Çərşənbə axşamı ABŞ Rusiya aktivlərini müsadirə etmək və Ukraynanın bərpasına yönəltmək üçün Avropadakı və digər müttəfiqləri ilə əməkdaşlığa ümid etdiyini bildirib.
“Dövlət katibi açıq şəkildə bildirib ki, bu, həyata keçiriləcək”, deyə Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə Turan-ın ABŞ Konqresinin Rusiya aktivlərini müsadirə etməyə və onları Ukraynaya verməyə icazə verən qanun layihəsini təsdiq etmək çağırışı haqqında sualına cavabda bildirib.
“Rusiyanın dondurulmuş aktivlərinin əksəriyyəti Birləşmiş Ştatlarda saxlanılmır, onlar Avropadadır. Buna görə biz müttəfiqlərimizlə birlikdə hərəkət etməliyik”, deyə o, sözünə davam edib.
Bu həftənin əvvəllərində ABŞ Konqresinin xarici işlər komitəsinin rəhbərləri Blinkenə və maliyyə naziri Canet Yellenə qeyd edilən qanunun tezliklə və tam həyata keçirilməsi çağırışı ilə məktub göndəriblər.
“Biz bu addımı ataraq, ABŞ hökumətinin Putinin öz təcavüzü ilə Ukraynaya vurduğu ziyanı qarşılamaq üçün Rusiyanın pul vəsaitlərindən istifadə edərək, Amerikanın vergi ödəyicilərinin maraqlarını qoruduğuna zəmanət veririk”, deyə konqresmenlərin prezident Baydenə məktubunda bildirilir.