İranda MOSSAD agentləri hesab olunan yüksək rütbəli hərbçilərin və siyasilərin həbsi başlayıb.
Musavat.com Türkiyədəki mötəbər qaynaqlara əsaslanaraq yazır ki, artıq 20 yüksək ranqlı məmur və hərbçinin saxlandığı məlum olub. Onlardan ən önəmlisi İran polisinin xüsusi təyinatlı qüvvələrinin komandanı general Hüseyn Kərəmidir!
O, Mossadın xeyrinə casusluq etdiyi iddiası ilə bu gün xüsusi əməliyyatla həbs edilib.
İddialara görə, yüksək rütbəli İran yetkililərini ABŞ xüsusi xidməti deşifrə edib və İran dövlətini məlumatlandırıb.