Ardını oxu...
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen Çinin Ukrayna böhranının davam etməsinə töhfə verdiyini bəyan edib.

ABŞ dövlət katibi Entoni Blinkenin Avropaya gözlənilən səfərinə həsr olunmuş jurnalistlər üçün xüsusi onlayn brifinqdə çıxış edən O'Brayen deyib ki, “biz Çinin Ukraynadakı münaqişənin iştirakçısı olduğunu vurğulayırıq”. Onun sözlərinə görə, Çin Ukraynadakı hərbi əməliyyatlarında Rusiyaya dəstək verir.

"Çinə mesajımız budur ki, buna son qoyulmalıdır" - deyən Dövlət Departamentinin rəsmisiin fikrincə, Pekin ABŞ-nin mövqeyini ciddi qəbul edir və bunu Vaşinqtonun Avropalı müttəfiqləri və tərəfdaşları da çatdırır.

“Biz etiraf edirik ki, Çin bu (Ukrayna -red.) münaqişəsinin davam etdirilməsinə töhfə verir və Rusiyaya Avropanın özü üçün təhlükə yaratmağa kömək edir”, - Dövlət Departamentinin sözçüsü deyib. Onun sözlərinə görə, Vaşinqton Çinə qarşı əlavə məhdudlaşdırıcı tədbirlərlə bağlı Avropadakı həmkarları ilə məsləhətləşmələri davam etdirir.

Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinken mayın 29-30-da Kişinyov və Praqaya səfər edəcək, Çexiyanın paytaxtında isə NATO nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək. Bundan əlavə, Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir ki, mayın 28-29-da ABŞ dövlət katibinin birinci müavini Kurt Kempbell Brüsselə səfər edəcək, burada NATO, Aİ və Belçika hökumətinin nümayəndələri ilə görüşlər keçirəcək.
 
Ardını oxu...
Avropa İttifaqı (Aİ) xarici agentlər haqqında qanuna görə Gürcüstana qarşı sanksiyalar tətbiq etmək niyyətində deyil, lakin bunun ölkənin Aİ-yə üzvlüyünə zidd olduğunu Tbilisiyə çatdırmağa çalışır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.

"Biz cəza tədbirlərindən danışmırıq. Amerikalılar kimi sanksiyalar tətbiq etmək demirik. Onlar fərqli mövqedədirlər. Düşünməyin ki, biz Gürcüstanı bir qanuna görə cəzalandırırıq. Onlar Aİ-yə daxil olmaq istədiklərini deyirlər və eyni zamanda bunu edirlər. Yəni xarici agentlər haqqında qanun qəbul edirlər. Onlar hər ikisini edə biləcəklərini düşünürlər", - diplomat qeyd edib.

Onun sözlərinə görə, Gürcüstandakı vəziyyət mayın 27-də Aİ Şurasının gündəliyində olacaq: "Biz gözləyirik ki, bazar ertəsi Gürcüstanla nə edəcəyimizlə bağlı nazirlərin müxtəlif fikirlərini dinləyəcəyik. Çünki biz artıq açıq şəkildə demişik ki, bu qanun Aİ üzvlüyünə və Aİ-nin əsas dəyərlərinə ziddir".
 
Ardını oxu...
“Avropa təhlükəsizlik məsələlərində Ermənistana kömək etməyəcək”.

Slovakiyanın keçmiş baş naziri, vəkil Yan Çarnoqurski belə deyib.

“Avropa Qafqazdan uzaqdır. Ona görə də, Avropanın Ermənistana təhlükəsizlik baxımından kömək etmək potensialı yoxdur. Kommersiya məsələlərində yardım edə bilər, lakin təhlükəsizlik baxımından kömək edə bilməz və etməyəcək”, – siyasətçi bildirib.

Onun fikrincə, Qərb Rusiyanı və onun tarixi müttəfiqlərini ayırmaq üçün əlindən gələni edir.

“Avropa təhlükəsizlik məsələlərində praktiki olaraq ABŞ-ın müstəmləkəsidir və buna görə də Avropa bütün potensial müttəfiqlərini Rusiyadan ayırmaq istəyir. Ermənistanla Rusiya arasında tarixi əlaqələr çox dərin olduğundan, ABŞ və Avropa bu əlaqələri mümkün qədər pisləşdirmək istəyir”, – deyə Yan Çarnoqurski fikrini yekunlaşdırıb.
 
Ardını oxu...
"Dünyada kifayət qədər donmuş və hələ də həllini tapmayan münaqişələr mövcuddur. Onların bir çoxunun uzun müddətli yaşı var. Çox dövlətlərin dünyada gücü, ərazisi, əhalisi və s. Azərbaycandan qat-qat böyükdür. Lakin Azərbaycan nadir ölkələrdən biri oldu ki, öz ali baş komandanının, ölkə prezidentinin müdrik, ağıllı siyasəti, qətiyyətli ordusunun qəhrəmanlığı və xalqının birliyi, yumruq halında birləşməsi hesabına həmin 30 ilə yaxın dondurulmasına cəhd edilən münaqişəni özü həll etdi. Bu problemi həll etməklə həm İlahi ədaləti, həm beynəlxalq hüququn norma prinsiplərini, həm də özünün milli maraqlarından irəli gələn məsələləri həll etməklə bu nümunəni ortaya qoydu".
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. Deputat bildirib ki, bu gün üzərimizə gələn ölkələr, dünyanın super gücləri ABŞ və Fransadır, Fankafoniya ölkələri və bir çox böyük təşkilatlar, bir çox qüvvələr, lobbi təşkilatları və s.-dir. Deputatın fikrincə, Azərbaycanın onların qarşısında müqavimət göstərməsi, daha qətiyyətli olması və bütün bu təzyiqlərin qarşısında daha adekvat, daha güclü şəkildə dayanması üçün gördüyü tədbirlər, atılan addımlar onları əslinə qalsa, ən çətin vəziyyətə salıb.

“Bu dövlətlərin başında Fransa durur. Fransanın özünün kifayət qədər daxilində problemləri var. Makron hakimiyyətə gəldiyi illərdən bu günə kimi hələ də ölkədə iğtişaşlar, iqtisadi geriləmələr davam edir. Hələ də Fransa özündən 10 min kilometrlərlə uzaqda kaloniyalar saxlayır, neokolonist siyasəti ilə müasir dünyanın qəbul etmədiyi rejim saxlamaqla, onu müdafiə etməklə bir növ beynəlxalq hüququn ədalətin yanında olmadığını göstərir”-deyən deputat bildirib ki, Yeni Kaledoniyada baş verən hadisələr təbii olaraq, Fransanın siyasətinin və bu siyasətin doğurduğu nəticələrə bir cavabdır.

Azərbaycan prezidenti “Qoşulmama” hərəkatının böyük dünyanın qlobal bir təşkilatının sədri kimi, bu təşkilata üzv olan dövlətlərin hüquqlarının qorunması üçün, dünyada ədalət nizamının, haqq tərəzisinin, ədalət tərəzisinin qorunması, bərqərar olması üçün təbii olaraq, bir qlobal lider kimi tədbirlər görür. Azərbaycan prezidenti Fransa prezidenti Makrona keçmişdə baş verən soyqırım hadisələrinə görə, Fransanın yeritdiyi qeyri-rasional siyasətə görə üzr istəməli olduğunu bildirmişdi. Bunların qarşılığına hər hansısa bir faktın qoyulması mümkün deyil.

Vüqar İskəndərovun fikrincə, Fransa bu səbəbdən daha da qəzəblidir.

“Prezidentin dilindən cürbəcür Azərbaycana qarşı hədyanlar eşitmişik. Digər məsələ, bu yaxın günlərdə Fransa daxili işlər nazirinin və absurd dolu, heç bir həqiqətə uyğun olmayan fikirlərlə orada baş verən hadisələrin mənbəyinin Azərbaycan olduğunu söyləməsi bir daha bu ölkənin iç üzünü açıb göstərmiş olur.

Təbii olaraq, bu bir azadlıq mücadiləsidir. 3000 ilə yaxın orda yaşayan aborigen xalqın hüquqların çoxu ciddi şəkildə pozulmasıdır.

Bu bu günki müasir dünyanın gözü qarşısında baş verir. Çox təəssüf ki, ədalətdən, insan haqqlarından, demokratiyadan, hüquqlardan dəm vuran bir çox böyük dövlətlər, BMT başda olmaqla bir çox böyük transmilli təşkilatlar, şirkətlər, korporasiyalar ki, lazım oldu, olmadı bəyanat verməyi xoşlayırlar, indi bu hadisə qarşısında susurlar və hələ də bu hadisələr və insanların ölümü ilə başlayan iğtişaşlar davam edir”-deyə deputat bildirib.

Deputat qeyd edir ki, Yeni Kaledoniyada insanlar daha 10 min km uzaqda olan ölkənin boyunduruğu altında yaşamaq istəmirlər.

Təbii haqqlarnı tələb edirlər. Bunun bədəlini Fransa ödəməlidir: "Fransa açıq-aydın Azərbaycan ərazisində separat qurumu dəstəkləməyə cəhd edir, açıq-aydın işğalçının tərəfinə durduğunu göstərir və bu gün də həmin siyasətini davam etdirir".

“Fransa dünyanın çox böyük və tarixi olan bir ölkəsidir. Bu gün Makron komandasının bu siyasəti heç də Fransaya baş ucalığı gətirmir. Kaledoniyada baş verən bu hadisələr və Makronun ora səfər etməsi ciddi heç bir şeyi dəyişə bilməyəcək. Makron çalışır ki, onun prezidentliyi dövründə belə bir hadisə baş verməsin ki, o, hər hansı təhdidlərlə üzləşməsin. Çünki gələcəklə bağlı yenə planları var. Amma gec-tez ədalət öz yerini tapacaq. Burada baş verən hadisələri Azərbaycan xarici işlər nazirliyi də bəyanatında qeyd edib, bildirilib ki, “bizim üzərimizdə olmasını rədd edirik. Bu hadisənin Azərbaycanla heç bir əlaqəsi yoxdur”. Azərbaycan dünyada düzgün nizam-intizamın qurulmasının və ədalətli siyasətin həyata keçirilməsinin tərəfdarıdır. Belə olduğu halda harada ədalət varsa, harada hər hansı bir böyük dövlətlər tərəfindən kiçik dövlətlərin, adaların hüquq və haqları pozulursa təbii olaraq Azərbaycan ədalətin tərəfində olub və olacaq”-deyə deputat fikrini yekunlaşdırıb.
 
 


 
Ardını oxu...
Təyyarə qəzasında ölən, Rusiyanın "Vaqner" özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə çox bənzəyən bir şəxs Afrikada görüntülənib.

Videogörüntüləri "Vaqner" şirkətinin özü yayımlayıb.

Kadrlarda Priqojinə oxşayan kişinin üzü proqram vasitəsilə örtülüb. /oxu.az/

Ardını oxu...
Ardını oxu...
Mənbə: "İnsayder" "Telegram"
 
Ardını oxu...
Ekspertlərin əksəriyyəti Hofrayterin açıqlamaları və kansleri tənqid etməsi ilə razılaşmırlar.
Almaniya kansleri Olaf Şolts Ukraynanı ərazilərindən imtina etməyə məcbur edir.
Bunu Bundestaqın Avropa məsələləri üzrə komitəsinin sədri, Yaşıllar Partiyasından olan Anton Hofrayter bildirib.
Qeyd edək ki, Almaniyanın hakim koalisiyasında Ukraynaya dəstəyin kəsilməsi ilə bağlı fikir ayrılıqları var.
Bu barədə "Focus online" Youtube kanalı məlumat yayıb.
Kanalın məlumatına görə, ekspertlərin əksəriyyəti Hofrayterin açıqlamaları və kansleri tənqid etməsi ilə razılaşmırlar. Onlar Bundestaqın Avropa Məsələləri Komitəsinin rəhbərinə təklif edirlər ki, Şolts Berlinin hazırkı siyasi kursundan razı qalmadığı təqdirdə ona etimadsızlıq səsverməsinə başlasın.
Belə ki, İnsbruk Universitetindən Rusiya üzrə ekspert Gerhard Manqott, Hofrayterin kanala verdiyi açıqlamanı şərh edərkən qeyd edib ki, o, "Şoltsu təkcə qətiyyətsizlikdə ittiham etmir, kanslerin həm də Rusiya Prezidenti Vladimir Putinin müttəfiqinə çevirən saxta strategiyadan istifadə etdiyini ehtimal edir."
Daha əvvəl kansler Olaf Şolts bildirmişdi ki, yalnız ölkədə iş tapan ukraynalıların Almaniyada qalmaq imkanı olacaq.
 
 


 
Ardını oxu...
Rusiya tarixində ən böyük rüşvət işi məhkəməyə göndərilib.

TEREF yerli mediaya istinadla bildirir ki, Moskvanın Tverskoy rayonu üzrə İstintaq Komitəsinin istintaq idarəsinin keçmiş rəisi, 35 yaşlı ədliyyə mayoru Marat Tambiyev 1 milyon yarım dollardan çox və 2718 bitkoin, yəni 7.3 milyard rubl (təxminən 137 milyon 240 min manat) rüşvət almaqda ittiham olunur. Bundan əlavə, müstəntiqlərin fikrincə, o, daha 1,3 milyon dollarla varlanmağa cəhd edib. O, həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

İstintaq Komitəsinin məlumatına görə, ədliyyə mayorunun şəriki keçmiş müstəntiq, baş leytenant, 27 yaşlı Kristina Lyaxovenko olub. O, rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə və cinayət işi üzrə sübutları saxtalaşdırmaqda təqsirli bilinir.

Tambiyev və Lyaxovenkonun işinə Moskva yaxınlığındakı Balaşixa məhkəməsi baxacaq. Əvvəlcə məhkəmənin Moskvada keçiriləcəyi güman edilirdi, lakin Ali Məhkəmə Baş Prokurorluğun tələbi ilə ərazi yurisdiksiyasını dəyişdirərək, Tambiyevin işlədiyi müddətdə paytaxtın məhkəmə sistemində əlaqələr əldə etməsi ilə bağlı arqumentlərlə razılaşıb.

İş materiallarına görə, müstəntiq 2022-ci ilin aprelində “Infraud Organization” haker qrupunun üzvlərindən hakerlərin aktivlərini ələ keçirməyəcəyinə dair vəd qarşılığında rüşvət alıb. Tambievin kompüterində “Pensiya” adlı qovluqda bitkoinlər tapılıb.
Ardını oxu...
 
Ardını oxu...
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda Azərbaycanla müharibədə uduzduğuna görə bütün məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır.
Bunu "Qazeta.ru"ya müsahibəsində Dövlət Dumasının deputatı, ermənipərəstliyi ilə seçilən Konstantin Zatulin deyib.
O, Paşinyanın 2020-ci ildə Bakıya yardım göstərdiyinə görə KTMT-yə üzv iki ölkəyə qarşı ittihamlarını belə şərh edib:
“Mənim mövqeyim çoxdan bəllidir. Paşinyan yalançı və əclafdır, erməni xalqının qəzəbini Rusiyaya yönəltməyə çalışır, sələflərinin və bütün erməni xalqının uzun illər mübarizə apardığı hər şeyi uğursuzluğa düçar etmiş və itirmişdir”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a açıqlamasında bildirib ki, Zatulin Rusiyanın Ermənistan daxilində vəziyyətin gərginləşməsini tam olaraq həyata keçirə bilmədiyi fikrini etiraf edir:

“Eyni zamanda, qeyd edir ki, Paşinyan faktiki olaraq kənar güclərin imkanlarını məhdudlaşdırmağı bacardı. İndi Rusiya son çıxış yolu kimi ermənipərəst olan deputatı qabağa verməklə erməni cəmiyyətini tərpənməyə sövq edir. Yəni əslində Rusiyanın dəstək verdiyi Qarabağ klanının nümayəndələrinin səhvlərini Paşinyanın üzərinə atmaq istəyirlər. Həm də açıq mesaj verir ki, Ermənistan Paşinyana qədər Qarabağ uğrunda mübarizə aparıb. Yəni Paşinyan hakimiyyətə gəlməklə Qarabağda uduzdu və digər əraziləri də Azərbaycana qaytardı. Amma görünən ondan ibarətdir ki, Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərindən geri çəkilməsi, uzun illər xəstə erməni miflərinin yaranmasından xəbər verir. İndi də reallığı Paşinyan başa salanda keçmiş Ermənistan hakimiyyətlnin nümayəndələrinə sərf etmir. Ona görə də kənardan bu cür açıqlamalar səsləndirməklə məsələni daha qabarıq və ağır bir formaya gətirməyə çalışırlar. Bu qədər açıq bir şəkildə Paşinyanı sıradan çıxarmaq istəyirlər. Amma inanmıram ki, Paşinyan belə çıxışlara görə hakimiyyətdən getsin”.
 
Ardını oxu...
Ermənistan İstintaq Komitəsi müğənni Spitaktsinin oğlu Hayko Hraçya Qevondyanı hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edib.

Məlumata görə, Ermənistan İstintaq Komitəsinin Dövlət əleyhinə, Konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizlik üzrə cinayətlərin araşdırılması üzrə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqın məlumatına görə, müxalif siyasi blokun nümayəndələrindən birinə yaxın olan Qevondyan ölkə liderinin daxili və xarici siyasəti ilə razılaşmayaraq, hələlik şəxsiyyəti məlum olmayan bir qrup şəxslə birlikdə hökumət, parlament və polisin binalarını ələ keçirməyi planlaşdırıb.

Onlar mayın 26-da keçiriləcək mitinqdə bu işlərin həyata keçirilməsi variantını nəzərdə tutublar.

Lakin ondan asılı olmayan şəraitə görə Gevondyan planını həyata keçirə bilməyib, çünki onun planı Daxili İşlər Nazirliyi tərəfindən aşkar edilib.

Qeyd edək ki, İstintaq Komitəsinin yaydığı demək olar ki, bütün video kadrlarda Gevondyanın deputat Levon Koçaryanın (Ermənistanın ikinci prezidentinin oğlu) yanında dayandığı aydın görünür.

Mənbə: Sputnik Ermənistan
 
Ardını oxu...
Naməlum şəxs Almaniyanın Bonn şəhərindəki Rusiya konsulluğunun qapılarını sındırmağa cəhd edib.

O, avtomobillə Rusiya diplomatik missiyasının darvazasına sarı şütüsə də, polis tərəfindən saxlanılıb.

Hücumçunun kim olduğu açıqlanmır.

Rusiya konsulluğunun və federal polisin nümayəndələri hələ ki, hücum faktını şərh etməyiblər.
Ardını oxu...
Mənbə: gazeta.ru
 

Dünyapress TV

Xəbər lenti