Ardını oxu...
İlk xəbər 18:23-də verilib, sonuncu abzas xəbərə əlavə olunub.

Fransa hökuməti Korsikada gözlənilən aksiyadan narahat olaraq, xüsusi statusu olan adaya əlavə qüvvələr göndərir.

Sabah Korsikada Fransanın siyasətinə etiraz olaraq növbəti aksiya keçiriləcək.

Təqdim edilən foto Parisdə "Şarl de Qoll" hava limanında çəkilib. Fotodan göründüyü kimi, xüsusi xidmət orqanlarının əməkdaşları təcili Korsikaya göndərilir.

Baş verənlərdən belə nəticə çıxarmaq olar ki, Fransa hökuməti təlaşa düşüb və Korsika ərazisinə əlavə qüvvələr səfərbər edir.

Qeyd edək ki, sabah "Nazione" hərəkatının liderlərindən birinin bir neçə il öncə həbsdə ona olan hücum nəticəsində ölümünün ildönümünə həsr edilən iclas keçiriləcək, ardınca isə etiraz aksiyası gözlənilir.

Əldə etdiyimiz məlumata görə, Korsikada hava limanında pasport yoxlanışı tətbiq edilir. Qeyd edək ki, əvvəl belə yoxlanışlar olmayıb. \\Report.Az
 
Ardını oxu...
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin Rusiya prezidenti Vladimir Putinin yeni nüvə təhdidlərini şərh edərkən, bütün tərəfləri təmkinli olmağa çağırıb və "nüvə müharibəsi aparılmasının və belə müharibədə qalib qəlməyin mümkün olmadığı” bildirib.

Qaynarinfo xəbər verir ki, Mao Nin bu barədə cümə günü, martın 1-də mətbuat konfransı zamanı bildirib.

"2022-ci ilin yanvarında beş nüvə dövlətinin liderləri nüvə müharibəsində qalib gəlmək və ya belə müharibənin aparılmasının mümkün olmadığını qeyd edən birgə bəyanat veriblər. Çin ardıcıl olaraq bütün nüvə silahına malik dövlətlərin ümumi təhlükəsizlik konsepsiyasını dəstəkləməsi və qlobal strateji tarazlığı və sabitliyi qorumağı müdafiə edir. Mövcud şəraitdə bütün tərəflər gərginliyin azaldılmasına kömək etmək və strateji riskləri azaltmaq üçün birgə işləməlidir”, - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

Mao Nin həmçinin bütün tərəfləri "sakitliyi və təmkinliyi qorumağa və dialoq və məsləhətləşmələr vasitəsilə balanslaşdırılmış, effektiv və davamlı Avropa təhlükəsizlik arxitekturasını inkişaf etdirməyə” çağırıb.

Qeyd edək ki, fevralın 29-da Vladimir Putin Federal Məclisə müraciəti zamanı Qərb ölkələrini nüvə zərbələriylə hədələməyə başlayıb. Onun sözlərinə görə, Rusiyanın lazımi silahları var və onun strateji nüvə qüvvələri tam hazırlıq vəziyyətindədir.

Bundan əlavə, o, NATO qoşunlarının Ukraynaya göndəriləcəyi təqdirdə Alyansın "faciəli nəticələrlə” üzləşəcəyi ilə hədələyib.
 
Ardını oxu...
Kaluqa Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi Alan Tskaev tibb müəssisəsinin problemlərindən danışaraq Rusiya prezidenti Vladimir Putinə müraciət edən tibb bacısını məhkəməyə verib.

32gun.az Rusiya KOV-nə istinadən xəbər verir ki, iddia Kaluqa Rayon Məhkəməsi tərəfindən qeydə alınıb.

Kaluqa Rayon Məhkəməsinin məlumatına görə, Tskaev fevralın 13-də “Şərəf, ləyaqət, işgüzar nüfuzun qorunması haqqında” iddia qaldırıb.

2024-cü ilin yanvarında regional xəstəxananın tibb bacısı Elmira Zaydulina müəssisənin problemlərindən Putinə şikayət edib. O, müraciətində dərman, sarğı qıtlığı, həkimlərin ixtisarı və maaşları barədə ətraflı danışıb. Qadın 2019-cu ildə xəstəxananın baş həkimi Alan Tskaevin 9 milyon rubl mükafat aldığını qeyd edib.

Qeyd edilib ki, 2021-ci ilə qədər Tskaev Kaluqa vilayətinin səhiyyə naziri vəzifəsində çalışıb . Bölgənin qubernatoru Vladislav Şapşa qalmaqaldan sonra Tskaevin istefa verdiyini açıqlayıb . Daha sonra sosial şəbəkələrdə məlumat yayılmağa başladı ki, Tskaev Kaluqa Təcili Tibbi Yardım Xəstəxanasının baş həkimi kimi 2019-cu ildə 9 milyon 38 min rubl mükafat alıb ki, bu da regionda baş həkimin standart mükafatından 170 dəfə çoxdur.
 
Ardını oxu...
Rusiyanın məşhur “Novaya qazeta” qəzetinin baş redaktoru Sergey Sokolov həbs edilib.

“AzPolitika” Rusiya KİV-lərinə istinadla xəbər verir ki, Sokolov “Rusiya ordusunu diskreditasiya” maddəsi ilə ittiham olunaraq, polis şöbəsinə aparılıb.

Xəbərdə deyilir ki, jurnalistə qarşı qaldırılan iş "Novaya qazeta"da gedən yazılıardan birilə bağlıdır. İnzibati işə Moskvanın Perovski Məhkəməsində baxılacaq.

Xatırladaq ki, Sokolov bu vəzifədə Nobel mükafatı laureatı Dmitri Muratovu əvəz edir. O, 90-cı illərdən "Novaya qazeta"da işləyir, nəşrin yaradıcılarından biridir.

Müharibə başlayandan sonra qəzetin redaksiya heyəti iki yerə bölünüb - jurnalistlərin bir hissəsi Rusiyada qalıb. Digərləri xaricə gedərək, Rusiya hakimiyyətinin “arzuolunmaz təşkilat” elan etdiyi "Novaya qazeta Avropa”-nı təsis edib. Qəzetin Rusiyadakı redaksiyası hərbi senzuranın tələblərini nəzərə alaraq işləməyə məcburdur.
 
Ardını oxu...
Avropa Parlamenti Azərbaycana qarşı təcili sanksiyaların tətbiq edilməsini tələb edən Avropa Birliyinin (AB) xarici, təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı 2 qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki,

Hər iki bədnam qətnamədə AB-yə Azərbaycana qarşı sanksiyalara çağırış var:

“Dərhal Azərbaycana qarşı sanksiyalar tətbiq edin və Strateji Enerji Tərəfdaşlığı üzrə Anlaşma Memorandumunu dayandırın.

Azərbaycanın Ermənistana qarşı hər hansı hərbi təcavüzü (böhtan – red.) halında Azərbaycanın siyasi-hərbi rəhbərliyinə qarşı məqsədyönlü və fərdi sanksiyalar tətbiq etməyə, neft və qaz idxalını dayandırmağa hazır olun.

AB-nin Ermənistandakı missiyasının mandatını gücləndirin, missiyasını artırın, müddətini uzadın və Türkiyə ilə sərhəddə müşahidəçilər yerləşdirin.

Azərbaycanla yeni tərəfdaşlıq sazişi üzrə danışıqlar dayandırılsın”.
 
Ardını oxu...
Dünya xalqları içərisində türklərlə kürdlər qədər bir-birinə yaxın ikinci toplum yoxdur. Nə yazıq ki, qlobal imperializm öz müstəmləkəçilik məqsədləri naminə bu iki xalqı da bir-birinə düşmən etməyə çalışır. Və etiraf edək ki, hər iki tərəfdən bəzi aşırı şəxsləri öz təxribatçı siyasətinin alətinə çevirməyi bacarıb da.
İran adlanan məmləkətin şimal-qərbində tarix boyu Azərbaycan türkləri ilə kürdlər bir arada yaşayıblar. Təsadüfi deyil ki, kürdlər ilk müasir dövlətlərini belə, İkinci Dünya müharibəsindən sonra Azərbaycan Milli Hökumətinin lideri Mir Cəfər Pişəvərinin təşviqi ilə yardımı ilə hazırda Qərbi Azərbaycan ostanlığı adlanan bu vilayətin cənubundakı Mahabad diyarında qurmuşlar. Onlara ən ciddi dəstəyi isə Mir Cəfər Pişəvəri ilə o dövrdə Sovet Azərbaycanına rəhbərlik edən Mir Cəfər Bağırov vermişdi. Cəmi 1 il yaşayan Milli Hökumət və Mahabad Cümhuriyyəti fars şovinistləri tərəfindən məhv edildi.
Mahabad Cümhuriyyəti süquta uğradıqdan sonra bu dövlətin Müdafiə naziri olan Molla Mustafa Bərzani əvvəl SSRİ-yə, sonra isə üzvü olduğu əşirətin məskunlaşdığı Şimali İraqa mühacirət etdi və indiki Şimali İraq Kürd Muxtariyyətinin qurulmasında önəmli rol oynadı.
Molla Mustafa Bərzaninin ölümündən 8 il sonra onun qurduğu Kürdüstan Demokrat Partiyasının rəhbərliyi altında 1986-1988-ci illərdə bağımsızlıq hərəkatına qalxan kürdlər dövrün İraq lideri Səddam Hüseynin qanlı repressiyasına məruz qaldılar, xüsusilə Hələbcə qətliamından sonra üsyançılardan bəziləri İrana sığındılar. İran molla rejimi kürdlərin bu faciəsindən tarix boyu qardaş kimi bir yerdə yaşadıqları Azərbaycan türklərinə qarşı istifadə etdi. Onları Qərbi Azərbaycanın Türkiyə ilə sərhədlərinə yerləşdirib faktiki olaraq Türk dünyası arasında təbii bufer zona yaratmaq planları qurdu.
Molla rejiminin bu məkrli siyasətinə qarşı ən çox dirəniş göstərənlərdən biri 2014-cü ilə qədər Urmiyə imam-cüməsi olan Höccətul-İslam Qulamrza Həsəni idi. Urmiyədə Molla Həsəni adı ilə tanınan imam-cümə İslam Cümhuriyyətinin qurucularına yaxın bir şəxs kimi tanınırdı. Lakin o, bölgədə fəal olan kürd terror qruplaşmalarına qarşı çox sərt mübarizə aparır və bu səbəbdən də Azərbaycan türkləri tərəfindən çox sevilirdi.
✅ Məlum olduğu kimi, İslam inqilabının ilk illərində Güney Azərbaycanın qərb bölgələrini kürd terrorizmi bürümüşdü və separatçılar Sulduz şəhərində qətliam törədərək şəhəri türk əhalidən təmizləməyə çalışırdılar. Həmin vaxt Molla Həsəni terrorçulara qarşı mübarizədə böyük şücaət göstərib yerli əhalinin mübarizəsinə rəhbərlik edərək bölgəni terrorçulardan təmizləmişdi. Bənzər mübarizəni İraqdan bölgəyə sığınan və molla rejimi tərəfindən Türkiyə ilə sərhədə yerləşdirilən kürd separatçılarına qarşı da aparmışdı. Fəqət 2014-cü ildə o, yaşının çoxluğu bəhanə gətirilərək imam-cüməlikdən uzaqlaşdırıldı, 2018-ci ildə isə 91 yaşında dünyasını dəyişdi.
“Ot kökü üstə bitər”, - deyiblər. Qulamrza Həsənidən sonra onun qız nəvəsi Tumac Vahidi Qərbi Azərbaycan torpaqlarının kürd separatçılarına peşkəş çəkilməsinə qarşı mübarizəni yarımçıq qoymadı. Hazırda Urmiyə Bələdiyyə Şurasının üzvü vəzifəsini icra edən Tumac Vahidinin İranın bu məkrli siyasətinə qarşı çıxışında Cənubi Azərbaycanda məşhur olan “biz torpaq yeyərik, amma torpaq vermərik” aforizmini dilə gətirərək İran molla rejiminin separatizmi dəstəkləyən siyasətinə meydan oxuyur.
Heydər Oğuz
TEREF
Ardını oxu...
Türkiyə Rusiyanın “Rosatom” dövlət korporasiyasına atom elektrik stansiyalarının tikintisi üçün ikinci sahə verəcək.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “Rosatom”un rəhbəri Aleksey Lixaçev Dövlət Dumasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan deyib: "Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başqa bir stansiyanın qurulmasının bizə verilməsi ilə bağlı siyasi qərar alındığını açıq şəkildə elan etdi. İndi təfərrüatları öyrənirik. Çox güman ki, bu, Aralıq dənizində deyil, Qara dənizdə "Sinop” adlı sahə olacaq”.

2023-cü il sentyabrın 4-də Ərdoğan, Rusiya prezidenti Vladimir Putinlə danışıqlardan sonra Soçidə keçirdiyi mətbuat konfransında Türkiyənin ilk Akkuyu AES-in tikintisinin tam sürətlə davam etdiyini, Rusiya ilə “Sinop” ərazisində ikinci atom elektrik stansiyasının tikintisi layihəsinin müzakirə olunduğunu deyib.
 

Bu gün, 07:40           
Ardını oxu...
Berlində Ermənistanın XİN rəhbəri Ararat Mirzoyan və Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov arasındakı müzakirələr cümə axşamı, fevralın 29-da davam etdiriləcək.

Bunu Ermənistan Xarici İşlər Nazirliyi təsdiqləyib.

“Berlində Almaniya xarici işlər nazirinin iştirakı ilə keçirilən üçtərəfli görüşdən sonra Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqlar davam etdirilib. Müzakirələr planlaşdırıldığı kimi sabah da davam edəcək”, - Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan sosial şəbəkədə bildirib.



Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.

APA xəbər verir ki, bu gün Berlində danışıqlardan sonra Ermənistan XİN rəhbəri Ararat Mirzoyan, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli görüş davam edir.
Ardını oxu...
ABŞ prezidenti Co Bayden hər il ABŞ liderləri üçün keçirilən tibbi müayinədən keçmək üçün xəstəxanaya gedəcəyini bildirib.

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

Prosedur Vaşinqtondakı "Walter Reed Army" Tibb Mərkəzində həyata keçiriləcək.

Tibb müəssisəsi ilk dəfə sarı qızdırma infeksiyasının mənbəyini kəşf edən amerikalı həkim və bakterioloqun adını daşıyır.
 
Ardını oxu...
Qərb düyməyə basıb, Rusiyanı təbdən çıxaracaq addımlar atılır…

Ermənistan hakimiyyəti uzunmüddətli “artilleriya hazırlığından” sonra hücuma keçdi. Baş nazir Nikol Paşinyanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurması barədə Parisdə dedikləri, ardınca Fransa müdafiə nazirinin İrəvana səfəri, müdafiə sahəsində sıx əməkdaşlıqla bağlı birgə bəyanat, daha sonra parlamentin spikeri Alen Simonyanın “rus sərhədçilər İrəvanın Zvartnots beynəlxalq hava limanında fəaliyyətini dayandırmalıdır” bəyanatları bundan xəbər verir.

Daha bir məsələ Ukrayna lideri Volodimir Zelenskinin Ermənistana səfər edəcəyi ilə bağlıdır. Hakim partiyanın deputatları bildiriblər ki, Zelenksi arzulasa, onu məmnuniyyətlə İrəvanda qəbul edəcəklər.

Bunlar ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyündən sonra Paşinyan hökumətinin Qərbyönlü bəyanatları fonunda Ermənistanın Rusiya maraqlarına qarşı ilk real addımlarıdır. Buna qədər gündəm ancaq ritorikadan ibarət idi, Baş nazir və digər dövlət rəsmilərinin çıxışları, Moskvadan onlara verilən cavablar realpolitikada özünə yer etməyib.

Ermənistan hazırda Rusiyanın nəzarətində olan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sədridir, ölkənin xarici ticarətində bu təşkilatın payı 80 faizə çatır. Ayrıca Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi 7.5 milyard dolları keçməklə bütün dövrlərin rekordunu qırıb. Müqayisə üçün qeyd edək ki, Ermənistandan qat-qat böyük resurslara malik olan Azərbaycan və Türkiyə arasında ötən il ticarət dövriyyəsi 7.4 milyard dollar olub.

Beləliklə, Ermənistan Rusiya və Avrasiya İttifaqı ilə iqtisadi tərəfdaşlığını yüksək səviyyədə saxlamaqla, Qərb strukturlarına inteqrasiya istiqamətində real addımlara başlayıb. Xarici işlər naziri Ararat Mirzoyanın Brüssel ziyarətindən, Nikol Paşinyanın ötən həftəki Fransa səfərindən sonra sanki düyməyə basılıb. İrəvan Qərbə inteqrasiya kursunda səmimi olduğunu nümayiş etdirmək istəyir, bu da Rusiyanın Ermənistanda əl-qolunu yığışdıracaq qərarların verilməsindən keçir. Qərbdə də Paşinyandan performans gözləyirlər, çünki “Rusiyanın dəstəyi ilə Azərbaycan bizə hücuma keçəcək, Rusiya xüsusi xidmət orqanları məni devirməyə çalışırlar” bəyanatları kəsərini itirib. Görünür, Azərbaycanın izahatlarından sonra Qərbdə Baş nazirin bu bəyanatlarına o qədər də inanmırlar. Həm də kəşfiyyat məlumatları vəziyyəti daha düzgün analiz etməyə imkan verir…

KTMT-də fəaliyyətin dondurulması faktiki olaraq bu təşkilatda fəaliyyətin dayandırılması anlamına gəlir, bir ilə yaxındır ki, Ermənistan təşkilatın işini sabotaj edir, imzalanmış sənədləri ratifikasiya etmir. Amma Paşinyan hökuməti özündə cəsarət tapıb hərbi ittifaqdan ayrıldığını deyə bilmir və qeyri-müəyyən situasiya yaradaraq, Rusiyanın ehtimal olunan aqressiv cavabını korşaltmağa çalışır.

Paralel olaraq, Rusiya hərbi bazalarının ölkədən çıxarılması məsələsini də qaldırmır. Bu barədə növbəti mərhələdə, daha uyğun şərait yarandıqda müzakirə açıla bilər.

Ermənistanın Rusiya hərbi sənaye kompleksindən asılılığı azaltmaq cəhdləri, Fransa və Hindistandan hərbi texnika, silah alması da Kremldə xoş qarşılanmır. Bu addımlar KTMT-dən uzaqlaşma qərarı ilə paralel atılır ki, Moskvada bu trayektoriyanı hələ ki, sadəcə müşahidə edirlər…

Spiker Alen Simonyanın “rus sərhədçilər İrəvanın Zvartnots beynəlxalq hava limanında fəaliyyətini dayandırmalıdır” bəyanatı da cəsarətsiz açıqlamadır. Spiker açıqlamada iki dəfə təkrar edib ki, bu, onun şəxsi fikridir:

– Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılması müzakirə olunurmu?

– Mən belə bir müzakirədə olmamışam, ola bilsin ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və aidiyyatı qurumlarla müzakirə olunub, amma mən iştirak etməmişəm. Şəxsən mən hesab edirəm ki, onların oradan çıxması düzgün olardı. Bu, mənim şəxsi fikrimdir.

– Niyə?

– Çünki biz öz dövlətimizin sərhədlərini qoruyacağıq, lakin onların ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm. Sən əminsən? Bu, artıq dəfələrlə olub və onlar müdafiə etməyiblər və mən hətta bir çox hallarda sərhədlərin daha həssas olması üçün etdiklərini demirəm. Onlar Dağlıq Qarabağa gələndə nə etdilər? Erməni xalqının çıxmasını müşayiət etdilər? Hadisələr bitəndən bir neçə saat sonra bir neçə rus “sülhməramlısı” öldü və dedilər: görün biz necə işləyirdik, “sülhməramlılarımız” da öldü… Hadisələrin bitməsindən beş saat sonra!!! Yəni gəlib erməniləri yola salıblar? Bu müdafiə idi? Onlar hava limanında qalmağa davam etməlidirlər ki, hər gün “Zvartnots”dan sizi və məni müşayiət etsinlər? Düşünürəm ki, onların mövcudluğu lazımsızdır!

Rusiya hələ ki, spikerin bəyanatına reaksiya verməyib, çox güman ki, Putinin köməkçiləri ona ikitərəfli müqavilələrin qüvvədə olduğu tarixləri xatırladacaq. Moskva İrəvanın təzyiqi altında bu addımları ata bilməz, bu, onun regiondakı hərbi-siyasi təsirlərinə ağır zərbə ola bilər.

Yeri gəlmişkən, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Rusiya sərhəd qoşunlarının Ermənistandakı fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı 1992-ci il sazişinə Əlavə imzalayıb. Anlaşmaya görə, Rusiya Sünikdə 3 yeni zastava, İran-Ermənistan yolunun üzərində – Kərki kəndi yaxınlığında və Qazax-İcevan sərhədinə yaxın, Ermənistan-Gürcüstan yoluna yaxın ərazidə müşahidə məntəqələri tikib. Baş nazirin sərəncamı ilə Rusiya sərhədçilərinə 3.4 hektar ərazi ayrılıb.

Alen Simonyan rusların Ermənistanın dövlət sərhədlərini qoruyacağına əmin deyilsə, ilk növbədə Nikol Paşinyandan yuxarıda bəhs olunan sərəncamını ləğv etməyi xahiş etməlidir.

Ukrayna lideri Zelenskinin səfərinə gəlincə, onun reallaşması mümkündür. Əvvəla, xatırladaq ki, müharibə dövründə Zelenski, Pribaltika ölkələri istisna olmaqla, heç bir postsovet ölkəsinə getməyib. Hətta qonşu, onunla bir yolu gedən Moldovaya da ayaq basmayıb. Şübhəsiz, bu səfərlər Rusiyanın qəzəbinə gəlməmək üçün həmin ölkələr tərəfindən arzu edilməyib. Ermənistan bu addımı atacaq ilk dövlət olmaqla, Kremli hədsiz qəzəbləndirər. Sual oluna bilər ki, Zelenski kimi sıx qrafiki olan liderin Ermənistan kimi “heç nəyə yaramayan” ölkəyə getməkdə marağı nə ola bilər? Ermənistan hələ də beynəlxalq siyasi sistemdə Rusiyadan asılı, onun hərbi-siyasi vassalı olan ölkə kimi qəbul olunur. Sərhədləri Rusiya tərəfindən qorunur, ərazisində Rusiya hərbi bazaları var. Belə bir dövlətin Zelenski kimi Rusiya düşməninə qucaq açması Moskvanın regionda təsir imkanlarının zəifləməsinin əlaməti kimi qəbul oluna bilər.

Yekun olaraq qeyd edək ki, Ermənistan hakimiyyəti Qərb tərəfdaşlarına səmimiyyətini sübut etmək cəhdləri risklərlə doludur. Şübhəsiz, bütün qərarlar ölçülür-biçilir, məsləhətləşilir, Rusiyanın mümkün reaksiyası proqnozlaşdırılır. Qeyd olunan məsələlərin hər biri Kremli təbdən çıxarmaq üçün kifayətdir.

Ermənistanın yaxın tarix göstərir ki, Rusiya orada qərarları qəfil icra etməyə başlayır. 1997-ci ilə Azərbaycanla anlaşmaya meyllənən siyasi liderlərin parlamentdə güllələnməsinı xatırlatmaq kifayətdir…
pressklub
 

Dünyapress TV

Xəbər lenti