Ardını oxu...
Türkiyənin Edirne vilayətində keçmiş polis rəisləri qeyri-qanuni yollarla Yunanıstana qaçmaq istədikləri zaman sərhəddə ələ keçiriliblər.

Məlumata görə, təhlükəsizlik qüvvələri Meriç rayonunun Alibey kəndi yaxınlığındakı 1-ci dərəcəli hərbi qadağa zonasında apardıqları yoxlamalar zamanı Yunanıstana qaçmağa cəhd edən bir qrupu aşkar ediblər.

Saxlanılan şübhəlilərin FETÖ üzvü olduğu üçün axtarışa verilən keçmiş polis rəisləri olduqları məlum olub.

Barələrində azadlıqdan məhrumetmə cəzası olan şübhəlilər saxlanılıb və jandarmada onlarla bağlı əməliyyatlar davam edir. (Mənbə: Haber Global)
 
Ardını oxu...Rusiya bir sıra Kipr rəsmilərinin ölkəyə girişini qadağan edib
Rusiya bir sıra Kipr rəsmilərinin ölkəyə girişini qadağan edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, rusiyalı jurnalistə və Rusiya səfirliyinin əməkdaşına qarşı qəbuledilməz hərəkətlərə cavab olaraq rəsmi Moskva bir sıra Kipr rəsmilərinin ölkəyə girişini qadağan edib
 
Ardını oxu...
“Səudiyyə Ərəbistanı ilə normallaşma prosesi Qəzzada müharibədən çıxmaq üçün açardır”.

“Qafqazinfo” xəbər verir ki, bunu İsrail Prezidenti İsaak Hersoq İsveçrənin Davos şəhərində təşkil edilən sayca 54-cü Dünya İqtisadi Forumunda (DİF) etdiyi çıxışı zamanı deyib.

Hersoq bildirib ki, Səudiyyə Ərəbistanı ilə normallaşma Qəzzada müharibədən çıxmaq və Tel-Əviv administrasiyası üçün yeni üfüq açmaq üçün açardır:

“Ər-Riyad administrasiyası ilə normallaşma hələ həssas və kövrək məsələdir”.
 
Ardını oxu...
Fransa şirkətlərinin Azərbaycandan çıxarılması istənilib.
Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransa Senatının qətnaməsi ilə əlaqədar qəbul etdiyi Bəyanatda əksini tapıb.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq, Azərbaycan Respublikası Hökumətinə TOTAL da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılması ilə bağlı çağırış edib.
Fransa şirkətlərinin Azərbaycan dövlətinin sifarişi ilə həyata keçirilən hər hansı layihədə iştirakına yol verilməməsi istənilib.

Fransa şirkətlərinin Azərbaycandan çıxarılması ilə bağlı danışan Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, Bakı və Paris arasında münasibətlərin pozulması 2022- ci ilin oktyabrında Makronun iqtisadi əlaqələri məhdudlaşdırmaq və Avropa dəyərlərini Azərbaycanın neft-qazına dəyişməmək barəsində çağrışı ilə başlayıb:
"Hətta o Azərbaycandan neft-qaz almadıqlarını söyləyərək özlərini nümunə göstərmişdi. Ancaq ötən zaman kəsiyində görsəndi ki, Makron çox böyük səhv edib. Ötən il Fransanın ən böyük şirkətlərindən Total enerji Azərbaycanda fəaliyyətlərini genişləndirdi və Abşeron yatağından neft qaz alımını artırdı".

İ. Şaban rəsmi Parisin Azərbaycana qarşı qərəzli, emosianal duyğularından əl çəkmədiyini və siyasi müstəvidə Azərbaycana qarşı təzyiq göstərməyə çalışdığını vurğulayıb:
"Azərbaycan bunlara qarşı əks həmlələr etməlidir. Bu gün qəbul olunan qərar bunun tərkib hissəsidir. Əgər Fransa rəsmi Bakıya qarşı belə davranışlar edirsə, onların böyük şirkətləri nə üçün burada işləyib, dövlət büdcələrinə pul qazandırmalıdır ? Bu demək deyil ki, sabah Fransa şirkətləri Azərbaycanı tərk etsinlər. Sadəcə olaraq siyasi sferadakı gedişata uyğun qərar verilməlidir. Çünki ölkələrin iqtisadi, mədəni əlaqələri ilk növbədə siyasi dəst xəttlərindən aslıdır".
Ardını oxu...
2023-ci il üzrə dünyanın ən yaxşı qida məkanlarının adları məlum olub. Foodinfo.az xəbər verir ki, tanınmış səyahət platforması “Tripadvisor”da 2023-ci il ərzində turistlər arasında qida məkanları ilə bağlı səsvermə keçirilib. Nəticələrə əsasən, Bakı şəhəri dünya miqyasında qida məkanları siyahısında 13-cü yeri tutub.Qeyd edək ki, siyahı sayt istifadəçilərinin rəy və fikirlərinə əsaslanır və minlərlə şəhərin arasından qida məhsullarının əlçatanlığına görə 25 şəhər “Best of the Best” mükafatına layiq görülür. Platformanın veb-saytındakı “Dünya üzrə qida məkanları” bölməsində Bakının mövcud reytinqi ölkəmizdə son zamanlar qida sahəsində həyata keçirilən davamlı və məqsədyönlü tədbirlərin nəticəsi kimi qiymətləndirilir. “Tripadvisor” turistlər üçün maraqlı məkanları, ən yaxşı otelləri, yemək üçün uyğun restoranları tövsiyə edir. Platformanın 8 milyonluq siyahısının cəmi 1%-dən az hissəsi “Best of the Best” mükafatına layiq görülür ki, bu da səyahətdə ən yüksək mükəmməllik səviyyəsini göstərir.
Ardını oxu...
Ardını oxu...
 

Ardını oxu...
Sərhdin delimitasiyası ilə bağlı gündəmə gələn xəritələrin Ermənistanda narahatlıqla müzakirə edilməsi səbəbsiz deyil. Çünki İrəvanda anlayırlar ki, üzərində dövlət qurduqları ərazilər Azərbaycana məxsusdur və iki ölkə arasında delimitasiya prosesi aparılmadığı, eləcə də rəsmi şəkildə ərazi bütövlüyü tanınmadığı üçün Bakı bu ərazilərin tələbini aktuallaşdıra bilər.

Bu barədə Axar.az-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.

A.Camal Ermənistanın Baş naziri Nikol Paşinyanın bir müddət öncə dilə gətirdiyi və mütəmadi olaraq səsləndirdiyi “kadastr” məsələsini xatırladıb:

“Paşinyan daxili auditoriyaya ünvanladığı çıxışlarında bildirir ki, Azərbaycanla sülh sazişinin imzalanması Ermənistanın “kadastr” əldə etməsi deməkdir. Çünki Nikol anlayır ki, sülh sazişi imzalanmadığı, sərhəd müəyyənləşmədiyi müddətdə Ermənistanın müstəqilliyi tanınsa belə, hazırda mövcud olduğu ərazilər üzərində legitimliyi sual altındadır. Prezident İlham Əliyevin gündəmə gətirdiyi AXC dövrünün xəritələri buna görə Ermənistanda narahatlıq yaradır və rəsmi İrəvan həm rəsmi şəxslər, həm də hakimiyyətə bağlı siyasətçilər vasitəsilə əks-arqumentlər irəli sürməyə çalışır”.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində sərhədin hansı əsaslarla delimitasiya olunmasına dair konkret istiqamətlər irəli sürdü:

“Bunlardan biri AXC dövrünün və sovetləşmənin başladığı illərin xəritələridir. Yəni dövlət başçısı AXC yarananda qanunsuz şəkildə ermənilərə verilən İrəvanın, eləcə də sovetləşmə başlayanda verilən Zəngəzurun, Göyçənin, Dərələyəzin və digər ərazilərin qaytarılmasını aktuallaşdırır. Digəri SSRİ dövründə xronoloji ardıcıllıqla Ermənistana otlaq və əkin sahəsi adı altında “bağışlanan” ərazilərimizdir. Söhbət 1926-1969-cu illərə qədərki dövrdə verilən ərazilərdən gedir. Əgər delimitasiya bu əsasla həyata keçirilərsə, o zaman Qərbi Zəngəzurun böyük hissəsi üzərində nəzarəti bərpa edə bilərik. Ermənistandakı müzakirələr göstərir ki, Prezidentin bu çıxış onların kabusuna çevrilib”.

A.Camal Ermənistan parlamentinin “Mülki Müqavilə” fraksiyasından olan deputatı Gevorq Papoyanın xəritələrlə bağlı iddialarına da diqqət çəkib. Qeyd edib ki, Papoyan öz aləmində 1918-ci illərdəki erməni xəritəsini nəzərdə tutsa da, əslində özünü, dolayısı ilə də Ermənistanı “tələyə” salır:

“Paşinyanın deputatı bildirir ki, Bakı hüquqi qüvvəyə malik xəritə təklif etməlidir. Əlavə edir ki, elə xəritələr təqdim olunmalıdır ki, Ermənistan və Azərbaycan müstəqil dövlətlər olub, yaxud SSRİ daxilində müəyyən sərhədlər var idi. Erməni deputat bununla AXC dövrünün xəritələrinə əks-arqument irəli sürməyə cəhd edir, halbuki onun irəli sürdüyü tezis belə Azərbaycana tarixi torpaqlarının qaytarılması məsələsini delimitasiya prosesinə daxil etmək imkanı verir. Birincisi, Azərbaycan AXC-nin hüquqi varisidir və bu, o deməkdir ki, Cümhuriyyət dövrünün xəritələri hüquqi əsasa malikdir. İkincisi, Papoyanın dediyi “müstəqil dövlətlər” məsələsi yenə ötən əsrin əvvəlindəki xəritələri aktuallaşdırır, çünki Azərbaycan və Ermənistan 1918-ci ildə müstəqil olub və həmin dövrün xəritələri hüquqi sənəd kimi qəbul edilə bilər. Azərbaycanın müstəqilliyi 1920-ci il 11 yanvarda Paris Sülh Konfransında Antanta Ali Şurası tərəfindən tanınıb və Konfransda təqdim edilən xəritələr də sübut edir ki, həmin vaxt Zəngəzur, Göyçə, Dərələyəz suveren ərazimiz idi. O zaman sərhəd xətti Göyçə gölünün ortasından keçirdi. Sovetləşmə xəritələri isə yalnız 28 aprel 1920-ci il aiddir, şünki həmin ilin ikinci yarısından başlayaraq, artıq Azərbaycanın ərazilərinin “bağışlanması” prosesinə start verilmişdi”.

A.Camal qeyd edib ki, Ermənistanın çıxış yolu yoxdur:

“Bunu erməni siyasi elitası və politoloqları da yaxşı bilirlər. İki gün öncə politoloq Armen Baqdasaryan erməni mediasına müsahibəsində də bu ictimai panikanı dilə gətirdi və bildirdi ki, 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Azərbaycan özünü Sovet Azərbaycanının deyil, Azərbaycan Demokratik Respublikasının varisi elan edib. “Onun sərhədləri isə Sovet İttifaqındakından tamamilə fərqlidir”, - Baqdasaryan etiraf etmişdi.

Bu isə o deməkdir ki, Ermənistanın 1918-ci ildə 9 min kv.km-dan bir az çox ərazidə müstəqil respublika elan olunduğunu da, Azərbaycanın Paris Sülh Konfransında təsdiqlənən xəritədə mübahisəsiz ərazilərinin sahəsinin 98 min kv.km-ya yaxın (97.297,67) olduğunu da (mübahisəli ərazilərlə birgə 113,9 min kv.km) ermənilər yaxşı bilirlər. Buna görə də ciddi təlaşdadırlar”.
Ardını oxu...
Rəsmi İslamabad İranın Pakistan ərazisinə hərbi hücumuna cavab vermək hüququnu özündə saxlayır.

"Report"un məlumatına görə, bunu Pakistanın müvəqqəti hökumətinin xarici işlər naziri Cəlil Abbas Cilani iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığında deyib.

Pakistanın bu hücumu qeyd-şərtsiz pislədiyini bildirən XİN rəhbəri insidentin ölkələr arasında ikitərəfli münasibətlərə ciddi ziyan vurduğunu əlavə edib. Nazir qeyd edib ki, Pakistan bu təxribatçı hərəkətlərə cavab vermək hüququnu özündə saxlayır.

Qeyd edək ki, yanvarın 17-də İnqilab Keşikçiləri Qvardiyası (SEPAH) Pakistana dron və raketlərlə zərbələr endirib.
Ardını oxu...
“Generallar və nazirin varlandıqları, milyonlarla sərvət topladığı vaxt sıravilərin alt paltarı belə yox idi”

Ermənistanın sabiq müdafiə naziri, hazırda müxalifət fraksiyasında təmsil olunan deputat Seyran Ohanyan erməni ictimaiyyəti tərəfindən sərt tənqidə tuş gəlməkdədir. Nikol Paşinyan hökumətinin ordu ilə bağlı siyasətini tənqid edən Ohanyanın özü tənqid edilir. Erməni analitiklər ordunun rəzil gündə olmasının əsas səbəbini sabiq rəhbərlər Robert Köçəryanın və Serj Sarkisyanda və onların yaxın məmuru olmuş Ohanyanın bacarıqsızlığında görürlər.

Məsələn, siyasi şərhçi Tevos Arşakyan yazdığı məqaləsində bildirir ki, bütün postsovet dövründə Ermənistanın müdafiə nazirləri ilə bağlı bəxti gətirməyib: “Belə görünürdü ki, Birinci Qarabağ müharibəsindən sonrakı illərdə Müdafiə Nazirliyində ən mühüm postları tutacaq şəxslər bacarıqlı komandirlərdən olacaq. Amma hər şey tam tərsinə oldu. Ermənistan Müdafiə Nazirliyinin başına keçənlər kürsüyə yalnız zənginləşmə fürsəti kimi baxdılar. Burada Köçəryana və xüsusən də Sarkisyana yaxınlığına görə nazir kürsüsündə ən uzun müddət oturmuş general-polkovnik Seyran Ohanyan fərqlənir. Ohanyanın dövründə hərbi idarə tamamilə korrupsiya bataqlığında idi və ordu sürətlə parçalanmağa başladı. İndi parlamentin “Ermənistan” fraksiyasının rəhbərinin hazırki hakimiyyətin ünvanına ittiham xarakterli çıxışlar etməsi, özünü “vətən maraqlarının ehtiraslı keşikçisi” kimi göstərmək cəhdləri gülüncdür”.

“Eyni zamanda, Seyran Muşeqoviç hələ də Ermənistanın gələcəyi ilə bağlı qorxulu hekayələr səsləndirməyi bacarır. Onun dediyinə görə, ölkənin gələcəyi qeyri-müəyyən görünür, amma o və rəhbəri ölkəyə başçılııq etsə, belə olmayacaq. Jurnalistlərlə söhbətində Ohanyan deyib ki, “biz elə bir vəziyyətdəyik ki, hər zaman ölkəmizi müdafiə etməyə hazır olmalıyıq”. Və Muşeqoviç əlavə edir: “Aydındır ki, danışıqlar bitən yerdə düşmənçilik başlayır. Odur ki, biz ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından iki prioritet görməliyik. Birincisi, bu, milli təminatların – ordunun formalaşması, möhkəmlənməsi, sərhədlərimizin vaxtında möhkəmləndirilməsidir. İkincisi, beynəlxalq təminatların formalaşdırılması, yəni ağlabatan danışıqlarla xarici siyasət. Bizim vəziyyətimizdə, xüsusən də strateji tərəfdaşlar və qonşularla münasibətlərin pisləşməsi yolverilməzdir”. Yəni demək istəyir ki, sülh gündəmi yalandır, bu, Ermənistanı aldatmaqdır. Guya ki, Ohanyan "narahatdır". Hətta Paşinyanı “strateji tərəfdaşlarla münasibətlərin korlanmasında” qınadı. Həmişə marionetkası olduğu Rusiyaya yarındı, rus çəkmələrini yalamağı yenə bacardı”, - Arşakyan Ohanyana reaksiyasında yazır.

Analitik hesab edir ki, Köçəryanın, Sarkisyanın, Ohanyanın və daşnakların simasında olan müxalifət öz cinayət əməlləri ilə cəmiyyət arasında nifaq salır: “Cəmiyyətin çətin vəziyyətə düşdüyü bir vaxtda onun konsolidasiyasının qarşısını alır. Onlar müvəqqəti olaraq ağızlarını bağlamaq və hökumətin mövcud vəziyyətdən çıxmaq cəhdinə mane olmamaq əvəzinə, ölkəni daha da bezdirmək üçün hər şeyi edirlər. Müxaliflər hesab edirlər ki, ölkə nə qədər pis olarsa, Paşinyanı devirmək və hakimiyyətə qayıtmaq şansları bir o qədər artır. Bu, sadəlövhlükdür. Anlamadıqları şey odur ki, xalq onları devirmədi ki, sonra hakimiyyətə qaytarsın. Buradan üzümü onlara tuturam: sizin hakimiyyətiniz zamanı dözülməz vəziyyət idi və siz bizim dövlətin başında görmək istədiklərimizin uzun siyahısında sonuncusunuz”.

“Orduya gəlincə. Onun vəziyyəti haqqında Ohanyan yox, başqası danışmalıdır. Axı ordunu məhv edən Ohanyan və onun kimi generallar olub. Müdafiə Nazirliyinin binalarını, torpaq sahələrini güzəştli qiymətlərlə özgəninkiləşdirən, sonradan on dəfə baha qiymətə satan o və generalları deyildi?! Məhz Ohanyan və onun generalları öz xidməti vəzifələrini yerinə yetirmədilər ki, bu da ağır nəticələrə gətirib çıxardı. Xüsusən də 2016-cı ilin aprelində, Azərbaycanın müharibəyə hazırlığı açıq-aydın görünən vaxt Ohanyanın rəhbəri olduğu hərbçilər başqa işlərlə, rüşvətlə məşğul idilər. Məhz Ohanyan və onun generalları qeyri-döyüş şəraitində çoxsaylı hərbi qulluqçuların ölümünə görə məsuliyyət daşıyırlar. Hansı ki, buna görə onlardan heç biri cəzalandırılmayıb. “Dedovşina”, hərbidə oğurluqlar, zabitlərin özbaşınalığı, əsgərlərin vəhşicəsinə öldürülməsi və döyülməsi, irimiqyaslı korrupsiya - bütün bunlar Ohanyan müdafiə naziri olanda vəhşicəsinə çiçək açıb”, - deyə Arşakyan əlavə edib.

Siyasi icmalçı bildirir ki, həmin vaxt heç kim Ohanyanın və generallarının məsuliyyətə cəlb olunmasını tələb etməyə cürət etmirdi: “Çünki Sarkisyan şəxsən Ohanyanın arxasında dayanırdı. Ohanyan yalnız 2016-cı ilin aprel uğursuzluğundan sonra vəzifəsindən getmək məcburiyyətində qaldı. Lakin Sarkisyanın dövründə onlar məsuliyyətə cəlb olunmadılar. Yalnız inqilab baş verəndə yeni hakimiyyət onların bəzilərini cəzalandırmaq qərarı verdi. Məhz o zaman ordumuzdakı gözəgörünməz vəziyyətin üstü açılmağa başladı. Generallar və nazirin varlandıqları, milyonlarla sərvət topladığı vaxt sıravilərin alt paltarı belə yox idi. Ohanyan qıvrılaraq bəyan etdi ki, generalların şəxsi mülkləri, onların bahalı malikanələri və mənzilləri müdafiə büdcəsi ilə heç bir əlaqəsi yoxdur. Bu nə deməkdir, Seyran Muşeqoviç!? Yəni sizin və generallarınızın məsələsində göydən zolaqlı şalvarınızın cibinə pul düşürdü? Milyonlarla dollar qazandınız, mövqelərdəki əsgərlər isə yağışda islanmışdılar, normal ayaqqabıları yox idi, hətta gecə görmə cihazları da yox idi. Bütün bunlara görə ilk növbədə Seyran Ohanyan məsuliyyət daşıyır. İndi birdən ordunun vəziyyəti və ölkənin gələcəyi ilə bağlı “narahat” olur. Məncə, tam bir əclaf kimi görünməmək üçün susmaq daha yaxşı olardı”.
Müəllif: Turan Abdulla
Ayna.az
 
Ardını oxu...
İran qurumlarının məsləhətçisi və bu ölkənin tədqiqatçısı Əli Əkbər Raefipur "X" tətbiqindəki açıqlamasında deyib:
"İraqın Ərbil vilayətini, Suriyanın İdlibini raketlərlə hədəfə aldığımız kimi, İsraillə əməkdaşlıq edən Azərbaycan Respublikası rejiminə də hörmətlə yanaşmalı və Bakını raketlərlə hədəfə almalıyıq!"
İranın təhlükəsizlik qurumlarının müşaviri Əli Əkbər Raefipurun "X" yazısının mətni:
"Qəribədir ki, İran iki nüvə dövləti olan Pakistan və sionist rejimə qarşı hərbi əməliyyatlar aparır. Amma siz siyasətçilərin və məmurların anti-İran ritorikasına, Azərbaycan rejiminin açıq-aşkar terror əməllərinə cavab verən bir hal bilmirsiniz. Baxmayaraq ki, Mossad bu ölkədə kəşfiyyat bazasına, açıq dinləmələrə və dronlara malikdir Və bir neçə terror əməliyyatı, o cümlədən Fəxrizadənin şəhadəti, ilk Şahçaraq partlayışı, “Hermes” pilotsuz təyyarəsinin Nətənz ətrafına (İranın nüvə obyektlərinə) nüfuz etməsi Bakı rejiminin əməkdaşlığı ilə həyata keçirilib".
Sizcə, bütün bu hərəkətsizliyin səbəbi nədir?
P.S. Hələ də bəziləri irana dost kimi baxır . Mən deyərdim İran yaxın şərqin , Rusiya isə dünyanın şeytandır .
Cavid Dəmirli
TEREF: Xocanın Blogu
 
Ardını oxu...
Ermənistan parlamentinin iclasında baş nazir Nikol Paşinyanla ölkənin keçmiş prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan arasında dava düşüb.

TEREF report-a istinadən xəbər verir ki, L.Koçaryan baş nazirin təhlükəsizlik siyasətinin iflasa uğradığını iddia edib.

Keçmiş prezidentin oğlu N.Paşinyana "sən" deyərək müraciət edib.

Bu, hakim partiyanın deputatlarının emosional reaksiyasına səbəb olub.

N.Paşinyan L.Koçaryana daha diqqətli danışmağı tövsiyə edib.
 

Dünyapress TV

Xəbər lenti