Ardını oxu...
Nikol Paşinyan son müsahibəsində açıq şəkildə anlatdı ki, Moskva Ermənistanı Azərbaycana hücuma təhrik edib və o, Rusiyanın tələbini yerinə yetirməyib.

Bu sözləri erməni politoloq Argişti Kiviryan yerli mediaya müsahibəsində deyib.

“Yəni Paşinyan Azərbaycana Moskvaya qarşı istifadə edə biləcəyi alətlər verir, Rusiyanın Bakıya təzyiq etmək imkanlarını zəiflədir. Sonra Paşinyan şikayət edir ki, Bakı Moskvanın tələblərinə əməl etmir. Rusiya bir neçə dəfə eyham vurub ki, Ermənistan öz davranışını dəyişməlidir ki, Moskva Azərbaycanla münasibətlərdə əlində olan vasitələrdən istifadə edə bilsin”, - ekspert qeyd edib.

Onun iddiasına görə, Ermənistan hakimiyyətinin “artsax”ın buraxılması haqqında fərmanı ləğv etmək cəhdlərinə fəal müqavimət göstərməsi Paşinyanın Bakı qarşısında üzərinə götürdüyü öhdəliklərlə bağlıdır.

O hesab edir ki, Azərbaycan heç vaxt öz iddialarından əl çəkməyəcək və İrəvana təzyiqlərini dayandırmayacaq:

“Bakı üçün əsas problem Ermənistandan keçən dəhlizidir. O, bu ən vacib məsələni aydın şəkildə həll etməyincə, sənədin imzalanmasını daim gecikdirəcək".

Erməni politoloq Argişti Kiviryanın sözlərini "Sherg.az" üçün şərh edən siyasi şərhçi Elmir Səftərov bildirib ki, İkinci Qarabağ müharibəsinin nəticələrinə görə Rusiyanı təqsirkar sayan Ermənistan, acı məğlubiyyətinin məsuliyyətindən yaxa qurtarmağa cəhd edir:
"İrəvan hər dəfə bəyən edir ki, Rusiya müharibə zamanı Ermənistanı dəstəkləməli idi. Bilavasitə bununla Ermənistan dövləti etiraf edir ki, Birinci Qarabağ müharibəsində də Rusiyanın onlara böyük dəstəyi olub və bu dövlət öz gücünə deyil, havadarlarının köməyi ilə ayaqda qalır.
Müharibədən sonra isə Ermənistan dövlətinin Qərbə meyillənməsi ölkə daxilində də anti-Rusiya abı-havasını gücləndirməyə başladı. Erməni ictimaiyyətinin Rusiyadan bu qədər tez inciməsinin səbəbləri də müharibədəki nəticələrlə birbaşa bağlıdır.
Postmüharibə dövründə də Ermənistan hərbi-siyasi rəhbərliyi və erməni ictimaiyyəti Moskvadan istədiklərini ala bilmədiyi üçün bu soyuqluq daha da dərinləşdi. Beləliklə, Ermənistan dövləti media vasitəsilə anti-Rusiya təbliğatını gücləndirdi.
Bundan sonra isə rəsmi Kreml müxtəlif rəsmi kanallarla Ermənistana xəbərdarlıqlar etdi. Bildirdi ki, onların Türkiyə və İranla sərhədlərin ruslar qoruyur, Gümrüdə 102-ci hərbi bazası yerləşir, Ermənistandakı dəmir yolları Rusiyaya aiddir, Avrasiya İqtisadi İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) imtiyazlar əldə edilir, Rusiyadan ucuz qaz alınır".
E.Səftərov həmçinin Ermənistanın iqtisadi, hərbi və təhlükəsizlik cəhətdən Rusiyadan asılı olduğunu vurğulayıb:
"Ermənistan isə öz növbəsində Rusiyanı bir növ yenidən sınağa çəkərək 2022-ci ildə sərhəddə təxribatlara başladı və önəmli strateji yüksəklikləri itirdi. Nəticədə isə yenidən Rusiyanı və KTMT-ni günahlandırdı. Hətta üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında keçirilən təlimlərə qoşulmadı, ölkəsində ABŞ-la birgə təlimlərə başladı.
Bundan əlavə, Azərbaycan Ordusu Fərrux yüksəkliyini nəzarət götürəndə, ekofəallar Laçın-Xankəndi yolunda aksiya keçirəndə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulanda da Ermənistan Rusiyanı günahlandıraraq bütün məsuliyyəti onun üzərinə atdı. İrəvan belə fikir formalaşdıraraq, özünə haqq qazandırdı ki, artıq Rusiya onların tələbələrinə cavab vermir. Ermənistan dövləti üçün əsas məsələ onun təhlükəsizliyidir. Buna görə də biz Qərbə güvənsək, onlar bunu təmin edə bilərlər. Bu məqsədlə Ermənistan Avropa İttifaqının (Aİ) monitorinq missiyasını ərazisində yerləşdirərək təhlükəsizlik məsələlərini digər bir gücə həvalə etdi.
Hadisələrin xıranologiyası onu deməyə əsas verir ki, Ermənistan Rusiyanı ittiham etməklə, onu günahlandırmaqla bilavasitə Bakını Moskva ilə üz-üzə qoymaq niyyəti güdür.
Qərbin direktivlərini yerinə Ermənistan region ölkələri arasında da sabitliyi pozmaq üçün Azərbaycanla Rusiyanı və Moskva ilə Ankaranı öz oyunlarına cəlb etmək istəsə də, bunu bacarmır".
 
Ardını oxu...
Belarus Prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsi (DTK) qarşısında ölkədə əməliyyat şəraitinə nəzarəti gücləndirmək vəzifəsi qoyub.

“Report” xəbər verir ki, bu barədə BelTA Komitənin sədri İvan Tertelə istinadən bildirib.

“Dövlət başçısı əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi və fövqəladə halların qabaqlanması vəzifəsini qarşıya qoyub”, – o deyib.

Onun sözlərinə görə, DTK həm ölkənin regionlarında, həm də paytaxtda bu tapşırığı yerinə yetirməyə tam hazırdır.

Tertel qeyd edib ki, “vəziyyət nəzarət altındadır”.

“Biz Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Komitəsi və Müdafiə Nazirliyindən olan həmkarlarımızla birlikdə gücləndirilmiş iş rejimində işləyirik”, - o əlavə edib.
 
Ardını oxu...
“İran Qırmızı dənizdə gəmilərə hücumları dayandırmaq üçün Yəmənin üsyançı “Ənsar Allah” hərəkatına (husilərə) təzyiq etməlidir”.

Bu sözləri Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron öz “X” hesabında yazıb.

O, iranlı həmkarı Hüseyn Əmir Abdullahyanla telefon danışığı həyata keçirdiyi bildirib.
“Bu gün Əmir Abdullahyanla Qırmızı dənizdə həm günahsız insanların həyatı, həm də qlobal iqtisadiyyat üçün təhlükə yaradan hücumlar barədə danışdım. İranın bu hücumların qarşısının alınmasında məsuliyyəti digər ölkələrlə bölüşməli olduğunu açıq şəkildə bildirdim, çünki o, uzun müddətdir husiləri dəstəkləyib”, - Kemeron yazıb.
TASS
Ardını oxu...
Türkiyənin Azərbaycandakı Səfirliyi ölkəmizdəki diplomatik fəaliyyəti və ikitərəfli əməkdaşlıqla bağlı paylaşım edib.

“Cümhuriyyətimizin 100 illiyi və xarici siyasətimizin əsasının qoyulmasının 500 illiyi ilə bağlı qardaş Azərbaycanda diplomatik fəaliyyətimizi Şuşa Bəyannaməsinin prinsip və məqsədlərinə uyğun olaraq həyata keçirdik.

Türkiyə əsri perspektivi çərçivəsində 2024-cü ilə hazırıq. Birliyimiz bizim gücümüzdür. Bir millət iki dövlət”, - paylaşımda qeyd olunub.
Ardını oxu...
“Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib.
“Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə yaşayır, başını dik tutub yaşayır, alnıaçıq, üzüağ yaşayırlar”, - deyə dövlətimizin başçısı xüsusi vurğulayıb.
 
Ardını oxu...
İngiltərənin paytaxtı Londonun ortasından keçən Temza çayının altındakı tuneli daşqınlar nəticəsində su basıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, baş verən daşqın nəticəsində “Eurostar” şirkətinin Paris, Brüssel və Amsterdama gedən ən azı 29 qatarı ləğv edilib.

“Yeni il” öncəsi qatarların hərəkətinin dayandırılması stansiyalarda çoxlu sərnişinin əziyyət çəkməsinə səbəb olub.

Tuneldə çalışan mühəndislər görülən işlərlə suyun səviyyəsinin azaldığını bildiriblər.

Qatarların hərəkətinin nə vaxt normallaşacağına aydınlıq gətirilməyib.
 
Ardını oxu...
İsrail Müdafiə Qüvvələri (İDF) Qəzzanın cənubunda əməliyyatları davam etdirirlər.

Bu çərçivədə İsrail hərbçiləri Xan-Yunisdə HƏMAS kəşfiyyatının baş qərargahına reyd keçiriblər.

İsrail Müdafiə Qüvvələrinin verdiyi məlumata görə, bu qərargah Xan-Yunis bölgəsində HƏMAS-ın bütün kəşfiyyat fəaliyyətlərinin həyata keçirilməsinə cavabdeh olub.

Həmçinin bu kompleksdə Fələstinin “İslami Cihad” təşkilatının komandanlıq mərkəzi yerləşir.
İDF nümayəndələrinin sözlərinə görə, ərazidən olduqca kəşfiyyat materialları əldə edilib.

Mənbə: “The Times of Israel”
 
Ardını oxu...
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında 2021-ci ildə imzalanmış “Azərbaycan Respublikası və İran İslam Respublikası dövlət sərhədindən “Astara” (Azərbaycan Respublikası) – “Astara” (İran İslam Respublikası) dövlət sərhəd–keçid buraxılış məntəqələri ərazisində Astaraçay çayı üzərində avtomobil körpüsünün və piyada keçidinin tikintisi haqqında Anlaşma Memorandumu”na əsasən inşa olunan körpünün və modul tipli sərhəd buraxılış məntəqəsinin dekabrın 30-da açılış mərasimi keçirilib.

İqtisadyyat.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfdən həmsədri Mehrdad Bəzrpaş iştirak ediblər.

Qeyd edək ki, körpünün tikintisi 2022-ci ilin martın 1-də başlayıb. Yük nəqliyyat vasitələri üçün nəzərdə tutulan körpünün ümumi uzunluğu 97,5 metr, eni 4 metr təşkil edir. Körpüdə dörd hərəkət zolağı mövcuddur. Körpü üzərində hər birinin eni 2,5 metr olan iki piyada yolu da inşa edilib.

Modul tipli dövlət sərhədindən buraxılış məntəqəsinin tikinti-quraşdırma işləri cari ilin avqustun 28-də başlayıb və dekabrın 1-də yekunlaşdırılıb. Sahəsi 4500 kvadratmetr olan buraxılış məntəqəsində gömrük prosedurlarının səmərəli formada tətbiq olunması, sürətli keçidin təmin edilməsi məqsədilə müvafiq şərait yaradılıb.

Son texnoloji imkanlara malik yeni avadanlıqla təchiz olunan yeni məntəqədən idxal və ixrac istiqamətlərində sutkalıq 250-300 yük nəqliyyat vasitəsinin, ümumilikdə isə 500-600 yük nəqliyyat vasitəsinin qəbul edilməsi nəzərdə tutulub.

Şimal-Cənub Nəqliyyat Dəhlizinin mühüm komponentləri olan körpünün və buraxılış məntəqəsinin istifadəyə verilməsi dəhliz üzrə daşımaların həcminin artırılması baxımından böyük əhəmiyyət daşıyır. Qeyd edək ki, cari ildə dəhlizlə yük daşımaları 44,5 faiz artıb.

Eyni zamanda, cari ilin 11 ayında Azərbaycanla İran arasında ikitərəfli yük daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz, o cümlədən tranzit daşımaları 2,1 dəfə çox olub. Yeni körpünün və buraxılış məntəqəsinin açılışı iki ölkə arasında yük daşımalarının həcminin daha da artırılmasına töhfə verəcək.

Dövlət sərhədində yol və gömrük-sərhəd infrastrukturunun yaradılması eyni zamanda nəqliyyat vasitələrinin Astara şəhərinə daxil olmadan yollarına davam etmələrinə şərait yaradacaq ki, bu da öz növbəsində şəhərdaxili nəqliyyat axınının səmərəliliyinin artırılmasına müsbət təsir edəcək.

Eyni zamanda, dövlət sərhədindən buraxılış məntəqəsinin ikinci fazada genişləndirilməsi məqsədilə müvafiq işlərə başlanılıb. Gənişləndirilmə işlərindən sonra dövlət sərhədindən buraxılış məntəqəsi 7 gediş və 7 gəliş xətləri üzrə gündəlik olaraq 500 giriş və 500 çıxış olmaqla, ən azı 1000 yük nəqliyyat vasitəsini qəbul edə biləcək.(azərtac)
 
Ardını oxu...
Ukraynada gedən genişmiqyaslı müharibənin 2-ci ilinin tamamına yaxın Qərbin, xüsusilə əsas donor olan ABŞ-nin yardımının təxirə düşməsi rəsmi Kiyevin "B planı"nı işə salmasını gündəmə gətirib. Bəs bu plan nədir?

Ukraynalı siyasətçilər və ekspertlər durumla bağlı gerçəkliyi "Report"un Şərqi Avropa bürosuna açıqlayıblar.

Hərbi-siyasi şərhçi Taras Berezovets bildirib ki, Ukrayna hələ SSRİ-nin tərkibində olan zaman ən böyük silah istehsalçılarından biri idi: "Sovet İttifaqı dağıldıqdan sonra Ukrayna ən böyük hərbi sənaye kompleksinə malik oldu. Kiyev bundan müxtəlif silahların istehsalında və onların ixracında istifadə edib. Ukrayna düz 25 il ərzində ən çox silah istehsal və ixrac edən 10 ölkədən biri olub. Amma 2000-ci illərdən sonra müdafiə sənayesi ilə bağlı bir çox layihələr dayandırıldı. Belə ki, o vaxt hərbi sənaye kompleksi özəlləşdirilməyə başlandı. Lakin Ukrayna 2014-cü ildən sonra tədricən, 2022-ci il fevralın 24-də Rusiyanın genişmiqyaslı müharibəyə başlamasından sonra isə sürətlə müdafiə sahəsi ilə öz proqramını həyata keçirməyə başlayıb. Hazırda Ukrayna şirkətləri unikal silahlar istehsal edirlər. Bu məqamda qeyd edək ki, Ukrayna hazırda dəniz dronları istehsal edən ən böyük ölkələrdən biridir. Bu dronların istehsalına cəmi 1 ildir ki start verilib. Amma onlar vasitəsilə Qara dənizdə düşmənin hərbi hədəfləri məhv edilir. Bundan başqa, Ukrayna zirehli texnikaların istehsalına dair proqramı fəal şəkildə inkişaf edir. Aydındır ki, müharibə başa çatdıqdan sonra Ukrayna istehsalı olan unikal silahlar digər ölkələrə ixrac olunacaq. İndi döyüş şəraitində həm yerli, həm də Qərb ölkələrinin yeni silahları sınaqdan keçirilir. Üstəlik, Qərb ölkələrinin Ukraynaya silah tədarükünü azaltması fonunda Kiyev müdafiə sahəsi ilə bağlı öz proqramlarını inkişaf etdirməyə məcburdur. Bununla bağlı artıq müsbət nəticələr var. Bu, Ukrayna hərbi sənaye kompleksinin böyüməsinə, çox sayda unikal silahın, ilk növbədə pilotsuz uçuş aparatlarının istehsalına təkan verir".

Politoloq Maksim Yali isə qeyd edib ki, təxminən iki ildir davam edən hərbi əməliyyatlar hazırda Qərb tərəfdaşlarının onları kifayət qədər döyüş sursatı, müxtəlif silahlarla tam təmin edə bilmədiklərini göstərir.

"Odur ki, Ukrayna özü silah istehsalına başlayıb. Ukrayna bu istiqamətdə 2023-cü ildə müəyyən uğurlar da qazanıb. Buraya ilk növbədə haubitsalar və ümumiyyətlə, artilleriya sistemləri üçün mərmilər daxildir. Bizim bununla bağlı müəyyən nailiyyətlərimiz var. Qərb ekspertlərinin fikrincə, Ukraynada hərbi əməliyyatların hazırkı tempini qorumaq üçün Qərb ölkələrinin – ABŞ, Avropa dövlətlərinə həm mərmi, həm də silah istehsalı üçün bir neçə il kifayət etməyəcək. Xüsusən də ABŞ-nin hərbi yardımının gecikməsini, Avropa İttifaqı ölkələrində buna dair müəyyən çətinliklərin olduğunu nəzərə alsaq, Ukrayna üçün yeganə yolun məhz bu olduğunu söyləyə bilərik. Digər tərəfdən, Qərb ölkələrinin öhdəliklərini yerinə yetirəcəyinə əminəm. Hər halda, Ukrayna yalnız özünə güvənməlidir, çünki Qərbdə siyasi vəziyyət dəyişə bilər. Belə ki, 2024-cü ildə ABŞ-də prezident seçkiləri keçiriləcək. Respublikaçılar Partiyasında reytinqinə görə hazırda lider olan Donald Tramp Ukraynanı onun üçün əlverişli olmayan şərtlərdə danışıqlara məcbur etmək niyyətindədir. Əks təqdirdə, Tramp Ukraynaya silah tədarükündən imtina edəcəyini deyib. NATO və Aİ-nin mexanizmlərini nəzərə alsaq, Avropada da bu məsələ ilə bağlı problemlərin olduğunu söyləyə bilərik. Məsələn, dekabrda Macarıstanın veto qoyması ilə Ukraynaya 50 milyard avro məbləğində yardım ayrılması mümkün olmayıb.

Beləliklə, bu istiqamətdə iki problem var. Birincisi, əvvəllər qeyd etdiyim siyasi aspektlərdir ki, bu da bizi getdikcə özümüzə güvənməyə vadar edir: xüsusən də silah və sursat istehsalında. İkincisi, texnoloji çağırışla bağlıdır. Bu, bir neçə onilliklər ərzində həm Avropa ölkələrində, həm də ABŞ-də silah və sursat istehsalının əhəmiyyətli dərəcədə azalması ilə əlaqədardır. Onlar istəsələr belə, Ukraynanın bütün ehtiyaclarının ödənilməsi üçün
qısa müddətdə istehsalı bərpa edə bilmirlər. Buna görə də silahlarla bağlı yeganə yol özümüzə güvənməkdir. Məlum olduğu kimi, biz “Boqdan” haubitsaları istehsal edirik. Artıq 6 aydır ki minaatanlar üçün mərmilər və digər silahlar istehsal edirik", - deyə politoloq vurğulayıb.
 
Ardını oxu...
Samvel Balasanyanın oğlu, iş adamı Misak Balasanyan 4 sentyabr 2023-cü ildə Ermənistanın İraqdakı səfiri vəzifəsinə təyin edilib. Bu gün – 29 dekabr 2023-cü ildə isə o, həmin vəzifədən geri çağırılıb. Balasanyan 2 noyabrda etimadnaməsini İraq Prezidenti Əbdüllətif Rəşidə təqdim edib. Yəni faktiki olaraq bu vəzifədə 57 gün çalışıb.
Bu sözləri erməni siyasi şərhçi Edqar Kazaryan qeyd edib.
O bildirib ki, bu, diplomatiya tarixində nadir hadisədir:
“Səfirin fəaliyyətə başladıqdan 57 gün sonra geri çağırılması ümumilikdə diplomatiyaya, xüsusən də İraqa hörmətsizlikdən başqa bir şey deyil”. (Axar.az)
 

Dünyapress TV

Xəbər lenti