 39
saylı vəkil bürosunun pensiyaçıların məhkəmə təminatına peşəkar qadağa
qoyması hələ də sürür. İnzibati icra orqanında, dövlətin sosial müdafiə
siyasətini həyata keçirən qurumda Məhkəmə Filialının yaradılması və bu
filialın bütövlükdə 39 saylı vəkil bürosu ilə eynilik təşkil etməsi hansı
qanuna, Konstitusiyaya uyğundur?"
Dia-az.info xəbər verir ki, bu faktları Qarabağ qazisi Məğrur Bədəlsoy
redaksiyamıza yolladığı məqaləsində qeyd edib.
Məqalədə daha sonra deyilir: "Konstitusiyaya tüpürməyə baxın,
Məhkəmə Filialının direktoru Abuzərov Mütəllimov, müavini Roman
İsmayılov, departament müdiri Yeganə Məmmədova,.. mütəxəssis
Emil İsgəndərli ... toplam 40 nəfər civarında heyət DSMF-də fəaliyyət
göstərən 39 saylı vəkil bürosunun rəhbəri və vəkilləridir. Fondun sədri bu
Filialın bütün şəxsi heyətinəi “topdan” verdiyi etibarnamə ilə DSMF-i
əlillərin, qazilərin, şəhid ailələrinin, pensiyaçıların məhkəmə iddialarından
qorumağa səfərbər edib. Təsəvvür edin, hüquqi savadsız, xəstə Qarabağ
qaziləri, şəhid ailələri, əlillər, pensiyaçılar peşəkar məhkəmə-vəkil ordusu
ilə üz-üzə! Bu davanın sonu öncədən bəlli deyil? Elə bu özbaşınalığın
sonucudur ki, yalnız keçmiş hakimlərin pensiyalarının düz
hesablanmamasını məhkəmə həmkarları mümkün sayıb həll edir. Qazilər
isə illərdir iddialarını mümkün də saydıra bilmirlər, heç hüquqi yardım da
görmürlər, dövlət hesabına vəkil də eləcə. Dövlət orqanında qeyri-dövlət
təşkilatının Vəkillər Kollegiyasının 39 saylı vəkil bürosunun fəaliyyət
göstərməsi məhkəmə- hüquq sisteminə ləkədir. Di gəl, bu ləkəni yumağı
nə ali dövlət hakimiyyəti orqanları , Ombudsman, Ədliyyə Nazirliyi
fikirləşir, nə Hesablama Palatası. Deyə bilərsiniz, Hesablama Palatasına nə
aidliyi var? Dövlət büdcəsinin , əlillərə, qazilərə, şəhid ailələrinə ,
pensiyaçılara ayrılan vəsaitin təyinatından kənar vəkil-məmurlara
xərclənməsinə birinci olaraq Hesablama Palatasının qiymət verməsi
Palatanın başlıca görəvidir. Amma kimdir görəvini icra edən? Şikayətlər
Vəkillər Kollegiyasına göndərilir, oradan da vardanyanların VK-nın
rəhbərliyində təmsil olunan vəkilləri məmur-vəkillərin müqavilə əsasında
əlillərin , pensiyaçıların məhkəmə hüququna qadağa qoyduğunu bildirirlər.
Nə isə, bu günlərdə pensiyaçılar “sevindirici” xəbər alıb. DSMF-in vəkil-
məmuru Roman İsmayıl oğlu İsmayılov yüksək gəlirli görəvindən
ayrılıb. Bu ayrılığın nədəni onun Füzuli Hərbi Məhkəməsinə hakim təyin
edilməsidir. Xəbərin “sevindiriciliyi” pensiyaçıların pulunu-malını yeyən
məmurlarının birinin azalması ilə bağlıdır. Necə deyərlər, qırılan
qoşundandır. Amma...
Vəkil-məmurun yeri vakant-boş qalıb, nə çoxdur vəkil namizəd. CV-ni verib,
pensiyaçılara qənim-hakim olan tapılar. Sevinməyə gərəkməz.

Ardını oxu...
"DogruXeber.az" bildirir ki, biz Sabunçu rayon İcra Hakimiyyəti, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Fövqəladə Hallar Nazirliyinin aylardır davam etdirdiyi bu "köhnəlmiş əyləncə"yə həm "tamaşa edirik", həm də ictimailəşməsi üçün "informasiya dəstəyi göstəririk". Lakin, təəssüflər olsun ki, aidiyyatı qurumların rəhbərləri belə rəhbərlik etdikləri qurumların qanunazidd fəaliyyəti barəsində məlumatlarımıza sadəcə oxucu, baş verənlərə isə "tamaşaçı"dırlar.

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Sayını artıq itirdiyimiz üçün, dəqiq sayını deyə bilmirik, amma, aylardır Sabunçu rayon Sabunçu qəsəbəsində Qambay Vəzirov küçəsində, neft şirkətinə məxsus ərazidə qanunsuz olaraq, üç mərtəbəli iaşə obyektinin tikintisinin aparıldığı barəsində məlumatları yayımlamaqla bərabər, yuxarıda adlarını qeyd etdiyimiz bütün aidiyyatı dövlət qurumlarına sorğu şəklində göndərmişik.
Amma, çi fayda..

Nə rayon rəhbəri Adil Vəliyev, nə də digər qurumlar məsələyə adil yanaşmırlar ki, yanaşmırlar. Əksinə, məsuliyyəti "pas-pas topu" kimi bir-birinə ötürməklə bizi yoraraq, susdurmağa çalışdılar.

Sabunçu rayon İcra Hakimiyyəti deyir, 2023-cü ilin 30 dekabr tarixində qanunsuz olduğunu aşkar edib, tədbir görülməsi üçün Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə göndərmişik.

Şəhərsalma deyir, "Sabunçu rayon İcra Hakimiyyətinə göndərmişik".

Əmlak məsələləri Dövlət Xidməti deyir, "Daxili İşlər Nazirliyinə göndərmişik".

FHN isə deyir, "Bizə bu barədə müvafiq icra hakimiyyəti tərəfindən hər hansı məlumat daxil olmamışdır."

O, zaman biz də bu "əyləncə"ni belə davam etdirək, "Ya bundadır, ya bunda..."
Görək axırda kimdə qalacaq ?!

Bəli, adlarını çəkdiyimiz bu 4 qurumun sayəsində bu gün ölkə ərazisində aidiyyatı olan-olmayan, hətta, sahibi üçün təhlükəli olan ərazilərdə belə tikintilər var.

Adil Vəliyevin bu sahədəki "həssaslığ"ını rəhbərlik etdiyi rayonun bir çox ərazilərində aparılan qanunsuz tikintilərdən anlamaq çətin deyil. Hər halda, o qədər işlərdən icra hakimiyyətinin xəbərsiz olduğunu düşünmək, tərəfimizdən "cahillik" olar.
ARXKOM rəhbəri Anar Quliyevin də laqeyd yanaşmasının səbəbi hamıya gün kimi aydındır. Mütləqdir ki, hər kəs ömründə bircə dəfə də olsa tikinti aparıb və Anar Quliyevin səlahiyyətli işçilərini razı salmağın yollarını yaxşı bilir.

Əmlak Məsələləri Dövlət Xidmətinə gəldikdə isə, adındakı "xidmət" sözünün bu quruma nə qədər yad olduğunu Şamaxı rayonunun Böyük Xınıslı, Saatlı rayonunun Mollavazlı, Cəlilabad rayonunun bir neçə kəndlərində, Xocavənd rayonunda, eləcə də Sabunçunun Kürdəxanı, Binəqədinin Xocahəsən, Qaradağın Ələt qəsəbələri, (bu siyahını böyüdə bilərik) və ümumiyyətlə ölkənin çox ərazilərində illərdir hər gün şahidi oluruq.
FHN-nin tabeliyində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun Sabunçu qəsəbəsində, Qambay Vəzirov küçəsindəki sağında aktiv neft quyusu, solunda quru qamışlıq, məişət tullantıları - bir sözlə yanğın təhlükəsinin gözlənilən olduğu üç mərtəbəli iaşə obyektinin tikintisinə bu qədər rahatlıqla göz yummasını anlamaq doğrusu çox çətindir. Çünki, burda artıq, insanların həyatından söhbət gedir.

O, iaşə obyekti ki, birinci mərtəbəsində avtoyuma məntəqəsi fəaliyyət göstərir, ikinci və üçüncü mərtəbələrinin isə mərasim evi kimi fəaliyyət göstərəcəyi deyilir.

Yeməklər bişiriləcək, çaylar hazırlanacaq...

Bəs "nefti yanında, odu özündə" olan bu qanunsuz iaşə obyektində hər hansı bir bədbəxt hadisə baş verərsə, buna görə kim məsuliyyət daşıyır?

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır...

DogruXeber.az
Ardını oxu...
Neftçilərin Hüquqlarını Müdafiə TəşkilatıİB-yi kimi bizdə, işçilərdə, əmək münasibətlərinin digər iştirakçıları da daimi olaraq və əksər hallarda da qanuni və haqlı olaraq işçilərin hüquqları və təminatlarını pozan İşəgötürən və digər vəzifəli şəxslərin məsuliyyətə cəlb olunması barədə tələblər irəli sürürük.
Çox hallarda buna fikir vermirik və ya çox sadə yanaşırıq. Nədən heç vaxt işçilərdən tutulan pul hesabına formalaşan, əmək haqqı alan, əsas vəzifəsi təmsil etdiyi işçilər və ya əmək kollektivini müdafiə etməli olan, öz vəzifəsini yerinə yetirməyən HƏMKARLAR Təşkilatının MƏSULİYYƏTƏ cəlb edilməsini tələb etmirik.
Bəzəndə, onsuzda heç bir xeyri yoxdur, onlar da İşəgötürənin adamıdı, onlar nə desə razı olacaqlar deyib, özünüzə sanki bur təskinlik də veririk. Bunu bildiyimiz halda hər ay 2 faiz də əmək haqqından tutulması barədə könüllü ərizə dı yazırıq.
Fikrimcə, öz vəzifələrini yetinə yetirməyən, işçilərin əmək və sair hüquqlarını qorumayan Həmkarlar ittifaqı təşkilatlarının da: maddi, intizam, inzibati və cinayət məsuliyyətinə cəlb olunma vaxtı da gəlib çatıb. Nəzərə almaq lazımdır ki, Həmkrlar təşkilatları məhz bu əsas və səbəbdən yaradılır. Həm qanun, həm də Nizamnamə və ya Əsasnamə ilə.
Əlbəttə statusda yazdığım iradlar heç də bütün Həmkarlar ittifaqı təşkilatına aid deyil. İnsafən, az da olsa bu sahədə öz vəzifələrini yerinə yetirməyə çalışan təşkilatlar da vardır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: İşçilərin əmək, sosial və iqtisadi hüquqlarının və qanuni mənafelərinin təmin olunmasına ictimai nəzarəti «Həmkarlar ittifaqları haqqında» AR-nın Qanununda və Əmək Məcəlləsində nəzərdə tutulmuş hal və qaydada müvafiq Həmkarlar ittifaqı təşkilatı tərəfindən həyata keçirilir.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 310-cu maddəsinə əsasən isə: İstər işçilər, istərsə işəgötürənlər, istərsə də başqa fiziki şəxslər Əmək Məcəlləsi ilə və əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktlarla müəyyən olunmuş hüquqları pozmağa, onları hər hansı şərtlə və ya qaydada məhdudlaşdırmağa, habelə bu hüquqlardan sui-istifadə etməyə, əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri, vəzifə funksiyasını yerinə yetirməməyə görə qanunvericiliklə müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azer Quliyev
TEREF
 
Ardını oxu...
Azərbaycan Respublikası vətəndaşı Məmmədov Mobil Sərdar oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, sığorta şirkəti insanları aldadır:

"Mən, Məmmədov Mobil Sərdar oğlu, bildirirəm ki, 2 il bundan öncə qəza törətmişdim. Özümü günahsız hesab etsəm də, məni günahkar çıxardılar. Nəticədə, icbari sığortam olduğundan, qarşa tərəfə dəyən zərəri sığorta şirkəti ödədi. Mən isə öz zərərimi qarşıladım...

Bu hadisədən sonra, artıq 2 ildir ki, icbari sığortanı illik 60 manatdan 225 manata qaldırıblar. Maraqlıdır, əgər vurduğumuz maşına dəyən zərəri biz ödəyiriksə, o halda niyə sığorta pulu ödəyirik?! Qanun həqiqətən də belədirmi?".

Məsələ ilə bağlı ekspert Elməddin Muradlı ilə həmsöhbət olduq. O, bildirdi ki, bu məsələ "İcbari sığortalarlar haqqında qanun"la tənzimlənir: "Qanunun tələbi onunla bağlıdır ki, “Bonus-Malus” sistemi tətbiq edilsin. Yəni bir adam sığorta ili müddətində hər hansı qəza törətmirsə, o şəxs növbəti il "Bonus" sisteminə düşür. Yəni onun sığortası ümumi məbləğdən aşağı olur.

"Malus" sistemi isə odur ki, əgər sürücü qəza törədibsə, sığorta ödənişi edirsə, o, artıq cəriməyə düşür. Yəni bu da bir növ sığortanın cəriməsidir. Ola bilər ki, sürücülərin çoxu bundan məlumatsızdır. Burada qanunsuz heç bir məsələ yoxdur. Qəza törədən sürücü, sadəcə, öz cəzasını çəkir. Məsələ bundan ibarətdir. Yəni bu, qanunda öz əksini tapan məslədir".

Ekspert deyir ki, şikayətçi "Malus" sisteminə düşdüyü üçün növbəti il sığortanın haqqı bahalaşıb: "Bu sistem bir növ sürücüləri məsuliyyətli olmağa dəvət edir. Qəza törətmədikdə daha az ödəniş edirsən deyib, stimullaşdırırlar ki, çalışın qəza tərətməyin".

Jalə FAMİLQIZI

 
Ardını oxu...
Salam hörmətli redaksiya. Mən Məmmədova Mehbarə Əmir Qızı Gəncə Şəhər Cavadxan qəsəbəsi Əvəz Mehrəliyev küçəsi ev 155 ünvaninda yaşayiram. Vətən müharibəsi dövründə Gəncəyə atılan raketlərdən yaşadığım ev ciddi zərər gördü, evimin divarlarında böyük çatlar yaranıb. Ölkə Prezidenti cənab Ilham Əliyevin bununla bağlı 2292 nömrəli sərəncamı verdiyi vaxtı, dəfələrlə Gəncə Şəhər Icra Hakimiyyətinə rəsmi şəkildə müraciət etsəmdə,qurumdan mənə bildirildi ki qərar hələ çox yenidir bir az gözləyin.15 gün sonra yenidən müraciət etdim,nə qədər təəccüblü olsada Gəncə Şəhər Icra Hakimiyyətindən mənə dedilər ki çox gecikmisən artıq qeydiyyat qurtarıb.Məni min bir yalanla və hiylə ilə aldadtdılar.Sonralar sözü gedən problemlə bağlı Icra Hakimiyyətinin rəsmilərinə nə qədər xahiş etdim nə qədər yalvardımsa heç bir nəticəsi olmadı.Bundan əlavə Ermənistanın təcavüzü nəticəsində ziyan dəymiş yaşayış evləri üzrə hər ailəyə 1000 manat məbləğində ödəniş olunsa da, həmin ödənişdən də mən və ailəm kənarda qalmışıq.Xüsusi ilə yaşadığım ərazidə bütün evlər qeydiyyata alındı, Bir hissəsi tam təmir olundu,bəzilərinə isə müəyyən pul ödənişləri verildi.Bircə mənim yaşadığım ünvan dövlət lahiyəsinə aid edilmədi. Mövcud problemlə bağlı 4 ildir ki,mütəmadi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Dövlət Əmlak Komitəsinə,eləcədə Fövqəladə Hallar Nazirliyinə, xüsusilə Kəmaləddin Heydərova, və Gəncə Şəhər Icra Hakimiyyətinin Başçısı Niyazi Bayramova çox saylı müraciətlər etsəmdə bu günə kimi zərrə qədər belə nəticə olmayıbdır. Adlarını qeyd etdiyim qurumların laqeydliyi,səhlənkarlığı, və yarıtmazlığı,xüsusi ilə Fövqəladə Hallar Naziri,Kəmaləddin Heydərov, və Gəncə Şəhər Icra Hakimiyyətinin Başçısı Niyazi Bayramov PREZIDENT CƏNAB” ILHAM ƏLIYEVIN qərarına yuxarıdan aşağı dırnaq arası baxmaları və əhəmiyyət verməmələri, vətəndaşı məqsədli və planlı şəkildə Cənab Prezident Ilham Əliyevdən narazı salırlar.Bütün bunlar bizlərə izaholunmaz psixoloji və mənəvi əzab yaşadır.Bu qədər haqsızlıq bu qədər Allahsızlıq olmaz. Demək olar ki ahıl yaşdayam,bu yaşımda aldanmaq və haqsızlıq mənə çox ağır gəlir.Çarəsizəm ümidlərim tükənib, Mənim və ailəmin çəkdiyi əzab və əziyyəti,eləcə də yaşadığımız müsibətli vəziyyəti nəzərə almağınızı, və bizlərə kömək etmənizi xahiş edirəm.
IMZA: MƏMMƏDOVA MEHBARƏ ƏMIR QIZI
Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
TEREF
 
 
 
Ardını oxu...
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlət başçılarına sərgilərlə bağlı məlumat verdi.

Bildirilib ki, Bakı Ekspo Mərkəzinin bütün dörd zalını və açıq sahəsini əhatə edən sərgilərə ümumilikdə 38 ölkədən 500-yə yaxın şirkət qatılıb. Regionun ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemləri, qablaşdırma, bu sahədə innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, həmçinin meyvə və tərəvəzlərin yetişdirilməsi sahələrini əhatə edir. “InterFood Azerbaijan” sərgisində isə dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət və süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunur.

Azərbaycan və Belarus prezidentləri sərgilərlə tanış oldular.

Belarus Respublikasının Milli Qrupunun qida məhsulları stendləri ilə tanış olan dövlət başçılarının diqqətinə çatdırıldı ki, stendlərdə 40-a yaxın şirkət, o cümlədən “Gomselmash”, “Brestmiasomolprom” zavodları, Slutsk pendir fabriki, Minsk süd kombinatı, Qrodno ət-qablaşdırma, Volkovysk və Mogilev ət emalı zavodları, “Belvetfarma”, “Belqospişçeprom”, “Belinterexpo”, “Bresteysky pekar”, “Bremor”, “Brestmeat”, “Brestmiasomolprom”, “Slodych”, “Spartak”, “Algon”, “Grodno azot” və digər şirkətlər öz məhsullarını təqdim edir.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov: Bu il burada Belarusun ən böyük milli pavilyonu təmsil olunur.

Belarus Ticarət və Sənaye Palatasının sədri Mixail Myatlikov: Hər vaxtınız xeyir. İcazə verin, sərgidəki Belarus ekspozisiyasını təqdim edim. Bu il sərgidə kənd təsərrüfatı texnikasından tutmuş ət, süd, neft-kimya, qənnadı sənayesinə qədər olmaqla 40 müəssisə iştirak edir. İcazənizlə, sərgidəki pavilyonumuzla tanışlığa məhz bu ekspozisiyadan başlayaq.

Belarusun “Slodıç” qənnadı fabrikinin baş direktoru Aleksandr Neçay: Hər vaxtınız xeyir. Bu gün biz Belarus Dövlət Qida Sənayesi Konsernini təmsil edirik. Sərgidə bizim sahəyə aid 10 müəssisə, o cümlədən qənnadı sahəsinə aid 4 müəssisə iştirak edir. Buraya maraq doğuran bir sıra yeni məhsullarımızı gətirmişik. Aleksandr Qriqoryeviç, Sizin göstərişinizə əsasən tərkibində quru süd olan məmulatlar istehsal edilib və bazara çıxarılıb. Bu məhsullar peçenyelərdir. Həmçinin qənnadı fabriki yeni növ məhsullar - karamel, jeleli konfetlər təqdim edir. Bu məhsullar uşaqlar tərəfindən çox sevilir.

Həmçinin sərgidə bizim qənnadı sənayemizin ən iri istehsalçılarından biri olan “Kommunarka” da iştirak edir. O, şokolad istehsalı ilə məşğul olur. Biz bu sərgiyə şokoladlı batonların yeni seriyasını gətirmişik, həmçinin ənənəvi məhsullarımızı da təqdim etmişik. Bundan başqa, bizim “Spartak” qənnadı fabrikimiz də var. O, qənnadı sənayemizdə böyüklüyünə görə ikincidir və sərgidə yenə də tərkibində şəkər olmayan məhsullarla çıxış edir. Biz, prinsip etibarilə, əsasən şəkərsiz məhsullara üstünlük veririk.

Prezident Aleksandr Lukaşenko: Bizim iki qənnadı şirkətimiz var. “Spartak” və “Kommunarka” əsas şirkətlərdir, digərləri də var.

Aleksandr Neçay: Biz həm də tərkibində şəkər olmayan məhsul istehsal etmişik. Bu məmulat peçenyedir. Bu məhsul zülalı yaxşı həzm etməyən insanlar üçün nəzərdə tutulub. “Spartak” şirkəti də əsasən tərkibində şəkər olmayan məhsullar seriyası hazırlamağa başlayıb. Bu məhsullar müxtəlifdir, onların arasında həm vafli, həm konfetlər, həm şokoladlar, həm də digər məhsullar var.

Məcnun Məmmədov: Cənab Prezident, Sizə şərabçılıq və bal istehsalı üzrə ixtisaslaşmış iki ailə biznesini təqdim etmək istərdim. Onlar balı Yaponiyaya ixrac ediblər.

Prezident İlham Əliyev: Yaponiyaya? Afərin. Hansı rayondan?

Sərginin iştirakçısı: Saatlı rayonu, bizim kiçik ailə təsərrüfatımız var.

Prezident İlham Əliyev: Afərin.

Prezident Aleksandr Lukaşenko: Bunlar kiçik təsərrüfatlardır, xüsusilə bal istehsal edirlər. Afərin.

Mixail Myatlikov: Bazara çıxarıblar, artıq bərk pendir növünü dequstasiya üçün özləri ilə gətiriblər.

Prezident İlham Əliyev: Məhsullar artıq burada satılır?

Mixail Myatlikov: Bəli. Məhsulların yeni seriyası da məhz bərk pendir növlərindən ibarətdir. “Belneftexim” konserni, gübrələr, yağlar, qablaşdırma materialları təqdim olunur. Bu, plastik şüşələr üçün preformaların xammalıdır.

Prezident Aleksandr Lukaşenko: Daha doğrusu, biz neft emalı işini genişləndiririk. Neft emalı indi çox böyük perspektivə malikdir.

Prezident İlham Əliyev: Sizin iki zavodunuz var.

Prezident Aleksandr Lukaşenko: Bəli.

Mixail Myatlikov: “Turovski” süd kombinatı bazarda təmsil olunur. Lakin yeniləri də artıq fəaliyyətə başlayıb.

Prezident Aleksandr Lukaşenko: Bunlar bizim ən nəhəng müəssisələrimizdir. Ən böyük şirkət sayılır. “МТZ”, “Qomselmaş” – traktorlar və avtomobillər istehsal edir. Prezident dəfələrlə “МАZ” barədə danışıb.

Minsk avtomobil zavodunun baş direktoru Valeri İvankoviç: Bizdə xeyli istehsal xətti mövcuddur. Kompleks tullantıların yığılması üçün maşınlarımız var. Hesab edirəm ki, onlara böyük tələbat var. Gəncə avtomobil zavodunda biz avtomobillərin müştərək yığılması müəssisəsini yarada bilərik. Biz şassi tədarük edərik, iş yerini siz təmin edərsiniz. Sizin mütəxəssislər qurğuların yığılmasını təmin edərlər, təcrübə və biliklərdən isə birgə istifadə olunar.

Prezident Aleksandr Lukaşenko: Prezident bu təklifi dəstəkləyir.

Valeri İvankoviç: Buna görə təşəkkür edirəm. Çox sağ olun.

Mixail Myatlikov: Milli musiqi alətində musiqili dəstək.

Prezident Aleksandr Lukaşenko: Simbal. Çox gözəldir.

Prezident İlham Əliyev: Sağ olun.

Mixail Myatlikov: Bizim müəssisəmiz məşhurdur – “Santa Bremor” adlanır. Yelena, buyurun, söz sizindir.

Prezident Aleksandr Lukaşenko: Yaxşı şirkətdir.

“Savuşkin produkt” müəssisənin baş direktorunun müavini Yelena Babkina: Xoş gördük, “Bremor” şirkəti bu sərgidə 2007-ci ildən təmsil olunur. Çoxprofilli şirkət olmasına baxmayaraq, burada balıq və dəniz məhsullarını təqdim edir. Başa düşürəm ki, Azərbaycanı dəniz məhsulları ilə təəccübləndirmək çətindir. Lakin biz çalışırıq ki, tələbatın daha çox olduğu dəniz məhsullarının istehsalı ilə məşğul olaq.

Prezident Aleksandr Lukaşenko: Sadəcə, burada bu texnologiyalar üzrə işə başlamaq lazımdır. Sizin texnologiyalarınız yaxşıdır.

Yelena Babkina: Bəli, əlbəttə. Ticarət distribütorumuz da var. Şirkətimiz 2007-ci ildən bəri eyni distribütorla işləyir. Biz ticarət şəbəkələrində təmsil olunuruq, inkişaf edirik. Ötən il biz hətta 1 milyon dollar dəyərində balıq məhsulları satmağa nail olmuşuq. İki-üç ildən sonra ticarət dövriyyəmizin həcmini iki dəfə artırmağı planlaşdırırıq.

Ötən il “Savuşkin produkt” şirkəti 4 milyon 600 min dollar həcmində süd məhsulları tədarük edib. Bu il isə ilk rübün nəticələrinə əsasən, inkişaf sürətimiz əhəmiyyətli dərəcədə artıb. Biz sarı pendirlərin istehsal həcmini genişləndirməyi, təzə pendirin istehsalını planlaşdırırıq. Bu Mozzarella pendiridir. Bizdə geniş çeşiddə pendir növləri var. Azərbaycanda istehsal edilən təzə pendirdən, daha doğrusu, süzmə pendirdən tutmuş, sarı pendirə, o cümlədən uzun müddət ərzində hazır vəziyyətə gələn pendirə qədər hazırlayırıq.

Prezident İlham Əliyev: Biz sizin məhsulları yaxşı tanıyırıq.

Yelena Babkina: Bəli, “Savuşkin” və “Brest-Litovsk” ticarət markalarımız var. Bu ilin ilk rübünün nəticələrinə əsasən, biz istehsalı əhəmiyyətli dərəcədə artırmışıq. Ötən illə müqayisədə bu ilin birinci rübündə ticarət dövriyyəmiz 70 faiz artıb. Buna görə də, hesab edirəm ki, heç də pis işləmirik. Həm də xoşagələn haldır ki, insanlar sərgiyə gələrək bizim məhsulların dadına baxırlar və belə deyirlər: “Biz sizin məhsulu alırıq”. Bu, möhtəşəmdir.
Mixail Myatlikov: Qrodnensk vilayəti “Qrodnensk” ət kombinatı ilə təmsil olunur.

Kombinatın təmsilçisi Veronika Romanoviç: Biz 2016-cı ildən Azərbaycan Respublikasına hazır kolbasa məhsullarının tədarükünü həyata keçiririk. Bu il isə halal dana əti üzrə satış bazarımızı açmışıq.

Prezident Aleksandr Lukaşenko: Sovet İttifaqında ən yaxşı vilayət hesab olunurdu. Onlar indi də öz fəaliyyətlərini davam etdirirlər.

Prezident İlham Əliyev: Bunlar isə steyk məmulatlarıdır, elədirmi?

Veronika Romanoviç: Ev üsulu ilə hazırlanır. Bu, bizim yeni məhsulumuzdur. Ümid edirəm ki, bu məhsulları tezliklə Sizin bazara da tədarük edəcəyik. Sağ olun.

Prezident İlham Əliyev: Uğurlar arzu edirəm.

Yerli istehsal və ixracat, ailə təsərrüfatı stendi ilə tanışlıq zamanı bildirildi ki, bu stenddə “FA Valley” və “Bal10” şirkətlərinin məhsulları təqdim edilir. “FA Valley” şirkətinin istehsal etdiyi şərablar 100 faiz “Sangiovese” şərablarıdır. Şərabların hazırlanması prosesində yalnız yerli mayalardan istifadə olunur. Məhsullar başqa xarici ölkələrdə də təqdim edilir. “Bal10” şirkəti isə Azərbaycanda yerli sahibkar tərəfindən Aran zonasında yetişən biyan bitkisindən hazırlanan bal məhsulları istehsal edir. Şirkətin məhsulları Qətərdə və Malayziyada təqdim olunur.

Sərgidə yer alan şirkətlərdən biri də Azərbaycanda fəaliyyət göstərən “MAN-AGRO” MMC-dir. Şirkət kənd təsərrüfatı sahəsində bir neçə istiqamətdə yerli və xarici bazarlara çıxmağı bacarıb. Ümumilikdə 360 hektara yaxın müxtəlif çeşidli tumlu və çəyirdəkli meyvə bağlarına sahib olan şirkət həmin meyvələrin saxlanmasını və satışını, eləcə də meyvə tinglərinin yetişdirilməsini, inkişafını və yeni sortların alınmasını, ağaclar üçün gübrə və digər dərmanların satışını həyata keçirir. Fəaliyyəti ölkəmizin bütün ərazisini əhatə edən şirkətin ümumilikdə 10 min ton tutuma malik soyuducu anbarları var. Şirkətin ixrac istiqamətləri Rusiya, Belarus, BƏƏ, Qətər və Maldiv adalarıdır.

“Absheron Olive Garden” MMC 700 hektarlıq zeytun bağları ilə yanaşı, həm də ölkəmizdə, eləcə də bütövlükdə regionda ən böyük və müasir zeytun yağı emalı və süfrəlik zeytun məhsulları istehsalı zavodlarından ibarətdir. İllik 35 min ton xam zeytun qəbul etmək gücündə olan zavodda soyuq sıxım üsulu ilə “Extra Virgin” zeytun yağları istehsal edilir. Süfrəlik zeytun istehsalı zavodunda isə yaşıl, qara, çəyirdəkli, çəyirdəksiz, dilimlənmiş, içlikli və s. növ süfrəlik zeytun məhsullarının istehsalı üçün şərait mövcuddur. İstehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, Rusiya, İsrail, Kanada, Türkiyə və İspaniyaya ixrac edilir.

Dövlət başçılarına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin stendləri haqqında da ətraflı məlumat verildi. Bildirildi ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının inkişafını gücləndirir. Bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli dəstək tədbirləri həyata keçirilir. Bu il ölkəmizin COP29-a ev sahibliyi etməsi, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar sərgilərdə ətraf mühitin qorunması, yaşıl enerji, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılıb. Kənd Təsərrüfatı Nazirliyi iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək və iqlim risklərinin qiymətləndirilməsi istiqamətində fəal təşəbbüslər irəli sürür.

2014-cü ildə fəaliyyətə başlayan “Agro Dairy” MMC Azərbaycanda kənd təsərrüfatı sahəsində qabaqcıl şirkətlərdəndir. Şirkətin məqsədi müasir texnologiyaların, innovativ həllərin tətbiqi ilə Azərbaycanın kənd təsərrüfatı sektorunda köklü dəyişikliklər etməkdir. Şirkət əsasən buğda, arpa və qarğıdalı kimi dənli bitkilərin becərilməsini, həmçinin yonca və şəkər çuğundurunun yetişdirilməsini həyata keçirir.

Sonra Azərbaycan və Belarus prezidentləri Bakı Ekspo Mərkəzinin açıq sahəsindəki stendlərlə tanış oldular.

Məlumat verildi ki, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi müxtəlif modifikasiyalı Belarus traktorları, MAZ və KamAZ markalı yük avtomobilləri, müxtəlif təyinatlı qoşqular, ekskavatorlar, xüsusi traktorlar, digər texnika və avadanlıqlar istehsal edir.

Belarus milli stendinin açıq sahədəki pavilyonunda iki şirkət - “Gomselmash” və Minsk avtomobil zavodu (MAZ) təmsil olunur. MAZ Şərqi Avropada sərnişin, xüsusi, kommunal və qoşqu avtomobillərinin istehsalı üzrə aparıcı müəssisədir. Ən böyük kənd təsərrüfatı texnikası istehsalçılarından olan “Gomselmash”ın kombaynları bir sıra ölkələrə ixrac olunur.

Azərbaycanın sərgidə təmsil olunan “Agrosystems” şirkəti aqrobiznes nümayəndələri üçün innovativ həll yolları təqdim edir. Ölkəmizdə istehsal edilən “AGROMAX 10 000 TUN” hidrosoyutma aparatı keyfiyyəti, yüksək soyutma gücü, münasib qiyməti və aşağı enerji sərfiyyatına görə dünya bazarında digər nümunələrdən fərqlənir. Soyutma gücü saatda 10 ton təşkil edən bu texnologiya sayəsində məhsulların ömrü üç dəfə artır. Meyvə və tərəvəzlərin yığılması üçün nəzərdə tutulmuş hidravlik “AGROLAF-4000” platforması 3,5 metr hündürlüyə qədər qalxır. Bu platforma 8 nəfərin iş prosesində səmərəliliyini və rahatlığını təmin etməyə imkan verir. Zədələnmədən fındıq məhsulunu toplamaq üçün yaradılmış innovativ qurğu isə fındıq yığımı prosesini daha səmərəli və sürətlə həyata keçirmək imkanı yaradır.

Qeyd edək ki, mayın 17-dək davam edəcək sərgilərin təqdimat zonasında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Aqrar İnnovasiyalar Forumu təşkil olunacaq. Həmçinin bu il ilk dəfə olaraq, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “GreenAgroHack” hakaton yarışması da keçiriləcək.

16.05.2024, 20:48

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov dövlət başçılarına sərgilərlə bağlı məlumat verdi.

Bildirildi ki, Bakı Ekspo Mərkəzinin bütün dörd zalını və açıq sahəsini əhatə edən sərgilərə ümumilikdə 38 ölkədən 500-yə yaxın şirkət qatılıb. Regionun ən böyük kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemləri, qablaşdırma, bu sahədə innovasiya texnologiyaları, heyvandarlıq, quşçuluq, istixana, yemlər, baytarlıq, bitkiçilik, gübrə, həmçinin meyvə və tərəvəzlərin yetişdirilməsi sahələrini əhatə edir. “InterFood Azerbaijan” sərgisində isə dondurulmuş qidalar və yarımfabrikatlar, qənnadı və un məhsulları, konservləşdirilmiş qidalar, ət və süd məmulatları, meyvə-tərəvəzlər, yağ məhsulları, şirələr, çay, sağlam qidalar, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, paketlər və bir sıra digər məhsullar təqdim olunur.

Azərbaycan və Belarus prezidentləri sərgilərlə tanış oldular.

Yerli istehsal və ixracat, ailə təsərrüfatı stendi ilə tanışlıq zamanı bildirildi ki, bu stenddə “FA Valley” və “Bal10” şirkətlərinin məhsulları təqdim edilir. “FA Valley” şirkətinin istehsal etdiyi şərablar 100 faiz “Sangiovese” şərablarıdır. Şərabların hazırlanması prosesində yalnız yerli mayalardan istifadə olunur. Məhsullar başqa xarici ölkələrdə də təqdim edilir. “Bal10” şirkəti isə Azərbaycanda yerli sahibkar tərəfindən Aran zonasında yetişən biyan bitkisindən hazırlanan bal məhsulları istehsal edir. Şirkətin məhsulları Qətərdə və Malayziyada təqdim olunur.

Belarus Respublikasının Milli Qrupunun qida məhsulları stendləri ilə tanış olan dövlət başçılarının diqqətinə çatdırıldı ki, stendlərdə 40-a yaxın şirkət, o cümlədən “Gomselmash”, “Brestmiasomolprom” zavodları, Slutsk pendir fabriki, Minsk süd kombinatı, Qrodno ət-qablaşdırma, Volkovysk və Mogilev ət emalı zavodları, “Belvetfarma”, “Belqospişçeprom”, “Belinterexpo”, “Bresteysky pekar”, “Bremor”, “Brestmeat”, “Brestmiasomolprom”, “Slodych”, “Spartak”, “Algon”, “Grodno azot” və digər şirkətlər öz məhsullarını təqdim edir.

Sərgidə yer alan şirkətlərdən biri də Azərbaycanda fəaliyyət göstərən “MAN-AGRO” MMC-dir. Şirkət kənd təsərrüfatı sahəsində bir neçə istiqamətdə yerli və xarici bazarlara çıxmağı bacarıb. Ümumilikdə 360 hektara yaxın müxtəlif çeşidli tumlu və çəyirdəkli meyvə bağlarına sahib olan şirkət həmin meyvələrin saxlanmasını və satışını, eləcə də meyvə tinglərinin yetişdirilməsini, inkişafinı və yeni sortların alınmasını, ağaclar üçün gübrə və digər dərmanların satışını həyata keçirir. Fəaliyyəti ölkəmizin bütün ərazisini əhatə edən şirkətin ümumilikdə 10 min ton tutuma malik soyuducu anbarları var. Şirkətin ixrac istiqamətləri Rusiya, Belarus, BƏƏ, Qətər və Maldiv adalarıdır.

“Absheron Olive Garden” MMC 700 hektarlıq zeytun bağları ilə yanaşı, həm də ölkəmizdə, eləcə də bütövlükdə regionda ən böyük və müasir zeytun yağı emalı və süfrəlik zeytun məhsulları istehsalı zavodlarından ibarətdir. İllik 35 min ton xam zeytun qəbul etmək gücündə olan zavodda soyuq sıxım üsulu ilə “Extra Virgin” zeytun yağları istehsal edilir. Süfrəlik zeytun istehsalı zavodunda isə yaşıl, qara, çəyirdəkli, çəyirdəksiz, dilimlənmiş, içlikli və s. növ süfrəlik zeytun məhsullarının istehsalı üçün şərait mövcuddur. İstehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, Rusiya, İsrail, Kanada, Türkiyə və İspaniyaya ixrac edilir.

Dövlət başçılarına Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin stendləri haqqında da ətraflı məlumat verildi. Bildirildi ki, ölkəmizdə həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının inkişafını gücləndirir. Bu məqsədlə dövlət tərəfindən əhəmiyyətli dəstək tədbirləri həyata keçirilir. Bu il ölkəmizin COP29-a ev sahibliyi etməsi, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə əlaqədar sərgilərdə ətraf mühitin qorunması, yaşıl enerji, resurslardan səmərəli istifadə və orqanik istehsal prinsiplərinə əsaslanan müasir kənd təsərrüfatı istehsal vasitələrinin nümayişinə daha çox yer ayrılıb. Kənd Təsərrüfatı Nazirliyi iqlim dəyişikliyinin təsirlərini minimuma endirmək və iqlim risklərinin qiymətləndirilməsi istiqamətində fəal təşəbbüslər irəli sürür.

2014-cü ildə fəaliyyətə başlayan “Agro Dairy” MMC Azərbaycanda kənd təsərrüfatı sahəsində qabaqcıl şirkətlərdəndir. Şirkətin məqsədi müasir texnologiyaların, innovativ həllərin tətbiqi ilə Azərbaycanın kənd təsərrüfatı sektorunda köklü dəyişikliklər etməkdir. Şirkət əsasən buğda, arpa və qarğıdalı kimi dənli bitkilərin becərilməsini, həmçinin yonca və şəkər çuğundurunun yetişdirilməsini həyata keçirir.

Sonra Azərbaycan və Belarus prezidentləri Bakı Ekspo Mərkəzinin açıq sahəsindəki stendlərlə tanış oldular.

Məlumat verildi ki, “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi müxtəlif modifikasiyalı Belarus traktorları, MAZ və KamAZ markalı yük avtomobilləri, müxtəlif təyinatlı qoşqular, ekskavatorlar, xüsusi traktorlar, digər texnika və avadanlıqlar istehsal edir.

Belarus milli stendinin açıq sahədəki pavilyonunda iki şirkət - “Gomselmash” və Minsk avtomobil zavodu (MAZ) təmsil olunur. MAZ Şərqi Avropada sərnişin, xüsusi, kommunal və qoşqu avtomobillərinin istehsalı üzrə aparıcı müəssisədir. Ən böyük kənd təsərrüfatı texnikası istehsalçılarından olan “Gomselmash”ın kombaynları bir sıra ölkələrə ixrac olunur.

Azərbaycanın sərgidə təmsil olunan “Agrosystems” şirkəti aqrobiznes nümayəndələri üçün innovativ həll yolları təqdim edir. Ölkəmizdə istehsal edilən “AGROMAX 10 000 TUN” hidrosoyutma aparatı keyfiyyəti, yüksək soyutma gücü, münasib qiyməti və aşağı enerji sərfiyyatına görə dünya bazarında digər nümunələrdən fərqlənir. Soyutma gücü saatda 10 ton təşkil edən bu texnologiya sayəsində məhsulların ömrü üç dəfə artır. Meyvə və tərəvəzlərin yığılması üçün nəzərdə tutulmuş hidravlik “AGROLAF-4000” platforması 3,5 metr hündürlüyə qədər qalxır. Bu platforma 8 nəfərin iş prosesində səmərəliliyini və rahatlığını təmin etməyə imkan verir. Zədələnmədən fındıq məhsulunu toplamaq üçün yaradılmış innovativ qurğu isə fındıq yığımı prosesini daha səmərəli və sürətlə həyata keçirmək imkanı yaradır.

Qeyd edək ki, mayın 17-dək davam edəcək sərgilərin təqdimat zonasında Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Aqrar İnnovasiyalar Forumu təşkil olunacaq. Həmçinin bu il ilk dəfə olaraq, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “GreenAgroHack” hakaton yarışması da keçiriləcək.

16.05.2024, 15:58

Mayın 16-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Bakı Ekspo Mərkəzində XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
"Maqnit fırtınaları zamanı hər hansı bir dərmandan istifadə etməyi və tütün çəkməyi dayandırmaq lazımdır".

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Terapevt Andrey Kondrakhin Yerin geomaqnit sahəsinin pozulması zamanı edilən səhvləri sadalayıb.

Kondrakhin maqnit qasırğaları zamanı edilən ən çox yayılmış səhvlərdən birini qəhvə, çay, güclü spirtli içkilər və digər stimullaşdırıcı məhsulların istehlakı adlandırıb.

Onlar bu dövrdə bədənin artıq məruz qaldığı stressi artırır. Bunun əvəzinə, maqnit fırtınaları zamanı riskləri minimuma endirmək üçün mümkün olan ən sağlam həyat tərzi keçirmək lazımdır. Oyanmaq üçün aktiv şəkildə qəhvə və ya çay içmək lazım deyil, çünki biz özümüzü stimullaşdırırıq, bu da bədəndə əlavə stressə səbəb olur", deyə o bildirib.
 
 
 
Ardını oxu...
“Pilot-16” MMC tikinti işləri aparmaq üçün sakinlərlə heç bir danışığa getmədən onları yaşadıqları evlərdən çıxarmağa çalışır”.

Bu barədə Oxu.Az-a Nəsimi rayonu, Novruzov Qardaşları küçəsinin sakini Samir Şahbazov şikayət ünvanlayıb.

O iddia edir ki, şirkətin rəhbəri Aslan Quliyev sakinlərlə müzakirələr aparmadan onları qeyri-adekvat şərtlər altında yaşadıqları evdən çıxarmaq məqsədi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edib:

“Sözügedən məhkəmədə keçirilən ilk iclas zamanı bəlli olub ki, şirkət məhkəməyə verdiyi şəxslərin hansı ünvanda və hansı şəraitdə yaşadığı barədə ümumiyyətlə məlumatsızdır və məhkəməyə qədər prosesdə onlarla hər hansı müzakirələr aparılmayıb”.

“İclasda hakim Ceyhun Tağıyev şirkət təmsilçilərinə növbəti prosesə qədər vətəndaşlarla görüşərək sökülməsi tələb olunan evlərə yerində baxış keçirməklə bağlı tövsiyə verib. Bir ay keçməsinə baxmayaraq, şirkət təmsilçiləri heç bir addım atmırlar”, - deyə şikayətçi qeyd edib.

Məsələ ilə bağlı “Pilot-16” MMC-yə sorğu ünvanladıq.
Şirkətin hüquqşünası Nicat Əliyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, müvafiq qanunvericiliyə əsasən, Nəsimi rayonu Novruzov Qardaşları, C.Məmmədquluzadə, S.Rəhman, M.Əlizadə və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi yararsız olan ərazilərin, şəhərin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülməsi, yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,2258 hektar torpaq sahəsinin icarə əsasında “Pilot 16” MMC-nin istifadəsinə verilməsi qərara alınıb.

“Bu günədək 300 ailədən 230-u ilə əvəzləşmə müqaviləsi bağlanıb və ya alqı-satqı olunub, 2021-ci ildən hal-hazıradək cəmi 42 iddia ərizəsi verilib ki, onlardan da onu hazırda icraatdadır, 24-ü üzrə isə barışıq əldə olunub.

Vətəndaş Samir Şahbazovun şikayətinə və məhkəməyə verilməsinə gəlincə isə qeyd etmək istəyirik ki, dəfələrlə şirkət rəhbərliyi ilə onlar arasında danışıqlar olmasına baxmayaraq, həmin sakin şirkətdən bazar dəyərindən dəfələrlə yüksək məbləğ tələb edib. Məhz bu səbəbdən məcbur olub, məhkəməyə müraciət etmişik”, - deyə hüquqşünas bildirib.

N.Əliyev onu da diqqətə çatdırıb ki, həm Şahbazovlara, həm də onlarla bir həyətdə yaşayan dayısı Həmdulla Şahvələdova 30 faiz hesablamaqla, hər ikisinə tikiləcək yeni binadan 130 kvadratmetr sahəsi olan təmirli mənzil, 500 manat kirayə pulu və 29 400 manatı da kompensasiya şəklində verməyə hazırdırlar.
 

Dünyapress TV

Xəbər lenti