Ardını oxu...
Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması haqqında 1991-ci il Almatı Bəyannaməsi Ukraynadakı vəziyyətə də şamil edilməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Biz Almatı Bəyannaməsinə hörmət edirik, lakin bu, təkcə bizi əhatə etmir. Onlar özləri təşəbbüskar olublar, belə ki, bu, Rusiya, Ukrayna və Belarusun Sovet İttifaqının artıq mövcud olmadığına qərar verdiyi Belovejski razılaşmasından başlayır, müstəqilliyi və bir-birinin sərhədlərini tanıyıblar. Biz ondan çıxış edirik ki, Almatı Bəyannaməsi bizim müstəqilliyimizin və ərazi bütövlüyümüzün tanınması üçün əsasdır və eyni şeyi Ukraynaya da tətbiq etmək lazımdır. Bu sənəd bizim hamımız üçün vacibdir və onun məhv edilməsi sistemin dağılmasına gətirib çıxara bilər”, - Paşinyan bildirib.
 
Ardını oxu...
Bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin yeni konstitusiyaya ehtiyac olduğunu açıqlayıb.

O deyib ki, Ermənistan Müstəqillik Bəyannaməsi sülhə maneədir.

Qeyd edək ki, Paşinyan Azərbaycan tərəfinin tələbi ilə yeni konstitusiya qəbul etmək istəyir. Rəsmi Bakı bir neçə dəfə Ermənistandan konstitusiyada olan Azərbaycana qarşı olan iddiaları çıxarmağı tələb edib.

Modern.az-ın məlumatına görə, erməni mediası konstitusiya dəyişikliyi ilə bağlı daha bir məlumat əldə edib.

"Hraparak" qəzetinin yazdığına görə, Paşinyan hakimiyyəti konstitusiyaya tərəfsizlik müddəasını əlavə etmək niyyətindədir. Bu müddəaya görə, Ermənistan ərəzisində xarici ölkələrin silahlı qüvvələrinin daimi əsaslarla yerləşdirilməsi qadağan edilir.

Nəşr yazır ki, sözügedən müddəa Rusiya bazalarına və sərhəd qoşunlarına qarşı yönəlib.

Qeyd edək ki, Ermənistanın Rusiyanın rəhbərlik etdiyi hərbi blokun üzvüdür. Tərəfsizlik müddəası əlavə ediləcəyi təqdirdə İrəvan KTMT-ni də tərk etmək məcburiyyətində qalacaq.
 
Ardını oxu...
50 il əvvəl, 1974-cü ilin fevralında yazıçı Aleksandr Soljenitsın SSRİ-də həbs edildi.

Onu vətənə xəyanətdə ittiham etdilər, Sovet vətəndaşlığından məhrum olunduvə ölkədən qovuldu. Yazıçı və Nobel mükafatı laureatı bu məsələdə rol oynaya bilmədi . Ondan əvvəl Sovet hökuməti öz partiya lideri Leon Trotskini, şair İosif Brodskini və əslində tək olmayan bütöv bir “fəlsəfi gəmini” “dişinə vurmuşdu”.

Soljenitsın ilə eyni ildə yazıçı Eduard Limonov xaricə getməli oldu, sonra musiqiçilər Mstislav Rostropoviç və Qalina Vişnevskaya və dissident Vladimir Bukovski - Çili kommunistlərinin lideri Luis Karvalan ilə dəyişdirilən "xuliqan" kimi tarixə düşdü.

“Cebhe.info” Sovet sürgünlərinin hekayələrini “Lenta.ru” –ya istinadən təqdim edir.

*Soljenitsın
Ardını oxu...
Aleksandr Soljenitsın 1960-cı illərdə, ən mühüm üç əsərinin - "İvan Denisoviçin həyatında bir gün", "Xərçəng palatası" və "Birinci dairədə" nəşrindən sonra şöhrət qazandı. 1970-ci ildə o, “rus ədəbiyyatının dəyişməz ənənələrinə əməl etdiyi mənəvi gücə görə” Nobel mükafatına layiq görüldü. Amma sonra Qərbdə dörd cildlik “Qulaq arxipelaqı” nəşr olunanda sovet hökumətinin səbri tükəndi.

Soljenitsın həbsindən bir gün sonra, 1974-cü il fevralın 13-də SSRİ-dən qovuldu. O, vətəndaşlıqdan çıxarılaraq Qərbi Almaniyaya göndərildi. Bundan bir gün sonra, fevralın 14-də SSRİ Nazirlər Soveti yanında Mətbuatda Dövlət Sirrinin Mühafizəsi Baş İdarəsinin rəisinin “A.İ.Soljenitsının əsərlərinin kitabxanalardan və kitab satışı şəbəkəsindən çıxarılması haqqında” əmri verildi. Aleksandr Soljenitsınə yalnız 1990-cı ildə Sovet vətəndaşlığı qaytarıldı. Bundan dörd ildən sonra o, ailəsi ilə vətənə qayıtdı.

*Trotski
Ardını oxu...
Vətəndaş müharibəsi zamanı və inqilabdan sonrakı ilk onillikdə bolşeviklər partiyasının əsas liderlərindən biri olan Leon Trotskinin sürgünə düşə biləcəyini heç kəs düşünə bilməzdi. Lakin Sovet Rusiyasında hakimiyyət uğrunda mübarizə heç kəs üçün itkisiz bitmədi.

İlk Sovet lideri Vladimir Leninin ölümündən sonra Trotski onun varisi İosif Stalinin siyasi kursuna qarşı müxalifətə rəhbərlik etdi. İnqilabın iki lideri arasında münasibətlər tədricən gərginləşdi, nəhayət, 1927-ci ildə Trotski bütün vəzifələrdən uzaqlaşdırıldı. 1929-cu ildə ölkədən qovuldu, 1932-ci ildə isə sovet vətəndaşlığından məhrum edildi. “İnqilab aslanı” ömrünün son illərini Türkiyə, Fransa, Norveç və Meksikada keçirməli oldu. Orada onu qatilin - NKVD agenti Ramon Merkader ələ keçirdi.

Trotski yazırdı:

“Əgər insan həyatı ümumən müqəddəs və toxunulmazdırsa, o zaman nəinki terrordan, nəinki müharibədən, hətta inqilabdan da imtina etmək lazımdır. Kim Sovet quruluşunun mövcudluğu faktının inqilabi tarixi əhəmiyyətini dərk edirsə, “Qırmızı terror”a sanksiya verir”.

Halbuki Trotskinin özünün hələ hakimiyyətdə və iqtidarda olarkən inqilabdan sonra məhkəməyə gəlməyən filosoflar da daxil olmaqla, “köhnə” rus ziyalılarının onlarla nümayəndəsinin ölkədən qovulmasında əli var idi. Artıq yenidənqurma illərində bu hadisələr "Fəlsəfi gəmi" adını aldı. Lakin 1922-1923-cü illərdə fərqli fikirlərə qarşı mübarizə çərçivəsində məşhur elm və mədəniyyət xadimlərinin qovulmasının əsas təşəbbüskarı hələ də Lenin idi. Trotski xarici bir jurnalistə verdiyi müsahibədə bu hərəkəti çox sadə şəkildə ifadə etmişdi:

“Bu adamları güllələmək üçün heç bir səbəb olmadığı üçün qovduq, dözmək mümkün deyildi”.

Xaricə göndərilənlər üçün bir neçə marşrut vardı. Gəmilər Petroqrad, Odessa və Sevastopoldan yola düşürdü. Bundan başqa, “arzuolunmaz şəxs”lərin bir qismi qatarla xaricə göndərilirdi. Ölkədən qovulanlar arasında ailə üzvlərini nəzərə almasaq, 80-ə yaxın adam vardı:

Knyaz Sergey Trubetskoy, Nikolay Berdyaev, Sergey Bulqakov, İvan İlin, Lev Karsavin, Nikolay Losski, Fyodor Stepun, Semyon Frank,Vladimir Zvorıkin, tarixçi Aleksandr Kiesevetter, zooloq Mixail Novikov, yazıçı Mixail Osorgin, iqtisadçı Aleksey Peşexonov, sosioloq Pitirim Sorokin, aqronom Aleksandr Uqrimov və başqaları.

“Deportasiya edilənlərə bir qış və bir yay paltarı, bir kostyum, iki ədəd hər cür alt paltarı, iki gündüz köynəyi, iki gecə köynəyi, iki cüt alt paltarı, iki cüt corab götürməyə icazə verilirdi. Toy üzükləri istisna olmaqla, qızıl əşyaların və qiymətli daşların ixracı qadağan edilmişdi, hətta döş xaçları boyundan çıxarılmalı idi.

Əşyalardan əlavə, az miqdarda valyuta götürməyə icazə verilirdi, bu, adambaşına iyirmi dollar idi. Ancaq nəzərə alsaq ki, bu adamların hamısı həbsdən birbaşa xaricə göndərilirdilər, onlaırn 20 dolları tapması möcüzə idi və heş gerçəkləşmirdi”,-deyə rus filosofu, “Fəlsəfi gəmi"nin sərnişini olmuş Fedor Stepun yazırdı.

“Fəlsəfi gəmi”də nəhayət ki, SSRİ-yə qayıda bilən yeganə sərnişin İkinci Dünya müharibəsi illərində Vilnüsdə yaşayan və geri çəkilən alman qoşunları ilə birlikdə şəhəri tərk etməkdən imtina edən Lev Karsavin idi. O, artıq qocalmışdı və ona toxunmayacağını düşünürdü. Bununla belə, 1949-cu ildə “əks-inqilabi, antisovet ədəbiyyatına qanunsuz sahiblik” ittihamı ilə həbs edildi və Komidəki Abez düşərgəsinə göndərildi. Orada da filosof vərəm xəstəliyindən öldürüldü.

*Brodski
Ardını oxu...
Şair İosif Brodski 1963-cü ildə dissident bəyanatlarına görə təqiblərə məruz qalmağa başladı. Bir il sonra o, parazitizmə görə həbs edildi və məcburi müalicə üçün psixiatriya xəstəxanasına göndərildi. Nəticədə məhkəmə Brodskini Arxanqelsk vilayətinə sürgünə göndərdi. Onunla dostluq edən şairə Anna Axmatova bundan xəbər tutnda demişdi:

“Bizim sarıbaşımıza nə tərcümeyi-halı düzəldiblər! Sanki bilərəkdən bunun üçün kimisə işə götürüb”

Ona dəstəkləmək üçün başlayan geniş ictimai kampaniyadan sonra Brodskiyə Leninqrada qayıtmağa icazə verildi, lakin nəşr etməyə icazə verilmədi. 1972-ci ildə isə şairə mühacirətə getməyi “təklif etdilər”. Razılaşmalı idi. 1972-ci il iyunun 4-də o, Sovet vətəndaşlığından məhrum edildi və Vyanaya yola düşdü.

Xaricdə Brodski fəal şəkildə dərs deyir, yazır və əsərlərini nəşr etdirirdi. 1987-ci ildə şair Nobel mükafatına layiq görüldü. 1990-cı ildə o, rus köklü italyan Maria Sozzani ilə evləndi. 1993-cü ildə onların qızı Anna dünyaya gəldi.

Sürgündə olmasına baxmayaraq, Brodski vətənpərvər olaraq qaldı və Rusiyaya qarşı isti münasibət saxladı. 1974-cü ildə ölkədən qovulduqdan cəmi iki il sonra Georgi Jukovun ölümündən xəbər tutaraq ədəbi ictimaiyyətdə “imperator” və “vətənpərvər” kimi qələmə verilən “Jukovun ölümü haqqında” şeirini yazdı.

Rusiyada Sovet hakimiyyətinin süqutundan sonra Brodski zaman keçdikcə onun ən məşhur əsərlərindən birinə çevrilən "Ukraynanın müstəqilliyi haqqında" poemasını yazdı.

*Limonov
Ardını oxu...
Yazıçı Eduard Limonov 1974-cü ildə KQB xəbərçisi olmaqdan imtina etdikdən sonra SSRİ-ni tərk etmək məcburiyyətində qalıb. Elə həmin il o, sovet vətəndaşlığından məhrum edilib.

Mənə uşaqlıqdan aşılanıb ki,çuğullamaq pis və iyrəncdir. Əgər mənə ciddi bir təklif etsəydilər ki, hörmətli yoldaş Savenko-Limonov, biz sizi KQB Akademiyasına göndərmək istəyirik, yəqin ki, gedərdim.

"Ancaq çuğullamaqdan, bir növ altıncı olmaqdan imtina etdim”,-deyə o sonralar yazırdı.

Yazıçı əvvəlcə ABŞ-da yaşayıb, 1975-1976-cı illərdə Nyu-Yorkun “Yeni rus sözü” qəzetində korrektor işləyib. Təxminən eyni dövrdə Limonov Amerika Trotskiist Sosialist İşçi Partiyasının iclaslarında iştirak edib və bu, Federal Təhqiqatlar Bürosu tərəfindən dindirilməsinə səbəb olub.

1980-ci illərin əvvəllərində yazıçı Fransaya köçüb və burada müxtəlif ictimai-siyasi nəşrlər, eləcə də öz ədəbi əsərləri üçün yazılar yazıb. 1987-ci ildə Fransa vətəndaşlığını aldıb. 1989-cu ildən SSRİ-də Limonovun kitabları nəşr olunmağa başladı. Bir il sonra Moskvaya köçüb və yenidən Sovet pasportu alıb.

*Rostropoviç və Vişnevskaya
Ardını oxu...
Musiqiçilər Qalina Vişnevskaya və Mstislav Rostropoviç 1960-cı illərin sonlarında bir vaxtlar Moskva yaxınlığındakı bağlarında yaşayan Aleksandr Soljenitsını açıq şəkildə dəstəklədikləri üçün SSRİ hakimiyyətinin qəzəbinə tuş gəldilər. Yazıçı özü də sonra bunu belə etiraf edirdi:

“Həyatda mənə Rostropoviçin bu sığınacağından daha böyük hədiyyənin verildiyini xatırlamıram”.

1970-ci ildə Rostropoviç və Vişnevskaya Soljenitsının müdafiəsi üçün açıq məktub yazdılar. Hər şey 1974-cü ildə onların “anti-vətənpərvərlik fəaliyyətinə görə” SSRİ-ni tərk etməyə məcbur edilməsi və dörd il sonra isə “SSRİ vətəndaşı adını ləkələyən hərəkətlərə görə” sovet vətəndaşlığından məhrum edilməsi ilə yekunlaşdı. Bu xəbəri aldıqdan sonra cütlük Parisdə mətbuat konfransı keçirdi və Qalina Vişnevskaya dedi:

“Mən bu insanların gücünü tanımıram! Məni vətənimdən məhrum etməyə heç kimin haqqı yoxdur!”

1990-cı ildə Rostropoviç və Vişnevskayaya vətəndaşlıq qaytarıldı.

*Bukovski
Ardını oxu...
Hüquq müdafiəçisi Vladimir Bukovski SSRİ-də cəza psixiatriyasının praktikasını təbliğ etdiyi üçün Qərbdə şöhrət qazanmışdı. Ümumilikdə, o, 12 ilini həbsxanalarda keçirmiş və məcburi "müalicəyə" cəlb olunmuşdu.

1976-cı ildə Sovet hakimiyyəti Bukovskini Çili kommunistlərinin lideri Luis Korvalanla dəyişdirdi, bundan sonra SSRİ-də belə deyirdilər:“Luis Karvalanla xuliqanı dəyişdirdilər...”

Ardınca isə deyirdilər ki, bəs Brejnevin qızı ilə dəyişmək üçün yüngül əxlaqlı qızı hardan tapaq? Bu, o dövrlər idi ki, Brejnevin qızı Qalinanın adı çox müxtəlif hadisələrdə hallandırılırdı…

SSRİ-ni tərk etdikdən sonra Bukovski Böyük Britaniyada yaşadı, bu ölkənin vətəndaşı oldu. 1992-ci ildə dissident Ozamankı Rusiya Prezident Boris Yeltsinin əmri ilə Rusiya pasportu aldı. Lakin 2014-cü ildə Rusiyanın Londondakı səfirliyinin konsulluq şöbəsi müvafiq yoxlama aparanda məlum oldu ki, Bukovski əslində Rusiya vətəndaşı deyil. Yəni hər şey kazğız üstündə qalıb.

*Qriqorenko
Ardını oxu...
Pyotr Qriqorenko dissident olmamışdan əvvəl sovet ordusunda zabit olub və orada general-mayor rütbəsinə qədər yüksəlib. Qriqorenko Ukraynada bir kənddə anadan olub, Sovet hakimiyyəti qurulduqdan sonra komsomola ilk qoşulanlardandır. 22 yaşında peşəkar işə qəbul yolu ilə Xarkov Politexnik İnstitutuna daxil olub, oradan əvvəlcə Leninqraddakı Hərbi Texniki Akademiyaya, sonra isə Moskvadakı Hərbi Mühəndislik Akademiyasına keçib.

Bundan sonra onun Qırmızı Orduda xidməti başladı. Uğurlu yüksəlişinə baxmayaraq, rəhbərləri Qriqorenkonu birmənalı şəkildə belə xarakterizə etdilər:

“Lenin-Stalin partiyasına və sosialist Vətəninə sadiqdir. 1934-cü ildə Mühəndislik Akademiyasını, 1939-cu ildə Baş Qərargah Akademiyasını bitirmişdir. Çox oxuyub, amma heç nə öyrənməyib. Demək olar ki, komanda təcrübəsi yoxdur, işində çoxlu çatışmazlıqlar var. Özü nizam-intizamlıdır, cəsarətlidir, amma tabeliyində olanlara qarşı az tələbkardır, gündəlik nəzarətə və rəhbərliyə ehtiyacı var”.

Bu cümlələrə 1941-1943-cü illərdə Uzaq Şərq Cəbhəsinin komandiri, ordu generalı İosif Apanasenko dərkənar qoymuşdu.

Qriqorenkonun hərbi karyerası 1964-cü ilə qədər davam etdi, o, antisovet fəaliyyətinə və təbliğatına görə mühakimə olundu, hərbi rütbələrindən məhrum edildi və Leninqrad Xüsusi Psixiatriya Xəstəxanasına göndərildi və növbəti il oradan "sağlam" hesabatla evə buraxıldı.

1966-cı ildə dissident Vladimir Bukovski Qriqorenkonu Moskva dissidentləri sırasına ddaxil etdi. Keçmiş sovet general-mayoru onlardan Krım tatarlarının öz tarixi vətənlərinə qayıtması uğrunda mübarizəyə fəal qoşularaq repressiyaya məruz qalan xalqların problemini öyrəndi. O, həmçinin Ukrayna Helsinki Qrupunun təsisçisi və Moskva Helsinki Qrupunun üzvü oldu.

1977-ci ilin noyabrında Sovet hakimiyyətinin rəsmi icazəsi ilə Qriqorenko həyat yoldaşı ilə birlikdə Nyu-Yorkda yaşayan oğluna baş çəkmək, habelə onu ABŞ-də əməliyyat etdirmək üçün xaricə getdi. Onun sözlərinə görə, mühacirət etmək fikri olmayıb. Üç ay sonra Ali Şuranın fərmanı ilə o, Sovet vətəndaşlığından məhrum edildi və ABŞ-dən siyasi sığınacaq aldı. Qriqorenko Nyu-York yaxınlığındakı Ukrayna qəbiristanlığında dəfn edildi.

*Ginzburq
Ardını oxu...
Dissident Aleksandr Ginzburg Moskva Helsinki Qrupunun yaradıcıları arasında idi. O, həmçinin 50-ci illərin sonlarında ilk məxfi jurnallarından birini – “Syntax”-ı yaratdı.

Dissident hərəkatı göstərdi ki, hətta o dövrün şəraitində də heç olmasa ucadan nəsə demək olardı. Ginzburq siyasi əqidəsinə görə dəfələrlə məhkum olunub. 1960-cı ildə o, iki il müddətinə məcburi əmək düşərgələrinə məhkum edilib

Lakin 1978-ci ildə Moskva Helsinki Qrupunun yaradılmasına görə Ginzburq ən ağır cəzanı aldı - səkkiz il xüsusi rejim düşərgələrində həbs, ardınca isə üç il sürgün. 1979-cu ildə dörd başqa dissidentlə birlikdə ABŞ-də tutulan sovet kəşfiyyatçıları ilə dəyişdirilib.

Ginzburg əvvəlcə ABŞ-da məskunlaşıb, sonra 1980-ci ildə Parisə köçüb və 2002-ci ildə orada vəfat edib.

“Cebhe.info”
 
Ardını oxu...
Bu sualın cavabı birmənalı deyil. ABŞ-dan soruşsaq cavab 196-dır, Rusiyadan soruşsaq 197, Pakistandan soruşsaq isə 192-dir.
BMT-nin nizamnaməsinə görə dünyada 193 dövlət var;
Beynəlxalq Olimpiya Komitəsinin 205 üzvü var;
FİFA-nın isə 211.
Bu rəqəmlərə təsir edən bəzi maraqlı məqamlar:
- Cənubi Koreya 192 BMT dövləti tərəfindən tanınır, lakin yeganə Şimali Koreya tərəfindən tanınmır.
- Çin Xalq Respublikası 15 ölkə tərəfindən tanınmır, daha doğrusu bu 15 ölkə Çin olaraq Tayvanı qəbul edir. Bu 15 ölkə arasında Nikaraqua, Haiti, Paraqvay kimi ölkələr var. Butan isə yeganə ölkədir ki, Çini heç bir şəkildə tanımır.
- Türkiyə Kipri tanımır.
- İsraili 28 ölkə tanımır.
- Fələstini 138 ölkə tanıyır, 55 ölkə isə tanımır.
- Kosovanı 97 ölkə tanıyır. Serbiya və digər ölkələr isə tanımır.
- Səhrəvi Ərəb Demokratik Dövlətini 43 ölkə tanıyır. Mərakeş və digər dövlətlər isə tanımır.
- Cənubi Osetiya və Abxaziyanı cəmi 5 ölkə tanıyır. Onlar arasında Rusiya, Venesuela və bu ölkələrin özləri var.
- Somaliləndlə bir neçə ölkə diplomatik əlaqə yaratsa da heç kim tərəfindən tanınnır.
- Şimali Kipr Türk Cümhuriyyətini sadəcə Türkiyə tanıyır.
- Pakistan yeganə dövlətdir ki, Ermənistanın müstəqilliyini tanımır. Bundan əlavə, Türkiyə, Səudiyyə Ərəbistanı və digər 14 ölkə Ermənistanla diplomatik əlaqə qurmur.
- Eyni zamanda Pakistan, Türkiyə və Rumıniyadan sonra Azərbaycanın müstəqilliyini tanıyan üçüncü dövlətdir.
Elnur Rzayev
TEREF
Ardını oxu...
Biz torpaqlarımızı tam azad etməyənə qədər dayanmayacağıq.

Bunu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən paneldə Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak deyib:

“Ukrayna xalqı göstərib ki, biz qalib gələ bilərik. Bunun üçün sadəcə bizə ehtiyacımız olduğu silahları, havadan müdafiə sistemlərini verin”.

A. Yermak deyib ki, Ukrayna yalnız özünü deyil, Avropanı da müdafiə edir: “Ukraynaya qarşı müharibə Putinin strategiyasının sadəcə bir hissəsidir və onun yeni hədəfləri olacaq. Müharibə davam edir, insanlarımız ölür cəbhədə, vəziyyət çox çətindir, milyonlarla insan gecə narahat yatır, xalqımız yorulub, amma bu bizim torpağımızdır və onu azad etməyənə qədər dayanmayacağıq”.

Andriy Yermak NATO-ya üzvlüklə bağlı deyib ki, Ukraynanın NATO-ya, NATO-nun da Ukraynaya ehtiyacı var.
 
Ardını oxu...
Çeçenistanın eks-prezidenti Cövhər Dudayevin (1944-1996) qardaşı oğlu, 18 yaşlı Mansur Dudayev və çeçen müxalifətçilərin qohumları Türkiyədən deportasiya edilməyib.

TEREF Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.

“Müxtəlif elektron media resurslarında spekulyasiya mövzusuna çevrilən fotoşəkillərin yoxlanılması nəticəsində onların Türkiyədəki deportasiya mərkəzlərinin heç birində çəkilmədiyi müəyyən edilib”, - məlumatda qeyd olunub.
 
Ardını oxu...
ABŞ prezidenti Co Bayden həbsxanada dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalninin ölümünə münasibət bildirib.

AzFakt.com xarici KİV-ə istinadla xəbər verir ki, Bayden mətbuat konfransında Navlninin ölümünə görə rusiyalı həmkarı Vladimir Putini ittiham edib:

"Aleksey Navalnının ölüm xəbəri məni həm təəccübləndirdi, həm də qəzəbləndirdi. Putin onu zəhərlədi, həbs etdi və mühakimə etdirdi. Onu həbsxanaya göndərdi və təcrid etdi.
Navalnının ölümünə görə Putin məsuliyyət daşıyır. Onun başına gələnlər Putinin amansızlığının daha bir sübutudur. Heç kəs aldanmamalıdır".

Bayden Navalnının ölümü kontekstində Moskvaya qarşı yeni sanksiyaların ola biləcəyinə diqqət çəkib.

Qeyd edək ki, Kremlin əleyhdarı olan Aleksey Navalnı zəhərləndiyi iddiası ilə Almaniyanın paytaxtı Berlində müalicə aldıqdan sonra 17 yanvar 2021-ci ildə paytaxt Moskvaya qayıdarkən hava limanında həbs edilib.
Onun keçmişdə korrupsiya işi nəticəsində verilən 3,5 illik şərti həbs cəzası məhkəmə nəzarəti şərtlərini yerinə yetirmədiyi üçün normal həbs cəzasına çevrilib.
Rusiya məhkəməsi 2023-cü ilin avqustunda həbsdə olan Navalnıya ekstremist icma yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib. O, həmçinin ötən ilin yanvarında Rusiyada terrorizm və ekstremizmlə əlaqəli şəxslər siyahısına daxil edilib.
Ötən gün isə Rusiya Federal Həbsxana Xidməti (FSIN) həbsdə olan müxalifətçi Navalnının öldüyünü açıqlayıb.

Xatırladaq ki, Co Bayden 2021-ci ilin iyununda Rusiya Navalninin öləcəyi təqdirdə bunun"dağıdıcı" nəticələr olacağı barədə Putinə xəbərdarlıq etmişdi.
 
 
 
Ardını oxu...
Ermənistanın keçmiş prezidenti, hərbi cinayətkar Serj Sərkisyan Azərbaycanla növbəti müharibə ehtimalından danışıb.

TEREF Teleqraf.com-a istinadla xəbər verir ki, o, ölkəsinin Azərbaycanla müharibə aparacaq ordusunun olmadığını etiraf edib.

“Ən azı tərəflər arasında müəyyən dərəcədə uzunmüddətli hərbi əməliyyatların olduğu qarşıdurma gedir. Dəqiq məlumatım olmadığına görə ordumuzun imkanlarından danışmaq mənim üçün çətindir, amma belə bir iradənin olmadığı göz qabağındadır və ordumuz getdikcə daha da yoxsullaşmağa məcburdur”, - Sərkisyan deyib.

Eks-prezident erməni ordusunun şəxsi heyətinin mənəvi-psixoloji durumunun da döyüşə girməyə imkan vermədiyinə diqqət çəkib.

Sərkisyan Azərbaycanın geri çəkilməyəcəyini də vurğulayıb:

“Bəlkə də möcüzə gözləyirlər ki, Azərbaycan öz tələblərindən geri çəkiləcək. Belə bir şey olmayacaq, çünki təslim olmaq sadəcə təslim olanın iradəsini öldürür”.
 
Ardını oxu...
Bu gün vəfat etdiyi bildirilən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının anası oğlu ilə sonuncu dəfə fevralın 12-də görüşdüyünü bildirib.

Referans.az xəbər verir ki, Lyudmila Navalnaya bu barədə özünün "Facebook" səhifəsində yazıb.
O, görüş zamanı oğlunun sağ, sağlam və xoşbəxt olduğunu bildirib:

"Heç bir başsağlığı eşitmək istəmirəm. Biz onu həbsxanada (fevralın 12-də) görəndə, sağ, sağlam və xoşbəxt idi".//Modern.az
Ardını oxu...
“NATO ölkələrinin liderlərinin Aleksey Navalnının ölümünə Rusiyaya qarşı ittihamlar şəklində dərhal reaksiyası özünüifşadır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Telegram” kanalında yazıb.

“Hələ məhkəmə-tibbi ekspertizası yoxdur, amma Qərbin nəticələri artıq hazırdır”, - deyə o, əlavə edib.

Xatırladaq ki, Yamalo-Nenetsk Muxtar Dairəsinin Karp qəsəbəsində yerləşən cəzaçəkmə koloniyasında həbs həyatı yaşayan və 19 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı müxalifətçi Aleksey Navalnı bu gün vəfat edib.

Qeyd edək ki, ölüm hadisəsi ilə bağlı hazırda Rusiya Federal Penitensiar Xidməti müvafiq prosedurları həyata keçirir.
 

Dünyapress TV

Xəbər lenti