NATO-nun baş katibi Yens Stoltenberq əmindir ki, alyansın Vaşinqtonda keçiriləcək sammitində Ukraynaya bütün hərbi təchizatı koordinasiya etmək səlahiyyətinin ABŞ-dən NATO-ya verilməsi barədə qərar qəbul ediləcək.
Bu barədə o, Riqada keçirdiyi mətbuat konfransında bildirib.
Stoltenberq deyib: "ABŞ-də keçiriləcək sammitdə NATO ölkələri müdafiə və çəkindirmə gücümüzün effektivliyinin artırılması və Ukraynaya hərbi təchizatın koordinasiyası funksiyasının NATO-ya verilməsi ilə bağlı mühüm qərarlar qəbul edəcəklər".
O, hazırda NATO ölkələrinin Ukraynadakı münaqişə üçün illik nə qədər vəsait ayırmağı nəzərdə tutduğunu açıqlamayıb. Mart ayında baş katib alyansın Ukraynaya silah tədarükünü məcburi etməyi və onların maliyyələşdirilməsi üçün NATO tərəfindən idarə olunacaq ildə 100 milyard dollarlıq fond yaratmağı təklif edib.