Ardını oxu...
Böyük Britaniyanın Quayakildəki fəxri konsulu Kolin Armstronq qaçırılıb.

APA xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.

Oğurluq şənbə günü səhər tezdən Ekvadorun Los Rios əyalətində baş verib.

Öz növbəsində Ekvador polisi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib ki, “bu səhər tezdən Los Riosda iş adamına qarşı baş vermiş cinayətlə əlaqədar Ekvador polisinin ixtisaslaşmış bölmələri istintaq-əməliyyat tədbirləri həyata keçirir”.

Qəzet yazır ki, konsulla birlikdə daha bir nəfər qaçırılıb.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Küveyt əmiri Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah vəfat edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Küveytin yeni əmiri Mişal əl-Əhməd əl-Cabir əs-Sabah olub.

1940-cı il ildə anadan olan Şeyx Məşəl Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabahın qardaşıdır.

Şeyx Məşəl btidai təhsilini paytaxt Küveytdəki Mübarəkiyyə məktəbində alıb. O, təhsilinə İngiltərədəki Hinden Polis Kollecində davam edib və 1960-cı ildə oranı bitirib.

Şeyx Məşəl Küveytin Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Polkovnik rütbəsi ilə 1967-1980-ci illərdə Dövlət Təhlükəsizliyi Təşkilatının rəisi vəzifəsində fəaliyyət göstərib. O, 2004-cü ildə Milli Qvardiyanın rəis müavini olub. Küveyt əmiri Şeyx Nəvafın 15 noyabr 2021-ci il tarixli qərarı ilə Şeyx Məşəl vəliəhd təyin edilib.

Şeyx Məşəlin 7-si qız olmaqla, ümumilikdə 12 övladı var.
Ardını oxu...
Böyük Yeddilik (G7) ölkələri son həftələrdə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin müsadirəsi ilə bağlı danışıqları intensivləşdiriblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti yazır.

Nəşrin yazdığına görə, buna Avropa İttifaqının Ukraynaya 50 milyard avro dəyərində dördillik dəstək proqramının qəbul edilməsinin, həmçinin ABŞ Konqresində Ukraynaya hərbi yardımla bağlı hələ də qərar verilməməsi səbəb olub. Hər iki mərkəzdə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin Ukraynaya transferini “alternativ maliyyə mənbəyi” kimi görməyə başlayıblar. İddia olunur ki, ABŞ nümayəndələri bu məsələdə gözlənilmədən qətiyyətli mövqe tutaraq, aktivlərin “beynəlxalq hüquqa uyğun olaraq” müsadirə edilməsinin bir yolunun olduğunu və problemin yaxın vaxtlarda həllinə ehtiyac olduğunu bəyan ediblər.

“Financial Times”ın əldə etdiyi və ABŞ-ın müzakirə üçün G7 dövlətlərinin digər nümayəndələrinə təqdim etdiyi sənəddə bildirilir: “G7 üzvləri və müharibədən daha çox təsirlənən digər ölkələr Rusiyanı təcavüzü dayandırmağa məcbur etmək üçün əks tədbir kimi Rusiyanın suveren aktivlərini müsadirə edə bilər” .

Bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri və Böyük Britaniyanın keçmiş baş naziri (2010-2016) Devid Kemeron ölkə parlamentində çıxış edərək Rusiyaya məxsus vəsaitlərin müsadirə olunmasının Ukraynaya köçürülməsinin qanuni yolunun mövcudluğuna əmin olduğunu bildirib. Onun sözlərinə görə, “xüsusi vaxtlar xüsusi həllər tələb edir”. Nazirin fikrincə, belə bir addım investorları qorxutmaqla G7 ölkələrinin iqtisadiyyatına zərər verməyəcək.

Davam edən müzakirələrdə iştirak edən avropalı diplomat FT-yə deyib: “Biz Ukraynanı istənilən formada pulla təmin etmək üçün bir yol tapmalıyıq. Getdikcə daha çox ölkə bu aktivlərə diqqət yetirir və onların hələ də işə yaramadan saxlandığına təəccüblənirlər”.
 
Ardını oxu...
İndi dünyanın fövqəldövləti hesab edilən ABŞ əslində yerli xalqların kütləvi məhv edilməsi hesabına yaranan bir dövlətdir. Tarixi boyu ABŞ dəfələrlə soyqırımı siyasətinə imza atıb.

Bizim.Media ABŞ-ın soyqırımı, qətliamlarla dolu qaranlıq tarixini araşdırıb.

Hər şey avropalılar Amerikaya ayaq basdıqdan sonra başladı...

Avropalılar Amerika qitəsinə ayaq basan ilk dövrlərdən yerli xalqlara qarşı soyqırımına start verirlər. Tarixçilərin məlumatına görə, Kolumb Amerikaya qədəm qoyanda orada 75 milyon hindu yaşayıb-35 milyonu Şimali, 40 milyonu isə Cənubi Amerikada. Təkcə indiki ABŞ-ın ərazisində 15 milyon hindu yaşayıb.

Lakin 1620-ci ildən 1900-cu ilə qədər yerli xalqlara qarşı törədilən soyqırımlar nəticəsində aborigenlərin sayı 237 min nəfərə düşür. Tədqiqatçıların çoxu hindilərin sayının kəskin azalmasının əsas səbəbi kimi onların immun sisteminə yad olan su çiçəyi xəstəliyi kimi yoluxucu xəstəlikləri göstərirlər. Avropalılarla ilk təmasdan sonra hinduların məhz 40-45 faizi yolxucu xəstəliklər nəticəsində ölür.
1633-cü ildə indiki ABŞ-ın şimal-şərqində yerləşən Plimautda su çiçəyi yoluxması başlamış və hinduların böyük hissəsi məhv olur. 1634-cü ildə mohavklara çatan su çiçəyi xəstəliyi 1936-cı ildə Ontario gölü və 1679-cu ildə irokezlərin torpaqlarına çatır. Nəticədə 1770-ci ilə qədər ABŞ-ın qərb sahillərində yaşayan hindilərin 30 faizi su çiçəyi yoluxmasının qurbanı olur. 1780-1782-ci illərdə su çiçəyi ovalıq hindilərini də tutmuşdu. Bu soyqırım nəticəsində yerli hinduların sayı kəskin azalır. ABŞ-ın şimal torpaqlarında yaşayan anişinabelərin üçdə biri, bataqlıq krilərin 75 faizi, də su çiçəyinin təsirindən qırılır.

1721-ci ildə Bostonda ən ağır yoluxma hadisəsi baş verir. Bu yoluxma zamanı şəhərdəki bütün əhali qaçmış və xəstəliyi On üç koloniyanın yoluxulmamış hissələrinə yayılır. 1770-ci illərin sonuna doğru su çiçəyi yoluxması yenidən başlayır və 125000 yerli sakini məhv edir.
ABŞ uzun müddət Afrika mənşəli insanlara da qul münasibəti sərgiləyib. Xüsusən də ölkənin cənub ştatlarında 1863-cü ilə qədər qul ticarəti mövcud olub. Bunun da nəticəsində milyonlarla afrika mənşəli insanlar soyqırıma, amansız vəhşiliklərə məruz qalıblar. Kölə ticarəti 100 milyon afrikalının ölümünə səbəb olur.

Dövr keçsə də, xislət dəyişmir...

Hər nə qədər insan hüquqları məsələsi ön plana keçsə də, ABŞ 1973-cü il fevralın 27-də yerli hindu xalqı Cənubi Dakota ştatında bir qəsəbəni ələ keçirib “müstəqil dövlət” qurur. Hindular pozulan hüquqlarına bu yolla etiraz edirlər. Hakimiyyət bunu cavabsız qoymayaraq onlara qarşı zorakı addımlara yol verir.

Hərəkatın ardıcılları qorxudulur, döyülür, həbs edilir. Buna cavab olaraq da hindular güc yoluna əl atmaq qərarına gəlirlər. Onlar 80 günə yaxın kiçik Vunded-Ni qəsəbəsini ələ keçirib, hakimiyyətə qarşı çıxırlar. Bu, ABŞ tarixinə “qırmızıdərililər” adı ilə düşüb. Sözügedən hadisə Amerika qitəsinin yerli xalqları ilə müstəmləkəçilər arasında 300 ildən çox davam edən qanlı müharibələrin sonuncu epizodu idi.

Avropalılar ümumilikdə son 300 ildə 100 milyondan çox Amerika yerlisini öldürərək, dünyada bənzəri olmayan soyqırımı törətdib.

Bitməyən müharibələr

1945-ci ilin avqustun 6- və avqustun 9-da ABŞ-ın Xirosima və Naqasakiyə atdıqları atom bombası nəticəsində 350 min insan həlak olur.

ABŞ-ın 1950-ci ildə Qvetamalanı işğal etməklə 200 min mülki vətəndaşın ölümünə bais olur. 1960-cı ildə ABŞ-ın Konqoda başlatığı müharibə 3 milyon insanın ölümü ilə nəticələnir. ABŞ-ın 1965-66-cı illərdə İndoneziyada keçirdiyi əməliyyat 500 mindən çox insanın ölümünə səbəb olur.

Bu ölkənin keçən əsrin 60-70-ci illərində Vyetnamda apardığı müharibə 3 milyon, Kamboca və Laosdakı vəhşilikləri isə 1 milyon insanın həyatına son qoyur.

ABŞ-ın 1983-cü ildə Qrenadanı işğalı 300 min, 1989-cu ildə Panamanı işğalı 3 min, 1991-ci il İraqı işğalı 113 min, 2001-ci il Əfqanıstana müdaxiləsi isə 150 min mülki insanın ölümünə səbəb olur.
Qeyd edək ki, İkinci Dünya Müharibəsinin bitməsindən 2001-ci ilə qədər olan müddət ərzində dünya üzrə baş verən 248 silahlı münaqişədən 201-ində ABŞ bu və ya digər şəkildə iştirakçı olub.

Rüfət Sultan, Bizim.Media
 
Ardını oxu...
Ukraynalı deputatın törətdiyi terror aktının səbəbi korrupsiya olub.Məlumata görə, bu gün iclas zamanı partlayış törədən “Xalqın xidmətçisi” partiyasından olan 54 yaşlı deputat Sergey Batrin 2024-cü ilin büdcəsi qəbul edilməzdən əvvəl ötən il üçün xərclər haqqında hesabat tələb etsə də, nəticəsi olmayıb.

Partlayışdan az öncə o, digər deputatlarla mübahisə edərək bəyan edib ki, Keretskov icmasının başçısına maaşının 50%-i qədər artım və hər ay maaşın 100%-i qədər bonus verilməsi düzgün deyil.

Bundan sonra Batrin bir-iki dəqiqəliyə zaldan çıxıb və üç qumbara ilə geri dönərək ona söz verilməsini tələb edib, lakin həmkarlarının diqqətsizliyini görcək sursatları işə salıb. Bundan əvvəl Batrin kənd sovetinin başçısını və onun dövlət satınalmaları ilə bağlı israfçılığı tənqid edən bir neçə video yayımlayıb.

Mənbə: news.ru
 
Ardını oxu...
Finlandiya 15 dekabr tarixindən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrini bağlayacaq.

“Report” xəbər verir ki, bu barədə Finlandiyanın daxili işlər naziri Mari Rantanen bildirib.

Onun sözlərinə görə, Finlandiyanın şərq sərhədi dekabrın 15-də saat 20:00-da (Bakı vaxtı ilə 22:00) bağlanacaq, qərar təxminən bir ay, yəni 2024-cü il yanvarın 14-dək qüvvədə olacaq.

“Hökumət qərara alıb ki, ölkəyə bu cür giriş davam etdiyi üçün Vaalimaa və Niirala keçid məntəqələrinin yenidən bağlanması üçün hökumət qərarı qəbul edilməlidir. Nəticədə, Finlandiyanın xarici sərhədlərində beynəlxalq mühafizə üçün müraciətlər yalnız hava limanlarında və dəniz limanlarında sərhəd keçid məntəqələrində qəbul ediləcək”.
Ardını oxu...
“Məqsədlərimizə nail olanda sülh olacaq”.

Bunu Rusiya Prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında bildirib.

“Məqsədlər dəyişmir. Bu Ukraynanın denazifikasiya, demilitarizasiyasıdır”, - Putin bildirib.

“Deazifikasiya ilə bağlı nə baş verir? Kiyevdə onlar iddia edirdilər ki, orada nasist yoxdur, lakin Kiyev administrasiyasının rəhbəri keçmiş Sovetlər Birliyi əsgərini ayaqda alqışlayanda bu, nasizmin təzahürü deyildimi?” – Rusiya Prezidenti qeyd edib.

Vladimir Putin əlavə edib ki, Ukraynanın demilitarizasiyası da gedir:

“Qərblilərin vəd etdiyi hər şeyi Ukrayna aldı. Ancaq biz sadəcə olaraq əks-hücum adlandırılandan başlayaraq, 747 tankı, demək olar ki, 2,3 min müxtəlif sinifli zirehli texnikanı məhv etdik. Bu demilitarizasiyadır”.
Ardını oxu...
"Dünyanın ən yaxşı 100 mətbəxi” siyahısında italyan mətbəxi ilk pillədə qərarlaşıb.

Modern.az xəbər verir ki, bu barədə qastronomiya sahəsində nüfuzlu internet portalı olan “TasteAtlas” məlumat yayıb.

“TasteAtlas”, eyni zamanda, dünyanın yemək üçün ən yaxşı şəhərlərinin siyahısını da tərtib edib. İtaliyanın paytaxtı Roma, Bolonya və Neapol şəhərləri ilk üçlükdə yer alıb.

“2023-cü ilin ən yaxşı 100 yeməyi” siyahısında isə İtaliyanın məşhur Neapol pizzası - “Pizza Napoletana” 4-cü, “Pappardelle al cinghiale” pastası 11-ci sırada qərarlaşıb. İtaliya mətbəxindən siyahıya ümumilikdə 11 yemək daxil edilib. Bununla da İtaliya siyahıya ən çox mətbəx nümunəsi daxil edilən ölkə olub.
 
Ardını oxu...
Düşünmürəm ki, MDB, Avrasiya İqtisadi Birliyi və KTMT-yə üzvlüyünü hansısa yolla ləğv etmək Ermənistanın marağındadır.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Bütün hallarda seçim dövlətindir. Ermənistan baş nazirinin (Nikol Paşinyan) ümumi tədbirlərdə iştirak etməməsinə gəlincə, bunun ən azı Ermənistandakı proseslərlə bağlı olduğunu, inteqrasiya birliklərində işi davam etdirmək istəyi və ya olmaması ilə əlaqəli olmadığını bilirik. Görək, vəziyyət necə inkişaf edəcək”, - Putin bildirib.

Ermənistan baş naziri bundan əvvəl KTMT və MDB-nin toplantılarında iştirakdan imtina etmişdi.
 
Ardını oxu...
Avropa İttifaqı (Aİ) hər vəchlə Cənubi Qafqazda sülh prosesinə əngəl törətməyə çalışır.

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bəyan edib ki, təmsil etdiyi təşkilat Ermənistandakı mülki missiyasının sayını artırır. Məlumata görə, Aİ-nin Şurası Ermənistandakı mülki missiyasını gücləndirəcək, oradakı əməkdaşlarının sayını 138 nəfərdən 209-a çatdıracaq.

Görünən odur ki, regionda gedən sülh prosesləri Qərbin müxtəlif strukturlarını, o cümlədən Brüsseldə oturan siyasətçiləri qane etmir. Bu səbəbdən də hər vəchlə bölgədə təxribatçı, gərginliyə yönəlik addım və tədbirlərə imza atırlar.

Erməni mediasında yer alan xəbərlərə görə, missiyanın sayının artırılması Ermənistanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlib. Ortaya belə bir sual çıxır - axı İrəvanın təhlükəsizliyinə kim təhdid yaradır? Görünən odur ki, bu addımın arxasında Avropa İttifaqının çox gizli və məkrli plan gizlənir.

Birincisi, Aİ-nin təşəbbüsünün sırf Rusiya ilə bağlı olduğu şübhə doğurmur. Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritetdir. Bundan başqa, hər vəchlə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına cəhd edilir. Əməkdaşlarının sayının artırılması ilə Kremlə qarşı casus şəbəkəsi genişlənmiş olacaq. Bu şəbəkə əhali arasında anti-Rusiya təbliğatını genşləndirməklə yanaşı, hərbi bazalarından və obyektlərindən məlumat toplanışını həyata keçirəcək. Nəzərə alaq ki, bu ölkədə ABŞ səfirliyi də əməkdaşlarının sayına görə lider mövqedədir. Eyni zamanda bu ölkədə Vaşinqtonun gizli laboratoriyası da fəaliyyət göstərir.

İkincisi, Aİ missiyasının sayının artırılması həm də İrana qarşı yönəlib. Rusiya və İranı sıx əməkdaşlıq telləri bağlayır. İranın Ermənistanın sərhədləri mövcuddur. İki ölkə arasında qarşılıqlı ticarət və əməkdaşlıq pik həddədir. Bu səbəbdən də qarşılıqlı səfərlər edən iki ölkə vətəndaşlarını casus şəbəkəsinə daxil etmək hədəflənir. Nüvə silahı əldə etməyə çalışan İran asanlıqla hədəfə çevriləcək.

Qeyd edək ki, bu ilin fevralın 20-dən Avropa İttifaqı Ermənistanda ilkin olaraq 100 müşahidəçidən ibarət uzunmüddətli mülki missiya yerləşdirib. Bəyan edilən məqsədlərindən biri kimi də Ermənistanın Azərbaycanla sərhədyanı rayonlarında sabitliyin təşviq edilməsi göstərilib. İlk belə missiya genişmiqyaslı eskalasiyadan sonra ötən ilin oktyabr-dekabr aylarında Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib. İrəvanda yaradılan əlaqə və dəstək ofisinə isə Almaniya federal polisinin zabiti rəhbərlik edir.

Beləliklə, qeyd etdiyimiz kimi, Qərb Aİ vasitəsilə bölgədə hər vəchlə sabitliyə, əmin-amanlığa qarşı çıxır. "Missiya oyunu"nu da bu planın tərkib hissəsidir. Belə görünür ki, bölgəni həqiqətən də, Ukraynaya, Suriyaya çevirmək planı işə düşüb. Ümid etmək olar ki, Ermənistan bu məkrli oyunun iştirakçısına çevrilməkdən və beynəlxalq güclərin əlində vasitə olmaqdan imtina edəcək.

Mənbə: report.az
 
 
 

Dünyapress TV

Xəbər lenti