Kütləvi köç etirafı: Ermənistanda erməni qalmayacaq
Nairi Sarkisyan: “Əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq”

Natiq Cəfərli: “Ermənistanın dövlət kimi var olması şansı ancaq sülhdən, qonşularla normal münasibətlərdən asılıdır”

Qabil Hüseynli: “Bir neçə ildən sonra Ermənistanda əhalinin sayı 1 milyona düşsə, təəccüblü olmayacaq”

“Yaxın 10 ildə Ermənistanın əhalisi 800 min nəfər azalaraq 2,2 milyon nəfərə düşə bilər. Əgər bu temp davam edərsə, yaxın 25 ildə ölkədə erməni qalmayacaq”. Bu sözləri Ermənistanın Hesablama Palatasının rəhbəri Nairi Sarkisyan deyib. Onun sözlərinə görə, əhalinin azalmasının əsas səbəbləri arasında doğum səviyyəsinin aşağı olması, mühacirət və Qarabağdakı müharibənin nəticələri göstərilir.

O cümlədən, ötən il 48 min vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Palata rəhbəri qeyd edib ki, Ukraynada müharibə başlayandan sonra Rusiyaya gedən Ermənistan vətəndaşlarının sayı azalıb. “Lakin ABŞ-da yaşamaq istəyənlərin sayı durmadan artır. “Green card” almaq istəyən ermənilərin böyük növbələri yaranıb”.

Sarkisyan bu ilin sonuna kimi ölkəsini tərk edənlərin sayının 2023-cü ilin göstəricisindən çox ola biləcəyini istisna etmir. Onun sözlərinə görə, ölkədə işsizliklə bağlı vəziyyət də acınacaqlıdır və insanlar dalana dirənib.

“Ölkədə 1 milyon 150 min insanın sosial qayğıya ehtiyacı var. Onlardan 204 mini işsiz, 960 mini iş qabiliyyəti olmayan insanlardır - pensiyaçılar, uşaqlar, əlillər”, - deyə Sarkisyan həyəcan təbili çalıb.

İlkin siyahıyaalma məlumatlarına görə, Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfərdir. Yerli əhalinin sayı isə 2 milyon 638 min 917 nəfər təşkil edir.

REAL Partiyasının Siyasi Komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli AYNA-ya deyib ki, Ermnistanda demoqrafik vəziyyətin acınacaqlı olmasını artıq erməni rəsmilər etiraf edirlər. Onun sözlərinə görə, 1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdə ölkə əhalisi 3 milyon 633 min 301 nəfər idi: “20 ildən sonra, 2011-ci ildə əhali sayı 3 milyon 215 min 299 nəfər, 2021-ci ildə isə 2 milyon 964 min 55 nəfər olub. İndi isə Ermənistanın daimi əhalisi 2 milyon 928 min 914 nəfərdir ki, bu, son 30 ildə Ermənistan üçün fəlakətli demoqrafik vəziyyətdir. Bir çox mütəxəssislərin hesablamalarına görə demoqrafik "əyri"də Ermənistan kritik nöqtəni keçib, əhalinin azalma trendi davam edəcək”.

"Demokrafik böhran dərinləşir, iqtisadi və sosial vəziyyət ağırlaşır. Bütün bu çağırışların qarşısında Ermənistanın yeganə yolu sülhdür, əminamanlıqdır, sərhədlərin açılması və regional ticarətin canlanmasıdır. Deməli, Ermənistanın dövlət kimi var olması şansı ancaq sülhdən, qonşularla normal münasibətlərdən asılıdır”, Cəfərli vurğulayıb.

Sabiq dövlət müşaviri Qabil Hüseynli də AYNA-ya açıqlamasında qeyd edib ki, Ermənistanın tək çıxış yolu Azərbaycanla sülhdən, Türkiyə ilə münasibətlərin normallaşmasından keçir: “İndi Ermənistanda qüvvələr var ki, revanşdan, Azərbaycan ərazilərini yenidən işğal etməkdən, bunun üçün hazırlıqlar görülməli olduğundan danışırlar. Həmin ermənilər özlərinin saylarını hesablayan rəsmilərinin dediklərinə baxsınlar, saylarının nə qədər olduğunu görsünlər, ondan sonra revanşdan danışsınlar”.

“Hələ 1990-cı ildən Ermənistan demoqrafik çıxılmazlığa doğru hərəkət etdi. Birinci Qarabağ müharibəsindəki itkilər, ondan sonra səfalətin başlaması Ermənistan əhalisinin sayında azalmanın artan xətlə getməsinə səbəb oldu. Sosial-iqtisadi vəziyyəti ağırlaşan əhali kütləvi şəkildə Ermənistanı tərk etdi və qayıtmadılar. İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra ermənilər ölkələrində perspektivin qalmadığını, yaşam şəraitinin daha da ağırlaşacağını dərk etdilər. 2020-ci ildən başlayan kütləvi köç dalğası bu gün də davam etməkdədir və bundan sonra da davam edəcək. Bir neçə ildən sonra Ermənistanda əhalinin sayı 1 milyona düşsə, təəccüblü olmayacaq. Ümumiyyətlə, bu gün Ermənistanda qalıb yaşayanların 70 faizi qocalardır. Gənclər imkan tapan kimi ölkəni tərk edirlər. Bunu mən demirəm, erməni ekspertlərin özlərinin hesablamalarının nəticəsi deyir. Yenə də deyirəm, Ermənistanın çıxış yolu Azərbaycanla sülhdən, iqtisadiyyatını canlandırmaqdan keçir. Bu barədə erməni rəsmilər yaxşı-yaxşı düşünməlidirlər”, - politoloq fikrini tamamlayıb.

Müəllif: Turan Abdulla
 

Bölmənin digər xəbərləri

22 Noyabr 2024 Ermənistanda istefaların səbəbi məlum oldu – Nazirlər Paşinyanı aldadıblar
21 Noyabr 2024 Rusiyada erməni diasporu liderinin oğlu hamının gözü qarşısında qızı saçından tutub sürüdü
21 Noyabr 2024 Bakıda işləmiş kritik isim Ərdoğanın yanına göndərildi - Nələr baş verir?
21 Noyabr 2024 Avropa Komissiyasının yeni tərkibi - Təsdiqləndi
21 Noyabr 2024 “Qiyamət balığı” son bir əsrdə 22-ci dəfə göründü – Pis xəbərlərin əlamətidir
21 Noyabr 2024 Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
21 Noyabr 2024 FETÖ-nün gizli evlərinə basqın: Fətullah Gülənin əsas mühafizəçilərindən biri ələ keçdi
20 Noyabr 2024 Lavrov: Fransa Ukraynadakı münaqişədə birbaşa iştirak edir
20 Noyabr 2024 Şiddətli fırtına zamanı kruiz gəmisində “Titanik” musiqisi səsləndirildi
20 Noyabr 2024 Tiflisdən SON DƏQİQƏ: Çavçavadze prospektində etirazçılar aksiya keçirməyə davam edir - FOTO, VİDEO
20 Noyabr 2024 Braziliyada prezidentə sui-qəsd cəhdində şübhəli bilinən şəxslər saxlanılıblar
20 Noyabr 2024 Hikmət Hacıyev amerikalı parlamentariləri sərt tənqid etdi
19 Noyabr 2024 “Freedom House”dən görünməmişhəyasızlıq - Bakıdan şillə kimi cavab
19 Noyabr 2024 Rusiya nümayəndəsinin BMT-dəki çıxışı: Vasiliy Nebenzya - “Ukrayna, İngiltərənin sülh sazişindən imtina etdirmə cəhdlərini uzun müddət unutmayacaq”
19 Noyabr 2024 Siyarto Leyen və Borrelli Ukrayna münaqişəsində uğursuzluğun əsas səbəbkarı kimi göstərib
19 Noyabr 2024 “Qazprom” “Forbes”in Rusiya şirkətləri reytinqinə başçılıq edir - Siyahı
19 Noyabr 2024 Almaniyadan viza qərarı: 1,3 milyon işçi çatışmazlığı var, yeni sistem tətbiq olunur
18 Noyabr 2024 Almaniyanın vitse-kansleri Azərbaycana gəldi
18 Noyabr 2024 Brejnevi qırıcıların hücumundan xilas edən pilot – Deputat, nazir, marşal olub, qəhrəman adı alıb.
18 Noyabr 2024 Tiflisdə müxalifət yürüş keçirib

Dünyapress TV

Xəbər lenti