Ardını oxu...
Erməni deputat Qarnik Danielyan deyib ki, ermənilər Tavuşun “anklav” adlanan kəndlərini (Qazaxın Ermənistanın işğalında olan kəndləri nəzərdə tutulur – red.) tərk edirlər. Onun sözlərinə görə, oradan miqrasiya sürəti artır. Danielyan iddia edib ki, Azərbaycan bu əraziləri alaraq, hərbiləşdirilmiş istehkamlar yaratmaq və Ermənistanda nəqliyyat kommunikasiyalarına nəzarət etmək istəyir: “Bu, Ermənistanın 1990-cı illərdən istehkam işlərinin aparıldığı bütün şimal cəbhəsini məhv edəcək. Azərbaycanın almaq istədiyi kəndlər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu kəndlərə maneəsiz çıxışının təmin edilməsi Ermənistanın özünü anklava çevirəcək. Məqsəd Ermənistanı bir dövlət kimi ləğv etməkdir”. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev öz maksimalist münasibətini ortaya qoyub: “Danışıqlar masasında Tavuş bölgəsindəki kəndlər, Zəngəzur dəhlizinin açılması, azərbaycanlıların Ermənistana köçürülməsi, təzminat ödənilməsi məsələləri var. Biz bütün bu təhlükələrlə bağlı xəbərdarlıq etdik və bildirdik ki, Azərbaycan bununla da dayanmayacaq”.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan rəsmiləri hər zaman olduğu kimi öz xislətlərinə uyğun fikirləşirlər. Siyasi şərhçinin fikrincə, işğal edilmiş Azərbaycan kəndlərinin gec-tez özümüzə qaytarılmasını ölüm-qalım məsələsi hesab etməyin özü xəstə təfəkkürün təzahürüdür:

"Erməni deputat guya qorxulardan, narahat olduqları məqamlardan danışır. Əgər iki ölkə arasında qalıcı sülh olarsa, Ermənistan niyə və nədən qorxmalıdır ki?! Bunların məntiqi onu deməyə əsas verir ki, ermənilər üçün sülh anlayışı nisbidir. Deməli, məqam düşən kimi sülhü tanımayacaqlar. Ancaq Ermənistan üçün həlledici məqam odur ki, 8 kənddən ikisi - Yuxarı Əskipara və Kərki kəndləri Ermənistan üçün həyatı əhəmiyyət daşıyan İrana və Gürcüstana çıxış yollarının üzərində yerləşir. İrəvan qorxur ki, bu nəqliyyat yolları Azərbaycanın nəzarətində olarsa, Ermənistan tamamilə Bakıdan asılı vəziyyətə düşəcək. Sözügedən kəndlərdə yaşayan erməni əhali də yaxşı bilir ki, Azərbaycan öz ərazisinə tezliklə qayıdacaq. Odur ki, özgəyə məxsus ərazini tərk edirlər. Lakin İrəvan anlamalıdır ki, söhbət hansısa hansısa kəndlərdən keçən yola nəzarətdən getmir, hazırda Ermənistan bütünlüklə Azərbaycandan asılı durumdadır. Azərbaycan Ermənistan üçün hansı gələcəyi məsləhət biləcəksə, onların yaşamı da o istiqamətdə gedəcək. Ermənistan bu danılmaz reallığı nə qədər tez qəbul etsə, proseslərdən bir o qədər uduşlu çıxacaq. Zaman Ermənistanın əleyhinə işləyir".
Ardını oxu...
"Döyüş meydanında vəziyyət olduqca çətindir".

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Davosda keçirilən Dünya İqtisadi Forumunda panel çıxışında deyib.

"Ruslar indi bir çox cəbhədə həmlə edirlər. Və təbii ki, ukraynalıların keçən yay başlatdıqları böyük hücum hamının ümid etdiyi nəticəni vermədi və biz indi Rusiyanın necə qüvvələrini topladığını, İrandan dronları necə aldığını və İranın köməyi ilə Tatarıstanda öz dronlarını istehsal etmək üçün dron zavodunu qurduğunu, Şimali Koreyadan döyüş sursatı və ballistik raketləri aldığını görürük. Onlar həmçinin itkilərə qarşı yüksək dözümlülük nümayiş etdirirlər. Beləliklə, Rusiya bütövlükdə geri həmlə edir (təzyiq göstərir - red.) və bu ciddi məsələdir. Biz Rusiyanı heç vaxt zəif qiymətləndirməməliyik", NATO Baş katibi deyib.

NATO Baş katibi nikbinlik üçün səbəblər barədə də danışıb: "2022-ci ilin fevralında Rusiya Ukraynaya qarşı tam miqyaslı işğal hücumuna başladı və əksər ekspertlər Rusiyanın bir neçə gün içində Kiyevi götürəcəyini və bir neçə həftəyə bütövlükdə Ukraynaya nəzarəti ələ keçirəcəyini bildirirdi. Ancaq bu baş vermədi və bunun əksi oldu, Ukrayna qüvvələri Rusiyanı geri oturdaraq şimalda, cənubda və şərqdə torpaqlarını azad etdi, Qara dənizdə böyük qələbə qazanaraq gəmiləri üçün dəhliz açdı. Onlar Rusiyanın hava qüvvələri və dəniz qüvvələrinə ciddi zərbələr vurublar, bunlar da Ukrayna üçün böyük hərbi qələbələrdir. Ən vacib məqam isə odur ki, Ukrayna suveren bir ölkə kimi öz mövcudluğunu saxladı. Rusiya isə uduzur, bu isə o deməkdir ki, onlar müharibə ilə qazanmaq istədiklərini itirdilər, yəni Ukraynaya nəzarəti itirdilər. Ukrayna xalqı bugünkü qədər heç vaxt Rusiyaya güvənini itirməyib, onlar artıq Qərbin bir hissəsi olmaq istəyir, Aİ üzvü olmaq istəyir və Ukrayna NATO-ya heç olmadığı qədər yaxınlaşıb. Bu isə Rusiya üçün böyük itkidir".

Baş katib Stoltenberq NATO-nun Ukraynaya dəstəyi barədə də danışıb. "Mən inanıram ki, NATO müttəfiqləri Ukraynaya dəstək verməyə davam edəcək. Ukraynaya dəstək vermək xeyriyyə işi deyil, bu bizim öz təhlükəsizliyimizə sərmayə qoymaq deməkdir. Biz Ukraynanı yanında olmağa davam etməliyik. Müəyyən bir mərhələdə Rusiya başa düşəcək ki, o, ağır bədəl ödəyir və ədalətli sülh üçün masaya oturacaq", NATO Baş katibi əlavə edib.
 
Ardını oxu...
211 il bundan əvvəl, 13 yanvar 1813-cü ildə Azərbaycan tarixində önəm daşıyan bir hadisə baş verdi. Söhbət Rusiya-İran müharibəsinin rus qoşunlarının Lənkərana hücumu kimi mühüm epizodundan gedir. Biz hamımız tarixin bu səhifəsini xatırlamalıyıq. Axı, tarix dövridir və başqa bir zamanda, başqa miqyasda, lakin eyni xarakterlərlə təkrarlana bilər. Xüsusilə, söhbət Rusiya, Azərbaycan və Böyük Britaniyadan gedirsə.

Belə ki, 1813-cü ildə rus ordusu Lənkəran qalasını mühasirəyə almağa və top atəşinə tutmağa cəhd etdi. Lakin bu istiqamətdə beş günlük tədbirlər uğur qazanmadı. Bu, ingilis mühəndisləri tərəfindən tikilən istehkamlar sayəsində baş verdi. Şahidlərin dediyinə görə, Lənkəran qalası hündür daş divarları və cərgələri iti döyüş divarları ilə güclü təsir bağışlayırdı. Qala dərin xəndəklərlə əhatə olunmuşdu.

O, nizamsız dördbucaq şəklində (eni 80 sajen), Lənkəran çayının sol sahilində, dənizdən bir qədər aralıda, bataqlıqların arasında idi. Ən böyük - cənub-qərb tərəfi 130 sajen uzanırdı. Nizamsız çoxbucaqlı formasında tikilmiş şimal-şərq tərəfinin uzunluğu 80 sajenə qədər idi. Cənub-şərq tərəfi və şimal-qərb tərəfin hər birinin uzunluğu 100 sajenə malik idi. Künclərdə qalalar var idi. Ən güclülər şimal və qərbdə idi. Qalan tərəfləri bataqlıq və çayla əhatələnirdi. Süni təpələrin hündürlüyü 4-5 sajenə çatırdı. Xəndəyin dərinliyi 4 sajen, eni 10 sajen idi.

Bütün bunlar ingilislərin köməyi sayəsində əldə edilmişdi. Bəli, tarixən İngiltərə və Rusiya bir-birinə qarşı çıxıb. Mən bu məqama qayıdacağam, amma hələlik qeyd edim ki, Lənkəran komendantı Sadıx xan qürurla qalanı təslim etməkdən imtina etdikdən sonra general Kotlyarevskinin rus dəstəsi Lənkəran qalasını zəbt etdi.

Bu zaman rus ordusu böyük itki verdi. Zabitlərin və kiçik zabitlərin əksəriyyəti öldürüldü. Dəstə öz əsgərlərinin yarıdan çoxunu itirdi və ya yaralandılar. 17-ci Yeger alayında 296 nəfərdən yalnız 74-ü sağ qalmışdı.

Bu, rusların tarixən “ət hücumu” taktikasından istifadə edərək öz məqsədlərinə çatmağa vərdiş etdiyini təsdiqləyir. İndi eyni taktikadan Rusiyanın Ukraynaya qarşı müharibəsində istifadə olunur. “Qadınlar yenilərini dünyaya gətirərlər” tezisinin, gördüyümüz kimi, Rusiyada kökünü kəsmək mümkün deyil.

Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsi haqqında. Cümə günü Kiyevdə çox mühüm hadisə baş verib. Ukrayna ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi Ukrayna prezidenti Vladimir Zelenski və Böyük Britaniyanın Baş naziri Rişi Sunak imzalayıb. İngilis dilində bu müqavilə “Agreement on Security Cooperation” adlanır.

Böyük Britaniya dünyada Ukrayna ilə əməkdaşlığa dair belə bir sənəd imzalayan ilk ölkə oldu. Müqavilə Ukraynanın təhlükəsizliyinə dəstək məqsədilə Britaniya ilə Ukrayna arasında hərbi və qeyri-hərbi əməkdaşlığı rəsmiləşdirir. Gördüyümüz kimi, Böyük Britaniya Rusiyanın yad torpaqları zəbt etmək planlarına yenidən açıq şəkildə qarşı çıxır. Və burada Lənkərana hücumun nəticələrini bir daha xatırlayırıq.

Lənkəran qalası alındıqdan sonra rus qoşunlarının İrana soxulması üçün birbaşa yol açıldı və qanlı hücumun bilavasitə nəticəsi 1813-cü il oktyabrın 12-də (24) Qarabağın Gülüstan kəndində imzalanmış Gülüstan müqaviləsi oldu. Onun bəndlərinə görə, Rusiya Xəzərin qərb sahilini Astaraya qədər aldı. Yəni müasir Azərbaycan torpaqları o vaxtkı Rusiya tərəfindən işğal olundu.

İndiki Rusiya da imperiya ambisiyaları ilə sağalmaz xəstədir. Bu ölkənin rəhbərliyi açıq şəkildə bəyan edir ki, SSRİ-nin dağılması ötən əsrin ən böyük geosiyasi fəlakəti olub. Rusiya artıq 2008-ci ilin avqustunda Gürcüstana qarşı müharibəyə başlayıb və onuncu ildir ki, Ukraynaya qarşı döyüşür. Üstəlik, son iki ildə genişmiqyaslı müharibə gedir. Rusiya artıq Krımı və bir sıra Ukrayna torpaqlarını “ilhaq edib”.

Azərbaycan eyni zamanda Ukraynanın ərazi bütövlüyünü tanıyır və ona siyasi dəstək və humanitar yardım göstərir. Biz yenə də Azərbaycanı güclü şəkildə dəstəkləyən Böyük Britaniya ilə barrikadanın eyni tərəfindəyik. Gördüyümüz kimi tarix özünü təkrarlamaq qabiliyyətini sübut edib. Və biz yeni faciələr yaşamaq istəmiriksə, onun bütün dərslərini xatırlamalıyıq.

Müəllif: Əkbər Həsənov - Mənbə: AYNA.az
 
Ardını oxu...
Rusiya-Belarus sərhədinin üçüncü ölkədən gələn sürücülərin üzünə bağlanması beynəlxalq yükdaşımalarda iştirak edən azərbaycanlıları son dərəcə çətin vəziyyətə salıb.
TEREF-in Haqqın.az -a istinadən məlumatına görə, bir həftədir 20 dərəcə şaxtada "Krasnıy Kamen" sərhəd-keçid məntəqəsində qalan azərbaycanlı yük maşını sürücüləri jurnalistlərin suallarına cavab olaraq çiyinlərini çəkməklə kifayətlənirlər.
“Yanvarın 8-dən burada gözləyirik: bizə sərhəddən keçirməyə icazə vermirlər. Belarusdan yük götürdük - onu üçüncü ölkəyə aparmalıyıq. Lakin Rusiya-Belarus sərhədi üçüncü ölkələrin sürücüləri üçün bağlıdır. Heç kim bunun səbəblərini izah etmir. Hara müraciət etsək də, dəqiq cavab ala bilmirik”, - deyə sürücülərdən biri bildirib.
Digər azərbaycanlı sürücü deyir ki, Belarus tərəfi problemin onlara aidiyyəti olmadığını iddia edir:
“Bizə Litvadan keçməyi məsləhət görürlər. Amma bu, mümkün deyil, çünki bizim ilkin olaraq vizamız yoxdur, digər tərəfdən isə yüklərin daşınmasına icazə verən sənəd lazımdır. Bu sənəd bizdə yoxdur. Ona görə də nə edəcəyimizi bilmirik. Bu soyuqda ilişib burada qalmışıq, yanacaq və qidamız tükənir”.
Qeyd edək ki, bir qədər əvvəl Rusiya FTB-nin Belarusla həmsərhəd olan Bryansk və Smolensk vilayətlərinin federal sərhəd idarələrinə göndərdiyi təlimata əsasən, üçüncü ölkədən gələn sürücülərin Belarus-Rusiya sərhədindən keçməsi qadağan edilib.
 
Ardını oxu...
Sabah Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ankarada Nazirlər Kabinetinin iclası keçiriləcək.

Nazirlər Kabinetinin iclasında inflyasiya və qiymət artımı ilə mübarizə üçün atılacaq əlavə addımlar da müzakirə olunacaq.

Mərkəzi Bankın monetar sərtləşdirmə addımlarının bazarlara təsiri və ehtiyatlardakı son vəziyyət qiymətləndiriləcək.

İclasın digər gündəm məsələsi Türkiyənin antiterror əməliyyatlarıdır. Bu çərçivədə İstanbulda keçirilən təhlükəsizlik sammitindən alınan qərarlar Nazirlər Kabinetində də müzakirə olunacaq. Terror təşkilatı PKK-ya qarşı Suriya və İraqın şimalında və ölkədə davam edən əməliyyatlar müzakirə ediləcək.

Eyni zamanda, Nazirlər Kabinetinin iclasında İsrailin Fələstinə hücumları, Türkiyənin Qəzzada atəşkəsə nail olmaq üçün diplomatik təşəbbüsləri və Qırmızı dənizdəki gərginlik də müzakirə olunacaq.
 
Ardını oxu...
Qırğızıstanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən iş adamı İmamidin Taşov və fəal Tilekmat Kurenov odlu silah və partlayıcı qurğulardan istifadə etməklə təxribatlar hazırlayırdılar.

Gununsesi.info xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov “Kabar” xəbər agentliyinə müsahibəsində deyib.

“Onların planları bir neçə iştirakçını güllələmək və ya insanların ölümünə səbəb ola biləcək partlayıcı qurğulardan istifadə etməklə kütləvi iğtişaşlar təşkil etmək idi. Onlar faciəvi nəticəyə görə məsuliyyəti hakimiyyətin üzərinə atacaq və bununla da xalq etirazını gücləndirəcək, daha kütləvi aksiya keçirəcəkdilər”-deyə, o bildirib.
Japarov qeyd edib ki, Taşov və Kurenovun arxasında başqa qruplar var, amma xalq onların arxasınca getməyəcək:
“Bunlar əvvəllər xəzinədən oğurluq edərək vergi ödəməkdən yayınan, milyardlarla dollar gəlirlərini gizlədənlərdir. Biz hər kəsi “ovucumuzun içi” kimi tanıyırıq”.
 
Ardını oxu...
Rusiyanın Tümen şəhərindən olan lotereya milyarderi qızıl unitazlı mənzil ala bilər.
Bakupost.az xəbər verir ki, Tümen sakininin ala biləcəyi daşınmaz əmlak seçimini Ura.ru Etazhi daşınmaz əmlak agentliyinin məlumatlarına əsaslanaraq hazırlayıb.
Vergilərdən sonra həmin şəxsə lotoreyadan 850 milyon rubl qalacaq. Bundan sonra o, Tümendə ən bahalı mənzili almaq imkanı əldə edəcək. Söhbət şəhərin mərkəzində 121 kvadratmetr sahəsi olan üç otaqlı mənzildən gedir. Onun dəyəri 150 milyon rubl təşkil edir. İnteryerin xüsusiyyətləri arasında qızılı unitazı olan tualet də var.
Həmçinin lotereyanın qalibi Moskvada 357 milyon rubl dəyərində ən bahalı mənzillərdən birini ala bilər. Bu məbləğə o, premium yaşayış kompleksində sahəsi iki yüz kvadratmetrdən çox olan beş otaqlı mənzil ala bilər. Korpusun içərisində SPA sahəsi, mərmər və ağacdan hazırlanmış elementlər var.
 
Ardını oxu...
“Regionumuzda vəziyyəti pozmaq əvəzinə sülhə kömək edin”.

“Report” xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın “Le Figaro” qəzetində dərc olunan “Bakının Fransanı ləkələmək üçün böyük hücumu” adlı məqaləyə dair “X” səhifəsindəki şərhində bildirilir.

“Siz hələ də Qarabağın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin bir parçası olduğunu bilmirmiş kimi davranırsınız. Uzun müddətdən sonra regionda ilk dəfə olaraq ədalətli və davamlı sülh mümkündür. Sülhün həqiqətə ehtiyacı var; yalan rəvayətlərə yox”, - səfir qeyd edib.
Ardını oxu...
Almaniyanın paytaxtı Berlində 1919-cu ildə öldürülən alman fəhlə hərəkatının liderləri Karl Liebknext və Roza Lüksemburqun xatirəsinə keçirilən nümayiş zamanı yaranmış iğtişaşlarla bağlı vəziyyət daha da pisləşib.

“Report”un məlumatına görə, bu barədə “Bild” xəbər yayıb. Qeyd edilir ki, azı 20 polis əməkdaşı yaralanıb.

Qəzetin məlumatına görə, nümayişçilər Yəmənə dəstək şüarları səsləndirərək, Ukraynaya silah tədarükünün dayandırılmasını tələb ediblər.

“Ən azı 20 polis işçisi yaralanıb”, - nəşr yazır. Eyni zamanda nümayişçilər arasında da zərərçəkənlərin olduğunu bildirib.

Bundan əvvəl Berlində nümayişçilərlə polis arasında baş verən toqquşmada azı 8 nəfərin yaralandığı barədə məlumat yayılıb.
 
 
 
Ardını oxu...
2024-cü ilin ikinci həftəsində Vladimir Putin həyatında ilk dəfə Çukotkaya, oradan Xabarovska gedib.

Səfər zamanı o, yerli sahibkarlarla görüşüb.

“Cebhe.info” xəbər verir ki, Prezidentin Uzaq Şərqə səfərinin bütün təfərrüatları Pavel Zarubinin “Telegram” kanalında və "Moskva. Kreml. Putin" proqramında yayımlanıb.

Məlum olub ki, Çukotka Putinin heç vaxt getmədiyi bölgədir.

"Çukotka irsi" muzey mərkəzinin direktoru Svetlana Kutegina Rusiya liderinə müraciət edib:

-Sizi çukçi dilində salamlamaq istəyirəm-"Etti". Hərfi tərcümə olunarsa, soruşdum ki, "Gəlmisən?", siz də cavab verməlisiniz ki, “İi”.

Putin deyib:

-“İi”.

Daha sonra Kutegina təəssüratlarını belə bölüşüb:

-Ona afərin. Düz eskimosda və çukçi dilində "etti" deyirdi.

"Burada olmamasına baxmayaraq, Prezident heç vaxt Çukotkanı diqqətindən yayındırmayıb. İnkişaf proqramı, ayrıca vəsaitin ayrılması ilə bağlı qərar və s. Ona görə də burada nə olduğunu yerində görmək onun prinsipial və vacib məsələ idi. Burada bir-birinin ardınca yeni qərarlar verilirdi. Üçüncü uşağın doğulduğu Çukotkadakı ailələr ipoteka ödəyərkən əlavə dəstək alırlar. Həm də çoxuşaqlı ailələr üçün mənzil vergisinin ləğvi məsələsi var”,-deyə Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib.

Amma Putin bu təklifdə hər şeyi dəstəkləməyib, belə ki, analıq kapitalının avtomobil almağa və ya başqa məqsədlərə xərclənməsi təklifini bəyənməyib:

- Bu təklif əvvəlcə ailə həyatının əsas məsələlərində çoxuşaqlı ailələri dəstəkləmək üçün bir vasitə kimi düşünülmüşdü. Amma mən həmişə qorxuram ki, biz bu ana kapitalının müxtəlif istiqamətlərə xərclənməsinə icazə verməyə başlayan kimi - sadə, lakin çox birbaşa bir şey deyəcəyəm - biz son nəticədə uşaqların maraqlarına zəmanət verə bilməyəcəyik.

Maraqlı anlardan biri çoxuşaqlı ananın çoxuşaqlı ataların statusu ilə bağlı narahatlığını dilə gətirməsi olub. Gözlənilmədən onun əri özünü Prezidentə təqdim edib:

-Mən İrina Borunovanın əriyəm - ciddi, sakit.

Putin ona belə reaksiya verib:

-Deməli, bu sizə ünvanlanıb.

Çoxuşaqlı ana Putinə deyib:

- Niyə biz burada altı uşaqla yaşayırıq? Çünki uşaqlarımız üçün çox şeyimiz var. Hətta bizim adlandırdığımız kimi materikdə olmayan şeylər də var. Amma bu gün pomidorun qiymətləri məni şoka saldı.

Dialo daha sonr abelə davam edib:

-Yaxşı, pomidor yemə.

- Necə? Bəs xiyar?

- Qırmızı kürü yeyin.

Burada pomidorun kiloqramı 1600 rubldur. Rəsmi statistikaya görə Çukotkada orta əmək haqqı 100 min rubldan çoxdur.

Yerli sakin etiraf edir ki, onlar artıq belə qiymətlərə öyrəşmişiblər.

- Yaxşı, bu tərəvəz və meyvələri ala bilirsiniz?

- Bəli.

- Biz başqa bölgələrdənik və hamımız məəttəl qaldıq.

- Bəli, belədir, hamı şokdadır, çatdırılma çox çətindir, ona görə də qiymətlər belə bahadır.

- Bu, sizin üçün münasibdir?

- Əslində bəli.

Putin pomidorların ləzzətli qoxusunun fərqinə varıb. Nə qədər qəribə səslənsə də - Çukçi pomidorları. Onlar ucuzdur, xaricdən gətirilənlər çox bahadır.

Çukçi xiyarının idxal olunan xiyardan hər hansı bir şəkildə fərqlənib-fərqlənməməsi sualına sahibkar Pavel Makatrovun cavabı buelə olub:

-Bəli, şimal tərəfindəndən daha bərkdir.

Peskov bildirib ki, bölgədə qış yolu hələ açılmayıb.

-Belə çıxır ki, o, rəsmi olaraq yalnız fevralda açılacaq. Ona görə də əslində, hər kəs, demək olar ki, öz təhlü və riski dərəcəsində görə bundan istifadə edir.

Buz hələ o qədər də qalın deyil ki, istənilən nəqliyyatın rahat keçməsinə zəmanət verir.

Jurnalist:

- Yəni Prezident bu gün riskə getdi?

Peskov:

- Təbii ki, bunların hamısı xüsusi xidmət orqanları tərəfindən 10 dəfə yoxlanılıb. Lakin buna baxmayaraq, o, hələ rəsmi açılışı olmayan qış yolu ilə gedirdi.

Putin maşınla hərəkət edir, yollar keçilməzdir. Vertolyotla uçmaq variantı var idi, amma duman mane oldu, ona Prezident quru yolu ilə gedib. Təxminən 30 dəqiqə 35 dərəcə şaxtada dayanıb. Çox adam toplaşıb, hamı Putini salamlayıb.

Minlələ insan isə Prezidenti daha da şaxtalı Yakutskda gözləyirdilər. Lakin hava şəraiti buna mane oldu:

-Təyyarələr enmir, orada mənfi 50 dərəcədədir, hava donur və duman effekti çox aşağıdır. Bəlkə yazda, bəlkə yayda, görərik, amma planlarımız var ki, ora baş çək.
 

Dünyapress TV

Xəbər lenti