Ardını oxu...
Türkiyə və Azərbaycan həm kədərli, həm də sevincli gündə biryerdədir.

"Cebhe.info" xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Kriter" dərgisinə müsahibəsində deyib.

O qeyd edib ki, strateji müttəfiqliyi möhkəmləndirmək və əməkdaşlığı dərinləşdirmək üçün birgə səylər uğurla davam edir.

"Xüsusilə müdafiə sənayesi və hərbi əməkdaşlıq sahələrində sarsılmaz həmrəyliyimizi daha yüksək səviyyələrə çatdırmaq üçün davamlı olaraq çalışırıq. Qafqaz regionunun artıq münaqişəyə deyil, dostluq və əməkdaşlığa ehtiyacı var.

Qafqazda təhlükəsizlik və sülhün bərqərar olması Azərbaycan və Ermənistan arasında hərtərəfli və daimi sülh müqaviləsinin bağlanmasını tələb edir. Biz bu istiqamətdə səmimi səyləri dəstəkləyirik və ən qısa zamanda müsbət nəticə əldə etməyi arzulayırıq", - nazir vurğulayıb.

Yaşar Gülər Azərbaycan və Ermənistan arasında etimadı artıran addımların atılması istiqamətində son vaxtlar qəbul edilən qərardan məmnun olduğunu diqqətə çatdırıb.

"Noyabr ayında biz Bakıda Azərbaycan və Gürcüstanla müdafiə nazirlərinin üçtərəfli 10-cu görüşünü keçirdik və bu görüş hər üç ölkənin geniş spektrli məsələlər, o cümlədən hərbi və təhlükəsizlik məsələləri üzrə ümumi maraqlarına və gözləntilərinə xidmət edib.

Regional sabitlik üçün səylərimiz bir çox cəhətdən davam edəcək", - nazir qeyd edib.
 
Ardını oxu...
2024-cü ildə Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı müsbət gözləntilər var. Azərbaycan sülh istəyir. Ölkəmiz özünü sülhə hazır hesab edir. Dövlətimizin ərazi bütövlüyü tam bərpa olunub. Sadəcə olaraq Ermənistan tərəfi sülh prosesini uzadır, müxtəlif bəhanələrlə ləngidir.

Bunu Teleqraf.com-a Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

“Erməni tərəfi hər bir imkandan istifadə edərək sülh sazişini imzalamaqdan qaçır. Onlar qoruxurlar ki, bu ölkənin daxilində problemlər yaradacaq. Bunu öz hakimiyyətləri üçün təhlükə hesab edirlər. Ona görə də, beynəlxalq ictimaiyyəti aldatmaqla məşğul olurlar”, - deyə o qeyd edib.

Partiya sədrinə görə, erməni tərəfinin məqsədi danışıqları nəticəsiz qoymaqdır:

“Amma indiki halda sülh üçün real imkanlar var. Sadəcə olaraq Ermənistan hakimiyyəti qorxmadan addım atmalıdır. Lakin görünən odur ki, qorxudan yenə də danışıqları nəticəsiz qoyurlar”.

Asim Mollazadə hesab edir ki, Nikol Paşinyan hakimiyyətinə Ermənistan daxilində real təsir edən qüvvələr sırasında kilsə faktorunu da yaddan çıxarmaq olmaz:

“Erməni katolikos II Qaregin Qarabağ ermənisidir. Hərbi canilər Köçəryan-Sərkisyan rejiminin məhsuludur. Ona görə də, Qaregin Paşinyana qarşı radikal mövqedədir. Xaricdəki erməni diasporasının da burada rolu var. Çünki bu qüvvələrə sülh yox, faciələr lazımdır. Onlar qondarma “soyqırımı” mövzusunu uzadaraq dividentlər əldə etmək istəyir”.

Millət vəkili bildirib ki, bu gün Ermənistanda yaşayan ermənilərin sayı dünya ermənilərinin sayından qat-qat azdır:

“Ona görə də, Ermənistan vətəndaşları ilə xaricdəki erməni diasporası arasında fərqli mövqelər var. Beləliklə, Paşinyan hakimiyyəti daxildəki təzyiqlərlə yanaşı xaricdəki təsirlərdən də qorxur”.
Ardını oxu...
Aqşin Kərimov yazır...

ABŞ, Rusiya, Çin və üç nəhəng arasında manevrlər edərək özünün maraqlarını təmin etməyə çalışan regional aktorlar hamısı bir-birilə yola gedir, dünyanın gələcək fiziki nizamını müzakirə edir və Yer planetini gözləyən təhlükələr haqqında qabaqlayıcı tədbirlər planlaşdırır.

Nə ambisiyalar var, nə şirkət maraqları, nə də ki özünə məxsus olmayan təbii sərvətlərin istismarı üçün amansız müharibə.

Gəlişigözəl sözləri davam etdirək: bir anlıq təsəvvür edin ki, bütün planetar miqyaslı oyunçular və regional söz sahibləri insanları istismar etmirlər, onlara fiziki-mənəvi cəhətdən ali bir varlıq kimi baxaraq bütün hüquqları tanıyırlar.

Nə düşmən münasibətlər mövcuddur, nə sərhədlər uğrunda davalar, hətta fikir ayrılıqlarına belə yer yoxdur. Yüksək insani keyfiyyətlərə xas olan belə sistem olarsa, dünyanın siyasi və fiziki intizamı da qaydasına düşər. Ancaq nə edək ki, bunlar fantastik ideyalardır və arzu etdiklərimizin əksi olaraq, vəziyyət getdikcə pisləşir.

Hətta normal münasibətlər o həddə qədər çöküş ərəfəsindədir ki, bəşəri miqyaslı təhlükələrə qarşı mübarizədə də monopoliya yaratmaq, düzgün fikir və istiqamət verənləri çıxdaş etmək planları sezilir.

Koronavirus pandemiyasının tüğyan etdiyi zamanlarda vaksinlərə əlçatanlıq problemlərinin şahə qalxması bunun əyani nümunəsi idi.

Bu pis nümunəni başqa-başqa sahələrdə də hiss etmək olar, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə də bir-birini başa düşən, əməkdaşlıq etmək istəyən yoxdur.

Siyasi sistemdəki belə münasibətlərin varlığı insanın mənəvi və psixoloji məziyyətləri ilə əlaqəlidir, yəni insan faktoru proseslərdə aparıcı gizli rol oynayır.
İnsanın təhtəlşüurunda bərkiyən hakimiyyətə can atmaq, daha çox sərvətə malik olmaq, başqasının hüququnu tapdalayaraq öz mənafeyinə çatmaq kimi xarakterlər siyasi-iqtisadi və hərbi sferadakı qarşıdurmaların insan faktoru ilə əlaqədar səbəblərini izah edir.

Düzdür, dövlətlərin maraqları bir insanın xarakter və şüuru ilə ortaya çıxmır, lakin dövlətlərin ambisiyalarını Adəm övladı tarixən formalaşdıraraq bu günə gətirib.

Yenə də insan! Bəs nə edilsin, axı mənfi instinktlər o demək deyil ki, həmin insanlar sıradan çıxarılmalıdırlar. İnsanın xarakterindəki norma və quruluşları nizama sala biləcək bir sistemə ehtiyac var, bu baxımdan, mən yuxarıda böyük güclərin xəyali olaraq hərtərəfli birliyi və dostluğunun meyarını qeyd etdim.

Amma belə xoşməramlı jestlərə əsaslanan sistemi də insan yaradıb-qurmalıdır, bəs bu mümkündürmü?

Mümkünlüyü barədə danışmaqda xeyli çətinlik çəkirəm, çünki bəşəriyyətdə dövlət modeli qurulmamışdan öncə də insanlar bir-birini didib, qanına susayıblar. Səmavi dinlərdə, miflərdə, əfsanə və rəvayətlərdə canlıların və ya onların üzərinə proyeksiya edilən təbiət hadisələrinin bir-birinə qarşı məkri, davası ilə əlaqədar simvolikalar boşuna mövcud deyil.

Bunlar hansısa tarixi perioddakı hadisələrə müxtəlif üsullarla baxış kompleksidir. Vaxt gələcək, yəqin ki, insan şüur və potensialı inkişaf etdikcə qlobal mübarizə və onun geosiyasi, iqtisadi aspektləri ilə əlaqədar tarixi və mifik qiymətləndirmələr ortaya çıxacaq.

Görəsən, bizi necə anacaqlar, bəşəriyyətdəki gələcək nəsillər onlara miras qalan problemlərə görə özlərindən əvvəlkilərə nələr deyəcəklər? Bilmirik, bəlkə də, biz günahımız olmayan məsələlərdə belə ittiham ediləcəyik, hədəf taxtasına qoyulacağıq, söyüləcəyik...

Təki qarşıdan gələn texnoloji beyinli nəsil mövcud münaqişələri miras almasın, sadəcə olaraq, konfliktlərə tarixi hadisələr kimi yanaşsın, rahat və firavan yaşasın.
oxu.az
 
Ardını oxu...
Sankt-Peterburq polisi dekabrın 31-i axşam və yanvarın 1-nə keçən gecə miqrantların kütləvi saxlanmasını həyata keçirib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Novaya Qazeta Yevropa” Daxili İşlər Nazirliyinin Ekstremizmlə mübarizə üzrə Baş İdarəsindəki mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, saxlanılmalar “Əzəmət” əməliyyatı çərçivəsində həyata keçirilib. Miqrantlar həm Sankt-Peterburq küçələrində, həm də yaşadıqları mənzillərdə və yataqxanalarda saxlanılıb. Əməliyyat zamanı polis reyd keçirdikləri əraziləri mühasirəyə alıb. Nəşr iddia edib ki, polis Şaxta baba və Qar qız geyimində kordondan keçməyə çalışan təxminən 30 nəfərdən ibarət bir qrupu yaxalayıb.

Şəhərin “Fontanka” nəşrinin məlumatına görə, polis üç minə yaxın adamı saxlayıb. “Novaya qazeta Yevropa” yazıb ki, tutulanların sayı “daha çoxdur”: kişilərlə yanaşı qadınlar və uşaqlar da yaxalanıb. Saxlanılan kişilər polis şöbələrinə, qadınlar və uşaqlar isə Krasnoye Selodakı xüsusi təcridxanaya yerləşdirilib.

“Novaya qazeta Yevropa” nəql edib ki, yanvarın 1-də səhər saatlarında saxlanılanların çoxuna hərbi komissarlıqların nümayəndələri baş çəkib və onları orduya “könüllü” kimi yazılmağa dəvət ediblər. İnsanları ailələrinin Rusiyadan qovulacağı ilə təhdid ediblər. Nəşr yazıb ki, onlara Rusiya vətəndaşlığını qısa müddətdə almaq təklif edilib. Nəşrin məlumatına görə, azı 1 500 insan Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa razılaşıb.

Xatırladaq ki, son aylar Moskva Mərkəzi Asiya ölkələrindən olan mühacirlərə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq müqabilində tez vətəndaşlıq almağı təklif etməkdə fəallaşıb. Bundan başqa, reydlər zamanı polis Rusiya vətəndaşlığı almış miqrantları saxlayıb hərbi komissarlığa aparır.

Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova 2023-cü ilin noyabrında bildirib ki, Rusiyada 6,4 milyon xarici vətəndaş var, onların əksəriyyəti işləmək üçün ölkəyə gəlib. Rusiyaya əmək miqrantlarının axınına görə Qırğızıstan, Özbəkistan və Tacikistan liderdir.
 
Ardını oxu...
Türkiyə hakimiyyəti daha kiçik xarici gəmiləri, əsasən yaxtaları öz bayraqları altında qeydiyyatdan keçirməyəcək.

Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyinin rəhbəri Abdulkadir Uraloğlu bildirib.

“Kiçik xarici gəmilərin Türkiyə bayrağı altında qeydiyyatı üçün müraciətlərin qəbulu prosesi başa çatıb, yeni müraciətlər qəbul edilməyəcək”, - deyən nazir respublikada 2017-ci ildən qüvvədə olan əvvəlki qaydaların tətbiqinin dayandırıldığını qeyd edib.

Uraloğlu onu da bildirib ki, xarici yaxtalar, qayıqlar və digər kiçik gəmilərin Türkiyə bayrağı altında üzməsi üçün müraciətlərin sayı əvvəlcədən müəyyən edilmiş həddi keçib. “Əvvəlki qaydaların müddətinin bitdiyini nəzərə alaraq və müraciət limitinin aşılması ilə əlaqədar bu gündən 2 yanvar müvafiq müraciətlərin qəbulu dayandırılıb”, - deyə türkiyəli nazir vurğulayıb.

O, göndərilən müraciətlərin sayı barədə məlumat verməyib. Hökumətin verdiyi 7 illlik müddət ərzində nə qədər xarici gəminin Türkiyə bayrağı altına keçdiyi açıqlanmır.
 
   
Ardını oxu...
Avropanı dağıdıcı savaş gözləyir, üstəlik, həmin təhlükə o qədər də uzaqda deyil, əksinə, böyük sürətlə yaxınlaşır, "qoca qitə" ölkələri isə artıq öz hərbi büdcələrini artiraraq, Rusiya ilə qaçılmaz müharibəyə hazırlaşırlar... Halbuki, Rusiya ilə savaşa tam hazırlıq üçün ən azı 5-7 illik bir zamana da ehtiyac var, Qərb kəşfiyyatı isə Kremlin Avropa ölkələrinə belə üzun müddət vermək niyyətində olmadığı barədə xəbərdarlıq edir...
Ukrayna savaşı son vaxtlar ABŞ və Qərblə Rusiya arasında həlledici qarşılaşma poliqonuna çevrilməyə başlayıb. İndi Qərbdə bir çoxları hesab edirlər ki, dünyanın gələcək taleyi böyük ölçüdə məhz Ukrayna savaşının yekun nəticələrindən asılı ola bilər. Və hətta bu savaşın yekun nəticələrinin müəyyən mənada, yeni dünya düzəninin formalaşma prosesinə təsir göstə biləcəyi də qətiyyən istisna edilmir.
Əslində, Kremldən verilən mesajlar da hazırda Rusiyanın beynəlxalq məkana yenidən daha güclü şəkildə geri dönmək planlarını sezdirir. Hər halda, Rusiya prezidenti Vladimir Putinin son açıqlamalarında artıq yalnız Ukrayna deyil, həm də ABŞ və Qərb də açıq mətnlə hədəfə alınır, təhdid olunur. Əsas məqsəd isə Ukrayna ilə yanaşı, Qərbə qarşı da siyasi-psixoloji təzyiqləri gücləndirməkdir.
İndi Kremldə tam dəqiqliyi ilə anlayırlar ki, Qərb Ukrayna savaşından yorulub. Üstəlik, Ukraynaya dəstək verən Qərb ölkələrinin maliyyə iqtisadi və hərbi resursları da tükənməyə başlayıb. Eyni zamanda, bu il ABŞ-da növbəti prezident seçkilərinin keçirilməsinin planlaşdırılması da Rusiya üçün daha əlverişli situasiya yaradır. Hər halda, Bayden administrasiyası seçki maraqları ucbatından hazırda Ukraynaya əvvəlki kimi hərbi dəstək verməyə həvəs göstərmir.

Ona görə də, Kreml sahibi ABŞ və Qərbə siyasi-psixiloji təzyiqləri gücləndirməklə, Ukrayna savaşının bu il sona çatdırılmasına cəhd göstərir. Çünki hazırda mövcud situasiya Ukrayna savaşının Rusiyanın maraqları çərçivəsində yekunlaşdırılması üçün müəyyən imkanlar açır. Yəni, Kreml Rusiyanın işğal etdiyi əraziləri öz nəzarətində saxlamaqla, Ukraynanın isə NATO-ya üzv olmayacağına dair tam təminat almaqla, rəsmi Kiyevlə sülh sazişi imzalamağa hazır olduğunu sezdirir.
Ancaq onu da qeyd etmək lazımdır ki, Zelenski hakimiyyəti Kremlin şərtləri çərçivəsində sülh sazişinin imzalanmasına qətiyyən həvəsli deyil. Rəsmi Kiyev hesab edir ki, Rusiya qoşunları Ukraynanın bütün ərazilərindən tamamilə çıxarılmalıdır. Və yalnız bundan sonra Rusiya ilə beynəlxalq qarantorların iştirakı ilə danışıqlar apararaq, sülh sazişi imzalamaq mümkün ola bilər.
Təbii ki, rəsmi Kiyev ABŞ və Qərbin Ukraynaya hərbi dəstəyinin son vaxtlar zəifləməsindən ciddi şəkildə narahatdır. Ona görə də, Ukraynanın yüksək rütbəli rəsmiləri də Qərbə təzyiq məqsədli açıqlamalar verməyə başlayıblar. Həmin açıqlamalarda əsas tezislər ondan ibarətdir ki, ABŞ və Qərb Ukraynaya hərbi dəstəyi yenidən gücləndirməlidir. Əks halda, Rusiya bu savaşda qalib gələ bilər. Rusiyanın qalib gələcəyi təqdirdə isə Ukraynadan sonra Kremlin hərbi hədəfi məhz birbaşa Avropa ölkələri olacaq.

Əslində, bu, tamamilə reallığa uyğun yanaşma təsiri bağışlayır. Çünki Prezident Vladimir Putinin də Rusiyanın düşmənlərinin məhz Qərbdə olduğunu deməsi Kremlin gələcək planları ilə bağlı müəyyən təsəvvürlər yaradır. Yəni, Kreml sahibi vurğulayıb ki, Qərbdə Rusiyanın mövcudluğunu istəməyən dövlətlər var.
Əgər, Kreml belə bir qənaətə gəlibsə, deməli, Rusiya Ukrayna savaşından sonra dərhal vaxt itirmədən yeni müharibə hazırlıqlarına da başlaya bilər. Bu halda isə Rusiyanın mövcudluğuna təhlükə hesab olunan Qərb ölkələrinə hücum ediləcəyi, həmin dövlətlər ilə haqq-hesab çəkilməsinə cəhd göstəriləcəyi ilə bağlı ehtimallar daha inandırıcı görüntülər alacaq. Bu baxımdan, Ukrayna savaşı dövründə Qərb ölkələrinin məlum davranışları yəqin ki, Kreml tərəfindən unudulmayacaq.
Bütün bunları nəzərə aldıqda, Qərb ölkələri mütləq Ukraynaya hərbi dəstəyi gücləndirmək məcburiyyətindədir. Yəni, hazırda ABŞ və Qərbin qarşısında cəmisi iki variant qalmış kimi görünür. Belə ki, Qərb ölkələri ya Ukraynanın Rusiya qarşısında məğlub olmamasını təmin etməlidirlər. Ya da Rusiya ilə gələcək dəhşətli savaşa elə indidən hazırlaşmağa başlamalıdırlar. Çünki Rusiya Ukrayna savaşından sonra Avropa ölkələrini mütləq özündən asılı vəziyyətə salmağa çalışacaq.
ezgif.com-gif-maker.jpg (210 KB)
Onu da qeyd etmək lazımdır ki, Qərbdə Rusiyanın Avropa ölkələrinə qarşı hərbi aqressiya ehtimalına tamamilə ciddi yanaşırlar. Belə ki, dünyaca ünlü "Bild" nəşri bir müddət öncə gizli qalmağa üstünlük verən hərbi kəşfiyyat qaynağına istinadən iddia edib ki, Rusiya özü üçün ən əlverişli zamanda Avropa ölkələrinə hücum etmək planları hazırlayır. Həmin planların məhz ABŞ-ın ludersiz qalacağı zaman intervalında reallaşdırıla biləcəyi ehtimal olunur. Əsas məqsəd isə ondan ibarətdir ki, hazırlıqsız olan ABŞ-ın Avropa ölkələrinə dərhal yardım göstərməsi mümkün olmasın.
Maraqlıdır ki, ehtimal olunan zaman intervalı ABŞ-da məğlub prezidentin öz səlahiyyətlərini yeni dövlət başçısına təhvil verəcəyi dövrə təsadüf edir. Həmin dövr isə 2024-cü ilin noyabrından 2025-ci ilin yanvar ayına qədər olan mərhələni əhatə edir. Bu barədə danışan Qərb kəşfiyyat təmsilçisi Kremldə Rusiyanın dostu Donald Trampın yenidən Ağ Evə sahiblənmə ehtimalına böyük ümidlər bəslədiyini də vurğulayıb. Onun dediyinə görə, Kremldən əldə olunan məlumatlar, ABŞ-da Donald Trampın prezident seçiləcəyi təqdirdə, Rusiya siyasi dairələrinin öz xarici hədəflərinə daha asan çata biləcəklərinə inandıqlarını təsdiqləyir.
Göründüyü kimi, Avropanı dağıdıcı savaş təhlükəsi gözləyir. Üstəlik, həmin təhlükə o qədər də uzaqda deyil, əksinə, böyük sürətlə yaxınlaşır. Almaniya başda olmaqla, bəzi Qərb ölkələri artıq öz hərbi büdcələrini ciddi şəkildə artırıblar və Rusiya ilə qaçılmaz hesab etdikləri müharibəyə hazırlaşırlar. Halbuki, Qərbdə onu da vurğulayırlar ki, Rusiya ilə savaşa tam hazır olmaq üçün ən azı 5-7 illik bir müddətə də ehtiyac var. Qərb kəşfiyyatının məlumatlarına görə isə Kreml Avropa ölkələrinə belə üzun müddət hazırlaşmaq üçün zaman tanımaq niyyətində deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat"
 
Ardını oxu...
Belarus prezidenti Aleksandr Lukaşenkonun ev heyvanının fotosu yayılıb.

Məlumata görə, buqələmun Jorik iki il yarımdır dövlət başçısı ilə eyni evdə yaşayır.

Əjdaha ilinin simvoluna bənzər bu canlı Belarus liderinin yeganə ev heyvanı deyil. Prezidentin Umka adlı iti də var.

Həmçinin, 2023-cü ilin mayında Rusiyanın Vladimir vilayətinin qubernatoru Aleksandr Avdeyev Belarus prezidentinə at hədiyyə edib.//Oxu.az
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri Mark Libbi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqımızı təbrik edib.

Gununsesi.info-nun xəbərinə görə, Azərbaycan dilində təbriklərini çatdıran səfir xalqımızın azad, firəvan, güclü Azərbaycanda yaşamağa layiq olduqlarını deyib.

Bununla belə səfir bildirib ki, o, yenidən ölkəsinə qayıdır və yanvarın əvvəlində Bakıya gələcək.

Qeyd edək ki, ABŞ səfir etimadnaməsinin surətini xarici işlər naziri Ceyhun Bayramova təqdim etsədə, prezident İlham Əliyev tərəfindən qəbul edilməyib.

 
 

 



      
Ardını oxu...
"Rusiya Ukraynadakı münaqişəni bitirmək istəyir".

Bunu Rusiya prezidenti Vladimir Putin hərbi hospitalda hərbçilərlə görüşündə bildirib.

Onun sözlərinə görə, Ukrayna Rusiyanın düşməni deyil, Rusiyanın düşməni onun strateji məğlubiyyətinə nail olmaq istəyənlərdir: "Qərb əsrlər boyu Rusiya ilə məşğul olmaq vəzifəsini qarşısına qoyub, lakin biz, deyəsən, onlarla daha tez məşğul olacağıq. Biz də münaqişəyə son qoymaq istəyirik, ancaq öz şərtlərimizlə..."

Putin qeyd edib ki, döyüş meydanında vəziyyət dəyişir, "düşmən sönməy"ə başlayıb.

Rusiya prezidenti Belqorodda baş verənləri isə terror aktı adlandırıb

"Əlbəttə, biz Kiyevin və istənilən başqa şəhərin meydanlarına zərbə endirə bilərik. Başa düşürəm, mənim içim də qaynayır, amma bizə mülki insanları vurmaq lazımdır? Xeyr, biz hərbi hədəfləri vururuq, belə də edəcəyik", -deyə Rusiya prezidenti vurğulayıb. (APA)
 

Dünyapress TV

Xəbər lenti