“Fransada Azərbaycana ünvanlanan tənqidlər böhtan xarakteri daşıyır”.
“Report”un yerli bürosu bildirir ki, bunu Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının (ADA) prezidenti Jerom Lamber assosiasiyanın illik iclasında bildirib.
İclasda ADA-nın baş katibi Mirvari Fətəliyeva assosiasiyanın başa çatmaqda olan 2023-cü il ərzində təşkil etdiyi tədbirlər üzrə yekun hesabatını assosiasiya üzvlərinə təqdim edib.
Sonra növbəti il üçün nəzərdə tutulan tədbirlər planı təqdim olunub və bu mövzuda təkliflər dinlənilib.
Gündəmə 2023-cü ildə yer alan bir sıra tədbirlərlə yanaşı, Fransa mətbuatında Azərbaycan əleyhinə səsləndirilən böhtanlar, erməni lobbisinin fəaliyyətinin mənfi təsirləri də yer alıb. Assosiasiya üzvləri belə halların ölkələrində baş verməsindən təəssüfləndiklərini bildirib, bunun gələcəkdə baş verməməsi üçün tədbirlərin görülməsi ətrafında fikir mübadiləsi aparıblar. ADA-nın prezidenti Jerom Lamber Azərbaycanın ünvanına səsləndirilən böhtanların fransalıların fikirləri deyil, bəzi lobbiçilərin mənfur əməllərinin nəticələri olduğunu qeyd edib.
“Biz fransalılar demokratik cəmiyyətdə yaşayırıq və beləliklə konstruktiv tənqidlərə hazırıq. Lakin Azərbaycana ünvanlanan tənqidlər konstruktiv deyil, böhtan xarakteri daşıyır və Azərbaycan buna layiq deyil. Azərbaycanın dostları xalqımızın səsinin Fransada eşidilməsi üçün daha çox səfərbər olacaqlar. Biz belə halların baş verməməsi üçün daha artıq səfərbər olmalıyıq”, - o deyib.
Təşkilatın üzvləri fransalı jurnalistlərin fəaliyyətindən də narazılıqlarını bildiriblər. ADA üzvləri bu məsələdə də ciddi iş aparılmasının, daha səmərəli fəaliyyət üçün tədbirlər planının hazırlanmasının vacibliyinə toxunublar.
Bu tarixə kimi növbədənkənar Prezident seçkilərinə görə xaricdə seçki məntəqləri yaradılacaq 2024-cü il yanvarın 8-dək səsvermə günü xarici dövlətlərdə olan və konsul qeydiyyatına durmuş seçicilərin səs verməsi üçün seçki məntəqələrinin yaradılmasına başlanılacaq.
Bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb.
Rusiya təbii ki, bütün Amerika rəsmilərinin dünyanın istənilən ölkəsinə səfər etməsinə birmənalı yanaşmır. ABŞ Rusiyaya düşmən ölkə olduğu üçün sistemli, hibrid müharibə aparır və hibrid müharibə aparan nəhəng koalisiyaya rəhbərlik edir. Bu koalisiyanı faktiki olaraq ABŞ yaradıb. Ölkələri Moskvaya qarşı hibrid müharibədə iştirak etməyə məcbur edir.
Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov Ceyms Obrayenin Bakıya səfərini, Moskvanın bu səfərə münasibətini şərh edərkən deyib.
O bildirib ki, hər nə qədər Rusiya bu səfərlərin siyasi təsir formalarına mənfi yanaşsa da, nə ABŞ-ın bu səfərlərinə, nə də digər ölkələrin Vaşinqtonla münasibətlərini inkişaf etdirməsinə qadağa qoya bilər:
“Biz bu səfərlərə həvəslə yanaşmırıq, ABŞ-dan şübhələnirik və amerikalıların hansı intriqalara, düşmənçilik hərəkətlərinə başladığını təxmin etməyə çalışırıq. Amma bu mənada Azərbaycana qarşı heç bir iddia ola bilməz. Çünki Azərbaycan da bir çox ölkələr kimi, ABŞ-la münasibət qurmağa məcburdur”.
Səfərin məqsədindən söz açan Markov vurğulayıb ki, Obrayenin Bakıya gəlişində Azərbaycan və Ermənistan arasındakı problemlərin nizama salınması istəyi dayana bilər:
“Obrayenin səfərinin mənası tam həllini tapmayan Azərbaycan-Ermənistan münaqişəsinin düzəlməsinə yardım göstərmək istəyidir. İki ölkə arasında həllini tapmayan bir çox problem mövcuddur: Sərhədlərin demarkasiyası və delimitasiyası, anklavların qaytarılması, nəqliyyat dəhlizi və sülh müqaviləsi. Prezident İlham Əliyev bu haqda daim danışır. ABŞ isə qlobal liderliyə can atan bir ölkə kimi bu münaqişənin həllində iştirak etmək istəyir. Obrayenin səfərinin konkret məqsədi də var. ABŞ-la Azərbaycan arasında münasibətləri balanslaşdırmaq, onların böhran zonasına girməsinə imkan verməmək. İndi bu münasibətlər böhran içindədir. Günah isə tamamilə Azərbaycan əleyhinə bir sıra bəyanatlar verən ABŞ-ın üzərinə düşür. Üstəlik, bu bəyanatların bəziləri Qarabağ ermənilərinin “etnik təmizləməsi” ilə bağlı açıq-aşkar yalan və saxtakarlıqlardan ibarətdir”.
O, Obrayenin səfər çərçivəsində ABŞ-ın Azərbaycan əleyhinə olan bəyanatlarının mahiyyətini yumşaltmağa çalışdığını bildirib:
“O, Azərbaycan rəhbərliyini əmin edib ki, Bakı bu antiazərbaycan bəyanatlarına xüsusi əhəmiyyət verməsin. Çünki onlar müvəqqəti xarakter daşıyır və ermənilərin aldadılmasına yönəldilib. ABŞ-la Azərbaycan arasında münasibətlərin korlanması erməni məsələsi ilə bağlıdır. Sadə dillə desək, ABŞ məqamdan istifadə edib, Ermənistanı Rusiyadan qoparmaq istəyir. Buna görə də çoxsaylı ermənipərəst bəyanatlar verir. Niyyətinə çatan kimi hər şey unudulacaq. Amma Ermənistanın xarici siyasətinin əsas məqsədi Azərbaycana qarşı yönəldiyi üçün ABŞ-ın ermənipərəst bəyanatlarının antiazərbaycan xarakteri alması qaçılmazdır. Aydındır ki, bu bəyanatların məqsədi Azərbaycanın yox, Ermənistanın siyasətinə təsir etməkdir. Ona görə də Obrayen sakit səslə Bakının bu bəyanatları ürəkdən qəbul etməməli olduğunu deyib. Obrayenə qismən etibar etmək olar”.
S.Markov Vaşinqtonun Cənubi Qafqaza dair digər planlarından söz açaraq, bunun bir o qədər müsbət nəticələnməyəcəyini diqqətə çatdırıb:
“Başqa məqsədlər də var: Cənubi Qafqaza gəlmək, burada aparıcı qüvvə kimi öz yerini tutmaq… Ardınca da hədəflərinə çatmaq üçün bu mövqedən istifadə edəcək. Bu məqsədlər Azərbaycan üçün o qədər də müsbət olmaya bilər.
ABŞ-ın haqqında danışmadığı məqsədlərindən biri də Azərbaycanın Rusiya ilə münasibətlərinə mümkün qədər xələl gətirməkdir. Vaşinqton hibrid müharibədə Moskvanı məğlubiyyətə uğratmaq, Rusiyanı təcrid etmək və total iqtisadi sanksiyalar tətbiq etmək məqsədlərini gizlətmir. Azərbaycanla danışıqlar prosesi çərçivəsində bunu təbliğ etməyə çalışırlar.
Ümumiyyətlə, bir tərəfdən ABŞ-la Azərbaycan arasında münasibətlərin korlanması mediada əksini tapdığı qədər qorxunc və ciddi deyil, digər tərəfdən, dünya səhnəsindəki rolundan sui-istifadə edən, hər yerdə təxribat törədən ABŞ Azərbaycanın milli maraqlarına təhdid yaradır. Bu isə göründüyündən daha əhəmiyyətli təhdiddir. ABŞ-dakı erməni diasporu çox güclüdür, onun Azərbaycana, türkçülüyə qarşı qəzəb və aqressivliyinin dərəcəsini heç bir halda aşağı qiymətləndirmək olmaz”.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borel Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş razılığı alqışlayıb, bunu “mühüm siyasi addım” adlandırıb.
“Report” xəbər verir ki, bu barədə İttifaqın baş diplomatı sosial şəbəkədə yazıb.
“Aİ Ermənistan və Azərbaycanın saxlanılanların qarşılıqlı azadlığa buraxılması və digər etimad tədbirlərinin elan edilməsi ilə bağlı birgə açıqlamasını alqışlayır – bu, mühüm siyasi addımdır. Regionda sülh üçün tarixi şansın olması barədə həmfikirik və bu səyləri dəstəkləməkdə qərarlıyıq”, – o qeyd edib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində humanizm prinsipinə sadiqlik ruhunda, xoş niyyət göstəricisi olaraq iki ölkə arasında qarşılıqlı etimad tədbiri kimi Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən isə 2 Azərbaycan hərbçisinin azad edilməsi barədə razılıq əldə edilib.
Rusiya prezidenti Vladimir Putin əmindir ki, bundan sonra heç kim Rusiyanı “yanacaqdoldurma məntəqəsi” adlandıra bilməyəcək. “Rusiyanın iqtisadi artım strukturunda qeyri-resurs deyilən əsas sənayelər getdikcə daha böyük paya malikdir. Bunlar: emal sənayesi, nəqliyyat, logistika, tikinti, informasiya, rabitə, mənzil-kommunal təsərrüfatı. Məsələn, bu ilin ikinci rübündə iqtisadi artımın yarıdan çoxu, 54%-i onların payına düşüb. Digər 44%-i köməkçi sənayelərdir: ticarət, qida və digər peşəkar xidmətlər. Cəmi 2% dağ-mədən sənayesindən gəlib”, - Putin VTB-nin “Rusiya çağırır” forumunda çıxışı zamanı deyib. “Bu yaxınlarda deməyə çalışdıqları kimi indi kimsə deyə bilməz ki, Rusiya yanacaqdoldurma məntəqəsidir."
Uels şahzadəsi Keyt Middlton Bukinqem Sarayında Diplomatik Korpusun üzvləri üçün keçirilən qəbulda iştirak edib. Middlton mərhum Uels şahzadəsi və qaynanası Diananın tacı ilə həmin qəbula qatılıb. Bildirilib ki, Middlton 2011-ci ildə Şahzadə Uilyam ilə evləndikdən sonra 11-ci dəfədir ki, həmin tacı taxır. Qeyd edək ki, həmin tac Kraliça Məryəm üçün 1910-cu illərin ortalarında hazırlanıb. (Qafqazinfo)
Baku TV-də yayımlanan “Aydın tarix” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında 1988-ci ildə Ermənistanda baş vermiş Spitak zəlzələsi və Azərbaycanın həmin dövrdəki humanistliyindən bəhs olunub.
1988-ci ili son ayı, ilin əvvəlində artıq ermənilər tərəfindən Sumqayıt şəhərində təxribat xarakterli qırğınlar törədilmişdi, Xankəndidə isə separatçıların təşkilatlanması yekunlaşmış və onlar meydana axışaraq Qarabağa müstəqillik tələb edirdilər.
Bunları xatırlamağımızda məqsəd o zaman hələ ki mövcud olan Azərbaycan və Ermənistan SSR arasındakı münasibətlərin nə qədər qərgin olduğunu yada salmaqdır.
Kimisi 1988-ci ilin dekabrın 7-də Ermənistanın şimalında 7,2 bal gücündə zəlzələnin baş verməsini ilahi karma, kimisi isə böyük bir faciə günü kimi qəbul edir. Yeraltı təkanlar 30 saniyə ərzində Ermənistanın Spitak şəhərini məhv edib, Leninakan, Kirovakan Quqark və Stepanavan şəhərlərini dağıtdı.
Ümumilikdə 21 şəhərdə, eləcə də 58 tam olmaqla 350 kənddə dağıntılar baş vermişdi. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 25 min nəfər ölüb, 170 min adam əlil olub, 514 min nəfər evsiz qalıb. Zəlzələ Ermənistan ərazisinin 40 faizinə təsir etmişdi. Yeraltı təkanlar İrəvan və Tiflisdə də hiss olunmuşdu. Azərbaycanın tarixi ərazilərində erməni separatizminin baş qaldırmasına baxmayaraq, Bakı humanistliyindən imtina edə bilmir. Spitakdakı zəlzələdən dərhal sonra Ermənistana ilk yardım əlini uzadanlardan biri məhz Azərbaycan olur. Xilasedicilər, humanitar yardım və xüsusi texnika ilə dolu yük təyyarələri Ermənistana göndərilir.
İlk təyyarə dekabrın 9-da Leninakan yaxınlığındakı hava limanına eniş edir. Xilasadecilər qrupuna rəhbərlik edən 36 yaşlı Vaqif Əhmədov o günü belə xatırlayır:
“Dekabrın 9-u səhər saat 8:00-da bizim “İL-76” təyyarəsi Leninakan hava limanına eniş etdi. Təyyarənin göyərtəsində 69 xilasedici və doqquz ekipaj üzvü var idi. Bizi düz 11 saat hava limanında yeməksiz, susuz saxladılar. Hava çox soyuq idi. Mənə müvəqqəti olaraq xilasedici qrupuna rəhbərlik etmək tapşırıldı. Biz çadır şəhərciyi salmalı və mühafizə təşkil etməli idik, çünki bir neçə saat əzində ermənilər tərəfindən bizə qarşı hücumlar olmuşdu”.
Azərbaycan xilasediciləri Ermənistanda yerli əhalinin aqressiv münsibətləri ilə qarşılaşdı. Təhdidlər yalnız sözdə deyil, əməldə də yer aldı. Dekabrın 11-də Azərbaycandan Ermənistana daha bir qrup xilasedici “İL-76” təyyarəsi ilə yola düşür. Lakin zəlzələdən zərərçəkmiş еrmənilərə yаrdım göstərmək məqsədilə Аzərbаycаndаn göndərilmiş “İL-76” təyyаrəsi Еrmənistаnın Spitak rаyоnunun Quqark şəhərinin yаxınlığındа “Stingеr” rаkеti ilə vurulur.
Daha ətraflı Baku TV-nin “Aydın tarix” buraxılışında:
Rəsmi Ankara Türkiyə parlamentinin İsveçin NATO-ya müraciətini ratifikasiya etməsinə cavab olaraq Vaşinqtonun “F-16” qırıcı təyyarələrinin tədarükü ilə bağlı ABŞ-ın qarşılıqlı münasibətinə ümid edir.
“Report” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatına istinadən məlumat yayıb.
“Qoy ABŞ-dakı həmkarlarımız İsveçin NATO-ya üzvlüyünün Türkiyə Parlamentində nəzərdən keçirilməsi ilə eyni vaxtda Türkiyəyə F-16 tədarükü məsələsini Konqresdən uğurla keçirsinlər. Gəlin bu addımları eyni vaxtda edək”, - deyə Ərdoğan əlavə edib.
Qeyd edək ki, İsveç və Finlandiya ötən ilin mayında Şimali Atlantika Müqaviləsi Təşkilatına qoşulmaq üçün müraciət edib. Finlandiya bu il aprelin 4-də NATO-nun 31-ci üzvü olub. Lakin Türkiyənin təsdiq etməməsi səbəbindən İsveçin müraciəti hələ müsbət nəticələnməyib.