b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_7e3b20e95cf26a2c1674087ab6b7d300.jpg
  

Rusiyanın Krım yarımadasını işğal və ilhaq etməsinin 10-cu ili tamam olub, ancaq bu torpaqların hüquqən kimə məxsus olduğu barədə mübahisələr bitməyib.

Tarixi məxəzlərdə göstərilir ki, Krım lap qədimlərdə müxtəlif xalqların, Bizans imperiyasının idarəçiliyində olub. Eramızın 5-ci əsrində Krıma türklər (xəzərlər) sahib olub, xaqanlıq yaradıblar. 13-cü əsrdə bu yarımadanı monqollar işğal edib, Qızıl Orda xanlığı təsis etsələr də, türk xalqları yenə də Krımda söz sahibi olublar. 15-ci əsrdə yarımadada Krım xanlığı yaranıb, tatar-türk sülaləsi Gəraylar bu torpaqları 3,5 əsr boyunca idarə edib.

Yarımadada başqa xalqlar da yaşayıb: italyanlar, yunanlar, karaimlər, qıpçaqlar, bulqarlar və s. Hətta Vikipediyada bu barədə rusca məqalələr yazan ermənilər özlərini də Krımın əsas aborigen xalqlarından biri kimi göstərirlər. Krım xanlığı 1783-cü ilə qədər Osmanlı imperiyasının vassalı olub. 300 illik monqol-tatar əsarətindən qurtularaq dirçələn Rusiya həmin il yarımadanı Osmanlıdan qoparıblar. 1787-1791-ci illər arasında gedən rus-türk müharibəsindən sonra tərəflər arasında sülh müqaviləsi imzalanıb və Krım Rusiyaya qalıb.

Beləcə, 1441-ci ildən 1783-cü ilə qədər, 342 il boyunca Gəraylar sülaləsindən olan 67 hökmdarın idarə etdiyi Krım “rus torpağı” olub.

Церковь_Иоанна_Предтечи_(Керчь)_01.jpg (160 KB)

                                      Krımda 7-ci əsrə aid Bizans məbədi

1917-1920-ci illərdə bütün Rusiya ərazisində tüğyan edən vətəndaş müharibəsi Krımdan da yan ötməyib. Yarımadada növbə ilə "ağlar" və "qırmızılar" bir neçə dəfə bir-birini əvəz edərək “dövlət” qurublar. Əvvəlcə Tavriya Sovet Sosialist Respublikası təsis edilib, onu Krım Sovet Sosialist Respublikası əvəz edib, sonra Krım Xalq Respublikası yaradılıb, daha sonra bolşeviklər yenidən Krımı “fəth” ediblər.

1920-1921-ci illərdə Krımda “qırmızı terror” adlandırılan cəzalandırma kampaniyası aparılıb və yarımadada, necə deyərlər, başıpapaqlı qalmayıb.

Həmin il Krımla bağlı daha bir mühüm hadisə baş verib.

Theodosia_castle.JPG (146 KB)

                                       Feodosiya qəsri

Bu barədə bir il əvvəl rusiyalı jurnalist Andrey Karaulov ukraynlı həmkarı Dmitri Qordonla müsahibəlsində danışıb. O, Krımın Rusiya Federasiyasının olduğunu əsaslandıraraq deyib ki, Leninin hakimiyyəti dövründə Krım amerikalılardan alınmış texnikaya görə məşhur maliyyəçi Rokfellerə girov qoyulub.

Bir çox mənbələr isə yəhudi icmasının rəhbəri olan rejissor Solomon Mixoelsin ölümünün, Krım tatarlarının müharibədən sonra deportasiyasının, Uzaq Şərqdə muxtar yəhudi milli regionunun elan edilməsinin və Krımın Ukraynaya verilməsinin bir-biri ilə bağlı olduğunu iddia edirlər.

100 il əvvəl gənc sovet dövləti yoxsulluq içində olanda Qərb dövlətləri ona kredit verməkdən qəti şəkildə imtina edib. Bu məsələdə əsas rolu ideoloji ziddiyyətlər oynamayıb, çar hökuməti Qərbə o qədər borclu olub ki, onları geri qaytarmadan Rusiyaya yenidən borc vermək axmaqlıq hesab edilib. Belə olanda Lenin onlara böyük bir ərazi təklif etmək qərarına gəlib.

1914-cü ildə xaricdəki varlı yəhudilərin I dünya müharibəsindən əziyyət çəkən yəhudilərə kömək etmək üçün yaratdıqları “Joint” (“Birlik”) adlı təşkilatın maliyyə potensialı haqqında yaxşı təsəvvürə malik olan Lenin bolşevik dövlətinə lazım olan pulu onlardan qoparmağı düşünür. Bundan ötrü o, “Joint”un liderlərindən olan hüquqşünas Ceyms Rozenberqin yanına Nikolay Buxarinin qayınatası Mixail Luryeni göndərir. Lurye Rozenberqə Qara dəniz sahilindəki Krımdan, onun "Rusiya Kaliforniyası" olmasında bəlağətlə danışır, burada gələcəkdə müstəqil yəhudi dövlətinə çevrilmək perspektivi ilə RSFSR-in yəhudi vətəndaşları üçün muxtariyyət yaratmağın mümkün olacağını bildirir. O vaxt İsraildən əsər-əlamət yox idi, ancaq yəhudilərin öz milli dövlətlərini qurmaq üçün böyük istəkləri vardı. Bu cazibədar təklif varlı yəhudiləri maraqlandırır və onlar gələcək yəhudi dövləti üçün yatırım qoyurlar.

kriim.JPG (58 KB)

1923-cü ildə Xalq Komissarları Sovetinin sədr müavini Aleksandr Tsyurupanın (o, əslən Krımdan olub) rəhbərliyi ilə Krımı yəhudi muxtariyyətinə çevirmək üçün komissiya təşkil edilir. Muxtariyyat RSFSR-in tərkibində olacaqdı. Məsələnin maddi tərəfi ilə iqamətgahı Simferopolda yerləşən və yəhudilərə məxsus “Agro-Joint” korporasiyası məşğul olub. “Rusiya Kaliforniyası” hökumətinə rus əsilli amerikalı və “Joint”un nüfuzlu əməkdaşı İosif Rozen başçılıq etməli idi. Sovet tərəfdən jurnalist Abram Bragin, iş adamı Mixail Lurye və milli işlər üzrə xalq komissarının müavini Qriqori Broydo yəhudi Krım hökumətinə dəvət edilib. Lenin pul ayrılmasını görə bilməsə də, artıq 1924-cü ilin dekabrında sovet hökuməti və “Aqro-Joint” illik 5%-lə nağd pul yardımının göstərilməsi haqqında ilk sazişi imzalayıb. “Joint” 10 il ərzində hər il Moskvaya 900 min dollar ayırmağı öhdəsinə götürüb. Əsas şərt bu olub ki, sovet Rusiyası 1954-cü ilə qədər 9 milyon dollarlıq krediti qaytarmasa, Krım avtomatik olaraq “Joint”un mülkiyyətinə keçbəlidir. Tərəflər razılaşıb.

“Agro-Joint” kreditlərinin köməyi ilə 1925-ci ilin sonuna qədər yarımadada 180 yəhudi kənd təsərrüfatı arteli (bugünkü kibbutsların prototipləri) yaradılıb. Həmin il Krıma Ukrayna və Belarusdan on minlərlə miqrant gəlib. 1932-ci ilə qədər Krımda 20 min nəfərdən çox əhalisi olan 86 etnik kənd formalaşıb. 1934-cü ildə müqaviləyə uyğun olaraq RSFSR Krımda yəhudilərə milli muxtariyyət statusu verməli idi. Ancaq Stalin başqa bir hiyləgər plan düşünüb.

1930-cu ilin avqustunda Stalin Uzaq Şərqdəki Birobican diyarı ərazisində milli bölgə yaradılması haqqında qanunvericilik sənədi hazırlatdırır. 1934-cü ilin mayında yəhudilərə Krımda yox, Birobican milli bölgəsində muxtariyyat verilir.

Xaricdəki yəhudilər narazı qalır. İndiyədək heç bir borclu onlara belə kələk gəlməmişdi. Stalinin şəxsən aldatdığı adamların sırasında Simferopol “Agro-Joint”un veksellərinə sərmayə qoyan 200 səhmdar vardı. Onlardan məşhurları ABŞ-ın sabiq prezidenti Herbert Huver və o zamankı prezident Franklin Ruzveltin, eləcə də milyonçu Luis Marşalın ailələri olub. İndi onlar kreditin ödəniləcəyi son tarixi - 1954-cü ili gözləməli idilər.

mixoeyni.jpg (123 KB)

                                İzik Fefer, Albert Eynişteyn və Solomon Mixoels

 II dünya müharibəsi başlananda və SSRİ-yə kömək lazım olanda ABŞ-ın SSRİ-yə “Lend-liz” şərtləri ilə tədarüklərə başlamazdan əvvəl Ruzvelt Stalindən əvvəlki müqavilələrə sadiqliyini təsdiqləməyi tələb edir. Stalin Ruzveltə söz verir. Bu dəfə amerikalılar müharibənin bitməsini gözləmədən qətiyyətli davranmağa qərar verirlər. Yəhudi Antifaşist Komitəsinə (JAC) başçılıq edən sovet rejissoru Solomon Mixoels ABŞ-a uçub və Vaşinqtondan Krımda müstəqil yəhudi dövləti yaradılması ideyasına dəstək alıb. O zaman almanlar hələ də Krıma nəzarət edirdilər. Krım hökumətinə sovet ictimai xadimi İzik Fefer, qanunvericilər şurasına isə Şaxno Epşteynin başçılıq edəcəyi güman edilirdi. 1944-cü ilin fevralında Mixoels, Fefer və Epşteyn Stalinə "Krımda yəhudi dövlətinin təşkili haqqında sirkulyar" veriblər. Bu sənəddə istisnasız olaraq bütün Krım tatarlarını yarımadadan deportasiya etmək tələbi olub. Beləliklə, Krım tatarlarının deportasiyası məsələsi əslində təkcə alman nasistləri ilə işbirliyinə görə həll olunmayıb. Stalin yenidən bütün tələblərlə razılaşıb.

stalrusçor.JPG (54 KB)

                     Tehran konfransı: Stalin, Ruzvelt və Çörçill

Amma artıq Tehran konfransı zamanı Ruzveltin Krımın nə vaxt yəhudilərə veriləcəyi ilə bağlı birbaşa sualına cavab olaraq sovet lideri cavab verib ki, heç bir təhvil verilmə olmayacaq. Belə olduqda Mixoelsin başçılıq etdiyi YAK aktivləşib, dünyanın hər yerindən elm və mədəniyyət xadimləri Stalinə məktublar yazmağa və ona tənə etməyə başlayıblar: “Söz vermisiz, sözünüzü tutun!”

Dünyanın nüfuzlu yəhudilərinə arxalanan Mixoelsin çox fəallıq etməsi, hansı ölkədə, kimin rəhbərliyi altında yaşamasını unutması, reallıq hissini itirməsi ona baha başa gəlib. 1948-ci ilin yanvarında o, Minskdə ezamiyyətdə olarkən avtomobil qəzasında ölüb.

mix-qatiller.JPG (45 KB)

          Mixoelsin qatilləri - generaılar Oqoltsov və Sanava, polkovnik Şubnyakov

Stalinin ölümündən sonra Beriyanın təşəbbüsü ilə aparılan araşdırmada məlum olub ki, Mixoels Stalinin şəxsi göstərişi ilə öldürülüb: onun qətlini təhlükəsizlik nazirinin müavinləri, generallar Sergey Oqoltsov və Lavrenti Sanava təşkil edib, cinayətin birbaşa icraçısı isə polkovnik Fyodor Şubnyakov olub. Beləcə, Mixoels Krımın yəhudilərə verilməsində çox israrlı və ardıcıl olmasının güdazına gedib.

Sovet hakimiyyəti heç vaxt “Joint”un kreditini qaytarmaq fikrində olmadığından, 1954-cü ildə Krım bu və ya digər şəkildə amerikalıların mülkiyyətinə keçməli idi. Bu isə mümkün olası iş deyildi. Ancaq hər halda formallığa riayət olunub – SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilovun təşəbbüsü. Nikita Xruşovun və bütün Siyasi Büro üzvlərini təqdiri ilə, müəyyən edilmiş prosedurdan yan keçilərək Krım Ukraynaya verilib.

krimxrus.JPG (93 KB)

                                  Siyasi Bürö üzvləri Krımı Ukraynaya verərkən

Sovet təbliğatı bu transferi "sıx iqtisadi əlaqələr"lə və Ukraynanın Rusiya ilə birləşməsinin 300 illiyi ilə bağlayaraq xalq təqdim edib. O zaman Ukrayna (və Belarus) BMT-də müstəqil ölkə kimi qeyd olunduğundan, “Joint” isə RSFSR ilə müqavilə bağladığından Krımı Ukraynaya verən Rusiya özünün formal öhdəliklərindən xilas olmuş kimi görünüb. Ancaq yarımada bu və ya digər şəkildə yenə də SSRİ-nin tərkibində və Moskvanın əlində qalırdı. “Joint”un məhkəməyə üz tuta bilməməsi üçün onun fəaliyyəti Sovet İttifaqında qadağan edilib, rəsmi olaraq "SSRİ-nin rəhbər şəxslərini məhv etmək" niyyəti güdməkdə ittiham olunub. Krımın amerikalılara verilməsinə nail olmağa çalışan sonuncu şəxs “Joint”un sədr müavini Çarlz Jordan 1967-ci ildə Praqda müəmmalı şəkildə həlak olub.

krim-karta.JPG (21 KB)

Hazırda Ukrayna tərəfi rusların bu arqumentlərini rədd edir və bildirirlər ki, bütün bunlar Rusiyanın Krımı ilhaq etməsinə haqq qazandırmaq üçün uydurulub, mifdir. Ancaq rejissor Mixoelsin Fefer və Epşteynlə birlikdə Krımın yəhudilərə verilməsi tələbi ilə Stalinin zəhləsini tökməsi və birinicinin məhz buna görə öldürülməsi, Krım türklərinin köçürülməsi faktdır.

Görəsən, Ukrayna ABŞ-ın köməyi ilə Krımı özünə qaytarsa, Vaşinqton onu “Joint”un sərəncamına keçməsinə çalşacaqmı? Ortada 100 illik saziş var.

Araz Altaylı, Musavat.com

Bölmənin digər xəbərləri

23 Noyabr 2024 “Yaşasın Azərbaycan!” şüarına görə həbs? - İstintaq Komitəsi hərəkətə keçdi...
23 Noyabr 2024 Almaniya-Azərbaycan münasibətlərində yeni gərginlik: Nazir Annalenanın COP29 qalmaqalı
23 Noyabr 2024 Rusiyadakı azərbaycanlılar təhlükədə – Putinin dedikləri qorxuya saldı
23 Noyabr 2024 Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı

Dünyapress TV

Xəbər lenti