Ardını oxu...
Fransa və İran Zəngəzurda genişmiqyaslı toqquşmaların baş verməsinə zəmin yaratmaq üçün bölgəyə erməni terror qruplarını, eləcə də PKK terrorçularını gətirir.

“Cebhe.info” xəbər verir ki, “Türkiyə” qəzetində Fransa və İranın Ermənistanda Azərbaycana qarşı gizli əməkdaşlığı bəradə məqalə dərc olunub.

Məqalədə qeyd olunur ki, Fransa və İranın Ermənistan üzərində geosiyasi maraqları üst-üstə düşdüyündən, hər iki ölkə Zəngəzur dəhlizinin reallaşmasına əngəl yaratmağa çalışır.

“Fransanın maliyyələşdirdiyi minlərlə erməni quldur sərhədə gətirilib. İran və Hindistan da bölgəyə silah göndərir”, - deyə qəzet yazır.

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı sözügedən qəzetə açıqlamasında vurğulayıb ki, həm erməni, həm də PKK terrorçularından ibarət 10 minlik qruplaşma Zəngilandan Daşkəsənə qədər sərhəd boyu ərazilərdə yerləşdirilib.

“Sasna Tsrer, Voma, Nor ASALA, Bever və Yerkrapa kimi dəstələrə gündəlik 12 dollar pul verilir. Bu pul Fransa və erməni diasporu tərəfindən təmin edilir,” – Q.Çaxmaqlı bildirib.

Azərbaycanla sərhəddə yerləşdirilən erməni terror dəstələrinin Suriya, Livan, Avropa ölkələri, İran və ABŞ-dən gəldiyini qeyd edən qəzet təhlükəsizlik mənbələrinə istinad yazır ki, Fransa və İran mütəxəssisləri sərhəddəki terrorçu dəstələrə sabotaj və təxribatların təşkili, raketdən istifadə, ərazilərin minalanması və kəşfiyyat aparmaq üzrə təlimlər keçir.

Həmçinin bəzi ekspertlər hesab edirlər ki, erməni tərəfinin Azərbaycana qarşı növbəti təxribatları Fransa və İranın birgə gizli sövdələşməsi çərçivəsində koordinasiya edilə bilər.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya, eləcə də müdafiə naziri Sebastian Lekornunun İrəvana səfəri zamanı iki ölkənin müdafiə nazirləri arasında hərbi əməkdaşlığa dair sazişin imzalanmasından sonra Parislə İrəvan arasında hərbi-təhlükəsizlik sahəsində yaxınlaşma Kremldə narahatlıq yaratsa da, İran nədənsə buna səssiz qalır.

Məsələ ilə bağlı təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Cebhe.info” - ya açıqlamasında qeyd edib ki, Qərb ölkələrinə nisbətən Fransa hər zaman İranda mövcud rejimə qarşı fərqli xarici siyasət yürüdüb.

“Fransa ilə İran arasında hər zaman gizli sövdələşmə və razılaşmalar olub. Fransanın Qərb dünyasının bir parçası olmasına baxmayaraq, İranla münasibətləri fərqlidir. Xüsusilə xatırlatmaq lazımdır ki, 1979-ci ildə İranda inqılab nəticəsində şah rejimi devrildikdən sonra Ruhullah Xomeyni məhz Fransa təyyarəsi ilə ölkəsinə qayıdıb.

Doğrusunu desək, Xomeyninin hakimiyyətə gəlməsində Fransa kəşfiyyatının da rolu olub. Bu baxımdan Fransa İrandakı mövcud rejimlə münasibətləri hər zaman normal saxlayıb.

Ekspert hesab edir ki, Fransa və İran hakimiyyətinin bu ölkə üzərindən Azərbaycana qarşı gizli əməkdaşlığı mümkündür:

“Ona görə ki, Parislə Tehranın Ermənistanla bağlı məsələlərdə geosiyasi maraqları üst-üstə düşür. Hər iki ölkə Azərbaycana düşmən münasibət bəsləyir.

Fransa Ermənistanın Azərbaycanla sərhəd ərazilərində terrorçu qruplaşmalar yerləşdirə və onları maliyyələşdirə bilər. Çünki Fransa da İran kimi regionda sülhün təmin olunmamasında maraqlıdır. Buna görə də Fransanın bu siyasəti İranın da maraqlarına xidmət edir. Həm Fransa, həm İran hakimiyyəti Ermənistanla Azərbaycan arasında hərbi-siyasi gərginliyi artırmaq və sülh sazişinin imzalanmasına mane olmaq niyyəti güdür.

Hesab edirəm ki, ölkəmiz bütün bunların hamısını nəzərə almaqla yanaşı, muzdlu erməni döyüşçülərinin təxribatlarını qətiyyətlə dəf edəcək”.
 
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin cənub sərhədləri boyunca, İraq və Suriyada mövcud təhdidləri aradan qaldırmaq üçün hazırlıq görüldüyünü deyib.

Bu barədə dövlət başçısı Nazirlər Kabinetinin iclasından sonra danışıb.

“Biz İraq sərhədlərimizdə təhlükəsilziyi təmin edəcək halqanı tamamlamaq üzrəyik. İnşallah, bu yay İraq sərhədlərimizlə bağlı məsələni həmişəlik həll etmiş olacağıq. Biz bölgədəki hər kəsi onlara aydın şəkildə izah etdiyimiz təhlükəsizlik strategiyamıza hörmətlə yanaşmağa dəvət edirik. Əks halda, yaranacaq gərginliyin səbəbkarı olacaqlar”, - deyə Ərdoğan bəyan edib.

O əlavə edib ki, Türkiyəni cənub sərhədləri boyunca terror təşkilatı ilə diz çökdürə biləcəklərini düşünənlərə yeni kabuslar gətirəcək hazırlıqlar aparılır. (Mənbə: TRT)
 
 
 
Ardını oxu...
ABŞ dövlət katibi Entoni Blinkenin birinci müavini Viktoriya Nuland və köməkçisi Ceyms O’Brayn arasında baş tutan telefon danışığının səs yazısı ictimaiyyətə sızdırılıb.

Səs yazısında Aleksey Navalnının ölümünün ardından Rusiyada hansı müxalifətçini dəstəkləyəcəklərindən bəhs edirlər.

Nuland səs yazısında bildirir ki, ABŞ Dövlət Departamenti Rusiyanın tanınmış müxalifətçilərindən olan Mixail Xodorokovskiyə dəstək vermək niyyətində deyil.

O, audioyazıda həmçinin bildirib ki, onlar bir müddət əvvəl vəfat etmiş Aleksey Navalnının köməkçisi Leonid Volkovun rəhbərlik etdiyi “Korrupsiyaya Qarşı Mübarizə Fondu”nun Kremlə qarşı fəaliyyətinə birbaşa maliyyə dəstəyi vermək niyyətindədirlər.
Ardını oxu...
“Biz Xodorkovskinin maliyyəsini kəsib, əvəzində Navalnının “Korrupsiyaya Qarşı Mübarizə Fondu”na pul vermək qərarına gəldik. Düşünürəm ki, Volkov bu yeni layihə üçün bizə lazım olan şəxsdir. O, stabil biridir və təcrübəsi də var. Ona ehtiyac olan tək şey bizim rəhbərliyimiz və resurslarımızdır. Sözügedən layihə Xodorkovski ilə işləməyəcək…”,- deyə Nuland qeyd edib.

Xatırladaq ki, Aleksey Navalnı bu yaxınlarda həbsxanada vəfat edib. Onun ölümündən sonra Rusiya müxalifətinə kimin rəhbərlik edəcəyi böyük maraqla gözlənilir. Navalnının ən yaxın yoldaşlarından olan Volkov ötən il ABŞ-yə səfər edib və ABŞ dövlət katibinin keçmiş müavini Vendi Şermanla görüşüb. Müvafiq görüş Navalnının komandası ilə ABŞ Dövlət Departamenti arasında sıx əlaqələrin mövcudluğunu təsdiqləyir.

Qeyd edək ki, Volkov hazırda Avropada yaşayır. O, Avropa siyasətçiləri ilə sıx təmasdadır. Navalnı komandasının əksər üzvləri kimi, Volkov da Rusiyada çoxları tərəfindən “xarici agent” kimi qəbul edilir. Bundan başqa, onun adı uzun müddətdir ki, “gəncləri qanunsuz nümayişlərə cəlb etmək” ittihamı ilə Rusiyada “beynəlxalq axtarışda olanlar” siyahısındadır. (azpolitika.az)
 
Ardını oxu...
Danışıqlar yalnız Ukraynanın yeni rəhbərliyi ilə mümkündür.

“Report” “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini, ölkənin keçmiş prezidenti Dmitri Medvedev deyib.

O bildirib ki, Ukrayna ilə sülh danışıqları yalnız dünyadakı yeni reallıqları anlayan biri ilə mümkündür: “Rusiya öz torpaqlarından heç vaxt imtina etməyəcək”.

D.Medvedev, həmçinin Ukraynanın Rusiya ərazisi olduğunu iddia edib.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV-lər yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu açıqlayıb. Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl bildirib ki, Rusiya ilə Ukrayna arasında sülhün vaxtı çatıb.
 
Ardını oxu...
Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl Rusiyaya köçdüyünü bildirib.

“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Mən Rusiyaya köçdüm, çünki bu, həqiqətən azad ölkədir”,- Knaysl Ümumdünya Gənclər Festivalında bildirib.

Keçmiş nazir əlavə edib ki, Rusiyanın şərqində qalmaq üçün ev tikməyə hazırlaşır. Knaysl şəhər sakini olmadığını etiraf edib.

2023-cü ilin sentyabrında Avstriyanın keçmiş xarici işlər naziri Şərq İqtisadi Forumu çərçivəsində G.O.R.K.I mərkəzində işləmək üçün Sankt-Peterburqa köçməyi planlaşdırdığını söyləmişdi. O, bu mərkəzin təsisçisi və direktorudur.
 
Ardını oxu...
“Rosneft”in rəhbəri İqor Seçinin 35 yaşlı oğlu İvanın qəfil ölümündən artıq 1 ay keçsə də, bu hadisə ətrafında müəmmalar davam edir. İqor Seçin son olaraq Putinin Federal Məclisə müraciətində görünüb, amma telekameralar onu yalnız bir dəfə ekranda göstəriblər. Əslində, Seçinin ölümünün təfərrüatları haqda da heç bir rəsmi bilgi yayımlanmayıb.

İlkin məlumatlara görə, “Rosneft” rəhbərinin yeganə oğlu öz evində vəfat edib. İvanın Moskva yaxınlığındakı Krasnoqorsk elit “Europa-1” qəsəbəsindəki malikanəsində vəfat edib.
Ardını oxu...
O, məclisdə özünü pis hiss etdiyini, boğulduğunu deyib, bundan sonra huşunu itirib. Kiçik Seçin ətrafı ilkin tibbi yardım göstərməyə çalışıb, mühafizəçi təcili tibbi yardım çağırıb, lakin qeyri-dəqiq ünvan göstərib. Mühafizəçi təcili yardım həkimlərini Yevgeni Anatolyeviç Paninin adına çağırıb. Bildirilir ki, “Rosneft” rəhbərinin yeganə oğlunun ölümü əvvəlcə bu adla qeydə alınıb. Seçinin yeganə oğlu təhlükəsizlik səbəbindən Panin təxəllüsündən istifadə edirmiş... Təsadüfi deyil ki, İvan Seçinin runetdə yalnız bir fotosu var.

Yaxınları həkimlərə İvanın hipertoniya xəstəsi olduğunu deyiblər. Sağlamlığını qorumaq üçün həkimin yazdığı dərmanları qəbul edib. Amma son günlkər özümü yaxşı hiss edirmiş...

Ardını oxu...
İvan Seçin 1989-cu ildə anadan olub. O, İqor Seçinin ilk evliliyindən iki övladından biridir. Moskva Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirib, “Qazprombank”da analitik işləyib, sonra 2012-cü ildə “Rosneft”ə işə gedib.

Putinə ən yaxın üç adam sırasında olan Seçin “Kremlin boz kardinalı”da adlandırırlar. “Forbes” ə görə “Rosneft” rəhbərinin 800 milyon dollara sahibdir. İqor Seçinin əsas aktivləri dünyanın ən bahalı iki yaxtasıdır. Birinci, 136 metrlik “Crescent” 511 milyon dollara başa gəlib. İkinci superyaxta isə 85 metrlik “Amore Vero”dur. Hovuzlu helikopter meydançasına çevrilən gəmi 134 milyon dollar dəyərində qiymətləndirilir. 2022-ci ilin mart ayında hər iki yaxtaya İspaniyada həbs qoyulub. İvanın anası Marina Vladimirovna da uğurlu iş qadınıdır. 90-cı illərdə ata Seçinin xanımı Sankt-Peterburqun daşınmaz əmlak bazarının görkəmli oyunçusu idi və hazırda RK-Telecom, Exect Partners Group və OHL Rus Private Limited şirkətlərində səhmlərə sahibdir.

Seçinin oğlunun qəfil ölümü Putinin martdakı prezident seçkisindən sonra əlində ciddi kapital olan məmur-oliqarxların varislərinə vəzifə verə biləcəyi haqda iddiaların fonunda baş verməsi diqqət çəkir.
 
Ardını oxu...
İtaliyanın baş naziri Corcia Meloni Ukraynanın Rusiyanın dondurulmuş aktivləri hesabına bərpasını fəlsəfi nöqteyi-nəzərdən ədalətli hesab edir. Bununla belə, o, pul köçürməsində hüquqi çətinliklər olduğunu etiraf edib.

Qaynarinfo xəbər verir ki, Meloni bu barədə Torontoda keçirdiyi brifinqdə bildirib.

"Ukraynanın bərpasına zəmanət vermək üçün Rusiya Federasiyasının suveren fondlarından istifadə fəlsəfi nöqteyi-nəzərdən dürüstdür, lakin hüquqi və iqtisadi nöqteyi-nəzərdən bu, müəyyən çətinliklər yaradır", deyə baş nazir qeyd edib.

İtaliyanın baş naziri Ukraynanın bərpası üçün dondurulmuş aktivlərdən əldə edilən gəlirdən faizlərin istifadə edilməsi qərarını olduqca yaxşı hesab edir. Onun fikrincə, bu məsələ G7-nin müzakirəsinə çıxarıla bilər. Xanım Meloni həmçinin Rusiya vəsaitlərinin kredit zəmanəti altında istifadəsinin tərəfdarı olduğunu bildirib, lakin bunun obyektiv hüquqi və iqtisadi çətinlikləri var.

Ukraynanın bərpası üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri Qərbdə müzakirə olunur. Fevralın əvvəlində Avropa Şurası Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı Avropa Komissiyasının təklifini təsdiqləyib. KİV-in məlumatına görə, Birləşmiş Ştatlar və müttəfiqləri bloklanmış vəsaitləri Ukraynaya göndərməkdə qərarlıdır, lakin Avropa Mərkəzi Bankı, Almaniya və Fransa bu məsələdə ən çox ehtiyatlı davranırlar. Onların Rusiyanın qisas alacağından qorxduğu bildirilir. İtaliya Maliyyə Nazirliyi daha əvvəl bəyan etmişdi ki, Rusiya Federasiyasının dondurulmuş aktivlərindən istifadə yollarını tapmaq çətin olacaq.

"Bloomberg"in məlumatına görə, ABŞ prezidenti Co Bayden iyunda keçiriləcək G7 sammitinə qədər bloklanmış vəsaitlərin istifadəsi planının hazır olmasını istəyir. Rusiya hakimiyyəti dəfələrlə Qərbin belə bir qərarı olacağı təqdirdə cavab tədbirləri görəcəyinə söz verib.
 

Ardını oxu...
“Azərbaycan müstəqil bir ölkədir, öz siyasətini sərbəst şəkildə idarə edir. Həmçinin qalib ölkədir. Lakin Avropa İttifaqı Azərbaycanın əldə etdiyi nailiyyətlərlə qürurlana bilmir. Çünki onlar qalib deyillər, onlar müstəqil və sərbəst ölkələr sayılmırlar. Avropa Şurasına daxil olan ölkələr ABŞ-a tabedirlər və ABŞ-ın maraqları çərçivəsində siyasət həyata keçirirlər”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktor müavini Daria Qrevtsova deyib.

“Məhz paxıllıqları səbəbindən...”

Politoloq Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borelin Bakıya qarşı qərəzli açıqlamalarını, Fransa Prezidenti Emmanuel Makronun Cənubi Qafqaz planlarını şərh edərkən, sözügedən siyasətçilərin müstəqil dövlətlərə qarşı aqresiyalarının başadüşülən olduğunu deyib:

“Bu paxıllıqlar səbəbindən bəzi avropalıların, Borel və Makron kimilərinin ağzından bir sıra xoşa gəlməyən ifadələr çıxır. Həmçinin başqa bir səbəb də var. Məlum olduğu kimi, Fransada erməni lobbi qrupları çox aktiv işləyirlər. Orada böyük erməni icması var. Onlar prezident Makron və bir sıra siyasətçiləri maliyyələləşdirirlər. Buna görə də, o, Azərbaycana qarşı belə çıxışlar edir. Çünki belə açıqlamalar lobbiçi qrupların xoşuna gəlir.

Biz bilirik ki, nə Fransa, nə Avropa İttifaqı öz millətinin, xalqının maraqları haqqında düşünmür. Onlar ancaq özlərinin geosiyasi hökmünü göstərmək istəyirlər. Ancaq anti-Azərbaycan çıxışları, bəyanatlar boşu-boşunadır və heç bir nəticəsi yoxdur. Azərbaycan xalqı öz sözünü tutan liderini prezident seçib və buna görə də, məncə Avropanın, Fransanın bu istiqamətdə nə isə etməsi əbəsdir. Çünki onlar prezident Əliyevə paxıllıq edirlər”, - deyə politoloq qeyd edib.

“Fransa Ermənistanı özünün koloniyası etməyə çalışır”

Hazırda Fransanın və Aİ-nin yalnız Azərbaycana qarşı deyil, Rusiyaya qarşı da siyasət yürütdüyünü deyən Qrevtsova, Moskvanın Fransaya layiqli cavab verəcəyini bildirib:

“Moskva Paşinyanın Rusiyaya qarşı kritik çıxışlarından, sözsüz ki, narazıdır. Burada prinsipcə Moskva üçün yeni heçnə yoxdur. Paşinyan daha əvvəl də aktiv olaraq Qərblə tərəfdaşlıq etmək istəyirdi. Biz isə çox gözəl bilirik ki, Qərb, əsasən də Fransa Ermənistanı Moskvadan qopararaq, onu özünün koloniyası etmək istəyir. Hansı ki, bu, neokolonizmin yeni bir növüdür.

Məlum olduğu kimi Fransa Afrikada süquta uğradı. Buna görə də, Fransa Moskvanı Cənubi Qafqazdan çıxararaq öz heyfini almaq istəyir. Fransanın belə tez zamanda Ermənistanla yaxınlaşmasının məqsədi Rusiyanın reputasiyasını Ermənistanda aşağı salmaq və erməni icmasını Rusiyaya qarşı yönəltməkdən ibarətdir. Paşinyan isə öz xalqının maraqları haqda düşünmür. O ancaq Fransanın verdiyi tapşırıqları yerinə yetirir. Ümid edir ki, belə etməklə Fransa ona hər tərəfli kömək edəcək”, - deyə politoloq bildirib.

Müsahibimiz qeyd edib ki, Azərbaycana qarşı şərti sərhəddə törədilən təxribatların arxasında Fransa dayanır:

“Yaxın zamanlarda ermənilərin törətdiyi təxribatlar da bir növ Fransanın buyruğu ilə həyata keçirilib. Fransaya xüsusən Ermənistanın sərhədyanı bölgələrində “monitorinq” aparanların sayını artırmaq vacib idi. Fransanın hazırda əsas məqsədi Ermənistan xalqına, erməni elitasına təzyiq etməyə və onları aktiv olaraq Rusiyaya qarşı olmağa yönəlib. Hansı ki, Paşinyan açıq-aşkar bununla məşğuldur.

Ancaq biz görürük ki, Fransanın Ermənistana xoş sözlər deməkdən başqa hansısa hərəkəti yoxdur. Fransanın bu cür addımların regionda sülhün bərqərar olmasına qarşıdır”, - deyə Qrevtsova əlavə edib.
 
Ardını oxu...
Şimali Kipr Azərbaycanla münasibətlərə xüsusi önəm verir.

“Report”un yerli bürosunun xəbərinə görə, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstel arasında III Antalya Diplomatiya Forumu çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşündə deyib.

T.Budaqov xalqlarımız arasında ortaq dəyərlərə və tarixi ənənələrə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin nümunəvi xarakter daşıdığını vurğulayıb. O, Azərbaycan ilə ŞKTC arasında sıx təmasların olduğunu, müxtəlif sahələri əhatə edən çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.

T.Budaqov beynəlxalq münasibətlər sisteminin hazırkı reallıqlarının Türk dünyası üçün də yeni çağırışlar yaratdığını söyləyib. Qeyd edib ki, mövcud gerçəkliklər fonunda xalqlarımızın həmrəyliyi və Türk dünyasında səmərəli işbirliyinin həyata keçirilməsi başlıca prioritetlərdəndir.

YAP Sədrinin müavini Azərbaycan və ŞKTC-nin hakim partiyaları arasında işbirliyinin genişləndirilməsinin də xüsusi diqqət mərkəzində olduğunu nəzərə çatdırıb.

Ü.Üstel qeyd edib ki, iki ölkənin xalqlarını ortaq dəyərlər birləşdirir və bizim gücümüz birlikdədir. Baş nazir birgə təşəbbüslər əsasında hazırda Türk dünyasının yüksələn gücə çevrildiyini vurğulayıb. O, TDT-nin IX Zirvə Görüşündə ŞKTC-nin təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasının əhəmiyyətindən bəhs edərək Azərbaycanın qardaş dəstəyinin Kıbrıs Türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini və heç zaman unudulmayacağını bildirib.

“Türkiyə, Azərbaycan və Şimali Kiprin iqtidar partiyalarının ötən il imzaladıqları Anlaşma Memorandumu işbirliyinin əsas istiqamətlərini müəyyənləşdirən “yol xəritəsi” kimi böyük əhəmiyyət daşıyır. Memorandumun yüksək səviyyədə icrası bizə əhəmiyyətli uğurlar qazandıracaq”, - hakim partiyalar arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafının təqdirəlayiq olduğunu diqqətə çatdıran Ünal Üstel vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən iki ölkə arasında təhsil və turizm sahələrində əməkdaşlıq barədə də müzakirələr aparılıb.
 
Ardını oxu...
Litva Rusiya qeydiyyat nömrəli avtomobilləri müsadirə etməyə başlayacaq.

Bu barədə Referans.az yerli KİV-ə istinadla xəbər verir.

Respublikanın gömrüyü 2024-cü il martın 11-dək Rusiya dövlət nömrə nişanlı bütün avtomobillərin ölkəni və Avropa İttifaqının bütün ərazisini tərk etməsini tələb edir.

"Litva gömrüyünə görə, Litvada hələ də Rusiyada qeydiyyatda olan maşın sürən insanlar var. Martın 11-dək onlar ya nəqliyyat vasitələrini Litvada qeydiyyatdan keçirməlidirlər, ya da Aİ-ni tərk etməlidirlər”, - deyə məlumatda bildirilir.

Avtomobilinin dövlət nömrə nişanı Rusiyada qeydiyyatda olan şəxslər İnzibati Xətalar Məcəlləsinin 515-ci maddəsi ilə cəzalandırılacaq. Maddə cərimə və avtomobilin müsadirə edilməsini nəzərdə tutur.

Qadağa Kalininqrad vilayətinə və oradan tranzitlə hərəkət edən avtomobillərdən yan keçəcək. Belə avtomobillər ölkəyə yalnız sahibləri ilə buraxılacaq və onlar ölkədə yalnız 24 saat qala biləcəklər.

Dünyapress TV

Xəbər lenti