Ardını oxu...
Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən "Cənnət" restoranında yoxlama aparılıb.

Qaynarinfo-nun məlumatına görə, yoxlama vətəndaş Ofelya Şərifova tərəfindən restoranda səs-küy olması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilən şikayət zəngindən sonra keçirilib.

DİN əməkdaşlarının keçirdiyi yoxlama zamanı restoran sahibinə İnzibati Xətalar Məcəlləsinin 521 və 535.1 maddəsi ilə protokol tərtib edilib.

Aparılan yoxlama zamanı restoranda səs-küyün səbəbi müyyənləşib. Məlum olub ki, restoran açıq ərazidə yerləşir və yaşayış sahələrindən 400-500 metr məsafədədir. Buna görə də musiqi səsi əraziyə daha tez yayılır.

Həmçinin restoranın icrarədarı, 1984-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qabıllı kəndində anadan olmuş, Kəngərli rayonunun Qabıllı kəndində qeydiyyatda olan şəxs yoxlamaya maneəçilik də törədib.

Məhkəmənin qərarı ilə icarədar İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 10 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.
 
Ardını oxu...
Gürcüstanın həm də Fransa vətəndaşı olan prezidenti Salome Zurabişvili məhz rus kəşfiyyatının iddia etdiyi məzmunda açıqlamalar verməyə artıq başlayıb... ABŞ-ın təkzib üçün ciddi arqumentlər tapmaq əvəzinə susması, gürcü prezidentin ittihamları müəyyən mənada, rus kəşfiyyatının iddialarına dolayısı da olsa, inandırıcı görüntülər verir...
Cənubi Qafqaz uğrunda mübarizədə yeni mərhələyə keçid sürətlə yaxınlaşır. Belə ki, ABŞ və Qərb ilk mərhələdə Ermənistanın Rusiya ilə münasibətlərinin korlanmasına artıq nail olub. Hazırda rəsmi İrəvan Kremlə xəyanət etməkdə davam edir və Ermənistanın Qərb üçün Rusiyaya qarşı regional alət rolundan tamamilə məmnundur. Və bu baxımdan, Ermənistanın gələcək taleyinin necə olacağı yəqin ki, hələ müəyyən müddət ərzində müəmmalı olaraq, qalacaq.

Ancaq son proseslər onu göstərir ki, ABŞ və Qərb üçün yalnız Ermənistan yetərli deyil. Ona görə də, hazırda Gürcüstan da açıq hədəfə çıxarılıb. ABŞ və Qərbin rəsmi Tiflisə hazırda əsas iradı isə "xarici agentlər" barədə qanunun qəbulu və LGBT-nin Gürcüstanda qadağan edilməsi ilə birbaşa bağlıdır. Çünki ABŞ və Qərbin yalnız Gürcüstanda deyil, ümumiyyətlə, MDB məkanında əsas sosial bazası "qrant aventurası"na daxil olan şəxslər və LGBT təmsilçiləridir. Və bu səbəbdən də, rəsmi Tiflisə təzyiq mexanizmlərini qorumaq üçün Qərb bu iki qeyri-milli kateqoriyanın toxunulmazlığını təmin etməyə çalışır.

Təbii ki, rəsmi Tiflis buna qətiyyətlə və prinsipial şəkildə müqavimət göstərir. Nəticədə Gürcüstan ABŞ və Qərbin ardıcıl sanksiyalarına məruz qalmağa başlayıb. Belə ki, ABŞ Gürcüstanla siyasi-diplomatik münasibətlərinə yenidən baxmaq qərarına gəlib. Hətta bu iki ölkə arasında münasibətlər korlanmaq həddinə çatıb. Ağ Ev Gürcüstana hərbi təyinatlı maliyyə yardımlarını dayandırıb. Və rəsmi Tiflisə qarşı daha sərt addımların atılacağını da qətiyyən gizlətmir.

Digər tərəfdən, Almaniya da Gürcüstana münasibətdə ABŞ-ın mövqeyini eynilə təkrarlamaq qərarı verib. Rəsmi Berlin Gürcüstan qarşısında maliyyə-iqtisadi öhdəliklərinin hamısından imtina edib. Eyni zamanda, Almaniya ordusunun Gürcüstan hərbçilərinə təlim keçməyəcəyini də bəyanlayıb. Və bu, indiki situasiyada Gürcüstana Qərbdən vurula biləcək ən ağır zərbələrin yalnız başlanğıcı hesab olunur.

Məsələ ondadır ki, Avropa Birliyi də Gürcüstan ilə bütün əlaqələrini kəsdiyini vurğulayıb. Belə ki, Avropa Birliyi Gürcüstan ordusuna hər il ayrılan 30 milyon avro məbləğində maliyyə dəstəyini geri çəkib. Eyni zamanda, Gürcüstanın Avropa Birliyinə üzvlük prosesi qeyri-müəyyən müddətə, hətta böyük ehtimalla həmişəlik dayandırılıb. Və rəsmi Tiflis məlum iki hüquqi sənədi ləğv etməyəcəyi təqdirdə, Avropa Birliyinin sanksiyalarının daha da sərtləşdirilə biləcəyi də qətiyyən istisna olunmur.

Maraqlıdır ki, rəsmi Tiflis ABŞ və Qərbin təzyiqləri qarşısında heç bir halda, geri çəkilməyəcəyini, Gürcüstanın müstəqilliyini və suverenliyini sona qədər müdafiə edəcəyini vurğulayıb. Gürcüstanın siyasi dairələri bu ölkənin müstəqilliyi üçün ağır dəyər ödəndiyini qabardır. Və Gürcüstanın Qərbdən gələn təlimatları icra edən regional müstəmləkəyə çevrilməsinə imkan verilməyəcəyini bəyanlayır.

Göründüyü kimi, rəsmi Tiflis açıq-aşkar ABŞ və Qərbi Gürcüstana münasibətdə müstəmləkəçilik siyasəti yürütmək də suçlayır. ABŞ və Avropa Birliyinin kobud şəkildə Gürcüstanın daxili işlərinə qarışmağa cəhd göstərdiyini nəzərə aldıqda, rəsmi Tiflis tamamilə haqlı görünür. Halbuki, Qərbin Gürcüstandan belə asanlıqla, əl çəkəcəyini düşünmək də sadəlövhlük olardı. Və bu baxımdan, Gürcüstana qarşı müəyyən cəza ssenarilərinin işə salınacağı da qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, Rusiya kəşfiyyatı artıq bu barədə Gürcüstanın hakim dairələrini xəbərdar edib. Belə ki, Rusiya xarici kəşfiyyat xidməti ABŞ-ın Gürcüstanda dövlət çevrilişinə hazırlıq apardığı barədə məlumat yayıb. Ağ Ev təmsilçiləri tez-tələsik bu iddianı təkzib etməyə çalışsa da, Rusiya kəşfiyyatı ABŞ-ın Gürcüstanda dövlət çevrilişi planının detallarını da açıqlayıb. Və yalnız bundan sonra Ağ Ev ifşa edilmiş duruma düşdüyündən susqunluğa üstünlük vermək məcburiyyətində qalıb.

Rusiya xarici kəşfiyyat xidmətinin yaydığı məlumata görə isə ABŞ-ın Gürcüstanda dövlət çevrilişi planı olduqca təhlükəli məzmun daşıyır. Rusiya kəşfiyyatı bu planın artıq işə salındığını və Gürcüstanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində isə həlledici mərhələyə start veriləcək. Ona qədər isə Bayden adminstrasiyası Gürcüstanda hakimiyyətdə olan "Gürcü arzusu" Partiyasına qarşı genişmiqyaslı qaralama kampaniyası hazırlayıb. Rus kəşfiyyatı iddia edir ki, Ağ Ev Gürcüstana qarşı daha ağır yeni sanksiyalarla yanaşı, Ermənistanda sınaqdan çıxartdığı proporsiyada tezislərindən də istifadə edəcək. Yəni, Gürcüstanın bütün problemləri məhz Rusiya ilə əlaqələndiriləcək.

Digər tərəfdən, iddia edilir ki, "Gürcü arzusu" Partiyasına qarşı əsas ittihamlarda Gürcüstanın Avropa Birliyindən məqsədyönlü şəkildə uzaqlaşdırmağa cəhd göstərildiyi barədə tezislər ön plana çəkiləcək. Hakim partiyaya yönəlik qaralama kampaniyasında Gürcüstanın həm də Fransa vətəndaşı olan prezidenti Salome Zurabişviliyə xüsusi rol ayrıldığı da bildirilir.

Yəni, plana görə, Salome Zurabişvili ABŞ mətbuatına Gürcüstanın Avropa Birliyi ilə münasibətlərinin korlanmasına və bu quruma üzvlük prosesinin dayandırılmasına görə bütün məsuliyyəti "Gürcü arzusu"nun üzərinə yükləyən müsahibə verməlidir. Həmin müsahibədə Gürcüstanın Rusiya ilə yaxınlaşmasının törədəcəyi fəlakətlər barədə ölkə əhalisinə xəbərdarlıq etməlidir. Və bununla da Gürcüstanda qarşıdurma mühitinin yaradılmasına start verilməlidir.

Belə anlaşılır ki, ABŞ Gürcüstan prezidenti vasitəsilə yerli müxalifətin növbəti dəfə "rəngli inqilab" törətməsinə siyasi-ideoloji hazırlıq aparmaq niyyətindədir. Rus kəşfiyyatının məlumatına görə, amerikalı kuratorlar yerli müxalifət qüvvələrinə birləşməyi və sərt mübarizəyə hazır olmaq təlimatı veriblər. Həmin məlumatda qeyd olunur ki, yerli müxalifət küçə iğtişaşlarına nail olmağa çalışmalıdır. Və küçə toqquşmalarında "qanlı hadisələrin qurbanları" da olmalıdır ki, Gürcüstan hakimiyyətinə qarşı əhalinin nifrəti, qəzəbi təmin edilsin.

Rusiya kəşfiyyatı onu da iddia edir ki, Gürcüstanda dövlət çevrilişi Ukraynadakı "Maydan" hadisələrini təkrarlamalıdır. Yəni, Gürcüstanda da "Maydan" hadisələrində olduğu kimi, xüsusi snayperlərin açacağı atəş nəticəsində yüzlərlə insanın həlak olması planlaşdırılır. Bu isə o deməkdir ki, Gürcüstanda qanlı dövlət çevrilişi planlaşdırılır. Və bu iddialarda Rusiya kəşfiyyatının nə qədər haqlı olduğu isə yaxın bir neçə ay ərzində məlum olmağa başlayacaq.

Hələlik isə rus kəşfiyyatının yaydığı məlumatın yalan olmayacağını sezdirən iki önəmli məqam mövcuddur. Belə ki, Ağ Ev rəsmilərinin bu məlumatı əvvəlcə xüsusi çaşqınlıq içərisində tez-tələsik təkzib etməyə çalışaraq, sonra dərhal susqun qalması kifayət qədər şübhəli görünür. Çünki adətən, ABŞ rəsmi dairələri belə iddialara reaksiya verərkən, onu təkzib etməklə yanaşı, həm də faktlar, sübutlar və arqumentlər gətirirlər. Bu dəfə isə təkzibin ardınca rus kəşfiyyatını yalanlayacaq arqumentlərin əvəzində sadəcə, susqunluq hökm sürür.

Digər tərəfdən, Gürcüstan prezidenti Salome Zurabişvili məhz rus kəşfiyyatının iddia etdiyi məzmunda açıqlamalar verməyə artıq başlayıb. Belə ki, Gürcüstan prezidenti hakimiyyətdə olan "Gürcü arzusu" Partiyasının Avropa Birliyi ilə münasibətləri korlamaqla, ölkənin bu quruma üzvlüyünü bloklayan addımlar atmaqla, siyasi cinayət törətdiyini bəyan edib. O, bildirib ki, Gürcüstan hökuməti ölkəni sürətlə Rusiyanın orbitinə yaxınlaşdırır və bu, tezliklə böyük fəlakətlərə yol aça bilər. Və Gürcüstan prezidentinin bu açıqlamaları müəyyən mənada, rus kəşfiyyatının iddialarına dolayısı da olsa, inandırıcı görüntülər verir.(Yeni Müsavat)
 
Ardını oxu...
Böyük Britaniyanın paytaxtı Londonda mənzil qərargahı olan və mülki gəmiçilik məsələlərini tənzimləyən əsas beynəlxalq təşkilat sayılan Beynəlxalq Dəniz Təşkilatın (IMO) Azərbaycanı “qara” siyahıya salıb. Azinforum.az xəbər verir ki, bu barədə müvafiq bildiriş cari ilin may ayının sonunda dərc edilib.

Təşkilatın rəsmi saytındakı məlumatdan görünür ki, ölkələr sihahı üzrə 3 qrup üzrə təsnifatlandırılır: “ağ ”, “boz” və “qara” siyahıda olanlar. Təəssüflə qeyd etməliyik ki, IMO-nun qərarı ilə Azərbaycan – Palau, Beliz, Tanzaniya və Toqo kimi 12 ölkə ilə birlikdə təşkilatın “qara” siyahısına salınıb.

Azərbaycan öz donanması ilə daima fəxr edib. Bir ölkə olaraq gəmilərimizin yerli limanlara yan alması ilə bağlı təbii coğrafi məhdudiyyətlərimiz olsa da, dənizçilərimiz bütün dünyada məşhurdur və bayrağımız bir çox beynəlxalq gəmiçilik marşrutlarında olan gəmilərdə dalğalanır.

Maraqlıdır ki, beynəlxalq qadağanı tətbiq edən qurumla münasibətlərə və oradakı bayrağımızın statusuna cavabdeh olan Dövlət Dəniz və Liman Agentliyi, bu xoşagəlməz hadisənin səbəbləri və nəticələrini, eləcə də , bu vəziyyətdən necə çıxacağımızın yolları barədə ictimaiyyətə heç bir məlumat və izahat verməyib. Təəssüf ki, Dövlət Dəniz və Liman Agentliyindən bu mövzu ilə bağlı münasibət öyrənə bilmədik.
Ölkəmizin “qara” siyahıya salındığı ilə bağlı məlumatın əks olunduğu linki təqdim edirik:
https://parismou.org/Statistics%26Current-Lists/white-grey-and-black-list
 
 
 
Ardını oxu...
Azərbaycanın İrandakı səfirliyi yaxın 15-20 gün ərzində fəaliyyətini bərpa edəcək. İran KİV-lərinin məlumatına görə, bu barədə İran XİN-in Avrasiya Baş İdarəsinin rəisi Müctəba Dəmirçilu bildirib.

Onun sözlərinə görə, İranın Azərbaycandakı səfirinin təyin edilməsi məsələsi yeni prezidentin seçilməsi ilə əlaqədar ölkə hökumətinin formalaşdırılmasından sonra həll olunacaq.

* 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum olub, nəticədə diplomatik missiyanın bir mühafizəçisi öldürülüb, daha iki nəfər yaralanıb.

Bundan sonra Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandırıb.

KİV-in İran hakimiyyətinə istinadla yaydığı məlumata görə, fevralın 5-də Azərbaycan səfirliyinə hücum edən şəxs ölüm cəzasına məhkum edilib.(Turan)
Ardını oxu...
Rusiya Daxili İşlər Nazirliyi miqrantların İnzibati Xətalar Məcəlləsinin daha 20 maddəsini, o cümlədən xırda xuliqanlıq və ictimai asayişi pozduqlarına görə ölkədən çıxarılmasını təklif edib.

“Cebhe.info” bu barədə Rusiya mətbuatına istinadən yazır.

“Qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin daha 20 maddəsinə xaricetmənin tətbiqi təklif edilir ki, onların da əksəriyyəti ictimai asayişin və ictimai təhlükəsizlik sahəsində hüquq münasibətlərinin qorunmasına, o cümlədən ekstremist təzahürlərə qarşı mübarizəyə yönəlib”, - deyə idarənin saytında yerləşdirilən məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, hazırda İnzibati Xətalar Məcəlləsinin 22 maddəsində inzibati qaydada çıxarılma nəzərdə tutulub. Cəza “Vicdan azadlığı haqqında” Qanunun pozulmasına, qeyri-ənənəvi dəyərlərin təbliğinə, dövlət sərhədinin mühafizəsi sahəsində müəyyən qanun pozuntularına, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və bir sıra digər qanunsuz hərəkətlərə görə tətbiq edilir.

Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin sözlərinə görə, yeni qanun layihəsi ictimai asayişi və təhlükəsizliyi pozan miqrantların ölkədən çıxarılmasına başlayacaq. Söhbət, o cümlədən, hüquq-mühafizə orqanı əməkdaşının qanuni əmrinə tabe olmamaq, xırda xuliqanlıq, ekstremist və ya nasist simvollarının təbliği və ya nümayişi, terror fəaliyyətinə çağırışlar, miqrasiya qeydiyyatı aparılarkən yalan məlumatların verilməsi və s.

“Bir sıra maddələrə əsasən, qanunsuz fəaliyyətinə görə ölkədə olması arzuolunmaz olan şəxslərin dərhal (məhkəmə qərarı olmadan) ölkədən çıxarılması təmin edilməlidir. Dövlət Duması hüquqpozmaların siyahısının genişləndirilməsi ilə bağlı qanun layihəsini dəstəkləyəcək”, – Volodin “Telegram” kanalında yazıb.

Daxili İşlər Nazirliyi daha əvvəl “İnterfaks”-a bildirmişdi ki, miqrantlara qarşı hüquq-mühafizə orqanlarının qanuni əmrinə tabe olmama halları ilə bağlı 8 mindən çox, habelə ictimai təhlükəsizliyə və qanunvericiliyə qəsd etdiklərinə görə 209 mindən çox protokol tərtib edilib. sifariş. Departament həmçinin miqrasiya ilə bağlı hüquqpozmalara yol vermiş şəxslər üçün cərimələrin artırılmasını təklif edib.
 
Ardını oxu...
İrəvanda hakim "Mülki Müqavilə" partiyasının binası yaxınlığında silahlı atışma olub.
Bakupost.az xəbər verir ki, bu barədə “Şamşyan.com” məlumat yayıb.
Məlumata görə, insident nəticəsində yaralanan var.
Bildirilir ki, hadisəni törədən Armen.Q. Ermənistanda tanınmış pivə zavodunun sahibi "Samiko"nun oğludur.
Yaralanan şəxs isə "Erebuni" tibb mərkəzinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
 
Ardını oxu...
Dünyanın ən varlı iş adamı, “Amazon”un sahibi Ceff Bezos nişanlısı ilə tətilə çıxıb.

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, cütlük əvvəlcə Yunanıstanda istirahət edib, daha sonra 500 milyon dollar dəyərində “Koru” adlı lüks yaxtaları ilə Göcek və Bodrumda lövbər salıb.

Bezos və nişanlısı ötən axşam Aralıq dənizi və Fransız mətbəxi yeməkləri təqdim edən lüks restoranda yaxın dostları ilə şam yeməyi yeyib. İş adamı gecənin sonunda restorana təxminən 100 min avro hesab (3,5 milyon lirə) ödəyib.

Xatırladaq ki, Ceff Bezos jurnalist sevgilisi Lauren Sançezə ötən il evlilik təklifi edib.

Onu da bildirək ki, Bezos bu il 200 milyard dollar sərvətlə ilk dəfə dünyanın ən varlı adamları reytinqində birinci yeri tutub.
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ukrayna prezidenti Volodimir Zelenski iyulun 8-də deyib ki, Macarıstanın baş naziri Viktor Orban Rusiyanın təcavüzünə son qoyulmasında vasitəçi ola bilməz. Orban həmin gün Pekinə, özünün dediyi kimi, "sülh missiyası 3.0" çərçivəsində səfər edib,

Macarıstan iyulun 1-də Avropa İttifaqı (Aİ) Şurasının prezidentliyinə keçəndən sonra Kiyev və Moskvaya da gedib. Amma Aİ və ABŞ rəsmiləri onun bloku təmsil etmədiyini deyiblər.

İyulun 5-də Aİ prezidenti Şarl Mişelə məktubunda Orban Rusiya prezidenti Vladimir Putinlə danışıqlarından yazıb. Orban yazır ki, indi atəşkəs və sülh danışıqları üçün yol xəritəsindən ötrü bütün mümkün təkliflərin müsbət qəbuluna daha böyük şansın olduğuna inanır.

Ancaq Ağ Ev Milli Təhlükəsizlik Şurasında aparıcı müşavir Mayk Karpenter Orbanın Putinlə görüşünün faydalı olmayacağını deyir.

"Məncə, Orbanın Moskva səfərinin Ukraynaya, onun sülhü tapmasına, suverenliyi və ərazi bütövlüyünün bərpası səylərinə köməyi dəyməyəcək", - Karpenter iyulun 8-də bir brifinqdə söyləyib.

Aİ-nin bəyanatı, Zelenskinin gözləntisi
Mişel ötən həftə deyirdi ki, Aİ-nin rotasiyalı prezidentliyinin Aİ adından Rusiya ilə işləməyə mandatı yoxdur. O, Rusiyanın Ukraynaya qarşı müharibədə təcavüzkar olması barədə Aİ-nin mövqeyini bir daha dilə gətirib.

Orban məktubunda iddia edir ki, ABŞ rəhbərliyi prezident seçkisi kampaniyası səbəbindən "məhduddur". Bu səbəbdən gələn aylarda Aİ ABŞ-dən heç bir təklif gözləyə bilməz və Brüssel Avropa təşəbbüsünü işə salmaq barədə düşünməlidir.

Polşada mətbuat konfransında çıxış edən Zelenski isə bildirib ki, yalnız Rusiyadan daha güclü silahlı qüvvələri olan ölkələr sülh danışıqları təşkil edə bilərlər.

"Dünyada çoxmu belə ölkə var? Çox deyil. İnanıram ki, ABŞ və Çin belə ölkələrdəndir. Və Aİ, tək bir ölkə yox, Aİ bütünlükdə. Bu, gerçək vasitəçi missiyası olardı", -- Zelenski vurğulayıb.

Putin deyir ki, müharibəni bitirmək üçün şərtlərə Kiyevin NATO-ya üzvlük arzusundan, eləcə də Krım və Ukraynanın işğal olunmuş dörd vilayətindən əl çəkməsi daxildir.

Orban Mişelə məktubunda yazır ki, o, hər hansı təklif irəli sürməyib, Aİ Şurası, yaxud Aİ adından hər hansı fikir səsləndirməyib.

Vaxt kimin tərəfindədir?
Orban qeyd edir ki, Putinin cəbhə xəttindəki vəziyyətlə bağlı dedikləri Zelenskinin dediyindən ciddi fərqlənir.

Rusiya lideri inanır ki, vaxt Ukraynanın xeyrinə işləmir, Rusiya qüvvələrinin tərəfindədir. Putin müharibədə Rusiyanın itkilərindən danışmayıb. Ancaq onu deyib ki, Rusiya Ukraynanın hər ay 40 mindən 50 minədək hərbçisinin öldüyünü, yaxud yaralandığını hesablayıb.

Ona görə də Putin Orbana Zelenskinin müvəqqəti atəşkəsdən imtinasından təəccübləndiyini deyibmiş. "Rusiya Ukrayna qüvvələrinin gizli relokasiyası, yaxud yenidən təşkilinə xidmət etməyən istənilən atəşkəs təklifini nəzərdən keçirməyə hazırdır", - Orban məktubunda yazır.

Ukrayna itki sayını açıqlamır. Amma Zelenski fevralın 25-də demişdi ki, o vaxtadək müharibədə 31 min ukraynalı hərbçi həlak olub.
 
Ardını oxu...
Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi etiraz aksiyaları siyasi iflasa uğrayan “Qarabağ klanı” cəmiyyəti Nikol Paşinyan hakimiyyətinə qarşı aksiyalar cəlb etmək üçün yeni üsuldan istifadə etməyə başlayıb.

“Cebhe.info” xəbər verir ki, bu dəfə özünü hüquq müdafiəçisi adlandıran Janna Aleksanyanın dili ilə Azərbaycan-Ermənistan sülh prosesini pozmaq üçün növbəti təxribat ortaya atılıb.

Aleksanyan Ermənistan mediasına müsahibəsində Nikol Paşinyan hakimiyyətini Azərbaycanda həbsdə saxlanılan separatçı rejimin başçılarını müdafiə etməməkdə ittiham edib.

Janna Aleksanyanın iddiasına görə, Ermənistan rəhbərliyi sülh danışıqlarında qondarma qurumun nümayəndələrini həbsdən buraxılmasını Azərbaycanın qarşısında şərt kimi qoymalıdır. Hətta o, öz iddialarını əsaslandırmaq üçün Araik Arutyunyan, Bako Saakyan, Arkadi Qukasyan, David Babayan, Ruben Vardanyan və digər cinayətkarların guya işgəncəyə məruz qaldığı haqda fikirlər səsləndirməkdən də çəkinmir.

Əslində, Janna Aleksanyanın çıxışının iki hədəfi var. Birinci hədəf Nikol Paşinyandır. Revanşist müxalifət cəmiyyətdə Paşinyanın “satqın” obrazını yaratmaqla etirazçı kütləni meydana yığmaq istəyir. İkinci məqsəd Azərbaycanla Ermənistan arasında sülh prosesinə zərbə vurmaq və bölgədə münaqişənin bərpasına nail olmaqdır:

“Hesab edirəm ki, yerli ictimai təşkilatlar Ruben Vardanyanı dəstəkləyən bəyanatla çıxış ediblər, amma əsas işi dövlət görməlidir. Biz ölkənin Baş nazirinin bu şəxslər saxlanılandan sonra, həmin insanların həbsdə qalması prosesində Bakının davranışını açıq şəkildə pislədiyini görmürük. “İşgəncə”lərlə bağlı xəbərlər fonunda onun ümumiyyətlə, qınayıcı bəyanatla çıxış etdiyini də görmədik. O, hər hansı qınayıcı bəyanat vermədi. Bu, əslində çox vacibdir. Dövlət beynəlxalq strukturlarla sıx əməkdaşlıq etməli, bu məsələlərlə davamlı olaraq məşğul olmalı idi. Bu, Ermənistan hakimiyyəti üçün prioritet olmalı idi”.

Janna Aleksanyan hesab edir ki, Ermənistan separatçıların həbsdən azad edilməsi mövzusunu danışıqlar masasına gətirməli və bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməlidir. Hazırda Paşinyanın bunu etməməsi Azərbaycana güzəştə getməsi anlamına gəlir:

“Biz görürük ki, sülh müqaviləsi bağlandıqca Ermənistan güzəşt siyasəti yürüdür və bütün bunlardan istifadə edən Azərbaycan öz tələblərini artırır. Azərbaycanda saxlanılan vətəndaşlarımızın məsələsi sülh müqaviləsinin imzalanmasının şərtlərindən birinə çevrilməli idi. Bu şərt olmalı idi və diktə edilməli idi. Amma biz bilmirik ki, sülh müqaviləsi imzalanacaq, ya yox: Biz görürük ki, Ermənistan tərəfinin şərtləri olmadan Azərbaycanın buna apardığını görürük.

Biz, məsələn, görürük ki, Azərbaycan beynəlxalq orqanlara verdiyimiz iddialardan imtina etməyi tələb edir. İctimai təşkilatlar buna qarşı çıxdı. Ermənistan bu addımı atsa, biabırçılıq olardı. Bu güzəşt siyasətindən xüsusilə, Bakı həbsxanalarında məhbus olan soydaşlarımız əziyyət çəkir. Bu, məsələni daha da pisləşdirir. Çox səs-küy salmaq, tələb etmək lazımdır, lakin bu, edilmir. Düşünürəm ki, Ermənistan Respublikasının hakimiyyət orqanları üçün bu məsələ heç də prinsipcə əhəmiyyətli deyil”.
 
Ardını oxu...
Macarıstan Ukrayna ilə Rusiya arasında vasitəçilik rolunu oynaya bilməz.

Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, bu missiyanı üzərinə yalnız ABŞ, Çin və Avropa İttifaqı götürə bilər.

Qeyd edək ki, Macarıstanın Baş naziri Viktor Orban iyulun 2-də Ukraynada səfərdə olub. Daha sonra Rusiyaya səfər edib.
 

Dünyapress TV

Xəbər lenti