Ardını oxu...

“Müstəqillik əldə etdikdən sonra Ermənistan siyasi isteblişmenti Ermənistan-Türkiyə münasibətlərini yaxşılaşdırmağa çalışıb. Türkiyə ilə münasibətlərin qurulması prosesi ölkədə daxili siyasi böhrana səbəb olmayacaq”.

Moderator.az xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan “Kavkazskiy uzel” nəşrinə açıqlamasında bildirib.
“Sərhədin bağlanması ilə bağlı iqtisadi amil əsas rol oynayıb və oynamaqda davam edir, sərhədlərin açılması təbii ki, iqtisadi artımı təmin edəcək. Əlbəttə, risklər var, amma bu riskləri idarə etmək olar”, - deyə türkoloq izah edib.

Safrastyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması perspektivlərini qiymətləndirməkdən yayınıb.

“Türkiyə şərtlər irəli sürüb. Və bu gün Türkiyə hakimiyyəti münasibətlərin normallaşması prosesini Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ilə əlaqələndirir. Bundan sonra rəsmi Ankara müəyyən addımlar atacaq”, - deyə erməni mütəxəssis əlavə edib.

Safrastyan hesab edir ki, Türkiyə həmçinin Sünik vasitəsilə eksterritorial dəhlizin açılmasını tələb edir.

“Əgər Azərbaycanla sülh müqaviləsi imzalansa, Türkiyə, xüsusən də sazişlərin həyata keçirilməsinə yəni üçüncü ölkə vətəndaşları, eləcə də Türkiyə diplomatik pasportu olan şəxslər üçün sərhədlərin açılmasına razı olacaq. Türkiyə sərhədlərin açılmasını Ermənistana birbaşa təzyiq vasitəsi kimi istifadə edəcək. Hətta sülh imzalandıqdan sonra da- ekstraterritorial dəhlizə nail olana qədər”,- deyə Safrastyan vurğulayıb.

Türkoloq əlavə edib ki, Türkiyə Azərbaycanı hərbi əməliyyatlara başlamaqdan çəkindirməyə qadirdir, üstəlik, Türkiyə və Azərbaycan birgə hərəkət edir...
 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina dəbdəbəli hədiyyələr təqdim edib. Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri də öz növbəsində Putinə hədiyyələr hazırlayıb.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Koreya liderinə Rusiya istehsalı olan "Aurus" markalı yeni avtomobil, admiral xəncəri və çay dəsti hədiyyə edilib.

Bu, Putinin Kim Çen Ina verdiyi ilk bahalı avtomobil deyil.

Hədiyyə edilən "Aurus" Kim Çen Inın kolleksiyasında ikinci olacaq. Birincisini o, fevral ayında Putindən hədiyyə olaraq alıb. Putinin mətbuat katibi Dmitri Peskov Şimali Koreya liderinin rus avtomobilini bəyəndiyini qeyd edib. Kim Çen Inın bacısı bildirib ki, bu jest iki ölkə liderləri arasında yaradılmış xüsusi dostluq əlaqələrinin bariz göstəricisidir.
Ardını oxu...
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib ki, Putin Şimali Koreya liderindən də “yaxşı hədiyyələr” alıb. O, təfərrüatları açıqlamayıb, lakin qeyd edib ki, hədiyyələr “prezidentimizin obrazı ilə bağlıdır”.

Qeyd edək ki, iyunun 19-da Pxenyanda keçirilən görüşdə Putin və Kim Çen In hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Sənəd müqavilənin iştirakçısı olan ölkələrdən birinə hücum zamanı yardım göstərilməsini nəzərdə tutur.

publika.az
 
 
 
Ardını oxu...
Leonid Brejnevlə SSRİ daxili işlər naziri Nikolay Şelokovun yaxın münasibətləri, ailəvi dostluğu Mərkəzi Komitədə heç kim üçün sirr olmayıb. Baş katib nazirə kifayət qədər böyük səlahiyyətlər verib, mötəbər partiya tədbirlərində onun haqqında yüksək fikirlər söyləyib. Amma buna baxmayaraq elə hadisələr də olub ki, Brejenv Şelokova səsinin tonunu qaldırmaq məcburiyyətində olub, nazirə iradını bildirib.

Belə hadisələrdən biri də 1970-ci ilin may ayında baş verib. Kuybışev vilayətindəki 7 və 16 saylı islah-əmək koloniyalarında məhbuslar qiyam qaldıranda hadisə ilə bağlı Brejnevə məruzə edilib. Baş katib dərhal hüquq-mühafizə orqanlarının rəhbərlərini yanına dəvət edib. Nikolay Şelokov insidentin bütün təfərrüatlarını məruzə etdikdən sonra Brejnev üzünü nazirə tutub:

-Siz hansı tədbirləri görmüsünüz?

-Leonid İliç, sizin göstərşinizi gözləyirik.

Bu cavabdan sonra “mülayim” Brejnev səsinin tonunu qaldırıb:

-Əgər bütün məsələlərə baş katib müdaxilə edəcəksə, yaxud da problemləri baş katib həll edəcəksə onda sizin nazir kimi funksiyanız nədən ibarətdir? Qiyama cəhd varsa, qanunlar pozulubsa demək, lazımi tədbirləri həyata keçirmək lazımdır. Gözləmə mövqeyi tutmaq yolverilməzdir. Mən sadəcə sizin humanistliyinizi anlaya bilmirəm. Əməliyyat hazırlayın, qoşun yeridin, problemi həll edin.

Maraqlıdır, islah-əmək koloniyalarında hadisələr nə dərəcədə ciddi olub ki, Brejnev qoşunların müdaxiləsini zəruri sayıb?

1970-ci ildə SSRİ-də Leninin 100 illiyi ilə bağlı böyük tədbirlər keçirilib. Ölkənin ayrı-ayrı bölgələrindən azadlıqdan məhrum olan məhkumların valideynləri, doğmaları Mərkəzi Komitəyə teleqramlar, məktublar ünvanlayaraq ölkə rəhbərliyindən Leninin 100 illik yubileyi ilə əlaqədar amnistiya verilməsini xahiş ediblər. Ayrı-ayrı tədbirlərdə rəsmilər belə bir qərarın verilməsinin mümkünlüyünü söyləyiblər və bununla da insanlarda bir ümid yeri saxlayıblar.

Aprel ayında ölkəni bürüyən yubiley tədbirləri sona çatıb. Daha sonra 1 May və 9 May bayramları təntənə ilə qeyd olunub. Amma amnistiya məsələsi reallaşmayıb. Bu isə cəzaçəkmə müəssisələrində ciddi narazılığa və etirazlara səbəb olub.
Mayın 21-də 17 saylı islah-əmək koloniyasında axşam saatlarında 1-ci postun gözətçi əsgəri Kiselyova məhbuslar hücum ediblər. Hadisə Kiselyovun məhbuslardan birinə xəbərdarlıq etməsi ilə başlayıb. Belə ki, gözətçi əsgər elan lövhəsindən taxta hissələri qopartmaq istəyən məhbusa geri çəkilmək əmrini verib. Əmr icra olunmayanda əsgər havaya xəbərdarlıq atəşi açıb. Lakin bu atəşin də nəticəsi olmayıb. Belə olan halda Kiselyov məhbusun ayaqlarına bir neçə dəfə atəş açaraq onu yaralayıb. Yaralını tibb məntəqəsinə çatdırdıqdan sonra təxminən 30 nəfərə yaxın məhbus Kiselyovu tərksilah edib ölümcül vəziyyətə qədər döyüblər. Onlar daha sonra koloniyanın inzibati binasına hücum edərək içəridə olan növbətçi zabitləri və nəzarətçiləri tanınmaz hala salıblar. Növbətçi otaqdan cərimə kameralarının (karserlərin) açarları götürülüb, 40 nəfərdən artıq adam dözülməz şəraiti olan cərimə kameralarından azad olunublar.

Qiyama iki “avtoritet”, Aleksandr Boqaçov və Aleksandr Yaxonov başçılıq edib. Qiyamçı məhbusların sayı 500 nəfərə çatıb. Koloniyanın ərazisindəki inzibati bina, klub, yardımçı təsərrüfat otaqları yandırılıb.

Sonra qiyamçılar koloniyaya bitişik olan digər cəzaçəkmə müəssisənə, 6 saylı islah-əmək düşərgəsinə hücum ediblər. Aradakı ikiqat daş hasarı bir göz qırpımında dağıdan məhbuslar burada da nəzarətçiləri və növbətçi zabitləri tərksilah edib kabinetlərdən birinə doldurublar. Koloniyanın ərazisində olan bütün tikililər yandırılıb.

Koloniyanın sənaye zonasına daxil olan məhbuslar anbarlardan böyük miqdarda spirt əldə ediblər. Qatqısız texniki spirti içən qiyamçılar daha qəzəbli şəkildə qarşılarına çıxan hər şeyi darmadağın ediblər.

Axşam saat 22 radələrində islah-əmək müəssisəsinin rəisi Quryev, müavini Brener və əməliyyat hissəsinin rəisi Kostyuk hadisə yerinə gəliblər. Yüksək rütbəlilərin məsələni dinc yolla həll etmək cəhdi baş tutmayıb. Hər üçü dəhşətli dərəcədə döyülərək koloniyanın giriş qapısının qarşısına atılıb.

Məsələdən xəbər tutan Kuybışev vilayət daxili işlər idarəsinin rəisi Vasili Çistyakov gecədən xeyli keçməsinə baxmayaraq, hadisə ilə bağlı SSRİ daxili işlər naziri Nikolay Şelokovu məlumatlandırıb. Yuxarıda qeyd etdiyimiz kimi nazir də öz növbəsində hadisə ilə bağlı Brejnevə məruzə edib, baş katibin göstərişi ilə gecə yarısı daxili qoşunların hissələri koloniyaya yeridilib. 6 saata yaxın davam edən əməliyyatdan sonra koloniyada vəziyyət sabitləşdirilib.

Qarşıdurma zamanı koloniyanın 3 əməkdaşı və 4 məhbus həlak olub.

Hadisə ilə bağlı cinayət işi açılıb. Düz bir il davam edən istintaqa 140 nəfər cəlb edilib. 29 nəfər 5 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum olunub və onların cəza yerləri dəyişdirilib. 3 nəfərə isə ən ağır cəza, güllələnmə hökmü oxunub.

İlham Cəmiloğlu
 

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT XİN Şurasının Almatıda keçiriləcək iclasında iştirak etməyəcək.

Bu barədə “Armenpress”ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, iyunun 21-də Almatıda Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

Görüşün yekununda KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı, bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.
 
 

 


 
Ardını oxu...
Budapeşt Ursula fon der Lyayenin ikinci müddətə Avropa Komissiyasının (AK) sədri vəzifəsinə yenidən təyin olunmasını dəstəkləməyəcək.

Bu barədə “Politico” qəzeti Macarıstanın Avropa İttifaqı məsələləri üzrə naziri Yanoş Bokuya istinadən məlumat yayıb.

Nazir qeyd edib ki, Macarıstan hakimiyyəti Avropa İttifaqında yüksək vəzifələrə namizədlər siyahısında digər adların əleyhinə deyil. Boka əlavə edib ki, Macarıstanın baş naziri Viktor Orban ölkənin Avropa Parlamentində hansı fraksiyaya qoşulacağına hələ qərar verməyib.

Onun fikrincə, Aİ-də mövcud sağçı partiyaların “restrukturizasiyaya” ehtiyacı var ki, bunu Macarıstanın hakim partiyası “FİDES”in iştirakı olmadan təsəvvür etmək çətindir.
Ardını oxu...
Bazar ertəsi Birləşmiş Ştatlar ötən həftə sonu İsveçrədə keçirilmiş sammiti “Ukraynada ədalətli sülh yolunda mühüm mərhələ” kimi alqışlayıb, Turan-ın Vaşinqton müxbiri bildirib.

ABŞ-ın vitse-prezidenti Kamala Harris Ukraynada sülhün prinsipial çərçivələrini müzakirə etmək üçün İsveçrədə Ukrayna prezidenti Zelenskiyə və 90-dan çox ölkənin liderlərinə və nümayəndələrinə qoşulub.

“İştirakçılar Ukraynanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəklədiklərini təsdiqlədilər. Onlar qlobal ərzaq təhlükəsizliyi, nüvə təhlükəsizliyi və müharibənin fəlakətli humanitar nəticələrinin aradan qaldırılması sahəsində mühüm əhəmiyyətli əməkdaşlığı müzakirə etdilər”, – Dövlət Departamentinin nümayəndəsi Metyu Miller gündəlik brifinqdə bildirib.

Lakin o əlavə edib ki, Moskvada Putinin başqa mesajı olub: danışıqlar başlamazdan əvvəl Ukraynanı Rusiyanın hazırda işğal etdiyi ərazilərdən daha çox suveren ərazidən imtina etməyə çağıran daha bir maksimalist bəyanat.

“Prezident Putin tələb edib ki, Ukrayna tərksilaha razı olsun, Rusiyanın gələcək təcavüzünə qarşı həssas olsun. Heç bir məsuliyyətli millət bunun sülh üçün ağlabatan əsas olduğunu söyləyə bilməz. Bu, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə meydan oxumaqdır. Bu, əxlaqın təməllərinə meydan oxumaqdır”, – Dövlət Departamentinin nümayəndəsi deyib.

“Aydındır ki, Rusiya hər hansı ciddi, vicdanlı müzakirələrə hazır deyil. Rusiyanın hərəkətləri bunu xüsusilə aydın göstərir ki, o, Ukraynanın mühüm infrastrukturunu bombalamağa, Qara dənizdəki gəmiləri təhdid etməyə və on minlərlə ukraynalı uşağı zorla köçürməyə davam edir”, – Miller əlavə edib.

ABŞ-a gəlincə, Miller deyib ki, bu həftə sonu sammit zamanı Ukraynanın etdiyi kimi sülh üçün birlikdə çalışacaqlar. “Biz həqiqətən ədalətli və davamlı sülh üçün şərait yaratmaqdan ötrü Ukrayna, onun tərəfdaşları və dünya birliyilə işləməyə davam edəcəyik”.

Turan-ın müxbirinin sammitin yekun kommünikesini imzalamayan Braziliya, Səudiyyə ərəbistanı və digərləri kimi bəzi iştirakçı ölkələr haqqında sualına cavabda Miller hər hansı tənqiddən çəkinərək deyib ki, “hər bir ölkə özü üçün danışmalıdır və hər bir ölkə özü qərar verməlidir”.

“Ancaq Ukraynanın əldə etdiyi dəstəyə baxsanız görərsiniz ki, bu sülh sammitində 90-dan çox ölkə iştirak edib. 80-dən çox ölkə və beynəlxalq təşkilat yekun kommünikeyə imza atıb. Hesab edirik ki, bu rəqəmlərin hər ikisi Ukraynaya və təkcə sülhə yox, ədalətli və davamlı sülhə çox əhəmiyyətli dəstəkdir ki, biz həmişə bunu açıq şəkildə bəyan etmişik”, – mətbuat katibi deyib.
 
Ardını oxu...
“Ukraynaya kömək etməsək, Putinin qoşunları Polşa ilə sərhəddə olacaq”.

TEREF xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

O bildirib ki, Rusiyanın təcavüzündən qorunan Ukraynaya yardımın kəsilməsinin Almaniya və NATO üçün təhlükəli nəticələri ola bilər.

“Ukraynaya kömək etməsək, Putinin qoşunlarının Polşa ilə sərhəddə dayanması riski yaranacaq. O zaman müharibə sürətlə AB və NATO ərazilərinə yayılacaq. Ukraynanı dəstəkləmək bizə müharibəni özümüzdən uzaq tutmağa imkan verir”, – deyə Berbok bildirib.

Almaniyanın xarici işlər naziri yeni qaçqın axını təhlükəsi barədə də xəbərdarlıq edib.

“Əgər Ukrayna artıq özünü müdafiə edə bilməsə, onda yenə milyonlarla insan qaçmağa məcbur olacaq. Axı kim istəyər ki, işgəncə və işğal altında könüllü yaşasın? Artıq bir milyondan çox ukraynalı Almaniyada sığınacaq tapıb. Məğlubiyyətin azad Avropa üçün ölümcül nəticələri olacaq. Ona görə də Ukraynaya yardım genişləndirilməlidir”, – nazir vurğulayıb.

globalinfo.az
 
Ardını oxu...
ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskiyə sui-qəsd təşkil edə bilər. Çünki o, ABŞ-ın Ukraynadakı işləri haqqında çox şey bilir.

TEREF Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə ABŞ ordusunun keçmiş zabiti Skott Bennett çıxış edib.
“O, artıq yeriyən bir cəsəddir. Ümumiyyətlə, onun hələ də sağ olması təəccüblüdür. Mən onun fiziki olaraq məhv ediləcəyinə, öldürüləcəyinə inanıram. Zelenski ölümdən yalnız məhkəmənin hökmü ilə xilas ola bilər. Bundan sonra o, Sibirdə hardasa kiçik kameraya yerləşdiriləcək”, - o əlavə edib.
 
 
 
Ardını oxu...
Ermənistan hökuməti KTMT-dən çıxıb-çıxmamağa qərar verməlidir və biz bu qərarlara hörmətlə yanaşırıq.

Bu barədə ABŞ Dövlət Departamenti "Amerikanın Səsi" radiosunun erməni xidmətinin Ermənistanın KTMT-dən çıxması ehtimalına görə Vaşinqtonun mövqeyi ilə bağlı sorğusuna cavab olaraq bildirib.

"Biz Rusiyanın hərbi mövcudluğunun Cənubi Qafqazın daha dinc və sabit regiona çevrilməsinə kömək etdiyini göstərən heç nə görməmişik", Dövlət Departamentindən bildirilib. \\APA
 
Ardını oxu...
ABŞ Dövlət katibinin birinci müavini Riçard Verma iyunun 17-19-da İrəvanda səfərdə olacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşlər və danışıqlar planlaşdırılır. Xəbərdar etmişdilər!

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi-siyasi ekspert İqor Korotçenko qeyd edib.

“ABŞ Ermənistanı Rusiyaya və KTMT-yə xəyanətə hazırlayır – proses artıq işə salınıb. O zaman bu cür Ermənistan bizə niyə lazımdır?” – o bildirib.
 

Dünyapress TV

Xəbər lenti