Çirkli pulların yuyulması, vergidən yayınma kimi 4 ayrı cinayətdən həbs edilən Dilan və Engin Polat cütlüyünün qonşuları ilə dava edib məhkəməyə aparıldıqdan sonra prokurorluq istintaqı yekunlaşıb.
Dilan Polatın təhqir və yaralama ittihamı ilə 8 il 4 aya, Engin Polatın isə yaşayış yeri toxunulmazlığını pozduğu üçün 11 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.
Hadisə 2 iyun 2023-cü ildə İstanbulun Çekmeköy ərazisində baş verib. Dəbdəbəli malikanələri olan yaşayış kompleksində yaşayan Engin və Dilan Polat cütlüyü Engin Polatın ad günü üçün əyləncə gecəsi təşkil edib.
Dilan Polat əri üçün hazırladığı “Söndürün şəhərin işıqlarını, ərim tortu üfləyir” sözlərini reklam lövhələrində reklam edib. Polat cütlüyünün evinə çoxlu qonaq gəlib. Bu səbəbdən yaşayış kompleksində parkinq problemi yaranıb.
Polat ailəsinə yaxın villada yaşayan qonşu Metin A. Polata gələn nəqliyyat vasitələri keçid yolunda dayandığı üçün avtomobilini saxlamağa yer tapa bilməyib. Küçəyə park etməyə məcbur qalıb.
Bu arada Engin və Dilan Polatın məclisində qonaq olan Songül S.-nin körpəsinin qızdırması qalxıb. Həkimə aparılmaq istədikdə Metin A. avtomobili küçəyə park etdiyi üçün oradan çıxa bilməyib. Songül A. avtomobilini çıxarması üçün Polatın qonşusu Metin A.-nın evinə gedib.
Nəqliyyat vasitəsi çəkilməyəndə Engin Polat Metin A.-nın evinə gedib. Bu zaman qonşusu maşınına tərəf gəlib. Bu zaman evdə həyat yoldaşı Esra A. qalıb.
Engin Polat gecə saatlarında qonşu qadının icazə verməməsinə baxmayaraq içəri girib və Metin A.-nın ünvanına söyüşlər söyüb, harada olduğunu soruşub, onu evdə görməyincə çölə çıxıb.
Bu vaxt Metin A. ilə Dilan Polat yolda qarşılaşıb. Dilan Polat qonşusunu təpikləyərək əri kimi söyüş söyüb. Bu mübahisəni görən Engin Polat dərhal həyat yoldaşının yanına gələrək qonşusunu döyüb. Polat cütlüyü “səni öldürəcəyik, yaşatmayacağıq” deyərək təhdidlər də ediblər.
Aparılan istintaqın yekununda Dilan Polatın təhqir və yaralama ittihamı ilə 8 il 4 aya, Engin Polatın isə yaşayış yeri toxunulmazlığını pozduğu üçün 11 ilə qədər azadlıqdan məhrum edilməsi istənilib.
İddianamə məhkəməyə göndərilib. Məhkəmə qəbul edərsə, Polat cütlüyü qarşıdakı günlərdə hakim qarşısına çıxarılacaq./ BAKU.WS