Ardını oxu...
Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin yeni konstitusiyaya ehtiyacı olduğunu bildirməsi, daha çox bu ölkənin əsas sənədindən Azərbaycan və Türkiyəyə qarşı qondarma maddələrin çıxarılması ilə əlaqələndirilir.

Səbəbi isə Ermənistanın sülh və sabitliyin əldə edilməsinə elə özünün mane olduğunu artıq anlaması ehtimalıdır.

Ermənistan parlamentinin sədri Alen Simonyanın ölkənin himni və gerbinin dəyişilməsi ilə bağlı verdiyi təklif bu ehtimalları bir az da əsaslandırıb.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

 
Ardını oxu...
Bu gün Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası baş tutub.

Məlumatına görə, görüş Azərbaycan Respublikası və Ermənistan Respublikasının baş nazirlərin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryanın rəhbərliyi ilə keçirilib.

Sərhədin Qazax-İcevan hissəsində keçirilən görüşdə bəzi önəmli məsələlər, xüsusilə üç rayonun mina xəritələrinin Azərbaycana təhvil verilməsi və səkkiz kəndin boşadılması ilə bağlı məsələlər müzakirə olunub.

Maraqlıdır, bu görüşdə iki məsələ barədə nəzərəçarpacaq irəliləyiş əldə olunub?

Məsələ ilə bağlı politoloq Natiq Miri “Cebhe.info”-ya şərhində qeyd edib ki, bu prosesdə nəzərəçarpacaq dəyişikliklərin olacağı inandırıcı görünmür:

“Bu görüşdə mina xəritələrinin təhvil verilməsi ilə bağlı məsələnin müzakirə olunması barədə məlumat yoxdur. Ermənistan Baş nazirinin müavini Mehr Qriyonyan belə bir məsələnin gündəliyə daxil edilmədiyini bəyan edib. Ola bilsin ki, bu məsələ gələcək danışıqlarda müzakirə predmenti olacaq.

O ki qalda səkkiz kəndin Azərbaycana qaytarılması məsələsinə, hesab edirəm ki, ikitərəfli görüşdə bu məsələ ilə bağlı hər hansı ciddi razılıq əldə olunmayıb. Çünki Ermənistan tərəfi hələlik kəndləri qaytarmaqdan boyun qaçırır. Hazırda rəsmi İrəvan sərhədlərin delimitasiyası və demarkasiyasını müəyyən edəcək xəritələrin ortalığa qoyulmasına çalışır. Erməni tərəfi sərhəd ərazilərin delimitasiyasının daha çox 1970-ci illərdə tətqib olunmuş xəritələrin üzərində aparılmasını istəyir.

Azərbaycan isə öz növbəsində vaxtilə ondan qanunsuz şəkildə qopardılmış ərazilər barədə iddialar irəli sürə bilər. Əgər Azərbaycanın şərtləri qəbul olunmayacaqsa, rəsmi Bakı bu mövqeyinin üstündə möhkəm dayanacaq. Prezident İlham Əliyevin son açıqlamasına məhz buna yönəlib.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ölkəmizin əraziləri heç bir əsas olmadan, xalqımızın rəyi nəzərə alınmadan Ermənistana verilib. Bu da Azərbaycana həmin ərazilər ilə bağlı iddialar qaldırmasına imkan verir.

Amma bu o demək deyil ki, Azərbaycan-Ermənistan sərhədi 1920-ci il xəritələri üzərində aparılacaq. Azərbaycan xalqı buna aldanmamalıdır. Ona görə ki, BMT və NATO daxil olmaqla beynəlxalq aləm Ermənistanın ərazi bütövlüyünü onun sərhədləri çərçivəsində tanıyırlar. Qərb ölkələri bu məsələdə Ermənistanın arxasında dayanacaq”.
 
Ardını oxu...
Abdullah Çatlıya aid olduğu iddia edilən görüntü böyük səs-küyə səbəb olub.
Türkiyə KİV-nə istinadən bildirir ki, sosial şəbəkədə paylaşılan və 1993-cü il tarixli görüntüdəki şəxsin Abdullah Çatlı olduğu iddia edilib.
Ardını oxu...
10 saniyəlik videoda polisin spirtli içki olub-olmadığını yoxlayarkən kameraları görən şəxsin üzünü gizlətməyə çalışması müzakirələri daha da qızışdırıb. Sözügedən videoya baxan hər kəs “videoda Abdullah Çatlı varmı?” sualına cavab axtarmağa başlayıb.

Qeyd:

Abdullah Çatlı - Türkiyənin gerçək Polat Alemdarı kimi tanınır. Müəmmalı şəkildə ölən Çatlı barədə indiyədək çox əfsanələr danışılıb, yazılıb; onun Susurluq qəzasında ölmədiyi, estetik əməliyyatla üzünün dəyişdirildiyi və sağ olduğu iddiaları var.
Ardını oxu...
Rəsmi məlumatıara görə, türk mütəşəkkil cinayətkarlıq lideri, mafiya lideri, dərin dövlət agenti və kontr-partizan üzvü olub. O, Türkiyədə müxtəlif qətllərə görə mühakimə olunub. O, 12 sentyabr çevrilişindən sonra xaricə qaçıb və narkotik ticarəti ilə bağlı mühakimə olunub. O, həbsxanadan qaçıb. 1996-cı ildə Susurlukda vəfat edib.
Ardını oxu...
Xatırladaq ki, Susurluk Qəzası və ya Susurluk Skandalı, 3 Noyabr 1996-cı ildə Balıkesir-Bursa avtomobil yolunun Susurluk mahalı Çatalceviz məntəqəsində baş verən yol qəzası nəticəsində dövlət-polis-mafiya münasibətlərinin ortaya çıxması ilə başlayan qalmaqaldır. Türkiyə Cümhuriyyəti tarixinin ən mühüm qalmaqallarından biridir.
Ardını oxu...
 
Ardını oxu...
Ermənistan İstintaq Komitəsi İrəvanda Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir edilməsi faktı ilə bağlı cinayət işi açıb.
Axar.az xəbər verir ki, komitənin mətbuat katibi Qor Abramyanın məlumatına görə, mediada gedən materialları öyrəndikdən sonra xuliqanlıq maddəsi ilə iş açılıb.
İstintaq həmçinin hadisəni törədənin şəxsiyyətini də müəyyən edib.

Qeyd edək ki, İrəvanda yerli sakin Leninqrad blokadasının uşaqlarının xatirəsinə ucaldılmış abidəni təhqir edib. O, abidənin faşistlər üçün ucaldıldığını bildirərək, əklilləri dağıdaraq, üzərində olan Rusiya bayraqlarını tapdalayıb.

İqlim dəyişikliyi güclü yağış və qar yağması ehtimalını iki dəfə artırıb. Bütün dünyada ekstremal hava şəraiti güclənməyə davam edəcək.

TNS xəbər verir ki, Ümumdünya Hava Atributunun (WWA) bir hissəsi olan İngiltərə, Niderland, ABŞ, Almaniya və İsveçrənin universitet və institutlarında çalışan 10 tədqiqatçı bir neçə ölkəni əhatə edən ərazidə 3 günlük orta yağıntı və küləyin maksimal sürətini araşdırıb. Tədqiqatçılar qlobal istiləşmənin təsiri altında olan iqlim şəraitini sənayedən əvvəlki dövr iqlimi ilə müqayisə edib.

Noyabrın 28-də Şərqi Avropaya çatan “Bettina” qasırğası Moldova, Bolqarıstan, Rumıniya və Ukraynaya güclü qar, Krım, Ukraynanın şərqi və Türkiyənin əksər ərazilərinə isə güclü yağışlar gətirib.

Fırtına zamanı əksəriyyəti ukraynalı olmaqla ən azı 23 nəfər həlak olub, 2,5 milyondan çox insanı əhatə edən elektrik enerjisi kəsilib, infrastrukturlar zədələnib və nəqliyyatda fasilələr yaranıb.

Tədqiqatçılar Rusiya-Ukrayna müharibəsinin “Bettina” qasırğasının təsirlərinin daha da şiddətlənməsində rol oynadığını düşünürlər. Münaqişələr səbəbi ilə köçkün düşmüş ukraynalıların bu vəziyyətdən təsirləndiyini, ən çox təsirlənənlərin isə yaşlılar, uşaqlar və əlillər olduğunu bildiriblər.

Təhlillərə görə, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə davam etdikcə, Şərqi Avropada qış tufanlarından qaynaqlanan yağıntılar daha da intensivləşəcək.
 

Ardını oxu...
“İrəvan sülh müqaviləsinin imzalanmasının gözləniləndən daha çox vaxt aparacağı təqdirdə, Bakıya hücum etməmək haqqında paktı bağlamağa dəvət edib”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Biz Azərbaycana qarşılıqlı silahlara nəzarət mexanizmini, həmçinin sülh müqaviləsinin bağlanmasının gecikdiriləcəyi təqdirdə, hücum etməmək haqqında paktı imzalamağı təklif etmişik”, - deyə o bildirib.

Bildirək ki, Nikol Paşinyan özünün də qeyd etdiyi kimi, yanvarın 16-da Azərbaycana silahlara qarşılıqlı nəzarət haqqında saziş imzalamağı təklif etmişdi. İndi isə Ermənistanın Baş naziri bu fikrin davamı olaraq, Azərbaycanı hücum etməmək haqqında pakt imzalamağa çağırıb. Paşinyanın bu açıqlaması Ermənistanın sülh sazişi imzalamağa tələsmədiyini göstərir.

Rəsmi İrəvan hazırkı şəraitdə sülh müqaviləsinin əsasən Azərbaycanın təklif edəcəyi prinsiplər əsasında imzalancağını yaxşı bilir. Çünki mövcud geosiyasi şərait Azərbaycanın xeyrinədir. Bu halda sülh sənədi imzalansa, Ermənistan Qarabağı de-yure Azərbaycan ərazisi kimi tanımalı olacaq. Yəni bu məsələ birdəfəlik Azərbaycanın xeyrinə həll olunacaq.

Ona görə də Ermənistan hakimiyyəti hücum etməmək haqqında paktın imzalanmasına nail olmaqla vaxt qazanmağa, sülh sənədini isə gələcəyə saxlamağa çalışır. Yəni Ermənistan geosiyasi vəziyyətin dəyişəcəyinə və öz maraqlarına uyğun şərtləri sülh sazişinə daxil etdirə biləcəyinə ümid edir.

Söhbət ermənilərin kütləvi şəkildə yenidən Qarabağa köçürülməsindən, onların hüquqları və təhlükəsizliyi adı altında Azərbaycanda separatizmi yenidən dirçəltmək planlarından gedir. Bundan başqa, Ermənistan sərhədlərin 1991-ci il xəritələri əsasında delimitasiyasına və demarkasiyasına nail olmaq istəyir.

Qeyd edilən səbəblərdən Ermənistan tərəfi müharibənin yenidən başlamayacağına dair yazılı zəmanət almaqla sülh sazişindən yayınmaq niyyəti güdür.
Çünki sülh danışıqları yenidən dalana dirəndiyi üçün münaqişənin bu dəfə şərti sərhəddə baş verməsi ehtimalı daha çoxdur. Bu halda Azərbaycan daha güclü orduya və silahlara malik olduğundan hərbi əməliyyatlar Ermənistan ərazisinə keçəcək.

Nikol Paşinyan da Hindistandan və Fransadan aldığı silahlarla bu vəziyyətin qarşısını ala bilməyəcəyini anlayır. Hazırda Ermənistan ərazisi Cənubi Qafqazda üstünlüyə malik olmaq istəyən geosiyasi güclərin rəqabət meydanına çevrilib. Ermənistan hakimiyyəti Qərb müşahidəçilərini ölkəyə məhz sərhədlərin təhlükəsizliyinin monitorinqi adı altında dəvət edir.

Bu baxımdan, sərhəddə baş verəcək münaqişə Ermənistandakı geosiyasi maraqlar toqquşmasını açıq müstəviyə keçirə bilər. Ona görə də Paşinyan hücum etməmək haqqında pakt imzalamağı təklif etməklə potensial münaqişədən yayınmaq üçün Azərbaycana hüquqi öhdəlik qəbul etdirməyə çalışır.

Halbuki, sülh müqaviləsində bir-birinə hücum etməmək haqqında ayrıca maddə olacaq. Belə olan halda Paşinyanın ayrıca pakt imzalamaq çağırışı Ermənistan üçün əlverişli sülh şərtləri formalaşana qədər manevr imkanlarını saxlamaq məqsədi daşıyır.
Ardını oxu...
Xəbər verdiyimiz kimi, yanvarın 24-də Avropa Şurası Parlament Assambleyası (AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətini təsdiqləməkdən imtina edib.

Bununla bağlı səsvermə zamanı 76 deputat Azərbaycanın əleyhinə, 10 deputat lehinə səs verib, 4 deputat bitərəf qalıb. 16 deputat isə səsvermədə iştirak etməyib.

Səsvermə zamanı Türkiyədən olan 9 deputat Azərbaycanın xeyrinə, 1 deputat isə əleyhinə çıxıb.
Azərbaycanın əleyhinə səs verən türkiyəli deputat Xalqların Demokratik Partiyasının üzvü olan Berdan Öztürkdür.

Milliyətcə kürd olan Berdan Öztürk 1 may 1980-ci ildə Ağrı vilayətinin Tutak rayonunda doğulub gəlib. Mərmərə Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra İngiltərənin London Universitetində beynəlxalq arbitraj və kommersiya hüququ üzrə magistr təhsilini tamamlayıb. 2011-ci ildə sərbəst hüquqşünas kimi fəaliyyətə başlayıb.

Subay olan Öztürk ingiliscə də danışa bilir.

2018-ci il Türkiyədə keçirlmiş seçkilərində Xalqların Demokratik Partiyasından (HDP) Ağrı millət vəkili seçilən Öztürk Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komissiyasının üzvü olub.

O, 2023-cü il parlament seçkilərində Yaşıl Sol Partiyasının siyahısından Xalqların Bəbarərlik və Demokratik Partiyasının üzvü olaraq Diyarbakırın deputatı seçilib.

Berdan Öztürk barəsində hələ 2016-cı ildə 5 nəfər PKK-çının dəfn mərasimində iştirak etdiyi əsas gətirilərək, barəsində istintaq başladılıb. 2018-ci ilin mayında ona bəraət verilib.

O, 2019-cu ildən “Barış Pınarı” əməliyyatı ilə bağlı verdiyi açıqlamaya görə terror təbliğatı aparmaqda suçlanaraq istintaqa cəlb olunub. Lakin istintaq başa çatdırılmayıb.Modern.az
 
Ardını oxu...
. Mussolini Aralıq dənizi və Orta Doğuda ciddi şəkildə möhkəmlənmək üçün Türkiyəyə qarşı qəbul olunması mümkün olmayan və ardı-arası kəsilməyən tələblər irəli sürürdü. Sinyor Benito açıq-aşkar deyirdi ki, faşist İtaliyası Roma İmperiyasının varisidir, bu səbəbdən Türkiyənin Aralıq dənizi sahilləri onlara güzəştə gedilməlidir.

1935-ci ilin payızında İtaliya ilə Türkiyə arasında siyasi-diplomatik münasibətlər olduqca gərgin xarakter almışdı. Şəxsən Mussolininin göstərişi ilə Türkiyənin Roma səfirliyi önündə tələbələrin böyük bir aksiyası təşkil olunur. 24 oktyabr tarixdə təşkil olunan bu aksiyada 50 mindən çox gənc iştirak edir. Ön sıralarda Roma Legionlarını xatırlatmaq məqsədilə onların uniformalarına bənzər hərbi geyimlər geyinən gənc faşistlər toplaşmışdı. Tələbələrin əllərindəki pankartlarda “Antaliya əsil sahiblərinə qaytarılmalıdır!” “Anadolunun bütün Akdəniz hövzəsi Romadır!” yazılmışdı. Bu bir təhdid və müharibə elanı səbəbiydi. Tarixin 24 oktyabr olaraq seçilməsi də təsadüf deyildi. Belə ki, cümhuriyyət qurulduğu tarixdən etibarən hər il 29 oktyabr tarixdə Türkiyə Cümhuriyyətinin cümhur başkanı xarici ölkələrin Ankaradakı səfirliklərini bayram tədbirinə dəvət edir və onların şərəfinə ziyafət verirdi. Bu ənənə indinin özündə də davam edir.

Mussolini çox gözəl bilirdi ki, 5 gün sonra Ankarada belə bir ziyafət veriləcək, orada İtaliya səfiri də iştirak edəcək. Bu ərəfədə Romadakı Türkiyə səfirliyi önündə aksiya təşkil edilməsi və Liviyadan sonra Həbəşistanın da faşist İtaliyası tərəfindən işğalı Türkiyəyə və şəxsən Atatürkə qarşı təzyiq metodu sayılmalıdır. Bu fəaliyyətləri ilə əlinin gücləndiyini hesab edən Mussolini ən ciddi həmləni 29 oktyabrda təşkil olunacaq ziyafətdə etmək istəyirdi. Bu səbəbdən də o, Ankaradakı səfirini xüsusi olaraq təlimatlandırmışdı.

Ziyafətin ən qızğın çağında İtaliya səfiri hər kəsin gözü önündə və hər kəsin eşidə biləcəyi şəkildə Mustafa Kamala sərt və imperativ formada Benito Mussolininin tələbini çatdırır: “Antaliya və çevrəsi təməlləri atılan Yeni Roma İmperiyasına güzəştə gedilməlidir! Bu, imperator Benito Mussolininin tələbidir!”

Ankara Palasda bir anda sükut hakim oldu. Hər kəsin diqqəti Atatürkə yönəlmişdi. Görəsən, o nə cavab verəcək!? Bütün qonaqlar Atanın oturduğu masaya yaxınlaşır və üzü qap-qara qaralmış və mavi gözlərindən od yağan bu insanın özünü imperator zənn edən Mussolininin səfirinə nə cavab verəcəyini səbirsizliklə gözləyirdi. Ata bir anlıq sükutdan sonra Tevfik Rüştü Arası (Türkiyənin o vaxtkı xarici işlər naziri, italiyan dilini mükəmməl səviyyədə bilirdi) yanına çağırır və deyir:

- İndi deyəcəklərimi ekselanslarına tərcümə edin, - və sonra üzünü İtaliya səfirinə tutub deyir: - Dükə çatdırın ki...

Tevfik bəy Atatürkə sözünün davamını deməyə imkan vermədən:

- Əfəndim, bu, müharibə səbəbidir, bunu tərcümə edə bilmərəm! - deyir.

Atatürk bir anlıq təbəssümdən sonra fransızca deyir:

- Sənin tərcümə etməyinə gərək yoxdur. Bildiyim qədərilə səfir fransızca da bilir.

Sonra Ata öz fikrini fransız dilində səfirə çatdırır. Onun sözlərindən sonra italiyan səfir əlindəki şərab bakalını masanın üzərinə qoyub, hirslə Ankara Palası tərk edir...

Burada incə bir məqam var. Türkiyə torpaqlarına göz dikən, özünü imperator zənn edən Benito Mussolininin ünvanına Atatürk “Dük” ifadəsini işlədir. Orta əsrlərdə İtaliyada hər şəhərin bir dükü olurdu. Apennin yarımadasında vahid, mərkəzləşmiş dövlət olmadığından bu düklər daha güclü krallar və imperatorların ali hakimiyyətini qəbul etməklə onlara xərac verirdilər. Osmanlı sultanlarına da xərac verən bir neçə dük olub. Atatürk bu ifadəni işlətməklə, əslində, Mussoliniyə sərt mesaj vermiş, onu haqlı olaraq aşağılamışdı.

Faşist liderin cavabı gecikmədi. Baş verən bu hadisədən 3 gün sonra İtaliya Rodos adasına böyük miqdarda hərbi texnika və əsgər toplamağa başladı. Bu, açıq şəkildə Türkiyəyə meydan oxumaqla yanaşı, həm də savaş elanı idi. Çünki I Dünya Savaşı sonrası əldə edilən razılığa görə, İtaliyaya güzəştə gedilən 12 adaya italiyanlar ordu toplamaq hüququna malik deyildi. Rodos adası da həmin 12 adadan biriydi (sonralar İtaliya bu adaları Yunanıstana verdi). Lozan anlaşmasında Türkiyə bir neçə il öncə İtaliyaya güzəştə gedilən bu adaların hərbiləşdiriləcəyi təqdirdə bunu özünə qarşı təhdid və savaş elanı hesab edib, adaların azad edilməsi üçün müharibəyə başlamaq hüququnu verən maddə saldırmışdı.

İtaliyanın Rodos adasına qoşun toplaması iki ölkə arasında müharibəni qaçınılmaz edirdi. Baxmayaraq ki, Hitler İtaliyanın Türkiyəyə qarşı təcavüz planına qarşı idi, ancaq Mussolini onu eşitmir, Anadolunu “yeyə biləcəyi asan lokma” hesab edirdi. Bir şey də dəqiq idi ki, savaş baş verəcəyi təqdirdə Almaniya müttəfiqinin yanında yer almayacaqdı, çünki Hitler daha böyük savaş üçün Türkiyəni və Atatürkü incik salmaq niyyətində deyildi, onu öz yanında görmək istəyirdi. Bu, Mussolinini o qədər də narahat etmirdi, Almaniyanın köməyi olmadan da rəqibi üstələyəcəyinə əmin idi. Ümumiyyətlə, o düşünmürdü ki, savaşa ehtiyac qalacaq. Belə hesab edirdi ki, türk dövləti qorxub geri çəkiləcək, İtaliyanın irəli sürülən tələblərini qəbul edəcək. Lakin sinyor Mussolininin nəzərə almadığı bir şey vardı - Atatürkün dühası və cəsarəti...

3 ay ərzində Rodos adasında bütün hazırlıqlarını tamamlayan İtaliya lideri Ankara səfirinə yeni göstəriş verir. Bu göstəriş əsasında səfir yenidən Atatürklə görüşmək üçün randevu tələb edir. Görüşdə Tevfik Rüştü Aras və Atatürkün mənəvi qızı Afet İnan xanım da iştirak edir. İtaliya səfiri 20 dəqiqə danışır, durmadan təhdidlər yağdırır... Atatürk isə heç nə demədən sakitcə onu dinləyir...

Səfir heç bir diplomatik çərçivəyə sığmayan, sayğıdan uzaq olan çıxışını bitirdikdən sonra Atatürk “bana on dakika müsaade etmenizi rica ederim” deyib, otaqdan çıxır. Təxminən 10 dəqiqə sonra o, Lozan anlaşmasından sonra ilk dəfə geyindiyi marşal formasında və ayaqlarında makosen çəkmələr otağa daxil olur, yerinə oturur, siqaret çıxarıb yandırır. Tüstünü sinəsinə çəkib, üfürdükdən sonra üzünü səfirə tutub deyir:

- Buyurun efendim, şimdi sizi dinliyorum! Demin ne söylemişdiniz? Bir daha tekrar edermisiniz!!!

Afet İnan xanım xatirələrində yazır: “İtalyan Büyükelçisi, afallamış gözlerle Ona baktıktan sonra şunları söyleyebildi: - Ekselanslarına Ducenin selamlarını ve iyi dileklerini takdim etmek için rahatsız etmiştim...”

Elçi bu sözləri dedikdən sonra tələm-tələsik Atatürkün kabinetini tərk edir...

Tevfik Rüştü Aras qorxu içərisində Atatürkdən soruşur:

- Şimdi ne olacak, efendim!?

Atatürk siqaretinin tüstüsünü sonuncu dəfə sinəsinə çəkib, üfürdükdən sonra xüsusi məmnunluqla bu cavabı verir:

- Hiç bir ciddi şey olu vermiyecek. Ama italyanlar ordularını Rodosdan geri çekecekler... Korkaklar! Boşu-boşuna bana makosenlerimi geydirdiler...

Üç ay hazırlıq görən, Rodosa böyük ordu toplayan faşist İtaliyasının bu ordunu geri çəkməsi cəmi 3 gün çəkdi. Atatürk nazir Rüştü Arasa həmin vaxt bu sözü də demişdi:

- Gün gələcək, italiyanlar özləri bu gerzek Mussolinini dar ağacından asacaqlar!

Həqiqətən də müharibənin sonlarına yaxın İsveçrəyə qaçmaq istəyən sinyor Benito İtaliya partizanları tərəfindən ələ keçirilib, dar ağacından asıldı...

Fərəməz Novruzoğlu
TEREF: Xocanın Blogu

 
 
 
Ardını oxu...
ABŞ prezidenti Co Baydenin demokratiya naminə Texas sakinlərini “azad etmək” üçün beynəlxalq koalisiya yaratmasının vaxtı çatıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Amerika prezidentinin, sələfi Obamanın ən yaxşı ənənələrinə uyğun olaraq, Texasın getməli olduğunu bəyan etməsinin vaxtıdır", - Zaxarova Telegram kanalında yazıb.

Cümə günü Texas qubernatoru Qreq Abbott qeyri-qanuni miqrant axınının qarşısını almaq üçün Meksika ilə sərhəddə quraşdırılmış maneələrin sökülməsi ilə bağlı ABŞ federal orqanları ilə potensial münaqişəyə hazır olduğunu söyləyiib.

Bundan əvvəl ABŞ Ali Məhkəməsi administrasiyanın tələbi ilə Texas hakimiyyətinin Meksika ilə sərhəddə yerləşdirdiyi tikanlı məftillərin sökülməsinə icazə verib. Texas qubernatoru miqrantlarla bağlı vəziyyətə görə "işğal" və özünümüdafiə tədbirləri elan edərək, federal hakimiyyət orqanlarının sərhədi qoruya bilmədiyi halda ştatın öz siyasətlərini həyata keçirəcəyini vurğulayıb.

Amerikanın 25 ştatının respublikaçı qubernatorları ABŞ prezidenti Co Baydeni qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq istəməməkdə ittiham edib və Texas hakimiyyəti ilə həmrəy olduqlarını bəyan ediblər.
Mənbə: publika.az
Ardını oxu...
ABŞ dünənki hücuma reaksiya verəcək. Əgər bu hücuma qətiyyətli cavab verməsə, onun qüdrətinə olan inam zəifləyəcək və bu cür hücumların təkrarlanmasına səbəb olacaq. Buna görə də ABŞ-ın xüsusilə də İraq və Suriyadakı müqavimət mövqelərinə qarşı cavabı ağır ola bilər. Lakin Birləşmiş Ştatların sərt cavabı belə bu ölkənin Qərbi Asiya regionundakı mövqelərinə qarşı hücumları dayandıra bilməyəcək.

Bu barədə İranın “Mehr” xəbər agentliyində yayımlanan məqalədə bildirilib.

“ABŞ-ın 3 əsgərinin ölməsi və 34 əsgərinin yaralanması ilə nəticələnən dünəki hücum bu ölkənin Qəzza müharibəsi ilə bağlı siyasətinin nəticəsidir. Müharibə belə davam edərsə, Amerikaya qarşı bu cür hücumların yenidən təkrarlanması gözləniləndir. Qəzzaya qarşı müharibə dayanarsa, ABŞ-a qarşı hücumlar da dayanacaq. Xatırlamaq lazımdır ki, 2024-cü il ABŞ-da prezident seçkiləri ilidir və Qəzza müharibəsi indiyədək Baydenə xeyir verməyib və onun genişlənməsi yenə də Baydenə zərər verəcək”.


Mənbə: axar.az
 

Dünyapress TV

Xəbər lenti