Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin Anadır şəhərinin ( Çukotka Muxtar Dairəsinin inzibati mərkəzi) sakinləri ilə görüşü zamanı bildirib ki, hər gün idmana 2-2,5 saat vaxt ayırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rusiya prezidentinin sözlərinə görə, bədən tərbiyəsi həyatın bir hissəsi olmalıdır.

"Ən azı bir saat idmanla məşğul olmaq lazımdır. Hər bir insan bilməlidir ki, idmana vaxt ayırmalıdır", deyə Putin bildirib.

Rusiya lideri vurğulayıb ki, ölkədə hətta əldə edilməli olan müəyyən göstəricilər var: Rusiyada nə qədər insan bədən tərbiyəsi və idmanla məşğul olmalıdır.

"Bu, cəmiyyətin inkişafının ən mühüm sosial göstəricilərindən biridir", deyə prezident bildirib.

Dekabrda Vladimir Putin birbaşa xətt zamanı deyib ki, gələcək prezident proqramında regionlarda idmana büdcənin artırılması planı daxil olacaq. Rusiya dövlət başçısının sözlərinə görə, ölkədə idmanı və bütün idman proqramlarını inkişaf etdirmək lazımdır.
 
Ardını oxu...
Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) istefada olan polkovniki, hazırda həbsdə olan məhşur İqor Strelkovun silahdaşı Vladimir Kvaçkov Rusiya Prezidenti Vladimir Putini rus xalqının soyqırımında ittiham edib.

Rusiyada yaxşı tanınan Kvaçkov öz xüsusi videomüraciətində Putinin siyasətini kəskin tənqid edərək, xüsusilə də rusların müharibədə qırğına verilməsindən gileylənib: “Biz bir subyektin hakimiyyətini nəzərə almalıyıq, təbii ki, vətəndaş Putini nəzərdə tuturam. Putinə rusların olmadığı Rusiya lazımdır. Çünki dövlət quran xalq - ruslar aşağılanır, alçaldılır, plintusdan da aşağı salınır, dövləti idarə etməkdən uzaqlaşdırılır. Orada (Rusiya Federasiyasının başında) onun Vekselberqləri, Avenləri, Abramoviçləri və digər məlum millətdən (Yəhudilər nəzərdə tutulur-red.) olan şəxslər var. Bu, Putinin Rusiyasıdır. Putinin Rusiyasında biz ruslara yer yoxdur...”

Kvaçkov deyib ki, Putin növbəti dəfə Prezident seçilsə, Rusiyanı daha ağır və faciəli günlər gözləyir: “Əminəm ki, Putin seçilərsə, hansı ki, bu, sırf bürokratik prosedurdur, rus xalqının məqsədli şəkildə məhvi davam edəcək. Bizi açıq şəkildə cəbhədə öldürürlər, əvəzində ölkəyə miqrantları gətirirlər. Ona görə də Putinə səs verənlər rus xalqının məhvinə səs verəcəklər”.

Kvaçkov rusiyalıları Putinə səs verməməyə və ölkəyə sahib çıxmağa çağırıb.

Xatırladaq ki, mart ayında Rusiyada prezident seçkiləri keçiriləcək. Putin artıq demək olar ki, bütün real müxalifəti zərərsizləşdirib. Bu sıraya radikal millətçi, şovinist qüvvələr də daxildir. Onların sırasında ən çox tanınanlardan biri isə İqor Strelkov olub ki, o da hazırda həbsdədir. Görünür, bu gedişlə, polkovnik Kvaçkov da onun yanına göndəriləcək.

AzPolitika.info
Ardını oxu...
Ermənistan Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatını (KTMT) tərk etmək istəyir.

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqonyan yerli mətbuata açıqlamasında bildirib ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) artıq heç bir gözləntisi yoxdur.

İstər Armen Qriqonyanın, istərsə də Ermənistanın digər dövlət rəsmlərinin açıqlamalarından görünür ki, Ermənistan tədricən KTMT-ni tərk etmək niyyətindədir.

Məsələ ilə bağlı politoloq Rəşad Bayramov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Nikol Paşinyanın və onun komandasının KTMT ilə bağlı çıxışları birbaşa Qərbdən gələn təlimatdır:

“Nikol Paşinyanın hakimiyyətə gəlmə yollarını çox yaxşı bilirik. Nikol Paşinyan jurnalist kimi fəaliyyət göstərdiyi dövrlərdə öz yazılarında Ermənistanın təhlükəsizliyinin Rusiyaya etibar edilməsinin yalnış olduğunu bildirib və buna son qoyulması ilə bağlı çağırışlar edib. Eyni zamanda, Nikol Paşinyan hakimiyyətə gəlməmişdən öncə öz seçki təbliğatında Ermənistanın yeganə yolunun Qərbə inteqrasiya olması barədə fikirlər səsləndirib.

Şübhəsiz ki, Paşinyanın seçki kampaniyasına Soros Fondu və müxtəlif Qərb dairələri tərəfindən maliyyə dəstəyi göstərilirib. Nəticə etibarı ilə hakimiyyətə gələn Nikol Paşinyan və onun komandası Qərb qarşısında götürdüyü öhdəlikləri icra etməyə məcburdur. İkinci Qarabağ müharibəsindən sonra ABŞ və digər Qərb dairələri Paşinyandan öhdəliklərini yerinə yetirməyi tələb edirlər”.

O bildirib ki, Paşinyan da bu istiqamətdə müəyyən addımlar atıb:

“Amma Nikol Paşinyan Ermənistanın Rusiyadan iqtisadi asıllığını nəzərə alaraq, ölkəsinin Moskva ilə bütün əlaqələrini korlamaq niyyətində deyil. Bəli, Paşinyan hakimiyyəti davamlı şəkildə KTMT-nin tədbirlərini boykot edir. Nə Paşinyanın özü, nə ölkənin XİN rəhbəri, nə də müdafiə naziri KTMT-nin son tədbirlərində iştirak ediblər.

Lakin keçən ilin dekabrın sonunda Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının son iclasında, o cümlədən MDB-nin dövlət başçılarının qeyri-rəsmi görüşünə qatılıb. Bildiyimiz kimi, Ermənistan iqtisadi və enerji cəhətdən Rusiyadan çox asılıdır. Bununla yanaşı, Avrasiya İqtisadi İttifaqı Ermənistana iqtisadi dividentlər qazandırır. Bütün bunları nəzərə alarkən, Ermənistanın tez bir zamanda Rusiyanın boyunduruğu altından çıxması imkansız görünür. Ona görə də Paşinyan həm Qərb qarşısında yaxşı olmaq, həm də Rusiya ilə münasibətləri korlamamaq üçün ikili siyasi oyun oynayır”.
 
Ardını oxu...
Azərbaycan və Ermənistan dövlət sərhədinin delimitasiyası komissiyalarının işi çərçivəsində yanvarın sonunda növbəti görüş keçirəcək.

Bu barədə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.

Qriqoryan söyləyib ki, yanvarın 4-də İrəvan Bakıya sülh müqaviləsi ilə bağlı təkliflər təqdim edib.//Report//
 
Ardını oxu...
Türkiyədə çəkilən görüntülər qalmaqal doğurub.

Gununsesi.info Türkiyə mətbuatına istinadla bildirir ki, yanacaq doldurma məntəqəsindəki avtoyumadakı təzyiqli su ilə kolbasaları yuyan şəxslər barəsində qərar verilib.

Bursada çəkilən kadrlarla əlaqədar 3 nəfər saxlanılıb. Kolbasalar isə yararsız kimi qeyd edilərək istehlakdan çıxarılıb.
Ardını oxu...
 
 
 
Ardını oxu...
Ölkə tarixinin ən dəhşətli terror aktında iştirak edən terrorçu Anders Breyvik Norveçi hüquqlarını pozduğu iddiası ilə ikinci dəfə məhkəməyə verməyə çalışacaq.

"Report"un məlumatına görə, bu barədə "Associated Press" yazır.

Breyvik iddia edir ki, onun 2012-ci ildən təkadamlıq kamerada saxlanması Avropa İnsan Hüquqları Konvensiyasına uyğun olaraq qeyri-insani rəftara bərabərdir.

Agentliyin qeyd etdiyi kimi, Breyvik mətbəxi, yeməkxanası və televizor otağı olan ikimərtəbəli kompleksdə saxlanılır. İdman zalından da istifadə edə bilər.

Buna baxmayaraq, terrorçunun vəkili deyir ki, hazırda Fjotolf Hansen adı ilə tanınan müvəkkilinin xarici aləmdə hər hansı bir şəxslə münasibət qurması mümkün deyil.

Vəkilin sözlərinə görə, müvəkkilinin məktub göndərməsinə mane olmaq onun hüquqlarının pozulmasıdır.

Oxşar iddia 2016-cı ildə işə baxılarkən qəbul edilib, lakin sonradan yuxarı instansiya məhkəməsində ləğv olunub. Daha sonra Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən rədd edilib.

Breyvik 2022-ci ildə şərti azadlığa buraxılmasını istəyib, lakin məhkəmə onun tələbini rədd edib.

Xatırladaq ki, 2011-ci il iyulun 22-də Breyvik Oslonun mərkəzində hökumət binası yaxınlığında güclü partlayıcı qurğunu işə salmış, nəticədə 8 nəfər ölmüş, bir neçə yüz nəfər yaralanmışdı. Elə həmin gün o, Utoya adasında olan Sosial Demokratik Əmək Partiyasının gənclər qanadının toplantısının iştirakçılarına atəş açaraq, əksəriyyəti yeniyetmələr olmaqla 69 nəfəri öldürmüş, 66 nəfəri yaralamışdı. İndi terrorçu 21 illik həbs cəzasını çəkir.
 
Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən qeyri-adi hərəkətləri, çılğın danışığı və nitqi, bir-birini təkzib edən açıqlamaları ilə daha çox tanınıb. Parlament və hökumət iclaslarında qeyri-adekvat hərəkətləri ilə müxalifətin tənqid hədəfinə tuş gələn baş nazir xarici səfərlərdə də etdiyi müəyyən, bəzən də qeyri-etik hərəkətləri, baxışları və davranışları ilə də dünya KİV-lərinin gülüş mərkəzinə düşməyi bacarıb. Nikol əslində jurnalistika və bloqerlikdən hakimiyyətə gəldiyini desə də, İrəvan Dövlət Universitetinin jurnalistika fakültəsindən də məzun ola bilməyib. 1995-ci ildə universitet rəhbərliyini tənqid etdiyi üçün məzun olmağa az müddət qalmış rektorun əmri ilə ali təhsil müəssisəsindən qovulub. Natamam ali təhsil, psixoloji problemlər, ögey ana himayəsində böyümək təbii ki, “siyasətçi”nin psixologiyasına ciddi təsir edib. Bu səbəbdən də “Vətəndaş müqaviləsi” partiyasının sədri bir sıra görüşlərdə natamamlıq kompleksindən əziyyət çəkdiyini müxtəlif hərəkətlərlə büruzə verir.

Elə bu yaxınlarda Armavir regionuna səfər edən baş nazir Üçkilsə şəhərinə baxış keçirdiyi ibtidai məktəbdə nöqsanlar aşkar edib, Lori rayonunun Medovka kəndindəki məktəbdə yerli idarəçilərə əsəbiləşib. Baş verənlər isə Paşinyanın səfərini işıqlandıran kameralara düşüb və kadrlardan da məlum olur ki, baş nazirin ciddi kompleksləri var.

Regiona səfəri zamanı Paşinyan özünü bütün peşələrin ən güclü bilicisi kimi təqdim edir: tikinti, təhsil, müxtəlif elm sahələri, mədəniyyət, idman və s. kimi sahələrdə özünün analoqu olmayan obrazını canlandırır. Nə gölməçə, nə asılqan, nə basketbol səbəti, bir sözlə, heç bir detal onun iti və peşəkar gözlərindən yayınmır. O, iti gözlə baxır, fərqinə varır, əsəbiləşir, şiddətlə qışqırır. Onu müşayiət edənlər isə boynunu büküb qulaq asır, ünvanlanan təhqirləri isə heyranlıqla dinləyirlər. Çünki Paşinyana qarşı çıxmaq, həm vəzifəsi, həm də əmlakı ilə vidalaşmaq mənasına gəlir.

Hətta “Aykakan Jamanak” qəzetinin redaktoru olduğu dövrdə də jurnalistlər arasında Nikolun vicdansızlığı, pula olan sevgisi, qeybətə meylli şəxs olması barədə kifayət qədər neqativ fikirlər dolaşırdı. 2008-ci ildən özünü Levon Ter-Petrosyanın bir nömrəli fanatı kimi göstərən Paşinyan Qarabağ ermənilərini təhqir edir, onlara qarşı aqressiv münasibət sərgiləyirdi. Sonradan isə fikrini dəyişən redaktor “Böyük çaşqınlıq” adı altında silsilə məqalələr yazmağa, guya Ter-Petrosyan dəstəsini tərk etdiyini bildirməyə başladı. O, bununla da kifayətlənmir və Qarabağ probleminin həlli məsələsində erməni siyasi elitasında ortaya atılan birtərəfli ərazi güzəştlərinə qarşı çıxışlar etməyə başladı. Əslində isə Nikolun planı sadə idi, gələcəkdə hakimiyyətə gəlmək üçün zəmin yaratmaq, hamını aldatmaq və yalan danışmaq. Bunu elə 2019-cu ildə Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması, 2020-ci il müharibəsindən sonra Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi tanıyan bəyanatları da sübut edir. Dərd orasındadır ki, ciddi kompleksləri olan baş nazirin özünü təkzib edən bəyanatları təkcə bu deyil. Bir tərəfdən gah Azərbaycanla sülhün vacibliyindən danışır, digər tərəfdən də isə Azərbaycanı işğalçılıqda ittiham edir. Artıq dünya siyasəti də Paşinyanın bu tip açıqlamalarına alışıb. Bunlar isə ciddi komplekslərdən xəbər verir.

Keçmiş jurnalist hakimiyyətə gəldikdən sonra kiçiklik sindromundan əziyyət çəkdiyini tez-tez büruzə verməyə başlayıb. Məsələn, hakimiyyətin ilk ilində gömrük əməkdaşını ictimaiyyət qarşısında alçaldıb. Onu bayrağa hörmətsizlikdə ittiham edərək, sürücüsünün əmisi oğlunu “Noraqavit” gömrük məntəqəsində yüksək vəzifəyə təyin edib (2019-cu il). Başqalarını alçaltmaq basına özünü təsdiq etməyin ilk addımı da elə bu dövrdən başladı. Bu isə “siyasətçi”nin kiçik düşüncə tərzini, qəddarlığını və komplekslərini ortaya qoyur. Sonralar bu iş tərzi xalqı alçaltmaq hesabına məqsədyönlü şəkildə davam etdi. Əvvəlcədən hazırlanmış şəxslər görüşdə ona yaxınlaşır, yaltaqlanır. Hətta regionlara səfərlərdən birində yaşlı bir qadın əyilərək onun ayağını öpüb. Bu isə özünütəsdiqin başqa forması sayılır. Qarabağa qeyri-qanuni səfəri zamanı isə bir qadın baş nazirin maşının arxasınca su ataraq, “bizi tək qoyma” deyib. Bütün bu tamaşaların “qəhrəmanları” olan qocalar, cavanlar, uşaqlar isə bu rolları müvafiq qonorar hesabına ifa ediblər. Bunu erməni müxalifəti və bir sıra siyasətçilər etiraf etməkdən belə çəkinmirlər.


Bir faktı da vurğulamaq lazımdır ki, Paşinyanın heç bir yaxın dostu, tanışı yoxdur. O, bütün partiyadaşlarına, nazirlərə, icra başçılarına rəiyyəti kimi yanaşır. Adıçəkilən vəzifəlilərin hər biri şəxsi otaqlarında onun portretini asmalı, vəzifədən uzaqlaşdırılsalar da, onu görən kimi ayağa qalxmalı, xalq arasında ona təşəkkür etməlidirlər. Bütün bunlar məhz onun istəyidir və xüsusi adamları tərəfindən həyata keçirilir.

Baş nazir özünütəsdiq üçün opponentlərini təhqir etməyə, aşağılamağa çalışır, tabeliyində olan hüquq-mühafizə orqanlarına tapşırır ki, bu şəxslərə qarşı cinayət işləri hazırlansın, ittihamlar irəli sürülsün. Qeyd etmək yerinə düşər ki, bu məsələdə Paşinyan bir sıra uğurlara imza atıb. Ermənistan həbsxanalarına doldurulan siyasi məhbusların siyahısını nəzərdən keçirəndə bu qənaətə gəlmək mümkündür. Məsələn, “Mülki müqavilə”nin üzvü Sergey Baqratyanın oğlunun həbsi, keçmiş ədliyyə naziri Qriqor Minasyan, Gorus meri Aruş Aruşanyan və Kaçaran meri Manvel Paramazyanın da həbsini bu sıraya daxil etmək olar.

Bütün bunlardan çıxan nəticə odur ki, natamamlıq kompleksindən əziyyət çəkən, digərlərini alçaldaraq özünü təsdiq etməyə çalışan, heç bir ülvi dəyəri və dostu olmayan şəxs hazırda Ermənistana rəhbərlik edir.

“Report” İnformasiya Agentliyi
 
Ardını oxu...
Ukrayna Prezidenti Vladimir Zelenski Qərb siyasətçilərini dondurulmuş Rusiya aktivlərini mümkün qədər tez Kiyevə köçürməyə çağırıb.
Gununsesi.info xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, Qərb hökumətləri Moskvanın əngəllənmiş aktivlərinin Kiyevə ötürülməsi üçün hüquqi bazanın yaradılması prosesini sürətləndirməlidir. Zelenski ilin sonunadək bu məsələdə irəliləyiş gözlədiyini vurğulayıb.
Ukrayna lideri qeyd edib ki, söhbət 300 milyard dollarlıq məbləğdən gedir:
“Ukrayna Rusiyanın dondurulmuş aktivlərinin ona ötürülməsi məsələsində G7-yə üzv ölkələrin səylərinə ümid edir”.
 
Ardını oxu...
“İsveçin NATO-ya üzvlüyü ilə bağlı yekun qərarı hazırda müvafiq ratifikasiya protokolunu nəzərdən keçirən Türkiyə Parlamenti verəcək”.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə deyib.

“İsveçin NATO-ya qəbuluna dair proseslə bağlı yekun qərarı bizim parlament verəcək”, - deyə Hakan Fidan vurğulayıb.
Ardını oxu...
Oktyabrın 7-də HƏMAS-ın hücumuna İsrailin yeganə cavabı onun tamamilə məhv edilməsidir.

APA-nın məlumatına görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu “The Jerusalem Post” qəzetində dərc olunan məqaləsində bildirib.

“Həmas İranın əsas törəməsidir və məhv edilməlidir. Bu məqsədə çatmaq üçün HƏMAS-ın hərbi imkanlarını aradan qaldırmaq, Qəzzada siyasi hakimiyyətinə son qoymaq və girovları azad etmək lazımdır”, - Netanyahu bildirib.

Eyni zamanda Netanyahu ABŞ, Fransa, Almaniya və bir çox başqa dövlətlərin bu işdə İsraili dəstəklədiyinə diqqət çəkib.

Netanyahu xatırladıb ki, Həmas liderləri hücumu təkrarlamağa hazırdır və hətta bunu edəcəklərinə söz veriblər. Ona görə də onların məhv edilməsi “dəhşətli vəhşiliklərin” qarşısını almaq üçün yeganə düzgün həll yoludur”, - o vurğulayıb.
 

Dünyapress TV

Xəbər lenti