Ardını oxu...
G7 ölkələri Avropa İttifaqı (Aİ) ilə paralel olaraq Ukraynadakı müharibənin ikinci ildönümü ərəfəsində Rusiyaya qarşı yeni məhdudiyyətlər tətbiq edəcək.

Məhdudlaşdırıcı tədbirlər G7 müttəfiqləri ilə razılaşdırılır və onların hər birinin öz sanksiyalar paketini hazırlaması gözlənilir.

“Politico”nun avropalı diplomatlara istinadən verdiyi məlumata görə, Aİ 13-cü sanksiyalar paketinin bir hissəsi olaraq rusiyalı diplomatların bütün Şengen zonası ölkələri daxilində deyil, yalnız akkreditə olunduqları ölkə ərazisində səyahətini məhdudlaşdırmaq ideyasını nəzərdən keçirir.

Bundan əlavə, Polşa radiosu 13-cü paket çərçivəsində təxminən 250 nəfərin və şirkətin Aİ-nin sanksiyalar siyahısına daxil edilə biləcəyini bildirib.

Daha əvvəl Qərb KİV yeni məhdudiyyətlər paketi çərçivəsində Aİ-nin aktivlərinin dondurulması və birlik ərazisinə girişinə qadağa qoyulan fiziki və hüquqi şəxslərin siyahısını genişləndirməyi planlaşdırdığını məlumat vermişdi.
İnterfaks
 
Ardını oxu...
AŞPA Azərbaycandakı seçkini müşahidə etmək üçün dəvət almasa da, bu strukturda Azərbaycana qarşı addımların əsas “dirijoru” olan Frank Şvabe və onun əlaltıları seçki prosesinə müdaxilə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyasına qarşı açıq təzyiq və şantajlara əl atırlar.

Caliber.Az xəbər verir ki, Şvabe və onun dəstəsi büroya təsir göstərmək üçün şəxsi əlaqələrdə olduğu missiya üzvlərindən istifadə edir, onlara müvafiq göstərişlər göndərir. Əsas tələb odur ki, heç bir müsbət cəhəti əks etdirmədən seçkini gözdən salmaq üçün yalnız mənfi cəhətləri aşkar edib qabartmaq lazımdır. Şvabenin adamları bu məqsədlə öz “həmkarlarını” açıq şəkildə hədələyir və şantaj edirlər.
Ətraflı

Qeyd edək ki, ATƏT-in missiyasında ABŞ, Fransa kimi ölkələrdən sifarişləri yerinə yetirən, Şvabe ilə əlaqədə olanlar çoxdur. Bu seçkidə onlar əslində Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun yox, öz maraqlarını güdürlər. Məlumata görə, bu şəxslər Davranış Kodeksini və Müşahidəçi Metodologiyasını pozaraq, yalnız seçkini nüfuzdan salmağa yönəlmiş “faktları” tapmaq tapşırığı alıblar və onlar da öz növbəsində missiyanın digər üzvlərinə bu tələblərə əməl etmələri üçün təzyiq göstərirlər. Bunun yekunu isə yalnız maksimum qərəzli və mənfi hesabat hazırlamaq ola bilər.

Görünür, Şvabe və onun dəstəsi, eləcə də ATƏT missiyasındakı “dostları” hələ də 7 fevral seçkisinin Azərbaycan üçün əhəmiyyətini dərk etməyiblər. Onlar hələ də başa düşə bilməyiblər ki, seçkini gözdən salmaq cəhdi Qarabağdakı qələbəyə kölgə salmaq cəhdindən başqa bir şey deyil.
 
Ardını oxu...
Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı Prezident İlham Əliyev Azərbaycan həqiqətlərinə və ölkəmizin ikili standartlarla üzləşməsinə diqqət çəkdi. Ölkə başçısı bildirdi ki, ATƏT-in Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları işğaldan azad olunmadı və məcburi köçkünlərin geri qayıtması təmin edilmədi. ATƏT-in Minsk qrupu tərəfindən Ermənistana təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı.
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.
2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Antiterror tədbirləri qaçılmaz idi, deyə qeyd edən ölkə başçısı ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zərbə vurduğunu bildirdi.
Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addımdır. Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.
Qəbul zamanı Prezident İlham Əliyev onu da vurğuladı ki, rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürütdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür.
Prezident İlham Əliyev ölkəmizin üzləşdiyi daha bir riyakarlıq faktına da diqqət çəkdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi beynəlxalq riyakarlığın təzahürdür. Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmalıdır. Ölkə başçısı bəyan etdi ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.


Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru



 
Ardını oxu...
Çin ABŞ-a müqavimət göstərmək üçün nüvə arsenalı qurur. Bu, Rusiya-Ukrayna müharibəsi təcrübəsi nəzərə alınmaqla həyata keçirilir.

Bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşrin məlumatına görə, Si Szinpin hakimiyyətinin ilk günlərindən nüvə silahına üstünlük verib:

“Çin taxtına oturduqdan cəmi 3 həftə sonra nüvə raketlərindən məsul olan generalları çağırdı və onların qarşısına sərt tələb qoydu. Çin qəzəbli düşmənlə mümkün nüvə müharibəsinə hazır olmalıdır”.
axar.az
Ardını oxu...
Finlandiya hökuməti Rusiya ilə sərhəddə nəzarət-buraxılış məntəqələrini aça bilməz, çünki sərhədyanı ərazilərdə vəziyyəti ciddi və həyəcanverici hesab edir.

Azpost.info xəbər verir ki, bunu Finlandiya hökumətinin başçısı Petteri Orpo bildirib.

O əlavə edib ki, sərhədi qanunsuz keçmə ilə mübarizə tədbirləri də işlənib hazırlanmalıdır.
 
 


 
Ardını oxu...
Rusiya prezidenti Vladimir Putin iş səfərlərində xaricdə istehsal olunan avtomobillərdən istifadə etmir.
Tribunainfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Federasiyası Federal Mühafizə Xidmətinin Xüsusi Təyinatlı Qarajının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Denis Simonova istinadən məlumat yayıb.
“Qarajın böyük hissəsi yerli istehsal olan avtomobillərdən ibarətdir. Xarici avtomobillər var, amma dövlət başçısı onlardan istifadə etmir və onlar müəyyən yürüş məsafəsinə çatdıqdan sonra qarajı tərk edəcəklər”, deyə agentliyin həmsöhbəti bildirib.
Qeyd olunur ki, Vladimir Putin 6 ildir səyahət üçün Rusiya istehsalı olan “Aurus” limuzindən istifadə edir. “Aurus Senat Limousine” prezident avtomobili 2018-ci ildə Putin dördüncü inauqurasiya mərasiminə gələndə Rusiya ictimaiyyətinə nümayiş etdirilib. 2023-cü ilin sentyabrında Putin “Vostochnıy” kosmodromunu ziyarət edən Şimali Koreya lideri Kim Çen Ina “Aurus”unu göstərib.
2021-ci ilin may ayında Yelabuqadakı “Ford Sollers” zavodunda “Aurus” lüks avtomobillərinin seriyalı istehsalına başlanacağı bildirilib. Açılış mərasimində Vladimir Putin də videobağlantı vasitəsilə iştirak edib. O bildirib ki, özü belə avtomobil idarə edir və bir neçə dəfə sükan arxasında olub.
2025-ci ildə “Aurus Senat”ın genişləndirilmiş versiyasının kütləvi istehsalı başlaya bilər. Salonda arakəsmə quraşdırılacaq, arxada isə iki ayrı oturacaq olacaq.
 
 
 
Ardını oxu...
Son günlərdə Ermənistanda konstitusiyanın, gerbin və himnin dəyişdirilməsi müzakirə olunur.

Çünki Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var.

Üstəlik, bu sənədə istinadlar da Ermənistan Konstitusiyasında öz əksini tapıb. Bundan başqa, Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur.

Nəzərə almaq lazımdır ki, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Əlbəttə ki, bütün bunlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına əngəl törədir.

Milli Məclisin deputatı Vüqar İskəndərov “Cebhe.info”-ya açıqlamasında bildirib ki, Ermənistan layihə bir dövlət kimi qurulub:

“Burada əsas məqsəd də türk dünyasının güclənməsinin qarşısının alınmasıdır. Yəni bufer zona yaradaraq Ermənistanı dövlət kimi formalaşdırıb, həmişə ondan maşa kimi istifadə etməyi hədəfləyiblər. Düşünürük ki, Ermənistan da onun qarşısında qoyulan bu tapşırığın öhdəsindən “məharətlə” gələ bilib.

Bu ölkə əsrin əvvəllindən etibarən himayəçilərinin dəstəyi ilə soyrıqım və işğalçılıqla məşğul olub. Hətta Ermənistanın konstitusiyası və gerbində Azərbaycanla Türkiyəyə qarşı torpaq iddiası var. Üstəlik, bunların hər birini özlərinin müstəqillik Bəyannaməsi və konstitusiyasında əks etdiriblər”.

Həmsöhbətimiz xatırladıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsindəki qələbəsi və antiterror tədbirləri ilə öz ərazilərində suverenliyini bərpa etdi:

“Bununla da özünü yüz ildən artıqdır təkəbbürlü və ədəbaz aparan dünya erməniliyinin bel sütununu sındırdıq. Azərbaycanın Ali Baş Komandanı İlham Əliyev erməni ənənəsini məhv etdi. Bununla türk insanının, Azərbaycan xalqının qüruru qayıtdı və onu daha əzəmətli etdi.

Ümumiyyətlə, rəsmi Bakı 2020-ci ildən sonra İrəvanla sülh müqaviləsinin imzalanmasını və indiyəqədərki separatçılığın qapadılmasını və yeni səhifənin açılmasını təklif etdi. Bunun üçün Azərbaycanın təklif etdiyi 5 baza prinsipi bir çox platformalarda aparılan danışıqlarda müzakirə olundu. Amma Fransanın dominantlığı ələ almaq cəhdinin Azərbaycan tərəfindən rədd edilməsi bu danışıqları pozdu.

Amma yenə də Azərbaycan tərəfinin diplomatik uğuru nəticəsində Ermənistanla ikitərəfli danışıqlar davam etdirildi. Hətta bir neçə uğurlu nümunə də ortaya qoyuldu. Bunu görən qüvvələr isə birləşərək bu məsələni də ləngiməsi və baş tutmaması üçün bütün çirkin yollara əl atdılar”.

Millət vəkili diqqətə çatdırıb ki, Ermənistan uzun müddətdir ki, Qərbə “sülh göyərçini” kimi görünmək istəyir:

“Ona görə də İrəvan hakimiyyətinin nümayəndələri tez-tez sülhdən və müqavilənin imzalanmasının vacibliyindən danışırlar. Amma əməli işə keçəndə konkret bir fəaliyyət olmadığını görürük. Əksinə, Ermənistan sülh müqaviləsinin imzalanmaması üçün siyasi manipulyasiya edir.

Sülh müqaviləsi çərçivə sənədidir. Ondan sonra sərhədlərin delimitasiyası və demarkasiyası həyata keçirilməlidir. Həmçinin, sərhədlərin açılması və Ermənistanın Türkiyə ilə yeni mövqeyi ortaya qoyulmalıdır. Ermənistan da daxil olmaqla iqtisadi reallıqlardan bütün bölgə dövlətləri istifadə etməlidir”.

Vüqar İskəndərov vurğulayıb ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün öz konstitusiyasında və müstəqillik Bəyannaməsində konkret dəyişikliklər etməlidir:

“Azərbaycana və Türkiyə qarşı ərazi iddialar konstitusiyadan çıxarılmalıdır. Həmçinin, gerbdən də Ağrı dağı yığışdırılmalıdır. Qondarma soyqırım kimi bütün yalançı ittihamlar dayandırılmalıdır. Ermənistan artıq müstəqil bir dövlət kimi formalaşmalıdır. Bunun üçün də yaxşı fürsət yaranıb. Əgər Azərbaycan, Türkiyə və digər dost dövlətlərin yaratdığı bu fürsətdən yararlana bilməsə, olduğu dalandan çıxa bilməyəcək.

Nikol Paşinyanın da Qarabağla bağlı məsələləri gündəmdə saxlasalar, normal dövlət ola bilməyəcəklərini etiraf etməsi çox mühümdür. Bu da Ermənistanın Baş nazirinin reallığı anladığını göstərir. Lakin konkret, əməli iş ortaya çıxanda rəsmi İrəvanın bundan yayınması və siyasi manipulyasiyalarına şahid oluruq. Ona görə hələ də ortada konkret nəticə yoxdur”.

Vüqar İskəndərovun fikrincə, 2024-cü il Ermənistan üçün də bir fürsətdir:

“Qarşıdakı günlərdə və aylarda Ermənistanda referendum keçirilməli və Azərbaycanın onun qarşısına qoyduğu məsələləri həll edilmədir. Bu isə dövrün və zamanın tələbidir. Artıq rəsmi İrəvan da bunun üçün də əməli addımlar atmalıdır”.
Ardını oxu...
Rusiya cəmiyyəti arasında donoslar adi hala çevrilib. Ötən əsrin 30-cu illərinə təsadüf edən “məlumatlandırma” XXI əsrdə bütün şöhrəti ilə yenidən canlanıb.

Sovet ziyalılarının bütün elitasını tamamilə məhv edən donos yazma ötən əsrin 30-cu illərinə təsadüf edirdi. Mən başqa respublikaların nümayəndələrindən danışmayacağam, amma Azərbaycanda Mikayıl Müşfiq, Hüseyn Cavid və başqaları kimi dahi şəxsiyyətlər donosun qurbanı olublar.

Amma söhbət bundan getmir. Bu gün Rusiyada stalinizm hökm sürür. Düzdür, başqa adla. Və bu ad hər kəsə məlumdur. İldə bir dəfə üzünü böyüklərə və uşaqlara göstərən Şaxta baba kimi.

Və birdən həvəsləndirici bir soyadı olan nağıl qəhrəmanı meydana çıxır - Boris Nadejdin (Nadejda - rusca ümid deməkdir). Rusiya Federasiyasının vətəndaşı kimi Nadejdin prezidentliyə namizədliyini irəli sürüb.

Kremlin “itləri” nəinki hürməyə başladılar, həm də Stalin dövrünün üslubunda donos yazmağa başladılar. Belə ki, rusiyalı fəal Vitali Borodin Rusiya Prezidenti postuna namizədliyini irəli sürməyi planlaşdıran siyasətçi Boris Nadejdinin “xarici agent” elan edilməsi xahişi ilə Baş Prokurorluğa müraciət edib.

Və bu da hamısı deyil. Borodin Nadejdinin mövqeyinin Putinin siyasəti və onun, o cümlədən Ukraynadakı müharibədə iştirakı ilə ziddiyyət təşkil etməsindən narazıdır.

“Yəni, Rusiya Federasiyasının prezidentliyə namizədi Rusiya Federasiyasının öz xalqını nasizmdən, ekstremizmdən, LGBT təbliğatından qorumaq üçün səylə çalışdığı bütün mənfilikləri ruslara sırımaq niyyətindədir”, - deyə Borodin bildirib.

Bundan əlavə, o, müxalif siyasətçilər, fəallar, jurnalistlər və Aleksey Navalnının tərəfdarları tərəfindən Nadejdini dəstəklədiyini qeyd edərək, Nadejdinin namizədliyi ilə "liberalların" Rusiyada "Qərb" gündəmini təbliğ etdiyinə inandığını qeyd edib.

Borodin həmçinin Nadejdinin əsas sponsorunun Mixail Xodorkovski olması ilə bağlı şayiələri xatırladıb və onun üçün xaricdən maliyyə vəsaiti tapıldığı təqdirdə siyasətçinin “xarici agent” kimi tanınmasını tələb edib.

Bu arada, Boris Nadejdinin mətbuat xidməti onun "xarici agent" kimi yoxlanılması cəhdinə cavab verib: “Bizim qərargahımız xaricdən və ya digər xarici agentlərdən maliyyə və təşkilati yardım almayıb və almır. Biz bunu təzyiq hesab etmirik. İstənilən çılğın adamların hər təşəbbüsündən sonra açıqlama verməyi lazım görmürük. Biz işləməyə davam edirik”.

Qısa xülasə: Bu gün Rusiyada maraqlı proseslər müşahidə olunur.

Ölkəsini Ukrayna ilə müharibəyə sürükləyən Putin hazırda tavada qıvrılan ilanbalığı vəziyyətindədir. Amma heç bir diktator kreslosunu könüllü tərk etməz. Onun kütlənin dəstəyinə ehtiyacı var. Və daha çox rəqibini yarışdan çıxarmağa çalışır. Yəni, Nadejdini.

Nadejdinin reytinq qazanmağa davam etməsi Putini çox qıcıqlandırır. Ukrayna cəbhəsindəki uğursuzluqlar, Rusiyada reytinq itkiləri. Belə çıxır ki, Putinin “parlaq” siyasəti onu çıxılmaz vəziyyətə salıb.

Rusiya suvereninin reytinqini necə artırmaq olar? Bütün istiqamətlərdə uğursuzluq: Ukrayna, Cənubi Qafqaz və s. Donos onu xilas edəcək?

Lakin “Bütün Rusiyanın İmperatoru” qatarının getməsi ilə barışa bilmir. Ona görə də onu parlaq gələcəyə aparacaq “yanacaq” kimi Kreml özünün sübut olunmuş metodunu seçdi: Stalinin metodunu. Donos var, və rəqib yoxdur.

Ancaq əsas sual budur: əksəriyyəti Putinin “müdrik siyasətindən” məyus olan bütün ruslarla nə etməli?

Bu məsələdə donos problemi həll etməyəcək...

Müəllif: Fed Bakinski
ayna.az
Ardını oxu...
Dehli-Bakı reysini yerinə yetirən pilotlar cəzalandı - SƏBƏB
Hindistanın “IndiGo Airlines” şirkətinin pilotları yanvarın 28-də Dehli-Bakı reysini yerinə yetirən zaman “Hava Hərəkətinə Nəzarət”dən uçuş icazəsi almayıb. Mövzu ilə bağlı Hindistanda qalmaqal yaranıb və həmin reysin hər iki pilotu hadisənin araşdırılması müddətində vəzifəsindən kənarlaşdırılıb.

Bildirilib ki, təyyrəyə Dehli-Bakı reysi yerinə yetirilən zaman gözləməklə bağlı göstəriş verilsə də, buna əməl edilməyib. Təyyarə uçuş vəziyyətinə gətirilib və icazəsiz yola düşüb.
 
Ardını oxu...
1960-1980-ci illərdə SSRİ mağazalarında alkoqollu içkilərin çeşidi kifayət qədər geniş və rəngarəng idi və həm ən kasıb, həm də yüksək keyfiyyətli elit məhsullar üçün ucuz məhsullardan ibarət idi.
Üstəlik, adı ilə eyni içki bu və ya digər kateqoriyaya aid ola bilər, burada hər şey bir sıra amillərdən asılı idi. Məsələn, onun istehsalında istifadə olunan materialların keyfiyyəti, avadanlıqları və texnoloji prosesə uyğunluğu. Təbii ki, külli miqdarda pul qazananlar (İttifaqda belə insanlar kifayət qədər az idi) və ya partiya və təsərrüfat rəhbərləri kateqoriyasına aid olanlar özləri üçün kifayət qədər əlçatan olan yüksək keyfiyyətli içkilər içməyə üstünlük verirdilər.
Vodka və çəkmə araqlar
SSRİ-də ən demokratik spirtli içki həmişə bayramlarda, xüsusi tədbirlərdə, gündəlik həyatda da istehlak edilən araq olub. Bütün təbəqələrin nümayəndələri onu içirdilər, həm çox keyfiyyətli, həm də heç də keyfiyyətli olmayan araqlar satışda idi. Bu, əsasən istehsalçıdan asılı idi və açıq şəkildə pis araq məhsulları az olsa da, müəyyən fabriklər bir növ keyfiyyət zəmanəti hesab olunurdu. Məsələn, sovet arağının standartını istehsal edən məşhur Moskva “Kristal” – “Stoliçnaya”. Heç vaxt rəflərdə qalmazdı və elita tərəfindən yüksək qiymətləndirilirdi.
Bununla birlikdə, digər markalar kimi – “Posolskaya”, “Oxotniçya”, “Pşeniçnaya” və ya “Zolotoye kolço”. Sonuncu “mükafat” kateqoriyasına aid idi və ixrac edilirdi – xaricdə çox həvəslə alınırdı. Ancaq onu ölkədə də almaq mümkün idi, baxmayaraq ki, bu, o qədər də asan deyildi və həm də olduqca bahalıydı. Halbuki, pul olsaydı, bu seçimi ən yaxşısı hesab etmək olardı.
Araqla yanaşı, bir çox müxtəlif likörlər də istehsal olunurdu və yeri gəlmişkən, “əziz” Leonid İliç acıları çox sevirdi. Ən çox o, “Zubrovka”ya üstünlük verirdi, amma “Starka”ya da böyük sevgisi vardı.
Sovet konyakı
Sovet dövründə çoxlu sayda müxtəlif marka konyak istehsal olunurdu və onlardan bəziləri Avropada çox məşhur idi. Sovet konyakları illərlə, bəzən hətta onilliklərlə köhnəlirdi – 20 və hətta 40 il illənməsi təəccüblü deyildi. İttifaqın ilk üzüm konyakı 1937-ci ildə İrəvan brendi zavodunda yaradılmış, uzun müddət yalnız Ermənistanda istehsal edilmiş, lakin sonra milli sovet brendinə çevrilmiş “Yubileynıy” idi. Halbuki, erməni brendi hər şeydən çox dəyərləndirilirdi və Sovet rəhbərliyi tərəfindən ona üstünlük verilirdi.
Əlbəttə ki, “Yubileynıy” ilə yanaşı, digər markalar da istehsal edildi – “Nairi”, “Axtamar”, “Yerevan”, “Prazdnichny” və s. Ümumiyyətlə, konyaklar ölkənin üzümçülük rayonlarında – Gürcüstanda (Sakartvelo, Tbilisi və s.), Moldovada (Ağ leylək, Codru, Doina), Azərbaycanda (Gəncə, Şirvan), Ukraynada (“Çernomorski”, ” Slavutiç” və s.) istehsal olunurdu. Onların hamısı elit içkilər kimi yerləşdirilir və müvafiq olaraq araq və likörlərdən daha bahalı olurdu – bəzi markalar üçün 100 rubldan çox ödəmək lazım gəlirdi.
Şərablar, rom və s.
SSRİ-də çoxlu şərab istehsal olunurdu və o, çox fərqli idi – meyvə və giləmeyvə “Şmurdyak”dan yüksək keyfiyyətli üzüm məhsullarına qədər. Əlbəttə ki, onlar qiymət baxımından da fərqlənirdilər, çünki ən yaxşı şərablar yalnız xüsusi üzüm sortlarından hazırlanmır, həm də bir müddət palıd çəlləklərində yaşa dolurdu. Onların nəzərəçarpacaq dərəcədə baha başa gəldiyi aydındır, lakin elita üçün bu problem deyildi – yalnız dad vacib idi. Xüsusilə o dövrlərdə Moldava, Krım və Gürcüstan şərabları, o cümlədən üzüm və port şərabları məşhur idi. “Bastardo”, “Ağ Qırmızı Daş Muskat”, “Kindzmarauli”, “Xvinçkara” – bu adlar bu gün bütün bu müxtəlifliyi görməyə müvəffəq olanlar arasında istər-istəməz nostalji hissi oyadır.
Bundan əlavə, idxal olunan məhsullar tez-tez mağazalarda görünürdü – Bolqarıstan, Macarıstan və Rumıniya şərabları və Kuba rom Havana Klubunu da xatırlaya bilərsiniz. Və əlbəttə ki, məşhur “Riqa balzamı”, Estoniya “Köhnə Tallinn” və digər ekzotik şeylər. Bunlar həqiqətən elit məhsullar idi və istehlakçının müəyyən və kifayət qədər yüksək sosial statusa malik olduğunu göstərirdi.
//tribunainfo.az
 

Dünyapress TV

Xəbər lenti