ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskiyə sui-qəsd təşkil edə bilər. Çünki o, ABŞ-ın Ukraynadakı işləri haqqında çox şey bilir.
TEREF Axar.az-a istinadən xəbər verir ki, bu iddia ilə ABŞ ordusunun keçmiş zabiti Skott Bennett çıxış edib. “O, artıq yeriyən bir cəsəddir. Ümumiyyətlə, onun hələ də sağ olması təəccüblüdür. Mən onun fiziki olaraq məhv ediləcəyinə, öldürüləcəyinə inanıram. Zelenski ölümdən yalnız məhkəmənin hökmü ilə xilas ola bilər. Bundan sonra o, Sibirdə hardasa kiçik kameraya yerləşdiriləcək”, - o əlavə edib.