Qırğızıstanda dövlət çevrilişi hazırlamaqda şübhəli bilinən iş adamı İmamidin Taşov və fəal Tilekmat Kurenov odlu silah və partlayıcı qurğulardan istifadə etməklə təxribatlar hazırlayırdılar.
Gununsesi.info xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov “Kabar” xəbər agentliyinə müsahibəsində deyib.
“Onların planları bir neçə iştirakçını güllələmək və ya insanların ölümünə səbəb ola biləcək partlayıcı qurğulardan istifadə etməklə kütləvi iğtişaşlar təşkil etmək idi. Onlar faciəvi nəticəyə görə məsuliyyəti hakimiyyətin üzərinə atacaq və bununla da xalq etirazını gücləndirəcək, daha kütləvi aksiya keçirəcəkdilər”-deyə, o bildirib. Japarov qeyd edib ki, Taşov və Kurenovun arxasında başqa qruplar var, amma xalq onların arxasınca getməyəcək: “Bunlar əvvəllər xəzinədən oğurluq edərək vergi ödəməkdən yayınan, milyardlarla dollar gəlirlərini gizlədənlərdir. Biz hər kəsi “ovucumuzun içi” kimi tanıyırıq”.